[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcbari Sığorta Bürosunun əməkdaşı ƏLİLƏ QARŞI... - NARAZILIQ VAR!


Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.

Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.

1-ci qrup əlil və ağır miopatiya - əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: "Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində - müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, "qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!"

Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.

Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.

Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq. //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqına başsağlığı verdi


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Xalqına başsağlığı verib.

Başsağlığı mesajında deyilir:

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda Azərbaycan ordusunun şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa diləyirik. Qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Azərbaycan xalqına başsağlığı verdi


Prezident İlham Əliyev Azərbaycan xalqına başsağlığı verib.

Başsağlığında deyilir:


"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!"
Prezident Azərbaycan xalqına başsağlığı verdi

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!


Rayonun memarı deyir ki, bizlik deyil, bu məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi baxır... Məlumdur ki, son illərin ən ciddi problemlərindən biri, bəlkə də birincisi, paytaxt Bakının rayonlarındakı qanunsuz tikililərdir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, Rayon İcra Hakimiyyətlərinin memarlıq şöbəsinin, şəxsən baş memarın rəsmi icazəsi ilə kimlərsə boş sahə görən kimi oranı hasarlayıb xırda ticarət obyekti, kafe, köşk tikdirir. Və hətta bu obyektlər vətəndaşların keçdiyi səkiləri zəbt ediblər.
Həm də bu məsələdə memarlıq şöbəsinin adı daha çox hallansa da icra başçılarının bundan xəbəri olmaya bilməz. Yəni bütün bu qanunsuzluqlar icra başçılarının birbaşa icazəsi ilə baş verib. Bütün bu qanunsuz tikintilər əslində böyük biznes məsələsidir. Uşaqdan böyüyə hamı bilir ki, Bakıda pulunu verməsən bir daşı daşın üstə qoymaq olmaz.
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təsəvvür edirsiniz, hansısa məmur öz şəxsi marağına görə, daha dəqiq desək pul qazanmaq üçün kiməsə obyekt tikməyə icazə verir. Və bir neçə ildən sonra həmin qanunsuz obyekt dövlətin hansısa layihəsinə mane olduğu üçün söküləndə, həm obyekt sahibi qazanır, həm də həmin məmurlar qazanır. İtirən isə dövlət büdcəsi olur. Axı, dövlət büdcəsi havadan-zaddan yaranmır. Bu büdcə vətəndaşların ödədiyi vergilər əsasında yaranır.
Deməli, rüşvətxor məmur və qanunsuz obyektin sahibi pul qazanır, itirən isə vətəndaşlarımız olur. Amma əslində qanunsuz tikiliyə icazə verən məmur dəyən zərəri ödəməli idi.
Sözün qısası, neçə illərdi ki, şəhərimizin səkiləri, parkları məmurlar tərəfindən zəbt olunur.
Hətta rayon ərazilərindəki yüksək gərginlikli elektrik xətlərinin altındakı ağaclar kəsilərək, yaşıllıqlar məhv edilərək yerində çayxanalar, ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Bu məmurlar başa düşmür ki, həmin yaşıllıqlar, ağaclar məhz yüksək gərginliyi kompensasiya etmək üçün salınıb. Əgər sabah həmin ərazidə bir fəlakət baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq..?
Bütün bu sadaladığımız problemləri aradan qaldırmaq üçün cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edildi.
Hətta icra hakimiyyətlərinin bəzi səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə verildi. Amma... Əmması odur ki, bütün bunlara baxmayaraq icra başçıları, memarlar köhnə bazarlarından, köhnə alverlərindən əl çəkmək istəmirlər. Paytaxt Bakının qanunsuz tikililərlə ən çox zəbt olunmuş rayonlarından biri də Xətai rayonudur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, memarlıq şöbəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün rayonlardakı memarlıq işləri Rayon Təsərrüfatı şöbəsinə tapşırıldı.
Düzdür, bu şöbənin tikintiyə baxan mühəndisləri, memarları var. Xətai Rayon İcra Hakimiyyətində bu məsələlərə şöbə müdiri Rafiq İsayev və memar Əhməd Məmmədov baxır. Ən maraqlısı odur ki, son vaxtlar rayon ərazisindəki qanunsuz tikililərdən söhbət düşən kimi.... İcra hakimiyyətinin memarı, şöbə müdiri, hətta Xətai rayon İcra hakimiyyətinin başçısı Quliyev Rafiq Çəpərxan oğlu birağızdan deyir ki, məsələ artıq bizlik deyil, gedin qanunsuz tikililərin səbəbini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən soruşun.
Təsəvvür edin ki, Xətai sakinləri etiraz aksiyası keçirir və deyirlər ki, hansısa şirkət gəlib həyətimizin ortasında qanunsuz tikili tikir. İcra başçısı isə deyir ki, mənlik deyil. İcra başçısından soruşan yoxdur ki, neçə illərdir ki, rayon ərazisində tikilən qanunsuz obyektlər də sənlik deyil..? Xətai icra hakimiyyətinin memarı isə həyətdə tikilən qanunsuz tikili barədə deyir ki....Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir.
Belə yerdə deyiblər ki, vur palçıqdan çıxsın. Necə yəni səndə olan məlumata görə... İki dövlət qurumu arasında adi koordinasiya yoxdurmu ki, konkret biləsiniz ki, tikinti qanunidir, yoxsa yox. Həm də sakinlərin həyətində tikilən obyekt necə qanuni ola bilər, ayy .... Yaxşı, Xətai rayonu ərazisində kəsilən ağacları da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi eləyib..?
Axı, bu ağacların kəsilməsinə siz icazə vermisiniz... Bəs rayonun Mənzil Kommunal İstismar İdarəsi hara baxır..?
Sözün qısası, Məşədi İbad demişkən, əvvəl qızın bir adaxlısı var idi. İndi iki olub. Və qanunsuz tikli ilə bağlı nə varsa bir-birinin üzərinə atır. Amma, istənilən halda, Xətainin icra başçısı Rafiq Quliyev və yaxın ətrafı sanki harasa tələsirlər. Elə bil vaxtın bitdiyini hiss edərək, hər tini, dalanı satmağa hazırdırlar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi məmurlar mediadan yuxarılara şikayət edirlər ki, imkan vermirlər işləməyə, barəmizdə yazırlar-pozurlar və... Qaçaq Nəbi filmində deyilən kimi, imkan vermirlər ki, oğurlayaq, sataq, qazanaq... Belə məmurlar “krışaları” deyir ki, siz də medianı verin məhkəməyə, tapşıracağıq, qoy başları özlərinə qarışsın və...məmurlar yaddan çıxsın... Bizim isə bir media olaraq belə məmurlara sözümüz odur ki, bizim yazmaqda yeganə məqsədimiz cənab Prezidenti məmur özbaşınalığı ilə məlumatlandırmaqdır. Və bizə olan hər hansı təhdidə qarşı cənab Prezidentimizə video-müraciətlərimiz var. Bir sözlə, məmur özbaşınalığına qarşı mübarizəmiz davam edir.
Növbəti yazılarda digər paytaxt rayonlarında baş verən qanunsuz tikintilərdən, baş memarların əməllərindən bəhs edəcəyik. Bizi izləyin.
P.S. Deyirəm, bölgələrdə ildırım çaxanda agacları, fermaları, böyük evləri, obyektləri vurur. Nədənsə Bakıda "ildırım" çaxanda Bakı və ətraf rayonların arxiv müdirləri ilə memarlarını vurur. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ÖZBAŞINALIQ... - GİLEY


Göyçay rayonu Şəhadət kənd sakini Abdullayev Nazir Cavid oğlu tərəfindən ölkə rəhbərlityinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 4 il müddətdir Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində işləyirdim. Lakin 15 gün öncə iş yerimi tərk etdim. Səbəb isə ondan ibarətdir ki, son 1 il ərzində maaşımı doğru-dürüst ala bilmirdim. Daha öncə minimum əmək 250 (iki yüz əlli) manat, sonradan isə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 1100 (min bir yüz) manat pulumu mənimsəyiblər. Məntəqənin müdiri Faiq adlı şəxsdir. Əvvəllər mən ondan haqqım olan maaşımı tələb etdiyim zaman müxtəlif bəhanələr gətirirdisə, hazırda tamamilə özündən razı halda "Vermirəm, get kimə şikayət edirsənsə, et, mən heçkimdən qorxmuram" deyir. Doğrusu mən çarəsiz olduğum üçün və heç yerdə iş tapa bilmədiyimə görə, əmək müqaviləsi bağlamadan işləməyə razılıq vermişdim. Çünki adını qeyd etdiyim yerdə işəgötürən şəxs, işə götürülən bütün işçiləri heç bir müqavilə bağlamadan işlədir. Biz isə orada sadəcə fəhlə olduğumuza görə qanunsuzluqlara müdaxilə edə bilmirdik. Ümumiyyətlə isə ağacların əkilməsi, meyvə və tərəvəzlərin yığılması zamanı orada çalışan bütün işçilər qeyri-qanuni işlədilirlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz". Lakin eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndində: "Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır". Bundan əlavə Göyçay Dayaq Məntəqəsi işə götürdüyü işçiləri rəsmiləşdirməməklə qanuni vergidən də yayınmış hesab olunur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur" bildirilməkdədir.
Hörmətli cənab Prezident! İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən çox xahiş edirəm, haqqım olan 1100 (min yüz) manat pulun tezliklə mənə verilməsinə köməklik göstərəsiniz. Həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində baş verən özbaşınalıq, əmək müqaviləsi olmadan işəgötürmə, dövlətin qanuni vergi borcundan yayınma kimi qanunsuzluqların aidiyyəti orqanlar tərəfindən mənim də iştirakımla obyektiv araşdırılmasını Sizdən xahiş edirəm. Sizə öncədən öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi BAZARA ÇEVRİLİB - İki nazirliyə BİR MÜRACİƏT


Bakıda yerləşən Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi əməlli-başlı bazara çevrilib. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup valideyn saytımız vasitəsilə Mədəniyyət və eyni zamanda Elm Və Təhsil Nazirliklərindən sözügedən təhsil ocağı ilə bağlı tədbir görmələrini tələb edirlər.

Valideynlər bildirir ki, Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə bir neçə gün əvvəl övladları imtahan verib: "Amma ilk başdan hiss olunurdu ki, bu məktəbə qəbulda tanışlıq, şirinlik daha öndədir. Yəni rşüvət verməyənin, tapşırılmayanın övladları Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə qəbul edilmədi.

Burada uşaqların istedadı yox, valideynin kim olması və yaxud da kimlərəsə güvənməsi önəmlidir.

Hər iki nazirimizdən tələb edirik ki, bu təhsil ocağı ilə bağlı tədbir görülsün".

Məsələ diqqətimizdədir... İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

QEYD: Valideynlər Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə qəbuldakı özbaşınalıq və bazar qaydaları ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməyi planlayırlar.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəbrayıl azaddır, camaatı da AZAD OLMAQ İSTƏYİR... - NARAZILIQ VAR!


Cəbrayıl rayon sakinləri yenidən "DogruXeber.az" informasiya agentliyinə üz tutublar.

Agentliyin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımız ilə canlı bağlantı yaradan Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan Rafiq Təhməzov qəsəbədə yaşanan bir çox problemlərdən danışıb.

Rafiq Təhməzov qəsəbə sakinlərinin su pulu ödədikləri halda, əlavə olaraq, içməli suyu pul ilə satın aldıqlarını, qəsəbədə, sakinlərin sıx yaşadığı ərazilərdə mal-qara fermasının olduğunu, uşaq bağçalarının bərbad, təmirsiz vəziyyətdə olduğunu, həmçinin baxçalarda uşaqlara göyərmiş, natəmiz vəziyyətdə olan su çənlərindən su içirildiyini və sair dilə gətirib. Eyni zamanda rayonun ən başlıca problemi işsizlik məsələsinə toxunub.

Rafiq Təhməzov bildirir ki, rayondakı bir çox problemlərə görə əvvəllər də bir neçə dəfə canlı yayımda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova qarşı iradlar səsləndirib və buna görə bir neçə şəxs tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalıb.

Həmçinin, o vurğulayıb ki, "İcra başçısı sakinləri qəbul etmir, onlarla görüşmür. Mənim təqaüdə çıxdıqdan sonra hər ay aldığım 60 AZN müavinətim kəsilib, dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm ki, bərpa etməkdə mənə köməklik etsinlər. Amma, başçının müavini Fəridə İbayeva mənə aidiyyatsız cavablar göndərir. Atırlar Qaçqınkomun (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi) üstünə.

Mən artıq bilmirəm kimə müraciət edim, problemimi kimə danışım?"

Bəli, tamamilə yerində verilmiş sual - Vətəndaşın problemini əgər ərazi üzrə İcra Hakimiyyəti tərəfindən dinlənib, müəyyən lazımi köməkliklər göstərilmirsə, vətəndaş hara müraciət etməlidir?

Prezidentə?

Axı bütün bunlar üçün ölkə başçısı hər rayona öz səlahiyyətli nümayəndəsini təyin edib.
Bəs onlar əhaliyə göstərmədiyi halda kimə, yaxud nələrə xidmət edirlər?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Deyirlər ki, sizə “müharibə iştirakçısı” adı düşmür” - ETİRAZ


44 günlük İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb edilmiş və 50 gündən artıq xidmət etdiyini deyən şəxslər sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında etiraz ediblər.

Aksiya iştirakçıları səbəb kimi onlara “müharibə iştirakçısı” statusunun verilməməsini göstəriblər.

Cəlilabaddan gələn Nazim Quliyev bildirib ki, dəfələrlə aidiyyatı qurumlara müraciət edib, lakin normal cavab ala bilməyib.

Ən son yazdığı məktuba isə belə cavab verilib: “Siz tamamlama əsgəri olmusunuz, sizə müharibə iştirakçısı adı düşmür”.

Amma Nazim Quliyev bununla razı deyil. Deyir ki, əvvəla qarda, palçıqda, soyuqda, yağışın altında xidmət edib.

İkincisi isə səfərbərliklə orduya çağırılıb və döyüş əmri ilə hərbi xidmətə yollanıb:

“Mən ölümə, vətənimi qorumağa getmişdim. Yəni ehtiyac olmayıb, döyüşməmişəm. Bu, o demək deyil ki, həmin vaxt vətənimə xidmət göstərməmişəm”.

Şikayətçi bildirir ki, istənilən xəstəxanadan gəlib onu yoxlaya bilərlər. O zaman bilinəcək ki, o, qazidir:

“Çətin şəraitdə xidmət etmişəm, canım çıxıb. Vətənə canım da qurbandır, sadəcə, artıq utanıram. Rayonda çölə çıxa bilmirəm, hamı soruşur ki, bəs o qədər xidmət etdin, veteranlıq vermədilər? Utandığımdan cavab verə bilmirəm. Bir hərbi hissəsə 500 nəfər var idisə, onun yarısı döyüş əmrində olub, yəni döyüşüb. Qalanı isə arxada xidmət edib. Fərqi nədir, biz xidmət etmişik. Bizə deyirlər ki, siz tamamlama olmusunuz, sizə müharibə iştirakçısı adı düşmür. Şablon cavab almaqdan yorulmuşuq”.

Etiraz edən hərbçilər bildirirlər ki, onlara “müharibə iştirakçısı” adının verilməməsini əsaslı izah edə bilmirlər: “Məsələn, İkinci Dünya Müharibəsində arxa cəbhədə olanlara belə, veteranlıq verilib, onlar medal alıb. Arxa cəbhədə, çətin şəraitdə xidmət edən canını qoymur?”

Daha bir hərbçi Ağayar Lətifov isə 56 gün xidmət etdiyini bildirir.

Deyir ki, “müharibə iştirakçıları”na verilən 80 manatı da istəmir:

“Təki bir sənəd versinlər ki, o həmin vaxt səfərbərliklə hərbi xidmətdə olub. Adam utanır. Hamı deyir ki, nə oldu, getdin xidmətə, kim bilir, heç əlində sənədin də yoxdur. Bu sənədi bizə vermək bu qədərmi çətindir?”

Şikayətçi bildirib ki, 8 dəfə Bakıya, Müdafiə Nazirliyinə gəlib, amma nəticə yoxdur:

“Bizə normal cavab verən yoxdur. Səfərbərliklə gedib xidmət etmişik? Deməli, haqqımızdır. İstəyirik adımız tarixə düşsün. Xahiş edirik bir nəfər çıxıb bizə rəsmi cavab versin ki, bizə niyə düşmür. Hərbi hissənin bir bölüyü gedib döyüşəndə də ordakı hamıya veteranlıq düşür. Necə olur ki, bizə düşmür? Desinlər, 1 aya, 5 aya, 10 aya veriləcək, gözləyərik. Az qala zəfərin 2-ci ilidir, lakin biz hələ də haqqımız olan veteranlıq adını ala bilmirik”.

Rüstəm Ömərov da səfərbərliklə hərbi xidmətə gedib.

Ona da “müharibə iştirakçısı” adı verilməyib və eyni səbəb əsas gətirilib.

“Siz tamamlama əsgərisiniz, yaxud rezerv əsgər olmusunuz?”, – şikayətçi ona verilən bu sualı, doğrudan da, anlamaqda çətinlik çəkdiyini deyir:

“Fərqi nədir ki, çağırılıb, gedib, qaçıb gizlənməyib ki. İndi onun həmin vaxt əsgərlikdən yayınan adamla fərqi nə oldu? Bu, haqsızlıqdır. Çağırıblar, getmişəm, vəssəlam, deməli, sənəd verilməlidir”.

Şikayətçilər bildirirlər ki, veteranlıq alanların hamısı döyüşməyib. Onların içində elə şəxslər var ki, tərkibində olduqları hərbi hissənin bir bölüyü döyüşənlərdə iştirak edib. Avtomatik hamısına “müharibə iştirakçısı” adı verilib:

“Lakin bizim müraciətlərimizə baxan yoxdur. Biz canımızdan keçməyə getmişik axı”.

Qazilərə əvvəlcə Müdafiə Nazirliyində onları tezliklə qəbul edəcəklərini, problemlərini dinləyəcəklərini bildirsələr də, Meydan TV məsələ ilə bağlı nazirlikdən münasibət öyrənə bilməyib.

Elə nazirliyə qəbula gedənləri də qəbul edən olmayıb.

Bu, status ala bilməyən keçmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi qarşısındakı ilk aksiyası deyil. Daha öncə də onlar nazirliyə üz tutublar. Həmin dövrlərdə isə “şikayətiniz araşdırılacaq” cavabı alıblar. Lakin bu günədək hər hansı müsbət cavab ala bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 44 günlük həmin ikinci savaş başlayarkən ölkə başçısı qismən səfərbərlik də elan edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Rusiya və Ermənistan arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Atəşkəs razılaşmasından sonra vaxtaşırı tərəflər arasında atışma yaşanır.

Bu silahlı insidentlərdə Ermənistan Azərbaycanı, Azərbaycan isə Ermənistanı ittiham edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şükür Astanov təzə başçını da TORUNA SALA BİLİB... - İLGİNC İDDİALAR...


Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında İmişli rayon İcra başçısı Elçin Rzayevin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirən Səmədov Sahib Mehralı oğlunu İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin etdiyi barəsində məlumat vermişdik. Eyni zamanda rayon İcra başçısının sakinlərə qarşı saymazlığı və rayona qarşı laqeydliyi barəsində də bir neçə nümunələr gətirmişdik.

Məlumat yayımlandıqdan qısa müddət sonra etibarlı mənbədən əldə etdiyimiz məlumata gprə Elçin Rzayev yenicə işə götürdüyü keçmiş rəis köməkçisi Sahib Səmədovu vəzifəsindən azad edib. Onun yerinə isə Cəbrayıl rayon sakini olduğu deyilən Ceyhun adlı şəxsi həmin vəzifəyə təyin təyin edib. Maraqlıdır ki, imişlidə kifayət qədər təhsilli işsiz şəxslər olduğu halda, rayon rəhbəri Cəbrayıl rayon sakinini işlə təmin edir. Hansı ki, Cəbrayıl rayon sakinləri Cəbrayıl İcra Hakimiyyətinin başçısı Kamal Həsənov barəsində narazılıq bildirərkən başqa rayon sakinlərini Cəbrayıl qəsəbəsində işlə təmin etdiyinə etiraz edirdilər.

Onu da qeyd edək ki, Elçin Rzayev rayonun ali təhsilli bəzi sakinlərinə vakansiya olanda işlə təmin edəcəyi sözünü versə də vakansiya olan kimi hansısa "müəmmalı" səbəblə başqa rayon sakinini işlə təmin edir.

Bundan əlavə İmişli rayon Hacırüstəmli kənd icra nümayəndəsinin adı kəndə təyinat almış tibb bacısına qarşı əxlaqsız hərəkətlər etməsində hallanan keçmiş müavini Niyaməddin adlı şəxsi kənd sakinlərinin etirazları nəticəsində nəhayət ki, işindən azad etdilər. Amma, necə deyərlər "bığdan götürüb, saqqala qoydular". Adı əxlaqsız davranışlarda hallanan Niyaməddin adlı şəxs çox keçmədi ki, rayonun digər kəndi - "Qızılkənd" kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edildi.

Bir də ki, daha bir qaranlıq keçmişə malik şəxsi - vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində korrupsiya ilə məşğul olduğuna görə, haqqında cinayət işi açılmış Elxan Rüstəmlini İmişli Şəhər İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edən Elçin Rzayev ötən yazıda adı çəkilmədiyi üçün ona hələlik toxunmayıb. Doğrusu Sahib Səmədov təcrübəsindən sonra, Elxan Rüstəmlinin adını çəkməkdə tərəddüd etdik. Düşündük, görəsən Elçin Rzayev onun yerinə hansı rayona "yaxşılıq edəcək"?

Yeri gəlmişkən, biz bir neçə gün əvvəl İmişli rayonunu "ata mülkü" kimi bölüşdürən bir neçə sahibkarlar və vəzifəli şəxslərin adını çəkərkən, ötəri Şükür Astanovun da adını çəkmişdik.

Şükür Astanov kimdir?

Rayon sakinlərinin "Asfalt Şükür" kimi tanıdıqları Şükür Astanov “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Eyni zamanda, yerli saytlardan əldə etdiyimiz məlumata görə “Orion-E” MMC-nin sahibidir və bundan əlavə rayonda fəaliyyət göstərən bəzi daş-çınqıl karxanalarının sahibidir. Özü də icra başçısı ilə çox isti münasibətdədir. Yəqin, elə buna görədir ki, əldə etdiyimiz məlumata görə indi Şükür Astanovun yaxınları, qohumları, bacısı -qardaşı uşaqları rayonda Su idarəsində, işıq idarəsində yaxşı vəzifələrdə çalışırlar.

Qeyd edək ki, Elçin Rzayev şükür Astanovun "ovsunladığı" yeganə icra başçısı deyil.
Rayon sakinlərindən əldə etdiyimiz məlumata görə Şükür Astanov rayonda öz yaşadığı villası ilə üzbəüz daha bir xanlara layiq villa tikdirib. Rayona İcra Hakimiyyəti başçısı vəzifəsinə kim təyin olunursa, Şükür Astanov onu həmin "saray"da yerləşdirir. Bir sözlə, əsl rəhbərə layiq yaşayış mənzili ilə təmin edir və beləcə həmin başçının "saqqızını oğurlamış" olur. Bununla da rayonda bütün yaşıl işıqlar Şükür Astanovun üzünə yandırılır.

Hə, unutmadan ona da diqqətinizi çəkmək istəyirik ki, diqqət etdinizsə, məlumatdan sonra İcra başçısının nəticə çıxardığı yeganə nüans kadr dəyişikliyi ilə nəticələndi. Lakin, materialda 44 günlük ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş və sağlamlığını itirmiş - el dili ilə desək, yarımcan olmuş, 30 il işğal altında olan 20 % torpağımızın azad olunmasında qəhrəmancasına döyüşən - bir sözlə, 20 % torpağı geri alıb, bu gün ailəsi ilə yaşamağa 20 kvadratlıq bircə otaq evi olmayan, xanımı və körpə qız övladı ilə kirayədə yaşayan, kirayə pulunu verməkdə çətinlik çəkən Nahid Şıxalıyevin dövlət tərəfindən mənzillə təmin olunana qədər, müvəqqəti yaşaması üçün bir mənzillə təmin olunma istəyi isə hələ də təmin edilməyib.

Rayonun Heydər Əliyev adına istirahət parkındakı vəziyyət də dəyişməz olaraq qalır.

İmişli rayonunun namı məşhur vəzifə sahiblərindən biri də çoxdandır adı çəkilməyən keçmiş
İcra başçılarının (Əbülfəz Ağayev, Vilyam Hacıyev) müavini, hazırda Yeni Azərbaycan Partiyasının İmişli rayon Təşkilatının sədri Səfa Ağayevdir ki, onun da İmişli rayonunda bir neçə biznes və əmlaklarının olduğu, yaxınlarının müəyyən vəzifələrdə çalışdığı bildirilir. Həmçinin, həyat yoldaşı Rəna xanım Rayonda 8 nömrəli tam orta məktəbin direktoru, bir baldızı 4 nömrəli məktəbin direktoru, digər baldızı isə rayonun "Otuz iki" kəndində orta məktəbin direktorudur. Oğlu da özünün rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatında çalışır. Sözügedən idarənin keçmiş işçilərindən birinin əməkdaşlarımıza bildirdiyinə görə Səfa Ağayev hazırkı vəzifəsinə gələr-gəlməz kütləvi ixtisarlar aparıb və idarədə cəmi 4-5 nəfər saxlayıb ki, onların da biri öz oğludur.

Gördüyünüz kimi, adlarını çəkdiyimiz şəxslər, sözügedən rayonun "qaz vurub, qazan dolduran" vəzifəli şəxsləri - eyni zamanda, həm də iş adamı, sahibkarlıq fəaliyyəti olanlardır. Amma, bu da hələ hamısı deyil. Hər dəfə redaksiyamıza məlumatlar göndərildikcə, "DogruXeber.az" informasiya portalı vasitəsilə həmin şəxsləri sizə də tanıdacağıq.

Hərçənd ki, mövzunu bir az da uzadıb, vaxtınızı almaq istəmirik, amma, müdriklər deyib - "İgidi öldür, haqqını yemə". Odur ki, budəfəki mövzunun sonunda daha bir məlumat xarakterli olayı da vurğulamağı özümüzə borc bildik.

Yəqin ki, çoxlarınız bilirsiniz ki, müxtəlif rayonlarda və şəhərlərdə yaşayan şəhid anaları artıq uzun müddətdir ki, toplaşıb, bir-birilərini ziyarət edirlər. Odur ki, bu yaxınlarda Gəncə şəhərində yaşayan şəhid anaları da toplaşıb, İmişli rayonundakı şəhid analarını ziyarətə gediblər. Uzaq yoldan gəlmiş 25 nəfərlik heyyəti qarşılayıb, onlara süfrə açmağa gəldikdə İmişli rayon İcra Hakimiyyəti bildirib ki, "Büdcədə pul yoxdur, biz onlara süfrə aça bilmərik".

Təsəvvür edirsiniz?

Bir rayonun İcra Hakimiyyəti 25 nəfərə süfrə aça bilmirsə, daha doğrusu "büdcə boşdur" deyib, açmırsa, buna nə ad vermək olar?...

Rayonda şəhid analarını qarşılayan aktiv xanımlardan biri iş adamı kimi tanınan Saleh Səmədova zəng edib, məsələni deyib. Bunu eşidən Saleh Səmədov "Şəhid analarına canım qurban, baş üstə, mən nə lazımdır edərəm" deyib, özünün restoranı olan Kral restoranında xanımlar üçün layiqli süfrə açıb. Amma, İcra Hakimiyyətinin şəhid ailələrinə qarşı kobud davranışları ilə tanınan bəzi işçiləri də həmin məclisdə iştirak edib, özlərini "ön plan"da göstərməkdən çəkinməyiblər.

Eh.... Yazdıqca sözlərin davamı gəlir. Bu dəfəlik burda yekunlaşdıraq.
Amma, mövzuya qayıdacağıq...

Təəssüf ki, yazıda adı çəkilən tərəflərin məsələyə münasibətini öyrənmə cəhdlərimiz nəticəsiz qaldı. İstənilən halda, adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO