[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bağçalarda rüşvət problemi: “Elm və Təhsil Nazirliyi vakant yer çıxara bilmir”


“Bu il bağçalara qəbul elektron qaydada həyata keçirilirdi, amma uşaqların ümumi yerləşdirilməsi zamanı bəzi neqativ hallara da rast gəlindi. Bəzi bağçalara sorğu göndərildiyi halda valideynlərə boş yerin olmaması bildirildi. Bundan əlavə olaraq, müəyyən ərazilərə isə demək olar ki, bağçalar üzrə boş yer çıxarılmadı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bildirib ki, bu problemlər səbəbindən bir çox azyaşlı uşaqlar prosesdən kənar qaldılar:
Bağçalarda rüşvət problemi: “Elm və Təhsil Nazirliyi vakant yer çıxara bilmir”

“Hesab edirəm ki, bu istiqamətdə problemlərin yaranmaması üçün bağçaların sayı bir qədər artırıla bilər. Eyni zamanda, elektron qaydada qəbul həyata keçiririksə, prosesə daha şəffaf nəzarət etmək lazımdır. İlk növbədə konkret müvafiq vakant yerlər çıxarılmalıdır. Çünki bilirik ki, hər il 100 min nəfərdən çox birinci sinifə gedən uşaqlar var. Bağçalarda təhsil alanlar da qarşıdakı illərdə məktəb yaşlarına çatırlar və onların da yeri boş qalır. Təəssüflər olsun ki, o boş qalan yerlərə də əvvəlki qaydada, yəni necə ki, icra hakimiyyətlərinə tabe olduqları dövrdə bağça müdirləri və orada çalışanlar öz qohumlarını, tanışlarını rüşvət və korrupsiya əsasında qeydiyyata aldılar. Nəticədə həmin yerləri Elm və Təhsil Nazirliyi vakant yer kimi çıxarda bilmir”.
“Düşünürəm ki, biz bu istiqamətdə iş aparırıqsa, o zaman konkret hər bir bağça müdiri yenidən təyin olunmalı və onun hər il boş yerlər çıxarılması ilə bağlı nazirliyə hesabatlılılğı olmalıdır. O boş yerlər əsasında da daha şəffaf qaydada qəbul aparılmalıdır. Bundan əlavə qeyd edim ki, bağçaya yerləşmə ilə bağlanan yaranan digər problem isə ondan ibarətdir ki, vətəndaş yaşadığı ərazini deyil, daha uzaq yeri seçir ki, bunun özü də yolverilməz haldır. Belə olduğu halda uşaq kənarda qalır. Çünki konkret yaşadığı ərazilər üzrə qeydiyyatdan keçdikləri zaman əlbəttə uşaqların yerləşdirilməsi daha müsbət nəticələnə bilər”, - deyə ekspert sonda qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Frayburq” və “Qarabağ”ın start heyətləri AÇIQLANDI


“Qarabağ” Avropa Liqasının G qrupunun ilk turunda “Frayburq”la qarşılaşacaq.

Hər iki komandanın start heyəti açıqlanıb:

“Frayburq”: 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Əmrullayev getdikcə Hacıbala Abutalıbova bənzəyir...


Bakının sabiq meri Hacıbala Abutalıbov mənim yaddaşımda qeyri-adi jestləri, səmimi davranışları ilə qalıb. Hacıbala müəllimin boyundan böyük olan kresloda əyləşdiyi dövr yaxın keçmişə aid olduğu üçün çoxumuz həmin illəri yaxşı xatırlayırıq. Keçmiş mer hər dəfə ağzını açanda jurnalistləri azı bir həftəlik mövzu ilə təmin edirdi. Qışda Bakı küçələrində su dizə çıxanda Hacıbala Abutalıbovun sayəsində mövzu xirtdəkdən olurdu. Zarafat deyil, adam neçə ildi vəzifədən gedib, amma hələ də xatırlanır. Maraqlısı isə odur ki, Bakının anasını ağlatdığına görə qəzəblə xatırlamalı olduğumuz adamı təbəssümlə xatırlayırıq...

Jurnalist dostlarımdan biri danışır. Çoxdanıncı illərdə, yəni Hacıbala müəllim meriyanın yolunu tanımayanda, Sabuncu rayonunda icra başçısı işləyəndə onu reportaj hazırlamaq üçün qəbul otağına dəvət edir. Həmkarım yaddaşına güvəndiyi üçün əminliklə deyir ki, qəbula gələn ilk vətəndaş cavan gəlin idi. Üstəlik, tək olmayıb, bir yaşlı oğlunu da özü ilə gətirib. Hacıbala müəllim ana ilə oğlunu qapının ağzında qarşılayıb. Əvvəl uşağın toppuş barmaqlarından öpüb, amma bununla da ürəyi soyumadığı üçün masanın üstündəki taxta peçenyedən ikisini gətirib uşağa verib. Sonra nə fikirləşibsə, bu dəfə balacanın toppuş yanaqlarından öpüb.

Həmkarım diqqətli adam olduğu üçün ən azı 20 il əvvəl baş vermiş bu hadisəni olduğu kimi yadda saxlayıb. Deyir ki, zavallı qadın öpülmək növbəsinin ona çata biləcəyindən ehtiyatlandığı üçün bir addım geri çəkilib..

Nəhayət, şikayətçi dərdini anlatmağa macal tapıb. Məlum olub ki, evlərinə su damır. Həyat yoldaşı yataq xəstəsi olduğu üçün damı düzəltməyə imkanları yoxdur.

Həmkarım and-aman edir ki, Hacıbala müəllim qadının sözünü tamamlamasına imkan verməyib. Qəfildən yerindən sıçrayacaq, körpənin başının üstünü kəsdirib. Bu dəfə cibindən çıxardığı təmiz dəsmalla uşağın burnun fırtığını silib. Şikayətçi gedəndə isə masanın üstündəki qənd qabından bir ovuc konfet götürərək, təkrar uşağa yaxınlaşıb. Səliqə ilə soyduğu saçaqlı konfetlərdən birini uşağa verib, qalanlarını isə balacanın cibinə doldurub.

Qəbul başa çatandan sonra jurnalist həmkarım belə deyib: "Hacıbala müəllim, axı o zavallı qadının problemi həll olunmadı..."

Abutalıbov tövrünü də pozmayıb: "Problemləri həll etmək mənlik deyil. Mənim işim vətəndaşları xoş üzlə qarşılayıb xoş üzlə də yola salmaqdır".

Ruslarda maraqlı bir söz var, tərcüməsi təxminən belədir: "Müqəddəs yer boş qalmır".

Hacıbala Abutalıbov hakim komandanı tərk etsə də, şükür, yeri boş qalmayıb. Gənc və perspektivli Elm və təhsil naziri Emin Əmrullayev onu uğurla əvəz edir. Məsələn, ixtisasca hüquqşünas olan Kənd təsərrüfatı naziri İnam Kərimov xaricdən biri 5-6 min manata alınan on inəkdən səkkizinin qısır qaldığını heç vaxt dilinə gətirməz. Amma səmimi Elm və təhsil naziri orta məktəblərdə dərs keçilmədiyini və bu üzdən də milyonlarla manat büdcə vəsaitinin havaya sovrulduğunu da rahatlıqla dilə gətirir.

Yaxud siz heç vaxt Ali Məhkəmənin sədrinə sübut edə bilməzsiniz ki, Azərbaycanda bəzi hakimlər savadsızdır, üstəlik, şəxsi mənafe naminə qərəzli hökm çıxarır, ölmüş adamın "ifadəsi" əsasında sağlam adamı həbsxanaya göndərirlər. Amma Elm və təhsil naziri bu gün bəyan etdi ki, Azərbaycanda bəzi müəllimlər savadsızdır, hətta o qədər savadsızdır ki, şaftalı sözünü düzgün yaza bilmirlər. .

Siz Səhiyyə naziri Teymur Musayevin nə vaxtsa həkimləri demirəm, tibb bacılarının xəstələrdən rüşvət aldığını etiraf edəcəyini gözləyirsinizmi?

Ağılınızın ucundan da keçirməyin. Amma hörmətli Elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl orta məktəblərdə pul yığıldığını etiraf etmişdi. Hansı ki, bu barədə heç ona sual verən də olmamışdı...

Bəli, Emin Əmrullayev Azərbaycanda ən səmimi nazirdir. Di gəl ki, mövcudluğunu etiraf etdiyi heç bir problem həllini tapmır. Problemləri həll etməyin yolu səmimiyyətdən deyil, qətiyyətdən keçir. Azərbaycana səmimi deyil, prinsipial Elm və təhsil naziri lazımdır...Seymur VERDİZADƏ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Britaniya kraliçası vəfat etdi - YENİLƏNİB


Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.

Bu barədə TASS Bukinqem sarayına istinadən xəbər verir.

Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.

1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.

Britaniya və dünya tarixinin çox geniş dövrü II Yelizavetanın hakimiyyəti dönəminə düşüb.

Belə ki, onun dövründə Britaniya İmperiyasının dağılması və onun Millətlər Birliyinə çevrilməsi, dekolonizasiya prosesi, soyuq müharibə, insanın kosmosa çıxması, Aya eniş, televiziya və internetin meydana çıxması, Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) girişi və ondan çıxışı, Şimali İrlandiyada uzun sürən etno-siyasi münaqişənin həlli, Folklend müharibəsində qələbə, Böyük Britaniyanın İraq və Əfqanıstan müharibələrində iştirakı, 2008-ci ilin maliyyə böhranı, Şotlandiya müstəqillik referendumu, koronavirus pandemiyası və s.

Birləşmiş Krallıqdakı Ülyahəzrətin tam titulu belədir: “Ülyahəzrət İkinci Elizabet, Allahın lütfü ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və onun digər krallıq və mülklərinin Kraliçası, Birlik Başçısı, inancın qoruyucusu”.

18:25

Britaniya kraliçası II Elizabet Şotlandiyadakı Balmoral sarayında həkim nəzarəti altındadır.

Bu barədə Bukingem sarayının məlumatında deyilir.

"96 yaşlı kraliça həkim nəzarətinə götürülüb. Bu səhər əlavə qiymətləndirmədən sonra Kraliçanın həkimləri Əlahəzrətin səhhətindən narahatdırlar və ona tibbi nəzarət altında qalmasını tövsiyə etdilər. Kraliça aağdır və o, Balmoralda qalır.
Bütün dörd övladı, Şahzadə Çarlz, Şahzadə Anne, Şahzadə Endryu və Şahzadə Edvard onun yanındadır", - rəsmi açıqlamada bildirilib.

xxx

17:59

Böyük Britaniya kraliçası II Yelizaveta vəfat edib.

Bu barədə “Guardian” qəzeti yazıb.

Kraliçanın 96 yaşı var idi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Leyla Medical Center"də ÖZBAŞINALIQ: "Bu qədər laqeydlik və insafsızlıq olmaz" - ŞİKAYƏT


“Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim”.

Yenicag.az xəbər verir ki, Arzu Muradova adlı şəxs “Leyla Medical Center”də üzləşdiyi laqeydlik və özbaşınalıqdan şikayətlənərkən deyib.

Onun sözlərinə görə, həmin xəstəxanada xəstələrə qarşı kobud rəftar və həkim laqeydliyi hökm sürür:

“Pediatr Nigar Namazovanın əsəbləşmiş xəstənin babası ilə çox qeyri-etik formada kobud danışığına şahid oldum. Bizi qəbul etdikdə (artıq biz 45 AZN ödəmişdik) 39.2 və kəskin baş ağrısı ilə apardığım oğlumun hərarətini termometrlə ölçüb öncə 37.5, daha sonra üç dəfə ölçdükdən sonra 38.5 qeyd etdilər. Təkidlə civəli “dədə-baba” termometrdən istifadə edilməsini istəsəm də, o boyda klinikada tapılmadı. Daha sonra bildirdilər ki, cibinizə uyğundursa, sistem köçürə bilərik. Yalnız sistem köçürülməsi haqqı dərmansız (təxmini 30 AZN dərmanlar) üç saat çəkəcək və bu xidmət 100 manat civarında olacaq. Əgər sistem istəməsək, iynə vura bilərlər. Həmin iynəni təcili tibbi yardımı xəstəyə ödənişsiz vurur.

Sistemin baha olduğunu söylədikdə iynəni vurdular. Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim. Baxmayaraq ki, içəri daxil olmadan öncə bizdən qəbul haqqı almışdılar. Gecə vaxtı halsız olan uşağımın 15 dəqiqə uzanması üçün şərait yaradılmadı. Həkimin sözlərinə görə, uşağı uzandırmaq üçün yatışa icazə olmalıdır və COVID-19 analizi verməlidir. Yəni şəhərin mərkəzində olan boş xəstəxanada iki gün qusma, qaytarma və qızdırmadan heydən düşmüş huşsuz uşaqla dəhlizdə durmalıyam.

Onu da qeyd edim ki, Nigar Namazova adlı pediatr nə bir resept, nə də bir məsləhət verdi. Mənə dedi ki, evdəki dərmanları istifadə edərsiniz. Uşağın qızdırması qalxsa, təcili tibbi yardım çağırıb qızdırmasını salarsınız. Üstəlik, sistem etdirmədiyim üçün mənə kağız da imzalatdırdılar. Bir uşağa, bir anaya və ən əsası, Azərbaycan vətəndaşına qarşı bu qədər laqeydlik və insafsızlıq olmaz”.


Yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimovun kadrları MEYDAN SULAYIR... - İTTİHAM VAR!


Gundem.media bildirir ki, Azerinfo.media xəbər portalına bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi işçilərinin verdiyi məlumata görə, "artıq Mərkəzimizə 2 aydır direktor təyin olunmuş qeyri-peşəkar, ağacların cinsini tanımayan və bir sözlə, meşədən anlayışı olmayan Nəsimi Nəsirovu gətirib direktor təyin ediblər..."

Daha sonra narazı işçilər qeyd edir: "Bu şəxs, biz və digər işçilərin bəzilərin "işdən çıxma" barədə ərizərimizi alıb, elə işçilər də var ki, ərizə verməkdən imtina ediblər və Nəsimiyə "sən bizi işə götürmüsən ki, bizi də işdən çıxartmaq istəyirsən?!.
Sənin bu əməlin Əmək Məcəlləsinin maddələrinə ziddir"-deyə, bildiriblər.

Adlarını çəkilməsini istəməyən işçilərin verdiyi məlumata görə, Nəsimi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin İşçilərinə bildirir ki, mən öz komandamı yığıb onlarla işləyəcəm, kimi istəsəm işdə saxlayacaq, istəməsəm isə ərizəsin alıb yola salacam.
Direktor mənəm və mən qərar verirəm.
Vəsssəlam"

Qarşı tərəfi dinləməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqləndi


Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

2. Müəyyən edilsin ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu 5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

5. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841; 2018, № 9, maddə 1840; 2020, № 3, maddə 231) 1-ci hissəsi ləğv edilsin.

6. “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1458) 2-ci hissəsi ləğv edilsin.

7. “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 72, № 6, maddə 1066) 2-ci hissəsi ləğv edilsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib - İTTİHAM VAR!


Haqqında bəhs edəcəyimiz Şəki Rayon Mərkəzi Xəstəxanası ( RMX) barəsində qısa məlumat verək. Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. Uzun illər, daha doğrusu, 2010-2017-ci illərdə Məcid Əliyev Şəki RMX-nin baş həkimi vəzifəsində çalışıb. Məcid Əliyev baş həkim olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, mediada yayılan məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb. Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən bir soruşan olmadı ki, o boyda yeyintiyə, mənimsəməyə görə, vəzifəsindən azad edilən, az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında özbaşınalığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın.
Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..? Məcid Əliyev elektrik generatotu almaq , hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayrıdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb. Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. İndi gördünüzmü, Məcid Əliyevin Vüqar Qurbanovla dostluğu sarsılmaz imiş.
Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Şəkidəki kənd xəstəxanaları sanki XVIII əsrdən qalıb, heç birində müasir şərait yoxdur. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır.
Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 manat aylıq alır. Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. Bəli, Məcid Əliyev işçiləri işdən çıxardığını deyir və istədiyini alandan sonra onları yenidən işə bərpa edir. Bütün bu yazdıqlarımız Məcid Əliyevin Zaqatala və Şəki səhiyyəsində törətdiyi əməllərin cüzi bir hissəsidir.
Sözü qısası, Məcid Əliyev səhiyyə adına, həkim adına ləkə olan birisidir. Və biz media qurumu olaraq Məcid Əliyevin əməllərini sonadək araşdırıb dövlət orqanlarının nəzərinə çatdıracağıq. Qoy haqq-ədalət öz yerini tapsın. Media adından Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edirik ki, Məcid Əliyev kimi işbazları səhiyyə sistemindən uzaqlaşdırsınlar.
P.S. Məcid doktor yazılanlara əgər şübhən varsa, Zaurdan aldığını qaytar özünə, daha o birilərini demirəm. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim evimə sayğac qoymaq istəmirlər" - GİLEY

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Əliağa Vahid 4. Ünvanda yaşayan Əsədov Abı Əsəd oğlu tərəfindən Prezident İlham Əliyevə, Energetika naziri cənab P,Şahbazova, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Balababa Rzayevə, Ombudsman Aparatı rəhbərinə kütləvi informasiya vasitəsi ilə “Azərişıq” ASC- tərəfindən oğlunun evinə elektrik sayğacının qoyulması üçün qanunsuz tələb edilən 300 manatı ödəmədiyinə görə sayğacla təchiz edilməməsi barədə müraciət ünvanlayıb.

Gundem.media Aktualinfo.org-a istinadla vətəndaş Abı Əsədovun müraciətini olduğu kimi təqdim edir.O, yazır:

Mən, 1990-cı ildən Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayır və həmişə təsərrüfatla məşğul olub ailəmi dolandırıram. Həmişə də kommunal xidmətlər istifadə etdiyimə görə vaxtı-vaxtında ödəmələrimi qanuna müvafiq formada həyata keçirmişəm. Qaz və elektrik sayğaclarında istehlak etdiyim qədər ödəmələri yerinə yetirmişəm. Budur, oğlum üçün də qonşuluqda 10 sot torpaq sahəsində tikdiyim evə çıxarış almışam. Elektrik sayğacının qoyulması üçün Sumqayıt ASAN xidmətə müraciət etdim. Bildirdilər ki, 166 manat rüsum keçirmək lazımdır. Əgər “Azərenerji” mənsubları icazə versələr. Təqdim etdiyim sənədlərə isə “Azerenerji” yetkililəri bildirmişlər ki, sənin çıxarışında döngə nöqtələri qeyd edilən yerə uyğun gəlmir. Təzədən Xırdalan şəhərinə gedib çıxarış verilən idarəyə müraciət etdim. İki əlavə sənəd verdilər. Dedilər ki, yalan deyirlər hər şey öz qaydasındadır. Sənin çıxarışında ərazı döngə nöqtələrinə uyğun verilib. Bu bir bəhanədir. Mən yenidən ASAN xidmətə gəldim. Orada da dedilər ki, gərək sən “Azərenerji” nümayəndələri ilə hesablaşasan.

İcazə verslər biz də sənədləşdirərik. Mənimlə ASAN xidmətdə operatorun vasitəsilə telefon əlaqəsi saxlayan nümayəndə bildirdi ki, bəli 166 manat bu dövlət büdcəsinə keçir bir sayğaca görə , qalan pulu da ( yəni , 134 manatı) Azərenerjiyə keçməsi üçün bizə verməlisən. Mən razılaşmadım. Odur ki, işim yarımçıq qaldı. Mənə sayğac qoymaq istəmirlər. Elə başa düşürəm ki, Sumqayıt “ASAN xidmət”lə “Azərenerji” ASC əməkdaşları birlikdə vətəndaşlara qarşı belə bir qurama maxinasiya qurub pul qazanmaq istəyirlər Bunun başqa adı yoxdur. Mən adi TIR sürücüsüyəm. Tez tez xarici ölkələrə səfər edirəm. Vaxtım olmur. Amma bu bürokratlar məni incidirlər.

Odur ki, yalnız Prezidentdən köməklik gözləyirəm. Yoxsa başqa heç kim məni bu süründürməçilkdən qurtarmaz. Bu dövlət qurumları hamısı bir birilə əlbir işləyib mənim kimi sadə və kasıb vətəndaşın hesabına pul qazanmaq istəyirlər. Və əldə etdikləri qanusuz gəlirləri manat manat öz aralarında bölüşürlər. Bu bir korrupsiya mexanizmidir . Xahiş edirəm mənim evimə elektrik sayğacının qoyulması üçün təqdim etdiyim sənədlər üzrə iş icra etsinlər.

“Azərişıq” ASC-nin əməkdaşlarının özbaşnalığına son qoyularaq mənim evimə olan elektrik sayğacı quraşdırılsın.Sağ olun.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskva Gürcüstan ssenarisini Ermənistana daşımaq istəyir - Ermənilərin yeni “xilaskarı”


44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ardıcıl olaraq, addım-addım Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağdakı ərazisi üzərində tam suverenliyini bərpa etməyə çalışır. Eyni zamanda, Bakı bu istiqamətdə uğurlu diplomatik addımları bəzən, ehtiyac yarandıqda “yumşaq güc”dən ehtiyatla istifadə etməklə birləşdirir.

Ən azı müharibə başa çatdıqdan sonra ikinci ilin sonunda Qarabağda yaşayan etnik ermənilər Azərbaycan dövlətinə yenidən inteqrasiyanın qaçılmazlığını tədricən dərk edirlər. Görürlər ki, Bakı sözdə deyil, əməldə onlara bir vaxtlar münbit olan torpağın tənəzzülünə və viran qalmasına səbəb olan 30 illik Ermənistanın diktaturası dövründə olduğundan daha yaxşı həyat şəraiti təklif edir.

Xüsusilə, sosial şəbəkələrdəki məlumatlara əsasən, Qarabağ erməniləri Ermənistanla nəqliyyat əlaqəsi üçün Azərbaycan hökumətinin onlar üçün çəkdiyi yeni magistralın keyfiyyətindən məmnundurlar.

Eyni zamanda, Azərbaycan təkcə bu yolu deyil, Qarabağ ermənilərinin istəklərini nəzərə alaraq, qısa müddət ərzində marşrutu Ermənistanla sərhəddəki keçmiş magistral yolu ilə birləşdirəcək daha 5 kilometrlik müvəqqəti hissəni çəkdi. İrəvan isə bu müddətdə öz üzərinə düşən ərazidə hələ işə də başlamamışdı.

Sərsəng su anbarının sərvətlərindən birgə istifadə üçün azərbaycanlı hidroloqların erməni mütəxəssislərlə görüşləri proseslərin inkişafının müsbət istiqamətinə daha bir addım oldu.

Amma, görünür, Qarabağda 30 illik hərbi xunta idarəçiliyindən sonra bölgəni sivil dünyadan təcrid edən erməni diasporuna və onun dünya siyasətinin müxtəlif mərkəzlərindəki nüfuzlu himayədarlarına dinc həyatın bərqərar olması sərf etmir.

Bəziləri çoxdan “ölmüş” ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışır. Digərləri, görünür, başqa yol tutmaq, sülh prosesini pozmaq üçün kapitaldan istifadə etmək qərarına gəliblər.

Birdən-birə “vətənpərvərlik” və “milli həmrəylik” hissləri oyanmış erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda peyda olmasını belə qiymətləndirmək lazımdır. Qarabağ ermənilərini səfalətdən çıxarmaq üçün otuz il ərzində heç bir iş görməyən Vardanyan birdən-birə onları xatırlayaraq, Moskvadakı dəbdəbəli həyatı tərk etmək, Rusiya vətəndaşlığından imtina etmək və hərbi əməliyyatlar təhlükəsinin hələ də qaldığı əraziyə köçmək qərarına gəlib. Vardanyan təmtəraqla qondarma "Artsax Təhlükəsizlik və İnkişaf Fondu"nun təsis edildiyini elan etdi və sərvətinin bir hissəsini ona bağışladı.

Bütün bunlar Qarabağı regionda gərginlik mənbəyi, onu orbitində saxlamaq üçün regionda növbəti təxribatlara tramplin kimi saxlamağa çalışan Rusiyanın, Kremlin müəyyən siyasi dairələrinin pərdələnmiş ssenarisinə çox oxşayır. Eyni zamanda, Vardanyan üçün Qarabağda “uğurlu hekayə” təqdim edə, bu qüvvələr onu Ermənistanın lideri postuna da yüksəldə, bununla da, nəhayət, indiki rəhbərlik altında İrəvanın Qərbə rəvan və ehtiyatlı dönüşünün qarşısını ala bilər.

Rusiyanın Cənubi Qafqazda maraqlarını təbliğ etmək üçün siyasətə oliqarxların daxil edilməsi texnologiyası yeni deyil. Bir vaxtlar Gürcüstanda bu model uğurla sınaqdan keçirildi, o zaman ictimai əhval-ruhiyyəni dəyişmək üçün Rusiyada milyardlarla sərvət qazanmış və hələ də “Qazprom”un səhmdarları arasında qalan oliqarx Bidzina İvanişvilinin “vətənpərvər” imicini təbliğ etmək layihəsinə start verildi. Məhz İvanişvilinin Gürcüstan siyasətində dominant fiqura çevrilməsindən və prosesləri (bu gün də kölgədən) idarə etməsindən sonra bu ölkənin Avropaya inteqrasiyası prosesi xeyli səngidi. Xarakterikdir ki, Rusiya-Ukrayna müharibəsində rəsmi Tiflis Ukraynanı dəstəkləməkdən qəti surətdə çəkinir və eyni zamanda, anti-Rusiya sanksiyalarından da məsafə saxlayır.

Ola bilsin ki, rusiyalı siyasi texnoloqlar Vardanyana arxalanaraq Qarabağda oxşar ssenari üzərində işləyirlər. Aydındır ki, ona burada sönən aqressiv separatizm alovunun alovlandırıcısı rolu verilir. Vardanyan Qarabağda erməni silahlı millətçiliyinə yeni nəfəs verməyə, “Artsaxın müstəqilliyi” illüziyasına sarsıdılmış inamı bərpa etməyə, separatizm ideyalarına inamını itirərək, bölgəni tərk etməyə başlayanların qarşısını almağa çalışır. Əsas məqsəd Azərbaycanın bir parçası kimi firavan yaşamanın alternativinin olmadığını anlamağa başlayanların qarşısını almaqdır.

Vardanyana həm də erməni diasporunun Qarabağa maliyyə yardımını birləşdirmək vəzifəsi həvalə olunub. Axı 44 günlük müharibə bir çox həqiqətləri, o cümlədən Qarabağdan olan Ermənistanın kleptokrat liderlərinin və separatçı rejimin özünün uzun illər ermənilərin xaricdən göndərdiyi yardımları sadəcə olaraq oğurladığı həqiqəti üzə çıxardı.

İndi Vardanyan bu yardımı bərpa etməyə çalışacaq. Təsadüfi deyil ki, Qarabağdakı erməni separatizminin yeni “xilaskarı” qədim çinarın yarpaqları altında Qarabağda öz ambisiyalarını yüksək səslə bəyan etdikdən sonra, dərhal Fransaya, bu ölkədəki diaspor rəhbərləri ilə görüşə yollandı. Məlumdur ki, dünyada ermənilərin ən böyük icması məhz Fransada yerləşir.

Amma əgər Vardanyan və onun himayədarları Azərbaycanın “Artsaxın müstəqilliyi” və ya Qarabağ ermənilərinin “miatsumu” ideyalarının “ana Ermənistan”la reinkarnasiyasını düşünəcəyini ciddi şəkildə gözləyirlərsə, o zaman dərindən yanılırlar. 44 günlük müharibənin nəticələrini müəyyən edən sazişdən imtina etmək cəhdləri, hərbi qisas qətiyyətlə yatırılacaq.

Avqustun əvvəllərində keçirilən “Qisas” anti-terror əməliyyatı isə Azərbaycan Ordusunun gücünü və qüdrətini, milli təhlükəsizliyə təhdidləri beşiyindəcə dayandırmaq əzmini göstərdi. Azərbaycan göstərdi ki, ərazidə Rusiya sülhməramlıları olsa belə, heç bir təxribat cavabsız qoyulmayacaq.

Buna görə də revanşistlərin rus hərbçilərinin arxasında gizlənməklə Azərbaycan əsgərlərinə hücum planı tamamilə iflasa uğradı. Azərbaycan ordusunun cavabı asimmetrik və sarsıdıcı oldu.

Odur ki, Vardanyan və ermənilərin lideri olduqlarını iddia edən digər fiqurlar yaxşı düşünməlidirlər. Əgər doğrudan da xalqına yaxşılıq etmək istəyirlərsə, xeyriyyəçiliklə məşğul olsunlar, siyasətə qarışmasınlar.

Azərbaycan dövləti isə Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarının hüquq və təhlükəsizliyinin qayğısına özü qalacaq. 44 günlük müharibə göstərdi ki, heç bir xarici qüvvə Azərbaycan rəhbərliyinin siyasətinə təsir göstərə bilmir. Azərbaycanla Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsi isə üçüncü qüvvələrin istənilən hərbi müdaxiləsinin qarşısını alacaq qarantdır. //AYNA//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO