[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmurlar indi də dövlət qoruqlarını zəbt edir… - ŞOK FAKTLAR

Uzun illərdir ölkənin münbit torpaq sahələrini zəbt edən, hətta dənizkənarı əraziləri hasarlayaraq özlərinə imarətlər ucaldan məmurlar haqqında mətbuatda çox yazılıb. Hətta ölkə başçısı tərəfindən də bu cür qanunsuz əməllərə yol verən məmurlar dəfələrlə tənqid olunaraq, onlara xəbərdalıq edilib. Lakin təəssüflə qeyd etməliyik ki, həmin məmurlar nəinki bu xəbərdarlıqlardan “dərs alır”, əksinə, hər ötən gün öz cinayət əməllərini daha da genişləndirməkdədirlər.

Ən dəhşətlisi isə odur ki, indiyədək şəhər və rayonlarda parkları məhv edib, ağacları kəsib, özlərinə villalar, ticarət obyektləri tikdirən vəzifəli şəxslər artıq qoruqları zəbt etməyə, orada özlərinə əkin-səpin sahəsi yaratmağa, hətta nadir ağacları kəsərək, satmağa girişiblər. Bu deyilənlərə misal olaraq günlərdir Şirvan Dövlət Qoruğunun 518 hektar ərazisinin zəbt olunması ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələri, eləcə də dünən “Hirkan” Milli Parkında ağacları kəsən dəstə üzvlərinin saxlanıldığı haqda verilən rəsmi informasiyanı göstərmək olar.

Hansı ki, rəsmi məlumata əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə, ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata əsasən, Baş İdarəyə ölkənin Cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülüb və araşdırılıb. Nəticədə qeyd edilən ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. ağaclarının kəsildiyi müəyyən edilib. ETSN-in mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivlərinə külli miqdarda ziyan vurulub. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.

Bundan öncə isə, mətbuatda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənovun Şirvan Dövlət Qoruğundan 518 hektar torpaq sahəsini zəbt etdiyi haqda informasiya yayıldı. “Salyan rayonunun dövlət torpaqlarından heç qanqal da bitməyən 512 hektar torpaq sahəsi Şirvan Dövlət Qoruğuna verilib, əvəzində qoruğun münbit, kultivasiya prosesindən keçmiş, əkinə yararlı 518 hektar ərazi dövlət torpağı kimi qeydiyyata alınaraq İcra Hakimiyyətinin sərəncamına verilib. Salyanın icra başçısı Sevindik Hətəmov da ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun “Salyanpomidor MMC”-sinə icarəyə verib”, - deyən mənbənin sözlərinə görə, general leytenant həmin ərazilərdə pomidor əkərək, öz biznesini genişləndirməyi düşünür.

Qeyd edək ki, bu informasiya ilə bağlı ötən həftənin cümə günü “Hürriyyət” olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdik. Məqsədimiz Şirvan Dövlət Qoruğuna məxsus 518 hektar torpaq sahəsinin hansı əsaslarla icarəyə verildiyini aydınlaşdırmaq idi. Lakin, çox təəssüflə qeyd edirik ki, 3 gün ərzində sorğumuza heç bir cavab ala bilmədik. Odur ki, dünən telefon vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, suallarımıza cavab almağa çalışdıq. Mətbuat xidmətinin xanım əməkdaşı göndərdiyimiz məktubla tanış olduğunu və gün ərzində “Hürriyyət”ə yazılı cavab veriləcəyini bildirdi.

İş gününün sonuna yaxın təkrar nazirliyin mətbuat xidməti ilə əlaqə yaradıb, sorğumuza cavab verilmədiyini qarşı tərəfin diqqətinə çatdırdıq. Bu dəfə də nazirliyin əməkdaşı “sizə müvafiq qurum tərəfindən cavab veriləcək” deyə bildirsə də, hələ də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şirvan Dövlət Qoruğunun hansı əsaslarla zəbt olunması ilə bağlı suallarımıza cavab gözləməkdəyik…

Əlbəttə, nazirliyin suallarımıza cavab verməməsi bəri başdan belə qənaətə gəlməyə əsas verir ki, hörmətli nazir Muxtar Babayevin bizə, yəni mətbuata deyəcəyi söz yoxdur. Bu isə o deməkdir ki, Şirvan Dövlət Qoruğuna məxsus 518 hektar ərazi məhz nazirin xeyir-duası ilə zəbt olunub. Əks halda, “Hirkan” Milli Parkı ərazisində ağacların qırılması ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə ortaq “əməliyyat keçirən” Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Dövlət Qoruğunun ərazisinin pomidor yetişdirmək üçün general-leytenanta icarəyə verilməsi, daha dəqiq desək, satılması ilə bağlı sualımızı niyə cavabsız qoymalıdır ki?!

İstintaqın nəticəsini gözləyək”- sabiq polis rəisi Binəqədidəki qətllər barədə danışdı

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən keçmiş polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev də güman edir ki, Şirvan Dövlət Qoruğunun zəbt olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilib: “Çünki qoruqlar Ekologiya Nazirliyinin tabeçiliyindədir. Demək, bu məsələ Ekologiya Nazirliyinin razılığı ilə olub. Yəqin ki, onlar bunu protokollaşdırıblar, sənədləşdiriblər. Mütləq qaydada belədir”.

Hüquqşünas deyir ki, Ekologiya Nazirliyinin razılığı olmasa, hansısa qoruğun ərazisi icarəyə verilə, satıla bilməz: “Bu qoruq Ekologiya Nazirliyinin balansındadır. Sohbət dövlət əhəmiyyətli qoruqdan gedirsə, şübhəsiz, nazirliyin xəbəri olmadan bu addım atıla bilməzdi”.

M.Hacıyev deyir ki, ümumiyyətlə, dövlət qoruqlarının ləğv olunması qanunsuzdur: “Mən hələ dünya praktikasında eşitməmişəm ki, qoruqlar ləğv olunsun. Əksinə, çox yerdə qoruqların sayını artırırlar. Başqa ölkələrdə təbiətsevərlik günü-gündən güclənir. Bu saat dünya ayağa qalxıb ki, ekologiya korlanır, qlobal istiləşmə prosesi gedir. Bu yaxınlarda Mərkəzi Avropa ölkələrində də, Fransada da ekologiyaya aid mitinqlər oldu. Aksiyaçılar dövlət rəhbərliyini ittiham edirdilər ki, hava korlanıb, ekologiyaya fikir vermirsiniz, meşələr məhv olur. Bu saat qoruqların, meşələrin, təbiətin qorunması üçün böyük mübarizə gedir ki, yaşıllıq ləğv olunmasın, artırılsın. Bu sahədə böyük işlər gedir. Məmləkətin birinci şərtlərindən biri təbiətin qorunmasıdır. Təbiət sağlamlıqdır, insanların ömrünün uzanmasıdır”.

Mahmud Hacıyev onu da xatırlatdı ki, həmin ərazilərdə nəsli kəsilməkdə olan heyvanlar, ağaclar da qorunur: “Qoruqlar elə bu məqsədlə yaradılıb. Qoruqlar insanların həyatına müsbət mənada təsir edən bir faktordur, içində olduğu ağacları, heyvanları ilə birgə. Təbiətə zərbə vurulması o deməkdir ki, təbiətin ömrü azalır. Bu baxımdan, mən deyirəm ki, Ekologiya Nazirliyinin xəbəri olmadan kimsə oranı icarəyə götürə bilməz. Həmin Şirvan qoruğunun icarəyə götürülməsi mütləq qaydada sənədləşdirilib”.

Hüquqşünas hesab edir ki, bu kimi qanunsuzluqlar məhz məmurların tamahı ucbatından baş verir: “İnsanların tamahı, dünyagörüşü, intellekti yol vermir ki, oturub gözləsin. Allaha şükür, Qarabağda o qədər ərazi alındı. Bu gün, sabah orada minalar təmizlənəndən sonra həyat axarına düşəcək, gedin nə qədər istəyirsiniz əkin. Pomidormu, xiyarmı, kələmmi, kökmü əkirsiniz, bostanmı salırsınız, o qədər ərazilərimiz var... Dözün, sonra nə istəyirsiniz əkin. Bir az dözüm lazımdır. Yenə deyirəm, bəzi insanların dünyagörüşü, intellekti, savadı yol vermir ki, onlar bir balaca təsəlli tapıb gözləsinlər. Qarabağda o qədər yer var - Cəbrayıl, Zəngilan, Füzuli xam torpaqlardır, get nə istəyirsən orda ək.

Dövlət qoruğunun alver hədəfinə tuş gəlməsi heç cür mənə çatmır. Tutaq ki, vətəndaş ora göz dikib, orda nəsə etmək istəyir. Bəs qoruğun tabeçiliyində olduğu nazirlik? Ekologiya Nazirliyi hansı qurumun tərkibindədir? Təbii ki, Nazirlər Kabinetinə tabedir. Yaxşı, tutaq ki, Ekologiya Nazirliyi belə bir qəbahət edib - Şirvan qoruğunu icarəyə verib, axı Nazirlər Kabineti hər bir nazirliyin fəaliyyətinə nəzarət edir...”

Mahmud Hacıyevin fikrincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu qanunsuz əməlindən ölkə rəhbərliyinin xəbəri yoxdur: “Mən inanmıram ki, dövlətin rəhbərliyində təmsil olunanların bundan xəbəri olsun. Çox güman ki, xəbərləri yoxdur. Xəbərləri olsa, bu, istər Şirvan qoruğunu icarəyə götürən, istər qoruğu icarəyə verən üçün acı nəticələr verəcək. Yəni bunlar altdan-altdan öz işlərini görüblər. Yüksək səviyyədəki dövlət rəhbərliyinin xəbəri olanda hər iki tərəf üçün acı nəticələr olacaq. Həmişə belə olur. Belə iş tuturlar, sonra aləm qarışır bir-birinə. Aşağılar öz aləmlərində altdan-altdan iş görüblər, rəhbərlik xəbər tutub, gizlin iş görənlər cəzalanıblar”.

Hüquqşünas onu da vurğuladı ki, əslində, dövlət qoruğunun uzunmüddətli icarəyə verilməsi elə onun zəbt olunması deməkdir: “Uzunmüddətli icarəyə vermək elə bil dəb halını alıb. Kimsə gedib haranısa 30, 40, 50 illik icarəyə götürür. 99 ildən sonra durum necə olacaq... Belə bir misal var, ya xan ölər, ya eşşək. Belə uzun müddətə götürürlər ki, 99 ildir də. Allahın köməyi ilə 99 ilə nə baş verəcək, ona qədər kim ölə, kim qala...”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalik Məmmədovun qohumunun şirkətinin külli miqdarda borcu yarandı - İcra hakimiyyəti ilə pul üstündə mübahisə


Xəbər verdiyimiz kimi, sakinlərə yarımçıq bina təhvil verdiyi üçün etirazlara səbəb olan "Vesta Construction” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tikinti şirkətin bu günə qədər olan borcu 230 min manata yaxındır. (2242291.50 AZN)

Nizamnamə kapitalı 5 AZN olan "Vesta construction” MMC-nin qanuni təmsilçisi Zeynal Fərhad oğlu Zeynalovdur. Sözügedən şirkət 19.10.2012 tarixində dövlət qeydiyyatına alınıb.

Lakin iddiaya görə, “Vesta Construction” şirkətinin əsas sahini Ceyhun Musarza oğlu Quliyev adlı şəxsdir. Həmçinin bildirilir ki, Ceyhun Quliyev SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun yaxın qohumudur.

Əldə etdiyimiz digər məlumata görə, sözü gedən şirkətin sahibinin öllkədən çıxışı məhdudlaşdırılır.

Saytımıza verilən digər məlumata görə, "Vesta construction” MMC rəhbərliyi onların şirkətindən mənzil alan və narazı qalan sakinlərin etirazına “Arxamızda Nizami Rayon İcra Hakimiyyəti dayanır” deyə cavab versələr də bu gün həmin arxa-dayaqsız qalıblar.

Belə ki, Nizami rayonu icra hakimiyyəti ilə şirkət arasında mübahisə düşüb. İddiaya görə, mübahisəyə səbəb satışdan əldə olunan gəlirdir.

Məlumat üçün bildirək ki, şirkətin üzün müddətdir dövlətə borcu var. 350 minlik borcdan 120 min ödəyən şirkət dövlətdən möhlət alıb.

Xatırladaq ki, "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən bina ilə bağlı etirazlar var idi. Belə ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırq.
Xalik Məmmədovun qohumunun şirkətinin külli miqdarda borcu yarandı - İcra hakimiyyəti ilə pul üstündə mübahisə
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qozlu Körpü” gömrük postu və Səfər Mehdiyevin əlvan metal biznesi… - Keçmiş DGK şefi 85 MİLYONU necə mənimsəyib..?

Səfər Mehdiyev bir maşın latundan (23 ton) 20 min, bir maşın misdən ( 23 ton) 40 min manat qazanırdı…

Təxminən 4 il əvvəl, daha dəqiq desək 26 yanvar 2019-cu il tarixdə, yəni Səfər Mehdiyevin qılıncının dalı da kəsən vaxtda NUH.az saytında “Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr ! Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib” başlıqlı araşdırma yazısı dərc etmişdik.

Bu yazı həm də DGK sədri Səfər Mehdiyevin bir müddət əvvəl “Ölkədə inhisarçılığın 1 faizini göstərsəniz, mən istefa verərəm” açıqlamasına konkret, faktlara əsaslanan cavab idi. Səfər Mehdiyev özünü elə aparırdı ki, guya gömrük sisemində rüşvətin kökünü kəsib.

NUH.az-ın bu araşdırma yazısı Səfər Mehdiyev üçün “soyuq duş” oldu.

Yazıda söhbət Səfər Mehdiyevin ölkədən ixrac edilən əlvan metalların KODUNU dəyişərək dövlətə ziyan vurduğu…özünün isə qazandığı yüz milyonlardan gedirdi.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən latun, bürünc, misdən olan KÜLÇƏ, yəni xammala 10 faiz gömrük rüsumu tətbiq olunur, HAZIR MƏHSUL olan MİS KATOD isə rüsumdan azaddır.

NUH.az-ın 2019-cu ildəki araşdırmasından bəlli olurdu ki, Səfər Mehdiyevin göstərişi ilə Bakı Gömrül İdarəsi xammalı hazır məhsul kodu ilə sənədləşdirir və dövlətə külli miqdarda ziyan dəyir.

Həmən araşdırma yazısında ATEF şirkətinə məxsus əlvan metal oaln xammalın kodu dəyişdirilərək rüsumsuz-hazır məhsul kimi sənədləşdirilməsi qeyd olunmuşdu. Və əlvan metal yüklü 3 maşın xammalın Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda saxlanıldığı qeyd olunmuşdu.

NUH.az-ın əməkdaşı qarşı tərəfin fikrini öyrənmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxlayanda , o, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab verməmişdi.

Məqalənin dərcindən cəmi bircə gün sonra DGK gurultulu bəyanat verərək, NUH.az-ı həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etməkdə, hətta MƏDƏNİYYƏTSİZLİKDƏ suçlamışdı.

Səfər Mehdiyevin “ailə kantoru” hətta bizi savadsızlıqda ittiham etmişdi.

Belə ki, DGK-nın bəyanatından məlum olurdu ki, “Sınıq Körpü” gömrük postunun adı 2 ay öncə dyişib və NUH.az-ın bundan xəbəri olmayıb.

Biz o zaman Səfər Mehdiyevə yazdıq ki, söhbət gömrük postunun adından getmir, gömrük postunun adı Sınıq Körpü, Qozlu körpü, hətta Daşarx da (Naxçıvanda post ) ola bilər. Bunun məsələnin mahiyyətinə dəxli yoxdur. Söhbət cinayət əməlindən, məhsulun kodunu dəyişərək dövlət büdcəsinə vurulan milyonlarla ziyandan gedir.

Sözün qısası, 4 il əvvəl yazdıqlarımız gec də olsa təsdiqini tapdı və Səfər Mehdiyev əməllərinə görə, Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Bəs görəsən, Səfr Mehdiyevin dövlət büdcəsinə vurduğu 100 milyonlarla ziyanı kim ödəyəcək..?

NUH.az yeni araşdırma yazısında Səfər Mehdiyevin DGK-da qurduğu rüşvət və korrupsiya mexanizminə aydınlıq gətirməyə çalışacaq.

Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Səfər Mehdiyev gömrük sistemində elə bir harınlamış, yırtıcı rüşvət-korrupsiya-inhisarçı sistem yaratmışdıki, bunun zərbəsini iş adamları, biznesmenlər çəkmişdi və üstəlik dövlət büdcəsinə yüz milyonlarla ziyan dəymişdi.

Səfər Mehdiyev hələ DGK sədrinin 1-ci müavini olarkən sahibkarla qənim kəsilmişdi, onlara külli miqdarda maddi ziyan vurmuşdu.

2018-ci ildə Prezident İlham Əliyev cənabları Səfər Mehdiyevə etimad göstərib DGK-ya sədr təyin edəndə o, gömrük sistemində ciddi müsbət dəyişikliklər aparacağına söz vermişdi. Amma…

Əmması odur ki, Səfər Mehdiyev DGK sədri oalndan sonra daha azğın şəkildə iş adamlarını istismar etməyə, dövlət büdcəsini dağıtmağa başladı.

Biz bu yazıda Səfər Mehdiyevin təkcə bir sahədən - əlvan metal ixracından qazandığı milyonlardan bəhs edəcəyik.

Yuxarıda qeyd etdiyimiz kimi Səfər Mehdiyev xammal və hazır məhsul olan əlvan metalların kodunu dəyişməklə milyonlara sahib olub və dövlət büdcəsinə ziyan vurub.

Sadə bir misalla məsələyə nəzər salaq.

Nazirlər Kabinetinin qərarına əsasən hər bir ixrac olunan 23 tonluq LATUN yük maşınına 20.000 manat gömrük rüsumu, hər bir 23 tonluq MİS yükünə 40.000 manat dövlətə gömrük rüsumu ödənilməli olduğu halda, Səfər Mehdiyevin göstərişi ilə DGK əməkdaşları xammalı hazır məhsul kodu ilə sənədləşdirərək dövlətə heç 1 MANAT da gömrük rüsumu ödənilməyib, pullar Səfər Mehdiyevin və onun şəriklərinin cibinə axıb.

Beləcə, Səfər Mehdiyev təkcə kod əməliyyatı ilə 85.000.000, yəni 85 MİLYON MANAT pulu mənimsəyib.

Azərbaycandan saxta kodla Türkiyəyə ixrac olunan xammal ( yalançı hazır məhsul) Türkiyə dövlətinə ayrı kodla daxil olub. Yəni qardaş Türkiyə dövləti üçün də ciddi problem yaranıb.

Ümid edirik ki, hüqu-mühafizə orqanların araşdırmaları ciddi və obyektiv olacaq, dövlətə dəyən yüz milyonlarla ziyan dövlət büdcəsinə qaytarılacaq. Və maxinasiyalarda iştirak edən şirkətlərin adları cəmiyyətə bəlli olacaqdır.

NUH.az-a daxil olan məlumata görə, DGK-nın yeni sədr əvəzi Şahin Bağırov, 1-ci müavin və eyni zamanda Bakı Gömrük İdarəsinin sədr əvəzi İsmayıl Hüseynov metal biznesi ilə məşğul olan fırıldaqçı şirkətlərin əməllərinin qarşısını alacaqlar.

Yeri gəlmişkən, Səfər Mehdiyev bir vaxtlar İsa Hüseynovun bütün səlahiyyətlərini əlindən alaraq onu gözardı etmişdi.

Sahibkarlar ümid edir ki, DGK-nın yeni rəhbərliyi Şahin Bağırov, İsmayıl Hüseynov və Bəhruz Quliyev Prezidentin etimadını doğruldacaqlar və Səfər Mehdiyevdən qalma problemləri qısa zamanda aradan qaldıracaqlar.

Növbəti yazıda DGK ilə bağlı başqa problemləri araşdıracağıq. //nuh.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşkəsəndə kim nə istəyir edir? - BU NƏDİ BELƏ?


Daşkəsən rayonun Çanaqçı kəndində çayın məcarası dəyişdirilməklə balıq yetişdirilməsü üçün süni göllər yaradılıb. DİA.AZ-ın məlumatına görə, bu barədə kənd sakinləri adından göndərilmiş şikayət ərizəsində qeyd edilib.

Belə ki, Çanaqçı bələdiyyəsinin sədri Vəliyev Eyvaz Nadir oğlu çayın məcarası dəyişdirilməklə bir neçə süni göllər, eləcə də çay yatağında qeyri-qanuni tikinti işləri aparmışdır. Bu özbaşınalıq Azərbaycan torpaq qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması deməkdir.Apardığımız araşdırma nəticəsində məlum oldu ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bankında Daşkəsən rayonun Çanaqçı kəndində yaradılmış bu süni göllər barədə qeydiyyat da yoxdur.

Daşkəsən rayonun Çanaqçı kəndində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış olan bu süni göllərə icra başçısı Əhəd Abıyevin “krışalıq” etdiyi iddia edilir.Həm də onu qeyd edək ki, ilin- günün bu vaxtı bələdiyyə sədri nə biçarədir ki, çayın məcarasını dəyişdirib və orada qeyri-qanuni tikinti işləri aparsın?

Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yer quruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.

Sözügedən balıq gölləri əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında üzərində yaradıldığı qeyd edilir.
Daşkəsənli şikayətçilər həm də, qeyd edirlər ki, sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da olublar. Amma nədənsə onların da icra başçısına gücləri yetməib.

Redaksiya olaraq inanırıq ki, çayın məcarasını dəyişdirilməsi eləcə də qanunsuz çay yatağında tikilən bu qanunsuz obyektlər tezlikə sökülərək qanuna müvafiq tədbirlər görüləcəkdir.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhərrəm Novruzov bu dəfə qanunu pozmaqla gündəmdə - TƏFƏRRÜAT


“Qurtuluş 93 Yaşayış Kompleksi” MMC məhkəməlik olub.

DİA.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozan şirkət barəsində protokol tərtib edilib.

Şirkət “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə ittiham olunur.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyini beş min manat məbləğində cərimə gözləyir. İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova “Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür


Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO