[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücülük vəsiqəsi almaq üçün rüsum artırılır













Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

"ZamanTv.az" "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528236333_s.jpg










Bu gün DogruXeber.az-ın redaksiyasına gələn Ağsu rayon Xətai küçəsi 5 ünvanında yaşayan Oruclu Adil Aydın oğlu olmuşdur. Ağsu rayon sakini A.Oruclu qeyd etmişdir ki,”rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyev mənə küllü miqdarda maddi ziyan vurmuş və mənə məxsus olan müasir üslubda tikilmiş obyektimi söktürmüşdür.” Şikayətçi A.Oruclu onu da bildirib ki,”rayon icra hakimiyyetinin başçısı Ə.Seydəliyev məni həbs etdirmək və ölum ilə hədələyir” . Onu qeyd etmək istəyirik ki, Adil Aydın oğlunun şikayəti ilə bağlı Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyev ilə telefon əlaqəsi yaratdıq. Amma təəssüflər olsun ki, zəngimizə cavab vermədi. Şikayətçi Oruclu Adil Aydın oğlunun video çarxını və birinci Vitse prezident Mehriban xanım Əliyevaya yazdığı müraciət məktubunu sizlərə təqdim edirik.

http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235428_20180604_003507.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235870_20180604_003534.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235917_20180604_003608.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235902_20180604_003623.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235952_20180604_003645.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235889_20180604_003710.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235953_20180604_003813.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528235960_20180604_003834.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528236013_20180604_003920.jpg
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528236122_20180604_003959.jpg
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
http://dogruxeber.az/uploads/posts/2018-06/medium/1528239276_ismayilli.jpg











İsmayıllı rayon sakinləri yenidən ayağa qalxdılar. Bir kəndin sakinləri nələrdən narazıdırlar və kimləri ittiham etdilər ?

Bir neçə gün əvvəl DogruXeber.az informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov İsmayıllı rayon Mucəfdəran kənd sakinlərinin redaksiyamıza ünvanladıqları müraciət ilə bağlı rayonda olub. K.Əsgərov Mucəfdəran kənd sakinləri ilə görüşüb problemləri ilə yaxından tanış olmuşdur. Kənd sakinləri şikayətlərində ilk öncə kəndin neçə illərdir maye qazı olmadığından və örüş sahələri bələdiyyə sədri tərəfindən başqa adamlara satıldığı barədə böyük narazılıqlarını bildirmişlər. Şikayətçilər bildiriblər ki,dəfələrlə bu barədə rayon icra hakiminin başçısı cənab Sadıqov Mirdaməd Mirsadıq oğlunun yanında olmuşuq. İcra hakimi bəzi hallarda heç bizi dinləmirdi deyə kənd sakinləri qeyd edirlər ki,dərdimizi kimə deyək bilmirik. Mucəfdəran kənd sakinləri onuda qeyd ediblər ki, bələdiyyə sədri Seyidli Elvin Xalid oğluna dedikdə ki,örüş sahələrimizi niyə satırsan? heyvanlarımızı otarmaq üçün örüş sahəsi tapmırıq nə edək dedikdə cavabinda bizə bildirir ki, yaxşı edirəm ərazilər mənimdir isdədiyimi edərəm. Bir söz ilə demək olar ki, 4 kəndə bələdiyyə sədrliyi edən E.Seyidli kəndlərdə öz bildiyi kimi hökmüranlıq edir. DogruXeber.az informasiya agentliyinin baş redaktoru K.Əsgərov sakinlərin şikayətinin nə dərəcədə əsaslı olduğunu bilmək üçün örüş sahələrinə baxış keçirdikdə ərəazilərin boydan-boya hasarlara alndığının şahidi olmuşdur. Sonda kənd sakinlərinin üzücü sözlərini qeyd etmək istərdik: unudulmuş kənd sakinlərinin dərdini aidiatı orqanlara çatdırın deyə bizlərə səsləndilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah Bakıda 30 dərəcə isti olacaq













Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 26-31, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 6-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
http://dogruxeber.az/uploads/posts/2018-04/medium/1524045468_agentlik.jpg












İllərdir əzab- əziyyət içində yaşayan məcburi köçkünlər sonunda rahat yaşamaq nəsib olmuşkən, daha bir əzaba düçar olublar.

Qaradağ rayon Müşviqabad qəsəbəsi məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində artıq 5 ildir ümumi istifadəsi vacib olan avtobus dayanacağı,xeyir-şər evi,məscidin olmamasından 7500-dən artıq sakinlər əziyyət çəkir. DogruXeber.az xəbər verir ki, qəsəbə sakinləri dəfələrlə aidiatı qurumlara müraciət etdiklərin bildirirlər. Hətta sakinlər qeyd edirlər ki,”bu vacıb olan problemlərimizi mətbuatda bir neçə dəfə işıqlandırmışıq.”
Biz DogruXeber.az informasiya agentliyi olaraq qısa araşdırma apardıq və sakinlərin nə dərəcədə haqlı olub olmamasını öyrənməyə çalışdıq. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə telefon əlaqəsi saxlayıb, qəsəbəyə nəyə görə avtobus dayanacağının quraşdırılmamasının səbəbini soruşduq. Agentlikdən şöbə müdri Tərlan müəllim bizə bildirdi ki,sozü gedən əraziyə əməkdaşlarımız tərəfindən baxış keçirilib ,yaxın günlərdə sözü gedən əraziyə dayanacaq quraşdırılacaq. Əməkdaşlarımız şöbə müdiri Tərlandan “siz bu cür vədləri onlara 6 aydır verirsiniz amma nəticədə əməl etmirsiniz”deyə soruşduqda şöbə müdiri heç bir cavab vermədi. Qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsində etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Bakı Nəqliyyat Agentliyi Müşviqabad qəsəbəsi məcburi köşkün şəhərciyinə avtobus dayanacağı quraşdırılması üçün komitə tərəfindən müəyyən qədər pul ödənilmədiyi üçün dayanacağın quraşdırılmasını təmin etmirlər. Bu cür özbaşınalıq edən dövlət qrum rəhbərləri görəsən ölkə prezidenti cənab İlham Əliyevin məmurlara verdiyi göstərişləri heçmi sayırlar?

Onuda qeyd edək ki, “qəsəbə sakiniləri yaxın günlərdə Bakı Nəqliyyat Agentliyinin qarşısında aksiya keçirəcəklərini bildiriblər.”

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
http://dogruxeber.az/uploads/posts/2018-05/thumbs/1525246726_bez-imeni-1.jpg







Qubadlı rayonundan məcburi köçkün, qarabağ müharibə veteranı, II qrup əlil, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi -1, mən -77 ünvanında müvəqqəti məskunlaşan Əliyev Baxşəli Əli oğlu haqlı ola-ola böyük bir haqsızlıqla qarşılaşmışdır.

Iran İslam Respublikasının vətəndaşı Moenifard Seyedmohammed birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq şərti ilə Əliyev Baxşəli Əli oğlundan 40.000 (qırx min) ABŞ dolları pul almışdır. Sonradan müqavilənin şərtlərinə əməl etməmiş və aldığı 40.000 ABŞ dollarını geri qaytarmaqdan imtina etmişdir. Seyedmohammedin fırıldaqçı, yalançı və hiyləgər olduğuna qəti əmin olan Əliyev Baxşəli bu haqda 2016-cı il mart ayında Səbayıl rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə Əliyev Baxşəlini haqlı sayaraq 38.440 (otuz səkkiz min dörd yüz qırx) ABŞ dollarının Seyedmohammeddən tutularaq Əliyev Baxşəliyə ödənilməsi haqqında qətnamə qəbul etmişdir. Qətnamənin icrası 28.02.2017-ci il tarixində AR Ədliyyə Nazirliyinin Nəsimi rayon icra şöbəsinə həvalə olunmuşdur. Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanov göndərişi icraata götürmüş və 20.300 (iyirmi min üç yüz) ABŞ dollarını Seyedmohammedden tutularaq Əliyev baxşəliyə qaytartdırmışdır. Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanov İran İslam Respublikasının vətəndaşı Moenifard Seyedmohammedlə cinayət əlaqəsinə girərək qalan 18.300 (on səkkiz min üç yüz) ABŞ dollarının Əliyev Baxşəliyə ödənilməsini müxtəlif bəhanələrlə əngəlləyərək, süründürməçiliyə salmaqla bu günə qədər yubatdırmışdır. Seyedmohammedi çirkin üsullarla, gizli yollarla müfafiə edən Nazim Nərimanov bunun əvəzində ondan aylıq almağa başlamışdır. Sonradan məlum olmuşdur ki, belə cinayətkar əməllərlə Nazim Nərimanov çoxdan və dəfələrlə məşğul olub. Nazim Nərimanov vəzifə məsuliyyətini, ona göstərilən etimadı, vətəndaşlara xidmət borcunu, konstitusiya qanunlarını ayaqlayaraq öz şəxsi mənafeyi üçün çalışır.
AR Ədliyyə Nazirinin müavini, İcraya Nəzarət Baş İdarənin rəisi Nurəddin Mustafayev 11.08.2017 və 01.12.2017-ci ildə yazdığı məktubları da vecinə almayıb öz qanunsuz əməllərini davam etdirir.
AR Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən şəxsən təyin edildiyini bildirərək nazirdən başqa heç kimin göstərişlərini yerinə yetirməyəcəyini bəyan edir.
Nazir Fikrət Məmmədov isə Prezident İlham Əliyevin doğma xalası oğludur.
Bu işlə əlaqədar Əliyev Baxşəli 23.02.2018 və 12.04.2018-ci ildə Şəxsən Cənab Prezidentə yazılı müraciət edib. Bu günə qədər xəbər yoxdur.
AR I Vitse Prezidenti Mehriban xanım Əliyevaya məktubla müraciət edib. Müsbət nəticə yoxdur.
Cəzasızlıq sindromu baş alıb getdiyindən Nazim Nərimanov kimi bir çox məmurlar şəxsi mənafeləri naminə millətə zülüm etməkdə davam edir. Olunan zülümlərin sayı-hesabı bilinmir. Belə məmurları dayandırmaq üçün qanunlar gücsüz görünür. Millətə olmazın zülümləri edən zalım məmurları cilovlamaq üçün Prezidentin xəbərdarlığı, göstərişləri kifayət eləmir. Odur ki, bu və ya digər zülümlərə düçar olan vətəndaşlar kimə müraciət edəcəklərini bilmirlər. Çünki etdikləri müraciətlərin heç bir köməyi olmur.
Əlacsız qalan Əliyev Baxşəli 13.04.2018-ci il tarixində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Səfirliyinə (ABŞ, RF və Fransa səfirlərinə) müraciət edib. Bu müraciətin Əliyev Baxşəliyə müsbət nəticəsi olmasa da Beynəlxalq aləmdə, nüfuzlu Beynəlxalq Təşkilatlarda ölkəmizin imicinə mənfi nəticəsi olacağı şəksizdir, mütləqdir. Bu da Qarabağın Azərbaycana qaytarılması müşkülünü daha da dərinləşdirir və qeyri-müəyyən vaxta qədər uzadacaq.

Xəyal İmrə

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
http://dogruxeber.az/uploads/posts/2018-05/thumbs/1525151270_se.jpg








Ağsu rayon sakini Oruclu Adəm aydın oğlu şikayəti Ağsu RİH Ənvər Seyidəliyevin qanunsuz hərəkətlərindəndir. 11 illik fəaliyyəti ancaq rüşvətxorluqdan ibarət olub.

Vəzifəyə yalnız öz ətrafını toplayıb ki, çirkin əməllərini ört-basdır edə bilsin. Mərkəzi küçəni ildə iki dəfə təmir etdirmək adı ilə dövlət büdcəsindən rayona ayrılan pulları cinəyətkarcasına mənimsəyir. Ölkənin müxtəlif yerlərində hətta xarici ölkələrdə, Türkiyədə, İtaliyada bahalı villaları dövlət büdcəsini talamaqla inşa elətdirib. Zərifə Əliyeva adına salınan park yalnız rayona ayrılan milyonları silmək üçün elətdirib. Əksinə həqiqətdə bu park bərbad haldadır.Vətəndaşların şikayəti ilə bağlı RİH-ə edilən zənglərə cavab vermirlər.
Ağsuya ezam olunmuş “Qığılcım” qəzetinin baş redaktoru Xəyal Əsgərov və DogruXeber.az saytının baş redaktoru Kamal Əsgərov RİH-də olsalar da heç kim onları qəbul etmədi, hər hansı informasiya xarakterli məlumat verməkdən tamamilə və kobudcasına imtina etdilər. Hansı ki, bu onların birmənalı vəzifə borclarıdır.
DogruXeber.az informasiya agentliyinə müraciət edən Adəm Oruclu qeyd edir ki,mənə məxsus olan 80 min manatlıq kafemi sökdürüb əvəzində mənə cəmi min manat pul verildi. Qalan məbləği açıq- aşkar mənimsədilər. Fitnəkarcasına mənə bildirdilər ki, qalan pulu get İlham Əliyevdən al. Mən də bu işlə əlaqədar Prezidentə yazılı müraciət etmişəm. Heç bir məlumat və nəticə yoxdur. Keçmiş ƏƏSMN Səlim Müslümovla bacanaq olan Ənvər Seyidəliyevin rayonda şərikli onlarla marketləri var.
Onlar rayonu maliyyə cəhətdən pis günə salıblar. Rayon sakinləri qara gündədir. əhaliyə verilməli olan pay torpaqlarını mənimsəyib özlərinə sərf eliyən formada istifadə edirlər. Rayonun bütün torpaq fondunu istədikləri adamlara, istədikləri qiymətə satıblar. Rayon sakinləri torpaq üçün müraciət edəndə cavab verirlər ki, heç bir kvadrat metr də olsa torpaq qalmayıb. Amma vaxtında mənimsədikləri torpaqları indi çox baha qiymətə. Rayon əhalisinə məxsus pay torpaqlarını onlardan su qiymətinə alıb kənar şəxslərə od qiymətinə satırlar. Əkin adı ilə dövlətdən subsidiyalar alıb onu da mənimsəyirlər.
Səlim Müslümovla birgə Ənvər Seyidəliyevin Ağsu çayı üzərində qum-çınqıl müəssisə inşa elətdirib. Hazır məhsulları baha qiymətə aidiyyatı təşkilatlara satırlar.
Şadlıq sarayları, mərasim zalları, bahalı ticarət müəssisələri yalnız bunlara məxsusdur. Savadlı, işgüzar, vətənpərvər adamları müvafiq işlə təmin etmirlər. Irəli çəkdikləri, vəzifə verdikləri adamların əksəriyyəti səriştəsiz, bacarıqsız, savadsız, yalançı, talançı insanlardan ibarətdir. Mən təhsilli, vətənpərvər bir insan kimi 11 ildir ki, işsizəm, heç bir vəzifə tuta bilmirəm.Hər dəfə də mənə deyir ki, sənin üçün iş axtarıram. Beləliklə, məni və mənim kimi kadrları aldatmaqla məşğuldur.
Səlim Müslümov Türkiyədə oxuyanda onun təhsil haqqını və digər maliyyə xərclərini mən çəkmişəm. Sonradan vəzifə tutduqdan sonra xərclədiyim vəsaitin heç bir qəpiyini də qaytarmadı. Vəzifə istədim imtina etdi.
Sovet dönəmində təhsil alıb vəzifə tutan bacarıqlı şəxslərin hamısını Ənvər Seyidəliyev işdən uzaqlaşdırdı. Özünün narkoman, savadsız, yaltaq qohum-əqrəbasının hamısını işlə təmin elədi. Rayonun torpaq sahələrini onların adına sənədləşdirib başqa adamlara baha qiymətə satıb.
Faciəli haldır ki, rayonun başçısı rayona nümunə olmaq əvəzinə əxlaqsız işlərlə məşğuldur. Paparozalıq edir. Fatimə Mahmudovanı ərindən boşatdırıb rayon fahişəsinə çevirtidirib. Çoxsaylı gözəl xanımları əxlaqsız yola cəlb edib. Qorxutmaq, hədə-qorxu gəlmək, şantaj etmək, pul ilə ələ almaq bunun çirkin iş üslubudu. Nə qədər mənəviyyatsız, cinayətkar əməllər varsa onun altından mütləq Ənvər Seyidəliyevin adı çıxır. Bu onun nə tutduğu vəzifəyə, nə yaşına, nə də Seyidliyinə yaraşmır. Amma o bunu edib, edir və belə getsə hələ çox edəcəkdir. Çünki, qanunu saymır, çəkinən yeri yoxdur.
Şəhidlər xiyabanı üçün ayrılan torpağın və rayon qəbirstanlığının çox hissəsini baha qiymətə başqa-başqa adamlara satıb.
Bunların adları ilə bağlı 11-dən çox qətl hadisəsi var ki, hamısına xitam verilib, üstü bağlanıb. Qatillər azadlıqda və vəzifə başındadırlar.
Səlim Müslümovun atası Yanvar Müslümov rayon ərazisində bir müəlliməni maşınla qətlə yetirib, üstünü ört-basdır elətdirdi. Ərinə bahalı maşın, çoxlu pul, vəzifə verməklə şikayətçi olmağa qoymadılar. Qadını vuran maşını gecə ilə dəyişdirib izi itirdilər. Vəzifədə olarkən nazirliyin xidməti maşınını Səlim Müslümov rayonda şəxsi xidməti üçün istifadə edirdi. Işdən qovulandan sonra maşını geri apardılar.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO