[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident: “Heç vaxt şübhə etmirdim ki, Xankəndidə Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək”

“Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərib”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
“Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək”, - deyə dövlətimizin başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar
İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident xanımı və oğlu ilə Kəlbəcərdə


Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 hərbçiyə general-mayor rütbəsi verildi - Sərəncam

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Fərid Əlibaba oğlu Əliyevə;

polkovnik Namiq Süleyman oğlu Bayramova;

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibə Qafarova Baş nazirlə regionu müzakirə etdi


Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin sədri, ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son illər ərzində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, ikitərəfli münasibətlərin dərinləşməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyəti vurğulayıb, hər iki ölkə başçısının səfərlərinin əhəmiyyətini qeyd edib.

Söhbətdə müxtəlif sahələrdə əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın əhəmiyyətinə toxunun parlamentin spikeri, Azərbaycan və Xorvatiya xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi fəaliyyətlərin dəstəklənməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Görüşdə parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova, bu ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər edən Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçlə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayıb. O, mövcud parlamentlərarası əlaqələri Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amil kimi qiymətləndirib.

Söhbət zamanı, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolu vurğulanıb, müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin mövcud əlaqələrin dərinləşdirilməsində xüsusi rolu qeyd olunub.

Görüşdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, cari ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri barədə danışılıb.

S.Qafarova deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Ölkəmiz 30 il dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan sülh istəyir və sülhün əldə olunması bütün regionda sabitlik və təhlükəsizliyi təmin edəcək.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Baş nazir Andrey Plenkoviç, ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Xorvatiya ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin önəmini dəqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bütün Azərbaycanın Abşeron yarımadasına DOLUŞMASI... - BELƏ HARA GEDİRİK?

“Rayonda aldığımız maaş dolanışığa çatmırdı. Yoldaşımla ikimiz də işləyirdik, amma qazancımız aylıq xərcləri qarşılamağa yetmirdi. 3 uşağımız var. Hərəsinin bir problemi, xərci… Nə qədər çalışsaq da problemləri həll edə bilmirdik. Ona görə də, ailəliklə Bakıya köçmək qərarına gəldik. Artıq 3 ildir burada yaşayırıq. Gələn kimi ikimiz də işə düzələ bildik. Yoldaşım 700, mən də 400 manat maaş alıram. Elə bildik, hər şey düzəldi. Amma hər ay 300 manat kirayə pulu veririk. Şirvanda öz evimiz var, amma Bakıda kirayə qalmağa məcburuq. Üstəlik, burada hər şey bahadır. Yol puluna, yemək puluna hər ay nə qədər xərcimiz çıxır. Yəni, qazancımız xərcimizi ödəmir. Yenə eyni problemlə üzləşmişik. Bilmirik nə edək, necə edək ki, normal yaşaya bilək. Şirvanda öz evim olduğu halda, gəlib Bakıda kirayə qalıram. Varlıq içində yoxluqdan əziyyət çəkirik. Burada öz evimiz olsaydı, bəlkə hər şey daha yaxşı ola bilərdi. Bu da hazırkı imkanlarımızla mümkün deyil. Ona görə, öz evimizə qayıtmaq barədə də düşünürük. Amma uşaqlar da böyüyüb, burada oxuyurlar. Öz çevrələri, dostları olduğu üçün getmək istəmirlər. Paytaxtın təhsili də kəndin təhsilindən yüksəkdir. Uşaqlarımızın gələcəyi ilə də oynamaq istəmirik. Qalmışıq iki od arasında. Çətin də olsa, yaşamağa çalışırıq. Bizdən sonra qonşularımın da çoxu Bakıya köçüb. Deyəsən, getdikcə kənd camaatının hamısı imkansızlıqdan Bakıya köçəcək. Rayonda normal iş yeri, əməkhaqqı olsaydı, bütün bunları yaşamağa məcbur qalmazdıq…”

Yoxsulluqdan əziyyət çəkən Səadət Quliyeva yaşadığı kənddə iş yerlərinin azlığından, əməkhaqqının aşağı olmasından, Bakıda isə bahalıqdan gileylənir.

Son illərdə kəndlərdən şəhərlərə kütləvi köç başlayıb. Nəticədə, şəhər hədsiz yüklənib, sıxlıq artıb, yaşıllıqlar məhv edilir, yerinə yaşayış yerləri tikilir, kəndlərimiz isə boşalır, kənd təsərrüfatı məhv olur, nəticədə ölkədə kənd təsərrüfatı mallarının bahalaşması baş verir. Kənddən şəhərə köçün yaratdığı bir çox problemləri sadalamaq olar.

Vətəndaşlar böyük köçün əsasında işsizliyin durduğunu deyirlər. Bəs “gündən günə çiçəklənən” ölkəmizdə işsizliyin səbəbi nədir? Niyə rayonlarımızda, kəndlərimizdə işsizlik baş alıb gedir, yerlərdə iş yerləri açılmır?

Rəsmi statistika iddia edir ki, 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Regionlarda qazlaşdırma səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 mlrd. manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyümüş, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub.

Bəs insanlar niyə işsizlikdən şikayətlənir? Onları bu statistika ilə tanış etdikdə “adı var, özü yox”, “varlıq içində yoxluq”, “görünməz imkanlar” kimi müxtəlif fikirlər səsləndirirlər. Göstəricilərə əsasən insanların işlə təmin olunması üçün dövlət əlindən gələni edir. Ancaq təəssüf ki, işsizlikdən əziyyət çəkənlərin sayı durmadan artır.

Mövzu ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, idarəetmə sistemi düzəlmədikcə işsizlik problemi bitməyəcək.

“Uzun illərdir Azərbaycanda bütün iqtisadi məqsədlərin Bakı və Abşeronda cəmlənməsi rayon və kənd əhalisinin şəhərə axın etməsinə səbəb olur. Regionlarda işsizlik problemi böyükdür. Eyni zamanda, mövcud iş yerlərində də maaşlar çox aşağıdır. Bu isə son 30 ildə Bakıya kütləvi axına səbəb oldu. Amma şəhərə axının digər səbəbləri də var. Regionlarda idarəetmənin uzun illərdir bərbad olması, yəni yerli icra hakimiyyəti orqanlarının özünü “padşah” kimi aparması insanlara çox təsir göstərir. Bakıya nisbətən rayonlarda bu vəziyyət daha pisdir. Digər səbəb mədəni infrastrukturun olmamasıdır. Rayonlarda gənclərə uyğun məşğuliyyət yoxdur. Kino, teatr kimi mədəni tədbirlərin olmadığı üçün işləsələr belə, bir müddət sonra oradakı monoton həyatdan sıxıldıqlarına görə Bakıya gələrək həyatlarına rəng qatacaqlarını düşünürlər. Problemin həlli üçün əsas çıxış yolu idarəetmənin dəyişdirilməsidir. Yerli icra hakimiyyətləri ləğv edilməli, seçkili meriya institutları və bələdiyyə institutlarının idarəsinə keçmək lazımdır. Onlar insanlara daha yaxın olacaq, problemlərini dinləyəcək. Bundan sonra addım-addım iqtisadi və mədəni fürsətlər də yaranacaq”.

Müşahidələr göstərir ki, bəziləri həqiqətən işsizlik ucbatından şəhərə köçsə də, bəziləri hər cür imkanı olduğu halda bu imkanları “şəhərli” olmaq üçün geridə qoyub, şəhərə köçürlər ki, özlərini “müasir” hiss etsinlər. Öz mal-qarasından, əkin sahəsindən, evindən, işindən və s. imtina edən insanlar “müasir” olmaq üçün şəhərdə gəlib kirayə qalmağa, daha aşağı əməkhaqqı və ya işsizlik ilə yaşamağa razı olur. Məhz bu cür insanlara görə şəhərin yüklənməsi, bahalaşma kimi problemlər yaranır. Təbii ki, bu insanlar işsizliyə görə gələnlərin az qismini əhatə edir. Onların əksinə olaraq, həqiqətən məcbur qalıb öz doğma yurdunu istəməyərək tərk edən insanlar heç də az deyil.

Problemin daha bir üzü ali təhsilli insanların regionlarda iş tapa bilməməsi ilə bağlıdır. Bu problem onları şəhərə köməndən sonra da izləyir. İllərlə oxuyub, karyera qurmaq xəyalları ilə ali təhsili başa vurur, amma sonda gedib ya ofisiant, ya da satıcı işləməyə məcbur qalır. Bu problemin qarşısını almaq üçün müvafiq sahələr üzrə iş yerlərinin çoxaldılması, yenicə universiteti bitirmiş şəxslərdən 2-3 illik iş təcrübəsi tələb etmək yerinə, onlara təcrübə keçib, işlə təmin edilmələrinə fürsət yaratmaq lazımdır. Bu, həm region, həm də şəhər sakinləri üçün çox vacibdir. Eləcə də heç təhsili olmayan şəxslər işsizliyə məhkum olmamalıdır. Ali təhsilin olmamağı bacarıqsızlıq deyil. Hər kəsin mütləq ki, bacardığı bir iş var. Məhz onların yaşamaq şansını əlindən almaqdansa, yaşatmağa şans yaratmalıyıq.

Ümid edək ki, indi işsizlikdən əziyyət çəkən insanlar bir gün yaşayış yerini dəyişməyə məcbur qalmadan sevdiyi işə sahib olar. Bu cür problemlərin həlli üçün həm dövlət, həm də özəl sektorlar əlindən gələni etməlidir.

Xalqın güzəranı nə qədər yaxşı olsa, dövlət bir o qədər güclü olar. Dövlətin gücü də xalqın xoşbəxtliyinə yönəlməlidir. Xoşbəxtliyimizin qeydinə qalaq!
Pressklub.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş nazirdən XİN-in kollegiya üzvləri ilə bağlı qərar

Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb. Belə ki, Nazirliyin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq" - Nazir

“Bütün faktlara, göstərilən sübutlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ağrılı məqam ondan ibarətdir ki, ərazilərimizin minalanması məsələsini Azərbaycan dövləti daimi olaraq qaldırıb: “Bu faktlar aşkar edilirdi. Laçın yolu üzərində Azərbaycanın tam nəzarəti bərpa edilməyənə kimi Ermənistan bu hərbi cinayətləri intensiv şəkildə davam etdirib. Bunun ağrılı nəticələrinin qarşısının alınması üçün illər çəkəcək. Bütün faktlara, göstərilən faktlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq. Bunun nəyə görə belə olması bəlli suallar doğurur”.(Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto

Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli Qasım-Jomart Kemeleviç,

Hörmətli dövlət və hökumət başçıları,

Əziz dostlar,

İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibətilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Hörmətli həmkarlar,

Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.

2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Əziz dostlar,

Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Təşəkkür edirəm.

Tədbirdə digər dövlət və hökumət başçıları da çıxış etdilər.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövr ərzində müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub.

Sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.

Daha sonra mükafatlandırma mərasimi oldu.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şövkət Mirziyayevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk

Dünyasının Ali Ordenini təqdim etdi.
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Qazaxıstana səfər etdi - FOTO

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.
İlham Əliyev Qazaxıstana səfər etdi - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO