[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...


Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, 1967-ci il təvəllüdlü Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb, Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və s. kimi vəzifələri də daşımışdır. Belə bir səbəbdən də, Elçin Rzayevin İmişli rayon rəhbərliyinə təyin olunması ilk vaxtlar tam əksəriyyətin nəzər-diqqətində müəyyən inam hissinin formalaşmasına səbəb olmuşdu, amma aylar, illər keçdikcə isə, məhz formalaşan inam hissi əməlli-başlıca inamsızlığa çevrildi. Bəli, ilk vaxtlarda hər kəs elə düşünürdü ki, İmişli RİH-nin başçısı mühüm strateji vəzifələri daşıdığından o, yetkin idarəçilik qabiliyyətinə malik olan vəzifə sahibidir. Amma, vaxt keçdikcə düşüncələrdə formalaşan inam hissinin boş olması hər kəsə bəlli oldu. Yəni, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli özünü doğrultdu. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu günə kimi Prezident İlham Əliyevin məmurlardan əsas tələbi, vətəndaşlara qarşı münasibətdə onların siyasi mədəniyyət nümayiş etdirmələrini, insanlara qarşı hörmətlə yanaşma hissi ortaya qoymalarını, sakinlərə məxsus sosial problemlərin aradan qaldırılmasına dəstək olmalarını və s. tələb etməsi olmuşdur. Unutmaq olmaz ki, ölkə rəhbəri əksər çıxışlarında “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır” deyə qeyd edir. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun müddəalarına əməl etməyə də borcludurlar. Qəbul olunmuş Qanunda belə bir tələblərin olmasına baxmayaraq, İmişli RİH-nin başçısı üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bu gün də o, bir növ “sabotaj”lıqla məşğul olur. Çünki, Elçin Rzayev rayonun Muradxanlı kənd sakinlərinin üzüzə qaldıqları sosial problemlərin həllinə dəstək olmur, əksinə bu şəxs özü üçün var-dövlət toplamaqla məşğul olur.
Qeyd edək ki, bir neçə gün bundan öncə İmişli RİH-nin başçısı Elçin Rzayev, rayonun bəzi kəndlərində səyyar-qəbul görüşlər keçirir. Elə ki, icra başçısı Muradxanlı kəndində olur, o halda kənd sakinlər çox ciddi su problemi ilə üzüzə qaldıqlarını və buna görə də susuzluqdan olduqca əziyyət çəkdiklərini rəhbərliyin diqqətinə çatdırıırlar. Sakinlər bildirdikləri şikayətlərində “Elə şəxslər var ki, onlar Muradxanlı kəndində torpaq sahələri alıb təsərrüfatla məşğul olurlar və həmin şəxslərin su ilə təmin olunmaları da ödənilir. Uzun illər ərzində bu kənddə yaşayan yerli sakinlər isə, bu gün də susuzluqdan əziyyət çəkirlər” deyə qeyd edirlər. Elə ki, günlər keçir və kənd sakinləri görürlər ki, onların etdikləri şikayətlə bağlı heç bir tədbir görən yoxdur. Belə olan halda sakinlər RİH başçısının qəbulunda olmaq və bir daha narazılıqlarını icra başçısı Elçin Rzayevin diqqətinə çatdırmaq qərarına gəlirlər. Təəssüf doğuran hal o olur ki, həmin vaxt rayon rəhbərliyi sakinləri qəbul edib dinləmək, yaxud da onların üzüzə qaldıqları problemin həllinə dəstək göstərmək əvəzinə, qəbula gələn və su çatışmazlığından əziyyət çəkən sakinlərin həbs olunmaları ilə bağlı tapşırığını verir. Bu da onu göstərir ki, Elçin Rzayev sakinlərin problemlərinə əhəmiyyət vermir və onları saya da salmır. Bir sözlə, bu şəxs sakinlərə qarşı qənim kəsilir. Redaksiyamıza daxil olan məlumatlara görə, indiyə kimi rayon sakinlərindən bir çoxu İmişli RİH-nin başçısının “əndazəni aşan” addımları ilə üzüzə qalıblar. O halda sual oluna bilər ki, nəyə görə Elçin Rzayev bugünkü vəzifəsinə təyin olunub? Məgər bu şəxs sakinlərə məxsus problemlərin həlli ilə, yoxsa onları “dama soxdurmaq”la məşğul olmalıdır? Deməli, RİH-nin başçısı özünü İmişlinin “əlçatmaz, ünyetməz firon”u hesab edir ki, bu gün o, belə bir addımlarını atır. O halda sual oluna bilər ki, bu şəxs icra başçısı vəzifəsinə təyin olunarkən möhtərəm Prezidentin ona verdiyi tapşırıqlar əhəmiyyətini itirdimi? Yoxsa, İmişlidə dərəbəylikdir? Yəqin ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyyələrə əməl etməyən Elçin Rzayevlə bağlı yaxın vaxtlarda lazımi addınmlar atılacaq. O halda hər kəs şahidi olacaq ki, İmişli RİH-nin başçısı sələfinin aqibətini yaşamalı olan şəxsdir. Nəysə, yaşayarıq, görərik! Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Zaqatala təbiəti, əhalinin etnik tərkibinin zənginliyi və turizm potensialına görə Azərbaycanın ən cəlbedici bölgələrindən biridir. Ancaq təəssüflər olsun ki, son 15 ildə rayonda hansısa inkişafdan danışmaq çətindir. Bu günlərdə Zaqatalada səfərdə olarkən, bunun bir daha şahidi oldum. Nəinki inkişaf, hətta bir çox cəhətlərə görə, Zaqatalanın xeyli gerilədiyi açıq-aydın hiss olunur. Şəhər sanki qocalıb. İcra başçısı Mübariz Əhmədzadə kimi. 1947-ci ildə anadan olan Mübariz Əhmədzadə Azərbaycanda ən yaşlı icra başçısıdır, 77 yaşlı iki icra başçısından biridir. Bu gün Zaqatala da elə Mübariz Əhmədzadə kimi yorğun görünür...

İcra başçısının mərkəzi mətbuatda "rayonda dinamik inkişaf", "yeni iş yerlərinin açılması" kimi nağıllarla zəngin məqalələr dərc etdirməsinə rəğmən, Zaqatalada olarkən, bunun əksini müşahidə etdim. Digər rayonlarda olduğu kimi, burada da gənclərin əksəriyyəti iş üçün paytaxta və ya Rusiyaya üz tuturlar.
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Əvvəllər abadlığı, səliqə-səhmanı ilə seçilən Zaqatalada bu gün səliqəsizlik, bərbad vəziyyət hökm sürür. Şəhərin mərkəzində - Bayraq meydanına yaxın yeraltı keçid günlərlə yığışdırılmır. Bu bir yana, burada dilənçi əlindən tərpənmək mümkün deyil. Düzü, əvvəllər Zaqatalada dilənçilərlə rastlaşmamışdım. Bu dəfə isə onlar hər addımda qarşıma çıxırdılar.
Rayona gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biri də Zaqatala bazarıdır. Burada illərdir xaos davam edir. Bazara gedən yoldakı asfalt örtüyü son 15 ildə bir dəfə də olsun, dəyişdirilməyib. Ərzaq, xüsusən də, ət, ədviyyat və meyvə-tərəvəz satılan örtülü bazarda isə tam bir antisanitariya şəraiti hökm sürür. Kəsif qoxu adamı oradan qaçmağa məcbur edir.
Yeri gəlmişkən, yerli sakinlər Mübariz Əhmədzadədən fərqli olaraq, 2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olmuş Asif Əsgərovun fəaliyyətindən hələ də razılıq edirlər. Söhbət zamanı sakinlərdən biri dedi ki, Asif Əsgərov rayona icra başçısı gələndə elektrik enerjisi ilə bağlı ciddi problemlər olub:
"O ilk növbədə bu problemi aradan qaldırdı. Zibilin daşınması ilə bağlı problem də onun dövründə tam həll edildi. İndi isə şəhəri inək və qoyunlar zəbt eləyib. Əvvəllər şəhərdə yaşıllaşmaya və təmizliyə ciddi nəzarət var idi. İndi hər yeri zibil basıb. Zibil qabları dolub-daşır, şəhərin küçələri günlərlə yığışdırılmır, zibil daşınmır".
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Zaqatalanın kəndlərində yaşayan sakinlərin üzləşdiyi ən ciddi problemlərdən biri də marşrut məsələsidir. Bu, onlara öz məhsullarını bazara çıxarmağa, yaxud da alış-veriş üçün şəhərə gəlməyə çətinlik yaradır. Kəndlərə işləyən "Qazel"lər o qədər köhnədir ki, çox vaxt yarı yolda xarab olur və sakinlərin saatlarla vaxt itirməsinə səbəb olur. Kənd avtobuslarının dayanacağında, hətta Nuh əyyamından qalma "Ural" yük-sərnişin avtobusu ilə də qarşılaşdım. Rayon icra başçısı kənd yollarını təmir etdirməkdənsə, onları hələ də, ötən əsrdə tarixin arxivinə verilən "Уral 3255"-dən istifadə etməyə məcbur edir. Sakinlər yayın istisində də şəhərə sovet dövrünün məhbus daşıyan avtomobillərini xatırladan "Ural" avtobusu ilə gəlib-gedirlər.
Yol məsələsindən söz düşmüşkən, Mübariz Əhmədzadə icra başçısı təyin olunduqdan sonra Bakı-Zaqatala və Zaqatala-Bakı marşrutlarının yolu da dəyişdirilib. Əvvəllər Zaqataladan birbaşa Şəkiyə (şəhərə daxil olmadan) işləyən marşrutlar 10 ildən artıqdır ki, Şəki və Qaxdan keçməyə məcbur edilir. Yollar dar olduğundan qəzaların sayının artdığı deyilir. Xüsusən də, yolun Qaxın Güllük kəndindən keçən hissəsi dar və dolanbac olduğundan burada hərəkət etmək çox təhlükəlidir. Sakinlər yolun dəyişdirilməsinin səbəbini icra başçısının biznes marağı ilə əlaqələndirirlər. İddia edirlər ki, Mübariz Əhmədzadənin obyektləri Qaxda olduğu üçün Zaqatalaya giriş yolunu oradan etdirib. Belə ki, indiki halda Bakıdan gələn turistlər birinci Qaxa gəlməli olur. İcra başçısının öz turizm obyektlərinə görə "köhnə bazara təzə nırx" qoyması nəticəsində neçə ildir baxımsız qalan 100 km-dən artıq yolun tamamilə yarasız vəziyyətə düşdüyü bildirilir.
Yollardan söz düşmüşkən, Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyeva və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla tanıdığımız Aşağı Tala kəndinin yolları da bərbad vəziyyətdədir. Mübariz Əhmədzadə "Qarabağ"ın hər qələbəsindən sonra hamıdan qabaq Qurban Qurbanova zəng edib onu təbrik etsə də, icra başçısının bu "təəssübkeşlik və vətənpərvərliyi" deyəsən, elə bir telefon zəngindən artıq deyil. Hə, bir də o, futbolçunun evinin olduğu küçəyə (100-150 metr hissəyə) asfalt örtüyü çəkdirib. 7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları isə çala-çuxurlarla doludur. Sakinlər sonuncu dəfə yolun nə vaxt təmir edildiyini belə xatırlamırlar.
7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları çala-çuxurlarla dolu olsa da, məhz hamımızın böyük hörmət bəslədiyi, bütün Azərbaycanın və zaqatalalıların fəxri olan Qurbanovun evinə qədər olan hissənin asfaltlanması məyusedici faktdır. Həmişə sadəliyi, təvazökarlığı ilə seçilən adamı bir asfaltla hamıdan fəqləndirmək heç də Qurbanovu sevmək, ona hörmət etmək deyil. Əksinə, onu da yolundan tutmuş goruna qədər hər şeyi ilə sadə xaldan fərqlənmək istəyən harınlar təbəqəsinə transfer etmək cəhdidir.
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Yeri gəlmişkən, bu, icra başçısının ilk belə ayrı-seçkiliyi deyil. Bir müddət əvvəl mətbuatda icra başçısı Mübariz Əhmədovun şəhidlər arasında ayrı-seçkilik etdiyi üçün narazılıq yarandığına dair xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, başçı və İcra Hakimiyyətinin rəsmiləri Novruz Bayramı ilə əlaqədar rayonda 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət ediblər. Məzarlıqda olarkən, müavinlərindən biri ona Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etməyi təklif edib. Mübariz Əhmədov isə “Onlar köhnə şəhidlərdir, ziyarətə ehtiyac yoxdur”, deyib. Onun bu sözlərinin şəhid ailələri arasında ciddi narazılıq doğurduğu, icra başçısının bu ayrı-seçkiliyə görə qınandığı qeyd olunurdu.
Zaqatala sakinlərinin əsas narazılığı icra başçısının rayonun problemlərini həll etmək əvəzinə öz biznesinin qayğısına qalması, şəhər və kəndlərdəki torpaq sahələrini satması, gəlirli obyektlərə nəzarəti öz əlinə keçirməsi, sahibkarlara ciddi problemlər yaratması ilə bağlıdır. On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin hətta bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağı da satdığı iddia edilirdi.
Onun həmçinin rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrini 49 illiyinə məmurlara satdığı da yayılan iddialar arasındadır.
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Bütün bunlardan sonra keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı, Qaxda yüksək vəzifələrdə çalışan, bir neçə il icra başçısı işləyən, 15 ildir isə Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin biznes imperiyasına dair söylənilənlərin həqiqət olduğuna inanmaya bilmirsən. Yeri gəlmişkən, bir müddət əvvəl dərc olunan həmin siyahını bir daha təqdim edirik:
Qaxda "El Resort” otel kompleksi, Qaxın İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi, İlisu kəndində "Yaşıl Park” otel kompleksi, "Səngər Qala” otel kompleksi, "Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki "Növbahar" və "Zakura Yapon mətbəxi" restoranı.
Bu əlbəttə, bir neçə il əvvəl tərtib edilən və Mübariz Əhmədzadənin bütün biznesini əhatə edən tam siyahının yalnız bir hissəsidir. Onun müxtəlif adlarla qeydiyyatdan keçən xeyli şirkəti və bir sıra xarici ölkələrdə biznesinin olduğu da bildirilir.
Maraqldır, zaqatalalılar bu sömürgəçiliyə nə vaxta qədər dözməlidirlər? 77 yaşlı qocanı pensiyaya göndərməyin vaxtı çatmayıbmı?
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO
Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEOQurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEOQurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEOQurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...


Bölgələrdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) fəaliyyətinə nəzər yetirilir.
Eləcə də,bir sıra DAİM direktorları yaş həddinə və fəaliyyətlərində yol vermiş olduqları ciddi qanun pozuntularına görə,vəzifədən azad olunur. Bu yaxınlarda Qazax və Nefçala rayon DAİM rəhbərlərinin vəzifələrindən azad edilmələri göstərdi ki,yenilənmə prossesi davam etdiriləcək.

Faktinfo.az saytına verilən məlumatda o da qeyd edilir ki,KTN-in Elm, Təhsil və İnsan Resursları şöbəsinin rəisi ilə dostluq münasibətlərinin olduğu iddia edilən Ağstafa DAİM-in direktoru Ramiz İmanov da qarşıdakı həftələrdə müavini Elvin Musayevlə əvəzlənə bilər.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə hər 3-4 evdən birinin qapısına qıfıl vurulub.

Yerli sakinlər Meydan TV-yə bildiriblər ki, yağış yağarkən kəndin ətrafla əlaqəsi kəsilir. Təcili hallarda belə kənddən çıxmaq üçün yağışın dayanmasını gözləyirlər.

Aprelin birinci ongünlüyündə bir neçə gün davam edən yağış nəticəsində yeganə körpünü sel aparıb. Ağçay çayı üzərində vaxtilə dəmir borularla salınmış körpünün uçması nəticəsində mərkəzlə əlaqə kəsilib.

“Bir neçə ildir Bakıya köçmüşəm, Binə qəsəbəsində kirayə yaşayıram. Valideynlərim, yaxın qohumlarım olan yaşlılar kənddə qaldığından gedib-gəlmək məcburiyyətindəyəm. İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”,- ağçaylı Namiq Məmmədov deyib.

Dolanışıq səbəbindən təkcə Ağçay deyil, Lerikin əksər kəndlərindən rayon mərkəzinə, Bakıya köçənlərin sayı çoxdur. Kəndlilər deyirlər ki, Ağçay və ətraf kəndlərin təbiəti gözəldir, şərait yaradılacağı halda turistlərin diqqətini cəlb edə bilər. Yol çəkilərsə, turistlər gələrlər, kəndlilər də qazanar. Kənddə mineral su var, ətrafında istirahət mərkəzi yaratmaq olar.

Ağçay kəndində ibtidai məktəb fəaliyyət göstərir. Məktəbin direktoru Aşurəli Abbasov Meydan TV-yə bildirib ki, yağışlı havalarda, sel olanda uşaqların məktəbə gediş-gəlişi çətinləşir.

“İndi internet əsridir, bizim kənddə isə nəinki internet var, hətta telefon çox yerdə tutmur. Pəncərənin önündən çəkilən kimi xətt kəsiləcək. Yollarda da telefon tutmur. Kənddən köçənlər var”, – A.Abbasov deyib. Bildirib ki, şərait yaradılmayacağı təqdirdə kənddən köçənlər çox olacaq. Təkcə yollar deyil, kənd telefon və internetlə təmin edilməlidir.

Lerik Rayon İcra Hakimiyyətindən isə suallara bir neçə dəqiqədən sonra cavab veriləcəyi bildirilsə də, sonradan telefonlara cavab verilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

"Yox... bu yanğın deyil... Elə müraciətimizi də düz ünvanlamışıq... Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Yaxşı bilirik ki, yanğın olsaydı, Fövqəladə Hallar Nazirliyinə müraciət edərdik. Hər gün belədir. Çünki bu, "Kremlin Hall" restoranında bişən kababın tüstüsüdür. Yəqin ki, Ekologiya Nazirliyi bu tüstünün sakinlərə püskürdülməsinə bir əncam çəkər". Dia-az.info bildirir ki, bu barədə sakinlərin gileyində ifadə olunub.

Aşağıdakı fotoları yollayan sakinlər yazır:
`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU
`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

"Əhmədlidə Telnov/Lütfizadə küçəsində yerləşən "Kremlin Hall" Şadlıq Sarayında toy olan zaman bütün tüstüsü binaları götürür.

Pəncərələri açırsan vay, açmırsan vay... Nə evdə hava almaq olur, nə də həyətdə oturmaq... Buna bir əncam edər yəqin ki, ETSN-nin başbilənləri..." (Dia-az.info)


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

"2014-cü il noyabrın 27-də Bakı şəhərinin mərkəzində Gömrük ərazisinə aid olmayan məkanda Bakı şəhər Gömrük İdarəsinin əməkdaşları tərəfindən qandallanaraq idarə rəisi Vüsal Novruzovun xidməti otağına aparılmışam. Bundan sonra Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin qərarına əsasən şərlənərək haqqımda həbs qəti-imkan tədbiri seçilib". Bu fikirlər Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırova ünvanladığı məktubda qeyd olunur.

Belə ki, F.Nəcəfov baş gömrükçüyə ünvanladığı məktubda qeyd edir ki 2016-cı ilin iyun ayının 1-də Bakı Ağır Cənayətlər Məhkəməsinin hökmü ilə aparılan məhkəmə istintaqının nəticəsinə əsasən, cinayət işi ləğv olunub və məhkənə onun haqqında bəraət qərarı çıxarıb: "Qanunsuz olaraq təcridxanada saxlandığım 2 ilə yaxın müddətdə mənim ailə üzvlərimlə telefon danışıqlarıma və görüşlərimə məhdidiyyət tətbiq olunub.

Hələ Müvəqqəti İstintaq Təcridxanasında saxlandığım zaman mənəvi iztirablar keçirmiş, tanıdığım adamlar və iş ortaqlarım arasında etibarımı itib, hörmətdən düşmüşəm. Buna görə də, sizin rəhbərlik etdiyiniz DGK mənə 1.500.000 (bir milyon beş yüz min) manat təzminat ödəməlidir.

Hazırda şərlənməyim ilə əlaqədar apardığım şəxsi araşdırma və məlumatlarım Ali Məhkəmənin Plenimuna və Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə baş İdarəsinə təqdim olunma mərhələsindədir" deyə, F.Nəcədov məktubda yazıb.

O, Komitə sədri Şahin Bağırova müraciətinin səbəblərini də açıqlayıb: "Siz Komitəyə sədr təyin edildikdən sonra, qurumda yaratdığınız ab-hava, son günlərdə Komitənin Hüquq Təminat İdarəsidə ədalətli "inverntarlaşma" aparmağınızla əlaqədar sizə qarşı məndə bir inam hissi yaranıb. Buna görə, sizə müraciət etmək qırarına gəldim. Bildirim ki, ölkə başçısı ilə həmyaşıdam, maliyyə və vergi orqanlarında çalışan dövlət məmuru kimi 25 illik iş təcrübəm var.

İnanıram ki, bu məktub tərəfinizdən araşdırılacaq və lazımı tədbir görüləcək, başıma gətirilən haqsızlıqlarla bağlı məsələnin ətraflı şəkildə içtimailəşdirilməsinə lüzum qalmayacaq.

Məktubda əsas diqqətçəkən məqam Fərhad Nəcəfov ona qarşı edilənlərin hələlik qapalı saxlaması və təzminatın fantastik olmasıdır.

Bizimxeber.az fantastik təzminat tələbi ilə bağlı F.Nəcəfovun fikirlərini öyrənib: "Bu məbləğ 2014-cü ildə məndən Heydər Əliyev Fonduna ödəyəcəklər adı aıltında istənilən rüşvətin 10 qatıdır".

"Təfərrüatlar barədə bir az ətraflı məlumat verərdiz" sualının cavabında isə F.Nəcəfov deyib ki, bu problemi hüquqi çərçivədə həll etməyə çalışır: "Mən ilk gündən bu şərlənmənin hüquqi çərçivədə həll olunmasının tərəfdarı olmuşam. Biz qanuni ölkədə yaşayırıq. Bakı Ağır Cənayətlər Məhkəməsi mənə bəraət verdi, günahsız olduğumu təsdiqlədi. Növbəti mərhələ isə təzminat hüququmun bərpasıdır. Amma iki ilə yaxındır təzminatla bağlı qanuni iddia arizələrim təmin erdilmir. Vəziyyət belə davam edərsə, müraciətlərim təmin olunmazsa içtimaiyyətə baş verəınlərlə bağlı daha ətraflı məlumat verəcəm. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq və Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubuma müsbət cavab veriləcək" deyə, Fərhad Nəcəfov bildirib.

Qarşı tərəflərin mövqeylərini işıqlandırmağa hazırıq.

Bizimxeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO