[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboy sakininin BAŞINA İŞ GƏLİB... - MÜRACİƏT


“Azərişıq” ASC-nin “Aran” Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) vətəndaşın xüsusi mülkiyyət hüquqlarını pozub.

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Xoylu Kənd sakini Adgözəlov Rəvan İbrahim oğlu tərəfindən video-şikayət göndərilib.

Belə ki, Qazax-Bakı magistral yolunun Goranboy rayonun ərazisindən keçən hissəsində vətəndaşa verilmiş olan torpaq sahəsi üzərində “Aran” RETSİ qanunsuz olaraq elektrik dirəklərindən ibarət xətlər çəkib.

Məhz buna görədə şikayətçi “Azərişıq” ASC-nin rəhbərliyindən xahiş edir ki, ona məxsus olan xüsusi mülkiyyət üzərində tikilmiş olan bu xətləri ləğv etdirilməsinə aidiyyatı üzrə müvafiq göstərişlər verilsin.

Redaksiya olaraq inanırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olan, vətəndaşların xüsusi mülkiyyət hüquqlarını tapdalayan, əsassız, qanunsuz hərəkətlər aradan qaldırılaraq vətəndaşın torpaq sahəsi zəbtdən azad ediləcəkdir.

Səsləndirilən şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Goranboy sakinin video-şikayətini təqdim edirik:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayev bu yolla bir addım da ata bilməz... - Amma Astarada şagirdlər hər gün...

Bura Astaranın Səlivə kəndidir. Şagirdlər yaxın kənddəki məktəbə bu yolla gedib-gəlirlər.

Məktəblilər də, onların valideynləri də BBC-yə bildirib ki, bu yolda hərəkət etmək onlar üçün çətindir və bu problem uşaqların təhsilə davam etməsinə mane olan amillərdəndir.

DİA.AZ mövzu ilə bağlı BBC Azərbaycancanın sujetini təqdim edir:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`NOBEL OİL`dən Azərbaycan NİYƏ XEYİR GÖRMÜR? - İLGİNC İDDİALAR...


Bir müddət əvvəl belə bir məlumat açıqlandıl ki, Azərbaycanda SOCAR və“Nobel Oil Services”in birgə müəssəsi olan “Oyl ənd Qəs ProServ” MMC-dir (Oil and Gas ProServ, yaxud OGP) 2021-ci ili zərərlə başa vurub. DİA.AZ xəbər verir ki, OGP-nin ötən ilki gəlirləri cəmi 7 milyon manat olub. Bu da öncəki ildən 4 mln. manat, yaxud 2.33 dəfə çoxdur. Lakin, şirkətin gəlirləri xərclərini qarşılaya bilməmiş və 11 milyon manat həcmində zərər edib. Qeyd edək ki, şirkət 10 milyon manat aktivə və 11 milyon öhdəliklərə sahibdir.

Neft sənayesinə yeni texnologiyalar, səmərəli idarəetmə və lokal təcrübə təklif edən yerli şirkət OGP 2005-ci ildə yaradılıb. NEQSOL Holding-in B.Britaniyada qeydiyyatda olan və Azərbaycanda enerji sektoru üzrə törəməsi olan “Nobel Oil Services”in də payı var. “Oil and Gas ProServ”in hazırda 100 000 avro nizamnamə kapitalına sahibdir.

DİA.AZ bildirir ki, ümumiyyətlə, Azərbaycandan kənarda daha çox tanınan "Nobel Oil"lə bağlı yerli KİV-də yetərincə müəmmalı məlumatlar mövcuddur.

DİA.AZ olaraq həmin məlumatları bəzi ixtisarlarla təqdim edirik:

***

Azad.Media-nın araşdırması nəticəsində məlum olmuşdu ki, Britaniyada qeydiyyatdan keçmiş, Bakıda fəaliyyət göstərən «Nobel Oil» şirkəti ölkə daxilində bir o qədər diqqət çəkməsə də, xaricdə yetərincə məşhurlaşa bilib.

Belə ki, şirkət Rumıniyaya sərmayə yatırmağa başlayıb. İlk hədəfi isə bu ölkədəki yanacaq doldurma məntəqələrinə sahib olmaq idi. Amma «Nobel Oil»in fəaliyyətindəki məxfilik, rəhbərliyi ilə bağlı tutarlı məlumatların olmaması bu şirkətlə bağlı kifayət qədər şübhələrə yol açır. Ən azından ona görə ki, uzun illərdən bəri ölkəmizdə yalnız yerli şirkət olaraq SOCAR-ın fəaliyyət göstərdiyini bilirdik. «Nobel Oil»in qəfil peyda olması isə əsaslı şübhələrə yol açır.

Azad.Media-nın apardığı araşdırmalar zamanı belə bir məlumat ortaya çıxıb ki, əslində, «Nobel Oil»in yaradılmasının başlıca səbəbi «çirkli pulların» yuyulması olub. Bəzi qaynaqların iddiasına görə, şirkətin başında tanınmış şəxslərin mövcudluğu onun şəffaflığından xəbər verməsə də, gördüyü qapalı işlər bu düşüncənin meydana çıxmasına rəvac verib. Ona görə ki, SOCAR-la bir neçə sahədə əməkdaşlıq etdiyi vurğulanan «Nobel Oil»in əslində, heç bir iş görmədiyi qeyd edilir.

Rumıniya bazarlarına sərmayə qoymağın da məhz bu istəkdən irəli gəldiyi deyilir. Bildirilir ki, sözügedən şirkətin strateji hədəfləri sırasında Şərqi Avropa ölkələrinə «sərmayə» qoymaq və bununla da bəzi şəxslərin çirkli pullarını yumaqdır. Çünki ən optimal yol məhz budur və Avropada yeni mexanizmlərlə pul yuyulması mümkünsüzdür.

Lakin bu şirkətin «çirkli pulların» yuyulması missiyasından başqa, digər bir özəl tərəfi daha var. Azad.Media-ya məlumat verən mənbə iddia edir ki, neft sənayesi üçün xaricdən alınan bir sıra avadanlıqlar məhz bu şirkətin əliylə reallaşdırılır. Məqsəd isə qiymətləri bir neçə dəfə şişirtmək və bununla da böyük pullar əldə edərək, qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməkdir.

Amma işin içində başqa «rənglər»in də olduğu diqqət çəkməkdədir. Və bu məlumat təsdiqini taparsa, o zaman «Nobel Oil»in heç də Azərbaycan deyil, Azərbaycana qarşı bir şirkət olduğu üzə çıxmış olacaq.

Azad.Media xəbər verir ki, «Nobel Oil» şirkətinin baş meneceri Vüqar Xəlilovdur. Bu şəxsin «Azadlıq» və BBC radiolarının sabiq əməkdaşı olduğu sirr deyil. Britaniya vətəndaşı olan Xəlilovun adı isə bir xeyli əvvəl olduqca ilginc bir olaya qarışıb. Məlum olub ki, o, hələ bir xeyli əvvəl Qırğızıstanda baş vermiş iğtişaşlardan sonra həbs olunub və 5 ay həbsxanada yatıb.

Qeyd edək ki, Qırğızıstanda baş verən iğtişaşlardan sonra bu ölkədə həbs olunan azərbaycanlı iş adamı Vüqar Xəlilov kommersiya şirkətinin direktoru kimi bankdan qeyri – qanuni yolla pul götürərək, biznesini inkişaf etdirməkdə ittiham olunurdu. Həmin vaxt Bişkek hökuməti onu çirkli pulların yuyulmasında günahlandırırdı. Lakin araşdırmalardan sonra «Nobel Oil»in baş meneceri vəkilləri və Britaniya hökumətinin təzyiqləri ilə azadlığa buraxılıb və sonradan bəraət alıb.

Azad.Media-nın araşdırmasına görə, Vüqar Xəlilovun həbsi təkcə çirkli pulların yuyulması ilə bağlı olmayıb. Onun adı həmçinin iğtişaşların dolayı yolla təşkil edilməsində, habelə prosesin maliyyələşdirilməsində də çəkilib. Və bunu o, heç də şəxsi təşəbbüsü ilə etməyib.

Həmin iddialara görə, Vüqar Xəlilov Qırğızıstan üzərindən xeyli miqdarda çirkli pulu yumaqla bərabər, həm də Britaniya hökumətinin bir sıra vacib tapşırıqlarını yerinə yetirib. Bu zaman ona iğtişaşların maliyyələşdirilməsi üçün pul göndərilib. Ki, nəticədə Qırğız polisinin məsələdən xəbəri olub və onu həbs edib.

Lakin sonradan bu şəxs Britaniya hökumətinin təzyiqləri ilə azadlığa buraxılıb. Daha sonra isə müəmmalı şəkildə Bakıda fəaliyyət göstərən «Nobel Oil» şirkətinə transfer olunub. Hazırda isə Xəlilov şirkətin ən aparıcı fiqurlarından biri hesab olunur.

Maraqlıdır ki, adı iğtişaşların maliyyələşməsi və dolayı yolla təşkili məsələsinə qarışmış bir şəxs Bakıda fəaliyyət göstərən şirkətə niyə transfer olunub. Bəzi ekspertlər bu məsələyə iki prizmadan yanaşırlar.

Birinci yanaşma odur ki, «Nobel Oil» Qərbin Azərbaycan və digər dövlətlərdə yaratdığı şirkədir və məqsəd siyasi proseslərə təkan verən halları nəzarətdə saxlamaq, idarə etmək və ən əsası isə maliyyələşdirməkdən ibarətdir. Vüqar Xəlilov kimi bacarıqlı şəxslərin də belə şirkətlərə transfer edilməsi, məhz mövcud proseslərdə sıxıntıların yaşanmamasına hesablanmış addımdır. Ekspertlər onu da deyirlər ki, «Nobel Oil» şirkətində lojistik dəstəkçilərin sayı daha çox da ola bilər.

İkinci yanaşma isə ondan ibarətdir ki, Vüqar Xəlilov, həmçinin çirkli pulların yuyulmasında peşəkar fiqur olaraq tanınır və bu səbəbdən də onu neft şirkətinə transfer ediblər. Ekspertlərin düşüncəsinə görə, Qırğızıstanda məhz qeyri-qanuni yolla bankdan pul çıxararaq, onların yuyulmasını təşkil edən bir şəxsin Bakıda da eyni işlərlə məşğul olacağı istisna edilmir.

Növbəti sual isə budur ki, belə qalmaqallı adam və ya adamların təmsil olunduğu şirkət Azərbaycanındır, yoxsa Azərbaycana qarşıdır? Bu iddialara sığınsaq, «Nobel Oil»in Azərbaycanın deyil, Azərbaycana qarşı bir şirkət olduğu təsəvvürü yaranmış olar. Əks halda isə bu şirkətin digərlərindən fərqlənmədiyini demək mümkündür. DİA.AZ

Qarşı tərəfi də dinləməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvarın icra başçısı HARA BAXIR Kİ... - Sakinlər NARAZIDIR...


Biləsuvar rayon mərkəzi bazarında biabırçı mənzərə yaranıb.

"Azərbaycan Reallığı"na bazarın mərkəzindən video göndərən vətəndaş iddia edir ki, bir az yağış yağan kimi rayon sakinlərinin demək olar bazara getməsi mümkün olmur.

Vətəndaş bildirir ki, DTX Mədəniyyət nazirliyində əməliyyat keçirib fəaliyyətində bir ili tamam olmayan nazir müavini həbs etdi. Biləsuvar rayon İcra Hakimiyyətinin 1 ili tamam olan birinci müavini Azər Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Biləsuvar şöbəsində və Milli Bankın Biləsuvarda inşa etdiyi M.İbrahimov adın məktəb-lisey kompleksində işlədiyi dövrlərinin araşdırılımasını istəyirik, bir vətəndaş olaraq bu da biz rayon sakinlərinin haqqındır.

Ümüdvarıq ki, tez bir zamanda adiyyəti üzrə hüquq mühafizə orqanları yenidən bizim rayonda baş çəkəcək, - deyə adının çekilməsin istəməyən vətəndaş "Azərbaycan Reallığı"na bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Üzü dənizə oturmusan, çox pul verməlisən...” - Restoranlar “çayevoy” adıyla necə cibimizə girir?


Bir neçə gün bundan əvvəl dostlarla birlikdə şəhər restoranlarından birində oturub, özümüzə yemək sifariş etdik. Restorana daxil olduğumuz andan etibarən əslində burada xidmətin aşağı səviyyədə olduğunu hiss etmişdik. Bunun üçün sadəcə müştərilərin üzündəki “təbəssüm” ə baxmaq kifayət idi. Sifarişlərimizi etdik, 45 dəqiqədən sonra bəzi yeməklər gəldi, digərlərini soruşanda isə cavabları bu oldu- “Yadımızdan çıxıb, indi hazırlayıb gətirərik”. Sonda hesabı gətirəndə qəbzin altında xidmət haqqı gözümə dəydi. Ofisiant göstərdiyi “yüksək” xidmətə görə bizdən xidmət haqqı tələb edirdi? Halbuki xidmətdən narazı qaldığımızı onlara öncədən xəbərdarlıq etmişdik.

Apardığımız sorğu zamanı analoji vəziyyətlə bir çox insanların rastlaşdığının şahidi olduq. Qəbzin altında qeyd olunan bu əlavə pul müştərinin qanını qaraldır. Bəzi hallarda məkan sahibi ilə müstəri arasında mübahislərə də səbəb olur. Çünki restoran çalışanları əlavə xidmət haqqı barədə qonağa məlumat vermirlər. Bəs görəsən xidmət haqqı nədir və necə təyin olunur? Müştəri xidmətdən narazı qalırsa onu ödəməkdən boyun qaçıra bilər? Bütün bu suallara cavab tapmaq üçün mövzunu araşdırmağa qərar verdik.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, “xidmət haqqı” menyuda göstərilməli və istehlakçı bununla öncədən tanış olmalıdır.

“Əhali bilməlidir ki, bütün dünyada istehlakçılara yaxşı xidmət göstərsən, o mütləq çay pulu verir. Yaxşı xidmət göstərəndə Kanadada 20 faizə qədər çay pulu verirlər. Lakin gedib heç yerdə zor tətbiq etmirlər. Son şikayətin biri bu idi ki, istehlakçı restoranda yeməyi yeyəndən sonra ona deyiblər ki, sənin xəbərin yoxdurmu sən muzey restoranda oturmusan?! Sən 20 faizə qədər əlavə pul verməlisən. Nazirlər kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərirlər ki, istehlakçıdan alınacaq məbləğ və yeməyin dəyəri, əlavə xidmət nə varsa menyuda göstərilməlidir. Təəssüflər olsun ki, menyuda heç nə göstərilmir, istehlakçı əvvəlcədən xəbərdar olmur. İstehlak edəndən sonra, bəzən istehlak etmədiyi malı da ora daxil edirlər, servis haqqı, xidmət haqqı dedikləri böyük miqdarda pul alırlar. Hətta bəzi restoranlar var ki, deyirlər ki, üzü dənizə oturmusan, çox pul verməlisən” deyə Eyyub Hüseynov bildirib.

Xidmətdən razı qalmadığı halda vətəndaş nə etməlidir? Hüquqşünas Nicat Ələkbərzadə bildirib ki, bu şikayətlərlə bağlı xüsusi qaynar xətt var.

“Təbii ki, nəsə bir narazılıq varsa, ilkin olaraq bunlar həmin müəssisədə qeydə alınmalıdır və istehlakçı hesab edirsə ki, ona düzgün xidmət göstərilməyib, düzgün xidmət göstərilmədiyi təqdirdə İstehlakçıların Hüquqlarının müdafiəsi haqda qaynar xətt var, qaynar xəttə müraciət edib öz şikayətlərini bildirə bilərlər. Eyni zamanda yerdəki xidmət göstərən sahə bununla razılaşmırsa, bu haqda müəyyən mübahisə yarana bilər. Mübahisə də elə bir konteksdə olmalıdır ki, müvafiq araşdırma aparılsın. Doğurdan da xidmət göstərən sahədə şəxs yeməkləri vaxtında çatdırmayıb və yaxud yeməklər soyuq olubsa, araşdırma nəticəsində də həqiqətən də bunlar sübuta yetirilərsə müştəri xidmət haqqını ödəməkdən imtina edə bilər” deyə hüquqşünas bildirib.

Bu kimi hallar qiymət intizamının pozulması kimi dəyərləndirilir. Əgər xidmət haqqı menyuda qeyd olunmayıbsa, müştərinin onu ödəməsi zəruri deyil. //Moderator.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başçıdan Baş Prokurora ŞİKAYƏT OLUNDU


Tanınmış fermer Teyyub Əli oğlu Abdullayev Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə ünvanlı müraciətinin bir surətini redaksiyamıza təqdim edib. Aşağıda dərc edirik:

- Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Məlumat üçün bildirirəm ki, mən ali təhsilli iqtisadçıyam və 1993-cü ildə Ağdam rayonu işğal ediləndən indiyədək kənd təsərrüfatı sahəsində məhsul istehsalı və tədarükü ilə məşğulam. Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı cənab Prezident İlham Əliyevin sahibkarlara, iş adamlarına məlum çağırışı ilə əlaqədar Azərbaycanda ilk dəfə açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq etmişəm. Əsas əkin növü olaraq buğda, qarğıdalı, soğan və kartof əkini ilə məşğulam. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilmişdir. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, müasir təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşam. Xarici ölkələrdən xüsusi kənd təsərrüfatı texnikası alıb gətirmiş, eləcə də “Aqrolizinq”in yardımından istifadə etmişəm. Bütün bunlar da şəxsi vəsaitimizlə həyata keçirilmişdir. Qürur hissi ilə demək istəyirəm ki, bütün bu nailiyyətlərimizi məhz cənab Prezidentin kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün verdiyi dəstəyin sayəsində əldə etmişik, bu dəstəyi daim hiss edirik. Ümumi fəaliyyətimizin sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail oluruq.

Hörmətli Kamran müəllim!

Mən bununla kifayətlənməyərək Ağdam rayonundan məcburu köçkün düşərək İsmayıllı rayonunda məskunlaşmış soydaşlarımızın sosial və məşğulluq problemlərinin həlli üçün Dövlət Aktı əsasında, İsmayıllı rayon İcra Hakimiyyətinə buğda əkini üçün müraciət edərək müqavilə bağlayıb 2003-cü ildə rayonda istifadə edilməyən, əvvəllər əkin yeri kimi istifadə edilmiş və Dövlət Fondunda olan 73 hektar torpaq sahəsini 25 illiyinə icarəyə götürdüm. İcarə müqaviləsində də "Kənd təsərrüfatı məhsullarının əkini üçün ayrılır" sözləri yazılmışdır. Dəmyə (təbii suvarılma ilə becərilən) torpaq sahəsinin məhsuldarlığını artırmaq üçün hər il gübrə və digər minerallardan istifadə etmişik ki, bununla da rayon ərazisində yaşayan bir sıra məcburi köçkünlərin, digər sakinlərin taxıla olan təlabatını ödəmişik. Lakin artı qiki ildir ki, payızlıq buğda əkinininə başlayanda İsmayıllı rayon İcra Hakimiyyətinin gənc başçısı Nahid Bağırov bütün işimizi alt-üst edir. Məndə olan məlumata görə, başçı həmin ərazini yaxın adamlarından birinə söz vermişdir. Üstəlik, İsmayıllı rayon İH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini ötən ilin payız aylarında mənə zəng edib dedi ki, Rayon icra hakimiyyətinin başcısı Nahid Bağırov səni görmək istəyir. Səbəbini soruşanda dedi ki, başçı tapşırıb, sən İsmayıllı rayonundakı şəhid, qazi və veteran ailələrinə maddi yardım üçün nəğd pul verməlisən. Dedim ki, Rayon İcra Hakimiyyətinin başçısının bu təşəbbüsünü alqışlayıram və xahiş edirəm başçının diqqətinə çatdırasınız ki, 44 günlük Zəfər müharibəmizdən sonra təkcə İsmayıllı rayonundakı şəhid və qazi ailələrinə öz təşəbbüsümlə 7000 manatdan çox nəğd pul vəsaiti yardım etmişəm, siyahını rayona gələn kimi təqdim edəcəyəm. Eləcə də Ağdam rayonundakı hərbi hissələrdən birinə Ukraynadan gətirdiyim komplektləşdirilmiş “QAZ-66” hərbi təyinatlı yük avtomobili bağışlamışam, həmçinin Ağdamda şəhid və qazi ailələrinə lazımi qədər maddi yardım etmişəm. Yenə də kimə zərurət varsa, siyahı verilsin, imkan daxilində ərzaq və maddi yardım edərəm. Lakin hiss etdim ki, onlar məndən nəğd pul göndərməyimi istəyirlər. Beləliklə, bu telefon zəngindən sonra 23 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Polis İdarəsinin sahə müvəkkili və başqa bir polis nəfəri heç bir rəsmi təqdimat, xəbərdarlıq, yaxud məhkəmə qərarı olmadan, sadəcə, icra başçısının göstərişi əsasında 25 illiyinə icarəmizdə olan əkin sahəsindəki texnikaları zor gücünə sahədən çıxartdırdılar.

Cənab Baş Prokuror! Beləliklə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov acığa düşərək və şəxsi intriqa əsasında 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamı ilə mənimlə İsmayıllı RİH arasında bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni ləğv etdi. Bununla da rayonun taxıla olan ehtiyacı ötən mövsümdə 160-180 ton buğdadan məhrum oldu, mən isə sahibkar kimi külli miqdarda ziyana düşdüm.

Mən məcbur olub icra başçısı Nahid Bağırovun bu əsassız və qanunsuz hərəkətindən Şəki İnzibati Məhkəmədə iddia qaldırdım. 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda mən-fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbim təmin edildi. 15 iyul 2022-ci il tarixdə isə İsmayıllı RİH başçısı Nahid Bağırov 74 saylı Sərəncamı ilə özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını ləğv etdi, həmin sərəncamın icrası RİH başçısının müavini Mahmud Süleymanova həvalə edildi.
Başçıdan Baş Prokurora ŞİKAYƏT OLUNDU

Gözləmək olardı ki, bununla da bu qalmaqala son qoyular. Belə düşünərək bu ilki payız mövsümündə təkrarən əkin sahəmi əkinə hazırladım və noyabrın 1-də texnikaları sahəyə səpin üçün çıxartdım. Lakin icra başçısı Nahid Bağırov məhkəmə qərarına hörmətsizlik edərək, eləcə də vəzifəsindən sui-istifadə edərək, həmçinin səlahiyyət həddini aşaraq RİH-nin 6-7 vəzifəli şəxslərini götürərək əkin sahəmə gəldi. O, qanunsuz olaraq kəndin bələdiyyə sədrini, polis əməkdaşlarını da bu işə cəlb edərək buğda səpininə imkan vermədi. Halbuki bu il də həmin əkin sahəsinə görə dövlət büdcəsinə külli miqdarda icarə haqqı ödəmişəm.

Hörmətli Kamran müəllim!

Azərbaycan Prezidenti cənab İlham Əliyev bir müddət əvvəl Fərman verərək ölkədə ərzaq buğdasının istehsalına dair fermerlərə yenidən dəstək oldu. Mən yaxşı başa düşürəm ki, indiki beynəlxalq vəziyyətdə buğda istehsalı ölkəmiz üçün necə böyük əhəmiyyət daşıyır. Həmin ərazidə başqa fəaliyyətlə də məşğul ola bilərəm. Lakin səmimi olaraq deyim ki, dövləti maraqları üstün tutaraq dəmyə sahədə buğda istehsalına imza atdım. Lakin İsmayıllının İcra başçısı Nahid Bağırov Prezidentin qeyd etdiyim fərmanına, tövsiyyələrinə, məmurların sahibkarlara dəstək olmaq çağırışına, eləcə də məhkəmə qərarına məhəl qoymadan səlahiyyət həddini aşaraq və vəzifəsindən süi-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. Biz görmüşük ki, icra başçısı fermerə dəstək olar, amma Nahid Bağırov bütün zəhmətimizi yerə vuran qanunsuz hərəkətlərdən çəkinmədən fəaliyyətimizi pozmuş oldu.

Xahiş edirəm, Azərbaycan qanunlarının imkanları səviyyəsində sahibkar kimi mənə vurduğu külli miqdarda ziyana, eləcə də ölkəmizin buğda ehtiyatına vurduğu zərərə görə Nahid Bağırova qarşı qanunun bütün gücü ilə ölçü götürülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə: Abdullayev Teyyub Əli oğlu //TEZADLAR.AZ//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quru sərhədlərin bağlanmasına görə biznesi zərər görən sahibkar FƏRYAD EDİR - "Hər şeyimi əlimdən aldılar..."


“Neçə dövlət keçirəm heç birinin sərhədində problemlə üzləşmirəm. Amma Azərbaycandan yalnız hava yolu ilə getməlisən. Onun da biletləri çox bahadır. Türkiyə, ya Gürcüstan üzərindən uçmaq üçün Azərbaycandan Tiflisə bilet 300-400 manatdır. Türkiyə üçün də onun kimi. Türkiyəyə birbaşa uçmaq hardasa 700-800 avro pul tutur”.

Ailəsini 88 yaşlı anasının pensiyası ilə dolandıran Namiq Abbasəliyev daha yaxşı həyat şəraiti üçün xaricdən maşın gətirib satmaqla məşğul olub. Amma 2020-ci ilin martında ölkədə pandemiya səbəbilə sərhədlərin bağlanması onun biznesinin dayanmasına səbəb olub. Hava sərhədləri açılandan sonra yenidən xaricə getməyə başlayan sahibkar Azərbaycandan digər ölkələrə getmək üçün təyyarə biletlərinin çox baha olduğunu deyir.

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq icra başçısının qardaşına qarşı külli miqdarda dələduzluq - Restoranı 5,2 milyona satmaq istəyirmiş


Müxtəlif şəxslərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Hacıyev Rəşad Elxan oğlu və tanışı Müseyibov Rasim Ramiz oğlunun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluğa məruz qalan şəxslərdən biri də 2019-cu ildə vəfat edən Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovdur.

Belə ki, Rəşadla Rasim Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən “Karnaval Hall” şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib.

Sabiq icra başçısının qardaşını aldadan şəxslər 2021-ci ilin yanvarında daşınmaz əmlakın qiymətləndirilməsi üçün ondan 5.000 manat alıblar. Tanışların növbəti yalanı isə daha maraqlı olub. Belə ki, Rəşadla Rasim Hümbət Səfərovun restoranını almaq üçün guya tapdıqları müştərinin pullarının xaricdə olduğunu, məbləğin Bakıya çarter reysi ilə gətirləcəyini bildiriblər. Bu məqsədlə sabiq icra başçısının qardaşından daha 30 min dollar alıblar. Ancaq bu, sonuncu dələduzluq olmayıb. Tanışlar alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə Hümbət Səfərovdan daha 73.000 manat mənimsəyiblər. Ümumilikdə Hümbət Səfərova qarşı 129.000 manat məbləğində dələduzluq edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Hümbət Səfərov bildirib ki, mülkiyyətində olan “Karnaval Hall” şadlıq sarayını 2019-cu ilin sonlarında satmaq qərarına gəlib və bu barədə ətrafında, o cümlədən, makler fəaliyyəti ilə məşğul olan Nizami, Rəşad adlı tanışlarına məlumat verib:

“Növbəti günlərdə, təxminən 2020-ci ilin yanvar ayının ortalarında Nizaminin işlətdiyi 8-ci km qəsəbəsində yerləşən, avtomobil bazarının yaxınlığındakı şadlıq evində Nizami və Rəşadla görüşdüm. Görüş zamanı Rəşad bildirdi ki, Rasim adlı tanışı onun obyektini sata bilər, onunla birlikdə bir neçə qiymətli obyekt satıb, onlar real iş görürlər. Növbəti günlərdə Rəşad Rasim adlı həmin tanışını “Elmed” klinikasındakı ofisimə gətirib mənlə tanış etdi. Söhbət zamanı Rasim dedi ki, onun Səfər adlı tanışı var, guya o, hansısa bankda filial müdiridir. Səfər hansısa vəzifəli şəxs üçün müxtəlif obyektlərin satın alınmasını təşkil edir, belə ki, həmin şəxsin Almaniyada Frankfurt şəhərində bankda külli miqdarda pulu var. Dedilər ki, Səfər həmin pulları Azərbaycana gətirib həmin şəxs üçün obyektlərin satın alınmasını təşkil edir. Rasim həmin vəzifəli şəxsin kimliyini açıqlamadı. Məndən qiymətləndirmə üçün 5000 manat pul istədilər, mən də həmin məbləği Rasimə verdim. Obyekti 5 200 000 manata qiymətləndiriblər. Ümumiyyətlə, müxtəlif bəhanələrlə hisə-hissə Rasimə 9.600 manat, Səfərin xahişi ilə Rasimə və Səfərin xalası kimi təqdim etdiyi Firuzə adlı qadına hissə-hissə 40 000 manatdan çox, Rasimə və Səfər adlı şəxsə 129 000 manat, Səfərin anasının dəfni üçün xərc çəkmiş Tural adlı şəxsə 4500 manat və Səfərin borcuna görə Ramil adlı şəxsə 5000 manat pul verdim”.

Hümbət Səfərov ana dəymiş ziyan ödənildiyini, hazırda şikayəti və tələbi olmadığını bildirib.

Məhkəmənin yekununda hökm oxunub. Hacıyev Rəşad Elxan oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Müseyibov Rasim Ramiz oğlu da eyni maddə ilə təqsirli bilinib və 5 il həbs cəzasına məhkum edilib. Rasimə təyin edilmiş cəza 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Qeyd edək ki, Hümbət Səfərovun Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevlə qardaş olsalar da, soyadları fərqlidir. Hümbət Səfərov eyni zamanda “Elmed” klinikasının sahibidir.

Onu da əlavə edək ki, Hümbət Səfərov bir neçə il öncə 400 min manatlıq dələduzluq ittihamı ilə gündəmə gəlmişdi. Belə ki, Cəbrayıl rayon sakini Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini bildirmişdi. H.Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maliyyə Nazirinin müavini 2 kurs (əyani) tələbəsidir...


"Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov Naxçıvan Dövlət Universitetinin 2 ci kurs əyani (magistratura) tələbəsidir. Özü də əlaçıdır."
Naxçıvanın əlaçı tələbə-nazir müavini
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyevin vəziyyəti yaşdır. Nazirlikdə aparılan yoxlamalar zamanı yol verdiyi qanunsuzluqların “korrupsiya” əməli olduğunu eşidib binəvanın ürəyi getmişdi. Sən demə, o boyda nazir əməllərinin “korrupsiya” olduğundan belə xəbəri yoxmuş. Amma xöşbəxtlikdən, cənab nazirin canı möhkəm imiş. İlkin tibbi müdaxilələrdən sonra özünə gələn Rafael Əliyev indi səbrsizliklə Bakıdan gələn “uzaylıların” onun barəsində verəcəkləri qərarı gözləyir. İşdir, şayət, “uzaylılar” onu indiki vəzifəyə layiq görməsələr, yaxud qoluna qandal vurub Böyükdüz əsirxanasına göndərsələr, cənab naziri təbii ki, müavini Həsən İsmayılov əvəzləyəcək.
Maliyyə Nazirinin müavini 2 kurs (əyani) tələbəsidir...Bəs, inanılmaz təsadüflərin üzünə güldüyü Həsən İsmayılov kimdir?
“Qara pişik”dən aldığım məlumata görə, Həsən İsmayılov indiki Baş nazir Səbuhi Məmmədovun kadrıdır. Səbuhi Məmmədov 6 fevral 2017-ci il tarixindən 2018-ci ilin 30 noyabrına qədər Naxçıvan MR Maliyyə naziri işlədiyi ilyarımlıq dövrdə Həsən İsmayılovu vəzifəyə gətirib. Daha sonra isə özü çıxıb Baş nazirin müavini vəzifəsinə gedib. 2020-ci ildə Maliyyə naziri postuna Rafael Əliyev gətirilənə qədər nazirliyə faktiki haqqında bəhs etdiyimiz Həsən İsmayılov rəhbərlik edib. Rafael Əliyevin fitvası veriləndən sonra, yəqin ki, bir müddət Naxçıvan MR-in maliyyə sistemi yenidən bizim qəhrəmanımızın ixtiyarına keçəcək.
Burda nə var ki, deməyin. Məsələ burasındadır ki, Həsən müəllim həm də tələbədir. Hazırda Naxçıvan Dövlət Universitetində Hüquqşunasliq sahəsi üzrə magistr təhsili alır. 2 ci kurs tələbəsidir. Özü də əyani oxuyur. Əyani magistrların dərs vaxtı işləməsi isə xususilə dövlət qulluğunda qadağandır.
İşlərinin çoxluğunu nəzərə alsaq, belə çıxır ki, Həsən İsmayilov əslində dərsə getmədən tələbəlik edir. Bütün bunlara baxmayaraq, Həsən müəllim elə böyük zəka sahibidir ki, dərsə getmədən belə, əlaçı tələbə adını qazana bilib. Hətta əlaçı təqaüdü alır. Təsəvvür edirsinizmi, bir adam həm nazir maaşı, həm də əlaçı təqaüdü alır. Bununla da kifayətlənmir, əlilin, kasıb-kusubun, sosial vəziyyəti ağır olan vətəndaşların təqaüdünə də tamah salır.
“Qara pişik” bu yerə çatanda necə qəzəbləndisə aslan kimi nərildəyərək dedi: “Allah tamahını kəssin, ay Həsən! Sən nə acgöz imişsən”.
Heyder Oguz
Teref.az
Maliyyə Nazirinin müavini 2 kurs (əyani) tələbəsidir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt təhsilinin keçmiş rəhbərinin tükürpədici əməlləri – ŞOK FAKTLAR


2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə saytımıza daxil olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir.Saytımıza Maya Camalova adlı şəxs tərəfindən ünvanlanmış yazıda da Arzu Əlizadənin Sumqayıt təhsilinə rəhbərlik etdiyi dövrlə bağlı çox ilginc faktlar sadalanır. Həmin yazını olduğu kimi dərc edirik:

"Keçmiş müdirin teatrı
A.Alızadə şöbəyə rəhbərlik etdiyi 2 il ərzində 29 məktəb direktoru müavini təyin edib. İndi məlum olub ki, onlardan 14-nün təyinat qanunsuz şəkildə həyata keçirilib. 29 direktor müavinindən 15 nəfəri məktəb daxilindən seçilib, 9 nəfər digər Sumqayıt şəhər məktəblərində, 5 nəfər isə kənar rayon və ya şəhər məktəblərində çalışan şəxslər olub. Təyinatlarda 14 halda “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” pozulub.
Keçmiş müdirin Evdə Fərdi Təhsil Məktəbi ilə bağlı manipulyasiyaları isə daha ilgincdir. Belə ki, Sevda Əliyeva 2 nömrəli tam orta məktəbdə işində yol verdiyi nöqsanlara görə direktor vəzifəsindən azad olunduğu halda A.Alızadə nədənsə S.Əliyevaya yenidən şans vermək qərarına gəlib və onu Evdə fərdi təhsil məktəbinə direktor müavini təyin edib və boş olan direktor vəzifəsinin icrasını ona həvalə edib. Haqqında çoxsaylı şikayətlərə baxmayaraq A.Alızadə yenə nədənsə (?!) S.Əliyevaya qahmar çıxıb və onu vəzifəsindən azad etməyib. Yeri gəlmişkən, bu məktəbdə dərs saatlarının bölgüsünün rüşvət əsasında aparılması ilə bağlı müraciətlər qeydə alınıb.
Ancaq tamaşa indi başlayır....
Nəhayət, şikayatlər nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən S.Əliyeva direktor əvəzi vəzifəsindən azad edilib və bu iş məktəbin müəllimi Yadigar İmanova həvalə olunub. Ancaq Təhsil Şöbəsindən Y.İmanova bildirilib ki, onun təyinatı formaldır və məktəbin idarəçiliyini S.Əliyeva həyata keçirəcək. Belə halda Y.İmanov həvalədən imtina edib. Daha sonra Təhsil Şöbəsi direktor vəzifəsini məktəbin müəllimi Elnurə Osmanovaya həvalə edib. Ancaq faktiki olaraq bu işi S.Əliyeva həyata keçirib və E.Osmanovanın təyinatı formal xarakter daşıyıb. Bundan sonra E.Osmanova həvalənin icrasından azad edilib və direktor vəzifəsinin icrası şöbənin metodisti İlham Mirzəliyevə həvalə edilib.

Kimya-bilogiya müəllimləri psixoloqa necə çevrilirdi?
Keçmiş müdirin ən populyar işə qəbul mexanizmlərindən biri qeyri-ixtisaslı şəxslərin psixoloq vəzifəsinə qəbulu ilə bağlı olub. Məsələ burasındadır ki, müxtəlif vaxtlarda 7 nəfər şəxs ayrı-ayrı məktəblərə - 12, 22, 28, 36, 39, 43 nömrəli tam orta məktəblərə konkret olaraq psixoloq vəzifəsinə qəbul edilib. Halbuki bu adamlar ibtidai sinif müəllimi, filoloq və kimya-bilogiya müəllimləri olub.
Məktəblərə texniki işçilərin qəbulunda da, nə qədər əcaib səslənsə də, A.Alızadənin öz sistemi olub. Belə ki, Təhsil Nazirliyinin “Məşğulluq alt sistemi”nə daxil edilmədən müxtəlif vəzifələrə işçi qəbul edilib.

Arzunun revanş arzusu
Əldə etdiyimiz məlumata görə, A.Alızadə son olaraq Sumqayıt sektorunda tutduğu vəzifədən azad olunduqdan sonra yaxın çevrəsinə regional idarənin yeni rəhbərliyini rahat buraxmayacağını, informasiya müharibəsinə başlayacağını bildirib. 32 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, bu yaxınlarda şagirdlərdən pul tələb etməsi ilə bağlı səs yazısı ilə məşhurlamış Esmira İbrahimova haqqında məlumatın ikinci dəfə mediada gündəmə gətirilməsi, eləcə də E.İbrahimovanın açıqlamalarının təşkil olunması da bu mənada təsadüfi görünmür. Bu fonda A.Alızadənin yaxın günlərdə öz köhnə “silahdaşları”nın da dəstəyi ilə media və sosial mediada yeni kampaniyaya start verəcəyi proqnozlaşdırılır. Vəzifədən azad olunmasını həzm edə bilməyən keçmiş müdir indiki mövqeyi ilə faktiki olaraq həm də təhsil nazirinə qarşı gedir."

Redaksiyadan: Yazıda qeyd olunan iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil idarəsinin də mövqeyini öyrənmək istədik. Lakin idarənin cavabı çox qısa oldu: "Sadalanan faktlar Keçmiş Sumqayıt Təhsil şöbəsinin fəaliyyəti dövründə yol verilmiş hallarla bağlıdır. Məsələ ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb".

Arzu Əlizadənin əlaqə nömrəsini tapa bilmədiyimiz üçün münasibət öyrənə bilmədik. A.Əlizadə və yazıda adı keçən digər şəxslər mövqe bildirmək istəsələr dinləməyə və dərc etməyə hazırıq. \\Yenilik.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO