[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, həmçinin dövlət qurumları, özəl müəssisələrinin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib.

O, 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib:

“Müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb. Təqdim olunan layihələrin 46-sı rayon ümumtəhsil məktəblərinin payına düşür. 113 layihəni 200 şagird təqdim edəcək. 26 fərdi, 87 kollektiv layihədir".

Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr verilib.

Əmrə əsasən, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, 14 ildir bu vəzifədə çalışırdı.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Mənşur Gülməmmədlinin 14 illik fəaliyyəti müvafiq qurumlar tərəfindən təftiş olunur.

Maraqlıdır ki, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru bir neçə il əvvəl mülki aviasiyadakı xidmətlərinə görə “Şərəf” nişanı və pul mükafatı ilə təltif olunmuşdu. Təqdim etdiyimiz bu şəkillər o təltifin yadigarlarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının 110 min manatlıq yolu...


Ağcabəd irayon Taxtakörpü ərazisindəki Canavarlı obasından Qara ağac oobasına 3 km uzunluğunda yol çəkilməliydi...

Biz çəkilməliydi, yazırıq, əslində sənədlərə görə bu yol çəkilib və 3 km-lik bu yola nə az, nə çox, 109000 pul ayrılıb. Amma şəkillərdən də görünür ki, bu yola 110 min manatın 10 faizi belə sərf edilməyib.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçınlılar üçün salınan “Qayğı” qəsəbəsindən Poliqon-a daxil olan şikayət məktubunda bildirilir ki, Taxtakörpü ərazisindəki Canavarlı obasından Qara ağac oobasına 3 km uzunluğunda yol çəkilməliydi və bu yolun elan olunan tender satışından da məlum olur ki, yolun çəkilişi üçün 109 291 manat ayrılıb. Lakin Laçın rayon İcra Hakimiyyəti ancaq yolun bir hissəinə çınqıl tökməklə kifayətlənib.

Sakinlər bildirirlər ki, ayrılmış vəsaitə Qara ağac obasında cəmi 300 metr ara yol çəkiblər. Bunun üçünsə 4 gün ərzində yola 70 maşin çınqıl tökülüb.

Sakinlər qeyd edirlər ki, bir maşın çınqıl Ağcabədidə 130 manata satılır və bu halda yola çəkilən xərc də cəmi 9100 manat edir. Əlavə 300 metr xam yola da çınqıl tökülüb. İndi isə həmin ərazidə çınqıldan əsər belə qalmayıb.

Şikayətçilər həmçinin onu da bildirirlər ki, sakinlər qapılarına öz pullarıyla çınqıl tökdürüblər. Lakin icra hakimiyyəti həmin çınqılları da sənədləşdirərək öz adlarına çıxıblar.

Bununla bağlı sakinlər haqlı edərək sual edirlər ki, ilkin vəziyyətində olan yola ayrılan 110 min manat vəsait hara yoxa çıxıb?

Biz də bu sualla Laçın rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etdik. Lakin sorğumuza cavab ala bilməmişik.
İcra başçısının 110 min manatlıq yolu...
İcra başçısının 110 min manatlıq yolu...
İcra başçısının 110 min manatlıq yolu...
İcra başçısının 110 min manatlıq yolu...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

“Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

“Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”, - XİN rəsmisi əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev


Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev haqda ilginc məlumatlar var.

Dia-az.info Aztoday-a istinadən xəbər verir ki, bu barədə alfa.tv kanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, rayon sakinləri Məmməd Alıyevin özbaşınalıqlarından təngə gəlib.

Xatırladaq ki, Məmməd Aliyev pandemiya dövründə oğluna çal-çağırlı toy etməsi, bələdiyyə sədri olan bacısı oğluna xəstəxanada əlavə iş verdirməsi və oğlu Elnur Alıyevə 120 min dollarlıq “Land Cruiser” avtomobili alması ilə gündəm olmuşdu. O, əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polisinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məmməd Alıyev “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdən uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri aralarında ona “Dezertir Mamed” ayamasını verib. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasını bir nəfər də olsun müşahidə etməmişdir.

Rayon icra hakimiyyətində işləmək ən böyük arzusu olan Məmməd Alıyevin əsil soyadı Dəlibaşov olub. Ancaq, həyatında ilk dəfə uzun illər arzu etdiyi vəzifəyə təyin olunduqdan sonra, soyadını dəyişdirərərək dönüb olub Alıyev. İlk əvvəl Məmməd Alıyev icra hakimiyyəti başçısının heç olmasa humanitar məsələlər üzrə müavini olmaq sevdasına düşüb. Dərhal həmin sahəni peşəkarcasına idarə edən Gülayə Həsənovanı yerindən dəbərtməyə çalışıb. Bu dəyərli, savadlı və zəkalı xanıma gücü çatmadığı üçün, məcbur olub onun həyat yoldaşı Natiq Həsənova ilişib və Natiq müəllim üçün bürokratik əngəllər yaratmaqla yanaşı, həm də tələ quraraq, ən azından onu işdən uzaqlaşdırmağa nail ola bilib. Məmməd Alıyev Qazağın keçmiş İcra başcısı, Rauf Hüseynovun birbaşa kadrıdır və məhz onun təşəbbüsü vəzifəyə təyin olunmuşdur. Rauf Hüseynovun ən fəal pul yığanlarından olub. Indi isə, Məmməd Alıyev Qazax şəhərində məşhur Gidi ləqəbi ilə tanınan narkobaronun bacanağı ilə iş birliyi qurmuşdur. Keçmişdə benzin daşıyan Qaz-53 şoferi olan Mamed bacanağı Gidinin hesabına Qazaxın mərkəzində – “Akasiya” restoranının qarşısında və Qazaxın birinci Şıxlı kəndi ərazisində, yolun kənarında nəhəng yanacaqdoldurma məntəqəsi açmışdır. Bu yanacaq doldurma məntəqəsinin istifadəçiləri Avropaya çıxışı olan Tır avtomobilləridir. Hər gün 100 ədəddən çox tir orda yanacaq doldurur. Hər bir tirin doldurduğu yanacağın qiyməti isə, 700-800 dollar civarındadır. Yanacaq doldurma məntəqələrinin hər ikisinin adı “Turan”dır. Mamed öz qızının adına bu yanacaq doldurma məntəqəsini qoyub. Hər iki yanacaqdoldurma məntəqəsinin qiyməti on miliyon dollar dəyərindədir.

Məmməd Alıyevin harada və necə ali təhsil alması, “polisdə sıravi nəfər olan və sonradan dezertir ayaması ilə tanınan” Məmməd Alıyev hansı sahə üzrə ali təhsili alması da müəmmalıdır. Bir də onun icra hakimiyyətində şöbə müdiri olandan sonra, Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı çoxsaylı mənzilləri, bir sıra “obyektləri” hansı vəsaitlə tikdirməsi də mübhəm sualların yaranmasına səbəb olub. Yəni dolayı yolla o bu gün qazaxlı məmurların siyahısında öndə gedən oliqarxa çevrilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 13 a saylı meşə dolayının gözətçisi Habil Balaxan oğlu Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Cəlibabad sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata görə, gözətçinin döyülməsinə səbəb onun meşədə işlik material üçün ağac kəsən iki nəfərə etiraz edib mane olmaq istəməsi olub. Nəticədə Habil Babayev kəllə-beyin travması alır. Onun baş nahiyəsinə bir-neçə tikiş qoyulub.

Meşə gözətçisini döyən Cəlilabad rayon Oğrubulaq kənd sakinləri artıq polis tərəfindən saxlanılıb. Hadisəylə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, gözətçini döyən Oğrubulaq kənd sakinləri ağacları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Rahib Ağayevin tapşırığı əsasında kəsiblər. Və onlar meşə gözətçisinə də bu barədə məlumat versələr də, Habil Babayev nəzarət etdiyi dolayda buna imkan verməyəcəyini deyib.

Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə Rahib Ağayev bütün imkanlarını işə salaraq hadisəni ört-basdır eləmək istəyir. Dünən xəstəxanada bütün gecəni Habil Babayevin yanında keçirərək onun şikayətçi olmamasına çalışıb. Amma meşə gözətçisi geri çəkilməyəcəyini bildirib.

Qeyd edək ki, Rahib Ağayev qalmaqallı məmur kimi tanınır. Onun adı mediada dəfələrlə meşələri məhv edən vəzifəli şəxs kimi hallanıb. İxtisas təhsilinə malik olmayan Rahib Ağayev 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları arasında keçirilən atestasiya imtahanında da səhhətini bəhanə edərək iştirak etməyib.

Hadisəni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

" "Azneft" İstehsalat Birliyinə aid Neft Daşlarının 1, 2, 4 və 5-ci mədən işçiləri həlli düyünə düşmüş hesab olunası gəmi problemidən giley edirlər. Dia-az.info nefttçilərin müraciətini təqdim edir:

"Gəmi ilə təmin olunma problem olaraq davam edir. Sabaha - yəni bu günə, normal hava proqnozu verilib. Belə havalarda həmişə növbə dəyişilirdi. İndi yenə qayıtdılar əvvəlki vəziyyətə.

Bütün meydançalara "Rəşid Behbudov" gəmisinin yan alması üçün minmə-düşmə meydançası quraşdırılıb. Ancaq gəmini vermirlər.

Yenə gün itiririk. 6 aydır ki, gün itiririk. Bu da əmək haqqımıza ciddi təsir edir. Bu aya söz vermişdilər ki yoluna qoyyulacaq..."

Dia-az.info bildirir ki, bir başqa neftçi - Əlzamin İsmayllov isə problemini belə ifadə edir:

"Mən həqiqətən də Nərimanov NQÇİ ərzisindəki vəziyyəti görürəm. Burda vəziyyət lap bərbad gündədir. İkinci növbə 2 ildir ki vaxtında işə gedə bilmir. Tək bu il yanvar ayından bura 6 gün gedə bilməmişik. Aprel ayında 16 növə olmalı idi...

Hələ də gedə bilmirik. Hələ çox şey yazmaq olar..."

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

İmişli rayon Bəhrəmtəpə qəsəbəsinin bir qrup sakinləri ölkə başçısından və nazir Muxtar Babayevdən kömək istəyirlər.

Millitv.az KAİM.az-a istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri videomüraciət ediblər.

Sakinlərin şikayəti Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin otlaq ərazisini, yararlı torpaqları baha qiymətə satmaqla əhali arasında ciddi narazılıq yaratmışdır. Sakinlərin iddiasına görə bələdiyyə sədri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri ilə əlbir olaraq şəxsi sövdələşmələr həyata keçirmişlər.

Qəsəbənin münbit torpaq sahələri, məhv edilən yaşıllıqlar, yaradılan süni balıq gölləri, bəzi “işbaz” sahibkarlara satılan yerli sakinlərə məxsus otlaq əraziləri qəsəbədə ciddi ekoloji problemlərə səbəb olmaqdadır. Bu səbəbdən də yerli sakinlər haqlı olaraq qəsəbə bələdiyyəsindən və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yarıtmaz fəaliyyətindən ölkə başçısına və Muxtar Babayevə müraciət ünvanlamaq məcburiyyətində qalıblar. Sakinlərin istəyi məmurlar tərəfindən yaradılan süni əngəllərə son qoyularaq haqqlarının bərqərar olunmasıdır.

Ətraflı videomüraciətdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Neft və Energetika sənayesi avadanlıqlarının quraşdırılması ilə məşğul olan "Batı-X" şirkətinin ağacları qanunsuz olaraq kəsdiyi aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.

Əgər məhkəmə protokolu təsdiq edərsə, "Batı-X" şirkətini yol verdiyi bu qanunsuzluğa görə 35 000 manat cərimələnəcək.

Çünki şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, "Batı-X" şirkəti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi şirkətin direktoru Tağıyev Vidadi Mirsədi oğludur. Şirkət neft və energetika sənayesi avadanlıqlarının quraşdırılması sahəsində xidmət göstərir.

Məlumat üçün bildirək ki, şirkətin hazırda 33 372 manat vergi borcu da yığılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”


Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib. Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.

Maraqlıdır, icra hakimiyyətləri məişət zorakılığının qarşısının alınmasına necə töhfə verə bilər?

Məsələyə Millət vəkil Ceyhun Məmmədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında təəssüflə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da getdikcə məişət zorakılığı halları artır:

“Təsadüfi deyil ki, bu problem də davamlı olaraq mediada da işıqlandırılır. Ona görə də bizim qarşımızda mühüm vəzifə durur. Hesab edirəm ki, Ölkə Başçısının imzaladığı məlum Fərman da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, Fərmanın icrası bu problemin həllinə öz müsbət töhfəsini verəcək. Ona görə də bu Fərmanı yalnız alqışlamaq lazımdır”.

Ceyhun Məmmədov hesab edir ki, məlum proseslərin tənzimlənməsində rayon icra hakimiyyətləri çox ciddi və müsbət rol oynayacaqlar:

“Təbii ki, bu mütərəqqi bir addım olacaq. Bu Fərman sübut etdi ki, məişət zorakılığının aradan qaldırılmasına dövlət özü müdaxilə edəcək. Dövlətinsə müdaxiləsi nəticəsiz qalmayacaq. Çünki ailə institutunun qorunması və möhkəmlənməsi də dövlət siyasətinin bir qoludur.

Dövlət çalışır ki, ailə sağlam təməl üzərində qurulsun, inkişaf etsin, zorakılıq halları aradan qalxsın və ortaya çıxan istənilən problem, anlaşılmazlıq zor gücü ilə deyil, qarşılıqlı anlaşma yolu ilə həll edilsin. Ona görə icra hakimiyyətləri yerlərdə məişət zorakılığını aradan qaldırmaq üçün çox iş görə bilər.

Yerlərdə nümunəvi ailə, uzunömürlü ailə modelləri təşviq edilə bilər. Ağsaqqalların, ağbirçəklərin nəsihətləri, həyat yolları nümunə kimi ictimaiyyət arasında geniş təbliğ olunar.

Zorakılığa meyilli ailələri tədricən başa salmaq olar ki, problemin həllində alternativ və daha ağrısız yollar var. Çünki məişət zorakılığından təkcə qadınlar və kişilər ziyan görmür. Bu məsələdə ən böyük zərbə uşaqlara dəyir. Bir sözlə məişət zorakılığının qarşısının alınmasının bır sıra həll yolları var. Bu yollara çıxışı isə yerli icra hakimiyyətləri təmin edə bilər”.

Bizim.Media

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO