[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mehnur”un direktoru və işçilərinin həbsi tələb olunur


Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.
APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində məhkəmə qərarından apelyasiya şikayəti verib.
O, apelyasiya şikayətində hər 3 təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Artıq şikayət Bakı Apelyasiya Məhkəməsində icraata verilib. Yaxın günlərdə zərərçəkmişin şikayətinə baxılacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabın icra başçısı qazilərə qarşı niyə kin bəsləyir? - səbəbi nədir?


Zərdabın icra başçısı qazilərə qarşı niyə kin bəsləyir? Şirvan şəhər icra hakimiyyətinin sabiq icra başçısı, Zərdab rayonunun indiki icra başçısı Mərdan Camalovun əməlləri barədə ölkə mediası, o cümlədən Gündəlik-Bakı xeyli sayda faktlara söykənən araşdırma yazılar dərc edib. Bütün o yazıları uzun-uzadı təkrar etməyə ehtiyac görmürük. Ümumiyyətlə, Mərdan Camalov bizim üçün maraqlı subyekt deyil ki, hər dəfə onun barəsində təkrar-təkrar nəsə yazaq. Mərdan Camalov barəsində bu yazını yazmağa bizi vicdanımızın səsi məcbur elədi. Bəlkə də bir az pafoslu səslənəcək. Amma… Əmması odur ki, Mərdan Camalov Qarabağ döyüşlərində canından, qanından keçmiş qaziyə çox üzr istəyirik, az qala küçə DİLƏNÇİSİ kimi yanaşır, onu sözün həqiqi mənasında təhqir edir.
Biz başa düşürük ki, icra başçılarının, ümumiyyətlə, məmurların sehrli çubuğu-zadı yoxdur ki, qazilərin, şəhid ailələrinin problemini bir andaca həll etsin. Amma ortada bir insanlıq məsələsi var dəə… Qarabağ qazisi səndən nə tələb edir ki..? Həm də döyüşlərdə aldığı travmalardan başqa, bu qazi onkoloji xəstədir. Əgər Mərdan Camalovun oğlu, yaxud doğması Qarabağda şəhid olsaydı, bəlkə də o bu problemi hiss edərdi. Sözün qısası, 16 il Xüsusi Təyinatlıda xidmət etmiş, sağlamlığını itirmiş və hazırda sosial ödənişlərlə ailəsini dolandıra bilməyən Zərdab sakini çox çətinliklə cənab Mərdan Camalovun qəbuluna düşə bilir. Və bütün problemlər bundan sonra başlayır. Qarabağ qazisi deyir ki, bu il avqustun 22-də Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün ona təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş edirəm. Mərdan Camalov Qarabağ qazisinin üstünə necə püskürüb, əə, mən burda pul paylayıram..? Qarabağ qazisi deyir ki, cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. “Hamınız üstümə gəlirsiniz, elə bil bura bankdır, mən pul paylayanam?!” - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, torpaq-filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik - deyib otaqdan çıxdı. İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinnhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD8-də xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi cənab Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb. Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mən sanki dilənçiyəm kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi. Bəli, hiss etdinizmi, nəinki icra başçısı Mərdan Camalov, hətta onun POMOŞNİKİ-köməkçisi Qarabağ qazisinin sözlərindən narahat olmur. Qarabağ qazisi öz müraciətində deyir ki, Zərdabın demək olar ki, bütün kəndlərində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı Mərdan Camalov və yaxınları zəbt edib, əkiblər. Qarabağ qazisi müraciətinin sonunda Cənab Prezident İlham Əliyevdən kömək istəyir və inanır ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq və Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq.
Biz də Gündəlik-Bakı olaraq Qarabağ qazisinin bu problemini gündəmdə saxlayaraq onun həllinə yardımçı olmağa çalışacağıq.
P.S. Mərdan, Cordan, Cortdan, Cırtdan, Xortdan bu adların hamısı ad kimidir. İstəsələr bu adları hər bir kəsə qoyarlar. Qarabağ qaziləri gərək Mərdan Camalovun yanına getməsinlər, onlar rayon Memarlıq İdarəsinin qarşısında dayansınlar və Mərdan Camalovun satdığı torpaqların sənədləri ilə orada tanış olsunlar. //gundelik-baku.com/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Akademiyasında ARAŞDIRMA BAŞLANDI - Qulu Novruzov haradadır?


Dövlət Gömrük Komitəsindən sonra Dövlət Gömrük Akademiyasında da araşdırmalar başlayıb.

DGK-nin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin dövründə ona və müvafiq vəzifəli şəxslərə yaxın adamlarının Dövlət Gömrük Akademiyasına qəbulu olub.

Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən test imtahanlarından kənar akademiyaya qəbul edilən şəxslər barəsində ciddi araşdırma aparılır.
Hətta testdən kənar DGA-ya qəbul olub, akademiyadan məzun olduqdan sonra rahat şəkildə Dövlət Gömrük Komitəsinə işə qəbul edilən şəxslərin olduğu da məlum olub.
Həmin şəxslər aşkarlandıqca, tutduqları vəzifələrdən azad edilirlər.

Saytımıza verilən digər məlumatda hımçinin bildirilib ki, general-mayor Qulu Novruzovun rəisi olduğu, Dövlət Gömrük Komitəsinin Akademiyasının prorektor vəzifəsini qeyri-rəsmi olaraq DGK-nın sabiq sədri, general-polkovnik Aydın Əliyev icra edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX İpoteka və Kredit Zəmanət Fondunda əməliyyat keçirəcəkmi? – MİDA-nın CİNAYƏTLƏRİNİ BU FOND TƏKRARLADI


Bu gün İpoteka və Kredit Zəmanət Fond Bakı, Abşeron və Sumqayıtda kirayə mənzilləri satışa çıxarıb.
Əvvəlcədən verilmiş elana uyğun olaraq, yüzlərlə vətəndaş rəsmi qeydiyyatdan keçib.

Ancaq bu gün nəticələr açıqlananda Bakıdan kirayə mənzil sahibi olmaq istəyənlər sürprizlə qarşılaşıb.

Belə ki, Fondun rəsmi səhifəsinə daxil olan vətəndaşlara Bakı şəhəri üzrə mənzillər təqdim olunmayıb.

Gün ərzində vətəndaşların davamlı tələblərinə, sorğularına isə Fondan inanılmaz cavab verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə nəticələr də saytda yerləşdirilib və dərhal da satılıb.

Kirayə mənzil üçün Fonda müraciət edən və sənədləri təadiqlənən Günel Bəşirova Gununsesi.info-ya bildirib ki, Fond saxtakarlıq edib:

”Mən burada MİDA olaylarının təkrarını görürəm. İnsanların üzünə dayanırlar ki, Bakı şəhəri üzə həmin mənzillər saytda qoyulub bə satılıb.

Necə saytda yerlışdirilib ki, aylardır intizarsa olan birisi kimi mən bunu görə bilmədim. Mənim kimi neçə insana da bu yalanı söyləyiblər. Mən dövlətdən xahiş edirəm ki, bu məsələ ciddi araşdırılsın”.

gününsəsi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda şikayət etməyin XEYRİ YOXDUR - NARAZILIQ!


Naxçıvan şəhər Qaracuq kənd sakinləri yolların bərbad olmasından şikayətçidirlər.

Bu haqda "Gündəlik Naxçıvan"a sakinlər özləri məlumat verib. Onlar deyir ki, son illər kənddə abadlıq-quruculuq işləri aparılsa da, kəndə yeni asfalt yol çəkilsə də, məhəllə yolları bərbad vəziyyətdədir. Bu səbəbdən onlar yayda yolların toz-torpağından, qışda isə palçığından əziyyət çəkirlər.

Kənd sakini M. B. deyir ki, aidiyyəti qurumlara dəfələrlə şikayət etsələr də, nəticəsi olmayıb:

“Bir neçə il əvvəl yeni tikilən məktəbə və inzibati binalara gedən yollar asfaltlandı. Kəndin bəzi ərazisində dairəvi yol çəkildi. Yeni tikilən inzibati binalara kanalizasiya xətti çəkmək üçün kənd içindəki bəzi məhəllə yolları qazıldı. Həmin ərazilərdə kanalizasiya xətləri çəkildikdən sonra üzərinə torpaq verilsə də asfaltlanmadı. 2019-cu il mayın 26-da prezident ilham Əliyev də Naxçıvana səfəri zamanı həmin ərazidə olub. Yeni salınmış sərhəd zastavasının yaradılan şəraitlə tanış olub. Həmin vaxt məmurlar kənd camaatına söz verdilər ki, açılışdan sonra kəndin daxili yolları da asfaltlayacaq. O gün, bu gün hələ də asfaltlanmayıb, əksinə daha bərbad və acınacaqlı vəziyyət yaranıb”

Başqa bir kənd sakini isə deyir ki, toz-torpaqdan evlərində rahat nəfəs ala bilmirlər:

"Bir balaca külək olanda, yolla maşın gedəndə evlərə toz-torpaq dolur. Bu səbəbdən xəstəlik də baş alıb gedir.

Bir azdan yağışlar başlayacaq, yollar dizə qədər palçıq olacaq. Uşaqlar məktəbə gedərkən zülm çəkirlər. Bu hal illərdir davam edir. Aidiyyatı qurumlardan isə hələ də səs çıxmır”.
Kənd sakinləri deyir ki, yolların bərbad olması səbəbindən şəhərdən kəndə marşrutla gedib-gəlmək də uzun vaxt aparır:

"Şəhərdəki Heydər Əliyev sarayının yanından kəndimizə 7 saylı marşrut işləyir. Normalda kəndə marşrutun gedib qayıtması 20-25 dəqiqə vaxt aparmalıdır. Lakin yolların bərbad olması səbəbindən marşrutla kəndə gedib, qayıtmaq haradasa bir saata yaxın vaxt aparır. Marşrutla gedərkən həm toz-torpaq sakinləri məhv edir, həm də vaxt itkisinə səbəb olur. Buna səbəb isə həmin məhəllə içi yolların asfaltlanmamasıdır".

"Gündəlik Naxçıvan"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat Ağalar Vəliyevin oğlunun bahalı dünya turu — Dubay səhralarında şeyxlərlə ziyafət


Deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin əsas hobbilərindən biri də səyahət etmək imiş. Bu barədə o sosial şəbəkədə məlumat yayıb.

Məhz buna görədir ki, deputat oğlu dünyanın ən bahalı ölkələrinə səyahət edir, Niaqara şələləsini yaxından izləyor, ərəb şeyxləri ilə Dubay səhralarında şampan ziyafəti çəkir.

O, bu görüntüləri şəxsi “facebook” səhifəsində hərkəsə açıq şəkildə palaşım etməkdən də çəkinmir.

Mətbuatda biznesmen deputat kimi adı hallanan Ağalar Vəliyevin oğlunun da özü kimi biznes şəbəkələrinin sahibi olduğu bildirilir. //32gun.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərlotereya”nın maliyyə hesabatına inanmaq olar, ya yox... - ARAŞDIRMA


Bir müddət əvvəl “Azərlotereya” ASC illik audit hesabatını saytında dərc etdi.

Hesabatı KPMG audit şirkəti həyata keçirib. Bu şirkət dünyanın 4 ən nüfuzlu audit şirkətindən (Big-4) biridir. Amma KPMG-nin ölkədə reputasiyası o qədər də yaxşı deyil. Gəlin, səbəblərini birgə incələyək.

KPMG-NİN AUDİT ETDİYİ BANKLAR MÜFLİS OLUB

2016-cı ildə Azərbaycanda 11 bank bağlanıb, bunlardan ən böyük ikisi – “Bank Standard” və “Texnikabank”ın auditini KPMG şirkəti aparıb.

Həmin vaxt “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri olan hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov deyib ki, KPMG-nin audit apardığı hər iki bankın müflis olması onun fəaliyyətinə şübhələr yaradır. Halbuki, adıçəkilən bankların 2012-ci ilə qədər kənar auditoru PwC audit şirkəti olub. Sonradan PwC-də işləyən Vüqar Əliyev iş yerini KPMG-yə dəyişib və köhnə müştərisi olan bankları da özü ilə aparıb. Məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Hətta hüquqşünas bu məsələ ilə bağlı KPMG-nin baş ofisinə müraciət edib, lakin cavab almayıb.

KPMG “ARTSHAKHBANK”IN AUDİTORU OLUB

2018-ci ildə məlum olub ki, KPMG Azərbaycan qanunvericiliyinə, ölkəmizin ərazi bütövlüyünə hörmət qoymur. Belə ki, “KPMG Armenia” “Artsakhbank”ın rəsmi auditoru olub. Saytda yerləşdirilən sənəddə KPMG-nin imzası və möhürü mövcuddur. Həmin vaxt Əkrəm Həsənov vacib bir məqamı qeyd etmişdi: “KPMG-nin MDB üzrə bank auditi rəhbəri milliyyətcə azərbaycanlı Vüqar Əliyevdir”. Bəli, həmin o yuxarıda adını çəkdiyimiz Vüqar Əliyev. KPMG-nin Ermənistan da daxil olmaqla bütün MDB məkanında bank auditi ilə məşğul olduğunu nəzərə alsaq, Vüqar Əliyevin rəhbərlik etdiyi şirkətin Dağlıq Qarabağda yerləşən banklara da xidmət göstərdiyindən xəbərsiz olmağı qeyri-mümkündür.

KPMG RƏHBƏRLİYİ ABŞ-DA HƏBS OLUNUB

KPMG şirkətinin rəhbərliyi ABŞ-da həbs olunub. Əkrəm Həsənovun sözlərinə görə, dələduzluq və digər cinayətlərə görə şirkətin 6 rəhbər şəxsi həbs edilib: “Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alıblar və qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər. KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Buna baxmayaraq, ölkəmizdə bəziləri bu şirkətə himayədarlıq edir. Hər bir halda xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.

“HESABATA İNANMAQ OLMAZ”

Əkrəm Həsənov İndex.az-a açıqlamasında bildirib ki, “Azərlotoreya” ilə yanaşı, Mərkəzi Bankın da son illər kənar auitini KPMG aparır: “Məhz son illər! Halbuki, əvvəllər Mərkəzi Bank heç vaxt KPMG ilə işləmirdi, “Deloitte”, PwC ilə işləyirdi. Son illərdə KPMG dövlət sektorunda yaman fəallaşıb. Bu da onun nəticəsidir ki, onun imici və işgüzar nüfuzuna böyük xələl gəlib. Çünki Azərbaycanda ən böyük bank müflisləşmələrinin fonunda onlar olublar. Təkrar edirəm, “Bank Standard” və “Texnikabank” kimi iri bankların kənar autini onlar aparıblar və hər zaman da yazıb ki, hər şey qaydasındadır. Bununla yanaşı, KPMG xarici ölkələrdə də özünü biabır edib. Azərbaycanda isə aşağı qiymət verməklə daha sərfəli qiymət verməklə daha üzü yola olmaqla öz müştəri bazasını azərbaycanda genişləndirir. Xatırladaq ki, auditor xidməti ən bahalı xidmətdir. Lakin əksər hallarda bu heç özünü doğrultmur. Sadəcə dünya praktikasıdır. Əsas da “Böyük 4-lüy”ə daxil olan audit şirkətləri… Təsadüfi deyilki Azərbaycanda son illər digər, yəni o qədər də baha işləməyən audit şirkətləri fəallaşıb. Bəzi auditorlar şirkət rəhbərləri ilə əlbir olub, öz rəylərində saxtakarlığa yol verirlər. Saxtakarlığı bu “Böyük 4-lüy”ə daxil olanların hər biri etsə də, saxtakarlıq üzrə lider KPMG-dir. Ona görə, KPMG ya qiyməti endirir, ya da “azərbaycansayağı” proseslər baş verir. Buna görə, KPMG son illərdə fəallaşıb, öz imicini düzəldir. Mən onların hesabatlarına heç etibar etmirəm və bununla bağlı əlimdə yetərincə səbəb var! Bunu “Bank Standard”da, “Texnikabank”da pulu qalanlardan soruşa bilərsiniz…”

“AZƏRLOTEREYA” RƏHBƏRLİYİNƏ MÜRACİƏT

“Azərlotereya” ASC-nin maliyyə hesabatına inanmaq olar, ya yox, oxucular, o cümlədən adıçəkilən şirkətin rəhbərliyi qərar versin. Unutmayaq ki, audit şirkətin güzgüsüdür və hər əyri-əskiyi olduğu kimi göstərməlidir. Sonra gec olur… “Azərlotereya” “Bank Standard”, “Texnikabank”ın aqibətini yaşaya bilər… //İndex.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dörd uşaq anası çörək almaq üçün PUL TAPMIR: Uşaqlar məktəbə getməyəcək... - "Razi Nurullayev də vəd vermişdi, amma kömək etmədi"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatli ailəyə yenidən sosial yardım təyin etməkdən imtina edir. DİA.AZ bildirir ki, rəsmi qurumlardan imtina cavabı alan 4 uşaq anası yaşadığı acınacaqlı durumdan danışır.

Metal toplayaraq uşaqlara çörək aldığını deyən ana bildirir ki, deputat Razi Nurullayev də vəd vermişdi, amma kömək etmədi: "Nə zaman zəng elədik... Yalandan boş vəd verdilər..."

"İcra hakimiyətinin işçiləri gəlib şəkil çəkdirib getdilər" deyən ana qeyd edir ki, ƏƏSMN-nin işçiləri də problemdən halidir: "İnanmadılar... dedilər ki, mən burda yaşamıram..."

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmələr “Sahil-R” MTK-nı niyə himayə edir? - İDDİA


MTK-ların vətəndaşlara, daha dəqiq desək, binalardakı mənzil sahiblərinə, yəni payçılara yaratdığı problemlərlə bağlı ölkə mediası neçə illərdir ki, yazmaqda davam edir. Amma bu problemlər həllini tapmır.
Gündəlik-Bakı olaraq ötən sayımızda “Sahil-R” MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin şikayətindən bəhs etmişdik. Qısa məlumat üçün qeyd edək ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur. Qanunvericliyiə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir. Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür. Yenə Qanunvericiliyə uyğun olaraq MMMC yaradılmadığı təqdirdə, MTK binanın idarəçiliyini ərazi üzrə bələdiyyə orqanına verməlidir. Haqqında bəhs etdiyimiz ünvandakı binanın istismara verilməsindən ( 2016-cı il ) 6 ilə yaxın vaxt keçsə də, MTK nəinki idarəçiliyi bələdiyyəyə vermir, əksinə qanunsuz olaraq sakinlərdən pul toplayır. Və sakinlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, MTK yığılan vəsaitlə bağlı hesabat vermir. Bundan əlavə Qanunvericilikdə müəyyən edilib ki, binanın zirzəmisi birmərtəbəli olarsa, ancaq sığınacaq kimi istifadə oluna bilər. Yəni avtomobil dayanacağı-qaraj kimi istifadə oluna bilməz. MTK rəhbərliyi isə Qanunvericiliyi pozmaqla binanın zirzəmisindən qaraj kimi istifadə edir və…üstəlik hər avtomobilə görə ayda avtomobil sahibindən 150 manat alır.
Təsəvvür edirsiniz, yuxarıda qeyd etdiyimiz kimi, bina bütövlükdə, zirzəmisi də daxil olmaqla payçıların əmlakıdır. MTK isə payçıların əmlakını onların özünə qanunsuz olaraq hər ay 150 manata icarəyə verir. Təkrar etməyə məcburuq ki, Qanunvericiliyə görə, bina və ətrafı payçılara məxsusdur. “Sahil-R” MTK-nın rəhbərliyi isə payçıların razılığı olmadan binanın ətrafını müxtəlif obyektlərə icarəyə vermişdir və bunula da obyektlərə giriş-çıxışı təmin edərək sakinlərin hərəkəti üçün lazım olan səkiləri zəbt etmişdir. Binanın həyətindən digər binanın ərazisində yerləşən uşaq bağçasına gedən yol da sakinlərə problem yaradır. Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir. Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verdi.
Amma bu günədək problem aradan qaldırılmayıb. Sakinlərin qeyd etdiyi ən böyük problemin biri isə müqavilədə və çıxarışda göstərilən sahənin xeyli fərqlənməsidir. Belə ki, müqavilədəki rəqəmlə çıxarışdakı rəqəm arasında 8, 10, bəzən 12 kv.m sahə fərqi yaranır. Bu artıq cinayət əməlidir. Bütün bunlar azmış kimi MTK rəhbərliyi binanın altında olan əraziləri “Bazar Store” və “SUNLAB”a icarəyə verib. Bir daha qeyd edirik ki, Qanunvericiliyə görə, həmin sahələr binanın payçıları olan sakinlərə məxsusdur. MTK-nın bu əməlləri Qanunvericiliyə ziddir. Amma MTK nəinki həmin sahəni icarəyə verib pul alır, hətta bununla binanın sakinlərinə ciddi problemlər yaradır. Birincisi, həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib.
İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Hazırda binanın sakinləri yuxarıda qeyd olunan narazılıqlarla bağlı Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər. Hazırda həmin qurumlar tərəfindən araşdırılma aparılır. Yeri gəlmişkən, sakinlər onu da qeyd edir ki, "Bazar Store"-yə məhsul gətirən şirkətlərə məxsus iri yük maşınları mütəmadi olaraq binaya gələn yolda tıxac yaradır və sakinlərin gediş-gəlişinə mane olur, dözülməz səs-küyə səbəb olurlar, sakinlərin istirahət hüququnu pozurlar. Eyni zamanda binada yerləşən "SUNLAB" tibbi müayinə obyektinin də 5 yerdən girişi var.
Eyni zamanda Laboratoriyanın kuryerlərinin istifadə etdiyi motosikletlər də ciddi problem yaradır. Onu da qeyd edək ki, MTK-nın rəhbərliyi layihədən kənara çıxaraq binada əlavə artırma edib. Bir sözlə, MTK rəhbərliyi payçıların hüquqlarını, ölkə qanunvericliyi kobud şəkildə pozur. Ümid edirik ki, dövlət qurumlarının araşdırması və Apelyasiya Məhkəməsi bütün bu baş verən özbaşınalıqlara son qoyacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Olympus Park”ın qanunsuz söküntü işində İLGİNC RƏY - Ekspert yazıb ki, metrostansiyanın ətrafı səhralıqdır


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri uzun müddətdir davam edir.

Məhkəmə sökülən obyektin qiymətləndirilməsi üçün ekspertiza təyin etmişdi. Ekspertizanın rəyi olduqca ilgincdir.

Xatırladaq ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib.

Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılıb.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirib.

İlham Sərdarov əlavə edir ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Artıq məhkəmənin təyin etdiyi ekspertizanın rəyi də məlum olub.

Obyekti sökülən İlham Sərdarov deyir ki, “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Amma göstərilən obyektlərin qiyməti ilə onun sökülən obyektinin qiyməti uzlaşmır:

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”.

Zərərçəkmiş İlham Sərdarov ekspertizanın rəyindən narazı olduğunu bildirib. Məhkəmə iclası sentyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Məhkəmə çəkişməsi isə Bakıda idmançıların klubunun gecə ilə uçurulması, bu günə qədər kompensasiya ödənilməməsi ilə bağlı şikayətlərə görə davam edir.

Bildirək ki, “RS Construction” MMC İlham Sərdarova qanunsuz olaraq sökdüyü obyektinə görə 162 min manat təklif edir. Bundan başqa, İlham Sərdarovdan etdiyi şikayətlər nəticəsində “RS Construction” MMC-nin işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 1 milyon manat məbləğində pul tələb edir.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb. //Musavat.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO