[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstək verib.

CHP lideri çıxışı zamanı bildirib ki, Azərbaycanla bağlı proses qısa zamanda həll olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur.

"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (podrat müqaviləsi üzrə mübahisələr) bağlıdır.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Victory Construction Group" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Bədəlov Bəhruz Bayram oğludur. Şirkət ötən il Hacıqabul rayonunda RİH-in elan etdiyi tenderlərin qalibi olub. B.Bədəlov "Şabran-D" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cəlal Bədəlovun qardaşıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Qazax rayon sakini Cəfərov Arif Zakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sürücü kimi 44 günlük müharibədə iştirak etdiyini bildirən şikayətçi deyir ki, nazirlikdən onun xəstəliyimə laqeyd yanaşırlar:

“Mən, Cəfərov Arif Zakir oğlu, yazaraq bildirirəm ki, Aprel döyüşlərində və 44 günlük müharibədə "maxe" sürücü kimi zəfərin iştirakçısı olmuşam. Qələbədən 8 ay sonra tərxis edilmişəm.

Müharibədən sonra səhhətimdə ciddi problemlər ortaya çıxdı, hətta qaraciyər serrozu diaqnozu qoyuldu. Səhhətim kəskin ağırlaşmışdı.

Vətənimiz üçün 2 əsgər övladı böyüdürəm. Rəsmi və qeyri-rəsmi gəlirim yoxdur. Oğlum zibil tullantılarından dəmir yığıb satmaqla məşğuldur. Evə tək gəlir gətirən odur. Bir reseptim 800 AZN tutur, sosial yardım olaraq isə 220 AZN verilir. Amma tanıdığım şəxslər var ki, hərbi xəstəliklə 420 AZN alırlar.

İmkansızlığın ucbatından qaraciyər serrozu xəstəliyindən ciyər çatışmazlığına gəlib çatmışam.

Mart ayının 6-da Əlillərin Bərpa Mərkəzində olmuşam. Hərbçiləri qəbul edən həkim mənə kobudcasına bildirdi ki, sənə 2-ci dərəcəli əlillik verməyəcəyik, narazılığın var, get sən də özünü yandır.

Mənə 2 illik sosial pensiya veriblər. Bəzi məmurlar o qədər harınlayıb ki, heç "prezidentin qəbuluna gedəcəm" sözünü də veclərinə almırlar.

Xəstəliyimi bilib, ölümümü gözləyən adamam. Mən bu halımda dövlətimdən haqqımı ala bilmirəm. Bir tək ümidim Allahadır. O dünyada Allaha şikayət edəcəm.

2021-ci ildən pensiya üçün müraciət etdiyim halda, imtina verirdilər. Halbuki, səhhətim göz qabağındadır.

Sizdən xahişim odur ki, mənim vəziyyətimi ictimailəşdirin, bəlkə yuxarıda oturan vəzivəli şəxslər xəcalət çəkə”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam


Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Şabranlı sahibkar Mansur İbrahimovun sabiq deputat İlham Əliyevə qarşı məhkəmə iddialarından birinə də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə baxılır. Sahibkar Mansur İbrahimov İlham Əliyevin qanunsuz sahibliyindən ona məxsus olan əmlakların geri qaytarılmasını tələb edir. Bildirir ki, İlham Əliyev əmlaklarını ona qaytarmamaq üçün qanundan sui-istifadə edir. İlham Əliyev məhkəmələrə əsassız iddialar verir. O iddia edir ki, Fərman Həmidlinin sədrliyi ilə keçirilən prosesdə İlham Əliyev qarşılıqlı iddia təqdim edib. Həmin iddia əsassız olduğundan məhkəmə təmin etməyib. İlham Əliyev isə hakimin verdiyi qərarla razı olmayıb, Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verib. Şabranlı sahibkar Mansur İbrahimov Musavat.com-a deyib ki, İlham Əliyev deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini özünün 400 hektar torpaq sahəsinə qataraq qanunsuz olaraq özününküləşdirib:

“2011-ci ildə İlham Əliyev Kərim Məmmədov və hazırda YAP Xaçmaz təşkilatının sədri olan Məhəmməd Balaqadaşov vasitəsilə mənimlə tanış oldu. O zaman mənə demişdilər ki, İlham Əliyev mənə şəriklik təklif edir. Şərti də budur ki, o, sərmayə qoyacaq, biz isə şirkətin genişlənməsini təmin edəcəyik. Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, buna görə də İlham Əliyevin təklifi ilə razılaşmalı oldum. İlham Əliyev “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki İlham Əliyev vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdı. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. İlham Əliyev cibində deputat mandatı, qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də İlham Əliyevin özbaşınalığı ilə bağlı heç bir şikayət etməmişdim. 2019-cu ilin avqustunda İlham Əliyev mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram,digər sahələrdə işimi genişləndirərəm. Lakin o, alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də, mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlər bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var.

Bundan başqa Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. İlham Əliyev həmin məbləği mənə ödəməlidir.

Sumqayıt Kommersiya Məhkəməsində İlham Əliyevə qarşı iddia tələbim budur ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir. Qalan 31 hektar isə müəyyən sənəd çatışmamazlığına görə tam olaraq mənim mülkiyyətimə qeydə alınmayıb. Buna görə də həmin 31 hektar torpaq sahəsi ilə bağlı hələlik iddia qaldırmamışam.

Sabiq deputat İlham Əliyev mənə qarşı çox böyük qanunsuzluqlar edib. Ümidim Azərbaycan məhkəmələrinə, Azərbaycan dövlətinə, dövlətimizin başçısı möhtərəm İlham Əliyevədir. İnanıram ki, Azərbaycan məhkəmələri nəhayət ki, mənim haqqımı bərpa edəcəklər.

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub.

Yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, hadisədən əvvəl 16 yaşlı Rasim bir neçə dəfə evdən kiçik məbləğlərdə pul oğurlayıb. Orta məktəbdə təhsilini yarımçıq saxlamış və intizamsız hərəkətləri ilə ailədə tez-tez problemlərə səbəb olan yeniyetmə anasının ona bildirdiyi iradlardan və atasına bu barədə bildirməsindən sonra hiddətlənib.

O, hadisənin baş verdiyi gün anası ilə dalaşıb. Bu zaman qadın plastik süpürgə ilə oğlunu vurmaq istəyib. Rasim isə mətbəxdən bıçaq götürərək anasına hücum edib. Bunu görən onun 11 yaşlı qardaşı anası ilə Rasimi aralamağa çalışıb. O, bıçağı götürərək xalçanın altına atıb. Lakin yeniyetmə bıçağı götürərək qardaşına bir neçə zərbə endirib. Həmçinin onun gözü qarşısında anasını çoxsaylı zərbələrlə amansızlıqla qətlə yetirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasimə 10 il həbs cəzası verilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza təyin edilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib.

Gununsesi.info xəbər verir ki, bank Yüzbaşov Şahin Şakir oğlu barədə Cəlilabad Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (kredit müqaviləsi üzrə mübahisələr) bağlıdır.
“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

İddia hakim Vüsal Cəbrayılovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Cəlilabad rayon sakini olan Ş.Yüzbaşov Vətən müharibəsi qazisidir. O, Vətən müharibəsinə könüllü olaraq qatılıb və döyüşlərin birində yaralanıb. Evin tək övladı olan Ş.Yüzbaşov 3-cü qrup əlildir. Uşaq yaşlarında atasını itirən Ş.Yüzbaşovu anası böyüdüb. Amma onun anası indi ağır yataq xəstəsidir.

Xatırladaq ki, bu ilin əvvəlində “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev Vətən müharibəsi qazilərinin kredit borclarının silinəcəyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 222,8 ton saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, ixrac olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.
Qeyd edək ki, Azərbaycan zeytun yağını aşağıdakı ölkələrə satıb:
İspaniya – 110 ton (1 litri 9,4 manata)
Rusiya – 49,6 ton (1 litri 12,4 manata)
İsrail – 44 ton (1 litri 7,7 manata)
Türkiyə – 19,3 ton (1 litri 7,2 manata)
Tacikistan – 5,5 ton (1 litri 7,8 manata)
Məlumat üçün onu da bildirək ki, Azərbaycan xaricə satdığı saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağının əvəzində xaricdən ölkəyə 312,2 ton zeytun yağı idxal edib. İdxal olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 3,5 dollar (6 manat) olub. İxracda olduğu kimi idxalda da ən çox pay İspaniyanın payına düşüb. Bu ilin ilk 2 ayında Azərbaycan İspaniyadan 147,5 ton zeytun yağı idxal edib. İspaniyadan gətirilən zeytun yağının 1 litrinin orta gömrük dəyəri 4 dollar (6,7 manat) olub.
Onu da qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda zeytun yağının pərakəndə satış qiyməti 16,2 manat olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, ölkə daxilində satılan zeytun yağının qiyməti həm ixrac, həm də idxal olunan zeytun yağının qiymətindən yüksəkdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ


"Əvvəllər qaz sayğacımızda vəsait bitəndə məcbur gedib on, onbeş manat ödəyirdik... Özbaşına söküb dəyişdilər, nə maraqları varsa... İki gündü, bağlayıblar... Nə az nə çox hardasa 400 manat borcumuz var... Qışda bir dəfə 100 manat ödəmisik... Bu qədər də qaz yazar?"

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aləmzər Sadıqqızı bildirib.

"İşıq bir yandan təhdid edir, su bir yandan... Nefti, qazı olan ölkənin 300 manat maaş alıb 500 manat ödəyən yazarından nə gözləyirsiz?" - o qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Yaponların bir atalar sözü var: yalan dörd nalla gedər, həqiqət isə addım-addım irəliləyər, lakin yenə də vaxtında çatar... Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə bilsəydi ki, bacısı Nigar İsmayılzadə dörd nalla hansı yalanların müəllifidir, amma yenə də reallıq gec-tez özünü yetişdirib, hər halda yaşadığı ölkədə utanardı. Ən tragik gerçəklik isə odur ki, Gürsəl bəyin səfir olduğu ölkənin təhsil keyfiyyəti ilə bacısı Nigar xanımın dekan müavini kimi təhsilə verdiyi "töhfə" arasında bir uçurum mövcuddur. Əgər onun yaşadığı ölkədə yaponlar bilsəydilər ki, səfirin bacısı BDU-da İlahiyyat fakültəsinin dekan müavini postunda rüşvət qalmaqalı ilə gündəmə gəlib, bir diplomata hansı münasibət sərgilənərdi?! Həyatın ironiyasına bax - adı İlahiyyat olan fakültənin dekan müavini rüşvətlə ad çıxarır. Maraqlıdır, ilahiyyatçılar buna necə qiymət verərdilər? Bu hadisəyə yalnız belə ad vermək olar - qardaşı "yaponski" səfir olan bacının BDU-da "kitayski" əməlləri...
Bəli, çoxuna məlumdur ki, Nigar İsmayılzadə yayılan səs yazısı ilə ölkədə və tələbələr arasında populyarlaşıb.

Sonra BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb etmişdi. O zaman BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu. Amma ki nə fayda?! Hələ də öz işini davam etdirir. Yaponiyada belə skandal olsaydı, çoxdan dekan müavini də, onun vəzifə tutan qohumu da istefa verərdi. Çünki sivil ölkələrdə istefa mədəniyyəti var. Ancaq bizdə hərə "öz ayağından asılır" misalı var, hərçənd o da işləmir, İsmayılzadə sanki rüşvət tələb edən tərəf deyilmiş, özünü məsələyə "fransız" aparır.
Hətta Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışırdı. Yeri gəlmişkən, xanım
İsmayılzadənin intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri haqda mətbuatda çox deyilib. Amma onun MTN zabiti ilə işbirliyi nədən ibarət olub bəlli deyil. Hətta bundan sonra da İsmayılzadə yoluna davam edib, bir ara daha yüksək post eşqinə düşüb. Görünür, baş verənlər adi hal imiş. Əvəzində məhkəməyə verdiyi tələbə ölkəni tərk etmək məcburiyyətində qaldı.Belə olduğu halda cənab səfirə sualımız yaranır:- Bu repressiv davranışlar Yaponiya təhsilində ola bilərmi, cənab səfir Gürsəl bəy?

Nişad Mehdiyev
Rubrika.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO