[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun 2 məmuru Xok və Böyükdüz kəndlərini susuz qoydu - Muxtar Respublikada “Yezid” zülmü


Naxcıvan MR-ın Kəngərli rayonunun Xok və Böyükdüz kəndlərində dövlət fonduna aid 500 hektara yaxın əkin sahəsi var və həmin ərazidə adətən bu vaxtlar payızlıq əkin aparılır.

Gundem.media xəbər verir ki, ovqat.com-a şikayət edən rayon sakinlərinin iddialarına görə, payızlıq əkin üçün suvarma mövsümü 25 gündür başlayıb.
Amma bu müddət ərzində cəmi 2 böyük fermer təsərrüfatı su ilə təchiz edilib. Bunlardan biri Ali Məclisin Yusif (soyadı bilinmir) adlı rəsmisinə, digəri isə Aqrolizinq ASC nin müdiri Vasif Məmmədova məxsus sahələrdir. Bu iki məmurun əlində cəmləşən əkin sahəsinin ümumi böyüklüyü 250 hektardır. Yəni Xok və Böyükdüzün əkinə yararlı torpaqlarının yarısı 2 məmurun əlində cəmləşib.
Kəndlilərin bildirdiyinə görə, payızlıq suvarma başlayalı 25 gün ərzində yuxarıda adı çəkilən məmurlardan başqa Xok və Böyükdüz sakinlərinin heç birinə su verilməyib və verilməyəcək də. Çünki Naxçıvanın ən böyük su anbarı olan Vayxır gölündə su bitib.
Payızlıq suya həsrət qalan təsərrüfat sakinləri bunlardır:
Qənbərov Əkbər;
Babayev Amil;
Məmmədov Zamiq;
Babayev Əmir;
Məmmədov Elman;
Zeynallı Şahaddin;
Tagıyev Zahid;
Məmmədov İsrayıl;
Məmmədov Namiq;
Seyidov Mirhəbib;
Babayev Səttar;
Qənbərov Rəhim;
Quluyev Valeh,
Novruzov Rza və s.
Kənd sakinləri mövsüm ili başlamamış təsərrüfatlarının məhv olunması şikayəti ilə müvafiq dövlət orqanlarına müraciət ediblər. İcra hakimiyyətindən və su idarəsindən isə onlara deyiblər: “Sizinki qaldı yaza. İnşallah, yazda su olsa, siz də əkin sahələrinizi suvara bilərsiniz”.
Kəndlilər isə yazda da onlara növbə çatmayacağından çəkinirlər. Çünki yazda da Yusif müəllimlə Vasif Məmmədovun eyni vəzifəni icra edəcəklərindən əmindirlər. Onlar olan yerdə isə Xok və Böyükdüz sakinlərinə su yoxdur.
Şikayətçilər deyirlər: “Yusif müəllimlə Vasif müəllimin kəndin bütün su ehtiyatlarını mənimsəməsi yezidlikdən başqa bir şey deyil. Məqsəd bizi də öz doğma yurd-yuvamızdan digərgin salmaqdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 kq kərə yağı azı 20 manata satılmalıdır: - Bəs biz nə yeyirik?


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında monitorinqləri davam etdirir.

Qurumdan verilən məlumata görə, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb. Satışda olan yağların tərkibi və insan sağlamlığı üçün hansı təhlükələr daşıdığı maraqlıdır.

Cebhe.info-ya danışan qidalanma mütəxəssisi Məhsəti Hüseynova mağazalarda, marketlərdə kənd məhsulları adı altında bir çox fərqli tərkibli yağların satışda olduğunu bildirib:

"Ancaq, bu yağların heç də hamısı keyfiyyətli deyil. Son günlər aparılan monitorinqlər, insanlar arasında mədə-bağırsaq sisteminin pozulması, həzm sistemində yaranan problemlər, maddələr mübadiləsini pozulması kimi hallar artır. Bu halın onların qəbul etdiyi qidalardan qaynaqlandığını göstərmək olar. İnsanın gündəlik qəbul etdiyi qidalar sırasında yağın yeri əvəzolunmazdır. Lakin yağlar keyfiyyətli olduqda orqanizm üçün faydalı ola bilər. Çünki bir orqanizmin böyüməsi, inkişafi, gündəlik həyati funksyalarını yerinə yetirməsi üçün hər gün müəyyən miqdarda makro və mikro elementlər lazımdır. Makroelementlər sırasında yağları göstərə bilərik. Yağ orqanizmdə həm enerji mənbəyidir, həm mütləq şəkildə gündəlik istehlak olmalıdır. Ucuz yağlar var ki, kiloqramı 2-3 manata satılır. Belə olan halda bilinir ki, keyfiyyətli yağ deyil. Normal yağ təbii süddən və ayrandan hazırlanır".

Qida mütəxəssisi bildirib ki, təxminən 1 kq yağın başa gəlməsinə mövsümünə, südün yağlılığına görə 22- 25 litr süd tələb edilir. Belə olan halda qiymət artımını da nəzərə alsaq, 1 kq yağın ən azı 20 manatdan yuxarı satılmasını düşünə bilərik:

"Satışda olan bir çox yağlar var ki, bunlara trans, spred yağlar əlavə olunur. Bir çox qatqılar, aromatizatorlar əlavə edilərək "kərə yağı" adı altında satılır. Bəzən isə palma yağlarını "natural" kimi aldadıcı sözlərdən istifadə edərək satırlar. Bu zaman istehlakçılar daha çox aldanırlar. Yaxşı yağ açıq- sarı rəngdə, iysiz olmalıdır. Çörəyin üzərinə çəkdikdə tam şəkildə yayılmalıdır. Hamar şəkildə olmalı, yumrucuqlar şəklində ayrılmamalıdır, bıçağa yapışmamalıdır.

Bir sıra hallarda qiymət keyfiyyət göstəricisi deyil. Ucuz yağlardan istfadə etdikdə ürək-damar xəstəlikləri, xərçəng belə yaranır. Belə yağlardan istfadə etmək tövsiyə olunmur. Bir çox hallarda da nehrə yağı adı altında bazarda sata məhsul satılır. Marqarini az miqdada nehrə yağ ilə çalxalayıb, bəzən dadlandırıcı əlavə edib satırlar. Keyfiyyətli yağı mənşəyi bəlli markalardan almaq lazımdır. Harada istehsal olunduğu məlum olmayan, üzərində aldadıcı ifadələr yazıb, içərisində bitki yağı və ya palma, spred yağı kimi göstərilirsə, deməli bunlar keyfiyyətli yağlar hesab olunmur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçu İH soyadlarla bağlı özündən yeni qanun çıxarıb? - GİLEY


Bakıda vətəndaş yeni doğulan uşağına istədiyi soyadı yazdıra bilmir.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər sakini Anar Orucov deyib. Şikayətçi bildirib ki, aidiyyatı qurumlara etdiyi müraciətlər nəticəsiz qalıb:

"Oğlum yenicə dünyaya göz açıb. Mən atamın adını oğluma soyad qoymaq istəyirəm. Atamın adı Əkrəm, oğlumun adı isə Fatehdir. İndi istəyirəm oğlum sənəddə Fateh Əkrəm kimi getsin. Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdim. Qurumdan mənə bildirdilər ki, "uşağın 18 yaşına kimi qanun buna yol vermir”. Bu problem olduğundan uşağın sənədləşmə iş də uzanır".

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaranan problem Ailə Məcəlləsinin 53.3 maddəsi ilə tənzimlənir:

"Orada yazılıb ki, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda onların razılığı ilə atanın, yaxud da ananın soyadı verilir. Adın, ata adının soyad verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur. Və valideynlər arasında uşağın ad və soyadına razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll olunur. Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci il tarixli 74 saylı qərar var. Qərarın adı belə gedir: "Ad və ata adının, soyadın verilməsi və dəyişdirilməsi qaydalarının təsdiq edilməsi". Nə Ailə Məcəlləsində, nə də qaydalarda bu məsələ həllini tapmayıb”.

Vəkil əlavə edib ki, Ailə Məcəlləsinin 53.3 maddəsinə əsasən, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir:

"Yəni, fərqli də ola bilər, bunu valideynlər müəyyən etməlidir. Bu baxımdan da ona hansısa məhdudiyyətin qoyulmasını məqbul hesab etmirəm”.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordumuzun mövqeləri atəşə tutuldu


Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Hüseynovla bağlı ARAŞDIRMA BAŞLADI... - İDDİA


"Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlu ilə bağlı hüquqi araşdırma başlayıb. Yaxın günlərdə KTN-də kütləvi həbslər baş verə bilər". Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, Anar Hüseynov dövlət büdcəsindən külli miqdarda vəsaitin mənimsənilməsində ittiham oluna bilər: "İttihamın rəsmiləşəcəyi yaxın günlərdə tam bəlli olacaq".

DİA.AZ xatırladır ki, Anar Hsüeynovla bağlı saytımızda yetərincə bilgilər paylaşmışıq...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün marqqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Torpağımı özümə qaytarsınlar…” - Mehriban Əliyevaya müraciət olundu


“Mənim bir qadın olaraq hüquqlarımın bərpa edilməsinə və mülkiyyət hüququmun pozulmasının qarşısının alınmasına öz köməkliyinizi Sizdən xahiş edirəm”
Azərbaycan Respublikası, Bakı şəhəri, Niyazi küç 5 ünvanında yaşayan Quliyeva Şölə Kamil qızı Azərbaycan Respublikasının Birinci xanımı, Azərbaycan Respublikası H.Əliyev adına Fondunun Prezidenti, Vitse-Prezident Mehriban xanım Əliyevaya üzləşfiyi dələduzluq olayıyla bağlı müraciət edib. Surəti mediaya göndərilən həmin müraciəti cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
“Hörmətli Mehriban xanım!
Mən, Quliyeva Şölə Kamil qızı 03.05.1977-ci il tarixində Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam. 2006-cı ildə qardaşım 11.10.1986-cı il təvəllüdlü Quliyev Elnur Kamil oğlu (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA3031876) ilə birlikdə torpaq sahəsi almaq qərarına gəldik. Buna görə də 2006-cı ildə Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlu (050-314-53-33) adlanan şəxsdən hər birimizin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi aldıq. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödədik. İkimizin adına ayrılıqda 6 sot torpaq sahəsi aldığımıza görə hər 6 sot torpaq üçün 36000 (otuz altı min) manat məbləğində pul ödəmiş olduq.
Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 39 saylı 14 aprel 2010-cu il tarixli qərarı da Əliyev Şəmsi Səməd oğlundan öz adıma aldığım Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığındakı 6 sot torpaq sahəsinin mənim adıma olmasını və mənim istifadə hüququmda olduğunu təsdiq edir. Bununla yanaşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 saylı 14 aprel 2010-cu il tarixli qərarı da Əliyev Şəmsi Səməd oğlundan qardaşım Quliyev Elnur Kamil oğlu adına aldığımız Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığındakı 6 sot torpaq sahəsinin qardaşım Quliyev Elnur kamil oğlunun adına olmasını və onun istifadə hüququnda olduğunu təsdiq edir.
Həmçinin nəzərinizə çatdırıram ki, biz torpaq sahəsi alarkən Əliyev Şəmsiyə müraciət etdikdə o sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirdi. Biz də onunla razılaşaraq ikimizə də ayrılıqda 6 sot torpaq sahəsini aldıq.
Bizim bu neçə illər ərzində həmin torpaq sahəsində ev tikməyə və abadlıq işləri görməyə imkanımız olmadığından aldığımız torpaq sahəsində heç bir şey tikə bilməmişdik. Amma həmin ərazidə torpaq sahəmizin olduğunu düşünürdük və əlimizdə imkan olduqda burada abadlıq işləri aparacaqdıq. Lakin 07.02.2021-ci il tarixində həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə bizim aldığımız ərazilərdə yaşayış sahələrinin, evlərin olduğunu müşahidə etdik.
İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndim. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Mənim və qardaşım Quliyev Elnur kamil oğlunun adına aldığımız torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.
Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır.
Bu hadisə ilə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o mənə güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödədiyimiz pulu qaytarmaqdan boyun qaçırmışdır.
Düşünürəm ki, bu torpaq sahəsi üzərində bizim mülkiyyət hüququmuz vardır və bu hüquq Əliyev Şəmsi Səməd oğlu tərəfindən pozulmuşdur. Buna görə də bizim torpaq sahəsi üzərində mülkiyyət hüququmuz tanınmalıdır. Çünki haqqında danışdığımız torpaq sahəsi bələdiyyə və icra hakimiyyətinin sənədi əsasında bizə məxsusdur.
Mən bu məsələ ilə bağlı 08.02.2021-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsəm də, burada 11 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Mən bundan sonra bu qərardan məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət vermişəm. Bu iş hal-hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa mən bu məsələnin araşdırılması ilə bağlı bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etmişəm.
Bütün bunları nəzərə alarqaq bir Azərbaycan qadını olaraq Sizdənxahiş edirəm bu məsələnin müraciət etdiyim orqanlar tərəfindən dəqiqliklə araşdırılmasına nəzarət edəsiniz. Mənim bir qadın olaraq hüquqlarımın bərpa edilməsinə və mülkiyyət hüququmun pozulmasının qarşısının alınmasına öz köməkliyinizi Sizdən xahiş edirəm”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq rektor İbrahim Cəfərov sədri olmaq istədiyi DSK-nı “intihar həddinə çatdıracaq” - İLGİNC İDDİALAR...


Adı hər zaman rüşvət və korrupsiyada hallanan ADAU-nun sabiq rektoru İbrahim Cəfərov Gəncə şəhərinin başçısı Niyazi Bayramova Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova təqdimat yazdıraraq, özünü Gəncədə Dairə Seçki Komissiyasına sədir keçmək isdəyir. Onu da bildirək ki, İbrahim Cəfərov rektor işləməzdən əvvəl də Gəncədə Dairə Seçki Komissiyasının sədri işləyib. İşlədiyi dövrdə tabeliyindəki işçisi olan xamımlardan birinin intiharı xatırlanıb. DSK əməkdaşını intihara sövq edənin məhz sabiq rektor İbarahim Cəfərovun olduğu deyilir. İttihama görə, xanım intiharından əvvəl başına belə bir hadisənin gəlməsində əsl səbəbkarın sabiq rektor İbrahim Cəfərovun olduğunu bildirərək məktub yazıb, günahkar kimi məhz sabiq Dairə Seçki Komissiyasının sədrinin adını qeyd edibmiş. Bu barədə xəbərlər isə elə o zaman gündəmə gətirilibmiş. Lakin, İ.Cəfərov hadisəni əks etdirən informasiyaların qısa zamanda mediadan yığışdırılmasına, digər zəruri jurnalist araşdırmalarının aparılmamasına nail olmuşdur.
2012-ci ilin noyabrında baş vermiş hadisə ilə bağlı yayılan məlumatlardan bəlli olub ki, Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsində yaşamış 33 yaşlı Elnurə Orucova adlı şəxs sirkə turşusu içərək intihar edib. Bildirilirdi ki, sözügedən qadının intiharının əsl səbəbinin əslində gizlədilməsini indi də ehtimal etmək olar. Yəni, hüquq mühafizə orqanları Elnurə Orucovanın Gəncədə yerləşən Dairə Seçki Komissiyalarının birində çalışdığını açıqlasa da, onun intihara niyə və kim tərəfindən təhrik edilməsi sualına, bu intiharın işlədiyi yerlə və rəhbərliyi ilə əlaqəsinin olub-olmamasına cavab tapılmamışdır. Tapılmışdırsa belə, bu nüansın cavabı ictimailəşdirilməmişdir.
İntihar səbəbini əks etdirən məktubun varlığını da iddia edən mənbə ADAU rektoru İ.Cəfərovun bu məsələnin ört-basdır edilməsi üçün bilavasitə canfəşanlıq göstərdiyini qeyd edir. Bu da təbii ki, o zaman və indi şübhələri xeyli artırır.
ADAU –nun sabiq rektoru İbrahim Cəfərov 2013 – cü ildə bu və digər cinayət əməllərinə görə Gəncədə çalışdığı 38 saylı Seçki Dairəsindən uzaqlaşdırmışdırlar.
Maraqlıdır, görəsən, aqrar təhsil ocağında və DSK – da törətdiyi əməllərə görə uzaqlaşdırılan İbrahim Cəfərovu indi hansı göstərdiyi nəticəyə görə MSK – nın sədri Məzahir Pənahov yenidən DSK – nın sədri təyin etmək istəyir? //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azadlığa buraxılan dələduz MTK rəhbəri yenidən həbs edildi – İş böyüyür…


Ötən həftə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun çıxardığı qərar əsasında “Sahil – S İnşaat” MTK-nın sahiblərindən biri Pənah Kərimovun ev dustaqlığına buraxılmışdı.

Reportyor.info-ya verilən məlumata görə, Baş Prokurorluğun protesti əsasında dələduzluğa yol vermiş Pənah Kərimov yenidən həbs olunub.

Paytaxtın Yeni Günəşli qəsəbəsində tikilən binada bir mənzili bir neçə nəfərə satmaqla dələduzluğa yol verənlərdən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması etirazla qarşılanmışdı.

Tikinti fırıldaqçılarını qurbanı olan sakinlər Baş Prokuror Kamran Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciətdə hakimin çıxardığı qərarın qanunsuz olduğunu bildirmişdilər.

Bunun ardınca Baş Prokurorluq şirkətin vəzifəli şəxslərindən olan Pənah Kərimovla bağlı çıxarılmış qərardan etiraz verdi və nəticədə vətəndaşların pulunu mənimsəyən, özlərini küçələrdə qoyan saxtakar barəsində həbs qərarı qüvvəyə mindi.

Təbii ki, bu da aldadılmış sakinlər tərəfindən təqdirlə qarşılandı və Baş Prokurorluğun belə operativ reaksiya bildirməsi müsbət addım kimi dəyərləndirilməkdədir.
Hakim Vüsal Tağıyev haqqı pozulan, ev-eşiksiz qalan, pulu yeyilənləri deyil, dələduzu müdafiə etmişi, azadlığa buraxmışdı. Bu da həm də Ədliyyə Nazirliyinə hüquq-məhkəmə sistemi adına ləkə gətirən hal idi.

Odur ki, “Sahil – s İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması qərarı ləğv olundu və həbsə göndərildi. Bu qərarı çıxaran hakimə də 165 ailə minnətdardır.

Sakinlərin sözlərinə görə, bundan sonra məhkəmə araşdırması dürüst aparılmalı, həm Pənah Kərimov, həm də onunla birlikdə həbs edilən şirkətin əsas sahibi Taley Alaverdiyev haqqında hökm çıxarılmalıdır. Onlar dələduzluğa yol vermiş şəxslərin cəzalandırılmasını xahiş edirlər. Son qərar da insanlarda ümid yaradıb ki,məhkəmə orqanları bu işə laüeyd yanaşmayacaqlar.


Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU VİLAYƏT DƏ ENİŞDƏDİR... - İLGİNC


"AzTU-da narazı salınmış müəllimlər yenidən şikayət etmək fikirinə düşüblər" xəbəri yayıldıqdan sonra Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ondan şikayət edəcək müəllim və professor heyətinin bir araya gələ bilməməsi üçün müəyyən iş aparmağa başlayıb.

DİA.AZ-ın məlumatına görə, bu barədə Faktinfo.az saytına məlumat verən mənbə onu da bildirir ki,rektor və AzTU-da mühüm vəzifədə çalışan yaxın ətrafı Azərbaycan Respublikasının Hesablama Palatasının növbəti həftədən AzTU-da aparacağı kompleks yoxlamadan da ciddi narahat olmağa başlayıb.Bu səbəblə sənədləşmə işində "səliqə-səhman" yaratmaq indi yada düşüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgər atasına oğlunun ölüm səbəbi ilə bağlı OBYEKTİV MƏLUMAT VERİLMİR - NARAZILIQ VAR!


Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Zəngilan rayonu, Xəştab kənd sakini, ikinci qrup əlil Tofiq Musa oğlu Alışov yeganə övladı Musa Tofiq oğlu Alışovun hərbi xidmətdə olduğu müddətdə dünyasını dəyişdiyini və hadisənin üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də ona oğlunun ölüm səbəbi ilə bağlı obyektiv məlumat verilmədiyini bildirib.

"Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər, bir sözlə, oğlum ləyaqətlə xidmət edib"

Övladının 11 fevral 2003-cü il tarixdə dünyaya gəldiyini, 2021-ci ilin iyul ayında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını deyən şikayətçinin sözlərinə görə, oğlu nümunəvi xidmət göstərib, zabitlər onun haqqında daim müsbət fikirdə olublar: "Mən daim onunla əlaqə saxlayır, bir neçə dəfə yanında olmuşam. Hətta hər ay zəruri ehtiyacları belə, evdən göndərilib. Səhv etmirəmsə, sonuncu dəfə avqust ayının 16-sı, ya da 17-si oğluma baş çəkmiş, görüşüb söhbətləşmişik. Həmçinin, oğlumun zabitləri ilə görüşmüş, onun probleminin olub-olmaması ilə maraqlanmışam. Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər. Bir sözlə, oğlum ləyaqətlə xidmət edib. Sentyabrın 10-da isə qardaşım oğlu onun yanına gedib. Qeyd edim ki, mən oğlumun yanına gedəndə o, Beyləqan rayonunda, daha dəqiq desəm, Bolsulu kəndində, qardaşım oğlu getdikdə isə Zəngilan rayonunun Cahangirbəyli kəndində olub. Bir gün sonra, yəni sentyabrın 11-də qardaşım oğlu oğlumun yanından qayıdıb və mənə onun haqqında ətraflı məlumat verib, hər şeyin qaydasında olduğunu, probleminin olmadığını bildirib. Lakin sentyabrın 12-si gündüz saatlarında oğluma 3 dəfə zəng etsəm də o, mənə cavab vermədi. Axşam təxminən, saat 7-8 arası olardı, özü mənə zəng etdi, danışdıq, hal-əhval tutdum. Oğlum "Ata, narahat olma, hər şey yaxşıdır, heç bir problemim yoxdur" dedi. Oğlumla sağollaşdıqdan bir neçə saat sonra, axşam 11-in yarısında həyat yoldaşım dedi ki, bir nəfər səninlə danışmaq istəyir. Həmin şəxslə əlaqə qurduqda "Musa Alışovun atası sənsən?", deyə sual verdi. Cavab verdim ki, bəli. Bu vaxt istər-istəməz həyəcanlandım və nə baş verdiyini soruşdum. Dedi ki, qorxulu bir şey yoxdur, oğlun yaralanıb".

"Onu da bildirim ki, orda oğlumu gətirmək üçün heç maşın da vermirdilər, zabitlər ancaq onu deyirdilər ki, götür apar"

Bundan sonra halının pisləşdiyini, özünə yer tapa bilmədiyini deyən Tofiq Alışov qeyd edib ki, oğlu barəsində məlumat verən şəxs ondan sabah hərbi hissəyə gəlməyi xahiş edib: "Dedim, əgər lazımdırsa bu dədiqə gəlim. Bildirdi ki, yox, səhər gəlib görüşərsiz. Beləcə, səhər oğlumun yanına getdikdə məni morqa doğru yönləndirdilər, dedilər ki, burdadır. Meyitə baxdıqda gördüm ki, oğlum boğazından narın nahiyəsinə kimi yarılıb, sonradan isə tikilib. Onu da bildirim ki, orda oğlumu gətirmək üçün heç maşın da vermirdilər, zabitlər ancaq onu deyirdilər ki, götür apar. Dedim ki, bu övladdır, əsgərdir, toyuq, cücə deyil. Mən bu vəziyyətdə hara və necə aparım?! Əsgər meyitini belə yola salırlar?! Axı, orduya sağlam oğul vermişdim, mənə isə onun ölüsünü qaytardılar. Nə isə oğlumu gətirdik, meyitin yuyulmasında da iştirak etmişəm. Əlinin içi mazutlu idi. Ekspertdən bunun səbəbini soruşduqda dedi ki, analiz götürmək üçündür. Beləcə, oğlumun nəşini Sumqayıta gətirdik, lakin orda şəhidlər xiyabanında dəfn etməyə qoymadılar. Oğlumun cənazəsini gətirən hərbçilər dedilər ki, oğlum özünə qəsd edib. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi bununla bağlı mənə heç nə demədi. Sumqayıtda şəhidlər xiyabanında dəfnə icazə vermədikləri üçün oğlumu məhrum atamın yanında torpağa tapşırdıq".

"Oğlumun hərbi xidməti başa vurmasına 3 ay qalmışdı, indi isə o, yoxdur, nə şəhid adı verirlər, nə də hansı şəraitdə həlak olması ilə bağlı məlumat ala bilirəm"

Hadisənin üzərindən 3 ay keçməsinə baxmayaraq, hələ də oğlunun ölüm səbəbi ilə bağlı dəqiq, obyektiv məlumat verilmədiyini vurğulayan Tofiq Alışov əlavə edib ki, indiyədək ona ekspertiza rəyi təqdim edilməyib: "Dünən(srağagün-red.) Sumqayıt Şəhər Prokurorluğunda oldum, eşitdim ki, baş prokuror Kamran Əliyev sabah (bu gün-red.) ora gedəcək. Ona görə də baş prokurorla görüş üçün növbəyə düşdüm. Qeyd edim ki, ilk dəfə oğlumun dəfnindən 15 gün sonra Hərbi Prokurorluğun əməkdaşları mənimlə əlaqə saxlayıb, orada dindirilmiş, verilən suallara cavab vermişəm. Lakin hələ də oğlumun ölüm səbəbini obyektiv araşdıran, bu barədə dəqiq məlumat verən yoxdur. Oğluma şəhid statusu vermirlər, o zaman desinlər ki, övladım necə ölüb. O, özünə qəsd edə bilməzdi, çünki bunun üçün hər hansı əsas, səbəb yox idi. Deməli, onu qətlə yetiriblər. Əgər belədirsə, onda bununla bağlı araşdırma aparmalıdırlar. Lakin məsələyə əhəmiyyət verən yoxdur. Odur ki, "Hürriyyət" vasitəsiylə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, baş prokuror Kamran Əliyevə müraciət edir, onlardan oğlumun ölüm səbəbinin obyektiv araşdırılmasında yardımçı olmalarını xahiş edirəm. Oğlumun hərbi xidməti başa vurmasına 3 ay qalmışdı, indi isə o, yoxdur. Nə şəhid adı verirlər, nə də hansı şəraitdə həlak olması ilə bağlı məlumat ala bilirəm".

"Hürriyyət"

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO