[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt gömrüyündə Ramil Məcidov kimlərə “krışa”lıq edirmiş… - İLGİNC FAKTLAR


1999-cu ildən Dövlət Gömrük Komitəsində yüksək vəzifələrdə çalışan Səfər Mehdiyev 2018-ci ildə bu komitənin sədri təyin ediləndə elə bir “tufan” qopardı ki… Gömrük sistemində rüşvət, korrupsiya və inhisarçılıq olsa, istefa verməyə hazıram. Bir müddət keçəndən sonra belə bir açıqlama verdi: Gömrük sistemində 1 faiz rüşvət olduğunu sübut edə bilsəniz… Sonra özündən əvvəlki DGK sədrlərini ifşa etmək üçün yeni açıqlama verdi… Əvvəlki illərlə müqayisədə neçə 100 milyon artıq büdcəyə pul köçürmüşük… Beləcə, Səfər Mehdiyev özü barəsində az qala NAĞIL danışmağa başladı.
Yeri gəlmişkən, o zaman bəzi millət vəkilləri də Milli Məclisdə Səfər Mehdiyevi tərifləməyə başladı. Bir sözlə, Səfər Mehdiyev özü barəsində MİF yaratmaqla məşğul oldu. Çox təəssüf ki, bir müddət cəmiyyətin müəyyən hissəsi Səfər Mehdiyevin NAĞIL-llarına inanmağa başladı.
Amma… Əmması odur ki, Səfər Mehdiyev gözünü Dövlət Gömrük Komitəsində açmışdı və bütün maxinasiyaları əla bilirdi. Amma müdriklər demişkən, yalanla, o birisinin ömrü 40 gün çəkər. Amma Səfər Mehdiyev unutdu ki, indi sürət əsridir və yalanın ömrü çox uzun çəkmir. Sözün qısası, Səfər Mehdiyev qısa zamanda gömrük sistemini elə günə qoydu ki, səsi ən yuxarı dairələrdən eşidildi.
Təsəvvür edirsiniz, hansı nüfuzlu şəxs Səfər Mehdiyevə deyir ki, oğlumun 300-400 min manat gömrük rüsumu ilə bağlı borcu var. Və Səfər Mehdiyev cavabında bildirir ki, narahat olmayın həll edərik. Yaxud tanınmış şirkətlərdən birinin rəhbəri Səfər Mehdiyevə deyir ki, ixrac etmək istədiyimiz neçə min tonluq məhsulumuzu XAMMAL kimi deyil, HAZIR MƏHSUL kimi sənədləşdir. Problem həll olunur və kimlərinsə cibinə milyonlar, dövlət büdcəsinə isə qəpik-quruş gedir. Yaxud Səfər Mehdiyevin DGK-dakı qohumları gömrük bəyannaməsi adı altında milyonlar qazanır.
Sözün qısası, redaksiyamıza daxil olan məlumata görə, son illər Dövlət Gömrük Komitəsində dəhşətli proseslər baş verirmiş. DGK-nın əsas qurumlarından biri olan Sumqayıt Gömrük İdarəsində də oxşar proseslər baş verib. Məlumdur ki, ölkənin əsas gömrük qapılarından biri olan Sumqayıt gömrüyündən xeyli məhsullar idxal-ixrac olunur. Və “rastamoşka”-gömrük sənədləşdirilməsi zamanı dövlət rüsumu ödənilməli olduğu halda, heç bir rüsum ödənilməyib.
Dövlət rüsumu o deməkdir ki, bu məsələyə kimsənin ƏLİ toxuna bilməz, yəni bu rüsum ancaq dövlətə məxsusdur. Amma Səfər Mehdiyevin qurduğu gömrük sistemində hər şey mümkündür. Möhtəbər mənbədən daxil olan məlumata görə, Sumqayıt Gömrük İdarəsində 2 MİLYON 400 MİN DOLLAR dövlət rüsumu yoxa çıxıb.
Daha doğrusu, 2,4 milyon dollar gömrük rüsumu olan məhsul gömrük sistemindən keçəndə KİMSƏ deyib ki, bu məhsulu buraxın, bu məhsul mənlikdir. Və bu günədək 2,4 milyon dollarlıq gömrük rüsumu ödənilməyib. Bəli, DGK-nın fəaliyyətinə bələd olanlar bilir ki, burada müxtəlif “krışa”lar var.
Hətta deyilənlərdən bəlli olur ki, belə “krışa”lardan biri də o zamanlar Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidovdur. Məlumat üçün qeyd edək ki, Ramil Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçmiş rəisi, Göyçay rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mehdi Səlimzadənin oğludur.
İndi bildinizmi, Səfər Mehdiyevin zamanında büdcədən oğurlanan milyardlar hara gedib..? Bəli, biz araşdırırıq, axtarırıq, ölkə başçısını məlumatlandırmaq üçün əlimizdən gələni edirik. Amma Ramil Məcidovun "krışalıq" edərək gömrük sistemindən yayındırdığı 2.4 milyon dollar birbaşa dövlət büdcəsinə girmək və oradan oğurluq etmək kimi qiymətləndirilməlidir. Ona görə ki, həmin 2.4 milyon dollar gömrük rüsumu dövlət büdcəsindən yayındırıldığı vaxt Ramil Məcidov Baş Prokurorluqda gömrük sisteminə nəzarət edirdi.
Bəli, hal-hazırkı dövrdə Gömrük Komitəsinə rəhbərlik edən Şahin Bağırov bu məsələləri ciddi araşdırmalıdır. Ən əsası odur ki, Sumqayıt Gömrük Komitəsində həmin 2.4 milyon dollar gömrük rüsumu yoxa çıxıb. Məlumatlı mənbə bildirir ki, bu 2.4 milyon dollar o zamankı kurator Ramil Məcidovdadır.
Biz nə bilək bu həmin 2.4 milyon dollar Kürdəxanı bağlarında oynanılan qumarda uduzulub. Gürcüstandan olan hansısa bir ayağı sürüşkən, küçə fahişəsinə xərclənib. Nə bilək, harada axtaraq? Amma bir məsələ var ki, bu gömrük rüsumu dövlət büdcəsindən yayındırılıb. Bütün bu məsələlərin araşdırılması üçün Sumqayıt Gömrük Komitəsinin sədri Coşqun Əhmədzadə ilə əlaqə saxlamağa çalışdıq. Cəhdlərimizə baxmayaraq Sumqayıt Dövlət Gömrük Komitəsindən suallarımızı cavablandırmaq üçün heç kimi tapa bilmədik.
Amma ümid edirik ki, bu tipli məsələlərin araşdırılması üçün həm vaxtımız, həm də imkanımız var. Ona görə də, iki milyon dörd yüz min dollar vergi rüsumunu oğurlayan şəxslərə demək istəyirik ki, nə qədər ki gec deyil aparın pulu qaytarın. Dövlət büdcəsindən oğurluğa görə cəzanın növü çox ağırdır, cənablar.
Bəli, yuxarıda yazdıqlarımızı dəfələrlə xatırlatmaqda məqsədim ondan ibarətdir ki, Dövlət Büdcəsindən oğurlanan hər bir qəpiyin ünvanı bəlli olsun.
Biz inanırıq ki, çox hörmətli Baş Prokurorumuz bu məsələnin araşdırılması üçün müəyyən göstərişlər verəcək. Tezliklə, dövlətə dəymiş zərər ödəniləcək və bu işdə günahkarlar öz layiqli cəzasını alacaqlar. Onu da bildirmək istəyirik ki, Dövlət Büdcəsi ödənilən rüsumlardan və vergilərdən cəmlənir.
Sonda Səfər Mehdiyevin lap sonuncu müsahibəsindən bir fraqment: “Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.
“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli generalalrı günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.
Sonda Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırova, Respublika Prokuroru, çox hörmətli Kamran Əliyevdən xahiş edərdik ki, Sumqayıt Gömrük Komitəsindən itmiş 2.4 milyonun taleyinin araşdırılması üçün göstəriş versinlər.
P.S. Biz bir mətbu orqan olaraq, əlimizdə olan faktları açıqladıq. Bundan sonra araşdırılma istintaq orqanlarının işidir. //21 Saat.orq//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev operativ müşavirə keçirdi


Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev dövlət agentliyinə 4,27 milyon manat ayırdı


Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,27 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqləndi


Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

2. Müəyyən edilsin ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu 5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

5. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841; 2018, № 9, maddə 1840; 2020, № 3, maddə 231) 1-ci hissəsi ləğv edilsin.

6. “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1458) 2-ci hissəsi ləğv edilsin.

7. “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 72, № 6, maddə 1066) 2-ci hissəsi ləğv edilsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident açılışa qatıldı - Fotolar


Prezident İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir.

Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar
Prezident açılışa qatıldı - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev 2 sərəncam imzaladı


Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

***

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubadlı və Cəbrayılda yaşayış binaları tikiləcək - SƏRƏNCAM


“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Qərara əsasən, bundan sonra publik hüquqi şəxs Zəngilan rayonu ilə yanaşı, Qubadlı və Cəbrayılda da əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən hərbi xidmətə növbəti çağırışla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gəlirlərimiz artıb" - Dövlət başçısı


"Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb".

Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

"Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.

Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik", - Prezident İlham Əliyev bildirib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO