[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir qrup şəxs təltif edildi - SİYAHI


Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abdullayev Razi Fərman oğlu

Alıyev Etibar İlyas oğlu

Bədəlov Rafiq Məmmədəli oğlu

Eldarov Xanlar Bayramşah oğlu

Əhmədov Ələsgər Fərzi oğlu

Əkbərzadə Fərid Vilayət oğlu

Əliyev Xəqani Əli oğlu

Əsədov Əsəd Ağa oğlu

Hacıyev Qiyas Hacıağa oğlu

Heydarov Samir Bakıxan oğlu

Həsənov Müsbət Müzəffər oğlu

Xanlarov Ziyad Hacı oğlu

İbadov İbad Əlövsət oğlu

Kərimov Turab Vəli oğlu

Quliyev Famil Seymur oğlu

Qurbanov Babək Məhəmməd oğlu

Qurbanov Nüsrət Yəhya oğlu

Mahmudov Mahmud Şahmurad oğlu

Məmmədov Eldəniz Bayram oğlu

Məmmədov Əli İsə oğlu

Muradov Yusif Həsən oğlu

Musayev Vüqar Əyyub oğlu

Novruzov Telman Miriş oğlu

Saruxanov Nürəddin Saleh oğlu

Şıxıyev Allahverdi Rəsul oğlu

Tağıyev Yasin İsfəndiyar oğlu

Talıbov Fəxrəddin Abdul oğlu

Zalov Fuad Abbas oğlu

“Tərəqqi” medalı ilə

Gondolova Rəmziyyə Şamil qızı

Həmidov Oqtay Nizam oğlu

Hüseynov Murtuza Yelmar oğlu

İsmayılov Elçin Fəzayıl oğlu

Məmmədov Xaliq İmamverdi oğlu

Məmmədov Mərdan Məmməd oğlu

Şahvəliyev Rəhman Caməmməd oğlu

Tağıyev Rafiq Tağı oğlu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?... - İLGİNC FAKTLAR


Azərbaycanda əhalinin, iş adamlarının, hətta xarici ölkə vətəndaşlarının narazı olduğu dövlət qurumlarının arasında Dövlət Gömrük Komitəsi ilk yerlərdən birində dayanır desək, yəqin səhv etmərik. Ötən illər ərzində Gömrük Komitəsinin rəhbərliyində bir neçə dəfə dəyişiklik olsa da gömrükdə baş verən qanunsuzluqlar, iş adamlarının, vətəndaşların incidilməsi halları azalmır.

Təsadüfü deyil ki, son bir neçə ayda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar.

Komitənin sədri dəyişdirilib, çoxsaylı kadr dəyişiklikləri aparılıb. Ancaq gömrüklə bağlı narazılıqlar, şikayətlər azalmır. Hətta keçmişdə baş verən qanunsuzluqların daha ifrat şəkildə davam etdirildiyini söyləməyə əsas verir.

Rusiya Federasiyasının vətəndaşı Cantemirova Mərcan Usmanovna tərəfindən Ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan, surəti hüquq-mühafizə orqanlarını rəhbərlərinə, Gömrük Komitəsinin sədrinə və saytımıza da göndərilən şikayət məktubu da qurumun fəaliyyətində ciddi problemlərin qaldığını təsdiqləyir.

Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Həmidova Sefiyat Həmidullayevna tərəfində redaksiyamıza təqdim olunan məktubda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçılarının mənə qarşı qanunsuz əməlləri barədə Sizə məlumat verirəm.

Belə ki, 23 il ərzində mən ticarətlə məşqul olmuşam və Azərbaycana tranzit yolu ilə satış üçün mal gətirmişəm. 2014-cü ilin sentyabr ayında ümumi dəyəri 95.000 ABŞ dolları olan malları (təbii xəzdən istehsal olunmuş xəz palto) Azərbaycana gətirərək Dövlət Gömrük Komitəsinin saxlanc yerinə təhvil vermişəm (Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun saxlanc yeri).

Naməlum şəraitdə həmin mallar gömrük komitəsinin saxlanc yerindən oğurlanmış, hüquq mühafizə orqanlarına və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Bununla bağlı məhkəmə orqanlarına müraciət etmişəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbim tam təmin edilərək, oğurlanan malların, həmin mallar olmadıqda onların dəyəri olan 95.000 ABŞ dolları pulun Dövlət Gömrük Komitəsindən alınaraq mənə verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı qüvvəyə minmiş və icra vərəqəsi icra edilməsi Yasamal rayon Məhkəmə İcraçılarına göndərilmiş və hal hazırda məhkəmə icraçısı Bəxtiyar Babayevin icraatındadır” .

Şikayət məktubunad daha sonra qeyd edilir ki, Bəxtiyar Babayevə və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri heç bir nəticə verməyib, Ali Məhkəmənin qərarı bu günə kimi icra edilməyib: “Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçısı Bəxtiyar Babayev məhkəmə qərarının icra edilməməsini onunla əsaslandırmışlar ki, mənə ödənilməli olan məbləğ Gömrük Komitəsinin 2022-ci il üçün ayrılan büdcəsində nəzərdə tutulmayıb.

Dövlət Gömrük Komitəsinə və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə rəsmi müraciətlərim və həmin təşkilatların rəhbərlərinin qəbuluna yazılmaq üçün müraciətlərim də heç bir nəticə verməyib.

Ona görə də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciətim əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib.

Yuxarıda adı çəkilən təşkilatların əməkdaşlarının qanunsuz və etinasız yanaşması nəticəsində mən müflis olmuşam, yeganə yaşayış yerim olan evimi sataraq gohumlarımın və tanışlarımın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışam.

Artıq bu haqsızlığa dözməyə gücüm qalmayıb, Sizlərdən xahiş edirəm mənə kömək edəsiniz və pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz”

Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, bürün məhkəmə instansiyalarında Mərcan Usmanovnanın iddiasının haqlı olduğu vurğulanıb, Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə ona dəymiş ziyanın ödənilməsi tələbi qoyulub.

Ancaq Gömrük Komitəsinin rəhbərliyi bu tələbi yerinə yetirməmək üçün işi Ali Məhkəməyə qədər daşıyıb, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixdə Mərcan Cantemirovanın xeyrinə çıxardığı qətnaməsindən kassasiya şikayəti verib.

Ali Məhkəmənin Mülki kollegiyası isə 2020-ci ilin iyun ayının 29-da çıxardığı qərarda BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb, DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyulub.

Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarında Mərcan Cantemirovanın 95000 dollar dəyərində olan mallarının necə yoxa çıxdığı da aydın təsvir edilib: “Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır.

İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir...”

Ancaq məhkəmə raşdırması ilə də müəyyən edilir ki, həmin mallar məhz gömrükçülərin günahı üzündən yoxa çıxıb. Buna görə də Ali Məhkəmə DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyub.

Belə bir şəraitdə DGK-nin iki ildən artıqdır ki, müxtəlif bəhanələrlə məhkəmə qərarını yerinə yetirməkdən qaçması ən azı qanunlara hörmətsizlik, Azərbaycan dövlətinin imicinə zərbədir. Hər halda gömrük əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı və ya acgözlüyü üzündən baş vermiş bir hadisəni Rusiya səfirliyinin Azərbaycan XİN-ə nota verəcək səviyyə qədər davam etdirilməsini başqa cür izah etmək mümkün deyil.

Belə görünür ki, hətta bu nota belə DGK rəhbərliyini Ali Məhkəmənin Azərbaycan dövlətinin adından çıxardığı qərarı, qurunun üzərinə qoyduğu öhdəliyi yerinə yetirməyə vadar etməyib. Buna görə də Mərcan Cantemirova son ümid yeri kimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək könmək istəyir.

Qeyd edək ki, Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Sefiyat Həmidova bildirir ki, artıq onların nə gözləməyə səbrləri, nə də imkanları qalıb. Hətta intihar etməyi belə düşünüblər.

“Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə problemin tezliklə həll ediləcəyinə, Gömrük Komitəsinə nəhayət ki, məhkəmənin qərarını yerinə yetirəcəyinə ümid edirik” –deyə, Sefiyat Həmidova bildirib.

Gömrük Komitəsinin Ali Məhkəmənin qəratrını niyə yetirmədiyini öyrənməyə çalışsaq da, zəngələrimizi cavab ala bilmədik. Ancaq DGK-nin də mövqeyini dərc etməyə çalışacağıq.

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt ŞİH-i başçısının müavini Fəzailin neçə bacanağı, neçə baldızı, neçə qudası var..?


Vaxtilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş – Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov qəfil vəzifəsindən azad edildi.

lk öncə xəbər yayıldı ki, Fəzail Hüseynov gecə barlarının birində paltarı bütöv əynindən çıxmış vəziyyətdə Kolaveçkina soyadlı bir xanımla qol boyun vəziyyətdə həyətə çıxarkən kameralara tuş gəlib. Sonradan bu xəbərin yalan olduğu məlum oldu. Bir müddət sonra, Fəzail Hüseynov qumar oynayarkən külli miqdarda pulla yanaşı beton zavodunu da uduzduğunu bildirdilər. Bu məlumatın da düzgünlüyü təsdiq olunmadı. Sonra saytlar yazdı ki,

Fəzail Hüseynov öz katibəsi ilə kağız üzərində hansısa rəsm əsərinə baxarkən dalaşıblar və katibə Fəzail Hüseynovun yumşaq sifətinə cırmaq atıb. Bu məsələ də inkar olundu. Sonradan onu da bildirdilər ki, Fəzail Hüseynov Qəddafinin sonuncu xarici səfəri zamanı istifadə etdiyi qızıl unitazı ucuz qiymətə almış imiş. Saytlar bu məlumatı da tirajladıqdan sonra yenə də təkzib etdilər. Hətta bir məlumat da saytlarda yazılmışdır ki, Fəzail Hüseynovun ikinci həyat yoldaşı, Simuzər xanım iş yerinə gələrək Fəzaili orada möhkəmdən döyüb. Sonradan bu məlumat da təkzib olundu. Düzü biz bu məlumatların heç birinə inanmırdıq, Fəzail Hüseynovu elə-belə tanıyırıq.

Belə ki, Sumqayıt ictimaiyyəti arasında heç bir nüfuzu olmayan, öz mənafeyini hər şeydən üstün tutan, hər addımda öz xeyrini güdən, keçmiş müxalifətçi kimi.
Amma sonradan məlum olub ki, o vaxt medianın yazdığına görə, Fəzail Hüseynov uzun müddət Sumqayıtda tikinti və inşaat işlərinə “xozeyn”lik edib, onun razılığı olmadan Sumqayıtda daşı daş üstdə qoymaq mümkün olmayıb. Fəzail Hüseynov hətta qanuni-sənədli mülk sahiblərinin obyektlərini ələ keçirmək üçün təzyiqlərə, təhdidlərə əl atıb, hətta lazım gələndə ən iyrənc yollara əl atıb və vətəndaşa məxsus obyektləri ələ keçirib.
Bunlardan əlavə Fəzail Hüseynov Sumqayıt şəhərində iş adamlarına, sahibkarlara ciddi problemlər yaradıb, onları müflis vəziyyətinə qoyub.
Bütün bunların nəticəsi olaraq Fəzail Hüseynov Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsindən azad edildi, ancaq bir neçə gün sonra yenidən başçının müavini oldu. Amma…
Əmması odur ki, bu dəfə memarlıq və tikinti işləri Fəzailin əlindən alındı. Fəzail oldu başçısnın müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri.
Yəni Sumqayıt boyda şəhərin tikinti, inşaat, memarlıq işləri hara, proqnoz hara ?
Medianın yazdığına görə, Fəzail Hüseynov hətta iş adamlarına hədə-qorxu gələrək deyirmiş ki, “ Sizin ağırlıqda qızılım var, istəsəm hamınızı həbs etdirərəm”. (bəlkə Qəddafinin unitazını nəzərdə tuturmuş)
Şahidlərin dediyinə görə, Fəzail Hüseynovun Mərdəkandakı villasının qiyməti Sumqayıt şəhərinin illik büdcəsinin yarısı boydadır, hələ biz beton zavodundan danışmırıq.
Bəli, Fəzail Hüseynovun əsas metodu bilirsiniz nədir ?
Hansı vəzifəli şəxs varsa, deyir onunla qudayam, yaxud bacanağam…
Məsələn, işi düşən adam görəndə deyir ki, Milli Məclisdə Əli Hüseynli var ee, onunla qudayam, olsun…
Yaxud bir başqasına deyir ki, Mədət müəllim var haa, onunla bacanağam, hətta deyir ki, bu yaxınlarda Mədət müəllimi Fövqaladə Hallar Naziri qoyacaqlar. ( iştahaya bax eee)
Başqa birisinə deyir ki, Filankəs müəllim, bacımın əridir…
Bu adamdan soruşan yoxdur ki, sənin neçə bacın və neçə əri var, sənin neçə qudan var, neçə bacanağın var, ay sifəti yumşaq…

Yeri gəlmişkən, dostları deyir ki, Fəzail Hüseynovun sifəti uşaq bezini xatırladır….hətta ona baxanda Pampers Muradı da xatırlayırıq…

Bu adamın Bakının və Sumqayıtın az qala hər küçəsində obyektləri, qumarxanaları, nə-xanaları olsa da yenə…başqalarına paxıllıq edir, rəhbər şəxslər barəsində danos yazdırır, şər-böhtanla məşğul olur…
Təsəvvür edirsiniz, iclasda konkret deyilir ki, bu danosları, şər-böhtanları yazdıranın laaap….

Fəzail Hüseynov isə yanında oturana deyir ki, görəsən kimi deyirlər…guya bilmir ki, söhbət konkret olaraq kimdən gedir?…

Bəli, Fəzail belədir, üz-üzə olanda “maz”danır, sabunlanır, amma arxada ona və yeddi arxa dönəninə çörək verənin kürəyindən xəncəri soxmağa hazırdır… Amma bilmir ki, adama elə şey göstərərlər ki, bir neçə gün bundan öncə oturacağı 200kq olan bir dostu da gəlib yanında otursa, yuxularında qara-qura görəcək.Sözün qısası, Fəzail Hüseynov sabiq köməkçi Əli Həsənov kimi hamının üzünə gülərək arxada başqalarını öyrədib quyu qazmaqla məşğuldur. Buna əyani misal olaraq, oturacağı 200kq olan, kimlərinsə hesabına qucaqdan-gucağa hoppananları misal çəkmək olar.

Atalar deyib ki, gen qaz, dərin qaz, bir gün özün düşərsən… Amma Atalar bir misal da deyib, “sən saydığını say, gör fələk nə sayır”.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mingəçevir Dövlət Universitetinin MÜƏMMALI TENDERİ... - İcazə verin, şübhələnək...


Mingəçevir Dövlət Universiteti yeni tender elan edib.
Tribuna.Az xəbər verir ki, tenderin qalibi “İntellekt M.A” MM olub. Şirkətə universitet tərəfindən 66 min manat vəsait köçürüləcək. Tenderin elan olunmasına səbəb kimi digər malların alınması göstərilib. Ancaq maraqlıdır ki, universitet digər mallar dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamayıb.
MDU-nun elan etdiyi digər tender müsabiqəsində isə “Strix” MMC qalib gəlib. Bu şirkətə isə universitet 23.434 manat vəsait köçürəcək. Burada isə müsabiqənin elan edilməsinə səbəb kimi sair torpaq, tikili və avadanlıqların təmir xərcləri göstərilib.
Maraqlıdır, universitet sair torpaqlar dedikdə nəyi nəzərdə tutur, burada hansı torpaqlardan söhbət gedir?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanı yaradılacaq

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvəqqəti xüsusi idarəetmə orqanı öz funksiyalarını lazımınca yerinə yetirə bilmədiyi halda Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanıdır.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”də əksini tapıb.

Mərkəzi idarəetmə orqanının yaradılması ilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır. Həmçinin yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi də dayandırılır və onların funksiyaları mərkəzi idarəetmə orqanı tərəfindən həyata keçirilir. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Mərkəzi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:

- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;

- fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının funksiyalarını həyata keçirmək;

- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətini təşkil etmək;

- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Mərkəzi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;

- fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;

- fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vəzifələrini yerinə yetirmək;

- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə rəhbərlik etmək, o cümlədən onun səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmək;

- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

- fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;

- Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılır. Mərkəzi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Mərkəzi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığı mərkəzi idarəetmə orqanının struktur tərkibinin bir hissəsi olur və həmin ərazinin komendantı vəzifəsinə görə mərkəzi idarəetmə orqanı rəhbərinin birinci müavini sayılır. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Mərkəzi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri nəzərə alınmaqla, müəyyən edilir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır. Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.

Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…


Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun qızı Aynur Alışanovanın adına yaratdığı şirkətləri ortaya çıxıb.

DİA.AZ bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətlər Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev127 ünvanında qeydiyyatdadır.

Aynur Alışanova bacısı Nigar ilə Alışanova ilə bərabər Hesablama Palatasında çalışıb. Onun adına bir neçə şirkət olduğuna görə sözügedən qurumdan çıxmalı olub.

Hazırda isə Aynur Alışanova uşaq oyuncaqları monopolisti kimi tanınır. Bacısı Nigar Alışanova isə dövlət qurumunda çalışmasına baxmayaraq, biznes fəaliyyəti ilə məşğuldur.

Alışanova bacıları hazırda Çindən və bir sıra ölkələrdə gətirdiyi oyuncaqların Bakıda satışı ilə məşğuldur.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətləri - “TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story” eyni ünvanda qeydiyyata alınıb.
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən 4,4 milyonluq SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident fərman imzaladı

“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək


Prezident İlham Əliyev Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Səhiyyə Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır


Lerik rayonun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı ilə mübahisələrə görə bağlı qalıb. Uşaqlar artıq ikinci dərs ilidir ki, oxumaq üçün yeni məktəbə gedə bilmirlər.
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır

DİA.AZ AFN-ə istinadla bildirir ki, bu barədə yerli sakinlər məlumat verib.

Qeyd olunur ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.
Lerikdə tikilmiş modul məktəbin qapısı niyə qıfıllanıb? – Pul davası uşaqların başında çatlayır

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllıanıb.
Təhsil Nazirliyinin məsələyə laqeydliyi isə təəccüb doğurur.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb. Həmin sənədə əsasən Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO