[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada qiymətlər qalxır: - İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi

Avropa İttifaqının (Aİ) üzvü olmayan və dünyada baş verən bir çox böhran, münaqişələrdə bitərəf mövqedə qalan İsveçrə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Zamantv.az Bizimyol.info-ya istinadla xəbər verir ki, İsveçrə hökumətindən verilən açıqlamada, “Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini nəzərə alan Federal Şura 28 fevral tarixli qərarı ilə AB-nin fevralın 23-də açıqladığı sanksiya paketlərini tətbiq etməyi qəbul edib",- deyə bildirilir.

Məlumata görə, sanksiyalar dərhal qüvvəyə minəcək. Bundan əlavə İsveçrənin Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyi bildirilir. İsveçrə banklarında Rusiya məmurlarına və biznesmenlərinə məxsus vəsaitlər də dondurulacaq.

Qeyd edək ki, Avropa ölkələrinin hava məkanını Rusiyaya bağlamasına paralel olaraq İsveçrə də bu gündən etibarən hava məkanını Rusiya üçün bağlayıb. Həmçinin şura, Rusiya vətəndaşları üçün vizaların verilməsini asanlaşdıran 2009-cu il müqaviləsini də qismən dayandırıb.

Xatırladaq ki, sanksiyaların nəticəsində Rusiyada 1 dollar 77 rubldan 109 rubla qalxmışdı. Amma Rusiyada bu qiymətə də dollar almaq mümkün deyil. Qara bazarda heç 200 rubla da dollar tapmaq olmur. Həmçinin Rusiyanın istehlak bazarında bir çox məhsulların qiyməti kəskin artıb. Hava məkanının bağlanması üzündən hava daşımaları iflic olub. Bundan başqa xaricdə təhsil alan Rusiya vətəndaşlarının da Avropada oturum hüququ ləğv edilir. Ölkənin bank sektoru çöküb. İnsanlar pul vəsaitlərini dollar olaraq nağdlaşdırmağa çalışırlar. Ölkədə narazılıqlar artsa da, bu ana qədər polis qüvvələri etirazları boğa bilirlər.

Son olaraq Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var - ABŞ, Çin, Fransa, İngiltərə və Rusiya. Qurumun fəlsəfəsinə görə, onlar dünyanın təhlükəsizliyinə zəmanət verirlər. Amma Rusiya artıq neçə illərdir qonşularına qarşı təcavüz nümayiş etdirir. Hazırda isə Ukraynanı işğal etməyə qalxıb. Zelenski bildirib ki, başqa ölkəlkərə təcavüz edən bir ölkə dünyanın təhlükəsizliyindən sorumlu ola bilməz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "dünya 5-dən böyükdür" deməklə BMT Təhlükəsizlik Şurasının tərkibinə dəfələrlə etiraz edib. İndi baş verənlər Türkiyə liderinin haqlı olduğnu bir daha ortaya qoyur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Separatçılar Moskvaya niyə axışır? - HƏQİQƏTƏN DƏ...
Qarabağda mənzillənmiş erməni separatçıları davamlı olaraq Moskvaya üz tuturlar. Zamantv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Arayik Haruityunyan, David Babayan və digərlərindən sonra, sözügedən terrorçulara müxalif olan David Qalstyan və dəstəsi də Rusiyada olublar.

Özünü “ədalət partiyası”nın rəhbəri kimi təqdim edən Qalstyan bildirib ki, onlar Moskvada QHT rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri ilə görüşüblər. Əsas görüşləri isə Rusiya Federasiya Şurasında olub. Onun sözlərinə görə, səfərdən sonra Qarabağda Rusiya ilə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə yeni QHT yaratmağa hazırlaşırlar.

Qeyd edək ki, Qarabağdakı “müxalifət”in davamlı olaraq Rusiyaya üz tutması səbəbsiz deyil. Son zamanlar, separatçıların rəhbəri Arayik Harutyunyanın istefa verəcəyinə dair xəbərlər yayılıb. Hətta Arayikin yaxın adamları da bunu inkar etmirlər. Belə olan vəziyyətdə onun yerini tutmağa çalışanlar arasında David Qalstyan da var. Elə Qalstyan və dəstəsinin Moskvaya getməsi də Kremldən bu razılığı almaq məqsədi güdə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lukaşenkodan AĞ YALAN - Belarus Ukraynadakı müharibədə iştirak etmir...
Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsində iştirak etmək istəmədiyini söyləyib. Zamantv.az APA-ya istinadən xəbər verir ki, o, Belarus Ordusunun hərbi əməliyyatlarda gələcəkdə də iştirak etməyəcəyini əlavə edib.

“Bundan əlavə, Rusiya rəhbərliyi hərbi əməliyatlarda iştirak etməklə bağlı qarşımıza tələb qoymayıb. Biz gələcəkdə də Ukraynadakı xüsusi əməliyatda iştirak etməyi düşünmürük. Belə bir ehtiyac yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KİYEV UĞRUNDA AMANSIZ DÖYÜŞLƏR GEDİR - Ruslar işğalda qətidirlər..
“Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Rusiya işğalçıları bütün Ukraynada mülki infrastrukturları məhv edir, raket zərbələri endirirlər”.

Zamantv.az “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.

“Rusiyanın hərbi-texniki karvanı paytaxt ətrafında xaotik hərəkət edir. Müdafiə qüvvələri Kiyevin müdafiəsi üzrə tapşırıqları yerinə yetirirlər. Rusiya hərbçiləri texnikaları buraxıb. “NLAW”, “FGM-148 Javelin” və “Bayraktar” havadan daha çox atəşə tutublar”, - deyə Ukrayna Quru Qoşunları komandanı, Kiyevin müdafiəsi komandanı general-polkovnik Aleksandr Sırski bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycanlılar son 24 saatda 3,5 ton yardım toplayıblar" - Ukrayna səfiri
“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.

“Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, - diplomat vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Zelenski Avropa Parlamentində çıxış edəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edəcək. Zamantv.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Çıxış saat 13.00-dan sonraya planlaşdırılıb, lakin dəqiq vaxt məlum deyil.

Qeyd edək ki, dünən Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizəni imzalayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ən ağır zərbə Ermənistana dəyəcək - GƏLİŞMƏ
Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar Avrasiya İqtisadi Birlyini çökdürə bilər.

Yaranmış böhranın adıçəkilən ittifaq çərçivəsində Rusiya ilə sıx iqtisadi bağlılığı olan ölkələrə ciddi təsiri qaçılmaz olacaq. Belarus AİB-in üzvü olmaqla yanaşı, həm də Rusiya ilə İttifaq Dövlətinə daxildir. Ona görə də ən ağır iqtisadi probemlərlə Berlarusun üzləşəcəyi gözlənilir. Üstəlik, Belarus Ukrayana qarşı hərbi əməliyyatlarda Rusiyaya dəstək verdiyinə görə sanksiyalara məruz qalıb. Hətta Belarusun beynəlxalq SWIFT sistemindən çıxarılması təklif olunur. Bu isə Belarusun iqtisadi çöküşünü sürətləndirə bilər. Ermənistanın da iqtisadi böhrana yuvarlanacağı gözlənilir. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyadan tam asılı vəziyyətdədir. Rusiyanın beynəlxalq ödəniş sistemindən çıxarılması Ermənistanla ticarət əməliyyatlarına ciddi problemlər yaradacaq.

Ermənistan Rusiya ilə ticarət əməliyyatlarını dollarla apardığı üçün konvertasiya prosesində əngəllərlə üzləşəcək. Qazaxıstan özünü sanksiyalardan qorumaq üçün Rusiya ilə birlikdə hərbi əməliyyatlarda iştirak etməkdən imtina etsə də, iqtisadi böhranın təsirləri ilə qarşılaşacaq. Qeyd edək ki, 2021-ci ildə Rusiya və Qazaxıstan arasında ticarət dövriyyəsi 19 milyard dollar təşkil edib. Ona görə də sanksiyalar Qazaxıstan iqtisadiyyatında ciddi hiss olunacaq. Zamantv.az -ın məlumatına görə, iqtisadçı-ekspert Cümşüd Nuriyev “Cümhuriyət”ə bildirib ki, Rusiyaya qarşı sanksiyalar nəinki Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin iqtisadiyyatını zərbə altında qoyacaq.

Hətta bu böhran AİB-ə üzv olmayan ölkələrə də təsirsiz ötüşməyəcək. Sanksiyalar AİB-in və Gömrük İttifaqının dağılmasına da gətirib çıxara bilər:

“Rusiyada inflyasiya 70 faizə çatıb. Yəni gözlənilməz inflyasiya baş verib. Belə davam edərsə, Rusiya hiperinflyasiya ilə qarşılacaq. Ona görə də Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə yanaşı, Azərbaycan da özünün maliyyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Avrasiya İttifaqına daxil olan ölkələrdən Belarus tam çökəcək. Çünki Belarus İttifaq Dövlətinə daxil olan ölkə kimi Rusiya ilə bütün maliyyə əməliyyatlarını rublla aparamaq məcburiyyətindədir. Mən başqa dövlətin özünün milli valyutasını Rusiya rublu ilə bağlayacağına inanmıram. Əks təqdirdə, həmin ölkə ciddi iqtisadi problemlərlə üzləşə bilər. Sanksiyaların Rusiyaya təsiri yalnız SWIFT-dəki hesabının bloklanması ilə yekunlaşmayacaq, Rusiya də 3 trilyon dollara yaxın vəsait itirəcək. Bu məbləğin 1 trilyonu artıq ABŞ-da dondurulub. Onun 2 trilyon dolları da Britaniya və Avropa banklarındadır. Yəni Rusiyanın maliyyə resursları qalmadı. Rusiyanın borclarını da nəzərə alsaq, ümumi daxili məhsul dollarla müqayisədə dəyərdən düşdüyünə görə iqtisadi çöküş baş verə bilər. Xüsuilə də aprel və may ayları Rusiya üçün çox çətin olacaq. Rusiya ehtiyatlarını həm müharibəyə xərclədi, həm də xərcləri artıb. Ona görə də yaxın iki-üç ay ərzində Rusiyanın iqtisadi cəhətdən çökmək ehtimalı çox yüksəkdir”.

Ekspert bildirib ki, hazırda Rusiyanın 263 milyard maliyyə resursu var:

“Rusiyanın qızıl ehtiyatı daha çoxdur. Lakin onu dünya bazarında alan olmayacaq. Artıq Sinqapurda Rusiya ilə ticarət əməliyyatlarını dayandırdı. Rusiyada ən təhlükəli proseslər başlayıb. Tayvan Rusiyaya mikrociplərin ixracatını dayandırdı. Bundan başqa, Çin Rusiyadan neft idxalını dayandırdı. Rusiyaya ən böyük zərbəni isə İrlandiya vurdu. Rusiyadakı “Boeing” təyyyarələrinin hamısının lizinqi İrlandiyaya məxsusdur. İrlandiya lizinq sifarişini ləğv etdiyinə görə Rusiya şirkətləri təyyarələri qaytarmaq məcburiyyətindədir. Bu isə Avropa Birliyinin sanksiyalarından daha ağırdır. O zaman Rusiyanın ağır vəziyyəti başlayacaq. Mən inanmıran ki, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Rusiyanın yükünü öz üzərinə götürsün. Çünki bu ölkələrin indiki şəraitdə Rusiyanın yükünü daşımaq imkanı yoxdur. Ona görə də təşkilata üzv ölkələr Rusiyanı dəstəkləsə, çox ciddi iqtisadi problemlərlə qarşılaşacaq. Azərbaycan üçün də problemlər yaranacaq. Çünki 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub. İndi dollar və avronun rubla nisbətən məzənnəsi rubla nisbətən hər gün bahalaşır. Əgər Azərbaycan Rusiya ilə rublla ticarət aparsa bunun iqtisadiyyatımıza ciddi mənfi təsirləri olacaq. Yəni ölkənin maliyyə təhlükəsizliyi üçün təhdidlər yarana bilər”.

Cümşüd Nuriyev bildirib ki, Avrasiya İqtisadi Birliyinin dağılması prosesi başlayıb. Rusiyaya tətbiq edilən sanksiyalar bu prosesi sürətləndirə bilər:

“Avrasiya İqtisadi Birliyi yanvar ayından dağılmağa başlayıb. Rusiya Ermənistanın əli ilə Qazaxıstana müdaxilə etməklə bu qurumun müəllifi olan Nursultan Nazrbayevi də sıradan çıxartdı. Eyni zamanda, Rusiya öz aləmində Mərkəzi Asiya ilə də sədd yaratdığını düşündü. Azərbaycanla imzalanmış “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti” haqqında Bəyannamə də ölkəmizdən arxayın olmaq niyyəti güdürdü. Çünki burada həm də Türkiyə amili var. Ona görə də Ermənistan özünü “dar ağacına” aparır. Ona heç kim kömək edə bilməyək. Ermənistanın başqa yolu da yoxdur. Çünki Rusiya Ermənistanı siyasi və iqtisadi cəhətdən tam asılı vəziyyətə salıb. Ona görə də Avrasiya İqtisadi Birliyində ən faciəli vəziyyətə düşəcək ölkə Ermənistan olacaq. Qazaxıstan Prezidenti də Rusiya xüsusi xidmət orqanlarının agentidir. Qazaxıstandakı son hadisələr də bunu təsdiq etdi”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşlarımız   Tezliklə Ölkələrinə Dönəcək.
Rusiya ilə Ukraniya ölkələri arasında başlanan müharibədə başqa ölkələrin də vətəndaşları zərər çəkir, təşvişə düşür ,hətda günahsız yerə dünyasını dəyişənlər də olur. Ölkəmizin Ukraniya da olan vətəndaşlarının təxliyyə olunması üçün ölkəmizin Ukraniya da olan qurumları yüksək səviyyədə failyyət göstərməkdədirlər.
"Zamantv.az" bildirir ki Ukraniyada minlərlə vətəndaşlarımızla yanaşı "Səbail" futbol klubunun 13 yaşlılarından ibarət komandasının məşqçisi Manaflı Aydın da var ki, aldığımız muəllumata görə Kiyev şəhərində hansısa binanın zirzəmisində köməksiz vəziyyətdədır.
İnanırıq ki, qüdrətli ölkəmizin qüdrətli, cəsarətli Prezidenti Cənab İlham Əliyevin səyi ilə bütün vətəndaşlarımız tezliklə ölkəmizə sağ-salamat dönəcəklər.
Vətəndaşlarımız   Tezliklə Ölkələrinə Dönəcək.

Xəyalə ibrahimli.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Soydaşlarımızdan Ukrayna əsgərlərinə dəstək
Ukraynanın Nikoloyev şəhərində yaşayan azərbaycanlılar şəhərə yaxın ərazidə yerləşən Makiyevkaya yardım aparıblar.

Bu barədə Zamantv.az-a Nikolayevdə yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov deyib.

O bildirib ki, qardaşı Umud Şirinov və digər azərbaycanlı soydaşlarımız Makiyevka şəhərində Ukrayna əsgərlərinə yardım aparıblar.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşündə fasilə elan edildi - YENİLƏNİB + VİDEO
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarda fasilə elan edilib.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

Görüş fasilədən sonra davam edəcək.

Mənbə: TASS

Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar başlayır.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.

Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

“Sputnik Belarus” xəbər verir ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edir.

Mənbə: Sputnik Belarus

Ukrayna nümayəndə heyəti Belarusla sərhəddə Rusiya ilə danışıqların keçiriləcəyi rayona gəlib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin sədri Andrey Kostin, deputat Rüstəm Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil olub.

Danışıqlarda əsas tələbin atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olduğu bildirilir.

Mənbə: Unian.net

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO