[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Tonqal”ın icarədarı oğlumu həbs etdirmək istəyir” - Eldar Həsənovun yaxınlarına İTTİHAM


Füzuli rayon sakini Rafiq Mehdiyev oğlu Radiq Mehdiyev barəsində qanunsuz olaraq cinayət işi başlandığını iddia edir.

DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Nərimanov rayonunda yerləşən “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov şəxsi əlaqələri sayəsində oğlunu həbs etdirməyə çalışır.

Onun sözlərinə görə, Ş.Hüseynovun oğlu Samir də dövlət strukturunda vəzifəli şəxs kimi çalışır və bu məsələdə onun da əli var: “Oğlum Faqət adlı şəxsin yanında kuryer kimi çalışır. Faqətin satdığı ətləri gündəlik olaraq “Tonqal” restoranına aparır. Oktyabrın 5-də Radiq Nərimanov polisi tərəfindən şübhəli şəxs kimi saxlanılıb ki, bəs sən 11 aydır Şəmsəddin Hüseynovun restoranına aparılan ətdən hər gün 20 kilo oğurluq etmisən. Halbuki hər gün ət təhvil-təslimlə restorana verilir. Kababçıya da yalançı izahat yazdırıblar ki, guya həftəlik 2000 manatlıq ət oğurlanıb.

Görünür, Samirin Nərimanov Rayon Prokurorluğuna etdiyi təsir vasitəsilə oğlum barəsində cinayət işi başladıblar. Məqsədləri də odur ki, Şəmsəddinin Faqətə olan borcunu bu yolla sildirsin. Çünki Şəmsəddinin Faqətə 40 min manat borcu var. Şəmsəddin özü də dedi ki, əti göndərən Faqətə 40 min manat borcum var, belə əvəzləşdirirəm. Həmin pulu qaytarmaq istəmədiyi üçün oğlumun üstünə atıb söhbəti bağlamaq istəyir”.

Şikayətçi qeyd edib ki, oktyabrın 7-də Nərimanov Rayon Məhkəməsində oğlunun həbs olunması ilə bağlı verilmiş təqdimata baxılıb: “Radiq barəsində əsassız şəkildə ev dustaqlığı qətimkan tədbiri seçildi. Nərimanov rayon prokuroru niyə əsassız təqdimatla sifarişli həbsə təqdimat verir? Yəni bir restoran sahibi istədiyi adamı həbs etdirə bilər? Məhkəmənin qərarından şikayət verəcəyik. Ümid edirik ki, Bakı Apellyasiya Məhkəməsində işə ədalətli baxılacaq. Biz ev dustaqlığından da narazıyıq.

Onu da deyim ki, "Tonqal" restoranı sabiq Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənova məxsusdur. Restoranı işlədən Şəmsəddin Hacıyev də onun tanışı, həmyerlisidir. Sonradan öyrəndik ki, oğlu Samir əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. Hazırda isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində çalışır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, vətəndaş Ş.Hüseynovun icarədarı olduğu “Tonqal” restoranından oğurluq edilməsilə bağlı etdiyi müraciəti əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılıb: “Polis əməkdaşları tərəfindən keçirilən istintaq hərəkətləri ilə restorana ət gətirən Radiq Mehdiyevin orada aşpaz kimi çalışan digər bir şəxslə əlbir olaraq 8 ay ərzində həmin restorana gətirdiyi ətin çəkisini qəsdən həqiqi çəkisindən artıq göstərməklə obyektə külli miqdarda ziyan vurduqları məlum olub.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinə daxil olmuş müraciət üzrə araşdırma aparılıb: “Aparılan araşdırma ilə Radiq Mehdiyevin özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi “Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşov ilə qabaqcadan əlbir olaraq həmin restorana gətirib təhvil verdiyi ətin çəkisini qəsdən artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul vəsaitini təhvil alıb Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Radiq Mehdiyev və Natiq Qardaşov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə müvafiq qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir. Bundan əlavə bildiririk ki, Samir Hüseynov adlı şəxs prokurorluq orqanlarında xidmət etmir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabın icra başçısı Şəhid ailəsinə qarşı... - Prezidentə müraciət olundu


Zərdab rayonu Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mənim oğlum Nurlan 03 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi.Gizir kimi hərbidə qalıb qulluq edirdi.Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu.Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Özüm isə 1-ci Qarabağ müharibısində iştirak etmişəm müharibə veteranıyam. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Mərdan Camalzadənin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı.Biz icra başçısı Mərdan Camalzadənin bu hərəkətlərini şəhid ruhuna təhqqir hesab edirik.
Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırldı.Buna görə işlə təmin olunmaq üçün həyat yoldaşımda məndə Məşğulluq Mərkəzində qeydiyata alındıq.Ancaq hər dəfə tez bir zamanda işlə təmin olunacaqsınız deyə-deyə bir ildən çoxdur ki, bizi süründürməçliyə məruz qoyublar.Prezident cənab İlham Əliyevi xüsusi tapşırığı var ki, şəhid ailələri növbədən kənar işlə təmin olunmalıdırlar.Ancaq Zərdabda bu əksinədir çünki rayonun yarıtmaz icra başçısı var.
Mərdan Camalzadə qəbul etməsi üçün İcra Hakimiyyətində olan zaman müavin Pərvin Mahmudova bizi qəbul etdi.Həmin vaxt mənimlə birlikdə qəbula qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayevdə getmişdir.
Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsasında qaynımın bunun işinin adı nədir deməsindən bərk əsəbləşib “Çaqqal mənə bax mən döyüşmüşəm mənim medallarım var” deyərək bizi söyüb təhqqir etdi.Həttda üstümüzə hücum çəkib bizi döyməyə cəhd etsədə Pərvin Mahmudova buna imkan vermədi bizi itələyib otaqdan çıxardı.
Beləcə təhqqir olunub oradan qovulduq.Bu həyasızlığı və tərbiyəsizliyi isə icra başçısı Mərdan Camalzadə qəsdən təşkil etmişdir.İcra başçısı Mərdan Camalzadə iş yerlərini pulla satır deyə mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq.Zərdab rayonu zibil işində batıb gedir təmizlik işləri vaxtlı-vaxtında aparılmır.Ancaq kommunal müəssisələr idarəsində üç yüzdən çox işçi var.Bütün bu neqativ vəziyyəti Mərdan Camalzadə yaratmışdır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm bizi təhqqir etdirib döydürmək istəyən tərbiyəsiz icra başçısı Mərdan Camalzadənin və onun buyruq qulu olan Zinhar Bayramovun barəsində ciddi tədbir görəsiniz.Həyat yoldaşımın və mənim işlə təmin olunmağıma köməklik göstərəsiniz".

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə dövlətin pulları NECƏ MƏNİMSƏNİLİR... - İLGİNC FAKTLAR


Son illər ölkəmizdə heyvandarlığın və əkinçiliyin inkişafı üçün böyük vəsaitlər ayrılır, subsidiyalar verilir və inkişaf konsepsiyaları hazırlanır. Ölkə başçısı İlham Əliyevin arardığı siyasətin əsas prioritet hissələrindən biri də ölkə ərazisində fəaliyyət göstərən sahibkarların sərbəst fəaliyyətinin tənzimlənməsidir.

Amma və lakin bir çox hallarda aidiyyatı qurumların rəhbərləri və yerlərdəki məmurlar bu konsepsiyaya qarşı çıxır, yaradılmış infrastrukturu inkişaf etdirmək əvəzinə öz qazancları naminə məhv edir.

Belə bir acınacaqlı vəziyyət Kürdəmir rayonu, “Ərəbqubalı massivi”ndəki “Qubalı yeri” adlanan qış otlaq sahəsində qeydə alınıb və nəticədə 30-40 min baş qoyun, 2700 hektardan çox qış otlaq sahəsi və böyük heyvan tövlələri, infrastruktur tamamilə məhv edilib.

Bizimxeber.az-a daxil olan müraciət əsasında aparıdğımız apaşdırma zamanı bəlli oldu ki, sözügedən ərazi əvvəllər Qarasu bataqlığı kimi tanınıb. Bu ərazi mərhum prezident Heydər Əliyevin tapşırığı ilə qurudularaq, məhz heyvandarlığın inkişafı üçün qış otlaq sahəsi hissəsi hesab olunub.

Bundan sonra 3000 hektara yaxın ərazi heyvandarlığın inkişafı naminə üçün Kürdəmir, Ağsu və diğər rayonlardan olan fermerlər arasında bölüşdürülərək müqavilə şəkilində paylanıb.

Fermərlər də özlərinə məxsus olan vəsaitlər hesabına heyvan tövlələri tikərək heyvanlarını burada saxlayıb, çoxaldıb. Qısa zamanda bu ərazidə 30-40 min baş qoyun və qara mal bəslənib.

Amma bir neçə il əvvəl Kürdəmir rayonun sabiq başçısı Ceyhun Cəfərovun bir başa göstərişi və iştirakı ilə (Ceyhun Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı həbs edilib) bu ərazidə olan fermerlərə qarşı sözün əsl mənasında divan tutulub.

Fermərlərə qarşı qanunsuz məhkəmə iddiaları qaldıran Ceyhun Cəfərov bu torpaqları sözün əsl mənasında ələ keçirib. Məhkəmələr də icra başçısının sifarişini yerinə yetirərək icra hakimiyyətinin xeyrinə qərar çıxarıb və qış otlaq sahələri fermerlərdən qanunsuz olaraq alınıb.

Nəticədə bütün məhkəmə instansiyalarını öz vəzifə səlahiyyətlərindən istifadə edərək “qazanan” icra başçısı onlarla fermerin illərlər çəkdiyi əməyi məhv edib. Müxtəlif formada təzyiqlərə mərus qalan fermerlər heyvanlarını dəyər-dəyməzinə satmağa məcbur edilib, 10 minlərlərlə heyvan tələf olub və sairə...

Bundan sonra icra başçısının göstərişi ilə qış otlaq sahələrinin statusu dəyişdirilərək əkin sahələri statusuna salınıb və bu ərazilər öncədən planlaşdırıldığı kimi “Azər Aqro” MMC-yə icarə müqaviləsi ilə verilib.

Təsəvvür edin qurudulmuş bataqlıq, qış otlaq sahəsi statusunda olan ərazilər əkin sahəsi olaraq sənədlərşdirilir və bu ərazilərdə taxıl və pambıq əkilməsi barədə qərar verilir, subsidiyalar ayrılır, böyük xərclər tökülür, gübrələnmə işi aparılır və sairə. Amma heç bir nəticə olmur, ola da bilməz. Bu əsl cinayətdir və dövlər əmlakının külli miqdarda və planlı şəkildə məhv edilməsinə yönəlik addımdır.

Bizimxeber.az-ın araşdırlmaları zamanı bəlli oldu ki, bu əraziyə xərclənən milyonlar havaya sovurulub. Əkilən taxıl, pambıq məhv olub. Bu günə qədər bu ərazidə əkilən sahələrdən bir manat xeyir götürülməyib. Bütün bunlar azmış kimi, bu ərazilərdə qanunsuz olaraq bostançılıq və tərəvəzçilik sahələri sahılıb. Bu zaman da heç bir gəlir əldə etmək mümkün olmayıb.

"Azər Aqro” MMC-yə bu ərazilərdə pambıq və taxıl becərmək üçün ayrılan subsidiyaları sözün əsl mənasında havaya sovurub. Nəticədə nə heyvanbdarlıq inkişaf edib, nə əlinçilik, nə də bostançılıq və tərəvəzçilik.

İndi bu ərazilər sadəcə boş sahə olaraq qalmaqdadır. Əkinçilik üçün yararsız olan bu ərazilər hazırda qış otlaq sahəsi kimi belə yararsız halla gətirilib. Ərazidə lazımsız xəndəklər qazılıb, fermerlərə məxsus heyvan tövlələri məhv edilib.

Bir sözlə, korrupsioner icra başçısı Ceyhun Cəfərovla “Azər Aqro” MMC-nin rəhbərliyi 2700 hektardan çox olan qış otlaq sahəsini məhv edib.

Sözügedən ərazidə baş verənlər, ayrılmış milyon manatlarla subsidiyaların kimlər tərəfindən mənimsənilməsi araşdırılmalıdır. Ümid edək ki, bu araşdırılmaların aparılması üçün Dövlər Komissiyası yaradılacaq, günahkarların müəyyənləşdirilərək cəzalandırılması həyata keçiriləcək.

Araşdırmalarımız davam edir!

Bizimxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-da KÖHNƏ BAZAR... KÖHNƏ TAS... - NARAZILIQ VAR!


"ADAU-nin Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovu necə idarə edirdisə, indi də rektor əvəzi Zəfər Qurbanovu idarə edir.

Çox maraqlıdır ki, Namiq Cəfərov 2018-ci ildən nazir İnam Kərimovun təşəbbüsü ilə ADAU-nin Daxili Nəzarət şöbəsinə müdir təyin edilib. Təyinatından indiyə qədər Namiq Cəfərov sabiq rektor İbrahim Cəfərovla birlikdə şərikli biznesləri olmuşdur. Hətta mexanizasiya korpusunun qardrovunu ləğv edərək orada kafe açaraq Namiq Cəfərovun idarəsinə vermişdir.

Bundan başqa sabiq rektorla əkinçilik və digər biznesləri belə olmuşdur. Rektor əvəzi təyin olunan Zəfər Qurbanov təyin olunan gündən bu günə qədər Namiq Cəfərov, Zəfər Qurbanovun yanında gəzir və ADAU-nin idarəçiliyində fikirlərini diktə edir.

Zəfər Qurbanov Basarkeçər rayonunun Qanlı kəndindən olduğu kimi Namiq Cəfərovda Basarkeçər rayonunun Qanlı kəndindəndir.

ADAU nin proffessor müəllim heyyətinin bildirdiklərinə görə Zəfər Qurbanovla, Namiq Cəfərov yaxın qohumdurlar. Yaxın qohumluq əlaqələrinə görədə rektor əvəzi bütün məsələri Namiq Cəfərovdan məsləhət alır. Bu qohumluq əlaqəsindən istifadə edərək Namiq Cəfərov ADAU nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayevə 1 noyabır peşə bayramı münasibəti ilə fəxri ad verdirmək istəyir. Telman Musayev bu günə qədər tələbə qəbuli ilə bağlı bir çox maxinasiyalar edərək universitetə qanunsuz tələbə qəbul etmişdir. Hətta bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin nüfuzunu ləkələməyi və DİM də işləyən bir qurup vəzifəlilərlə əlbir olaraq universitetə tələbə qəbullarında maxinasiyalar edərək külli miqdarda pul əldə etməsi barədə mətbuatda məqalələr və şikayyətlər dərc olunmuşdu. Hətta sabiq rektor İbrahim Cəfərov rüşvət və qanunsuz qəbulla bağlı Telman Musayevi işdən azad etmək isdəsədə Namiq Cəfərovun təkidi ilə vəzifədə qalmışdır. ADAU nə heç bir əməyi keçməyən Telman Musayevə fəxri adın verilməsində Namiq Cəfərov yaxın qohumu rektor əvəzi Zəfər Qurbanova təkitlə Telman Musayevə fəxri adın verilməsini istəyir.
Biz ADAU-nin professor müəllim heyyəti olaraq inanırıq ki bu ədalətsiz yanaşmaya Nazir İnam Kərimov "dur" deyəcək...

ADAU nin professor müəllim heyəti"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //Turantv.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Balakəndə şəhid ailəsi bulağı da özü tikdirir - MÜRACİƏT


“Ən böyük arzum budur ki, şəhid oğlumun adı itməsin, yaşasın. Oğlum böyük qəhrəman övlad olub. Baş kəşfiyyatçı olaraq həm döyüşlərdə, həm dronla peşəkar iş qabiliyyətində, həm də əsgərlərinə qarşı insani münasibətdə fərqli olub. Əsgərləri belə deyirdi ki, oğlum ikinci Polad Həşimov idi”.

Balakən sakini, 44 günlük İkinci Qarabağ müharibəsində həyatını itirmiş Harun Alqayevin anası Kifayət Alqayeva belə deyir. O, oğlunun adının əbədiləşdirilməsini istəyir:

“Cibindəki pulu əsgərlərinə xərcləyib, digərləri kimi əsgərdən pul almayıb. Öz arzusu ilə hərbçi, kəşfiyyatçı olub. Ali hərbi təhsili vardı. Milli Qəhrəman adına layiq oğludur. Biz demirik bunu, keçdiyi döyüş yolu, hərbçi yoldaşları deyir. Hazırda məni Balakəndə qəhrəmanın anası deyə çağırırlar. Camaatın dilindədir övladım. Ümüd edirik ki, müraciətimizə müsbət cavab gələr və oğlumuzun adı məktəbə verilər”.

“Uşaqların təhsil aldığı yerdən oğlumun adı çəkilsin”

Kifayət Alqayevanın digər övladı da müharibə qazisidir. İki övladının Vətən üçün döyüşdüyünü, Harun Alqayevin layiq görüldüyü 8 medal, bir bayraq ordenini əsas gətirən ana deyir ki, qanun oğlunun adının əbədiləşdirilməsinə imkan verir. O, övladının adının oxuduğu orta məktəbə verilməsini arzulayır.

Harun Alqayev 28 yaşında həyatını itirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurub, 2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonundakı “N”saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi çalışıb. Bir il sonra müşahidə kəşfiyyat tağım komandiri, 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülüb.

Tərcümeyi-halında göstərilir ki, Harun Alqayev bu müddət ərzində peşəkar kəşfiyyatçı kimi yetişib və ən ağır əməliyyatları həyata keçirib. 2020-ci ilin martında kəşfiyyat bölüyünün komandiri vəzifəsinə layiq görüldükdən sonra xüsusi təyinatlı qüvvələrin heyətinə qoşulub və baş kəşfiyyatçı olub. O, Murovdağ və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 15-də həyatını itirib. Erməni, rus dilləri daxil, 4 dil bilib.

Şəhid atası Məhəmməd Alqayev deyir ki, ölümündən sonra ailə öz büdcəsi hesabına bulaq memorial kompleksi inşa edib. Bu ilin yazında oğlunun adının əbədiləşdirilməsi üçün Balakən rayon 1 saylı Talalar kənd tam orta məktəbi adından və eləcə də ailənin yaşadığı küçənin sakinləri adından Nazirlər Kabinetinə müraciət göndərilib. Deyir ki, yaşadıqları Fikrət Əmirov adına küçənin adı dəyişdirilərək oğlunun adını daşısa da, məktəbin adı ilə bağlı müraciətə cavab gəlməyib:

“Martda məktub hazırlandı. Apreldə Balakən Rayon İcra Hakimiyyəti məktubu yola saldı Nazirlər Kabinetinə. Məktubda şəhidin adının Balakən rayon Talalar kənd 1 saylı tam orta məktəbə verilməsi qeyd olunub. Artıq 7 aydır ki, məktuba cavab yoxdur. Niyə gecikir, yekun cavab nə olacaq, bilinmir. Mənim oğlum uşaqları çox sevən övlad olub. Onlarla səmimi münasibəti vardı. Onun şəhid olması xəbəri daha çox qohum, qonşu uşaqlarını kədərləndirmişdi. İndi uşaqların yanında ola bilməsə də, istəyirik adı məktəbə verilsin. Uşaqların təhsil aldığı yerdə oğlumun adı çəkilsin. Hətta oğlumun Milli Qəhrəman adını almasını istəyirəm. Onun cəsarəti, xidməti bunu haqq edir”.

“Əvvəl iki orden, iki dəfə Milli Qəhrəman adı daşımaq tələb olunurdu”

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə nizamlanır. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Nazilər Kabineti qarşısına vəsatət qaldıra bilər. Həmin qərara əsasən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanı, həmçinin vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəxslərin adları küçələrə, meydanlara verilir. Təşkilatlara, müəssislərə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır. Həmçinin icra hakimiyyətləri “Şəhid” Memorial kompleksini yaratmalıdır. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerləri , dəfn yerləri qorunmalı, abadlaşdırılmalı, qəbirüstü daşların, xatirə abidələrinin qorunması da təşkil edilməlidir. Döyüş əməliyyatları getmiş yerlərdə isə xatirə nişanları qoyula bilər. Büstlər isə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanı olan şəxslərə ucaldılır.

Balakən Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ağa Ağayev Meydan TV-yə deyib ki, ölkədəki 14 557 şəhiddən 193-ü Balakənin payına düşür. 30 nəfəri İkinci Qarabağ müharibəsində həlak olub. Onlardan üçü ordenə layiq görülüb, biri isə Vətən Müharibəsi qəhrəmanıdır. Məhz Nazirlər Kabinetinin qərarına əsasən yalnız onların adından müraciət göndərilib. Ölkə prezidetinin qərara etdiyi son dəyişiklik isə proseduru qismən asanlaşdırıb:

“Vətən Müharibəsi qəhrəmanı Novruzov Amin Taciddin oğluna artıq büst qoyulub, liseyə və küçələrdən birinə adı verilib. Əvvəl iki orden, iki dəfə Milli Qəhrəman adı daşımaq tələb olunurdu, indi bir ordeni, Milli Qəhrəman adı olana verilməlidir. Müraciətlər əsasında ölkə prezidenti qərarda dəyişklik etdi. İki sözü ləğv olundu. Harun Alqayev bayraq ordeni olandır, Əlisoltanov Vahid Tahir oğlunun üçüncü dərəcəli medalı, Rəşidov Tural Fazil oğlunun isə Qarabağ ordeni var. Orden fərq etmir, yetər ki, orden olsun. Üçünün də adından vəsatət qaldırılıb icra hakimiyyəti adından və hələ cavab gəlməyib. Memorial komplekslərin isə hər bir şəhid üçün təşkili mümkündür. Əslində icra hakimiyyəti etməlidir, bəzən ailələri, imkanlı şəxslər, bələdiyyə də edə bilər. Büst isə ancaq icra hakimiyyəti büdcəsi ilə qoyulmalıdır, o da Milli Qəhrəmanlara və Vətən Müharibəsi qəhrəmanlarına”.

“Sonradan bu imtiyazdan sui- istifadə olundu…”

Ölkədə indiyə qədər 83 nəfər Vətən Qəhrəmanı, 221 nəfər isə Milli Qəhrəman adına layiq görülüb. 18 adda orden, 59 adda medal var.

Millət vəkili Fazil Mustafa Meydan TV-yə açıqlamasında bildirib ki, qanunun sadələşdirilməsinə ehtiyac yoxdur. Çünki bu, vəziyyətdən sui- istifadənin qarşısını alır. O, müraciətlərin gecikməsini isə uzun araşdırma prosesi ilə əlaqələndirib:

“Bu, sadə məsələ deyil, müəyyən prosedurlar var ki, onların əsasında olur. Tələblərə cavab verməlidir. Hansı döyüş bölgəsində, hansı döyüş şəraitində olub və əldə etdiyi nəticələrə əsasən bunu vermək olur. Yoxlama, araşdırma prosesi ciddi olmalıdır ki, müraciət əsasında müəyyən vaxt aparan məsələlər, araşdırmalar tam həyata keçsin. Kifayət qədər səbəblər var ki, müraciətlər tez araşdırıla bilmir”.

“Qarabağ müharibəsində sadə vəziyyətdə dünyasını dəyişmiş şəxslərə də bu ad verildi. Sonradan bu imtiyazdan sui- istifadə olundu. Digər haqqı çatan şəhidin haqqına girmək idi, bu. Ona görə biz elə etməliyik ki, həqiqətən bu adı alanlar statusa layiq olsun. Layiq olmayanda da ciddi problem yaradır”, – deputat deyib.

“Qoysunlar, məktəb kollektivi özü qərar qəbul etsin”

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədr müavini Arif Məmmədov isə şəhid adının əbədiləşdirilməsi prosedurunun asanlaşdırılmasını məqbul sayır. Deyir ki, hətta ötən ilin payızından təmsil olunduqları təşkilatın adından Nazirlər Kabinetinə rəsmi müraciət də ünvanlanlanıb. Müraciət ad almayan və prosedurdan kənarda qalan bütün həlak olan əsgərlər üçündür:

“Bu gün hansısa məktəbə, küçəyə simvolik olaraq o şəhidin adı verilsə, nə itirə bilərik? Onun adı yaşayar. Pis nə var burda? O qədər küçələr, meydanlar, təşkilatlar, məktəblər, sinif guşələri var ki. Prezidentin qərarına ehtiyac yoxdur. Qoysunlar, məktəb kollektivi özü qərar qəbul etsin”.

“Valideyn üçün fərqi yoxdur, onun oğlu Milli Qəhrəman adına layiq görülüb, ya yox. Ordeni var, ya yoxdur. Onlar doğmaları və bizim üçün şəhiddir. Ayrı-seçkilik olmamalıdır. Övlad itib, vətəndaş itib. Əksinə bu addım analara təskinlik, mənəvi rahatlıq verəcək. Ancaq hələ də müraciətimizə cavab yoxdur”, – Arif Məmmədov deyib.

Birlik yetkilisi hesab edir ki, kriteriyalara uyğun gəlməyən, amma müharibədə həlak olan şəxslərin də adı əbədiləşdirilməlidir. Elə birliyin müraciəti d bu yöndədir.

“Ailələr səbrlə gözləməli, dövlət də o ailələrə dəstək olmalıdır”

Qarabağ qazisi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə şəhid ailələrinin istəyini normal saysa da, indiki məqamda ad əbədiləşdirilməsinin kütləviləşdirilməsini uyğun hesab etmir. Bu mənada Türkiyə, İran kimi ölkələrin təcrübəsini təqdir edən QHT rəhbəri eyni döyüş yolunu keçən qazilərə də həssas yanaşılmasını vacib sayır:

“Düzdür, biz işləyirik onlarla, valideynlər, xüsusilə analar narazıdır bu mövzuda. Onlar istəyir ki, hər birinin övladının adı əbədiləşdirilsin. İndiki halda axı mümkün deyil. Çünki Nazirlər Kabinetinin məlum qərarı var. Konkret kimlərin ala biləcəyinə dair maddələr var. Sahibkarlar da bu mənada iş görə bilər. Məsələn, öz şirkətlərində adverməni təşkil edə bilərlər. Düşünürəm, bu kimi mübahisələrə son qoymaq lazımdır. Ailələr səbrlə gözləməli, dövlət də o ailələrə dəstək olmalıdır”. Şamil Sabiroğlu hesab edir ki, çətin və həssas dönəmdir:

“44 qazi intihar edib. Qazilərin müraciətlərinə baxılmalı, onlara qarşı həssas davranılmalıdır. Axı onlar da o döyüş yolunu keçib. Dövlət əsas diqqəti hələ şəhid ailələrinə çəkir. Bizə müraciətlər çox olur. Konkret istiqamətləri veririk, kömək edirik ki, necə müraciət etsin. Yaxud müraciətin əsası varmı, başa salırıq. Ancaq o saat cavab gəlmir müraciətə, xırdalığa qədər gedilir. Məsələn, Harun Alqayevin o qədər xidməti olsa da, hələ araşdırma gedir və ikinci bir orden alması gözlənilir. Onun adının əbədiləşdirilməsi isə Nazirlər Kabinetinin apardığı araşdırmanın yekununda bilinəcək”. //Meydan TV//
Balakəndə şəhid ailəsi bulağı da özü tikdirir - MÜRACİƏT
Balakəndə şəhid ailəsi bulağı da özü tikdirir - MÜRACİƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Nobel sülh mükafatına layiq görülə bilər


2023-cü il üçün Nobel Sülh Mükafatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana verilə bilər.

Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat dərc edib.

Bildirilir ki, bu, hər iki ölkə arasında o vaxta qədər sülh sazişini imzalayacağı təqdirdə baş tutacaq.

Xatırladaq ki, isveçli ixtiraçı Alfred Nobelin istəyinə görə, Nobel Sülh Mükafatı xalqlar arasında qardaşlığın qurulması, hərbi qüvvələrin saxlanması və təşviqi üçün ən böyük və ya ən təsirli iş görən şəxsə verilir.

1990-cı ildən bu mükafat hər il dekabrın 10-da Norveçin paytaxtı Osloda təqdim olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY


""MADO"nun Fəvvarələr meydanında yerləşən filialında müştəriləri əməlli-başlı qarət edirlər". Bu barədə DİA.AZ-a tanınmış jurnalistlərdən biri giley edib.

Jurnalist iddia edir ki, keçən şənbə günü iki dostu ilə birgə sözügedən kafenin Fəvvarələr meydanında yerləşən filialında çay içib:

"Hər şey elə ilk başdan başladı. Çay əvəzinə stolun üstünə şirniyyatları düzəndə dedim ki, sadə çay istəyirəm. Ofisiant isə "şirniyyatın və 4 növ mürəbbənin çayın üstündə vacib" olduğunu bildirdi. Mən müştəri hüquqlarımdan danışdım, kar eləmədi... Nəhayətdə jurnalist olduğumu bildirdim. Şirniyyatı geri götürdü.

Amma yekun hesabda yenə də şirniyyatın pulunu məndən çıxdılar. Yeməsəm də, pulunu ödərtdilər".
`MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY

Bunun açıq-aşkar qarət olduğunu bildirən jurnalist məsələ ilə bağlı əlaqədar qurumlara şikayət yazacağını da qeyd edib.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
PA yetkilisi Fərəh Əliyeva da Naxçıvan «xan»ından qorxur - Xalq artistindən şok iddia


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Naxçıvan «xan» Vasif Talıbovdan qorxur.

DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, bu iddia Azərbaycan xalq artisti Həsən Ağasoya aiddir.

Bəs xalq artisti niyə bu qənaətə gəlib?

Gəlin, ən yaxşısı, bu sualın cavabını xalq artistinin özündən xəbər alaq.

Həsən Ağasoy öz Facebook statusunda bu qənaətinə belə aydınlıq gətirir:
PA yetkilisi Fərəh Əliyeva da Naxçıvan «xan»ından qorxur - Xalq artistindən şok iddia

«Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanıma öz işimlə bağlı yazdığım şikayət məktubum Fərəh xanımın göstərişi ilə məktublar şöbəsində ilişib qalıb.Səbəbini məktublar şöbəsindən soruşdum. Fərəh xanım deyib ki, məktub Naxçıvandan gəldiyinə görə saxlanılır. Görünür, Fərəh xanım da Naxçıvan rəhbərliyindən ehtiyat edir ya da qorxur. Artıq 6 aya yaxındır ki, məktubuma cavab verilmir. Çünki məktub gərək Mehriban xanıma çatdırıla ki, cavab da verilə. Bir sənət adamına olan hörmətsizlikdir bu! Buna başqa nə ad vermək olar?»
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadda torpaqları KİM ZƏBT EDİB? - NARAZILIQ VAR!


Dolanışıqları heyvandarlıqdan çıxan Sabirabad rayon Şıxsalahlı kənd sakinləri örüş sahələrinin zəbt olunduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, əsas məşğuliyyətləri heyvandarlıq olsa da, mal-qaralarını otarmağa örüş sahələri qalmayıb.

Əlavə yem almağa məcburuq

Otlaq sahəsi olmayan kəndlilər heyvanlarının yem tədarükünü təmin etmək üçün əlavə yem almağa məcbur olduqlarını deyirlər.

Məlumata görə, yaranmış vəziyyət büdcəyə ziyan vurur, xeyir götürə bilmirlər. Kənd sakinləri deyirlər ki, 1997-cı ildə torpaq islahatı zamanı öz razılıqları ilə onlara verilmiş pay torpağından 0.5 sot ayıraraq ümümilikdə 22 hektar örüş yeri təyin ediblər. Lakin onlar bu örüş sahəsindən bir müddət istifadə etdikdən sonra torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib. Həmin vaxtdan bəri sakinlər onlara məxsus örüş sahəsini istifadə edə bilmirlər. Örüş üçün nəzərdə tutulan torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub.

Şikayətçi Şahin Hüseynov deyir, “1997-ci ildə torpaq islahatı zamanı buranı örüş yeri təyin ediblər. Hamının razılığı əsasında 5 sot kəsilərək örüş yeri salınıb. Ümumi 22 hektarın 4 hektarı qəbristanlıq üçün nəzərdə tutulub. Bu günəcən nə qəbristanlıq yeri, nə də örüş yeri verilməyib. Bizim örüş yerimiz yoxdur. Ona görə heyvanı heç yerə çıxarmaq mümkün deyil. Heyvanlarımızı həyətdə başıbağlı, ac saxlayırıq. Məcburuq heyvandarlığı ləğv edək".

Şıxsalahlılar sözügedən örüş sahəsini uzun zaman istifadə ediblər. Sonralar torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib.

“Bizim burda 22 hektar örüş yerimiz var. Onu 4-5 adam zəbt edib. Bizim heyvanı o tərəfə keçməyə qoymurlar. Otumuz yoxdur. Otun biri 5 manatdır. Mənim də elə bir imkanım yoxdur əlavə ot alım. 1 hektar 12 sot torpağım var, onu da becərə bilmirəm. Evimdən 8 km aralıdır. Bu adamların 5 hektar torpaqları var, o tərəfə keçmirlər. Buranı əkib dolanırlar”, -kənd sakini Mütəllim Fərəcov deyir.

Başqa bir kəndli Elmir Nərimanov deyir ki, “Bizə vəd verilib, ancaq əməl olunmayıb. Tələbimiz odur ki, örüş yerimiz özümüzə qaytarılsın. Bu ərazi kollektorla əhatə olunub. Içi də su ilə doldurulub. Heyvanlarımız ora keçir deyə narahatıq”.

Sakinlərin sözlərinə görə, torpağın sənədi saxtalaşdırılıb. Bələdiyyənin ehtiyyat torpağı əkinə yararlı torpaq kimi qeydiyyata götürülüb.

Rəsmi qurum iddiaları rədd edir

“Sakinlərin iddia etdiyi ərazi islahat dövründən əvvəl də, islahatdan sonra da bələdiyyənin əkin təyinatlı torpağı olub. Burada hər zaman əkin əkilib. Sözügedən ərazi heç vaxt örüş yeri olmayb. Vətəndaşların dediyi 0.5 sot ayrılmış torpaq sahəsinə gəlincə, bildiririk ki, kənd sakinləri üçün Osmanlı və Şıxsalahlı kəndləri arasında 25 hektar örüş yeri ayrılıb. Ondan əlavə kəndin ümumilikdə 167 hektar örüş yeri var. 8 hektar bir yerdə, 55 hektar başqa yerdə. İddia olunan ərazi hazırda əkin sahəsidir. Sakinlər bunula bağlı aidiyyatı qurumlara müraciət ediblər. Cavab olaraq həmin ərazi əkin təyinatlı torpaq kimi göstərilib. Həmin ərazidə əkin əkən şəxslərin müqaviləsinə ötən ilin dekabr ayından xitam verilib. Vətəndaşlar əkdikləri məhsulu götürdükdən sonra 22 hektarlıq ərazi Rayon İcra Hakimiyyəti Tərəfindən şəhid ailələri və qazilərə paylanacaq”,- vətəndaşların şikayətinə cavab olaraq Şıxsalahlı kəndinin icra nümayəndəsi Seyidabbas Babayev belə deyib.

Mövzu ilə əlaqəli videosujet:

Belediyye.net

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO