Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov “Həsən ağanın qohumu”dur?

22:10 21.07.2022 188
Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov “Həsən ağanın qohumu”dur?


Qızılhacılı qəsəbəsinin sosial problemlərinə niyə biganə yanaşılır?

Goranboy rayon Qəzılhacılı qəsəbəsinin sakini, 1948 -ci ildə anadan olmuş, 2 -ci qrup əlil (320418 saylı vəsiqə) Musayev Eldar Cabbar oğlu 300 – dən çox ailənin yaşadığı ərazidə süni surətdə yaradılan su qıtlığından şikayətçidir. Eldar Musayev bildirir ki, qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib alırlar. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri payıbəlli torpaq sahələrində min bir əziyyətlə pambıq əkib – becərirlər. Lakin su qıtlığından pambıq sahələri yanır. İsti yay aylarında bilərəkdən su borularını təmir edirlər. Təmir işlərini qış və yaz fəsllərində niyə görmürlər?

Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Qəsəbədə yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması barəsində şikayət olunan məmurlara həvalə olunur. Özbaşınalıq, dərəbəylik baş alıb gedir.
Eldar Musayev bildirir ki, Goranboy rayon İHB – sı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial duruma görə bilavasitə məsuliyyət daşıyır. 13 may 2020 – ildə mən və qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu rayon İH -nə gedib qəsəbədəki su və digər sosial problemlər barəsində şikayətimizi bildirmək üçün onun qəbuluna yazıldıq. Lakin Məhərrəm Quliyevin o zamankı 1 – ci müavini Ceyhun Həsənov və digər 2 şəxs bizi 1 -ci mərtəbədə bir otağa salıb kötəklədilər. Sonra da asayişi pozmaq adı ilə məni 70 manat cərimə etdilər, Arzu Verdiyevə isə 10 sutka inzibati cəza verildi. Məhərrəm Quliyev və ətrafı bir neçə ildir ki, şikayətlərimizin ali dövlət orqanları tərəfindən araşdırılmasına imkan vermir. Zorakılıqdan da çəkinmirlər. Qəsəbə sakinlərinin çoxu şərdən – böhtandan qorxub səslərini çıxartmırlar.
Eldar Musayev daha sonra onların yaşadıqları ərazidə 4 artezian quyusunun olduğunu bildirir. Lakin 06/983 saylı artezian quyusunun zəif işlədiyini, 351 saylı artezian quyusunun isə kabellərinin 1 aydan çoxdur ki, kəsilib oğurlandığını diqqətə çatdırır. Onun fikrincə, Goranboy rayon İH – nin və Qızılhacılı qəsəbəsinin məmurları, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradıb, qazanc bazarı açıblar. Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hər yerdə deyir ki, Meliorasiya və Su Təsərrüfatı ASC – nin sədri Zaur Mikayılovun da, İHB -sı Məhərrəm Quliyevin də həmin “bazar”dan xəbəri var və onların da özlərinə məxsus payları var. Qızılhacılı qəsəbəsinin sakinləri isə əkdikləri pambıq sahələrini suvarmaq üçün ilan kimi dəridən – qabıqdan çıxırlar. Zəhmətləri batır. İlqar Musayev soruşur ki, şikayətimizi kimə deyək, dərdimizə çarə qılınsın?!
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Turantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO