[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda özünü “seyid” kimi təqdim edən narkokuryer tutuldu: “Heyif oldu əziyyətlərim”
Zamantv.az : - Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı X.Allahverdiyev törətdiyi əməli etiraf edib.

X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi tanıtdığını bildirib:

“Kimsə inanmaz ki, Xudaverdi Allahverdiyev narkotik sata bilər. Çünki hamıya özümü “seyid” kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyif oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi
"Zamantv.az" xəbərverir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib:

“Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan Rusiya üçün hərbi marağını itirir
“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Rusiya üçün niyə əhəmiyyətini itirir? Başa düşmək lazımdır ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu iki komponentdən ibarətdir - Gümrüdəki hərbi hissə və İrəvandakı aviqrup”.

Zamantv.az Bizim.Media-a istinadən xəbər verir ki, bunu eks xarici işlər naziri Tofiq Zülfüqarov özünün “Facebook” hesabında yazıb.

Onun fikrincə, sadalananlardan birincisi “müvəqqəti dislokasiya məntəqəsi” əsasında ağır texnika punktu formalaşdırmaqdır.

Bu, Avropada Adi Silahlar üzrə Müqaviləyə uyğun olaraq cinah məhdudiyyətləri ilə nəzərdə tutulan qüvvələrin tərkib hissəsidir.

Təxminən 80 vahid həcmində olan bu ağır texnika güvələnli vəziyyətdə idi və şəxsi heyətlə təmin edilib.

Sonra Gürcüstandan çıxarılan hərbi texnikanın bir hissəsi, o cümlədən hava hücumundan müdafiə sistemləri əlavə edilib:

“2013-cü ildə “İskəndər M” zərbə sistemləri yerləşdirildi. Hava qrupu “MİQ-29” qırıcıları və bir neçə helikopterlə silahlanıb. Beləliklə, Ermənistandakı bütün silahlardan ən təsirlisi “İskəndər”lərdir ki, onlar da nüvə başlıqlarının daşıyıcısı olmadıqları üçün çox nisbi hərbi əhəmiyyətə malikdirlər... Təhlillərimizə “S-300” hava hücumundan müdafiə sistemlərini Türkiyəyə Rusiyanın satdığını da əlavə etsək, məlum olur ki, Kreml özünün “İskəndər” və “MİQ”lərini Türkiyəyə qarşı istifadə etmək niyyətində deyil.

Deməli, Rusiyanın Ermənistandakı hərbi infrastrukturunun heç bir anti-Türkiyə və anti-NATO strateji-taktiki oriyentasiyası yoxdur. Bu infrastrukturun həmişə yalnız “imic” vəzifələri olub ki, Ermənistanın “Qərbə” getməsini nəzərə alsaq, öz aktuallığını itirəcək.

Odur ki, Cənubi Qafqazda vəziyyətin inkişaf perspektivlərini dəyərləndirərkən, Rusiya Federasiyasının hərbi infrastrukturunun yalnız Gürcüstanın Rusiya ilə coğrafi əlaqəsi olan bölgələrində qorunub saxlanıla biləcəyini güman etməliyik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda kişi arvadını əmisi oğlu ilə yataqda tutdu
Zamantv.az -ın məlumatına görə, həyat yoldaşından şübhələnən kişi əvvəlcə onu izləməyə başlayıb. Daha sonra əmisi oğlunun həyat yoldaşı ilə görüşüb, bir evə getdyini görüb.İçəri daxil olan kişi mübahisə edərək, əmisi oğlundan rayonu tərk etməsini tələb edib./unikal.org

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda dava düşdü: Qardaşlar bıçaqlandı
Zamantv.az : - zəbər verir ki, Sumqayıtda dava düşüb, qardaşlar bıçaqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY
Zamantv.az : - Əlillik müavinəti alan şəxslərin səhhət durumunun qiymətləndirilməsinin və ya təkrar qiymətləndirilməsinin aparılması prosesi iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində yenidən qiymətləndirmə aparılır. Məsələ burasındadır ki, insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirilərkən, tibbi sosial ekspert komissiyasının gəldiyi nəticənin Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması Meyarları” ilə uzlaşıb – uzlaşmadığı çox vaxt mübahisə doğurur. Köhnə meyarlarla əlil sayılanlar yeni meyarlarla əlil hesab olunmur və ya dərəcələrdə fərq olur. Problem odur ki, meyarlar da get-gedə sərtləşdirilir, həkim-ekspertlər də. Bu vəziyyət haqlı narazılıqlara səbəb olur ki, onlar da dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş birinci şəxsin — nazir Sahil Babayevin fəaliyyətini ictimai qınağa gətirir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu “Dəryaz” qəzeti redaksiyasına video-müraciət göndərərək, bildirir ki, Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhət durumuna görə 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan köməklik olmasa, həyatda mövcudiyyəti belə sual altında qalar.

Sadıqov deyir ki, dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Axırıncı dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri mərkəzi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə gətirməklə cavab verməkdən yayınıblar. Müalicə üçün ak. Mirqasımov adına 1saylı Trespublika Kliniki Xəstəxanasına göndəriblər: “Orada 7 gün yatdım, Poliklinika şöbəsinin müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat rüşvət istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər…”

Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhət durumu daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: “Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdırlar. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq. Axı qürurumuz buna yol vermir!..”

Şikayətçi həmçinin bildirir ki, depuat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar.

İnternet üzərindən apardığımız səthi müşahidələrdən belə qənaətə gəldik ki, Ağstafa və Qazax rayonlarında mərkəzi xəstəxanaların fəaliyyətində əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməsi işinin yarıtmaz vəziyyəti barədə çoxsaylı narazılıqlar var. Qeyd edək ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olununsa da, müsbətə doğru heç nə dəyişmədiyi qeyd olunur.

Mövzunu diqqətdə saxlayacağıq.
Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərimov Xıdırovun yoxluğunu hiss etdirmir... - YAŞIL TERROR DAVAM EDİR...
Zamantv.az : - Artıq 4 aydır ki, cənub bölgəsində və digər bölgələrimizdə olan "ekoloji soyqırımlar" barədə kifayət qədər məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmişə sözügedən şikayətlərə bir saxta "don" geyindirmişdi. Siz, təsəvvür edin, Bir il bundan öncə belə "ekoloji soyqırımlar" çox az idi. Bu barədə azinfo.tv saytı məlumat yayıb.

Xəbərdə daha sonra deyilir:
Yəni Ekologiya Nazirinin müavini Firdovsi Əliyev ekologiyaya nəzarət edən zaman belə də "ağçılıq" yox idi. Elə ki, Firdovsi müəllim bir az uzaqlaşdırıldı və kadr işlərinə və digər sahələrə nəzarət tapşırıldı Ekologiya Nazirinin müavini Vüqar Kərimova, o zaman ekologiyanın, ən əsas da meşələrin "fatihə"si verildi. Vüqar müəllim birinci kadrların ovuna çıxdı və onların şərləyib işdən uzaqlaşdırdı, yerlərinə isə "mütəxəsiska"ları gətirdi. Siz təsəvvür edin, Regional Meşə Təsərrüffatıarı Mərkızində rəhbər , baş mühəndis və mütəxəssis vəzifələrində orta ixtisas və qeyri-peşəkarlar (qeyri-meşəçilər) əyləşib. Bu təmiz biyabırçılığdır!!!. Meşələri kütləvi qırdırırlar və ağacların isə "işlik" material kimi sexlərə satırlar.

Redaksiyamıza Cəlilabad sakini Nəhmətov Əli Əhməd oğlu bir video müraciət göndərərək bildirir ki, bu "meşə soyqırımlar"ının başında Ekologiya nazırının müavini Vüqar Kərimov durur. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Adəm İsmiyev meşələrimiz məhv etdirdi və saxta yolla faktiki olmayan əkin və təbii bərpaları örtülü meşə sahəsinə keçirdi və s. Bu nə biyabırçıkığdır?! Meşələri qırdır və məhv etdir və sonda da bir ərizəni alıb səni işdən uzaqlaşdırdırsınlar. Bəs, sabiq direktor Adəm Ismiyevin işlədiyi vaxt törətdiyi cinayətlərə kim cavab verəcək?!
Həmin cinayətlıri Vüqar kimilər yıxacaq yazıq bir iki nəfər meşəçilırin boynuna.
Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaxın Şərqin karvan yolları necə kəsişəcək? - İNCƏLƏMƏ...
İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, keçən ay dəmir yolu konteyner xidmətlərinin bərpasından sonra üç ölkənin gömrük, dəmir yolu və ekspeditorları tərəfindən razılaşdırılan ikinci yük qatarı Pakistandan İran vasitəsilə Türkiyəyə yola düşüb.

Zmantv.az" DİA.AZ-a istinadən xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” saytı yazıb.

Təhlildə qeyd olunur:

Uşaq pudrası, kosmetika, şəxsi baxım və sənaye məhsullarında tez-tez istifadə edilən 24 vaqon talk tozunu daşıyan qatar ötən həftə Pakistandan İstanbula yola düşüb.

PressTV xəbər verir ki, yük Mircave sərhəd stansiyası vasitəsilə İranın Zahedan dəmir yolu stansiyasına çatdıqdan sonra Türkiyənin Razi sərhəd stansiyasından daşınmaq üçün yenidən konteynerlərə yüklənir.

Tehran sərnişin və yük dəmir yolu daşımalarının inkişafı üçün tranzit dəhlizlərinin tamamlanmasını və region ölkələri ilə dəmir yolu əlaqələrinin yaradılmasını prioritet elan edir. 1985-ci ildə İran, Pakistan və Türkiyə daha 7 dövlətin qoşulduğu İqtisadi Əməkdaşlıq üzrə Regional Dövlətlərarası İqtisadi Təşkilatı (İƏT-EKO) yaratdılar. Dekabr ayında düyü, xurma və çəhrayı duz daşıyan ilk yük qatarı 10 illik fasilədən sonra İslamabaddan İstanbula yola düşüb.

İslamabaddan İstanbula gedən marşrutla qatara 10 gün vaxt sərf olunur ki, bu da Türkiyə ilə Pakistan arasında 21 günlük dəniz səfərindən iki dəfə azdır. Dəmir yolunun ümumi uzunluğu 6540 km, o cümlədən 2603 km İran, 1990 km Pakistan ərazisindən keçir. EKO Konteyner Qatarı (ITI) kimi tanınan İslamabad-Tehran-İstanbul dəmir yolunun sınaq xətti 2009-cu ildə tamamlandı, lakin o, heç vaxt tam istifadəyə verilmədi. Buna baxmayaraq, ölkələr hələ də Çinin Kəmər və Yol Təşəbbüsünü tamamlamaq üçün marşrut boyunca sərnişin qatarını işə salmağı planlaşdırırdılar.

Pakistanın dəmir yolları naziri Əzəm Xan Svati layihənin açılış mərasimində deyib:

"Pakistandan İran və Türkiyəyə konteyner qatarının buraxılması region ölkələrinin köhnə arzusu olub və bu, yenidən reallığa çevrilib". O, İƏT çərçivəsində dəmir yolu əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsinin regional sabitliyə və sülhə töhfə verəcəyini vurğulayıb.

İTİ türkdilli müsəlman xalqların yaşadığı Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə əlaqə quracaq və təxminən bir trilyon dollar dəyərində Asiya, Afrika və Avropanı birləşdirən “Bir kəmər və yol” təşəbbüsünü daha da inkişaf etdirəcək.

Çin İranın infrastrukturuna, xüsusən də, “Bir Kəmər-Bir Yol” Təşəbbüsünün bir hissəsi kimi baxır və onun yaradılmasında fəal iştirak etməyə çalışır. İTİ dəmir yolu İrana ABŞ sanksiyalarından yan keçməyə kömək edəcək. Tehran üçün bu, cəlbedici alternativ ticarət yoludur, çünki İƏT ölkələri arasında ticarət yerli valyutada aparılır.

Birləşmiş Ştatlar beynəlxalq ticarətin bütün üsullarını kəsərək ölkəni təcrid etmək üçün İrana “maksimum təzyiq” siyasəti yürüdür, lakin bu ölkənin qonşuları ilə ticarətinin qarşısını almaq demək olar ki, mümkün deyil.

Ötən ilin dekabrında İran İslam Respublikasının Avtomobil Yolları və Nəqliyyatı Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Departamentinin baş direktoru Cavad Hedayəti demişdi ki, Fars körfəzini Qara dənizlə birləşdirən İslam Respublikası, Azərbaycan və Gürcüstan tranzit marşrutunun təşkili ilə bağlı razılığa gəliblər.

Pakistan və Türkiyənin Azərbaycanın yaxın müttəfiqləri olduğunu və həmçinin İranla güclü ticarət əlaqələrinin olduğunu nəzərə alsaq, bu tranzit marşrutu İTİ ilə əlaqə yaratmaq və regionda nəqliyyat əlaqələrini daha da artırmaq potensialına malikdir.

Hedayəti, həmçinin Bazarqan sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Türkiyəyə Əmirliklərin iki yük maşınının sınaqdan keçməsindən sonra BƏƏ-ni İran üzərindən Türkiyə ilə birləşdirən tranzit dəhlizinin açıldığını açıqlayıb. Bu, adətən 20 gün davam edən və Bab əl-Məndeb boğazını, Qırmızı dənizi və Süveyş kanalını keçməyi tələb edən səyahət vaxtını azaldıb.

Dəhlizin dekabrın əvvəlində işə salınması BƏƏ-nin milli təhlükəsizlik üzrə baş müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyanın Tehrana səfəri ilə eyni vaxta təsadüf edib. KİV-in məlumatına görə, Şeyxin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və digər rəsmi şəxslərlə danışıqlarında BƏƏ-dən İran üzərindən Türkiyəyə quru tranzit dəhlizinin açılması geniş müzakirə olunub.

Lakin daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərindən məlum olub ki, Türkiyə Birləşmiş Ərəb Əmirliklərindən İraq üzərindən quru daşıma təklifi alıb. Nazir BƏƏ-yə səfəri zamanı qeyd edib ki, tərəflər quru nəqliyyatı ilə bağlı saziş imzalamağa hazırlaşır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralda Əmirliyə səfər edəcəyi məlum olub.

"Hazırda İstanbuldan BƏƏ-yə yola düşən istənilən gəmi dəniz yolu ilə 25-28 gün, quru yolu ilə isə 10 gün çəkir. Lakin bu vaxtın çox hissəsi gömrük rəsmiləşdirilməsinə sərf olunur", - deyən Çavuşoğlu bu müddətin azaldılmasının vacibliyini vurğulayıb. və bu məsələ ilə bağlı danışıqların aparıldığını bildirir.

Türkiyənin nəqliyyat naziri keçən il demişdi ki, Bağdad və Ankara İraqın Bəsrə əyalətindəki əl-Fao limanından paytaxta və Türkiyə sərhədinə dəmir yolu xətti çəkməyi planlaşdırırlar.

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi dekabrın sonunda Bağdada səfəri zamanı iraqlı həmkarları ilə Bəsrə-Şəlamçe dəmir yolu xəttinin tikintisinə dair saziş imzalayıb.

Rəsmi İRNA xəbər agentliyi bildirib ki, tərəflər iki ay ərzində trekin tikintisini həyata keçirmək üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. 30 kilometrlik xətt sonda İranı İraq və Suriya vasitəsilə Aralıq dənizi ilə birləşdirə bilər. //Reyting.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO