[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident


“Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Bunu Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı deyib.

“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”, - deyə dövlət başçısı qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu abidənin yanında düşmənin səngəri yerləşirdi" - İlham Əliyev


"Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir".

Bunu Prezident İlham Əliyev bu gün Füzuli rayonuna səfəri zamanı etdiyi çıxışında deyib.

"Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur", - deyə o bildirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı Şuşaya getdi


Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev yeni komissiya YARATDI


Prezident İlham Əliyev "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.

Sərəncam təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi məqsədilə imzalanıb.


Sənədə əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası yaradılıb:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.

Nazirlər Kabineti Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı


Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirliyin məlumatında qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir BQXK-nı Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI


Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri, habelə Ermənistanın təxribatı nəticəsində meydana gəlmiş vəziyyət və BQXK-nın mümkün dəstəyi barədə fikir mübadiləsi aparılıb.

Nazir BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, 3800-dən çox azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini vurğulayıb. BQXK Prezidenti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa daim açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə edib. Son gərginləşmədən sonra bölgədə fəal surətdə tərəflərlə təmasda olduğu və ölkəmiz tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirib.

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
XİN-dən İrana CAVAB


Məlum olduğu kimi, Azərbaycan Respublikası özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir.

Bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva son dövrlərdə İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlərinə münasibət bildirərkən deyib.

“Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiya təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir”, - Leyla Abdullayeva qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycanla Vyetnam arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib” - Prezident

Prezident İlham Əliyev Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə vyetnamlı həmkarı Nquyen Suan Fuka təbrik məktubu göndərib.

Təbrik məktubunda iki ölkə arasında əlaqələrin uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatdığı bildirilir.

Azərbaycanın Vyetnam ilə münasibətlərə böyük əhəmiyyət verdiyinin vurğulandığı təbrikdə deyilir: “Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar olduğunu qeyd edən dövlətimizin başçısı inandığını bildirib ki, “dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO