[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropanın ən böyük Atom Elektrik Stansiyası TƏHLÜKƏDƏ -VİDEO
Avropanın ən böyük Atom Elektrik Stansiyası Enerqador təhlükədədir.

Zamantv.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko məlumat verib. Onun dediyinə görə, hazırda elektrik stansiyasının yanında döyüşlər gedir.

“Düzdür, onlar reaktorun beton təbəqəsini dağıda bilməyəcəklər. Amma transformatoru, turbinləri və digər qurğuları zədələyə bilərlər. Bu isə Çernobıl və Fukusima atom elektrik stansiyalarında baş verən qəza kimi böyük fəlakətlərə səbəb ola bilər”.
Geraşinkonın bildirdiyinə görə, həmin Atom Elektrik Stansiyasını Ukraynanın Milli Qvardiyasının döyüşçüləri qoruyur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR
100-dən artıq azərbaycanlı Odessadan təxliyə olunub.

Bu barədə Zamantv.az-a "Birlik" Odessa azərbaycanlıları Diaspora təşkilatının rəhbərlərindən biri olan Anar Natiqoğlu məlumat verib.

O bildirib ki, şəhərdən çıxarılan azərbaycanlılar Moldovaya yola salınıb.
Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR

Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna Rusiya ilə növbəti danışığa RAZILAŞDI
Rusiya ilə danışıqların ikinci raundu martın 2-də axşam baş tutacaq.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Aleksey Arestoviç məlumat verib.

Cəbhədəki vəziyyətlə bağlı brifinq zamanı o, Belarus qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının heç bir təsdiqinin olmadığını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hamıya kömək edə bilmirik, biz də zirzəmidəyik" - Diaspor nümayəndəsi
“Nə yalan danışım, heç də hamıya yardım göstərə bilmirik. Müharibədi və əlimiz nəyə çatır kömək göstərməyə çalışırıq”.

Bunu Zamantv.az-a Azərbaycanın Kiyevdəki diaspor nümayəndəsi Nasir Cəbiyev deyib. O bildirir ki, Kiyevdə ümumi vəziyyət gərgin olaraq qalır:

“Biz diaspora tərəfindən bacardığımız köməyi edirik. Nə yalan danışım, hamıya da yardım göstərə bilmirik. Müharibə dövrüdü və əlimiz çatan qədər kömək göstərməyə çalışırıq. Bu gün 1100 nəfər həmyerlimiz qatarla Kiyevdən yola düşdü. Onlar Moldovaya gedəcək, orada da səfirlik onları qarşılayacaq”.
Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlıların hamısı qeydiyyatda deyil:

“Biz bütün məlumatları saytımızda vermişik. Çox insan zəng edir, biz onları qeydə alırıq. Ukraynada 600 min azərbaycanlı var və onların hamısı da bura gələndə qeydiyyata düşməyiblər. Ona görə də onlar özləri bizə müraciət etməlidir. Qeydiyyatda olanları zəng edib, çağırırıq”.

Nasir Cəbiyev qeyd edir ki, Kiyevdə vəziyyət Xarkovdan daha yaxşıdı:

“Bəli, şəhərin bəzi yerləri atəşə tutulur. Amma Kiyevdə Xarkovdakı kimi dəhşətli vəziyyət yoxdur. Biz özümüz də siqnal veriləndə zirzəmidə qalırıq. Hətta elə oldu ki, vağzalda olanda siqnal verildi, amma heç kim qaçmadı. Tək ümidimiz dua etmək oldu”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi müraciət yayıb.

Səfirlikdən "Zamantv.az"a daxil olan müraciətdə bildirilib ki, 2 mart tarixində Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.

“Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud consulwarsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən
sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransa rusiyalı oliqarxların yaxtalarını və evlərini müsadirə edəcək
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə mübarizə proqramı çərçivəsində ölkəsində qeydiyyatda olan sanksiya siyahısındakı rusiyalı oliqarxların əmlaklarının yoxlanılmasını və inventarlaşdırılmasını tələb edib.

Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer məlumat verib.

Onun sözlərinə görə, Fransa rəsmiləri Rusiya hakimiyyətinə bağlı və Fransada aktivləri olan şəxsləri müəyyənləşdirəcək. Bundan sonra isə onların villaları, yaxta və lüks avtomobillərinə həbs qoyulması məsələsinə baxılacaq.

Böyük Britaniyada da simmetrik addımlar hazırlanır. Kralllığın xarici işlər naziri Liz Trass artıq Britaniyada sanksiya siyahısında olan rus oliqarxlarına məxsus daşınmaz əmlaka həbs qoyulacağını bəyan edib.

Mənbə: focus.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyev teleqülləsinin partlaması nəticəsində insan itkisi var - YENİLƏNİB
Ukraynada teleqüllənin raketlə vurulması itkisiz ötüşməyib. İlkin məlumatlara görə, hadisə nəticəsində beş nəfər ölüb.

Ölkə mediasında yayılan məlumatlara görə, insident nəticəsində daha beş nəfər yaralanıb.

Mənbə: rbc.ua

20:04

Ukraynanın paytaxtı Kiyevdə teleqüllənin atəşə tutulması nəticəsində bəzi telekanalların yayımı dayanıb.

B barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxın saatlarda kanalların bir hissəsinin yayımı bərpa olunacaq.

19:23

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Aİ-yə müraciət etdi: “Türkiyə üçün də eyni həssaslığı göstərin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinə müraciət edib.

Dövlət başçısı Ukraynanın AB-yə daxil olması üçün göstərilən səyləri təqdir etdiyini bildirib.

“Bəs niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməkdə tərəddüd edirsiniz? Eyni həssaslığı Türkiyə üçün də göstərin”, - deyə Ərdoğan tanınmamış Kosovo respublikasının prezidenti Vyosa Osmani ilə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, Aİ rəsmilərini qeyri-səmimilikdə günahlandırıb.

“Yoxsa kimsə müharibə elan edib Türkiyəyə hücum edəndə ölkəmizin üzvlük məsələsini gündəmə gətirəcəksiniz? Onlar səmimi deyillər. NATO üzvləri və Aİ üzvləri sadəcə boş sözlər danışırlar. Türkiyə onları gözləmir. Türkiyə hər zaman mövqeyini qoruyan bir ölkədir”, - Türkiyə prezidenti vurğulayıb.

Mənbə: “Haber Global”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakerlər Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumat bazasını “sındırıb”
“Anonymous” hakerlər qrupu növbəti dəfə Rusiyanın dövlət resurslarına kiberhücum təşkil edib.

Bu barədə qrupun sosial şəbəkə səhifəsindən məlumat yayılıb.

Bildirilb ki, hakerlərin budəfəki hədəfi Rusiya İqtisadi İnkişaf Nazirliyi olub.

Məlumata görə, kiberhücum nəticəsində nazirliyin məlumat bazası “sındırılıb”.

Qeyd edək ki, “Anonymous” Ukraynaya hərbi müdaxiləsi səbəbindən Rusiyaya müharibə elan edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO