Ən ağır zərbə Ermənistana dəyəcək - GƏLİŞMƏ

14:26 1.03.2022 185
Ən ağır zərbə Ermənistana dəyəcək - GƏLİŞMƏ
Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar Avrasiya İqtisadi Birlyini çökdürə bilər.

Yaranmış böhranın adıçəkilən ittifaq çərçivəsində Rusiya ilə sıx iqtisadi bağlılığı olan ölkələrə ciddi təsiri qaçılmaz olacaq. Belarus AİB-in üzvü olmaqla yanaşı, həm də Rusiya ilə İttifaq Dövlətinə daxildir. Ona görə də ən ağır iqtisadi probemlərlə Berlarusun üzləşəcəyi gözlənilir. Üstəlik, Belarus Ukrayana qarşı hərbi əməliyyatlarda Rusiyaya dəstək verdiyinə görə sanksiyalara məruz qalıb. Hətta Belarusun beynəlxalq SWIFT sistemindən çıxarılması təklif olunur. Bu isə Belarusun iqtisadi çöküşünü sürətləndirə bilər. Ermənistanın da iqtisadi böhrana yuvarlanacağı gözlənilir. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyadan tam asılı vəziyyətdədir. Rusiyanın beynəlxalq ödəniş sistemindən çıxarılması Ermənistanla ticarət əməliyyatlarına ciddi problemlər yaradacaq.

Ermənistan Rusiya ilə ticarət əməliyyatlarını dollarla apardığı üçün konvertasiya prosesində əngəllərlə üzləşəcək. Qazaxıstan özünü sanksiyalardan qorumaq üçün Rusiya ilə birlikdə hərbi əməliyyatlarda iştirak etməkdən imtina etsə də, iqtisadi böhranın təsirləri ilə qarşılaşacaq. Qeyd edək ki, 2021-ci ildə Rusiya və Qazaxıstan arasında ticarət dövriyyəsi 19 milyard dollar təşkil edib. Ona görə də sanksiyalar Qazaxıstan iqtisadiyyatında ciddi hiss olunacaq. Zamantv.az -ın məlumatına görə, iqtisadçı-ekspert Cümşüd Nuriyev “Cümhuriyət”ə bildirib ki, Rusiyaya qarşı sanksiyalar nəinki Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin iqtisadiyyatını zərbə altında qoyacaq.

Hətta bu böhran AİB-ə üzv olmayan ölkələrə də təsirsiz ötüşməyəcək. Sanksiyalar AİB-in və Gömrük İttifaqının dağılmasına da gətirib çıxara bilər:

“Rusiyada inflyasiya 70 faizə çatıb. Yəni gözlənilməz inflyasiya baş verib. Belə davam edərsə, Rusiya hiperinflyasiya ilə qarşılacaq. Ona görə də Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə yanaşı, Azərbaycan da özünün maliyyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Avrasiya İttifaqına daxil olan ölkələrdən Belarus tam çökəcək. Çünki Belarus İttifaq Dövlətinə daxil olan ölkə kimi Rusiya ilə bütün maliyyə əməliyyatlarını rublla aparamaq məcburiyyətindədir. Mən başqa dövlətin özünün milli valyutasını Rusiya rublu ilə bağlayacağına inanmıram. Əks təqdirdə, həmin ölkə ciddi iqtisadi problemlərlə üzləşə bilər. Sanksiyaların Rusiyaya təsiri yalnız SWIFT-dəki hesabının bloklanması ilə yekunlaşmayacaq, Rusiya də 3 trilyon dollara yaxın vəsait itirəcək. Bu məbləğin 1 trilyonu artıq ABŞ-da dondurulub. Onun 2 trilyon dolları da Britaniya və Avropa banklarındadır. Yəni Rusiyanın maliyyə resursları qalmadı. Rusiyanın borclarını da nəzərə alsaq, ümumi daxili məhsul dollarla müqayisədə dəyərdən düşdüyünə görə iqtisadi çöküş baş verə bilər. Xüsuilə də aprel və may ayları Rusiya üçün çox çətin olacaq. Rusiya ehtiyatlarını həm müharibəyə xərclədi, həm də xərcləri artıb. Ona görə də yaxın iki-üç ay ərzində Rusiyanın iqtisadi cəhətdən çökmək ehtimalı çox yüksəkdir”.

Ekspert bildirib ki, hazırda Rusiyanın 263 milyard maliyyə resursu var:

“Rusiyanın qızıl ehtiyatı daha çoxdur. Lakin onu dünya bazarında alan olmayacaq. Artıq Sinqapurda Rusiya ilə ticarət əməliyyatlarını dayandırdı. Rusiyada ən təhlükəli proseslər başlayıb. Tayvan Rusiyaya mikrociplərin ixracatını dayandırdı. Bundan başqa, Çin Rusiyadan neft idxalını dayandırdı. Rusiyaya ən böyük zərbəni isə İrlandiya vurdu. Rusiyadakı “Boeing” təyyyarələrinin hamısının lizinqi İrlandiyaya məxsusdur. İrlandiya lizinq sifarişini ləğv etdiyinə görə Rusiya şirkətləri təyyarələri qaytarmaq məcburiyyətindədir. Bu isə Avropa Birliyinin sanksiyalarından daha ağırdır. O zaman Rusiyanın ağır vəziyyəti başlayacaq. Mən inanmıran ki, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Rusiyanın yükünü öz üzərinə götürsün. Çünki bu ölkələrin indiki şəraitdə Rusiyanın yükünü daşımaq imkanı yoxdur. Ona görə də təşkilata üzv ölkələr Rusiyanı dəstəkləsə, çox ciddi iqtisadi problemlərlə qarşılaşacaq. Azərbaycan üçün də problemlər yaranacaq. Çünki 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub. İndi dollar və avronun rubla nisbətən məzənnəsi rubla nisbətən hər gün bahalaşır. Əgər Azərbaycan Rusiya ilə rublla ticarət aparsa bunun iqtisadiyyatımıza ciddi mənfi təsirləri olacaq. Yəni ölkənin maliyyə təhlükəsizliyi üçün təhdidlər yarana bilər”.

Cümşüd Nuriyev bildirib ki, Avrasiya İqtisadi Birliyinin dağılması prosesi başlayıb. Rusiyaya tətbiq edilən sanksiyalar bu prosesi sürətləndirə bilər:

“Avrasiya İqtisadi Birliyi yanvar ayından dağılmağa başlayıb. Rusiya Ermənistanın əli ilə Qazaxıstana müdaxilə etməklə bu qurumun müəllifi olan Nursultan Nazrbayevi də sıradan çıxartdı. Eyni zamanda, Rusiya öz aləmində Mərkəzi Asiya ilə də sədd yaratdığını düşündü. Azərbaycanla imzalanmış “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti” haqqında Bəyannamə də ölkəmizdən arxayın olmaq niyyəti güdürdü. Çünki burada həm də Türkiyə amili var. Ona görə də Ermənistan özünü “dar ağacına” aparır. Ona heç kim kömək edə bilməyək. Ermənistanın başqa yolu da yoxdur. Çünki Rusiya Ermənistanı siyasi və iqtisadi cəhətdən tam asılı vəziyyətə salıb. Ona görə də Avrasiya İqtisadi Birliyində ən faciəli vəziyyətə düşəcək ölkə Ermənistan olacaq. Qazaxıstan Prezidenti də Rusiya xüsusi xidmət orqanlarının agentidir. Qazaxıstandakı son hadisələr də bunu təsdiq etdi”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO