[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir tanınmış azərbaycanlı vəkil HƏBS OLUNDU - FOTO


Tanınmış güney azərbaycanlı vəkil Əmir Mehdipur həbs edilib.

Bununla da Təbriz Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının saxlanılan azərbaycanlı vəkillərinin sayı 3-ə çatıb.

İran rejiminin məhkəmə və təhlükəsizlik orqanları Təbriz məhbuslarını müdafiə etmək üçün “müdafiə komitəsi” yaradan 15 azərbaycanlı vəkili həbs etməyi planlaşdırır.

İndiyədək 3 azərbaycanlı vəkil, yəni Sina Yusefi, Vəkil Qasim Dodi və Əmir Mehdipur saxlanılıb.Lent.az
Daha bir tanınmış azərbaycanlı vəkil HƏBS OLUNDU - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Metrodan istifadə edən sakinlərə şad xəbər: 9 stansiya tikiləcək - ÜNVANLAR


"Bu gün Bakı Metropoliteni üçün prioritet olan məsələ xətlərin ayrılması layihəsidir. Bu layihə mərhələli şəkildə 9 yeni stansiyanın tikintisini nəzərdə tutur. Bu stansiyalardan 3-ü Dərnəgüldən sonra Koroğlu stansiyasına qədər Ziya Bünyadov prospektində olacaq stansiyalardır".

Qurum rəsmisi deyib ki, bu stansiyalardan 4-ü Xətaidən sonra Həzi Aslanov-2 stansiyasına qədərdir: "Bu stansiyaların yerləşmə ərazisi Ağ şəhərin girişində, digəri isə Xəzər televiziyasının binası yaxınlığındadır. Bu ərazidə artıq tunel qazılıb. Tikinti işləri məhz buradan başlayacaq. Növbəti stansiya "Nargilə" keçmiş avtomobil zavodu ətrafında, dördüncü isə Həzi Aslanov-2 olacaq. Bu stansiyada da müəyyən işlər görülüb, tamamlanma işləri layihənin həyata keçirilməsindən asılı olacaq.

Bu layihə həyata keçirildikdən sonra hər xəttin özünün müstəqil infrastruktur kimi fəaliyyəti təmin olunmalıdır. Dünya metro sistemində xətlər mütləq qaydada ayrı-ayrı müstəqil fəaliyyət göstərir".

Bəxtiyar Məmmədov əlavə edib ki, İçərişəhərdən sonra bir və ya iki stansiyanın inşası nəzərdə tutulur ki, onun axrasında dönmə kamerası olacaq və qatar bir yoldan digərinə rahat keçərək minimal intervalı təmin edəcək:

"Həzi Aslanovdan çıxan qatar yalnız İçərişəhər istiqamətinə gedəcək. Buradan yaşıl xəttə keçmək üçün isə müxtəlif mənbələr olacaq. Həzi Aslanov, 28 May və Koroğlu stansiyalarında keçidlər olacaq. Bu o, deməkdir ki, Koroğlu stansiyasından Elmlər Akademiyası stansiyasına getmək istəyənlər 15 dəqiqə ərzində ünvana çatacaqlar. İnterval isə 2 dəqiqə olacaq.

Bu layihənin həyata keçməsi ilə qeyd edilən ərazilərin sosial-iqtisadi inkişafından tutmuş metropolitendə ən optimal intervalın tətbiqi və sərnişinlərin rahat daşınmasına qədər işlərə müsbət təkan verəcək. Bakının baş planında inteqrasiya olunmuş nəqliyyat prinsiplərində metropoliten də xüsusi yer tutur. Baş planda xətlərin ayrılması layihəsinə xüsusi yerin verilməsi nəzərdə tutulur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı atıcıdan tarixi qələbə - Son 20 ildə ilk dəfə


Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.

Atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.

Nigar Nəsirova 5,6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saçları açıq yarışan iranlı idmançı itkin düşüb?


Cənubi Koreyada keçirilən çempionatda saçı açıq dırmaşan iranlı idmançı Elnaz Rekabi İran rəsmiləri ilə görüşdükdən sonra itkin düşüb.

Rekabinin ailəsi və dostları bazar ertəsi yüksəlişdən sonra İran rəsmisi ilə görüşdüyünü deyən idmançı ilə əlaqə saxlaya bilmədiklərini açıqlayıblar. Ailəsi Rekabinin təhlükəsizliyindən narahat olduqlarını bildiriblər.

Bu gün İranın Seuldakı səfirliyi Rekabinin Tehrana qayıtdığını açıqlayıb. "Elnaz Rekabi çərşənbə axşamı səhər qayayadırmanma üzrə Asiya çempionatı başa çatdıqdan sonra Seuldan İrana yola düşüb. İran İslam Respublikasının səfirliyi Elnaz Rekabi ilə bağlı bütün yalan xəbərləri, yalanları və yalan məlumatları qəti şəkildə rədd edir", - deyə məlumatda bildirilir. Rеkabinin çadrasız, saçları açıq formada dırmaşması İrandakı etirazlara dəstək kimi şərh edilib və onun İrana erkən göndərildiyi bildirilib.
BBC Fars xidmətindən Rana Rəhimpur bildirib ki, Rekabinin birbaşa İrandakı həbsxanaya göndərildiyi güman edilir.Lakin instaqramda təsadüfən hicabını atdığını açıqlayan Rekabi komandası ilə birlikdə İrana qayıtdığını da əlavə edib və hamını narahat etdiyi üçün üzr istəyib. Tasnim xəbər agentliyinin sitat gətirdiyi qardaşının çıxışına görə, Rekabi "İran millisinin forması ilə yarışmağa davam edəcək".

İki il əvvəl iranlı şahmat hakimi Şöhrə Bayat Şanxayda keçirilən qadınlar arasında şahmat üzrə dünya çempionatında saçları açıq halda çəkilmiş fotolarını paylaşdıqdan sonra ölümlə hədələndiyini açıqlamışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
43 təşkilat BMT-dən İranla bağlı təcili iclas keçirməyi tələb edib


43 insan haqları təşkilatı BMT-dən İranla bağlı təcili iclas keçirməyi tələb edib.

Oktyabrın 17-də 43 insan haqları təşkilatı İranla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının fövqəladə iclasının çağırılmasını tələb edən birgə bəyanat imzalayıb.

Beynəlxalq Əfv Təşkilatı və bəyanatı imzalayan başqa təşkilatlar hesab edir ki, iclasda hökumət əleyhinə etirazların yatırılması zamanı İran hökumətinin "ən ağır cinayətləri"nə qarşı istintaq, hesabat və cavabdehlik vəzifələri olan müstəqil mexanizm yaradılmalıdır.

Bəyanatı imzalayanlar, Məhsa Əmininin öldürülməsindən sonra iranlıların ümumölkə etirazlarını vəhşicəsinə yatırmaq üçün İslam Respublikasının hakimiyyət orqanlarının repressiya aparatının səfərbər olunmasından narahatlığını ifadə edib, sübutların uşaqlar da daxil olmaqla etirazçılara və dinc əhaliyə qarşı odlu silahlardan atəş açıldığını göstərdiyini qeyd ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Azərbaycan xalqını təbrik ETDİ


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı rəsmi Tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr Müstəqillik gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahdağa qar yağıb, Əyriçaydan sel keçib - VİDEO


Şahdağa qar yağıb, Əyriçaydan sel keçib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.

Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Noyabrda ardıcıl 4 gün iş OLMAYACAQ


İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istrahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 6 noyabr bazar günü, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günüdür. Beləliklə, ardıcıl 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının mərkəzində “Era Tower” səkkiz ildir vətəndaşları evsiz qoyub - NARAZILIQ VAR!


“Era Tower” yaşayış binasından mənzil alan vətəndaşlar səkkiz ildir ki, evlərinə köçə bilmirlər.

Bununla bağlı təxminən 20 gün əvvəl Oxu.Az-a bina sakinlərinin şikayəti daxil olub.

Bildirilib ki, binanın yarımçıq qalmasının səbəbi tikintini həyata keçirən “MACAZ Construction” MMC-nin Ağ Şəhərə olan milyonlarla borcunu ödəməməsidir.

Bir neçə gün öncə şirkətin direktoru Rəşad İsmayılovla əlaqə saxladıqda o, maliyyə probleminin aradan qaldırıldığını, bir həftəyə tikintiyə yenidən başlanılacağını və altı-səkkiz aya sakinlərin evlərinə köçə biləcəyini vurğuladı.

Lakin ötən gün mənzil sahibləri yenidən Oxu.Az-a müraciət edərək problemin aradan qaldırılmadığını diqqətə çatdırdılar. Təkrar Rəşad İsmayılova zəng vurduqda qurum rəsmisi bu dəfə də bir gün sonra, yəni 13 oktyabr tarixi üçün Ağ Şəhərlə müqavilə bağlanılacağını dedi.

Bu gün müqavilənin bağlanıb-bağlanmadığına dair məlumat əldə etməyə çalışdıqda isə Rəşad İsmayılov yenə eyni sözləri təkrarlayaraq yaxın dövr üçün “Era Tower” sakinlərinə vədlər verdi. Proseslə bağlı qısa bir araşdırma apardıqda Rəşad İsmayılovun üç ay əvvəl də eyni açıqlama ilə çıxış etdiyini aşkarladıq. Görünən odur ki, Bakının mərkəzində onlarla insanın yüz minlərlə pulu mənimsənilib və buna qarşı heç bir tədbir görülmür.

Oxu.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov Rayon Tibb Mərkəzində BAZAR AÇIBLAR... - İTTİHAM VAR!


Öncə onu qeyd edək ki, uzun illər ölkəmizdə səhiyyə sisteminə Səhiyyə Nazirliyi rəhbərlik edib. Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradıldı. Və beləcə ara qarışdı...
Bir neçə ay öncə redaksiyamıza müraciət edən xəstələr deyirdi ki, qalmışıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında... Bütün bunlar azmış kimi, TƏBİB-dən sonra, Allah qoymasa, rayonlarda Tibb Mərkəzləri yaradıldı.
Təsəvvür edirsiniz, rayon ərazisindəki doğum evi, diş poliklinikası, uşaq xəstəxanası, nə bilim ginekologiya-filan hamısını birləşdirib bir nəfərə, yəni Fazil Alməmmədov kimi Tibb Mərkəzlərinin direktorlarına tabe etdilər.
Görəsən, Fazil Alməmmədovun ginekologiyadan, yaxud stomatologiyadan başı çıxırmı..?
Söhbət təkcə Fazil Alməmmədovdan, yaxud hansısa Verməmmədovdan getmir ee...söhbət problemdən gedir. Yadıma maraqlı bir olay düşür.
Sovet dövründə Bayıldakı Doğum Evini V.İ.Leninin adına vermişdilər. Sonra kimlərsə bunlara başa saldı ki, ay gerizəkalılar, Lenin hara, Doğum evi hara..? Sonra səhvlərini düzəldib, Doğum evini Leninin arvadı Hadejda Krupskayanın adına verdilər. Yenə onlara başa saldılar ki, Nadya ömrü boyu doğmayıb. Müstəqillik dönəmində isə, səhv etmirəmsə Doğum evini Məşədi Əzizbəyovun adına verdilər. Sonrasını bilmirəm...
Bax, bu gün Səhiyyə Nazirliyi, İcbari Tibb Sığorta Agentliyi, TƏBİB məsələsi həmin olayı yada salır. Vallah, bir dənə də HƏBİB yaradıb başına da Verməmmədovu qoysalar, səhiyyəmiz göylə gedər. Sözün qısası, rayonlarda Tibb Mərkəzlərinin yaradılmasının bircə adı var: Rüşvəti bir əldə cəmləşdirmək. Vəssəlam. Yoxsa, bir rayon ərazisindəki əksər MÜSTƏQİL tibbi müəssisələrini bir nəfərə tabe etməyin adı nə ola bilər..?
Nə isə, indi keçək konkret olaraq TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun qanunsuz əməllərinə. Təkrarçılıq olsa da, Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də keçmiş 6, 7, 8, 18 saylı poliklinikalara da rəhbərlik edir. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderlər, mətbəə məhsulları adı ilə sildiyi pullar, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə mənimsədiyi dövlət vəsaiti barədə uzun-uzadı yazmaq istəmirik.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov Mühafizə xidmətlərinə 105 800.69 manat pul xərcləyib. Görəsən, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası demir ki, ay Alməmmədov, bu qədər vəsaiti hara xərcləmisən..? Yeri gəlmişkən, Alməmmədov özü də cangüdənlə gəzir, ona hətta öz əməkdaşları yaxın düşə bilmir. Biz Alməmmədovun koronavirusdan qazanmağı, yəni həkimlərə verilən əlavə əmək haqqını mənimsməsindən də bəhs etmək istəmirik. Bütün bu maliyyə maxinasiyaları, qanunsuzluqlar azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir.
Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz, tərbiyəsiz şəkildə… Bəli, Fazil Alməmmədov bu yaxınlarda Şəhla Məmmədovanı Nərimanov Tibb Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən 67 yaşlı Şəhla Məmmədova çoxdan təqaüdə göndərilməli idi. Ən dəhşətlisi isə odur ki, Şəhla Məmmədova 8 saylı poliklinkaya ( indiki 1 saylı şöbəyə) nəzarət edən 55 yaşlı, 35 il iş təcrübəsi olan, şəhid ailəsinin üzvü Gülnarə Əfəndiyevanı əvəz edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnarə Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Alməmmədovdan soruşan lazımdır ki, çoxdan təqaüdə çıxmalı olan, 2 dəfə müddəti uzadılmış Şəhla Məmmədova nə üçün Gülnarə Əfəndiyevanı əvəz etməlidir..? Axı, Gülnarə Əfəndiyevanın təqaüdə çıxmasına hələ 10 il var. Həm də 35 ilin həkiminə, baş həkimi əvəz edən Gülnarə Əfəndiyevaya qarşı edilən hərəkətlər, nəinki insana yaraşan hal deyil, heç...
Belə ki, Gülnarə Əfəndiyeva otağında iş başında olduğu halda, sentyabrın 23-də Fazil Alməmmədovun qoçu dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnarə Əfəndiyevanı işə buraxmırlar.
Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnarə Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnarə Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnarə Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Məşhur filmdə deyilən kimi, görəsən Rüstəm bəy qoca Məşədi İbadın nəyinə aşiq olub..? İndi maraqlıdır ki, Fazil Alməmmədov nənəsi yaşda 76 yaşlı təqaüdçü Şəhla Məmmədovanın nəyinə, olmayan savadına, bəlkə olmayan təcrübəsinə “aşiq” olub ki, onu Gülnarə Əfəndiyevanın yerinə təyin edib və üstəlik şəhid ailəsinin üzvü olan həkim işini də itirib. Redaksiyamıza daxil olan son məlumata görə, Şəhla Məmmədova Fazil Alməmmədovun yerlisidir, hər ikisi Oğuz rayonundandır. Ancaq məncə, yerli olmaq əsas məsələ ola bilməz. Oğrunun, rüşvətxorun, korrupsionerin nəinki yerlisi, heç vətəni də olmur. Əsas məsələ odur ki, bunlar almağı-verməyi, cinayət etməyi bacaran adamları axtarırlar. Bəli, Şəhla Məmmədova kresloya oturan kimi 18 saylı poliklinikadakı ( indiki 2 saylı şöbə ) “sağ əli” Gültəkini yanına gətirmək istəyir. Daxil olan məlumatdan o da bəlli olur ki, Şəhla Məmmədova 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbəyə ) gələn kimi sürücülər və sağlamlıq üçün verilən arayışların qiyməti 15 manatdan 40 manata qalxıb. Sürücülüklə bağlı arayış və sağlamlıq arayışlarının biri 15 manat, o biri isə 30 manat idi. İndi isə hər ikisi 40 manat olub. Şəhla Məmmədova deyir ki, kor olsun, kar olsun, lap mayıf olsun...əsas odur ki, 40 manatını verib arayışını alsın.
Bu hələ harasıdır ? Şəhla Məmmədova mürdəşir kimi ölülərin cibini soymaqla məşğuldur. Belə ki, Şəhla Məmmədova yeni iş yerinə gələn kimi ölüm haqqında qeydiyyat kitabını gətirib qoyub böyrünə. Və deyir ki, ölülər mənlikdir, yəni ölülərə verilən arayışı özü satacaq. Bu hələ harasıdır..? 8 saylı poliklinikanın ( indiki 1 saylı şöbənin ) özünün “troyka” ( qan, sidik və s) analizi, ümumi qan analizi üçün laboratoriyası olduğu halda, “troyka” analizini 1 saylıda götürüb, 5 saylıya, ümumi qan analizini isə özəl klinikalara göndərirlər. Analizlərin pulunu isə İcbari Tibb Sığorta 5 saylıya və özəl klinikalara köçürür..?
Niyə, məqsəd nədir ? Hansı ki, 1 saylı şöbənin özündə laboratoriya cihazlarının üstünü bərk-bərk basdırıb, nəyisə gözləyirlər..?
Yəqin ki, özəl klinikalara satacaqlar. Məlumat üçün onu da qeyd edək ki, TƏBİB-in sədri Vüqar Qurbanovun həyat yoldaşı, hörmətli Sevda xanım 5 saylıda nevrologiya şöbəsinin müdiridir. Görəsən, Sevda xanım iş yerində gördüyü biabırçılıqları evdə həyat yoldaşına demir..? Yeri gəlmişkən, Fazil Alməmmədovun həyat yoldaşı da Respublika Klinik Xəstəxanasında göz şöbəsinin müdiridir. İndi isə keçək Şəhla Məmmədovanın 1 saylı şöbəsində satılan firma dərmanlarına. Bəli, 1 saylı şöbənin “zavxozu”nun əsas işi dərman satan firmalarla biznes əlaqəsini qurmaqdır. Tez-tez şöbənin koridorlarında müxtəlif dərman firmalarının nümayəndələrini görmək olur. İndi isə keçək ƏN ƏSAS MƏSƏLƏYƏ... Axı, yazının girişində sual etdik ki, Alməmmədov Şəhla Məmmədovanın nəyinə...?
Bəli, bu sualın cavabını Şəhla Məmmədova bu yaxınlarda məclislərin birində açıb deyib. Şəhla Məmmədova deyib ki, onsuz da özüm də bilirəm ki, təqaüdə gedəcəm. Amma təqaüddən qabaq əlimdə çox vacib iş var... Belə ki, 1 saylı şöbə ilə üzbəüz yerləşən diş poliklinikasının yerini özəlləşdiriblər. Amma 1 saylı şöbənin yeri tikintiyə mane olduğu üçün buranı özəlləşdirib satacaqlar. Və bu qanunsuz əməlləri Şəhla Məmmədovanın əli ilə edəcəklər. İndi bildinizmi Alməmmədov Şəhlanın nəyinə...?
Bəli, Şəhla Məmmədova deyib ki, 1 saylı şöbənin yerini özəlləşdirib satacağıq və mən də haqqımı alıb rahatca təqaüdə gedəcəm. Hələ üstəlik tikilən obyektin 1-ci mərtəbəsində Şəhlaya obyekt də verəcəklər. Bəli, sözün qısası, səhiyyəmiz cinayətkar şəbəkənin əlində can verir. Hippokrat andı sizə qənim olsun, ay al-ver məmmədovlar... //Sabahnews.az//

XƏBƏR LENTİ

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır