Masallı sakininin pay torpağını KİM MƏNİMSƏYİB? - İTTİHAM VAR!

14:12 18.10.2022 138
Masallı sakininin pay torpağını KİM MƏNİMSƏYİB? - İTTİHAM VAR!


“Bir neçə il qabaq Sabail rayonunda "Qaçkınkom”un sədri işləyən Bəyverdi Novruzov bizə verilən pay torpaqlarını və gölü zəbt edərək orada ev tikdirdi. O, korrupsiya, dövlət əmlakını mənimsəmə faktına görə vəzifəsindən azad edilib və hətta həbs olunmuşdur. Sonradan həbs müddəti pul ilə əvəz olundu və azadlığa çıxdı”.

Bu barədə Masallı rayon Ərkivan kənd sakini İbrahimov Əlimərdan Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Ə.İbrahimov deyir ki, B.Novruzov ona və digər vətəndaşlara aid pay torpağını qanunsuz yollarla ələ keçirib:

“Bəyverdi Novruzov mənə zəng vurdu ki, sənin, bir də qonşunun torpağını mən sənədlə almışam. Dedim ola bilməz, bu mənim pay torpağımdır. Həmin vaxtdan etibarən Bəyverdi Novruzov vətəndaşların pay torpağını mənimsəməklə məşğuldur. Torpağını vermək istəməyən vətəndaşlara isə hədə-qorxu gəlir. Ərkivan kəndində, bizim pay torpaqları olan ərazidə böyük bir göl var. Gölü də sənədsiz bir şəkildə hasarlayıb, mənimsəyib. Kəndin heyvanları oradan su içərdi, artıq bu mümkün deyil.

Bir neçə qonşumun və qardaşım oğlunun torpağını da zəbt edib. Bununla bağlı 8 ildir məhkəmə gedir. Məhkəmə davam etdiyindən qardaşım oğlunun torpağından hələlik əl çəkib, gəlib mənim və digər insanların torpaqlarını zəbt edir. Gətirib armatur basdırır, mən çıxardıb atıram, yenə gətirir basdırır. Təhqir, təhdid baş alıb gedir. DİN-in 102 xidmətinə dəfələrlə müraciət etmişik, amma şikayətimiz cavabsız qalıb”.

Ə.İbrahimov B.Novruzovun oğlundan da şikayətçidir:

“Oğlu Zaur Novruzov vəzifəsindən sui-istifadə edərək, mənim qazi oğluma dil uzadır. Oğlum müharibə iştirakçısıdır, qazidir. Mənim oğlum 37 gün torpağın altında qalıb ki, bunun kimi vicdansız, qansız insanlar dil uzatsın?! 37 gündən sonra torpağın altından çıxarılıb, o, ölə də bilərdi”.

Masallı sakini zəbt olunan torpağının geri qaytarılması üçün müvafiq qurumlara müraciət edir:

“Bəyverdi Novruzov deyir ki, mənim sənədim var. Onun sənədi varsa, bəs mənim sənədim nədir, görəsən?! Torpağı vermirəm deyə ərazinin qapısını balta ilə parçalayır, ziyan vurur, söyüşlər edir. Mən o insanın ailəmdən, torpağımdan əl çəkməsini istəyirəm. “Hürriyyət” vasitəsilə dövlət orqanlarına müraciət edirəm. Mənim pay torpağımı geri qaytarın. Kənd sakiniyəm, əkinçiliklə, heyvandarlıqla dolanıram”.

Əlimərdan İbrahimov deyir ki, Bəyverdi Novruzovun polkovnik olan qaynatası da məlum məsələylə bağlı ona təzyiq göstərir:

“Bəyverdi Novruzovun polkovnik rütbəsi daşıyan qaynatası da bizim üstümüzə hücum çəkir. Dincliyimiz yoxdur. Əlimizdə şəkillər, videolar var. Hansı qanunda yazılıb ki, kəndliyə verilən pay torpağını kimsə özbaşına ala və yaxud da qanunsuz sənədləşdirə bilər”?

Qeyd olunan iddialarla bağlı Bəyverdi Novruzovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Oğlu Zaur Novruzov isə deyir ki, sözü gedən torpaq sahəsi ilə bağlı atasında olan sənədlər tam qanunidir. Onun sözlərinə görə, əksinə, Əlimərdan İbrahimovun bələdiyyədən aldığı sənəd saxtadır: “3000 AZN-ə sənəd alıblar. Müraciət etdiyimiz orqan və məhkəmələrdən hələ sənədlərimizin saxta olduğu haqqında cavab almamışıq. Lazımi orqanlara müraciət etmişik, edəcəyik də. Deməli, həmin ərazilər 25 il qabaq qanuni şəkildə bələdiyyə torpaqları kimi bizə icarəyə verilib. Bizdən şikayətçi olan şəxslər 25 il ərzində orada ağac əkməkdən və butka qoymaqdan başqa heç bir iş görməyiblər. Yəni hal-hazırda bizim torpaq sahəsini zəbt ediblər. Əlimizdə Masallı Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qərarı var. Biz o torpağa heç bir müdaxilə etməmişik. Sadəcə, öz sahəmizi qorumaq üçün mühasirəyə alıb, kamera sistemi quraşdırmışıq. Bizim torpaq sahəsinə aid bütün hüquqi sənədlərimiz yerindədir. Bunu hüquq mühafizə orqanları və rayon rəhbərliyi də dəfələrlə araşdırıb və onlar bilirlər ki, qanunsuz heç nə yoxdur”.

Z.Novruzov həmçinin qeyd etdi ki, torpağın bir hissəsini şəhid olan qohumunun oğlunun adına keçirəcək: “Şikayətçilər hara istəyirlər müraciət edə bilərlər. SSRİ dövründən qalan pay torpağı sənədini gətirib, bizim şəxsi torpağımızı əlimizdən almaq istəyirlər. Mən onları ancaq savadsız tələbkarlar adlandıra bilərəm”.

Mövzu ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovla da əlaqə saxladıq. O xatırlatdı ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir. Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır: hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi.

Vəkil Adəm Məmmədov isə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər şikayətçinin əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev də qeyd etdi ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hər iki tərəf qarşılıqlı şəkildə polisə müraciət edib: “Masallı Rayon Polis Şöbəsində araşdırma aparılaraq onlara izah edilib ki, mülki məsələ olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin qarşısının alınması üçün ictimai təhlükəsizlik bölməsinə profilaktik söhbət aparılması üçün qərar qəbul edilərək göndərilib”.

Jalə FAMİLQIZI

P.S. Aydın olur ki, burada tərəflərdən birinin mübahisəli torpaq sahəsinə dair əldə etdiyi sənəd saxtadır. Əlimərdan İbrahimov deyir ki, ona verilən sənəd SSRİ-dən qalma deyil, müstəqillik dönəmində alıb. Buradan isə anlaşılan odur ki, rayonun gölü və pay torpaqları 2-ci dəfə satışa çıxarılıb. Belə olduğu halda, məhkəmə Əlimərdan İbrahimovun sənədini hansı əsasla qeyri-qanuni sayıb. Hər halda növbəti instansiyanın bu suala aydınlıq gətirəcəyini güman edirik… //hurriyyet.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO