Qəbələdə İBTİDAİ-İCMA QURULUŞU ŞƏRTLƏRİ... - GİLEY

15:34 26.10.2022 172
Qəbələdə İBTİDAİ-İCMA QURULUŞU ŞƏRTLƏRİ... - GİLEY


“Qaz, yol, məktəb, uşaq bağçası, tibb məntəqəsi, ictimai nəqliyyat yoxdur, işıq dirəkləri aşır, əsasən yayda su qıtlığı hökm sürür”.

Qəbələnin Bəyli və Quşlar kəndlərinin sakinləri Meydan TV-yə kənddəki sosial problemlərdən danışıblar.

Onlar bildiriblər ki, hər iki kənddə yaşayış üçün vacib şərtlər olmadığından, insanların güzəranı olduqca ağır keçir. Bəylidə 75, Quşlarda da təqribən o civarda ailə yaşayır. Sakinlərin sözlərinə görə, Sovet vaxtı Qəbələnin kəndlərində, o cümlədən, Bəyli və Quşlarda mavi yanacaq olub. 1990-cı illərin əvvəllərində kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Mavi yanacağın verilməsi son illərdə başqa kəndlərdə bərpa olunsa da, bu iki kənddə hələ də adamlar qaz xətlərinə baxıb, köks ötürürlər.

Bəyli sakini İntiqam Quliyev danışır:

“Sovet vaxtı Ağdaş istiqamətindən gələn qaz borusu ilk bu kənddən keçib, bizdən Quşlara, oradansa başqa kəndlərə gedib. İndi də qaz xətləri yerindədir, bir az qırıq yerlərin təmir-bərpasına ehtiyac var. Ancaq qaz verilmir. Qaz qonşuluqdakı Savalan kəndinədək gəlir, ordan bu tərəfə xətt bağlıdır, verilmir. Məsələn, Quşlardan sonrakı kəndlərdə qaz var, o kəndlərə başqa istiqamətdən gəlir. Bir sözlə, ətraf kəndlərin hamısında qaz var, iki kənd qalıb ortada…”.

Bəyli və Quşlarda qış sərt keçir. Ancaq bir neçə ildir ki, kəndlilər evlərini isitmək üçün meşədən çör-çöp də yığa bilmirlər. Nəticədə baha qiymətə odun almalı olurlar. Odunun qiyməti ilbəil artır ki, bu da büdcəsi olmayan kəndliyə uyğun deyil.

Hər iki kəndin enerji təminatı bərbaddır. Qəzalı vəziyyətdə olan naqilləri saxlayan 30-40 ilin çürümüş taxta dirəklər aşmasın deyə, kəndlilər onların dibinə əlavə dirəklər basdırıblar. Qışda isinmək üçün qızdırıcılardan istifadə olunduğuna görə, naqillərdə qısaqapanmalar olur, köhnə ötürücü şitlər sıradan çıxır, nəticədə bu iki kənd tez-tez işıqsız qalır.

Təhsil məsələsi də hər iki kənddə problemlidir. Bəyli kəndinin uşaqları 2-3 kilometr qol qət edərək Quşlardakı məktəbə gedir. Halbuki, heç bu məktəb də istifadəyə yararlı deyil. Bina köhnədir, dərs ləvazimatları, avadanlıqlar yararsızdır.

Bəylidə tibb məntəqəsi yoxdur, Quşlardasa tibb məntəqəsi adına Sovetdənqalma bir tikili var – dağılmış, qapısı qıfıllı…

Sakin İlhamə Səfərova danışır: “Əvvəllər Bəyli ilə Quşlar eyni sovetlikdə idi, indi ayırıblar. Tibb məntəqəsi Quşlarda olub, Bəyli kəndinin sakinləri də həmin tibb məntəqəsindən istifadə edib. Uzun illərdir ki, tibb məntəqəsindən geriyə uçuq-sökük bir daxma qalıb. Hər iki kəndin xəstələri ən aşağı tibbi xidmət almaq üçün də rayon mərkəzinə getməlidir. Hər dəfə sistem qoşdurmaq üçün 10 manat o başa, 10 manat bu başa xərcləməlisən. Çoxu xəstələnir, imkansızlıqdan tibbi xidmət ala bilmir, dünyasını dəyişir”.

Bu kəndlərdə yol da bərbaddır. Yağış yağanda palçıq dizə qalxır, uşaqlar məktəbə gedəndə ayaqlarına sellofan bağlayır.

Kəndliləri narahat edən məsələlərdən biri də işsizlikdir. Bəyli və Quşlarla rayon mərkəzi arasında 30 kilometr yol var. Ancaq sakinlərin mərkəzə gedib-gəlmələri üçün ictimai nəqliyyat yoxdur. Taksiylə gedib-gəlmək təxminən 20 manata başa gəlir:

“Kəndlərdə iş yoxdur, məşğuliyyətimiz maldarlıqdır, əkindir, ancaq bu işlərlə məşğul olmağa şərait, su yoxdur. Əkinçilik aşağı səviyyədədir, baha başa gəldiyi üçün kəndlilər əkin işinə girişmir. Qalır bircə heyvandarlıq, o da orta səviyyədədir. İş yalnız rayonun özündə tapmaq mümkündür, ancaq ictimai nəqliyyat olmadığından, adamlar kənddən kənara çıxa bilmir”.

Məsələn, Bəylidə yalnız bir üzümçülük təsərrüfatı var, kəndlilərin bir qismi orada işləyir, o da mövsümi işdir. Üstəlik, bu iş bütün ailələri əhatə etmir.

Hər iki kəndin sakinləri uzun illərdir ki, sadalanan problemlərin həll olunması üçün aidiyyəti qurumlara yazır, ayaq döyür. Hər dəfə də eyni sözləri eşidirlər – növbəti ildən hər şey yaxşı olacaq:

“Deyirlər, gələn ay yol çəkiləcək, o biri ay qaz veriləcək… Artıq bu boş vədlərdən boğaza yığılmışıq”.

Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun nümayəndələri tez-tez həmin kəndlərdə olur, problemləri qeydə alır. İcra hakimiyyəti problemlərin aradan qaldırılması üçün digər aidiyyəti qurumlara rəsmi müraciətlər edir. Kəndlərdə ilk növbədə qaz və yol problemlərinin həlli nəzərdə tutulub. //Meydan TV//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO