[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovun oğlunun Mayamidəki yeni iş yeri... - FOTOFAKT


Azərbaycanı tərk edərək ABŞ-a köçən prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə fəaliyyət göstərən “Manocherı Brothers LLC” (“Manuçeri Qardaşları”) şirkətində işə düzəlib.

DİA.AZ bildirir ki, yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli şirkətdə satınalmalar üzrə direktor vəzifəsini icra edir.
Əli Həsənovun oğlunun Mayamidəki yeni iş yeri... - FOTOFAKT

“Manocherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Yeni yaranan şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-ın tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.

Məlumat üçün bildirək ki, Şamxal Həsənli daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işləyib. Bu şirkət ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. Bu ilin əvvəlində Şamxal Həsənlinin “Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə Yeniavaz.com-da məlumat verilib.
Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib.
Onu da bildirək ki, Şamxal Həsənli 12 iyul 2022-ci il tarixində Mayamidə yerləşən “2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180” ünvanında “SOLIS DEVELOPMENT LLC” adlı şirkət də qeydiyyatdan keçirib.
Qeyd edək ki, hazırda ailəsilə birgə Mayamidə yaşayan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-da qanunların yanından BELƏ KEÇİRLƏR... - DETALLAR


Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını "çeynəyir".

Gundem.media bildirir ki, 32gun.az-ın məlumatına görə, bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.

16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.

Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.

Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.

Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.

Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ


Masallıda sahibkar yeri icra hakimiyyətindən narazdır. Azər İsmayılov adlı sahibkar Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq fəaliyyət göstərə bilmədiyini bildirib.

DİA.AZ-ın məlumatına görə, Manset.az-a müraciət edən sahibkar bildirir ki, aylardır tikdirdiyi supermarket tam hazırdır. Onlar Market fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içəris isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək onların fəaliyyətinə mane olub. Belə ki, nümayəndələr rayon rəhbərliyinin göstərişi ilə sahibkar Azər İsmayılova supermarketi qapatmaq tapşırığı veriblər. Daha sonra ərazidə post qurulub. Sahibkarın dəfələrlə icra hakimiyytinə müraciət etməyinə baxmayaraq məsələ həllini tapmayıb. İcərisində yarım milyondan çox ərzaq malları olan supermarket hazırda fəaliyyət göstərmir. Sahibkar isə aylardır işə qəbul etdiyi şəxslərə öz büdcəsindən ödənişlər edir. Azər İsmayılov bildirir ki, rayona yeni icra başçısı təyin olunduqdan sonra onun qara günləri başlayıb. Bu qeyri-yaşayış obyektindən əlavə sahibkarın daha bir qeyri-yaşayıb sahəsinin icra hakimiyyəti qarşısını hördürüb. Hazırda supermarketin içərisində olan yarım milyondan çox ərzaq malları xarab olmaq üzrədir.

“Bu yaxınlarda qanunsuz formada işığımı kəsdirdilər. Azərişıq rəhbərliyinin qəbuluna getdim, dərhal göstəriş verildi, problem həllini tapdı. Çünki sənədlərin qanunidir. Mən rayonda nə qədər xeyirxah işlər görmüşəm. Onları danışmaq mənə utanc verir. Çünki, vətən uğrunda şəhid olanlara qarşı xeyirxahlıq borcumuzdur. Rusiyada yaşayırdım. Vətən müharibəi zamanı cənab Prezidentin cağrışı ilə gəlib iş yerləri yaratmışam. Rayona kapital qoymuşam sonda da belə olub. İnanıram ki, dövlətim ədaləti bərpa edəcək. Rayondan işə qəbul edilən işçilər işə çıxacağı günü səbirsizliklə gözləyirlər.”

Məsələ ilə bağlı Manset.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında bunları deyib:

“Bilirsiz siz gərək icra hakimiyyətinə gələsiz. Mən də sizinlə görüşüb məsələni danışam. Deyəsən, orda sənədlərdə problemlər olmalıdı. Yer icarəyə götürülüb. Ancaq, Deyirlər içərisi malla doludu. Mən köməklik göstərməyə çalışacam.”
İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ
İcra başçısı içərisində milyonluq mal olan supermarketi bağlatdırdı - Masallıda ÖZBAŞINALIQ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev onları bu ölkələrə səfir təyin etdi


Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında, Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, Nazim Adil oğlu Səmədov isə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM


Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 5,3 milyon manat ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallı sakininin pay torpağını KİM MƏNİMSƏYİB? - İTTİHAM VAR!


“Bir neçə il qabaq Sabail rayonunda "Qaçkınkom”un sədri işləyən Bəyverdi Novruzov bizə verilən pay torpaqlarını və gölü zəbt edərək orada ev tikdirdi. O, korrupsiya, dövlət əmlakını mənimsəmə faktına görə vəzifəsindən azad edilib və hətta həbs olunmuşdur. Sonradan həbs müddəti pul ilə əvəz olundu və azadlığa çıxdı”.

Bu barədə Masallı rayon Ərkivan kənd sakini İbrahimov Əlimərdan Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Ə.İbrahimov deyir ki, B.Novruzov ona və digər vətəndaşlara aid pay torpağını qanunsuz yollarla ələ keçirib:

“Bəyverdi Novruzov mənə zəng vurdu ki, sənin, bir də qonşunun torpağını mən sənədlə almışam. Dedim ola bilməz, bu mənim pay torpağımdır. Həmin vaxtdan etibarən Bəyverdi Novruzov vətəndaşların pay torpağını mənimsəməklə məşğuldur. Torpağını vermək istəməyən vətəndaşlara isə hədə-qorxu gəlir. Ərkivan kəndində, bizim pay torpaqları olan ərazidə böyük bir göl var. Gölü də sənədsiz bir şəkildə hasarlayıb, mənimsəyib. Kəndin heyvanları oradan su içərdi, artıq bu mümkün deyil.

Bir neçə qonşumun və qardaşım oğlunun torpağını da zəbt edib. Bununla bağlı 8 ildir məhkəmə gedir. Məhkəmə davam etdiyindən qardaşım oğlunun torpağından hələlik əl çəkib, gəlib mənim və digər insanların torpaqlarını zəbt edir. Gətirib armatur basdırır, mən çıxardıb atıram, yenə gətirir basdırır. Təhqir, təhdid baş alıb gedir. DİN-in 102 xidmətinə dəfələrlə müraciət etmişik, amma şikayətimiz cavabsız qalıb”.

Ə.İbrahimov B.Novruzovun oğlundan da şikayətçidir:

“Oğlu Zaur Novruzov vəzifəsindən sui-istifadə edərək, mənim qazi oğluma dil uzadır. Oğlum müharibə iştirakçısıdır, qazidir. Mənim oğlum 37 gün torpağın altında qalıb ki, bunun kimi vicdansız, qansız insanlar dil uzatsın?! 37 gündən sonra torpağın altından çıxarılıb, o, ölə də bilərdi”.

Masallı sakini zəbt olunan torpağının geri qaytarılması üçün müvafiq qurumlara müraciət edir:

“Bəyverdi Novruzov deyir ki, mənim sənədim var. Onun sənədi varsa, bəs mənim sənədim nədir, görəsən?! Torpağı vermirəm deyə ərazinin qapısını balta ilə parçalayır, ziyan vurur, söyüşlər edir. Mən o insanın ailəmdən, torpağımdan əl çəkməsini istəyirəm. “Hürriyyət” vasitəsilə dövlət orqanlarına müraciət edirəm. Mənim pay torpağımı geri qaytarın. Kənd sakiniyəm, əkinçiliklə, heyvandarlıqla dolanıram”.

Əlimərdan İbrahimov deyir ki, Bəyverdi Novruzovun polkovnik olan qaynatası da məlum məsələylə bağlı ona təzyiq göstərir:

“Bəyverdi Novruzovun polkovnik rütbəsi daşıyan qaynatası da bizim üstümüzə hücum çəkir. Dincliyimiz yoxdur. Əlimizdə şəkillər, videolar var. Hansı qanunda yazılıb ki, kəndliyə verilən pay torpağını kimsə özbaşına ala və yaxud da qanunsuz sənədləşdirə bilər”?

Qeyd olunan iddialarla bağlı Bəyverdi Novruzovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Oğlu Zaur Novruzov isə deyir ki, sözü gedən torpaq sahəsi ilə bağlı atasında olan sənədlər tam qanunidir. Onun sözlərinə görə, əksinə, Əlimərdan İbrahimovun bələdiyyədən aldığı sənəd saxtadır: “3000 AZN-ə sənəd alıblar. Müraciət etdiyimiz orqan və məhkəmələrdən hələ sənədlərimizin saxta olduğu haqqında cavab almamışıq. Lazımi orqanlara müraciət etmişik, edəcəyik də. Deməli, həmin ərazilər 25 il qabaq qanuni şəkildə bələdiyyə torpaqları kimi bizə icarəyə verilib. Bizdən şikayətçi olan şəxslər 25 il ərzində orada ağac əkməkdən və butka qoymaqdan başqa heç bir iş görməyiblər. Yəni hal-hazırda bizim torpaq sahəsini zəbt ediblər. Əlimizdə Masallı Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qərarı var. Biz o torpağa heç bir müdaxilə etməmişik. Sadəcə, öz sahəmizi qorumaq üçün mühasirəyə alıb, kamera sistemi quraşdırmışıq. Bizim torpaq sahəsinə aid bütün hüquqi sənədlərimiz yerindədir. Bunu hüquq mühafizə orqanları və rayon rəhbərliyi də dəfələrlə araşdırıb və onlar bilirlər ki, qanunsuz heç nə yoxdur”.

Z.Novruzov həmçinin qeyd etdi ki, torpağın bir hissəsini şəhid olan qohumunun oğlunun adına keçirəcək: “Şikayətçilər hara istəyirlər müraciət edə bilərlər. SSRİ dövründən qalan pay torpağı sənədini gətirib, bizim şəxsi torpağımızı əlimizdən almaq istəyirlər. Mən onları ancaq savadsız tələbkarlar adlandıra bilərəm”.

Mövzu ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovla da əlaqə saxladıq. O xatırlatdı ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir. Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır: hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi.

Vəkil Adəm Məmmədov isə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər şikayətçinin əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev də qeyd etdi ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hər iki tərəf qarşılıqlı şəkildə polisə müraciət edib: “Masallı Rayon Polis Şöbəsində araşdırma aparılaraq onlara izah edilib ki, mülki məsələ olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin qarşısının alınması üçün ictimai təhlükəsizlik bölməsinə profilaktik söhbət aparılması üçün qərar qəbul edilərək göndərilib”.

Jalə FAMİLQIZI

P.S. Aydın olur ki, burada tərəflərdən birinin mübahisəli torpaq sahəsinə dair əldə etdiyi sənəd saxtadır. Əlimərdan İbrahimov deyir ki, ona verilən sənəd SSRİ-dən qalma deyil, müstəqillik dönəmində alıb. Buradan isə anlaşılan odur ki, rayonun gölü və pay torpaqları 2-ci dəfə satışa çıxarılıb. Belə olduğu halda, məhkəmə Əlimərdan İbrahimovun sənədini hansı əsasla qeyri-qanuni sayıb. Hər halda növbəti instansiyanın bu suala aydınlıq gətirəcəyini güman edirik… //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin işçiləri Lerikdə NECƏ PROBLEM YARADIR... - NARAZILIQ VAR!


1998-ci ildə Dövlət İslahat Komissiyası tərəfindən torpaqlar pay torpağı kimi vətəndaşlar arasında bərabər bölünüb. Həmin torpaqlar vətəndaşların mülkiyyətinə verilib. Ancaq Lerikin Peştətük kəndinin sakinləri 20 ildən çoxdur istifadələrində olan pay torpaqlarının hüquqi sahibi deyillər. Vaxtilə torpaqlar paylansa da, vətəndaşlara Dövlət Aktı verilməyib. Rayonun başqa kəndlərində bu proses tam başa çatdırılsa da, Peştətükdə yarımçıq qalıb. Bu, kəndlilərə torpaqların Meşə Fonduna aid olmasıyla əsaslandırılıb.

Bu barədə Meydan TV-yə danışan Eldost Ağaverdiyevin sözlərinə görə, kəndin ərazisi bütövlükdə Meşə Fondunun balansında göstərilir. Bunu əsas gətirib deyirlər ki, bu torpaqlar şəxsi mülkiyyətə verilə bilməz. Kənd sakinləri də ayrılmış torpaq sahələrindən faktiki istifadə edib, məsələnin nə vaxtsa hüquqi baxımdan həllini tapacağı günü gözləyib.

Biri gəlir, kəndlini torpaqdan qovur”

Kənd sakinləri bir də xəbər tutublar ki, pay torpaqları yavaş-yavaş əldən çıxır. Eldost Ağaverdiyev danışır:

“Məsələn, bir işbaz gəlir, əlində Eklologiya və Təbii Sərvətlər Nazirliyinin icazə sənədi, kəndlidə isə heç bir sənəd yox, deyir, çıx, dövlət buranı mənə sənədlə icarəyə verib. Kəndli də məcbur olub illərlə istifadəsində olan pay torpağını təhvil verir”.

Sakinin deməsinə görə, əvvəllər bu hallar tək-tük baş verdiyindən kəndlilər çox ciddiyə almayıblar. Ancaq son illər kütləviləşdiyindən narahatlıq yaradıb:

“Biz də torpaqlarımıza sənəd tələb etməyə başladıq. Bütün müraciətlərimizə cavab gəlir ki, torpaqlar Meşə Fondunun balansındadır. Torpaqların təyinatını yalnız Nazirlər Kabinetini dəyişə bilər. İndiki və bundan əvvəlki icra başçılarındansa ancaq quru vədlər eşitmişik ki, guya bu məsələ nə vaxtsa həllini tapacaq”.

“İllərdir başımızın altına yastıq qoyurlar”

Sakin deyir, ayrı-ayrı sahibkarlar Meşə Fonduna aid olduğu iddia edilən torpaqlarda tikinti, hətta asfaltlanma işləri aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə aradabir əraziyə komissiya göndərməklə sakinlərin başının altına yastıq qoyub:

“Komissiya gəlib baxış keçirib, aktlar tərtib edib. Həmin aktlarda da sahibkarlar tərəfindən edilmiş qanunsuz hərəkətlər qeyd edilib. Özləri də şahid olublar ki, sahibkarlar yaratdıqları istirahət mərkəzlərində müxtəlif ölçüdə bişmiş kərpicdən restoranlar, yatacaq yerləri, motorxana tikiblər. Çay yatağını doldurublar. Meşə ərazisinə asfalt döşəyiblər, daş plitələr düzüblər. Halbuki, kəndlilər oranı əkin sahəsi kimi istifadə edirdi”.

Müqaviləyə xitam verilib, amma…

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, Gürdəsər meşəbəyliyində 2,3 hektar meşə ilə örtüyü olmayan boş ərazi istirahət obyekti yaradılması məqsədilə müqaviləylə “Cənub TİM” MMC-nin 5 illik icarəsinə verilib. 1 il sonra müqavilənin icra vəziyyəti yoxlanılarkən pozuntular aşkar edilib və müqaviləyə birtərəfli xitam verilib. “Cənub TİM” MMC-nin sahibi müqavilənin uzadılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Apelyasiya Şurasına müraciət edib. 2021-ci ilin avqustunda Apelyasiya Şurası müraciəti təmin edib, müqavilə növbəti 5 il müddətinə uzadılıb.

İndi kənd sakinlərinin pay torpaqlarına sənəd almaq problemi arxa plana keçib, onlar meşə torpaqlarının tikintilərdən təmizlənməsini istəyirlər. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabir Fərzəliyevlə bağlı KİM ZƏMANƏT VERƏ BİLƏR? - İLGİNC FAKTLAR


Dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunu 6 229 manat cərimə etməsi barədə məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılıb. İşə baxılmanın nəticəsi olaraq, sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Aktualinfo.org-un apardığı araşdırma zamanı məlum oldu ki, Fərzəliyev Tahir Təvəl oğlu son illər dövlət satınalmalarının ən fəal iştirakçılarından olan fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlunun qardaşıdır. Sabir Fərzəliyevin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ən yaxın adamı olduğu bildirilir.

Qeyd edək ki, Sabir Fərzəliyev əsasan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtgü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edir. Qeyd edək ki, Sabir Fərzəliyev 2020-ci ildən. yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb. Bunlar dövlət satınalmalarının vahid internet portalında olan ən son məlumatlırdır. Əldə etdiyimiz məlumatlara görə Fərzəliyev Sabir Təvəl oğlu hələ 2010-cu illərdən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər respublikanın digər bolgələrində də fəaliyyətə başlamışdı.

İndi kim zəmanət verə bilər ki, Fərzəliyev Sabir Təvəl oğlunun dövlət qurumlarına satdığı mal-materiallar qardaşı Fərzəliyev Tahir Təvəl oğlundan aşkar olunmuş saxta mühərrik yağları, eləcə də digər ehtiyyat hissələri deyil. Hansı ki, şişirdilmiş qiymətlərlə dövlət müəssisələrinə satılır.

Digər maraqlı məqam isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Fərzəliyev Tahir Təvəl oğlunu haqsız rəqabətə yol verməkdə günahlandırmasıdır. Sanki. bu şəraiti qardaşlara özləri yaratmırmış kimi…

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclis İlham Əliyev və xanımını təbrik etdi


Milli Məclis Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Oğlum həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib” - Prezidentə müraciət olundu


Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, N.Allahverdiyev küçəsi 145 ünvanında yaşayan Əkbərov Ələddin Bayram oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. “Baku City Hospital” klinikasının neyrocərrahı Mirzəliyev Vüqar Əli oğlunu ölüm faktında ittiham edən şikayətçinin qazetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Baş prokuror Kamran Əliyevə ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Bu hadisənin araşdırılması üçün biz Nərimanov rayon Prokurorluğuna müraciət etmişik. Nərimanov Prokurorluğunun böyük köməkçisi Hüseynov Hamlet İmran oğlu 24 dekabr tarixində cinayət işinin başlanılmasını rədd etmişdir: “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Əkbərov Bayram Ələddin oğlunun “Bakı City Hospital” klinikasında neyrocərrah Mirzəliyev Vüqar Əli oğlu tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə atası Əkbərov Ələddin Bayram oğlunun ərizəsi əsasında toplanmış 486-C-19 saylı material ürə cinayət işi başlanması rədd edilsin”.

Şikayətçi deyir ki, iş əvvəldən hərtərəfli və obyektiv araşdırılmayıb, yalnız cərrahi əməliyyatı aparan həkim Vüqar Mirzəliyevin və həkimin izahatı ilə tamamilə eyniyyət təşkil edən məhkəmə-tibb ekspetizasının rəyinə əsaslanıb. Yəni nə üçün müalicə müəssisələrində xəstəyə uzun müddət təcili və təxirəsalınmaz tədbirlərin görülməməsinə hüquqi qiymət verilməyib.

Ə.Əkbərovun sözlərinə görə, oğlu 2019-cu ildə Ağsu rayon ərazisində avtomobil qəzasına düşüb. Həmin vaxt o, paytaxta gətirilərək “Bakı City Hospital”a yerləşdirilsə də, tələb olunan 20 min manat ödənilməyənədək, heç bir tibbi xidmət göstərilməyib:

“Övladım həkim səhlənkarlğının, vaxtında təcili və təxirəsalınmaz tədbirlərin görülməməsi nəticəsində daxili qanaxmdan dünyasını dəyişib. Faktlar bunu göstərir.

23 sentyabr 2019-cu il tarixində, saat 23 radələrində mənə qudam zəng edərək bildirdi ki, kürəkənimlə oğlum Ağsu rayonu ərazisində avtomobil qəzasına düşüblər və onları Şamaxı rayon xəstəxanasına aparıblar. Təcili olaraq Şamaxı rayon xəstəxasına gedərkən yolda mənə məlum oldu ki, kürəkənim vəfat edib, oğlumu isə təcili tibbi yardım maşını ilə Bakıya “Semaşko” xəstəxanasına gətirirlər.

Saat 01:00 radələrində xəstəxanada həkim personalı tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülmədiyindən, oğlumu oradan çıxararaq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirməyi qərara aldıq. “Semaşo” xəstəxanasında 4 saat vaxt itirildi, 4 saat ərxində xəstə köməksiz qaldı.

24.04.209-cu il tarixdə, saat 04:00 radələrində xəstəni Mərkəzi Klinik Xəstəxanaya gətirdik, 4 min manat depozit qoymaq şərtilə xəstəni qəbul etdilər.

Saat 09:00-10:00 radələrində həkim Vüqar Mirzəliyevdən xəstənin vəziyəti barədə məlumat verməsini xahiş edik. Həmin gün 12 radələrində həkim bizə yaxınlaşaraq klinikaya əlavə 13 120 manat pul ödənilməsini istədi. Həmin məbləği borc olaraq toplayıb, kassaya ödədik. Bir müddət keçdikdən sonra Vüqar Mirzəliyev bizə yaxınlaşaraq həmin məbləğin yetərli olmadığını deyərək, yenidən xəstəxanaya 2 500 manat pul köçürülməsini istədi. Tələb olunan məbləği - 2500 manatı da kassaya ödədikdən sonra əməliyyata başlayacaqlarını söylədilər.

Saat 20:00-da bizə tibb bacısı tərəfindən məlumat çatdı ki, xəstəniz dəhlizə atılıb. Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin qəbuluna girdim. Bu özbaşınalığın səbəbini soruşdum: Baş həkim “oğlun ağır vəziyyətdədir, onun əməliyyatına 80-100 min manat lazım olacaq, ödəyə biləcəksən?” – deyə soruşdu. “Çarəsiz vəziyyətdə ödədiklərim bəs pul deyildi? Nə qədər demisiz ödəmişəm”, - deyə cavab verdim.

Beləliklə, xəstə Mərkəzi Klinik Xəstəxanada 18 saat ərzində köməksiz qaldı, ona kömək göstərilmədi. Bundan sonra, Vüqar həkimin məsləhəti ilə oğlumu oradan çıxarıb “Bakı City Hospital”a apardıq.

“Bakı City Hospital”da bizdən 20 000 min manat pul istədilər. 25.09.2019-cu il tarixdə, saat 02:00 radələrində əməliyyat başa çatdı. 26.09.2019-cu il tarixdə, saat 08:00 radələrində reanimasiya şöbəsinin həkimi zəng edərək bizə oğlumun vəfat etdiyini bildirdi. Həmin gün saat 10 radələrində oğlumun cənazəsi ekspertiza üçün Nərimanov rayonunda yerləşən morqa göndərildi”.

Ə.Əkbərov iddia edir ki, “Bakı City Hospital”da da oğlunun həyatda qalması üçün heç bir tədbir görülməyib və o, daxili qanaxmadan dünyasını dəyişib:

“Məlumdur ki, qəzada xəsarət alanlar üçün ən təhlükəli hal daxili və xarici qanaxmalardır. Mənim övladım da daxili qanaxmanın qurbanı olmuşdur. Hadisədən görünür ki, onun dalağı, daxili orqanları ağır zədə alıb, həkimlər daxili qanaxmaları dayandırmaq üçün heç bir tədbir görməyiblər, bütün xəstəxanalarda 58 saat vaxt itirilib”.

Şikayətçinin sözlərinə görə, məlum ölüm faktı araşdırılarkən Nərimanov Rayon Prokurorluğu bu halları nəzərə almayıb və ədalətsiz qərar qəbul olunub. Bu səbəbdən, Ə.Əkbərov Birinci vitse-prezident M.Əliyevadan və Baş prokuror K.Əliyevdən xahiş edir ki, oğlunun həkim səhlənkarlığı nəticəsində ölməsi faktını nəzərə alıb, məsələnin yenidən araşdırıması ilə bağlı müvafiq qurumlara göstəriş versinlər.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeini dərc etməyə hazırıq. //hurriyyet.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO