"
Zamantv.az" xəbərverir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib.
Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib:
“Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.
Zamantv.az