[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yolu keçən qadını maşın vurub öldürdü
Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Zamantv.az xəbər verir ki, hadisə ötən gün saat 12 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində baş verib. Rayon sakini Məmmədov Yusif Tapdıq oğlu idarə etdiyi “Hyudani Sonata” markalı avtomobillə yolu keçməyə çalışan Kərimova Həqitət Novruz qızını vurub. O. Ağır xəsarətlərlə Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, saat 16 radələrində orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Avtoritet” həkimi intim həyatı ilə necə şantaj etdi? – ŞOK İFADƏLƏR
Bakıda qadını intim münasibəti ilə şantaj etməkdə təqsirləndirilən Namiq Əliyevin (ad soyad şərtdir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zamantv.az-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, N.Əliyev tanışı vasitəsi ilə Aytənin (ad şərtidir) qeyri-rəsmi şəkildə birgə yaşadığı Nizami (ad şərtidir) ilə münasibətindən xəbər tutub.

Namiq Aytən haqqında əldə etdiyi məlumatlardan sui-istifadə edərək onun barəsində rüsvayedici xəbərlər yayacağı, azyaşlı uşaqlarını oğurlayacağı ilə hədələyib, pul tələb edib.

Aytən bu barədə aidiyyəti üzrə şikayət edib. Bundan sonra N.Əliyev həbs edilib və o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələbetmə) maddəsi ilə ittiham edilib.

“Yanımda pulu Aytənə verib, sonra yoxa çıxdı...”

Məhkəmədə danışan N.Əliyev özünü günahkar bilməyib. O, sərbəst ifadəsində qeyd edib ki, bir qız tanışlarının vasitəsi ilə Aytəni tanıyıb:

“Qız mənə bir rəfiqəsinin problemi olduğunu və onu həll etmək üçün məndən yardım istədiklərini dedi. Gedib Aytənlə görüşdüm. O, mənə dedi ki, uzun müddətdir Nizami adlı şəxslə münasibəti var. Nizaminin onu aldatdığını və 1500 manatdan çox pulunu vermədiyini dedi. Məndən həmin pulu almağımı istədi. Bunun müqabilində mənə 500 manat pul verəcəkdi. Razılaşdım, Nizaminin koordinatlarını Aytəndən aldım. Nizami ilə görüşüb onu başa saldım. O, mənimlə birlikdə Aytənin yanına gəldi. Ondan üzr istədi və pulu yaxın günlərdə qaytaracağını dedi. Üstündən bir neçə gün keçəndən sonra Nizami mənə zəng edib Aytənlə görüşmək istədiyini və 500 manat pul verəcəyini dedi. Qalan məbləği də hissə-hissə ödəyəcəkdi. Pulu mənim yanımda Aytənə verdi. Sonradan yoxa çıxdı. Onu tapa bilmədik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu söhbətdən sonra nə Aytənlə, nə də Nizami ilə heç vaxt görüşməyib və heç kimdən pul tələb etməyib.

“Dəfələrlə Nazimlə intim münasibət oldum”

Zərərçəkmiş şəxs qismində ifadə verən Aytən özəl bir xəstəxanada həkim çalışdığını deyib:

“Həyat yoldaşımdan boşanmışdım. Dərman firmalarının birində çalışan Nizami adlı bir nəfərlə münasibətimiz yarandı. Sonradan aramızda isti münasibətlər quruldu. Dəfələrlə aramızda intim münasibət oldu. Mənə hərtərəfli qayğı və diqqət göstərirdi. Yalnız bir müddət sonra Nizami yavaş-yavaş münasibətləri soyutdu və məndən ayrıldı. Bu mənə çox pis təsir elədi. Çünki münasibətimiz olduğu müddətdə ona maddi baxımdan çox kömək etmişdim. Bahalı hədiyyələr almışdım. Ona çox qəzəbli idim. Münasibətimiz olduğu dövrdə 1500 manat məndən borc almışdı. Lakin ayrılandan sonra həmin hədiyyələri və borcu ondan istədim. Lakin qaytarmırdı”.

“Avtoritet”lə tanışlıq və çarəsizlik...

Aytən qeyd edib ki, məsələ ilə bağlı problemini rəfiqəsinə danışıb:

“Rəfiqəm söhbət əsnasında dedi ki, onun Namiq adlı “avtoritet” tanışı var. O mənə məsləhət elədi ki, Namiqin vasitəsi ilə Nizamini cəzalandıraq. Həmin vaxt Nizamiyə çox əsəbiləşmişdim. Razılaşdım. Rəfiqəm məni Namiqlə görüşdürdü və problemləri ona danışdım. O, mənə Nizamini cəzalandıracağını, pulun qayıdacağını dedi. Məndən 1000 manat pul istədi. Həmin pulu verdim. Üstündən bir neçə gün keçəndən sonra Namiq Nizamini götürüb, mənim yanıma gəldi. Nizami məndən üzr istədi. Pulu tez bir zamanda qaytaracağını dedi. 500 manat verdi, həmin pulu mənə yaxşılıq etdiyi üçün Namiqə bağışladım”.

Qadın bildirib ki, bir neçə gün keçəndən sonra Namiqin qardaşı ona zəng edib:

“O telefonda dedi ki, Nizami qardaşından “Bandottel”ə şikayət edib. O, qardaşının tutulduğunu və işgəncəyə məruz qaldığı, onu qurtarmaq üçün 7 min manat pul gərək olduğunu dedi. Hətta pulun 6500 manatının yığıldığını, 500 manat pulun qaldığını bildirdi. Dedim pul yoxdur. Bir müddət sonra Namiqin özü məni şantaj eləməyə başladı. Dedi ki, sənin günahın ucbatından zibilə düşmüşəm. Pulu verməyəcəyim təqdirdə Nizami ilə olan yaxın münasibətimi keçmiş həyat yoldaşıma, valideynlərimə, tanıdığım bütün digər yaxın qohumlarıma deyəcək. Namiqin bu sözlərindən sonra bərk qorxuya düşdüm. Zəif yerimi yaxşı tutdu. Əlacsız qaldım, dedikləri pulu Namiqə verdim. Bundan iki gün sonra Namiq zəng vuraraq yenidən hədələməyə başladı və şəxsi borcunun olması ilə əlaqədar məndən 300 manat pul tələb etdi. Yenə də çarəsiz vəziyyətdə qaldığım üçün pulu verdim”.

“Hər şeyi keçmiş ərimə danışacağını dedi...”

Zərərçəkən qadın deyib ki, hədələr bununla yekunlaşmayıb:

“Bir neçə gün keçməmiş Namiq zəng edib, 1000 manat tələb etdi. Keçmiş ərimin iş yerini öyrəndiyini, hər şeyi ona danışacağını dedi. 1000 manat pulu düzəldib evimdə ona verdim. Həmin vaxtdan təxminən 10 gün keçməmiş Namiq yenə zəng edərək 2.400 manat pul tələb etməyə başladı. O, pulun 1200 manatını dərhal, 1200 manatını isə 10 gün ərzində alacağını bildirdi. Pulu verə bilməyəcəyimi dedim. Namiq bu dəfə üzümə sulfat turşusu tökəcəyi ilə hədəyə keçdi. Onu cinayətkar aləmlə bağlı olan şəxs kimi qəbul etdiyimdən dediklərini edəcəyinə inanırdım. 1200 manatı onlara göndərdim. Rəfiqəmin oğlu ilə 10 gün sonra yenidən 1000 manat göndərdim. Hədələr bitmirdi. Hər gün bir bəhanə tapıb məni şantaj edirdi. Oğlumu oğurlayacağı ilə hədələyirdi. Artıq canımdan bezmişdim. Polisə müraciət etdim. Pulu verən yerdə gəlib tutdular”.

“O qədər zəng etdi ki, məni işdən çıxardılar...”

Yazıda adı keçən Nizami də ifadə verib. O, dindirilən zaman qeyd edib ki, dərman şirkətində işlədiyi müddətdə müxtəlif xəstəxanalara getdiyindən çoxsaylı həkimlərlə tanışlığı yaranıb:

“Həkim nevropatoloq Aytənlə tanış olmuşdum. Onun həyat yoldaşından ayrıldığını, iki övladı ilə yaşadığını bildim. Sonra aramızda münasibəti daha da yaxınlaşdı. Qadın-kişi kimi münasibətlərimiz davam etdi, müntəzəm görüşməyə başladıq. Aytənlə uzunmüddətli münasibətlər qurmaq, yaxud evlənmək fikrim olmayıb. O, mənə hədiyyə olaraq müxtəlif geyim əşyaları, hətta ad gününə çox bahalı mobil telefon aldı. Aytəndən həmin ərəfədə borc pul da aldım, həmin pulu hissə-hissə qaytardım. Aramızda yaş fərqini və digər halları nəzərə alaraq özlüyümdə bunun müvəqqəti bir məsələ olacağı qənaətində olmuşam və sonralar yavaş-yavaş Aytənlə münasibətlərimi soyutmağa başladım. Sonra tam ayrıldım. Bu ayrılıq psixoloji olaraq ona çox pis təsir etdiyini hiss etsəm də, artıq münasibətlərə qəti son qoymaq qərarında olduğumdan onunla bütün əlaqələrimi, hətta telefon zənglərimi belə kəsdim. Aytən o qədər buna qəzəblənmişdi ki, iş yerimə də bu barədə məlumat verdi. Hətta məni işdən çıxartdılar”.

Şantajın səbəb olduğu 8 il 6 ay...

Nizami qeyd edib ki, bir müddət sonra bir nəfər ona zəng edərək görüşmək istədiyini deyib:

“Adını sonradan bildiyim Namiq adlı şəxs mənə Aytəndən üzr istəməli olduğumu, aldığım pulu da geri qaytarmalı olduğumu dedi. Müəyyən danışıqlardan sonra Aytənlə görüşüb üzr istəməyə razılaşdım və cəmi 500 manat da pul qaytara biləcəyimi dedim. Bir neçə gün sonra 500 manatı Namiqə verdim. Bundan sonrakı məsələlərdən xəbərdar deyiləm”.

Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 10 yaşlı məktəblini avtomobil vurub
Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Zamantv.az” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Cinayət DOSYESİ – 010

Əvvəlki yazı

İtkin düşən 8 yaşlı qızı 7 gün döşəyinin içində saxlayıbmış. Məqsədi onun səsini kəsmək olub. Onun həmyaşıdı başqa bir oğlan isə riyaziyyat dərsinə girəndə sinif yoldaşı qızı öldürür. Səbəbini isə...
Hər iki cinayətkarın hadisəni törədən zaman 14 yaşı olub... Bu cinayətləri ürək ağrısız oxumaq mümkün deyil. Ömürlərinin ən gözəl vaxtlarında bu qədər pisliyə necə sahib ola bilirlər?

“Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.

2 fevral 1996-cı ildə Vaşinqtonun Sərhəd İctimai Liseyində baş verən insident filmlərə mövzu ola biləcək bir hadisə idi. 14 yaşlı oğlan özünü lap peşəkar killer kimi apardı. Məktəbdə atəş səsi eşidildi, insanlar girov götürüldü.
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Barri Lukatis

Barri Lukatis həmin gün məktəbə kovboy kostyumunda gedir. Bu artıq ətrafa bir mesaj idi. Həmin zaman onun sinif yoldaşları riyaziyyat dərsindəydilər. Yoldaşlarının əksəriyyəti onları gözləyən faciədən xəbərsiz Barrinin kostyumuna gülürdü. Lakin onun qəribə davranışı da gözdən qaçmırdı. Şagirdlər Barrinin kostyumda nə gizlətdiyini bilmirdilər. Heç kimə məlum deyildi ki, sinif yoldaşları paltarında iki tapança, bir tüfəng və 78 patron gəzdirir.
Barri Lukatis

Gözünü qan örtən oğlan cinayət törətməkdə israrlı idi. O atəş açmağa başlayır. Və onun ilk qurbanı 14 yaşlı Manuel Vela olur. Bir neçə saniyədən sonra isə qurbanların sayı artmağa başladı. Müəllimi və başqa bir sinif yoldaşı da Barrinin cinayəti nəticəsində ölür.

14 yaşında təhlükəli caniyə çevrilən bu oğlan öz sinif yoldaşlarına belə üzülmür. Məktəbdə şagirdlər girov saxlanılır. Özü də cəsədləri yanında. Həmin an o uşaqların hansı dəhşətləri yaşadıqlarını təsəvvür etmək belə qorxuludur.
Barri Lukatis

Bu hadisədə qurbanların sayı durmadan arta bilərdi. Əgər məktəbin bədən tərbiyəsi müəllimi fərasətli davranmasaydı...

O uşağı tərksilah etməyə müvəffəq olur. Onun qorxu saçan qışqırıq səsi uzun müddət hadisə şahidlərinin qulağından getmədi: "Bu cəbr haqqında danışmaqdan daha maraqlıdır, elə deyilmi?". Bu, Stiven Kinqin “Qəzəb” romanından bir sitatdır, burada baş qəhrəman iki müəllimi öldürür və sinfi girov götürür.

8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Barri Lukatis

Barri hazırda iki ömürlük həbs cəzasını çəkir, ona 205 il azadlıqdan məhrum etmə cəzası verilib.

***

3 noyabr 1998-ci ildə Coşua Fillipsin 14 yaşı var idi. Həmin gün onun qonşusu, 8 yaşlı qız itkin düşür. Heç kim ondan şübhələnmir.

Coşua Fillips

Oğlanın anası bir səhər onun otağını təmizləyər. Coşuanın su yatağı vardı. Ana görür ki, oğlunun yatağının altında nəm bir ləkə var. O bu sızıntının haradan gəldiyini tapmaq istəyir. Birdən görür ki, su döşəyi altdan yapışqan lentlə bağlanıb.

Ana lenti açanda gördükləri onu dəhşətə salır. Döşəyin içərisindən yeddi gündür bütün şəhər tərəfindən axtarılan Maddie Clifton adlı itkin düşmüş 8 yaşlı qonşunun cəsədi çıxır.
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Coşua Fillips

Məhkəmədə münsiflər heyəti onun hekayəsinə inanmadı. Onun bunları sakitcə, halını belə pozmadan anlatması isə onları əməllicə heyrətə salmışdı. O birinci dərəcədən qətldə ittiham olundu. Coşuanın yaşı 16-dan az olduğu üçün ölüm cəzasından qurtula bilir. Amma ona heç vaxt şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzası verilib.
Coşua Fillips illər sonra

İllər sonra o həbsxanada yenə də qətl törədir və növbəti dəfə ömürlük cəza alır.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İlkin sayıqlayanda iki nəfərin adını çəkirdi" - Kamera yoldaşı
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada qalmış Rəvan İsmayılov ifadə verib.

Şahid deyib ki, İlkin Süleymanov onunla birgə qaldığı müddətdə Nərmin Quliyevanı öldürdüyünü etiraf edib. Bundan başqa, o, yuxuda olarkən də hadisəni törətməyi barədə sayıqlayırmış:
"İçəridə İlkinlə dost olduğumuza görə 2020-ci ilin fevral ayının ortalarında cinayət törətməsi ilə bağlı mənə etiraf etdi. Gecələr yatarkən əl-qol hərəkəti ilə sayaqlayaraq “Nərmini mən öldürmüşəm” deyirdi. Sayıqlamaları zamanı Mətanət və Vəfadar adları da çəksə də, onların kim olduğunu bilmirəm. Birlikdə qaldığımız müddətdə ata-anasına qarşı da dəfələrlə təhqiramiz ifadələr işlədirdi. Amma ümumilikdə onu mədəni və intellektual adam kimi tanımışam. Bir müddət sonra düşündüm ki, mənim də bacım var, ona görə dekabr ayında müvafiq qurumlara məlumat verdim".

Şahidin ifadəsinə münasibət bildirən İlkin Süleymanov Rəvan İsmayılovun tamamilə yalan danışdığını, ona heç vaxt etiraf etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, təcridxanada xüsusi nəzarətdə saxlanılıb.

Təqsirləndirilən şəxsin vəkilləri də şahidin ifadəsində səmimi olmadığını deyiblər. Vəkillər bildirib ki, 2020-ci ilin yanvar ayının 23-də İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Həmin vaxt da təqsirləndirilən şəxs günahsız olduğunu deyib: "Necə ola bilər ki, bir ay sonra hadisəni törətməsini etiraf edib?"

İlkin Süleymanov özü də şahiddən etiraf edən zaman deyil, üstündən xeyli müddət keçəndən sonra məlumat verməsinin səbəbini soruşub. Şahid suala cavab verməyib.

Onu da bildirək ki, bu gün prosesdə ifadə verən məhkum Rəvan İsmayılov dələduzluqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nəcməddin Sadıkovun həbsi labüddür” - GƏLİŞMƏ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən 1 aydan artıq müddət ötür. Cəmiyyətdə geniş rezonans yaradan bu əməliyyatlar Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkənin olduğunu ortaya qoydu. MN-in Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanılıblar. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib. Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib. Dünən isə MN-in Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu da həbs edilib.

İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Müdafiə Nazirliyi sistemində aparılan həbslər dayandımı? Bu proses də icra hakimiyyəti başçılarının həbsi kimi bir neçə adamın saxlanmasından sonra dayandırıla bilərmi? MN-də yoxlamalar və həbslər başlayanda deyilirdi ki, yekun olaraq Nəcməddin Sadıkov və digər şəxslər də tutulacaq. Amma bu ictimai arzu həyata keçmədi. Ordu sistemində həyata keçirilən təmizləmə əməliyyatı davamı gələcəkmi? Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyində maliyyəçilərin həbs dalğası olduqca ciddi yeyintilərdən xəbər verir: “Belə aydın oldu ki, ən səthi yoxlamalarla ölkənin müdafiəsinə ayrılan 20 milyon manatın çırpışdırılması müəyyən edilib. Əlbəttə ki, həbs olunanlar bu cinayətləri 1 günün içində törətməyiblər. Həbs edilməyəcəklərinə arxayın olublar. Kim olub həmin cinayətlərin başında? İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar araşdırılmalıdır. Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Sadıkovun sağ əli, orduda ”şlyapa Zahid" kimi tanınan kadrının qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır".

Hüquqşünas deyir ki, hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi: “İstintaq belə bir miqyaslı mənimsəmənin illərlə necə davam etməsi sualına aydınlıq gətirməlidir. İlkin məlumatlardan belə aydın olur ki, bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Bunu görməzdən gələn Müdafiə Nazirliyi rəhbərliyinin marağı nə olub? Niyə Müdafiə Nazirliyi kimi bir quruma ayrılan büdcə vəsaitlərinin düşməncəsinə ələ keçirilməsinə göz yumublar? Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar var. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər. 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyində onun adı hansı vəzifə cinayətlərinə qarışmayıb ki?”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının həbsdə olan birinci müavini: “Pulları Ceyhun Cəfərovun göstərişi ilə almışam”
Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.

Zamantv.az əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

T.Novruzov istintaqa ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:

“Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1500-2000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1500-2000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.

Həmin dövrdən başlayaraq təxminən 2019-cu ilin aprel ayınadək mütəmadi olaraq ildə 4-5 dəfə olmaqla Kommunal Müəssisələr Kombinatının direktorundan 1500-2000 manat məbləğində pulu xidməti otağımda alıb təklikdə şəxsən Ceyhun Cəfərova vermişəm. O isə həmin puldan hər dəfə mənə 300-400 manat təqdim edirdi.

Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin Müəssisəyə rəhbərliyə onun oğlu Emin Sadıqov gətirildi. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o, da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1000-2000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1000-2000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi”.

T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.

O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nın baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.

T.Novruzov məkkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.

Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərovla Tacəddin Novruzovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini İbrahim Axundovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən İ.Axundovun psixotrop maddədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Axundov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 14 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamüvafiq qaydada tədbir görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb
Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

Zamantv.az Məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəmnində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO