[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MEDİA və Mətbuat Şurası arasında memorandum imzalandı


12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.

Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.

Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Maşın Bazarı HANSI QANUNLARLA İŞLƏYİR? - ÖZBAŞINALIQ!


Dövlət Vergi Xidməti orqanı əməkdaşlarının əsas vəzifə və öhdəliklərindən biri də ondan ibarətdir ki, sahibkarlıq subyektlərinə nəzarət etməklə vergi ödəmələrinin şəffaf qaydada təmin etsinlər, vergidən yayınan şəxslərə qarşı ciddi tədbirlər, sanksiyalar tətbiq etsinlər. Ancaq bir çox hallarda görürük ki, böyük gəlirli obyektlərdəki vergidən yayınma hallarına elə vergi orqanı əməkdaşları özlər “krişalıq” edirlər. Məsələn, Sumqayıt Maşın Bazarında olduğu kimi…
Ötən həftənin şənbə və bazar günləri şəxsi avtomobilimi satmaq üçün Sumqayıt maşın bazarına çıxardım. Bazarın giriş qapısından bazara daxil olmaq üçün 8 manatdan “giriş haqqı” aldılar. Ancaq etdiyim ödənişin müqabilində mənə heç bir ödəniş qəbzi (çek) vermədilər. Düzü, mən də heç tələb etmədim. Tələb etsəydim ki, nə faydası olacaqdır ki… Uzaq başı pulumu qaytarıb məni də bazara buraxmayacaqdırlar. Düşündüm ki, gəlmişkən həm də bir müşahidə aparım. Və apardım da. Müşahidə etdim ki, bazara avtomobillərin axını həddindən artıq çoxluq təşkil edirdi. Məlum oldu ki, hər həftənin bazar günləri Sumqayıt maşın bazarına 3500 – dən atrıq avtomobil daxil olur ki, onların da hərəsindən eyni qaydada 8 manat pul alınır. Bu da az məbləğ təşkil etmir. Orta hesabla götürsək, bu da 30 (otuz)min manata yaxın pul təşkil edir.
Digər tərəfdən isə diqqətimi çəkən məqamlardan biri də o oldu ki, bazara daxil olan avtomobillərin sihayısı da aparılmır. Halbuki, bazara daxil olan avtomobillərin siyahılaşdırılması vergi hesablaşmalarında olduqca vacib məsələdir. Duzdü, bazara buraxılan maşınlardan yığılan haqqa görə qəbz-çek verilməməsi, onsuzda vergi qanunvericiliyinin tələblərinin, yəni nəğd hesablaşma qaydarının ciddi şəkildə pozulması hallarını özündə ehtiva edir. Bir tərəfdən də bazara daxil olan avtomobillərin siyahılaşdırılmaması bu halları ağırlaşdırır. Görünən odur ki, Sumqayıt maşın bazarında ciddi şəkildə vergidən yayınma halları baş versə də, nədənsə Dövlət Vergi Xidməti orqanı yetkililəri bu halları görməzdən gəlir, bazar sahibinin vergidən yayınması faktına görə sanksiya tətbiq etmirlər.
Halbuki, büdcənin əsas hissəsinin təşkilində, artırılmasında və formaşalmasında əsas gəlirlərdən biri də sahibkarlıq fəaliyyətindən əldə olunan vergi gəlirləri təşkil edir. Belə olan halda da, ortaya maraqlı bir sual çıxır ki, Sumqayıt maşın bazarında vergidən yayınma hallarına nədən və kimlər göz yumur və yaxudda, burda baş verən vergi cinayətlərini kimlər ört-basdır edir?
Yaxşı olar ki, Sumqayıt maşın bazarındakı baş verən vergi pozuntarı (vergi cinayətləri) hallarına DÖVLƏT VERGİ XİDMƏTİ orqanının səlahiyyətliləri aydınlıq gətirə.
Necə olur ki, hansısa bir iaşə obyektində xırda bir vergi pozuntusu hallarına gorə obyekt sahibinin başının üstünü “qara buludlar” kimi kəsdirən Dövlət Vergi Xidməti orqanı əməkdaşları, əcəba niyə Sumqayıt maşın bazarındakı həngaməyə sığmayan vergi pozuntularına görə bazarın sahibinin başının üzərini almırlar? Əcaba, nə məsələdir?
Hesab edirəm ki, bundan sonra DVX orqanı əməkdaşları Sumqayıt Maşın Bazarında köklü kameral vergi yoxlaması həyata keçirəcək və vergi ödəyicisinin fəaliyyəti şəffaf şəkldə yoxlanılacaqdır.
RealMedia.az,
Ramin Məhəmmədoğlu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Texnologiyalar Parkı belə talan olunur – İş adamı maxinasiyalardan yazır


Azərbaycanın ixrac yönümlü ən böyük sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkında(STP) yeni
mənimsəmə faktlarının olması ilə bağlı məlumatlar yayılır.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, mediada STP-nin Təhcizat departamenti vasitəsi ilə həyata keçirilən maxinasiyalar barədə dəfələrlə məlumatlar yayılıb. Amma nədənsə, STP-də maxinasiyalar səngimir.

Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar STP rədhbərliyi özünə yaxın olan şirkətlərlə işləməyə başlayıb. Məlumatda deyilir ki, STP-nin rəhbərliyində sonuncu dəyişiklikdən sonra absurd hadisələr baş verib:

“Bizim şirkət səkkiz ildən çoxdur ki, mütəmadi olaraq STP-yə müxtəlif məhsul və xidmətlər satmışıq. Sorğu göndərilirdi cavablayırdıq, sifariş almadığımız hallar olsa da, bir çox halda satış edə bilirdik. Yeni rəhbərlik gələndən sonra absurd hal o idi ki, satınalma rəhbəri olaraq yeni təyin edilmiş Seymur Hacıyev gələn kimi STP-nin çalışdığı bütün təchizatçılarla işi dayandırdı. BP və SOCAR kimi şirkətlərin belə tələb etmədiyi sənədlər istəməyə başladı. Soruşanda niyə belə edirsiniz, axı Azərbaycan heç kəs belə işləmir, qanunvericilik də tələb etmir. Seymur cavab verirdi ki, rəhbərlik belə istəyir, Azərbaycanda bizim kriteriyalara uyğun şirkətlər var və biz onlarla işləyəcik. Daha sonra rəhbərlik deyəndə Fuad Nəcəflini nəzərdə tutduğunu öyrəndik. Seymuru STP-yə Fuad Nəcəfli gətirdiyini və arxasında dayandığını dedilər. Və Seymur atdığı addımları Fuad ilə danışıb atırmış. Nəticədə STP yeni şirkətlərlə işləməyə başladı. Nədənsə bizdən tələb olunan sənədləri həmin şirkətlərdən istəmədilər. Bir müddət sonra bir neçə məhsul üçün bizə müraciət edib işləməyə başladılar. Yeganə təchizatçı biz olduğumuz üçün məcbur idilər. Amma bu dəfə bizdən əvvəl tələb etdikləri sənədləri istəmədilər.

Nəticə nə oldu? Nəticədə mediada Seymurun adı yeyinti ilə hallandı. Mediada 180 min yazılmışdı, amma məbləğ daha çox idi. Düzdür Seymur bu söhbətlərdən sonra işdən çıxarıldı, amma STP-nin satınalmasında heç nə dəyişmədi.
Seymurdan sonra STP-nin satınalmasına Rövşən İsmayılov adlı menecer gətirdilər. Onunla ilk görüşlərimiz müsbət keçirdi, hətta bir sıra sifarişlər də ala bildik. Demək olar ki, Rövşənlə işləri normallaşdırmağa başlasaq da, bəzən razılaşdığımız satışlar ləğv olunurdu ki, rəhbərlik fikrini dəyişdi. Bu təkcə bizimlə baş vermirdi. Digər şirkətlərdə eyni problemlər var imiş. Bunu son zamanlar vəziyyəti bir-birimizlə müzakirə etdikdən sonra öyrəndik. Hətta bir dəfə STP-nin işçilərinin daşınması üçün tender elan etmişdi. Tenderdə haqlı olaraq bir şirkət qalib gəldi. Daha sonra ləğv edildiyi qərarı verildi ki, rəhbərlik başqa şirkəti məsləhət görübmüş. İlk qalib gələn şirkət haqlı olaraq şikayətçi olacağını bildirəndə STP bildirdi ki, hər iki tərəfi razı salmaq üçün xidməti iki şirkət arasında bölüşdürdülər. Daha sonra məlum oldu ki, ikinci şirkət rəhbərliyin tanışının şirkəti imiş.

Bundan başqa STP-nin balansında milyonlarla dəyəri olan məhsullar var idi. Bu məhsulların satışı qanundan kənar və STP-nin ziyanına, bəzi insanların isə şəxsi marağına uyğun həyata keçirilir. Məsələn, STP balansında olan HOWO markalı yük maşını üzərində hazırladığı betonqarışdıran avtomobilləri satışa çıxarmışdı. Bizim fəaliyyət sahəmiz olmadığı üçün dostumuza bu haqda məlumat verdik və o proseslərdə iştirak etməyə başladı. Maşınların ən azı 90-100 min bazar qiyməti olardı. Nəticədə betonqarışdıranların 45 min manata satıldığını öyrəndik. Dostumuzun və rəqiblərin təklifindən daha aşağı qiymətə. Maşınların ucuz qiymətə satılması absurd kimi görünsə də, alıcının rəhbərliyə yaxın adam olması hər şeyi izah edir.

Bu yaxınlarda yeni satınalma direktoru Rövşən İsmayilovu da işdən çıxardılar. Öyrəndik ki, STP-də daxili audit keçirilib və xidmətində boşluqlar olduğu üzə çıxıb.

STP-də yeyinti və talan olduğu açıq aydın görünür. Bunun səbəbi satınalma rəhbərləri olubsa, onlar niyə cəzalanmayıb? Satınalmada yeyinti və inventarların satışından problemlər olan şirkətdə satınalmadan məhsul şəxslərin belə tez-tez işdan uzaqlaşdırılması başqa suallar doğurur. Görünür, yeyinti və talanda əli olan rəhbərlik şahidləri aradan qaldırır.

Sual ola bilər ki, nəyə görə talan olduğunu düşünürük? Bəlkə səriştəsizlikdir? Baxın STP rəhbərliyindəki şəxslər hətta pandemiya dövründə də çəkinmədən zənglinləşdiklərini göstərirdilər. İnsanlar işini itirmək qorxusu ilə stress yaşadıqları halda bunlar 400-500 minlik avtomobil alıb heç kimdən çəkinmədən STP-nin ərazisinin içində narahat fəhlələrin gözü qarşısında park edirdilər. Özlərinə yeni evlər villalar alıblar…”.

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Səslənən iddialarla bağlı STP rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşların Azercell-dəki pulları hara yoxa çıxır? - TOTAL NARAZILIQ


Bir neçə gündür ki, Azercell mobil operatorundan kütləvi narazılıqlar var. Bu barədə sosial şəbəkədə xeyli insan narazılıq edib. İstifadəçilər qeyd edirlər ki, bir neçə gündür ki, Azercell mobil operatorunun abunəçiləri balanslarına vəsait yükləsələr də həmin vəsaitlər hesabda görünmür.

Eyni zamanda sosial şəbəkələrdə Azercell-in internet traffikləri ilə də bağlı bir sıra iddialar irəli sürülür. Abunəçilər bildirir ki, müvafiq vəsaiti ödədikdən sonra internet paketi əldə edirlər. Lakin analoji dəyərdə və həcmdə olan digər mobil operatorun internet paketləri daha gec bitir. Azercell-in internet paketləri isə daha tez qurtarır. Bəzi ekspertlərin fikirincə, buna səbəb kimi Azercell-in sosial şəbəkələr üzrə istifadə zamanı tətbiq edilən internet tariflərinin baha olmasıdır.

Məsələn siz Azercell-də "Yotube", "Tik-tok" kimi sosial şəbəkələrdə ardıcıl olaraq 2 saat vaxt keçirirsiniz. Bunun üçün sizdən şərti olaraq 1000 Mb internet trafiki hesablanırsa, digər opoeratorlarda bu traffik daha azdır, şərti olaraq 600 Mb. Hələlik niyə Azercell-in həm danışıq, həm də internet tariflərinin baha olmasına dair heç bir açıqlama yoxdur.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Azerbaycanrealligi.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə ŞOK: Hərbi hissə komandiri ermənidən qalma borulara ƏL QOYDU - Müdafiə Nazirliyi İZAHAT VERMƏLİDİR...


Tarixən əhalisi azərbaycanlı olan Başkənd kəndinin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdülər. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. Ərazisi 61 km² olan Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Beləliklə, Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² oldu…

İndi Başkənddə başqa “müharibə” başlayıb. Bu dəfə Azərbaycan hərbçiləri ilə Azərbaycan polisi arasında. Başkənd sakinlərinin verdikləri məlumata görə, kənddə əkin əkən sakinlər vaxtilə ermənilərin çəkdikləri köhnə yeraltı su borularını aşkarlayıblar. Hər birinin uzunluğu 5 metr, diametri 300 mm olan, ümumi sayı 43 ədəd, və 215 metr uzunluğu olan «asinkovı» boruları çıxarıb yol çəkilişinə istifadə etməyə cəhd göstəriblər. Bu vaxt hadisə yerinə hərbçilər gəlib və boruların daşınmasını qadağan ediblər. Kənd sakinləri polisi çağırıblar. Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin Saratovka qəsəbəsi üzrə Polis Bölməsinin rəisi Yaşar İsmayılov da gəlib. Bu vaxt Yaşar müəllimlə «MTO-nun zampaliti» arasında insident yaşanıb. Zabit rəisə, əəəə deyə qışqıranda, Yaşar İsmayılov yumruqla onu təhqir edən zabitin ağzını partladıb. Daha sonra hər iki tərəfdən – yəni, həm hərbçilərdən yeni dəstə, həm də polis naryadı gəlib və aralarında əməlli-başlı əlbəyaxa çarpışma düşüb. Sakinlərin sözlərinə görə, dalaşanların sayı 100-ə yaxın olub. Boruları maşından düşərkən xəta baş verib. Hərbçilər arasında yaralananlar olub. Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib.(Hadisənin tam videosu var. Bəzi səbəblərə görə təqdim edə bilmirik)

Hazırki vəziyyət belədir ki, hərbçilər öz postlarını buraxıb ermənilərdən qalan boruları mühafizə edirlər. Yəqin ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı boruların aqibətinin müəyyənlkəşdirilməsini təmin edəcək. Lakin kənddə dolaşan başqa bir məlumata görə, borulara keçmiş briqada komandiri, hazırda də məsul vəzifədə çalışan Oruc adlı komandir əl qoyub və hərbçilərə də göstərişi o verdirib.

Həmin boruların dəyərini İcra Hakimiyyətin məsul şəxsləri 14000 manata dəyərləndiriblər.

Mövzuya qayıdacağıq.

Deryaz.az
Gədəbəydə ŞOK: Hərbi hissə komandiri ermənidən qalma borulara ƏL QOYDU - Müdafiə Nazirliyi İZAHAT VERMƏLİDİR...
Gədəbəydə ŞOK: Hərbi hissə komandiri ermənidən qalma borulara ƏL QOYDU - Müdafiə Nazirliyi İZAHAT VERMƏLİDİR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir" - İlham Əliyev


Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə Azərbaycanın maraqlarını müdafiə edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Heydər Əliyev sovet dövründə Azərbaycanın rəhbəri olarkən respublikanı keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf göstəriciləri üzrə son yerlərdən qabaqcıllar sırasına çıxarmışdı. Eyni zamanda, istər SSRİ hökuməti sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın onu gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağıranda, ən çətin dövrdə Azərbaycan dövlətinə rəhbərlik edəndə ölkənin maraqlarını müdafiə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşı hədələyən "İnteks"MTK-nin İcraçı direktoru:"Mən heç kimi tanımıram! elə eləmə ki, səni çöllərdə saxlayım! - VİDEO


"Azərbaycann Reallığı"na vətəndaş Kərimov Əbdüləli tərəfindən şikayət ünvanlanıb.

Şikayətdə bildirilir:

Hörmətli media nümayəndələri!

28 oktyabr 2017 ci ildə, Bakı şəhəri N.Nərimanov rayonu, Firdovsi Məmmədov küç 11, mən 14; 15 də daimi ailəmizlə yaşadıqımı, evin pilot layihə əsasında sökülmüşdür.

Pilot layihəni icra edən yani evimizi söküb tikən şirkət "İnteks"MMC olub.

Bizə evimizin söküntüsü zamanı özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən, Fərid Şabanov adlı şəxs verdiyi vədləri, göstərdiyi formal avropa stilli, italyan oboylu yüksək keyfiyyətli təmirli şəkillərlə bizi evimizdən çıxarmaqa razı saldı.

Təəssüflər olsun ki, bu verilən vədlər elə vəd olaraqda qaldı.

Lakin bina 3 il müddətində rəsmi müqavilə ilə hazır olacaqı deyilsdə 3 ildən sonram illərlə gecikərək sonda tikintisi başa çatmaq üzrə olduqu halda bizim iştirakımız olmadan, bizə düşən iki mənzili verdilər. Biz bizə düşən mənzilə baxış keçirmək istəsəkdə, hər dəfəsində süni maneələr yaradaraq mənzilə baxmaq şansının hələ olmadıqını bildirdilər.

Lakin bir müddətdən sonra, guya bizə avropa standarlarına cavab verəcək mənzilimizi ortaya çıxardılar,

Vətəndaş iddia edir ki,mənzilə daxil olanda mənzildə avropa standarlarından başqa, italyan oboylarından, başqa mənzildə keçmiş SSR zamanındaki standartlara cavab verən bir mənzillə qarşılaşdıq.

Mən mənzili qəbul etmədim ona görə ki, mənim keçmiş mənzilimdə hər bir otaqda pəncərə var idi, eyvan var idi, və təmirim isə əla vəziyyətdə idi.

Şirkətdən tələb etdiyim haqlı haqqımnan mənə verilən vəd düşəcək mənzili istəsəmdə, onlar israrla bildirdilər ki, budur istəyirsən yaşa! İstəyirsən imtina et! Hara istəyirsən şikayətini bildir!

Vətəndaş iddia edir ki, bu şəxslərə bildirdikdə ki, Fövqalada hallar naziri Kəmaləddin Heydərova şikayət edəcəm,Baş prokuror Kamran Əliyevə şikayət edəcəm. İnteks MTK İcraçı direktoru Fərid Şabanovun cavabı isə arxayınlıqla belə olub:"Kəmaləddin Heydərov kimdi? Baş prokuror kimdi?" Elə eləmə ki səni məhkəmələrdə süründürüb sənə düşən payıda əlindən alım.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, "İnteks"MTK iş adamı kimi tanınan Ruslan Məmmədova aiddir.Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Ruslan Məmmədov bir vaxtlar bir iki dövlət məmurları ilə biznes ortaqlıqı olduquda bildirilir.

İş adamı Ruslan Məməmdov şirkəti "İnteks"MTK bir çox vətəndaşları şikayətlərə səbəb olacaq qədər incidir narazıçılıqlar yaradir, buna şahid olmaq elədə çətin deyil. İnternet resurslarında "İnteks"MTK yazıb axtarış verə bilərsiz və əldə etdiyiniz nəticələrdən edilən şikayətlərdən haraylardan agah ola bilərsiz.

Əməkdaşımız vətəndaşın ittiham etdiyi MTK ilə əlaqə saxlasada lakin zənglərimizə cavab verən olmadı. Buna baxmayaraq yenə də, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Ətraflı videoda

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vaşinqtondakı səfirliyimizin maşını ATƏŞƏ TUTULDU


Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb:

"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.

Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olmuşdur.

Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplimatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.

AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaxın günlərdə Media Reyestri fəaliyyətə başlayacaq


"Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq".

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O xatırladıb ki, ötən gün Baş nazir Əli Əsədov “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nı təsdiq edib:

“Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxımdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO