UNESCO Ermənistanın başına “süni buynuz” əkir - TƏHLİL

16:06 16.02.2022 223
UNESCO Ermənistanın başına “süni buynuz” əkir - TƏHLİL
Ermənistan UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı manipulyasiya edərək yenidən “buynuz” çıxarmağa çalışır.

Bu “buynuzu” süni yolla əkən addımlara keçməzdən öncə xatırladaq ki, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Görüşdə UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilib.

Ancaq UNESCO deyəsən erməni lobbisinin təsirinə düşərək hər yerdə “məhv edilmiş erməni mədəni irsi” axtarmağa çalışır. Bax, bu, Ermənistanın başında süni şəkildə “buynuz əkmək” cəhdidir.

UNESCO-nun sözçüsü Tomas Mallard “Armenpress”ə deyib ki, qurum Dağlıq Qarabağa müstəqil texniki missiya göndərmək üzərində işləyir.

İşlətdiyi “Dağlıq Qarabağ” ifadəsi böyük bir yanlışdır. Bu səhvi bəlkə də bağışlamaq olardı, düşünə bilərdik ki, cənab Mallard özünün lüğət leksikonunu Cənubi Qafqazdakı yeni reallığa uyğunlaşdıra bilməyib.

Ancaq səbəb nə olursa-olsun, dəxli yoxdur, UNESCO Mallardın timsalında Azərbaycanın haqlı hədəf tablosuna çıxır.

Birincisi, UNESCO-nun nümayəndəsi Dağlıq Qarabağ dedikdə nəyi nəzərdə tutur? Axı belə bir ərazi vahidi yoxdur. Onun dediyi Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni təbliğatına xidmətdən başqa bir şey deyil.

İkincisi, UNESCO nə vaxtdan siyasi bəyanatlar verməyə başlayıb? UNESCO özünü Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi aparır və həmin qurumun açıq-aydın erməni maraqlarına xidmət etdiyi görünür.

“Dağlıq Qarabağ” ifadəsini də keçdik. Mallardın dediklərində gizlənən digər mahiyyəti də əfv etmək adekvat davranış olmaz.

Azərbaycan belə bir missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb.

Ancaq UNESCO özü 2005-ci il üzrə hesabatında etiraf edib ki, Ermənistan bu səfərin qarşısına sədd çəkib. Belə əsaslandırma aparıb ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır və səfərin məhz Ermənistan tərəfindən qarşısı alınıb.

Qısası, UNESCO Azərbaycan torpaqlarının işğalda olduğu müddətdə Bakının müraciətlərini qulaqardına vurub, indi isə fevralın 4-də əldə edilmiş razılığı saxta erməni tarixinin xeyrinə yönəldən birtərəfli operativlik nümayiş etdirir.

Həmin müraciətlərə biganə qalan UNESCO indi, tez bir şəkildə ilk olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “tarixi erməni izləri”ni axtarmağa çalışır.

Cənab Mallard qeyd edir ki, mədəni irs mövzusu siyasi alətə çevrilməməlidir, amma belə qərəzli operativliklə mövzunu ermənilərin xeyrinə calamağa çalışır ki, bunun özü siyasi ədəbsizlikdir.

XATIRLATMA: 1949-cu il avqustun 12-də İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilib.

Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Bunlar beynəlxalq humanitar hüququn əsas sənədləri sayılır ki, burada silahlı münaqişələrlə bağlı qayda və hüquqlar yer alıb.

Cenevrə konvensiyalarına 1977 və 2005-ci illərdə üç protokol əlavə edilib. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq da, öz növbəsində, iki qola ayrılır ki, bunlar Cenevrə hüququ və Haaqa hüququdur.

Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsinə yönəlir.

Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.

Ermənistan isə 1990-cı illərdə tüğyan edən müharibədə bütün bu qaydaları pozub, Azərbaycanın mədəni irslərinə qarşı vandallıq həyata keçirib, tarixi-dini abidələri məhv edib. Üstəgəl, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də mülki əhalini atəşə tutub.

Görəsən, UNESCO bunların özünə aid olan hissələrini bilirmi? Bilir, görür, amma Ermənistana qarşı çıxış etmək cürətinə sahib deyil. Ən azından indiki situasiyadakı davranışı belə deməyə əsas verir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO