[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ağ gecə” şəhərinin xatirələri, Baş konsulun biganəliyi… – Samir Adıgözəlli













Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmək və bir sıra önəmli tədbirləri keçirmək məqsədilə Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin rəhbərliyi ilə may ayının 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşdük. Axşam saat 23:00-da Sankt-Peterburq hava limanına çatdıq. Pasport qeydiyyatından sonra açıq havaya çıxanda örgəşmədiyimiz ağ gecə bizi salamladı. Əsasən may ayı sərin olan Peterburq qismətdən bizi isti hərarətlə qarşıladı. Avropanın dördüncü böyük şəhəri olan Peterburq adalar üzərində qurulmuş Neva çayı boyunca incə memarlıq üslubu ilə göz oxşayır. Tək havanın isti hərarəti deyil, həm də burada yaşayan soydaşlarımızın da isti münasibəti ilə qarçılaşdıq. Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sankt-Peterburqda keçiriləcək tədbirlərə növbəti gün, mayın 26-sı start verildi. Şəhərin mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda Sankt-Peterburq Diaspor Təşkilatı ilə birlikdə keçirilən bayram tədbirimiz dövlət himninin səsləndirilməsi ilə başladı. İlk öncə Sankt-Peterburq Diaspor Təşkilatının sədri Sabir Məsimov, Naxçıvan Cəmiyyətinin sədri İdris Qəhrəmanov, “Anaların səsi” Qadınlar Asossasiyasının sədri Sahibə Rzayeva çıxış edərək xalq cümhuriyyətinin tarixi əhəmiyyətindən danışdı. Daha sonra Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev çıxış edərək, AXC-nin 100 illiyinin həm ölkəmizdə, həm də ölkədən kənarda dövlət səviyyəsində qeyd olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərmanı diqqətə çatdıraraq bunun tariximizə verilən yüksək qiymət olduğunu qeyd etdi.

Tədbirdə daha bir neçə maraqlı çıxışlardan sonra “Çinar” qrupu milli rəqslərlə bayram şənliyinə rəngarənglik qatdı. Dahi Nizaminin abidəsi önünə toplaşan Sankt-Peterburqda yaşayan və təhsil alan soydaşlarımızın üzündə bayram sevinci vardı.Bu xoş təəssüratla cümhuriyyətimizin yubileyini axşam “Azerbaydjanskaya kuxnya” adlı restoranda davam etdik. Bu restoran və sahibi haqqında bir neçə kəlmə qeyd etməyi özümə borc bilirəm. Əvvəla içəri girdikdə o dəqiqə Azərbaycanı xatırladan bir məkana daxil olduğunu hiss edirsən. Azərbaycan mili ornamenti ilə dizayn edilmiş restoranın xalqımızın dahi şəxsiyyətlərinin, Heydər Əliyevin, Məhəmmədəmin Rəsulzadənin, General Şıxlinskinin, General Mehmandarovun, Zeynalabdin Tağıyevin və digər tarixi şəxsiyyətlərin portretləri ilə bəzədildiyini görürsən. Restoranın sahibi Xudaverdi Şərbətov milli keyfiyyətləri və içindən süzülüb gələn azərbaycançılıq ruhu ilə nəfəs alan bir soydaşımızdır. Məhz belə milli ab-havada cümhuriyyətimizin 100 illiyini Peterburqda yaşayan diaspor fəalları ilə qeyd etdik. Səfərimizin növbəti günü mayın 27-də Piskaryov Memorial Xiyabanını ziyarət etdik. Burada İkinci Dünya Müharibəsində kütləvi surətdə həlak olmuş insanlar dəfn olunub. Xüsusilə 872 gün Alman mühasirəsində qalaraq aclıqdan tələf olmuş 600 mindən artıq insan da burada kütləvi surətdə dəfn edilib. Bu İkinci Dünya Müharibəsinin təkcə Leninqrad üçün ən ağır nəticəsidir. Leninqradın müdafiəsində və mühasirədən azad olunmasında azərbaycanlıların da müstəsna xidmətləri vardır.

Bu məqsədlə xiyabanda Azərbaycan xalqına minnətdarlıq lövhəsi qoyulub. Azərbaycanlıların xatirəsinə qoyulmuş lövhəni ziyarət edərək burada həlak olmuş soydaşlarımızın ruhlarını yad etdik. Həmin gün qubernatorun dəvəti ilə Sankt-Peterburq şəhərinin yaranmasının 315 illiyi münasibətilə təşkil olunmuş tədbirə qatıldıq. Səfərimizin 3-cü günü 28 may tarixində Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş konfransımız keçirildi. Konfransda cümhuriyyət tariximiz haqqında sənədli film nümayiş olundu. Konfransda İnstitutun təsisçisi, akademik Heydər İmanov, fəlsəfə doktorları Kərəm Hümbətov, Müslüm Muradov, Sankt-Peterburq Diaspor Təşkilatının sədri, deputat Sabir Məsimov, Sankt-Peterburq şəhər deputatları, Elşad İmanov, Vidadi İmanov, işadamı Naib Paşayev, polkovnik Nadir Seyidovun cümhuriyyət tariximizin və müasir Azərbaycanın dünyaya tanıdılması ilə bağlı maraqlı və məzmunlu çıxışları oldu. Səfərin 4-cü günü 29 may tarixində Sankt-Peterburq Millətlər Evində görüşümüz baş tutdu. Buradakı görüşü də Azərbaycanın tanıdılması, Rusiya-Azərbaycan ictimai əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli saymaq olar. Səfərin 5-ci günü 30 may tarixində uzun illərdir Sankt-Peterburqda yaşayan, həm elm sahəsində, həm də Azərbaycanın təbliği istiqamətində bir sıra yaradıcı layihələrə imza atan Heydər İmanovun təşəbbüsü ilə Rusiya patriarxının sözçüsü Aleksandr Posadskiylə görüşdük.

Bu görüşü də səfərimizin əhəmiyyətli hissəsi hesab edirəm. Xəzərətrafı ölkələri maraqlandıran problemlərdən tutmuş, Ermənistandakı “Metsamor”-a qədər geniş bir mövzunun müzakirəsini apardıq. Səfərin sonuncu günündə isə Sankt-Peterburq Diaspor Təşkilatının ofisində Azərbaycan diasporunun bu günkü vəziyyətini əhatə edən lazımlı müzakirələr aparıldı. Həm BDM sədri İsmayıl Ağayev, həm Sankt-Peterburq Diaspor Təşkilatının sədri Sabir Məsimov, deputat Elşad İmanov, BDM-in Sankt-Peterburq təmsilçisi Şirin Şirxanov və digər dostlarımız Sankt-Peterburqda diasporumuzun mövcud vəziyyəti və həyata keçirilməsi vacib olan işlərlə bağlı fikirlərini bildirdilər. Beləliklə səfər müddətimiz başa çatdı. Amma bu müddət ərzində qeyd etdiyim tədbirlərdən başqa ayrı-ayrılıqda Sankt-Peterburqda yaşayan, işləyən bir çox soydaşlarımızla görüşlərimiz oldu. Bütün görüşlərimizdə iştirak edən köhnə və ya yeni tanış olduğumuz soydaşlarımızda şişirtmədən qeyd edim ki, vətənə olan məhəbbəti gördük. Lakin təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim xoş sözləri Sankt-Peterburqda fəaliyyət göstərən Baş konsulluğumuz haqqında deyə bilməyəcəm. Səfərimizdən bir həftə əvvəl Baş konsulluğumuza rəsmi müraciətimizə və daha sonra Sankt-Peterburqda BDM sədri İsmayıl Ağayevin Baş konsulla telefon əlaqəsi yaratmasına baxmayaraq, nə özü, nə də diplomatik korpusun digər nümayəndələri həyata keçirilən tədbirlərin heç birində iştirak etmədilər. Bizə və təşkilatımıza deyil, cümhuriyyət tariximizə və cənab prezidentin sərəncamına sayğısızlığı Baş konsulumuza yaraşdırmadım. Peterburq Rusiyanın elitar şəhəri olduğu kimi burada yaşayan soydaşlarımız da həqiqətən daha elitar və ziyalı insanlardır. Burada böyük bir potensial gördük. Həm elm sahəsində, həm iş dünyasında, həm də şəhər idarəçilik sistemində geniş potensiala malik olan soydaşlarımız var. Yaxşı, gəlin görək bizim diplomatik korpusumuz bu insanlarımızla, buradakı diaspor təşkilatlarımızla nə dərəcədə ünsiyyət qura bilir. İstər dövlət, istərsə də diaspor təşkilatı biz hamımız bir məqsədə nail olmaq üçün bir yerdə çalışıb, birgə mübarizə aparmalıyıq. Səfirliklərimizin fəaliyyəti ilə bağlı cənab prezident İlham Əliyev aşağıdakı fikirləri bildirib: “Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir.

Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər”. Ölkə başçımızın tövsiyyə və göstərişlərini Baş konsul Sultan Qasımova xatırlatmaq istəyirəm. Çox təəssüflər olsun ki, bəzi ölkələrdə Peterburqda olduğu kimi həm Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi (gedənin arxasıyla danışmaq istəmirəm), həm də səfirliklərimizin biganəliyi ucbatından parçalanmalar yaşanmaqdadır. Sankt-Peterburqdakı azərbaycanlılar keçmiş Baş konsul Qüdsi Osmanovla Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun müharibəsinin acısını çəkməkdədirlər. İki nəfərin arasında olan şəxsi münaqişə bu şəhərdə yaşayan Azərbaycan elitasını iki yerə bölüb. Nə yazıq ki, hazırki Baş konsul bu biabırçılığa son qoyub birləşmə yolu tutmaq əvəzinə parçalanmış bir qütbdə dayanmağa üstünlük verir. Vaqif Məmişov da bu xalqın nümayəndəsidir və onun da bəlli xidmətləri vardır. Baş konsul Vaqif Məmişovu da, digərlərini də bir araya gətirmək qabiliyyətində olmalıdır. Amma görünən odur ki, Baş konsulumuzun dağıstanlı dostuna sərf etdiyi vaxtı azərbaycanlılara və diasporumuza sərf etməyə həvəsi yoxdur. Bunları qeyd etməyi özümə borc bilməklə yanaşı Azərbaycan Xarici İşlər Nazirliyini bu məsələyə ciddi diqqət ayırmağa, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrini təbrik edərək Sankt-Peterburqdakı durumu nəzərdən keçirməyə çağırıram.

Xaricdə yaşayan hər bir soydaşımız və diaspor təşkilatımız bizim üçün dəyərlidir. İxtilaf olanlar arasında ilk növbədə səmimi ünsiyyət münasibətləri yaradılmalıdır. Sizinlə bölüşmək istədiyim Sankt-Peterburq səfər təəsüratlarını xoş hisslərlə tamamlamaq istəyirəm. 6 gün ərzində bizə diqqət və qayğı göstərən Sankt-Peterburq təmsilçimiz Şirin Şirxanova, Sankt-Peterburq Diaspor Təşkilatına və yuxarıda adlarını qeyd etdiyim hər bir kəsə minnətdarlığımı bildirirəm. Eyni zamanda dostlarımız Radik, Nicat, Ramin və Ruslanın adlarını da qeyd etmək istəyirəm. Cümhuriyyətimizin 100 illiyini vətəndən kənarda keçirmək, Sankt-Peterburq şəhərinin mərkəzində dövlət himnimizi dinləmək, tariximizi, keçmişimizi təbliğ edən bir layihəyə imza atmaq qürurvericidir. Tanrı cümhuriyyətimizi əbədiyyətə qədər yaşatsın, bayrağımızı daim ucalarda dalğalandırsın.

Samir Adıgözəlli, BDM sədrinin birinci müavini,

DAK icra aparatının rəhbəri,

Böyük Millət qəzetinin baş redaktoru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Anam sinifin qapısını açıb gördü ki, müəlliməmlə şagirdi öpüşür” — Elgiz Əkbər













“Ölkə.Az”ın növbəti qonağı tanınmış teleaparıcı Elgiz Əkbərdir.

Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk.

– Səhv etmirəmsə, nəslinizin kökü tarixə iz salan şəxsiyyətlərə gedib çıxır..
– Mənim haqqımda çox maraqlanırlar. Ümumiyyətlə, şəxsi söhbətləri efirə gətirməyi xoşlamıram. Ziyalı nəsildə böyümüşəm. Bizim qohumların adını desəm, məlum olar ki, hansı şəcərənin nümayəndəsiyəm. Anamın atası tərəf Türkiyədən gəlmədir. Əsrin əvvəllərində Nuru paşa Azərbaycana gələndə ulu babam 21 yaşında bəyzadə olub. Minbaşı deyirdilər o vaxt. Yaşı az olduğuna görə Nuru paşanın qoşununda minbaşı kimi başlayıb. Qəhrəmanlıq göstərib və dərəcəsi get-gedə artıb. Sona qədər vuruşub. Sonra da Azərbaycanda bir ailə ilə qohum olub. Həmin xanım da 4 qardaşın 1 bacısı olub. Bir müddət sonra bu xanımın qardaşlarının yanına gəlib deyir ki, istəyirəm artıq yoldaşımı da, uşaqlarımı da götürüm vətənimə gedim. Ailəmi, qohum əqrəbamı görək, qalaq bir az, sonra qayıdıb gələrik. Qardaşları icazə vermir. Deyirlər ki, get özün gör, gəl. O vaxt indiki kimi deyildi. Bu sərhədi keçəndən 2 gün sonra Azərbaycanda Sovet hökuməti qurulur, yollar bağlanır. Məktub yazır ki, Arazda görüşək. Heç olmasa Arazın bu tayından balalarımı görüm. Çox dəhşətli mənzərə olub. Ağlayıblar. Nə onların buna əli çatıb, nə də bunun balalarına əli çatıb. Bu, onların son görüşləri olub. Ondan sonra o kişinin taleyindən xəbər olmayıb. İnşallah mən istəyirəm ki, gedib axtarım.

– Bəs qorxmursunuz ki, gedib tapdıqdan sonra sizi acıladılar, tərslədilər..
– Hərdən nənəmə deyirəm ki, ay nənə, qoy mən gedim onları axtarım tapım. Onlar bəyzadədilər, bəy nəslindəndilər. Yəqin ki, maraqlı insanlardır. Nənəm dedi ki, otur oturduğun yerdə. O bəxt ki, bizdə var gedib görəcəksən ki, yaziqlar acından ölürlər. Nə edəcəksən? Sənin gücün var? Deyəcəklər elə bizə də bax. Söhbət onların varlı olmağından getmir. İstəyir varlı olsun, istəyir kasıb olsun, ürəyim istəyir, qan çəkir. İlk dəfə İstanbula gedəndə mənə elə gəlirdi ki, elə bil mən burada yaşamışam, burda böyümüşəm. O qədər məni qan çəkir. Mən dünyanın çox ölkəsində olmuşam. Moskva ətrafındakı vilayətdə yaşamışam. Mən orada anadan olmuşam. 5 yaşına qədər orada qaldıq. Günlərin bir günü, anam gedir məktəbə, sinif rəhbərim də cavan bir qız olur. Anam baxıb görüb ki, sinifdə heç kim yoxdur, uşaqlar çıxıblar. Qapını açanda görür ki, şagirdlə müəlliməm öpüşürlər. Anam dəhşətə gəlir və qapını örtüb deyir ki, mən uşağı burada oxuda bilmərəm. Ondan sonra biz köçüb gəlmişik.
– Yavaş-yavaş jurnalistlikdən gəldiniz aparıcılığa.
– Mətbuatda işlədiyim illəri həyatımın ən şərəfli illəri hesab edirəm. Mətbuatda işləməsəydim, məni kim idi televiziyaya qəbul edən? İndiki kimi deyildi o vaxt. İndi televiziyanın qapıları hər kəsin üzünə açıqdır. İstənilən insan aparıcı ola bilər. Amma biz gələndə yox idi. Mətbuatda 6 il idi çalışırdım, materiallarım var idi və çox kanallar mənim materiallarımı götürürb veriliş edirdilər. 6 ildən sonra ANS televiziyasına dəvət aldım. Orada “Bağlama” verlişi var idi və aparıcı Kamran Həsənli idi. Aparıcı dəyişdirildi və mən 6 ay o verilişin aparıcısı oldum. Təcrübə yığdım. Televiziya nədir, orada kurslar keçdim, televiziya haqqında kifayət qədər məlumatlarım oldu. İlk dəfə Azərbaycanda sosial verlişin aparıcısı Elgiz Əkbər olub. Efirdə “Axşamlar” verlişi yarandı. Onu ilk dəfə mən yaratdım. Təklif etdim və ilk aparıcısı da mən oldum. Böyük reytinqli verliş oldu, çox insanlara kömək etdik. İlk dəfə insanları axtarmağı da mən etmişəm o verlişdə. Sonra təbii ki, onu böyük bir layihə kimi həyata keçirdilər. Xeyir iş etmək, toy etmək və s onun da ilk aparıcısı mən olmuşam. “Toy olsun” verlişinin layihəsini mən təqdim etmişdim. Sonra Ülvira xanım da gəldi.
– O vaxt baxılırdı, amma birmənalı qarşılanmırdı.
– Son dövrlər heç nə birmənalı qarşılanmır. Bunu normal qarşılayıram. Gəlin, yaxşı tərəfindən danışaq. Məsələn, orada nə qədər əlil insanlar, səhhətində problem olan insanlar, sosial baxımdan aztəminatlı kasıb insanlar evləndilər. Ailəli oldular, uşaqlı oldular. Ailələri dağılanlar da var, şou xətrinə gələnlər də var idi. Bu ayrı məsələ.
– Həmin verlişdə sizə irad edənlər oldu? Orada şou yaradırsınız kimi.
– Televiziya radio deyil. Hərdən deyirlər filankəs şou edir. Dünyanın hər bir yerində televiziyada mütləq nələrsə baş verməlidir. Musiqi olmalıdır, işıqlar, ayrı-ayrı elementlər var ki, verlişin maraqlı olması üçün. Radioda danışırıq sadəcə. Axı televizor belə deyil. Elə olarsa, monoton olar, darıxdırıcı olar. Oturaq radiodakı kimi sakitcə danışaq. Təbii ki, müəyyən məsələlər olmalıdır, amma əndazəsində.
– Sizin üz mimikanızı o vaxt çox çəkirdilər. Mimikalardan istifadə etmək sizin üçün kompleks yaradıb narahatçılıq gətirmirdi ki?
– Elə indi də çəkirlər. Çalışıram ki, o rolda olmayım. Rol olur teatrda, kinoda. Normal həyatda baş verən hadisələrdi. İnsan gəlir özünü haqlı sayır və başlayır çox qəribə iddialar irəli sürməyə, yekə-yekə danışmağa. Müəyyən məqamlar görürsən ki, hərdən tərbiyəsizlik edir. Buna cavab verməliyəm, üz mimikamdan bildirməliyəm və yaxud da ona başa salmalıyam ki, a bala, sən belə danışırsan, amma bu o demək deyil ki, mən sənə inanıram. Mənim orada olan mimikalarım, hər hansı bir hadisəyə etiraz kimi göstərdiyim o jestlər içimdən gələn bir şeylər idi. Nə etməliyəm? Özümü öldürüm?!
– Ümumiyyətlə, aparıcılıq tarixində kəskin təzyiqə məruz qalmısınız?
– Təzyiqə məruz qalmışam bir dəfə. O da çox ciddi. Dəhşətli bir şey oldu. Devalvasiya oldu. Devalvasiyadan sonra mən canlı efirə çıxdım və xalqa bildirdim ki, bizim qara günümüz üçün olan pul dolların sabit saxlanılmasına xərclənir. Bunu hökumət də məlumat vermişdi ki, nə qədər pullar xərclənir ki, dollar düşməsin, sabit saxlanılsın. Yəni ki, bazar özü tənzimləsin. O mənada dedim ki, bu yaxşıdır ki, dollar üzən məzənnəyə keçdi. Qara gün üçün büdcədə toplanan pullar, artıq dolların sabit saxlanılmasına xərclənməyəcək. Səhər bütün saytlar yazdı ki, Elgiz deyir, əcəb olub nə yaxşı dolların qiyməti qalxdı. Başa düşmədilər ki, mən özüm iqtisadçıyam. Buna görə mən dedim ki, yaxşı bir haldır. Qara günümüz üçün büdcədə yığılan pul qoy qalsın orada. Axı müharibə şəraitində yaşayan xalqıq.

– Bəs fərdi təzyiqlər olubmu sizə?
– Hə, olub. Bazara getmişdim, üstümə hücum etdilər. Dedilər ki, o nədir demisən?! Televiziyada bildirmisiz ki, dollar nə yaxşı qalxıb. Orada da insanlara aydınlaşdırdım ki, mən o şəkildə deməmişəm. Səhv yazılıb, səhv deyilib insanlara. Bir çıxış etdim, fikrimi insanlara daha yaxşı çatdırdım və əl çəkdilər məndən.
– Əsl aparıcı danışdığınız bütün sahələrdən məlumatlı olmalıdır. İndi çox təəssüf ki, kimsə sponsor gətirirərək aparıcılıq edir. Buna münasibətiniz?
– Qapalı olmaq, hər bir sahəni insanların üzünə qapatmaq, yaxşı hal deyil. Əslində televiziyalar öz qapılarını inanların üzünə açırsa və aparıcı olmaq istəyən şəxs gəlirsə, yaxşı bir şeydir. İnsanın arzusunu ürəyində qoymaq yaxşı bir şey deyil və ona meydan verilir ki, buyur. Əgər intellekti varsa, qabiliyyəti varsa, alınırsa, qalacaq, yaşayacaq və televiziyalar da onu dəvət edəcəklər.
– ANS bağlandı. Sizi aparıcılığa gətirən ANS idi. Kanal bağlananda nə hisslər keçirdiniz?
– Mən həmişə gələcəyə baxmağa daha çox üstünlük verirəm. Mən keçmişə baxmıram. Keçmiş mənim üçün artıq bir önəm daşımır. Durub keçmişdən nə danışım? Gələcəyə baxmağı xoşlayıram. Gələcəyi də hansı falçı desə, onda həyat mənim üçün maraqsız olar.
– Efirdə başınıza gələn maraqlı qəzalardan var?
– O qədər qəzalar olub ki, bilmirəm hansını danışım, hansını deyim. Məsələn, bir gün o qədər yorğun olmuşam ki, hansısa bir material üzrə işləmişəm və cəmi 1 saat yatmışam. Necə olubsa, canlı efirdə məni yuxu tutur. 4 dəqiqəlik efirə sujet gedib və bu 4 dəqiqə içində mənim beynim sönür. Gözüm açıqdır, amma beynim sönüb. Operatorlar da qalıb məəttəl ki, a buna nolub? Operatorlardan biri qışqırıb ki, “Elgiz, Elgiz” və mən ayılmışam.
-Bəyənmədiyiniz nüanslar hansılardır?
– Mən bilirəm ki, bu adamın səviyyəsi hara qədərdir, intellektinə çox bələdəm. Gəlib oturur efirdə intellektden danışır. Böyük- böyük danışıb və mən bunu özümdən aşağı hesab etmişəm. Onu təhqir etməmişəm, amma jestimdən və ona baxmağımdan camaat başa düşüb. Onun dediklərini sabun köpüyü kimi qəbul edirəm və hesab edirəm ki, bu adam boş- boş danışır. Ona görə mən belə şeyləri normal hesab edirəm. Çox da üzülmürəm. Mən öz potensialımı çox gözəl bilirəm.
– Bir müddət əvvəl saytlarda xəbər çıxdı ki, Elgiz səhər verlişindən ayrıldı. Xəbərlərə görə, verlişdə kiminləsə mübahisəniz olmuşdu..
– Mən Moskvaya getməliydim, əvvəlcədən də icazəmi almışdım. Bunu yazdılar, belə təqdim etdilər. Bu, çox böyük qanun pozuntusu idi. Mən özüm qəzetdə və saytda işlədiyimə görə, o xəbəri yayan saytı məhkəməyə vermədim. Amma onlar çox böyük qanunsuzluq etdi. Bir insan haqqında xəbər yayılır. Başda da yazılır ki, Elgiz Əkbər ARB TV-dən qovuldu. Mənə zəng olmayıb, kanalın sözçüsünə zəng olmayıb. Hansı ki, kanal məlumat verməlidir. Bu xəbəri kim ictimaiyyətə yaya bilər? Kanal və qovulan insan. Qovulan insanın xəbəri yoxdur və Moskvada oturub. Kanalın isə ümumiyyətlə, xəbəri yoxdur. Mən onu məhkəməyə verərdim. Hətta, saytın bağlanmasına da nail olardım. 50 min pul deyib cərimə də etdirərdim. Çünki, mənim əlimdə artıq faktım var. Bunlar mənim ictimai nüfuzuma çox böyük zərər vurdular.

– Toylara aparıcı kimi gedirsinizmi?
– Toylara getmək əlavə qabiliyyət tələb edir. Səhər saat 8-dən gecə saat 2-yə kimi verliş aparmağa hazıram. Amma toy aparıcısı kimi mən çox əziyyət çəkərəm. Bir az mentalitetlə bağlı bəzi şeylər var ki, mən başa düşə bilmirəm. İnsanların ortada davamlı olaraq oynamaqları, mahnılar, adətlər və s mənə çatmır. Qudaları məcbur edib çağırırlar danışmağa, bəziləri danışmaq istəmir, sonra tamada başlayır dəxlisiz insaları çağırır, düzür sırayla, danışdırır və s.
– Ailədə necə xarakterə malik bir insansınız?
– Efirdə necə görmüsünüz ailədə də elə bir insanam. Yəni ki, emosional, müəyyən məqamlarda yumoru, yeyib-içməyi, deyib-gülməyi xoşlayan bir insanam.
– Qızınızın şəklini hansısa jurnala satdığınız barədə xəbərlər böyük rezonans doğurmuşdu..
– Ailə ilə sizə iki dənə açıqlama verim. Bunları heç yerdə deməmişəm hələ. Mən evlənəndən sonra saytlarda oxudum ki, Elgiz öz tamaşaçısıyla evlənib. Belə təəssürat yaranıb ki, kanala gələn hər hansı bir tamaşaçı ilə mən evlənmişəm. Yoldaşım mənim televiziyadan fanatım olub. Bizim münasibətimiz yaranıb, ailəvi gediş- gəlişimiz olub. Pis çıxmasın mənim fanatım olub. Evdə oturub televiziyadan məni seyr edən birisi olub. Qızımın şəkil məsələ məni çox üzdü. Böyük bir problem yarandı. Rəhmətlik atam onda sağ idi, nə qədər stress keçirtdi. Jurnalist dostumdan biri mənə zəng etdi ki, biz təzə sayt açmışıq. İstəyirik ki, elə bir xəbər olsun ki, siz uşağınızla şəklinizi bizə göndərəsiniz. Mən də o xanıma dedim ki, sizi təbrik edirəm, işiniz uğurlu olsun, amma mən bunu edə bilməyəcəm. Bunun dalınca götürüb o xəbəri yazıb.
– “Bu şəhərdə” və “Planet Parni iz Baku” sizi parodiya edir. Buna münasibətiniz necədir?
– Normal, amma ki, təhqir etməsinlər. Rafael və Coşqun məni dəvət etmişdilər. Bəlkə də, orada hamıdan cox mən gülmüşdüm. Normal qəbul edirəm. Axırıncı dəfə internetdə baxdım 4 milyon insan baxıbmış həmin konsertə. Maraqla qarşılanmışdı.
– Şou-biznes adamlarından verlişinizdə çox qonaqlar olur. Məsafə saxlayırsınızmı o insanlarla?
– Şou-biznesdən heç kimlə dostluq etmirəm. Pis də münasibət bəsləmirəm.
– Müğənnidən dost olmaz prinsipidir?
– Niyə? Müğənnidən dost olar. Çox razı olduğum insanlar olub. Hər bir insanın həyatında yaxşı hadisələr də olur, pis hadisələr də. Rəhmətə gedən olur. Gəlirlər başsağlığı verirlər. Niyə mən pis münasibət göstərim ki? Mən də getmişəm, gedirəm də. Çalışıram öz borcumu yerinə yetirim. Ailəvi dostluq edim, kiminsə evinə gedim-gəlim, belə şeylər yoxdur.
– Əli müəllimlə verliş aparırsınız və görürük ki, çox əsəbləşirsiniz. Yola getmirsiniz nədənsə..
– Biz ayrı xarakterli insanlarıq. Həyata baxışımız ayrıdır, zövqlərimiz ayrıdır. Bir hadisə baş verəndə öz iradımı bildirirəm. Əli müəllim kövrək insandır. Ürəyi yumşaq və gözəl insandır. Sadəcə dili bir az acıdır. Çalışır sözün düzünü desin. Amma sözün düzünü demək forması var da. Hərdən olur çatdıra bilmir. Bir az aqressiyya olur. Loru dildə deyir o da problem olur. 1 ilə yaxındır işləyirəm onunla, məmnunam. Çıxsa, çox üzülərəm.

– İşdən sonrakı həyat tərziniz barəsində biraz danışın. Nə edirsiniz?
– İnanırsınız mənim işim çox gec saatlarda qutarır. Baxmayın səhər efiridir. Ancaq efirdən sonra oturub işləyirik, mövzular fikirləşirik, qonaqları fikirləşirik. Bir də başımı qaldırıram ki, artıq saat 8-dir. Maşına minib evə gələnə qədər olur saat 9. 9-dan sonra mən nə edim? Ancaq kitab oxuyuram, bir az televiziyaya baxıram. Səhər yenə eyni iş rejimi. Bir bazar günləri boş oluram. Bazar günləri də ağaclara, güllərə qulluq etməyi xoşlayıram. Elə bil ki, o məni rahatlaşdırır.
– Efirdə olan simasınız. Qısqanclıq olmur?
– Yox. İnsan bilir kiminlə, hansı sənət sahibiylə ailə qurub. Qısqanclığa rəvac verən insan özüdür. Belə vaxtım deyil axı qısqanclığa rəvac verim. Gecə saat 2-də, 3-də içkili halda evə gəlim, kobudluq edim, tərbiyəsiz hərəkətlər edim bunu özümə heç vaxt yaraşdırmaram.
– Efirdə özünüzdə nə görürsünüz?
– Efirdən özümə baxmağı xoşlamıram. Elə insanlar var efirdən özünə baxmağı bacarır. Axırıncı dəfə öz verlişimə oturub baxdığım yadıma gəlmir.
– Səhvlərinizi görmək üçün baxmaq lazımdır.
– Düz deyirsiniz, baxmaq lazımdır. Amma baxmamışam.
– Televiziyada sərbəstliyə necə baxırsınız?
– Sərbəstlik çox vacib məsələdir. Televiziyada, radioda insanlar sərbəst olmalıdırlar. Efirdə pis söz danışanın demək ki, tərbiyəsi yoxdur. İndi sənə meydan verirlər deyə bu meydandan sui -istifadə etməlisən? Adamları təhqir edəsən, ağzına gələni danışasan, söyüş söyəsən? Mən etməmişəm, kim edibsə böyük səhv edib. Çox adam var tənqidlə, təhqiri səhv salır. Sözü demək forması var. Elə demək lazımdır ki, nə şiş yansın nə kabab.
– Növbəti sezonda yenidən sizi ARB ekranlarında görəcəyik?
– O qərarı mən vermirəm. Qərarı kanalın rəhbərliyi verir. Biz müqaviləylə işləyirik. 1 ildən 1 müqavilə dəyişir. Mən 1 illik müqavilə bağlamışam və iyunun 30-u müqavilənin vaxtı bitir. Və biz yenidən müqavilə bağlamalıyıq. Bağlanacaq, ya da yox onu mən deyə bilmərəm. Amma buradakı işimdən razıyam.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq olar













Bu gündən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür.

Virtualaz.org bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapıb.

Xatırladaq ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq.

Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kq-dək baqajın və 10 kq-dək əl yükünün (55х40х23 sm-dək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, müvafiq endirimlərin şamil olunduğu və əlavə təsdiqləyici sənədlərin təqdim edilməsi tələb olunan xüsusi kateqoriyalı sərnişinlər üçün aviabiletlər yalnız aviaşirkətin rəsmi kassalarında, həmçinin Bakı və Naxçıvan hava limanlarında rəsmiləşdirilir.

Qeyd edək ki, Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində aviabiletləri uçuşa ən azı 48 saat qalmış onlayn almaq olar.

Həmçinin, aviaşirkətin qaydalarına əsasən, aviabilet üçün ödəniş ediliyi plastik kartın sahibi müstəqil şəkildə və ya qrupun tərkibində səyahət etdiyi təqdirdə aviabiletləri onlayn əldə etmək mümkündür. Kartın həqiqiliyi və onun sərnişinin pasportuna uyğunluğu hava limanında qeydiyyat agentləri tərəfindən mütləq qaydada yoxlanılacaq.

Bakı və Naxçıvan arasında reyslər gündə bir neçə dəfə (yüklənmə və mövsümdən asılı olaraq) həyata keçirilir. Aviaşirkətin saytındakı “Məlumat” bölməsində uçuş cədvəl ilə ətraflı tanış olmaq olar. Bakıdan uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalının cənub qanadından həyata keçirilir, Naxçıvandan uçuşlar isə Naxçıvan Beynəlxalq Aeroportunun hər iki terminalından həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səlim Müslümovun Gəncə “TRİO”-su yeni naziri niyə QORXUDUR?!













Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev təyinatından bu yana nazirlik daxilində və tabeli qurumlarda apardığı köklü kadr islahatlarını davam etdirir. Mütamadi kadr dəyişikliyi barədə xəbərlər alırıq. Yeni gənc nazirin zəruri “islahat projesi” əsasən sələfi Səlim Müslümova xüsusi yaxınlığı ilə seçilən dağıdıcı və korrupsioner kadrları əhatə edir.

“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, adıkeçən nazirlikdə maksimum şəffaflığa nail olmaq, qarşıda duran mühüm sosialyönümlü qərarların icrasını layiqincə gerçəkləşdirmək üçün yeni nazirin köhnə ənənələrdən və yaramaz kadrlardan qurtulması vacibdir. Lakin görünən odur ki, bu yolda irəliləyən cənab Sahil Babayevə müxtəlif maneələr, ciddi təpkilər də var. Aldığımız məlumata görə, Səlim Müslümov kənardan bəzi köhnə puldaşıyanlarını müdafiə etməklə, onların kürsüdə saxlanması ilə məşğuldur. İnandırıcı səslənməsə də, bu onda alınır. Bəs “vurulmuş” bir nazir bu qüdrəti özündə necə saxlayır, olduqca maraqlıdır.

Səlim Müslümovun Gəncə “TRİO”-su yeni naziri niyə QORXUDUR?! – KORRUPSİYANIN UZANTISI
Diqqətli oxucumuzun diqqətindən qaçmayan mühüm məqama yönələk. Nazir dəyişikliyindən dərhal sonra sabiq nazirin həbs oluna biləcəyi gündəmə gəldi. Və nazirliyə tabe DSMF-lərdən 2 milyard manatdan çox vəsaitin büdcədən kənarlaşdırılması iddiaları tirajlandı. Hələ də bu, ölkə mediası üçün öz ciddiliyini qorumaqda, araşdırma mövzusu olmaqdadır. Dünən yayılan iki xəbər isə fikirləri qurcalamağa yetdi. İddialar səsləndi ki, nazir “köhnə dəftərlər”i qapadıb ölkəni tərk etmək niyyətindədir. Bir də, Bakı şəhər Yasamal rayonunda yerləşən ƏƏSMN yanında DSMF-nin binasının üst qatındakı yanğın hansısa sənədləri külə döndərdi. Hansı sənədlərin yanması, yanğının necə baş verməsi dəqiqləşməsə də, fikirləri qəsd ehtimalına cəmləyir. Bəli, bu mövzular Səlim Müslümovun izi ilə irəliləyir, olaylar onun ali riyazi hesablamalarındakı dolaşıq çək-çevirləri qədər qəlizdir…Elə bir neçə saat öncə sükutu pozub tutarlı təkziblər söyləmək əvəzinə, Səlim Müslümov da bu sualı verdi: – “Bu pullar necə itə bilər?”. Sualdan aydın olur ki, keçmiş nazirin özü də “itmək”lə mənimsəmək arasında ilişib qalıb. Hətta, rəqəm 2 milyard qədər böyük olmasa da…

Son gedişatlardan aydın olur ki, Səlim Müslümovun “şəxsi qvardiyası”, avanqard tipli məmur komandası təkcə nazirlik daxilində məhdudlaşmayıb, bütün rayon DSMF-lərini bürüyüb. Fantastik yeyinti bumunda da region DSMF-lərinin xeyli payı var.

“Demokratik.Az”-a sızan məlumata görə, sabiq nazirin ən sadiq və ən pullu komandalardan biri Gəncədədir və Səlim Müslümov bir müddətdir ki, Gəncədəki qoca və ərköyün kadrlarının aşkar müdafiəsinə qalxıb.

Büdcə Hörümcəyinin korrupsiya ilə qızınan “Qaynar Qazan”ında illərdir çömçə bulayan məmurların varlığı Gəncəyə də uzanır.

Uzun zamandır Gəncədə sakinlərin başağrısına çevrilən, DSMF-nin Gəncə ş, Nizami və Kəpəz rayon filiallarının rəhbərləri hamiləri S. Müslümovla razılaşaraq, varlanmaq üçün aralarında “RÜŞVƏT TRİO”su yaradıblar. Sabiq nazir hələ DSMF-yə sədrlik etdiyi dönəmdən ona yaxınlığı şübhə doğurmayan Nizami Əhmədov və yaxın ətrafı çoxsaylı sənəd saxtalaşdırmaları həyata keçirməklə büdcənin küllü miqdarda vəsaitini talayıblar. Adıçəkilən öz müavini, sabiq nazirə qohum olduğu deyilən Bəyalı Əliyev və öz köhnə kreslosuna təyin etdirdiyi (Nizami rayon DSMF-yə-red) Mirxaliq Əliyevlə birlikdə illərlə korrupsiya və talançılıqla məşğul olublar. Hətta, cinayət tərkibi yaradan sənəd saxtakarlıqları reallaşdırıblar.
“Demokratik.Az”-ın məlumatına görə, Gəncə DSMF-lərinin bu “RÜŞVƏT TRİO”- su ötən ayın əvvəllərindən yaxanı ələ verib. Bu ilin aprelin sonundan nazirlik tərəfindən həyata keçirilən kompleks yoxlamanın nəticəsində Gəncə DSMFnin rəhbərliyi tərəfindən buraxılan ciddi maliyyə pozuntuları, əlillik sənədlərinin saxtalaşdırılması, ailələrə sosial yardımların verilmə prosesində və təqaüdlərin təyinatında ciddi korrupsiya faktları aşkar edilib. Cinayət tərkibli bilgilər yeni nazirə dərhal məruzə olunub. Lakin nazir cinayət tərkibli faktları respublika baş prokurorluğuna göndərməyə macal tapmayıb və işə sabiq nazir qarışaraq öz köhnə dostlarını “sehirli çubuğu” ilə müdafiə edib.

Məlumata görə, Səlim Müslümov və komandasından xələfinə təkcə Gəncə üzrə yüzlərlə saxta və problemli sənədlər miras qalıb. Lakin Səlim Müslümovun “Qaynar Qazanı”nın qapağını qaldırmaqda yeni nazirə hakimiyyətdaxili ciddi qüvvələr imkan tanımır.

Yeni nazir lazım olan həddə “təmizləmə” həyata keçirə bilmir. Görünür, bu baş verərsə, böyük bir XAOS dalğası təkcə Səlim Müslümovun özünü yox, həm də sistemləşdirdiyi Sosial Müdafiə Nazirliyini bütövlükdə ağuşuna ala bilər. Görünür, cənab Sahil Babayevi qorxudan, hələ ki, onu yarıtmaz kadrlara və “Səlimsevərlər”ə qarşı soyuqqanlı edən səbəb də budur…
Bu gün xəbər aldıq ki, adıçəkilən “TRİO” yeni nazirə qarşı fikirlər səsləndirirlər. Bu üçlüyə patronajlıq edən Nizami Əhmədov dost-tanışlarının yanında yeni nazirin ünvanına xoşagəlməz fikirlərlə diqqət çəkir.
Məlumat üçün onu da bildirək ki, hazırda Gəncə ş, Kəpəz rayon DSMF-yə rəhbərlik edən N. Əhmədovun 67 yaşı var və müqavilə əsasında əlavə iki ildir ki, vəzifəyə hərislik nümayiş etdirir. Dostuna bu şəraiti isə, sabiq nazirin şəxsən özü təmin edib. Beləcə, “ağalarının” diqtəsilə DSMF şöbələrində pul “itirməklə” məşğul olanları bir-bir sıraya düzüb ifşa etməyin vaxtıdır…

İnanırıq ki, yeni nazir Səlim Müslümovdan qalmış zərərli məmurları öz tabeçiliyindən RƏDD edə biləcək…
Adıçəkilənlərin söz haqqı var!

“Demokratik.Az”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarixçi alimdən Rəhimzadəyə etiraz – “O, müstəqilliyin əleyhinədir”













Milli Məclisin deputatı Arif Rəhimzadənin “Sovet hökuməti Azərbaycan dövlətini qurdu”sözləri qalmaqala səbəb olub. “Qafqazifo” xəbər verir ki, o, bu fikirlərini parlamentin bu gün keçirilən komitə iclasında səsləndirib.

Tarixçi alim Boran Əziz deputatın fikirləri ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyətini süquta yetirib və müstəmləkəçi bir sistem yaradıb: “ Bu hökumət Azərbaycanın mədəniyyətinə, mənəviyyatına ağır zərbə vurub. Azərbaycanın adını, əlifbasın dəyişdirib.

Azərbaycanın Cümhuriyyətdən qabaq 114 min kv.km mübahisəli, 97 min kv. km isə mübahisəsiz torpaqlarını öz ata-baba torpaqlarıymış kimi qonşu Ermənistana, Gürcüstana və özünə götürüb. Belə olan halda hansı dövləti Sovet hökuməti qurub? Ümumiyyətlə, Arif Rəhimzadə Azərbaycanın müstəqilliyinin əleyhinə olan bir şəxsdir. Və o dövrdə müstəqilliyin əleyhinə səs verən adamlardan biridir. Ən təəccüblüsü və dəhşətlisi budur ki, bugünkü müstəqil Azərbaycanın parlamentində oturan adamlardan biridir. Baxın, bu, nonsensdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı














Əməkdaşlarımızdan birinin bu gün Bakıda mağazaların birindən aldığı “Sladyona. Naş moloçnik” peçenyesinin içərisindən dəmir qırıntısı çıxıb. Əmədaşımız əslində peçenyeni Ukrayna məhsulu zənn edərək alıb, amma içərisindən dəmir qırıntısı çıxandan sonra araşdırıb və onun Bakıda istehsal edildiyini görüb.

Belə ki, peçenyenin üzərində demək olar bütün yazılar rus dilində olduğu halda azərbaycan dilində və olduqca kiçik hərflərlə onun Bakıda istehsal edildiyi göstərilir: “İstehsalçı firma: “Avrora” firması, Azərbaycan respublikası, Bakı şəhəri, 17-ci Dağüstü küçəsi, 13. Tel: (99412) 447 10 55)

Əslində isə “Naş moloçnik” brendi Ukraynanın “Ukrprodukt Qrup” şirkətinə məxsusdur, şirkət bu brend altında kərə yağı, şirniyyat, pendir və digər süd məhsulları istehsal edir, 20 ildən artıqdir ki, Ukrayna bazarında fəaliyyət göstərir. Məhsullarını Azərbaycan da daxil olmaqla bir çox ölkələrə ixrac edir.



“Avrora” MMC –nin saytında göstərilir ki, bu firma bir sıra xarici ölkələrin istehsalı olan içkilərin və ərzaq məhsullarının Azərbaycandakı distributorudur. O cümlədən “Sladyona” brendinin məhsullarının. Lakin indiki halda söhbət həmin brend altında məhsul istehsalından gedir və bu, Ukraynadan idxal edilən məhsulun satışından tamam fərqli anlayışdır.

Şirkət hansı əsasla Ukrayna brendi altında Azərbaycanda peçenye istehsal edir və bunun üçün lisenziyası varmı? Digər tərəfdən peçenyenin içərisindən çıxan dəmir qırıntısı brend oğurluğu ilə yanaşı daha bir təhlükəli əmələ-qida təhlükəsizliyi normalarının pozulmasına dəlalət etmirmi?

“Avrora” firmasının peçenyenin etiketi üzərində göstərilən telefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, məlum oldu ki, həmin nömrə işləmir. Eləcə də firmanın saytında göstərilən əlaqə nömrələrindən heç biri daxil olan zəngləri qəbul etmir. Başqa sözlə, saxta məhsula görə istehlakçının istehsalçı ilə əlaqə saxlayıb öz şikayətini bildirməsi mümkün deyil.



Hansı ki, Azərbaycanda son illər Rusiya brendlərinin saxtalaşdırılması yolu ilə kolbasa, sosiska, dondurmalar, şirniyyatlar və digər ərzaq məhsullarının istehsalı geniş yayılıb. Mağazaların, supermarketlərin vitrinlərində üzərində Rusiya, yaxud Ukrayna brendlərinin həkk olunduğu belə qida məhsulları açıq satışdadır. Bu o qədər adi hal alıb ki, hətta iri supermarket şəbəkələri də açıq-aşkar başqa ölkələrin markaları adı altında lisenziyasız istehsal edilmiş saxta ərzaq mallarını satırlar.

Virtualaz.org ötən illərdə mağazalarda satılan və zahiri görünüşünə görə Rusiya, Ukrayna, Belarusda istehsal olunduğu qənaəti yaradan bir çox ərzaq məhsullarının mağazaların vitrinlərini bəzədiyini araşdırmışdı. Üzərində rus dilində, kirill əlifbası ilə yazılar olan“Belıye noçi”, “Plombir”, , “Lakomka” dondurmaları, “Servelat”, “Doktorskaya”, “Yubileynaya”, “Qovyajya”, “Baranya” və digər kolbasa və sosiska məhsulları, “Squşennoe moloko” və digər içki və qənnadı məhsulları ilk baxışdan Rusiya istehsalı kimi görünsə də, əslində daha çox pul qazanmaq istəyən azərbaycanlı biznesmenlərin saxtalaşdıraraq satışa çıxardıqları məhsullardır. Belələri istehsal etdikləri kolbasaların, dondurmaların və s. üzərinə Rusiya markalarının adını yapışdırmaqla və yazıları rus dilində verməklə alıcıları açıq-aşkar aldadırlar. İndi isə bu saxtalaşdırma peçenye və digər şirniyyat məhsullarına keçib.



Azərbaycanda peçenyelərin 30 faizi saxtadır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda peçenyelərin təxminən 30 faizi bu cür aldadıcıdır. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, bu cürəmtəə nişanının mənimsənilməsi ilə bağlı onlara xeyli şikayətlər daxil olur.



◀▶

“Bir neçə belə Azərbaycan şirkəti var – “Avrora” da onların sırasındadır, əhalini aldadan işlər görürlər. İstehsal etdikləri peçenyelər, konfetləri rus markaları adı ilə markalayırlar. Hətta bəziləri var ki, uzun müddət Rusiya və Ukrayna şirkətləri ilə əməkdaşlıq ediblər, sonra onları Azərbaycandan rədd edərək özləri həmin məsulları istehsal etməyə başlayıblar. Bu ciddi istehlakçı problemidir. Peçenyelərin təxminən 30 faizi bu cür aldadıcıdır. Ölkədə belə halların qarşısı alınmır, çünki istehlakçıların maraqlarının qorunması siyasəti sıfır vəziyyətindədir. Bu ciddi qanun pozuntusudur və əhali diqqətli olmalıdır”.



“Nəzarət edən yoxdur, bazarda xaos davam edir” – ekspert

Ekspertin sözlərinə görə, təəssüf ki, məşhur firmalar da öz brendlərinin Azərbayanda bu cür saxtalaşdırılmasına əsasən biganə qalırlar. Çünki məhkəmələrdə öz haqlarını qoruya bilmirlər. Məsələn, Rusiyanın “Konti” şirniyyat şirkəti bir neçə dəfə Azərbaycanda bu marka altında saxta şirniyyat istehsalı ilə bağlı məsələləri həll etmək istəsə də, bacarmayıb.



Eyyub Hüseynov deyir ki, Azərbaycanda bu problemlərlə məşğul olmalı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə il boyu belə şikayət materialları göndərsə də, faydası olmayıb: “Hazırda bu dövlət xidməti ləğv olunub. Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi yaradılıb, amma hələ rəhbər təyin olunmayıb. Ona görə də bazarda xaos davam edir”, – deyə ekspert bildirir.



Qida Təhlükəsizliyi Agentliyi gələn aydan nəzarətə başlayacaq

Qida Təhlükəsizliyi Agentliyindən isə virtualaz.org-a bildirilib ki, agentlik prezidentinin fərmanı ilə təsdiq edilmiş əsasnaməyə əsasən fəaliyyətlərin icrasına 1 iyul 2018-ci il tarixdən başlayacaq. Fəaliyyətə başladıqdan sonra isə qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək. Təqdim olunan sorğudakı suallara ətraflı cavabların verilməsi də Agentliyin tabeliyində Qida Təhlükəsizlik İnstitutu fəaliyyətə başladıqdan sonra mümkün olacaq.



Agentlikdən həmçinin bildirilib ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlanıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq və digər məsələlər araşdırılır.

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı



Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı


Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fuad Poladovun vəsiyyəti yerinə yetirildi – FOTO













Ötən ay dünyasını dəyişən xalq artisti Fuad Poladovun qəbirdaşı qoyulub.

ZamanTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəbirdaşı xalq artistinin vəsiyyətinə uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, Fuad Poladovun həyat yoldaşı müsahibəsində aktyorun son vəsiyyətini açıqlamışdı. Onun sözlərinə görə, aktyor ondan qəbirdaşına şəkil qoydurmamağı istəyib


Fuad Poladovun vəsiyyəti yerinə yetirildi – FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevgilisi ilə ölkədən qaçan iranlı gənci edam gözləyir – FOTO













Adanada Türkiyəyə qaçaqmalçılıq yolu ilə daxil olan Əfqanıstan və Pakistan əsilli miqrantlarla yanaşı biri qadın olmaqla iki iranlı da saxlanılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, gənclər ölkələrinə geri qayıtmaq istəmədiklərini bildiriblər.

Gənc qız qeyd edib ki, onun qolunu kəsəcəklər, sevgilisini isə asacaqlar.



Cütlük terrorçu olmadıqlarını bildirib, lakin Türkiyə qanunlarına əsasən, gənclər barəsində ölkələrinə qaytarılma qərarı çıxarılıb.



Bundan sonra gənclər üçün sosial media istifadəçiləri ayağa qalxıb. Onlar gənc cütlüyün ekstradisiyasına qarşı çıxıblar:

“Gəncləri İrana göndərmək öldürmək deməkdir. Öldürüləcəklərini bilərək, onları ekstradisiya edə bilməzsiz”.






[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mouse”un kursoru ölümcül xəstəlik yarada bilər













Mouse”un kursorunun titrəməsi, səhifələrin gec açılması və internetdə informasiyaların təkrar axtarılması Altsheymer və Parkinson xəstəliyinin ilkin əlamətləri ola bilər.

Oxu.Az “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Microsoft və Şimali Karolinanın Dyuka universitetindən olan araşdırmaçılar belə qənaətə gəliblər.

Ekspertlər deyirlər ki, 18 ay ərzində süni intellektin köməyi ilə onlar Bing axtarış sistemindən istifadə edən 31 milyon amerikalı üzərində araşdırmalar aparıblar. Təhqiqatçılar onlar arasında Parkinson xəstəliyindən əziyyət çəkən 703 nəfəri seçiblər.

İndi araşdırmaçılar adı çəkilən xəstəlikdən əziyyət çəkən seçilmiş insanların onlayn-aktivliyini müqayisə etməyi planlaşdırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müğənnilərin düşdüyü ağır qəzada sükan arxasında kim olub? – TƏFƏRRÜAT













Müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin düşdüyü avtomobil qəzasının görüntüləri kimi yayılan video əslində başqa hadisənin görüntüləridir.

BiG.AZ xəbər verir ki, Zeynəb Həsəninin prodüseri Səbinə Rəcəblinin baku.ws-ə verdiyi açıqlamasında yayılan görüntülərin həmin qəzadan olmadığını bildirdi:

“Sumqayıtın DTV telekanalının “DTV Maqazin” proqramının sosial şəbəkədə yaydığı video başqa qəzanın görüntüləridir. Düzdür, onlar paylaşımın altında, şərh bölümündə videonun şərti olduğunu qeyd ediblər. Amma bunu sonradan özlərinə yaratdıqları problemdən yayınmaq üçün ediblər. Paylaşılan videoda ağ maşın qırmızı işığdan keçərək qəza şəraiti yaradıb. Türkanla Zeynəbin qəzasında ikinci maşın ümumiyyətlə olmayıb, qırmızı işıqdan keçilməyib. Qəzaya səbəb yolun sürüşkən olması olub. Sürəti yolun sürüşkənliyinə uyğun tənzimləməli idilər. Yolun kənarındakı dirəyə çırpılıblar. Heç bir avtomobillə toqquşmayıb. Əgər belə bir şey olsaydı, toqquşduqları avtomobildəkilərin sağ qalmaları mümkünsüzdür. Ən azından ağır xəsarətlə xəstəxanaya yerləşdirilməliydilər. Belə olduqda sual yaranır; bəs o biri avtomobildəkilər haradadırlar? Niyə onlar haqqında bir məlumat yoxdur?”.

S.Rəcəbli saxta videonu yayan şəxsdən şikayət edəcəkləri bildirdi: “Yayılan saxta görüntülər internet izləyicilərdə Zeynəb və Türkana qarşı ikrah və nifrət hissi yaradıb. İki gündür sosial şəbəkələrdə yayılan o videoya görə qızları söyürlər. Çünki videonu izləyənlər qəzanın baş verməsində Türkanı və Zeynəbi günahlandırırlar. Yazırlar ki, qızlar guya içkili və ya narkotik maddənin təsiri altında olublar. Əslində isə, o qızlar spirtli içkidən istifadə etmirlər. 10 ildən çoxdur mən o qızları tanıyıram. Zeynəb dindardır, namaz qılır”.

Çox təəssüf edirəm, çox. Həmin video üzündən Türkanla Zeynəbə qarğışlar edirlər. Hətta, “kaş boyunları sınaydı” yazanlar var. Belə bir hadisədən heç kim sığortalanmayıb, xoşagəlməz rəylər yazıb insanların hisslərilə oynamaq insani hərəkət deyil. O qədər insana cavab vermək çətindir. Türkanla Zeynəbin doğmaları öz balalarının hayındadırlar. Bu şər-böhtanlar yığışdırılmalıdır. Olmayan bir şeyi danışmaq günahdır. O videonu yayanlar ən azından bunu düşünsünlər”.

Türkan Vəlizadə və Zeynəb Həsəni qəzaya gecə saatlarında düşüblər. Hər kəs qəza zamanı sükan arxasında Türkanın olduğunu düşünsə də, sükan arxasında Zeynəb olub. Həmin gün Türkan öz avtomobilinini götürməyib. Onlar həmin gecə Mirmövsüm Ağanın ziyarətinə gedirdilərmiş. Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib. Sükan arxasında olan Zeynəb kəməri bağladığı üçün nisbətən az xəsarət alıb. Çoxsaylı ağır xəsarətlər alan Türkanın kəməri bağlamadığı ehtimal edilir. Çünkü onlar aşkar edilərkən Zeynəb sükan arxasında, Türkan isə avtomobildən kənarda uzanmış halda tapılıb. Qəzada Türkan Vəlizadənin çanağı 2 yerdən, ayağı bud hissədən və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb. Sənətçilərin hər ikisi aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Türkan Vəlizadə dünən cərrahiyyə əməliyyatı keçirib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO