"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY

13:30 6.01.2022 206
"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY
Zamantv.az : - Əlillik müavinəti alan şəxslərin səhhət durumunun qiymətləndirilməsinin və ya təkrar qiymətləndirilməsinin aparılması prosesi iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində yenidən qiymətləndirmə aparılır. Məsələ burasındadır ki, insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirilərkən, tibbi sosial ekspert komissiyasının gəldiyi nəticənin Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması Meyarları” ilə uzlaşıb – uzlaşmadığı çox vaxt mübahisə doğurur. Köhnə meyarlarla əlil sayılanlar yeni meyarlarla əlil hesab olunmur və ya dərəcələrdə fərq olur. Problem odur ki, meyarlar da get-gedə sərtləşdirilir, həkim-ekspertlər də. Bu vəziyyət haqlı narazılıqlara səbəb olur ki, onlar da dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş birinci şəxsin — nazir Sahil Babayevin fəaliyyətini ictimai qınağa gətirir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu “Dəryaz” qəzeti redaksiyasına video-müraciət göndərərək, bildirir ki, Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhət durumuna görə 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan köməklik olmasa, həyatda mövcudiyyəti belə sual altında qalar.

Sadıqov deyir ki, dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Axırıncı dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri mərkəzi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə gətirməklə cavab verməkdən yayınıblar. Müalicə üçün ak. Mirqasımov adına 1saylı Trespublika Kliniki Xəstəxanasına göndəriblər: “Orada 7 gün yatdım, Poliklinika şöbəsinin müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat rüşvət istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər…”

Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhət durumu daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: “Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdırlar. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq. Axı qürurumuz buna yol vermir!..”

Şikayətçi həmçinin bildirir ki, depuat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar.

İnternet üzərindən apardığımız səthi müşahidələrdən belə qənaətə gəldik ki, Ağstafa və Qazax rayonlarında mərkəzi xəstəxanaların fəaliyyətində əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməsi işinin yarıtmaz vəziyyəti barədə çoxsaylı narazılıqlar var. Qeyd edək ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olununsa da, müsbətə doğru heç nə dəyişmədiyi qeyd olunur.

Mövzunu diqqətdə saxlayacağıq.
Deryaz.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO