[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fövqəladə Hallar Nazirliyi tenderi də fövqəladə şəkildə keçirir - İLGİNC FAKTLAR

2019-cu ilin fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən satınalmalar yolu ilə nə qədər dövlət vəsaitinin ayrıldığı bəlli deyil. İlkin açıqlamalarda episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəydiyi bildirilirdi. Lakin sonradan bu siyahıya minlərlə bərpaya ehtiyac evlər də daxil edildi və Fövqəladə Hallar Nazirliyi hələ də sözügedən rayonlarda təmir bərpa işlərini davam etdirilməsi məqsədi ilə tenderlər keçirir. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar yayılıb.

Amma bizim məqsədimiz Fövqəladə Hallar Nazirliyinin başqa bir idarəsi tərəfindən fövqəladə bir hal kimi, təcili şəkildə keçirilmiş bir tenderdə yol verilən qanun pozuntularını ictimaiyyətə çatdırmaqdır. Oktyabr ayının 25-də Azərbaycan Respublikas Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi iki açıq tenderin yekunlaşdırıldığına dair məlumatlar açıqlayıb.

Onlardan biri bakterioloji preparatlar və müayinələrin aparılması üçün materialların alınması üzrə keçirilib ki, bu məqsədlə 85 282.21 manat məbləğində satınalma müqaviləsi “REEZ GROUP ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

“REEZ GROUP ” MMC Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 29.03.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, 21-Cİ MK/RN, ev 0, m. 29-dur. Qanuni təmsilçisi isə Bəyov Ramil Əmirbəy oğludur. Bu MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Yalnız adı 29.04.2020-ci il tarixә olan mәlumaa görə koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında var.

Maddi-Texniki Təchizat İdarəsi tərəfindən tədbirlərlə əlaqədar abadlıq işləri üzrə 196 980 manat məbləğində satınalma müqaviləsi isə “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, KOROĞLU (SARAY QƏS.), ev 76, qanuni təmsilçisi kimi isə Nurani Namiq Firudin oğlu qeyd olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin tədbirlərlə əlaqədar abadlıq işləri üzrə keçirdiyi açıq tender müsabiqəsinin başlanma tarixi 15.09.2022- ci ilə müəyyən edilib. “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 28.09.2022-ci il tarixdə, yəni müsabiqənin başlanıldığından 13 gün sonra dövlət qeydiyyatına alınib.

Axı Açıq Tenderin şərtlər toplusunda Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin özü tenderdə iştirak etmək üçün iddiaçılardan bu kimi sənədlər tələb edir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

Aydın məsələdir ki, hər hansı bir MMC dövlət qeydiyyatına alındıqdan dərhal sonra bunları əldə edə bilir.

2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış

İddiaçı tender müsabiqəsinə başlanıldıqdan sonra yaradılıbsa?

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

İddiaçı tender müsabiqəsinə başlanıldıqdan sonra yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?

4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.

Tender müsabiqəsinin bağlanılmasından 13 gün sonra yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Burada xüsusilə vurğulamaq istərdik ki, Maddi-Texniki Təchizat İdarəsinin Tender Komissiyası Açıq Tenderin şərtlər toplusunda nə kimi tədbirlərin keçiriləcəyini və hansı ünvanın abadlaşdırılacağını açıqlamayıb. Bundan əlavə satınalma şərtlərinə heç bir uyğunluğu olmayan MMC-yə 196 980 manat dövlət vəsaitini necə həvale etmək olar? Hələ bəzi bir çox şübhəli məsələlər də varsa.

Qeyd edək ki,”SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nurani Namiq Firudin oğlu həm də “ELEMENT” MMC-nin qanuni təmsilçisidir. MMC 03.07. 2019-cu ildə, yəni bir gündə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən idarənin digər xərclərinin satınalması üzrə elan etdiyi beş tenderin qalibi olub və ümumi dəyəri 244 000 manat olan dövlət sifarişi alıb. Sözügedən MMC də sifarişləri dövlət qeydiyyatına alındıqdan cəmi 8 ay sonra alıb. Belə ki, MMC 26.11.2018-ci ildə Laçın rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Laçın rayonu, Taxta Körpü (məcburi köçkünlərin məskunlaşdığı yer – red.) qəsəbəsi göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC daha sonra heç bir satınalmalarda iştirak etməyib. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda Namiq Nurani Firudin oğlunun 2012-ci ildə Yevlax rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışdığı görsənir. Lakin sonradan sözügedən vəzifə Yevlax rayon İcra Hakimiyyəti tərəfindən vakansiyaya çıxarılıb.Onun icra Hakimiyyətində tutduğu vəzifədən kənarlaşdırılması özü bir çox suallar ortaya çıxarır. Hansı səbəbdən İcra Hakimiyyətindən xaric edilib? Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamıza onun hansı səbəbdən çıxarıldığ barədə məlumatları olmadıqlarını və hazırda işsiz olduğunu bildirdilər.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzər Rayon İcra Hakimiyyətindən şəhidə hörmətsizlik – Adına olan bulaq sökülür


Xəzər rayonu, Şağan qəsəbəsində şəhid Allahverdi Allahverdiyev Əli oğlunun adına olan bulaq rayonun icra hakimiyyəti tərəfindən sökülüb.

Bu barədə Manset.az-a rayon sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, icra nümayəndələri bütün xahişlərə rəğmən şəhidin adına olan bulağı sökmək fikrindən daşınmayıblar. Onu da bildirək ki, həmin bulağı şəhidin ailəsi tikdirib və açılış mərasimində icra hakimiyyətinin rəhbərliyi də iştirak edib.

Manset.az

Xəzər Rayon İcra Hakimiyyətindən şəhidə hörmətsizlik – Adına olan bulaq sökülür
Xəzər Rayon İcra Hakimiyyətindən şəhidə hörmətsizlik – Adına olan bulaq sökülür
Xəzər Rayon İcra Hakimiyyətindən şəhidə hörmətsizlik – Adına olan bulaq sökülür




[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baba Rzayevin qardaşı da BÜDCƏYƏ DARAŞIB... - BU DA FAKT!!!


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

DİA.AZ-ın yeniavaz.com-a istinadən məlumatına görə, tender müsabiqəsinin qalibi "Electro Construction" QSC (VÖEN – 1403828771) olub. Müsabiqənin şərtinə görə "Electro Construction" QSC AZAL-a Heydər Əliyev Beynəlxalq Aeroportunun perron ərazisindəki işıq dirəklərini qidalandıran paylayıcı şkafların döşəməüstü panellərini satacaq və qarşılığında 49 min 311 manat 2 qəpik alacaq.

Nizamnamə kapitalı 2000 manat olan "Electro Construction" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də yerləşir. Şirkətin qanuni təmsilçisi İslamov Mustafakamal Məhiyəddin oğludur.
Məlumat üçün bildirək ki, "Electro Construction" QSC-nin qeydiyyatda olduğu ünvanda çoxsaylı şirkətlər qeydiyyata alınıb. Bu şirkətlər “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.
Məsələn, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də qeydiyyatda olan “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) bir il əvvələ qədər qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğlu olub. Bu şəxs eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.

Bundan başqa Ziya Bünyadov, ev 2071-də “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də qeydiyyatdadır. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK


“Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, - deyə Simonyan söyləyib.

Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın Maliyyə naziri pensiyaları necə mənimsəyir? - Səlim Müslümovun yolunu gedən Rafael Əliyev


«Mən bir neçə aydır pensiyaya çıxmışam. Pensiyamın az olması məndə şübhə yaratdı. Bakıdan yaşayan bir qohumumun məsləhəti ilə sosial.az-da video qeydiyyatdan keçib ödənişlərimə baxanda gördum ki, ödədidiyim pullar pensiya üçün yığılmis balansımda yoxdur».

DİA.AZ bildirir ki, ovqat.com-a Naxçıvandan göndərilmiş şikayət məktubunda belə deyilir.

«Xan» rejiminin amansız repressiyasına uğrayacağından ehtiyat etdiyimiz üçün adını açıqlamadığız şikayətçi bildirir:

«Yaşıdlarımdan soruşdum onlarda da eyni vəziyyət idi. DSMF-yə muraciət etsəm də nəticə olmadı. Müəssisəm isə möhürlü sənəd göstərdi ki, sənin ödənislərin düzdür. Təkrar DSMF-ya müraciət etdim. Mənə bildirirdilər ki, Naxçıvan MR Maliyyə naziri Rafael müəllimin tapşırığıdır belə olub: 2021 və 2022-ci ilin DSMF ödənişlərindən hər vətəndaşdan illik olaraq 300-3000 manat arası kəsilsin. Maliyyə naziri isə vətəndasları qəbul etmir ki, şikayətimi ona deyim».

Şikayətçinin iddiasına görə, Rafael Əliyev belə etməklə Naxçıvanda hamını qıcıqlandırır: «Məmuru da, xadiməsi də ona nifrət edir. Odədiyimiz pulla o halal pensiyamızı da ala bilmirik».

Açığı, pensiyaçının illik müavinətindən 3000 manatın necə kəsilə biləcəyi bizə inandırıcı gəlmədi. Şikayətçiyə zəng edib bunun necə baş verə biləcəyini soruşduq. Şikayətçinin izahı belə oldu:

«Məsələn, 2021-ci ildə DSMF-yə illik 5000 manant ödəyən insanlar var. Onlardan 1000 manat tutublar, yerdə qalan 4000 manata görə pensiya təyin ediblər. Hər illik ödənişə uyğun olaraq pensiya üzərinə pul gəlir. İllik maaşın 25 faizi DSMF-yə gedir. Onun 3 faizini pensiyaçı, 22 faizini isə müəssisə ödəyir».

Bir sözlə, Naxçıvandan olan şikayətçinin iddiasına görə, Muxtar Respublikanın bütün əməkçilərinin DSMF-yə ödədiyi pulların bir qismi birbaşa Rafael Əliyevin şəxsi cibinə gedir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu məktəb 15 gündür ki, işıqsız və susuz qalıb - NAZİRİN NƏZƏRİNƏ...


Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin müəllim kollektivi və həmin məktəbdə təhsil alan uşaqların valideynləri Elm və təhsil naziri Emin Əmrullayevə müracət edib.

Nazirə edilən bu dəfəki müraciət isə ənənəvi müraciətlərdən fərqlənib.

Söhbət adıçəkilən məktəbdə sentyabrın 15-dən bu günə qədər suyun olmamasıdır.

Gununsesi.info-nun elektron postuna daxil olan müraciəti biz də təqdim edirik.

Təhsil naziri cənab Emin Əmirullayevə.
Hörmətli cənab nazir!
Fəaliyyət göstərdiyimiz Göygöl şəhəri 1 nömrəli tam orta məktəbdə sentyabrın 15-dən bu günə qədər su yoxdur.
Bu səbəbdən 3 mərtəbəli məktəbdə 12 sanitar qovşağını təmizləmək mümkün deyil.

Məktəbdə müəllim və şagirdlərin ümumi sayı 1000 nəfərdən artıqdır.
Həmçinin 12 gündən artıqdır ki, məktəbdə işıq yoxdur.
Məktəbin müəllimləri şəxsi vəsaiti hesabına, cibimizdən işıq sayğacının kartına pul yükləyirik. (Zərurət olarsa ödəniş qəbzini də Sizə göndərə bilərik.)
Məktəbdə hər bir sinif müəllimi süpürgə və digər yumşaq inventarları öz şəxsi vəsaiti ilə alır.
Göygöl Təhsil Sektoruna bu problemlər barədə bir neçə dəfə müraciət olunub.
“Pul yoxdur, yuxarının da məlumatı var, pul olanda su motoru düzələcək, sayğaca pul yüklənəcək” deyə cavablar verilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Göygöl Təhsil Sektoruna dəfələrlə rəsmi məktubla müraciət edilib.
Yazdıqlarımızı kiminsə şəxsinə yazılmayıb.
Hamısı faktlardır. Araşdırmanızı xahiş edirəm.
Cənab nazir!
Bu məsələlərdən sizin məlumatlı olduğunuz bildirilir.
Müəllimlər də, şagirdlər də, valideynlər də bilmək istəyir ki, doğrudan da cənab nazir Emin Əmirullayevin bu işdən xəbəri var? Yoxsa bizi aldadırlar?
Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin bütöv müəllim, şagird, müəllim kollektivi bilmək istəyir ki, biz niyə cibimizdən süpürgə almalıyıq?
Biz niyə məktəbin işığının pulunu cibimizdən ödəməliyik?
Biz niyə 1 aydan çoxdur təmizlənə bilməyən sanitar qovşaqlarından istifadə etməliyik?
Biz niyə məktəbə kapron qablarda əlimizdə su daşımalıyıq?
Bu işin cavabdehi kimdir?
Niyə məktəbdə bu cür xoşagəlməz hallar yaşanır?
Suallarımıza cavab istəyirik.

Hörmətlə: Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin şagird, müəllim, valideyn kollektivi

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsildəki İSLAHAT SELİ də SARANI APARA BİLMİR... - Mərdanovun SON `QALA`SI...


Bakıda yerləşən 132-134 saylı Təhsil Komleksində baş verən qanunsuz hadisələr barəsində ilginc məlumatlar əldə etimişik. Bir qrup valideyn tərəfindən cumhuriyyet.az-a ünvanlanan müraciətdə məktəbin direktoru Sara Xanlarovanın ünvanına bir sıra ittihamlar yer alıb.
Müraciət müəllifləri bildirirlər ki, 132-134 saylı Təhsil Kompleksində yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Belə ki, 9, 10 və 11-ci siniflərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Hazırlıq kurslarında və repititor müəllimlərin yanında dərs keçən şagirdlər dərsə gəlməmənin müqabilində direktora sinif rəhbərləri və məktəbin direktor müavinlərinin əli ilə haqq ödəyirlər. İllik məbləğin 2500-5000 manat arasında dəyişdiyi bildirilir.
Valideynlər məktəbə şagird qəbulu zamanı da süründürməçilik, rüşvət hallarının geniş yayıldığını bildirirlər. Belə ki, istər 5 yaşlıların hazırlıq kurslarına, istərsə də birinci sinifə qəbul zamanı məktəbdə yer olmaması, buna yalnız nazirlik nəzarət edir bəhanəsi ilə valideynlərdən “ şirinlik” tələb olunur ki, bu da ümumi hesabda heç də kiçik məbləğ hesab olunmamalıdır.
Valideynlər cumhuriyyet.az-a bildirirlər ki, müəllimlər müəyyən səbəblərdən səslərini çıxarmasalar da, hər ay direktora, direktorun aidiyyatı müavinlərinə haqq ödədiklərini söyləyirlər.
Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq Təhsil Kompleksində 5 oktyabr müəllimlər günündə şıdırğı pul yığma kompaniyası həyata keçirilib. Xüsusilə valideyn komitələri vəzifələrini icra edənlər bu işdə fəallıq göstəriblər. Müraciət müəllifləri valideynlərin övladlarının digər şagirdlər və müəllimlər yanında “gözükölgəli” olmaması üçün deyilən məbləği ödədiklərini vurğulayırlar. Müraciətdə Təhsil Nazirliyinin “müəllimlər günü” rüsvayçılığına son qoymasını tələb edirlər.
Redaksiyamıza daxil olan müraciətdə valideynlər Sara Xanlarovanı təhsilimizdə “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalası adlandırırlar. Müraciət müəllifləri bildirir ki, “Sara Xanlarovanın keçmiş nazir Misir Mərdanovun kadrı olduğunu və bu gün də vəzifədə məhz onun tapşırığı əsasında qaldığını bilməyən yoxdur. Biz isə öz işinin öhdəsindən gələ bilməyən bir nazirin kadrının əməllərinin cəzasını çəkməyə məcbur deyilik”. Eyni zamanda əfsuslar olsun ki, Sara Xanlarovanın zaman-zaman qanunsuz əməllərinə göz yumanlar bu gün də “yuxarıdan” alınan göstərişlər müqabilində göz yummaq məcburiyyətindədir. Sara Xanlarovanın Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından sui-istifadə etməsi, Səbael rayon icra başçısı Vüqar Zeynalovun himayəsində çalışdığı bildirilir. O cümlədən aidiyyatı üst qurumlar belə heç bir müsbət nəticələr əldə etməyən direktorun yüksək titula layiq görülməsini Prezident sərəncamına belə salmışlar. Əgər son illər ərzində məktəbin göstəriciləri Bakı şəhərində olan yüksək səviyyəli digər məktəblərlə müqayisə etsək, Sara Xanlarovanın əmək müqaviləsinin məqsədli şəkildə uzadılmasının şahidi olarıq.
Müraciət müəllifləri bildirirlər: “Övladlarımızın rüşvət və korrupsiya yuvasına dönmüş bir məktəbdə təhsil alması bizi çox narahat edir. Məktəb bizim üçün müqəddəs bir məkandır. Lakin, Sara Xanlarovanın idarəçiliyi Təhsil Kompleksində bazar qanunlarının işləməsi ilə nəticələnib. Demək olar ki, hər həftə uşaqlardan müxtəlif adlar altında pul tələb olunur. Bu isə şagirdlərin psixologiyasında mənfi izlər qoyur. Əgər nəzərə alsaq ki, təhsil kompleksində məktəblilərin əxlaqa sığmayan video-pornoları sosial şəbəkələrdə tüğyan edir, Sara Xanlarovaya himayədarlıq etmək belə cinayətdir. Elə bu baxımdan Sara Xanlarova əldə etdiyi qanunsuz gəlirlərlə Badamdar mossivində dörd mərtəbəli uşaq bağçası inşa etdirərək qızına hədiyyə etmişdir”. Cumhuriyyet.az-a ünvanlanan müraciətin sonunda bildirilir:”Biz Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, Təhsil naziri Emin Əmrullayevə, Səabil rayon icra başçısı Vüqar Zeynalova, Millət vəkili Aqiyə xanım Naxçıvanlıya müraciət edərək kömək istəyirik. Tezliklə Təhsil Kompleksində baş verən qanunsuzluqlara son qoyulmazsa vəziyyət daha da acınacaqlı olacaqdır. Bizə kömək edin, biz övladlarımızın gələcəyi üçün narahatıq!” //cumhuriyyet.az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təzə başçının Lerik üçün SAQQAL DARAĞI... - Rayonda nə baş verir?


DİA.AZ kulis.az-a istinadla Vüqar Babazadənin “Lerikin fabulası ətrafında” adlı yazısını təqdim edir:

Lerik rayonuna yeni İcra başçısı gəldikdən sonra yenidənqurma və abadlıq işləri son sürəti ilə davam etdirilir. Rayonda olan casuslarımın mənə verdiyi məlumata görə Leriki tamamilə dəyişdirib, Los-Anceles kimi bir şəhər etmək fikirləri varmış. Basketbol meydançaları, ralli üçün yollar, kripto-valyuta kursları, ağıllı robotlar gətirəcəklərmiş Lerikə. Hətta, deyilənə görə, metro da çəkiləcəkmiş. Yerin üstündə nə qədər yol var, hamısını asfalt edib qurtarıblar, indi keçəcəklər yerin altına.

Düzdür, rayonun mərkəzindəki parkın daşları sökülüb. Ümid edirik, elə qalmayacaq, gözümüzün ağı-qarası bir parkımız var, onun da daşlarını yerinə taxarlar. Adətən, belə olur. Amerika birdən, durduq yerə Amerika olmayıb ki...

Amerika demişkən, Lerikin yolları serpantinlərdən ibarətdir. Rayona gedib çata bilmək üçün sərt döngələri burulmalı, yanan çənbərin içindən tullanmalı, qaz yerişi yeriməli, əlli dənə jim vurmalı, talış, ingilis və rus dilini ana dilin kimi bilməlisən. Rayona qalxmaq asan məsələ deyil. Həmişə yam-yaşıl meşələrin içindən keçib, dumanından, yağışından, qarından başqa heç nəyi olmayan gözəl Lerikə gedəndə fikirləşirəm ki, elə bil Allah baba bilə-bilə rayonumuzu bu qədər uzaqlıqda, bu qədər çətin şəraitdə yaradıb ki, adam-madam ora qalxa bilməsin. Coğrafiya adama deyir ki, çıx get burdan, gəlmə bura.

Həmin serpantinlərdə bir az nabələd sürücü olsan, maşını aşırdıb salarsan dərəyə. Maşallah, aşağısı uçurumdur, yuxarısı nəhəng qayalıqlar. Ayağını qaza bir az çox basdın, yaxud əyləci vaxtında sıxmadın, yuxuladın, fikirli oldunsa, vəssəlam, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.

Azmı olub, həmin yollarda qəzalar? Gələn-gedən aşıb, düşürdü sıldırım qayalardan aşağı. Döngə və yaxud qabaqdan gələn maşın adamın qabağına birdən çıxır, çaşıb qalırsan, bilmirsən nə edəsən? Lerikə maşın sürmək üçün azı 5 il sürücülük təcrübən olmalıdır. Diribaş olmalısan. Bu yaxınlarda bir faciəvi qəza olmuşdu. 8 nəfər ölü, 10-dan çox yaralı.

Bu yolların qırağında guya maşınların aşmamağı üçün iri beton lövhələr qoyulub. Həmin betonlara qanacaqsız adamlar götürüb telefon nömrəsi, maşın nömrəsi, nə bilim, sevgi elanları-filan yazmışdılar. Nadan, yarımçıq adam oldun belədir. Götürüb sevgini daşa-divara yazıb, elə bəyan edirsən. Yeri gəlmişkən, Buzeyir mağarasının ağzını, həmin ətrafda olan daş-qayanın birini də boş saxlamayıblar. Hamı ya öz nömrəsini, ya adını, ya sevdiyi qızın baş hərfini yazıb. Başa düşmürəm, bu vandalizm nə üçündür və haradan qaynaqlanır? Yəqin, həmin adamlar vaxtilə Buzeyir mağarasında yaşayan ilk insanların qohumlarıdır. Yoxsa başqa bir səbəb tapmaq olmur. Adam niyə daşa öz nömrəsini yazsın? Bunu nəinki Homo-Sapiens, heç Homo-Erektus da eləməz. Qərəz, bu heç. Bu ayrı yazının mövzusudur. Qayıdaq Lerikdəki beton qoruyuculara.

Həmin betonların üstündəki nömrələri silmək və daha yaradıcı bir şey etmək niyyətilə götürüb bu betonları rəngləyiblər. Niyyət yaxşıdır. Niyyətlə işim yoxdur. Adamlar nəsə eləməyə çalışıblar. Ən azından buna cəhd ediblər.

Amma şəkillər nə olsa yaxşıdır? Dəvələr, atlar, nə bilim, təbiət, ağaclar, çaylar, həştəqlər və s. gic-gic şəkillər. Əməlli komediyadır. Şəkillərə aşağıdan baxa bilərsiz.

Dəvə şəkli çəkiblər... Özü də 3 dənə ayrı-ayrı betona. Bunu hansı ağılla, hansı məntiqlə ediblər, hansı fm-də, hansı dalğada olublar, çox maraqlıdır mənə. Kimin ideyası olub dəvə şəkilləri çəkmək? Absurd, absurd deyirdim, daha bu qədər də artıqdır, vallah. Əməlli-başlı camaatla məzələniblər. Lerikin dəvəyə nə dəxli var? Lerikdə axırıncı dəfə pələng olub, onu da Cəngəmiran kəndində bir arvad balta ilə öldürüb. Doğrudan, düz söhbətdir. Arvad hamamdan çıxanda görüb ki, bir dənə pələng evin ətrafında hərlənir. Götürüb baltanı pələngi iki yerə bölüb. Aleksandr Düma bunları yazıb. Açıb, oxuyun.
Təzə başçının Lerik üçün SAQQAL DARAĞI... - Rayonda nə baş verir?

Hələ bir rəsm əsəri var, möhtəşəmdir. Deməli, Mikelancelonun “Adəmin yaradılışı” rəsmini götürüb Lerikdəki betonların üstündə interpretasiya ediblər. İlk dəfə görəndə, az qala, tilsimlənmişdim. Rəssam bilmirəm kimdir. Ümumiyyətlə, bu rəsm əsəri birbaşa Mikelanceloya hörmətsizlikdir. Birbaşa sənətə təhqirdir. Talış diyarında Mikelancelonu cındır çıxarıblar. Bunu təqdir etməliyikmi? Əlbəttə, postmodernizmdir. Nə istəyirsən elə. Qərbdə Mona Lizaya bığ qoyub, milyard dollara satırlar, bizdə də betonun üstündə “Adəmin yaradılışı” olsun.

Bu hərəkət bütün incəsənət tarixi ilə məzələnməkdir. Heyf ki, dünyaca məşhur kuratorlar, incəsənət xadimləri, sənətçilərin bu rəsm əsərindən xəbəri yoxdur. Mən yeni seçilmiş İcra hakimiyyəti başçımıza təklif edirəm ki, rəsm əsərini beton qarışıq satışa çıxaraq. Özü də NFT-də. Ya da London, Paris sənət sərgilərində. Beton şəkli də Talış nənələr oxuya-oxuya təqdim eləsinlər.

Bir dənə təsəvvür edin: Luvr muzeyində, avanqard rəsmlər sərgisidir. Talış nənələr milli geyimdə, “Ay lolo, ay lolo” oxuya-oxuya fırlanırlar, rəsm əsərini də beton qarışıq gətiriblər. Əla söhbətdir. Dünyanı heyrətə sala bilərik.

İlahi, necə satılar, bir bilsəniz. Orda, palçıqlı, dumanlı kiçik bir yerdə bütün insanların taleyini dəyişəcək bir sənət əsəri, bir xəzinə yatır. Amma bundan heç kimin xəbəri yoxdur. Dəhşətdir.
Təzə başçının Lerik üçün SAQQAL DARAĞI... - Rayonda nə baş verir?

Ümumiyyətlə, betonların üstündəki şəkillər fiaskodur. Nə estetikdir, nə Leriklə əlaqəsi var (bir neçə rəsmi çıxmaq şərtilə), nə də sənətkarlıq görünür. Sanki naşı bir rəssam özü üçün cızma-qara edib. Daha yaradıcı şeylər etmək olardı.

Sevda Sultanovanın hələ, deyəsən, xəbəri yoxdur bu söhbətdən. Allah eləsin, xəbər tutub, yazmasın. O yazsa, tamam ayrı şeylər baş verəcək. Dua edin, Sevda xanım yazmasın.

Bir şeyi də qeyd edim ki, həmin betonlar Lerikin girəcəyinə yaxın hissədədir. Əksəriyyətində çığıran, gözqamaşdıran rənglərdən istifadə olunub. Bayaq dediyim kimi, nabələd bir sürücünün necəsə həmin rənglərdə gözü qalsa, üç-beş saniyə kifayətdir ki, qəza şəraiti yaransın. Başını çevirib həmin rəsmlərdən bir neçəsinə baxdısa, təbii olaraq, yolu görməz. Əminəm ki, xüsusən, Bakıdan gələn qonaqlar diqqətlə baxa-baxa gedəcəklər həmin şəkillərə. Bu da həyatlarını təhlükə altında qoyacaq.

Lerik haqqında bir neçə söz

Həmişə rayona gedəndə geniş sahələrə, mal-qaraya, əyinlərində nimdaş paltarlar olan yorğun camaata, taxtadan tikilmiş köhnə evlərə, balaca butkaların qabağında oturub nərd oynayan qoca kişilərə, həmişə nəsə daşıyan kənd arvadlarına, yolda gördükləri hər maşının dalınca bir az hürüb yorulan küçə itlərinə, yorğun-arğın eşşəklərə baxdıqca bu adamların, heyvanların həm burda hansı əziyyətlərlə yaşadıqlarına, niyə bikarlıqdan ürəklərinin partlayıb ölmədiyinə təəccüblənir, həm də o insanlara yazığım gəlir. Adam Lerikdə darıxmaqdan başqa nə iş görə bilər? Necə darıxa-darıxa odun doğrayasan, inək sağasan, qoyun otarasan, yemək yeyəsən?

Betonların üstünə şəkil çəkmək, parka daş döşəmək Lerikdə görüləcək ən son işdir. Yüzlərlə problem dura-dura gedib niyə betonları rəngləyirsiz? Nə üçün rayonun mərkəzində bir kitab mağazası açmırsız? Nə üçün rayonda gənclərin vaxtlarını keçirəcəyi bir idman kompleksi yoxdur? Nə üçün saat 5-dən sonra açıq olan bir mağaza, bir aptek tapmaq olmur? Niyə bəzi kəndlərə hələ də internet, telefon xətti çəkilmir? Rayonun mərkəzində bir dənə ictimai tualet yoxdur. Ailəvi oturmaq üçün bir restoran yoxdur. Cavan-cavan uşaqları niyə küsdürüb, çayxanalara həbs edirsiz?

NƏ ÜÇÜN 13-14 YAŞLI QIZLARI ƏRƏ VERİRLƏR? NİYƏ KƏNDLƏRDƏ DÜZ-ƏMƏLLİ MƏKTƏB YOXDUR? Niyə mədəniyyət təbliğ etmirsiz? NİYƏ CAMAAT MOLLALARA MÜƏLLİMDƏN DAHA ÇOX GÜVƏNİR? NİYƏ NARKOMANİYA HƏR GÜN ARTIR? İşçiyə, əməkçiyə, sahibkara necə kömək etmək olar? Əyalət gəncinin problemləri nələrdir? Niyə uşaqlar Bakıya ali məktəbə qəbul olunmaq, ixtisaslaşmaq üçün yox, Lerikdən qaçıb canlarını qurtarmaq üçün oxuyurlar?

Bəlkə, bunlardan danışaq? Ağır suallardır. Amma bu suallara kimsə cavab verməlidir. Betonun üstünə şəkil çəkməklə heç kim inkişaf etməyəcək. Betonları da rəngləyin. Demirəm, rəngləməyin. Nə qədər istəsəz rəngləyin. Amma oturub beton rəngləməklə iş düzəlmir. Ağ atlı oğlan gəlib, Lerikin Orand kəndindəki Əlini, Vəlini, Pirvəlini, Həsəni, xilas etməyəcək. Ağ atlı oğlanlar dövrü bitib. Həmin uşaqları ancaq biz xilas edə bilərik. Əgər imkanımız ola-ola, əlimizdən gələ-gələ həmin uşaqlara kömək etmək əvəzinə, beton rəngləməklə gün keçiririksə, bundan böyük naqislik və ədalətsizlik olmaz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hüseyn Büyükfıratın müavini Lokman Biterin Azərbaycan dövlətinə borcu üzə çıxdı - FOTOFAKT


Türkiyənin Azərbaycandakı daha bir məşhur şirkətinin dövlətə vergi borcu üzə çıxıb.
Hüseyn Büyükfıratın müavini Lokman Biterin Azərbaycan dövlətinə borcu üzə çıxdı - FOTOFAKT

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, "Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının bu günə olan vergi borcu 60 min manatdan çoxdur (61678.93 AZN).

15.08.2007 ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin rəhbəri Lokman Biterdor.
Hüseyn Büyükfıratın müavini Lokman Biterin Azərbaycan dövlətinə borcu üzə çıxdı - FOTOFAKT

Saytımızda verilən məlumatda iddia edilir ki, Lokman Biter ilə “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi , Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat yaxın dostdurlar.

Lokman Biter sözügedən ictimai birlikdə sədr müavinidir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Bahar Energy`də işçiləri maaşları verilmir - ETİRAZ


""Bahar Energy" Əməliyyat Şirkətində hələ də işçilərinin sentyabr ayı üçün əmək haqqlarını ödəməyiblər". Bu barədə DİA.AZ-a işçilər adından daxil olan müraciətdə deyilir.

İşçilərə bildirilirdi ki, əməkhaqları oktyabrın 25-dən tez olmayacaq. Amma deyilən tarix gəlsə də, yenə də maaşlar verilməyib. Bu halın bir neçə ildən artıq davam etməsinə baxmayaraq "Bahar Energy" ƏŞ məsul şəxsləri hələ də cəzasızdır.

Onu da qeyd edək ki, indiki halda Bahar ƏŞ tərəfindən ARƏM 5.1.,172.5 pozulduğuna baxmayaraq ,hələ də müvafiq qurumlar tərəfindən şirkətə ARƏM maddə 310. tədbiq olunmayıb.

İşçilərin dediyinə görə, şirkətin bəzi sexlərində işçilərlə Əmək Müqaviləsi deyil, Xidməti Müqavilə bağlanır ki, bunun özü də ciddi qanun pozuntusudur və bütün bunlara etiraz olaraq işçilər dia.az yazır:

""Bahar Energy" ƏŞ-nin benefisiar sahibi kimdir ki, şirkət illərlə ölkə qanunvericiliyini pozduğuna rəğmən, xətrinə dəyən yoxdur? Niyə nə köhnə, nə də təzə komandanın şirkət rəhbərliyinə "dur" deməyə cəsarəti çatmır?"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO