[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehman Rzayev Gəncə Tibb Kollecini belə talayır... - mətbuata da deyir ki, “Sizə nə dəxli var”


Gəncə Tibb Kolleci tərəfindən 2022-ci il üçün nəzərdə tutulan zəruri malların və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusundan yalnız birinin nəticəsi barədə, cari təmir (Büdcədənkənar) üzrə “BM-SİTY” MMC ilə 22.06.2022-ci il tarixdə 32 766.81 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb. Lakin bu da qanunla müəyyən edilmiş qaydalarla, dövlət satınalmaların vahid internet portalında bu kotirovkanın keçirilməsi ilə bağlı iddiaçılara heç bir dəvət elanı yerləşdirilmədən olub. Qeyd edək ki, 10.06.2021-ci il tarixində Gəncə Tibb Kolleci tərəfindən zəruri malların və xidmətlərin 2022-ci il üzrə satınalma planlarına 5 lot kotirovka sorğusu daxil edilmiş, lakin ilin 11-ci ayı olmasına bağmayaraq bu kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verilməmişdir.
Əyalətmedia.az-ın apardığ araşdırmalarda məlum oldu ki, Gəncə Tibb Kolleci tərəfindən 2020-2021-ci illər üzrə də keçirilmiş heç bir kotirovka sorğularının nəticələri ictimaiyyətə açmıqlanmayıb. Yəni kotirovka sorğuları elan olunsa da müqavilələr birbaşa bağlanılıb ki, bu müəyyən şübhələr doğurmaya bilmir. Bunlar hansılardır?
Gəncə Tibb Kolleci tərəfindən qeyri yaşayış binalarının əsaslı təmiri üzrə 27.11.2021-ci il, maşın və avadanlıqlar (Büdcədənkənar) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcədənkənar ) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcə) üzrə 27.11.2021-ci, dəftərxana və Təsərüffat xərcləri üzrə 27.11.2021-ci il,maşın və avadanlıqlar (Büdcədənkənar ) üzrə 22.06.2020-ci il, maşın və avadanlıqların əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, qeyri yaşayış binalarının əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, tikili və avadanlıqların cari təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, dəftərxana və təsərrüfat xərcləri üzrə 22.06.2020-ci il, mühafizə xərcləri üzrə 22.06.2020-ci il, cari təmir üzrə 21.05.2020-ci il kimi göstərilən tarixlərdə elan olunmuş kotirovka sorğularının heç birini nəticələri dövlət satınalmaların vahid internet portalı vasitəsi ilə ictimaiyyətə açıqlanmayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Gəncə Tibb Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Qanunla bunların hamısı ictimaiyyətə açıqlanmalaıdır axı. Bunun səbəbi nədir? Bunu Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevdən soruşmaq istədik.
Zəng edib, son illər Gəncə Tibb Kolleci tərəfindən keçirlmiş kotirovka sorğularının nəticələri barədə nə üçün dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilmədiyini soruşduq. Mehman Rzayev qısaca cavab verdi:- Sizə nə dəxli var. Sonra da bir ziyalıya yaraşmayan tərzdə, ədəbsizcəsinə telefonu qulağımıza bağladı.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb, jurnalistlər öz iradələrini azad şəkildə ifadə edə, istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilərlər.
Bəs onda Mehman Rzayevin mətbuata qarşı bu biğanəliyi haradan qaynaqlanır? Jurnalistə “sizə nə dəxli var” demək harınlamağın əlaməti deyilmi? Xeyir bu qanunları saymamaq deyil. Qanun qarşısında Mehman Rzayev kimiləri cücəyə dönürlər. Necə ki, bunu son illər dövlət vəsaitlərini mənimsəyərək harınlamış məmurların cinayət əməlləri ilə bağlı keçirilən məhkəmələrində görürük. Mehman Rzayev də Gəncə Tibb Kollecini talayaraq artıq harınlayıb. Bunu son illərdə onun direktoru olduğu dövlət müəssisəsində görməmək mümkün deyil.
Xatırlatmaq istərdik ki, Mehman Rzayev 2014-cü ilin noyabr ayına qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olub. Vəzifəsindən azad edildikdən sonra şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin xeyir-duası ilə Gəncə Tibb Kollecinə direktor təyin olunub. Yəni Mehman Rzayev 2014-cü ilə qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olaraq Gəncədə fəaliyyətdə olan tibb ocalarını talayıb, ondan sonra isə Gəncə Tibb Kollecini talamaqdadır.
Qeyd edək ki, Gəncə Tibb Kolleci 2014-2018-ci illərdə əsaslı təmir işlərinin satın alınması, cari təmir işlərinin satın alınması, abadlaşdırma işlərinin satın alınması, dıgər maşın və avadanlıqlar xərc maddəsi üzrə satınalmalar, dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar, inventarların satın alınması, kommunal və kommunikasiya xidmətlərinin (qaz çəkilişi) satın alınması üzrə 31 kotirovka sorğusu keçirib.
Onlardan əsaslı və cari təmir işlərinin satın alınması üzrə 8 kotirovka sorğusunda “Elenendorf” MMC ilə ümumi olaraq 103 363 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Məhərrəmova Gültəkin Ələkbər qızı Göygöl rayon sakinidir. Heç bir maddi texniki bazası olmayan bu MMC-nin Mehman Rzayev tərəfindən formal olaraq yaradıldığ ehtimal olunur. Çünki MMC Gəncə Tibb Kollecinin keçirdiyi satınalmalardan başqa heç bir kotirovka sorğusunun qalibi olmayıb.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 6 kotirovka sorğusunda “BM-SİTY” MMC ilə 160 466 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin qanuni təmsilçisi isə İsayev Bəhlul Cəlal oğludur. Heç bir maddi texniki bazası olmayan MMC ilə Gəncə Tibb Kolleci 22.06.2022-ci il tarixdə daha bir satınalma müaviləsi bağlayıv ki, bu da onların arasında çoxdan işbirliyi olduğunu göstərir.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 1 tender 2 kotirovka sorğusunda “Şahlar-M Optimal” MMC ilə 140 966 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Marif Yunis oğludur. Elə 2017-ci ildə dövlət qeydiyyatına alınan kimi Gəncə Tibb Kollecinin satınalmalarının qalibi olub.
İnventarların satın alınması üzrə 4 kotirovka surğusunda “Ruzi 2012” MMC ilə ümumi olaraq 52 353 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Heç bir maddi-texniki bazası olmayan bu MMC-nin qanuni təmsilçisi isə Cəfərov Elxan Mayıl oğludur. Onun adı fiziki şəxs kimi bir çox müəmmalı kotirovkalarda keçir.
Dəftərxana və təsərrüfat xərcləri maddəsi üzrə 2 kotirovka surğusunda “Əsli-4” MMC ilə ümumi olaraq 19 800 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin də Mehman Rzayev tərəfindən formal olaraq yaradılması ehtimalı var. Elə 2017-ci ildə dövlət qeydiyyatına alındıqdan Gəncə Tibb Kollecinin keçirdiyi 2 kotirovka surğusun qalibi olub. Qanuni təmsilçisi olmuş Şirinov Elsevər Əli oğlu Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncədə məskunlaşıb. 12 iyun 2019-cu ildə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsindəki parkda özünü ağacdan asaraq intihar edib. Belə ki, mərhumun meyiti parkda asılmış vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum olmayıb. Amma hüquq mühafizə orqanları Şirinov Elsevər Əli oğlunun intihar etməsinin səbəblərini Gəncə Tibb Kolleci ilə olan işbirliyindən tapa bilərlər.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mehman Rzayev Gəncə Tibb Kollecinə direktor təyin edildikdən sonra satınalmalara yüz minlərlə dövlət vəsaiti ayırıb. Bu vəsaitlərin çoxu isə heç bir maddi texniki bazası olmayan bir neçə MMC-nin hesabına köçürülüb. Bir sıra kosmetik işlərə xərclənən vəsaitlərin çoxu “otkat”kimi Mehman Rzayevə qaytarılıb.
İndi burada suallar yaranır. Gəncə Tibb Kolleci 2019-cu ildən sonra illik satınalma planlarına uyğun olaraq zəruri malların və xidmətlərin satın alınması barədə məlumatları nədən dövlət satınalmalarının vahid internet portalında açıqlamır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunlara niyə göz yumur?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şahbuzda saxta oyunlarla əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər" - İDDİA


"Naxçıvanda rabitə vasitəsini “itirdiyinə” görə 10 min manat cərimələnən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Şaiq Pənahov bayraq dirəyindən özünü yerə ataraq intihara cəhd edib".

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Gündəlik Naxçıvan”a müraciət edən onun hərbçi yoldaşları çıxış edib.

Onların sözlərinə görə, xəstəxanaya çatdırılan Pənahovun həyatını xilas etmək mümkün olub. O, hazırda hospitalda müalicə alır.

Hərbçilərin məlumatına görə, rabitə vasitəsi əslində itməyib, MAXE-dən pul qoparmaq məqsədilə oğurladılıb. O isə buna etiraz olaraq, intihara əl atıb. Hərbçilər deyib ki, bu, Şahbuz şəhərindəki N saylı hərbi hissədə ilk belə hadisə deyil:

“Rabitə vasitəsini hərbi təlim zamanı kimlərə oğurlatdıqlarını biz yaxşı bilirik. Məqsəd odur ki, Şaiq Pənahovu cərimələyib, pul qoparmaq üçün əllərində saxta əsas olsun. Ondan qurğunu alıb yerinə qoymaq üçün 10 min manat tələb edirdilər. Demişdilər ki, verməsən, xəyanət maddəsiylə cinayət işi açılacaq. O yazıq da çıxış yolunu özünü öldürməkdə görüb. Bu, bizim hərbi hissədə birinci belə hal deyil. Saxta oyunlar qurub, əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər. Sonra məcbur edirlər ki, cərimələnən gedib kredit götürüb bunlara versin. Həmin pulu da alıb, ciblərinə qoyurlar. İndiyə kimi nahaqdan cərimələnən bir neçə hərbçi intihar edib. Bu yaxınlarda boynuna 30 min manat saxta cərimə yazılan gizir dostumuz Rəvan Babayev dərman içərək, intihar etdi. Bu cür çirkli işlərin başında birbaşa Naxçıvan qoşunlarının rəhbəri general-polkovnik Kərəm Mustafayev durur”.

Yoldaşları deyir ki, özünü dirəkdən atan 35 yaşlı Şaiq Pənahovu xidmət etdiyi hərbi hissənin zabitləri xilas edib:

“Bayraq meydanı hərbi hissənin yaxınlığındadır. Dirəyə dırmaşarkən, zabitlərdən biri təsadüfən onu görüb. O da bacardığı yerə kimi dırmaşıb, sonra özünü yerə atıb. Təcili həkim çağırılıb. Vaxtında müdaxilə onun həyatını xilas edib. Hazırda o, hərbi hospitalda müalicə olunur. Həkimlər deyir ki, artıq həyati təhlükə yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Tovuzda içra başçısı evimə qocu göndərir, kömək edin, yalvarıram..." - TOVUZDA AİLƏNİN ETİRAZI

Tovuz rayonu Hacalı kənd sakini Ələsgərov Baxçəli və onun həyat yoldaşı iki rayonun icra başçısının eyni vaxtda zülmü ilə üz-üzə qalıb. DİA.AZ bildirir ki, bu barədə vətəndaşın özü şikayətində bildirir.

Narazı vətəndaş qeyd edir ki, ona məxsus olan torpaq sahəsi qanunsuz olaraq mənimsənilib.

B.Ələsgərov uzun müddət istifadə etdiyi örüş sahəsinin mənimsənilməsində Tovuz RİH-i ittiham edir. Və iddia edir ki, hətta 7000 manat rüşvət də verib icra hakimiyyətin.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllının icra başçısına görə qaynatasına müraciət olundu... - BU NƏDİ BELƏ?

Şəki İnzibati Məhkəməsin fermer Abdullayev Teyyub Əli oğlunun iddiasını təmin edərək İsmayıllının başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etsə də, başçı fermerdən əl çəkmir…

Keçək mətləbə: Prezident İlham Əliyevin Sərəncamı ilə Nahid Bağırov 2020-ci ilin martın 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Nahid Bağırov yeganə icra başçısıdır ki, etimad göstərilib təyin ediləndən ayyarım sonra Prezidentin Sərəncamı ilə ona töhmət elan olundu. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Nahid Bağırovun töhmət almasının səbəbini belə icah etmişdi: «…O, karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib, Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr… Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər…”.

***

Beləliklə, İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamına əsasən, sahibkar-əkinçi, fermer, taxılçı… Abdullayev Teyyub Əli oğlu ilə İsmayıllı RİH ilə bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilir. İsmayıllı RİH başçısı Nahid Bağırov hesab edib ki, Abdullayev Teyyub Əli oğlu guya ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar (faktiki olaraq 71 ha. Amma vergi 100 ha üçün ödənilib) torpaq sahəsindən "örüş” məqsədli olsa da, "əkin” kimi istifadə edib, orda dəmyə taxıl əkib və qanunu pozub.

Həmişə taxıl əkilmiş ərazidə indi Teyyub Abdullayevin buğda əkməsi niyə qanun pozuntusudur?

T.Abdullayevin «günahı» və «qanun pozuntusu» ondan ibarət olub ki, o, ona 25 illiyinə icarəyə verilmiş dəmyə torpaq sahəsində Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyyələrinə arxalanaraq ölkəmiz üçün taxıl əkib. Hansı ki, o, ötən 19 il ərzində torpaq vergisini əkinə, yəni kənd təsərrüfatı məhsullarının istehsalına görə verib(Vergilər Nazirliyinin arayışı təqdim edilir). Üstəlik, onun bütün sənədlərində açıq-aydın yazılıb ki, torpaq sahəsi T.Abdullayevə kənd təsərrüfatı məhsullarının istehsalı üyçün verilir.

Bəs İsmayılının başçısı Nahid Hacıyev niyə həmin icarə müqaviləsinin ləğv olunması barədə Sərəncam verəndə araşdırmayıb ki, ona təqdim edilən Sərəncam layihəsi nə dərəcədə əsaslıdır??? Yəni, əkinçi-fermer T.Abdullayevlə icarə müqaviləsi imzalananda, Dövlət Aktı tərtib ediləndə və s. ona hansı şərtlərlə torpaq verilib: əkin üçün, yoxsa qoyun otarmaq üçün??? Elə 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda da fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbinin əsaslılığı araşdırılıb. Və hakimin Vidadi Qasımov (hakim həm də Şəki İnzibati Məhkəmənin sədridir) T.Abdullayevdən şikayətini əsaslandırmağı və məsələnin mahiyyətini anlatmağı xahiş edəndə məlum oldu ki…

T.Abdullayevin məhkəmə çıxışından sitat: «Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz… Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul olurdum. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm. Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər. 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüsyenova zəng etdim ki, bəs siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm. Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdirdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir. Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib».

İcra başçısı Prezidentin tövsiyyələrini yerinə yetirmək əvəzinə fermerlə intriqa aparırsa…

Bəli, gənc və təcrübəsiz icra başçısı Nahid Bağırovun hərəkətlərinin adı yoxdur. O, bu gün məhkəmə qərarı ilə torpaq üzərində icarədarlığı bir daha təsdiqlənmiş fermer Teyyub Abdullayevlə intriqalarına son vermir. Ötən il də, bu il də öz halal-icarə haqqını ödədiyi torpaq sahəsində buğda əkə bilməyən fermer yenidən çətin problemlərlə üzləşib. Belə ki, bu gün noyabrın 1-də sahədə taxıl əkininə başlamaq istəyərkən İcra başçısı əvvəlcə bir neçə öyrədilmiş şəxsləri sahəyə göndərərək səpinə mane olub. T.Abdullayev baş verənlər barədə DİN-nin 102 xidmətinə zəng edəndən sonra isə sahəyə intriqa həvəskarı olan Nahid Bağırov və müavini Mahmud Süleymanov sahəyə gəlib, açıq şəkildə bildirib ki, buğda əkilməsinə imkan vermirəm. T.Abdullayevin dedikləri: «…Mən də sahəyə getdim, bütün səpin texnikamız hazır idi. Lakin Nahid Bağırov imkan vermədi. Məhkəmə sənədlərini, icarə müqaviləmi və s. icra başçısına göstərərək xahiş etdim ki, mən əkinçiyəm, Prezidentin Sərəncam və tövsiyyələrinə uyğun olaraq hər il vergisini ödədiyim sahədə buğda əkinimə imkan verin. O, isə açıq şəkildə dedi ki, icazə vermirəm, get hara istəyirsən şikayətə elə, sən burda ancaq qoyun otara bilərsən və s. Mən də İsmayıllı Polis Şöbəsinə gedərək DİN-nin 102 xidmətinə etdiyim şikayətimlə bağlı izahat verməyə getməli oldum…».

İcra başçısının qaynatasına müraciət edildi…

Bəli, yaşından asılı olmayaraq icra başçısı rayonun böyüyüdür, ağsaqqalıdır. Ağsaqqal-icra başçısı rayonda buğda istehsalına mane olursa, əkinçi-fermerlə intriqa aparırsa, bu artıq ciddi məsələdir.

Elə biz də vaxtilə məsələnin ciddiliyini nəzərə alıb ötən il əvvəlcə Nahid Bağırovun atası Rza müəllimlə əlaqə saxlayıb oğlunu başa salmasını xahiş etmişdik. Atası oğlu haqqında açıq şəkildə demişdi ki, o, mənim yox, digər qohumlarının sözünü eşidir, nə istəyirsiniz yazın... Daha doğrusu, ata Nahid Bağırovun qaynatası, DİN-nin ehtiyatda olan polkovniki Bəhruz Səfərəliyevə işarə vurmuşdu. Odur ki, böyük sözünü, ata nəsihətini eşitməyən, başçı təyin ediləndən 40 gün sonra Prezident Sərəncamı ilə töhmət alan Nahid Bağırovun qaynatası, ehtiyatda olan polkovnik, hörmətli Bəhruz Səfərəliyevə müraciət edirik:

-Bəhruz müəllim, kürəkəniniz Ağdamlı fermer-əkinçi ilə intriqalarına son versə yaxşıdır! T.Abdullayevin əlində Şəki İnzibati Məhkəmənin qərarı var, üstəlik, bütün dövlət sənədlərində bu sahə ona kənd təsərrüfatı məhsulları istehsalı üçün verilib, vergi də əkinə görə ödənilir və s. Son söz sizindir, Bəhruz müəllim! Bir daha xahiş edirik, kürəkəninizi başa salın, məsləhət verin ki, Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun halal-haqqı olan sahədə buğda əkən əkinçi-taxılçı ilə intriqalarına son qoysun!!! //«Təzadlar»ın Araşdırma Qrupu//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində nələr baş verir..? - İLGİNC İDDİALAR...


Müasir dövləti ədalətli məhkəmə sistemi olmadan təsəvvür etmək mümkün deyil. Cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında əbəs yerə demədi ki, bura “Ədalət sarayı” olmalıdır.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ciddi problemlər var. Hətta Milli Məclisin tribunasından deputatlardan biri “Məhkəmə-hüquq sistemimiz fəlakətli vəziyyətdədir” demişdir. Bəli, məhkəmə-hüquq sistemimizin acınaqcaqlı durumu hər kəsə bəllidir.
Məlumat üçün onu da qeyd edək ki, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün ilk öncə ölkədə ədalətli məhkəmə ekspertizası olmalıdır. Bu aksilomadır. Bu olmadan ədalətli məhkəmə qərarından danışmaq mənasızdır. Məhkəmədən öncə mütləq və mütləq ədalətli araşdırma və ekspertiza aparılmalıdır. Bunun üçün ekspertin vicdanı, dürüstülüyü ilə bərabər müasir kriminalistik-texniki avadanlıqlar olmalıdır. Bu sahə xüsusi bilik tələb edir.
Yaxşı yadımdadır ki, illər öncə Gündəlik-Bakıya daxil olan bir ekspert materialı bizdə heyrət doğurmuşdu. Belə ki, imzanın saxta, yoxsa həqiqi olması ilə bağlı Ukraynada verilən 10 səhifəlik ekspert rəyinə baxanda məəttəl qaldıq. Nə qədər elmi əsaslandırma, nə qədər mükəmməl, savadlı rəy.
Etiraf etməliyik ki, bizdə olsaydı 1-2 səhifə cızma-qara ilə necə gəldi rəy verərdilər. Sözün qısası, məhkəmə-hüquq sistemini ekspertizasız təsəvvür etmək mümkün deyil.
Çox təəssüf ki, Azərbaycanda normal məhkəmə ekspertizasını təsəvvür etmək belə düzgün sayılmaz. Bu gün az qala hər nazirliyin özünün ekspertiza mərkəzi var. Ədliyyə Nazirliyinin, Müdafiə Nazrliyinin və digər qurumların.
Bizim bu yazının mövzusu isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyidir. Nəzərə almalıyıq ki, bütün məhkəmə araşdırmaları məhz Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi əsasında aparılır. Uzun illər bu Birliyin direktoru vəzifəsində Şakir Musayev adlı şəxs olub. Baş prokurorun o zamankı müavini Rüstəm Usubovla quda olan Şakir Musayev Ekspertiza Birliyini sözün həqiqi mənasında bazara çevirmişdi.
Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, Elspertiza Birliyinin hüquq-mühafizə orqanlarından, prokurorluqdan qəti asılacağı yoxdur, müstəqil qurumdur.
Ancaq buna baxmayaraq Ekspertiza Birliyi həmişə kimlərinsə sifarişi ilə ekspert rəyi verib. Ad çəkmədən təkcə bir faktı qeyd edək. İri məmurlardan birinin, yaxud hansısa biznesmenin harın balası avtomobillə qəza törədərək vətəndaşı vurub öldürür. O zamankı Şakir Musayevin rəhbərlik etdiyi birlik ekspert rəyi verir ki, vətəndaş ürək tutmasından ölüb.
Bütün bunlar hamısı külli miqdarda marağın, mənfəətin hesabına baş verirdi.
Sözün qısası, 2016-cı ildə Şakir Musayevi əməllərinə görə, vəzifədən azad etdilər. Və Allah qoymasa, Şakir Musayevin müavini, onun “biznes şəriki” Ədalət Həsənov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə direktor təyin edildi. Bir soruşan olmadı ki, Ədalət Həsənov uzun illər Ekspertiza Birliyində hansı əməllərə əl atmayıb...
Əslində Şakir Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor müavini Ədalət Həsənov məsuliyyətə cəlb olunmalı idi. Amma direktor təyin olundu.
Məlumat üçün onu da qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin hər rayonda şöbəsi və rəisi var. Biz cənab Ədalət Həsənovdan soruşuruq ki, Birliyinizin Beyləqan şöbəsinin rəisini vətəndaş niyə bıçaqlamışdı..?
Rayon şöbələrinin rəislərindən hər ay nə qədər pul tələb olunur..?
40 ilin həkimi, Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanov deyir ki, nəvəmin ölümü ilə bağlı mən ədalətsiz Ədalət Həsənova heç nə başa sala bilmədim, indi görün yazıq sıravi vətəndaşların başına bu adam hansı oyunları açır..?
Sözün qısası, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə ən müxtəlif instansiyalara müraciətlər davam edir.
Deməli, problemdən yeganə çıxış yolu, professor Ədalət Həsənovun vəzifəsindən uzaqlaşdırılmasıdır.
P.S. Bizdə olan məlumata görə, Ədalət Həsənov həbsdən yayınmaq üçün özünə müxtəlif kağız-kuğuzlar düzəldib və evinin ən etibarlı yerində gizlədərək deyib ki, məni həbs etsələr bu kağızları vəkilimə verərsiniz. Bu haqda sonra... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
14 saylı Birləşmiş Şəhər Xəstəxanasını BAZARA DÖNDƏRİBLƏR - İTTİHAM VAR!


Qısa məlumat üçün haqqında bəhs edəcəyimiz Xəzər rayon səhiyyəsi ilə bağlı onu deyə bilərik ki, rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 5 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir.
Bəli, konkret mövzumuz isə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə, daha dəqiq desək, xəstəxananın baş həkimi Sultan İbrahim oğlu Əliyevin fəaliyyəti ilə bağlıdır. Məlumat üçün onu da qeyd edək ki, Sultan “doxtur” uzun illər Səhiyyə Nazirliyində şöbə müdiri, sonra Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsində işləyib. Sonradan “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunub. “Semaşko”da çalışdığı illərdə Sultan Əliyev sözün həqiqi mənasında oliqarxa, milyonçuya çevrilib. Onu da qeyd edək ki, bu tibb müəssisəsində 1000-ə yaxın çarpayı var, ümumi 2000 nəfərə yaxın işçi var, onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçiləridir. Mərkəzə il ərzində 30000 xəstə gəlir, 10000 xəstə əməliyyat olunur. Hər şeyə kommersant kimi yanaşan Sultan Əliyevin aylıq gəlirini hesablasaq astronomik rəqəm alınar. Sultan Əliyev xəstədən müayinə üçün pul alan həkim barəsində müxbirin sualına belə cavab verir: O hadisə 3 ay öncə baş verib, özü də gecə vaxtı...
Sultan Əliyevdən soruşan olmur ki, 3 ay öncə, ya da 3 saat öncə, nə fərqi var..?
Rüşvəti gecə alıblar, ya gündüz, bunun fərqi varmı, ay Sultan doxtur..?
Yaxşı bütün bunları qoyduq bir kənara, bəs kollektiv niyə Sultan Əliyevdən cana doyub..?
Belə ki, xəstəxananın həkimləri, tibb personalı, texniki işçiləri dad edirlər ki, biz belə baş həkim görməmişik, bu özünü nazir kimi aparır, işçiləri saymır, ancaq şöbə müdirlərindən aylıq tələb edir. Təsəvvür edirsiniz, Sultan Əliyevin əlindən bezən həkimlər başqa özəl xəstəxanalara üz tuturlar. Vallah, Sultan Əliyev polis rəisi, prokuror olsaydı, bəlkə də onu başa düşmək olardı. Amma həkimin xəstələrdən, xüsusilə də işçilərindən özünü belə yekə tutması, həkim adına yaraşan hal deyil. Sultan Əliyev işçiləriylə sanki qul kimi danışır. Onlarla ünsiyyət qurmaqdan qaçır. Həkimlər xeyirxah olmalı, xəstəyə can yandırmalı sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Sultan Əliyev isə sifətindəki “zəhrimar”, qəzəb ilə nəinki xəstələri, hətta sağlam həkimləri də sanki öldürür. Bu adam üçün ancaq mənfəət, gəlir var, qalanı boş şeydir. Xəstənin maddi imkanı aşağıdırsa, həmin xəstəyə qarşı münasibət də fərqli olur. İmkanı olmayan xəstəni tibb ocağına qəbul belə etmək istəmirlər. Hazırda 75 yaşı olan Sultan Əliyev öz əməllərini 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında davam etdirir.
Bəli, Sultan Əliyev haqqında yazılan şikayətlərə görə, o 2015-ci ildə “Semaşko” xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək 14 saylıya baş həkim təyin olunub. Və o gündən Buzovna camaatının qara günləri başlayıb. Bu adamı başa salmaq olmur ki, dövlət xəstəxanasında tibbi xidmət pulsuzdur. Bu adam dərman preparatlarına görə dərman firmalarından da mənfəət əldə edir. Biz hələ xadimələrin əmək haqqından, həkimlərin maaşından, hər xəstəyə görə, baş həkimə verilən “bəxşeyiş”dən danışmırıq. Görəsən, 60 yaşında həkimləri “təqaüdə” göndərən səhiyyə rəhbərləri nə üçün yaşı az qala səksəni haqlamış, kommersant baş həkim Sultan Əliyevi unudublar. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Elşad Həsənova tabe olan təşkilatın dövlətə külli miqdarda borcu üzə çıxdı - 3.5 milyon manat


Yasamal Rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxır.

Sözügedən qurumun hazırda 3.5 milyon manatdan çox (3509001.47AZN) vergi borcu var.

Qeyd edək ki, adı çəkilən birliyin sədri Ədalət Bağırovdur.

Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənovdur.32gun.az
İcra başçısı Elşad Həsənova tabe olan təşkilatın dövlətə külli miqdarda borcu üzə çıxdı - 3.5 milyon manat

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sipark” şirkətinə qarşı etiraz aksiyası keçirildi, icra başçısı onların qarşısına çıxdı – VİDEO


“Sipark” şirkətinə qarşı növbəti dəfə etiraz aksiyası keçirilib.

Nərimanov rayon sakinləri deyir ki, 6 ilə yaxındır pilot layihə adı ilə sökülən evlərinin yerində bina tikilmir. “Kirayə pulları vaxtı-vaxtında verilmir, evimiz tikilmir. 5 ildir biz bu yollardayıq, get-gəl, get-gəl. Ölən öldü, qalan qaldı. Camaat zülm, əziyyət çəkir. İndi də qış gəlir qarşıdan”, – şikayətçi deyir.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin əlyazısı yayıldı, trendə çevrildi - FOTO


Prezident İlham Əliyevin Əlcəzair Milli Mücahidlər Muzeyinin xatirə kitabına qeydlərinin fotosu yayılıb.

Əsas müzakirə Prezidentin ingiliscə yazdığı mətndə xəttinin son dərəcə səliqəli olmasıdır.

Qısa zaman çərçivəsində, ayaq üstə yazmasına baxmayaraq, Prezidentin xətti və ifadə tərzi sosial şəbəkələrdə təəccüblə qarşılanıb və trendə çevrilib.

Qeyd edək ki, ingiliscə fotosunu təqdim etdiyimiz mətnin tərcüməsi belədir:

“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.

Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.

Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”
İlham Əliyevin əlyazısı yayıldı, trendə çevrildi - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO