Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

13:23 22.04.2024 24
Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

32 ildən bəri Ermənistanın işğalında olan 4 kəndin könüllü azad edilərək Azərbaycana qaytarılması ilə bağlı rəsmi İrəvanın qərarı ölkədəki revanşistlər və müxalifət düşərgəsi tərəfindən qəti etirazlarla qarşılaşıb.

Söhbət Qazax rayonunun Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndlərindən gedir.

Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın başçılıq etdikləri hökumətlərarası komissiyanın şərti dövlət sərhədindəki görüşündə belə qərar qəbul olunub. Anlaşmaya görə, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiya prosesi Tavuş rayonunda başlamalı, iyulun 1-dək delimitasiya üzrə birgə komissiyanın fəaliyyət şərtləri razılaşdırılmalıdır.

Elə həmin gün bir qrup erməni aprelin 19-da İrəvan-Tbilisi dövlətlərarası şossesinin Tavuş rayonundakı Kirants kəndindən keçən hissəsini bağlayıblar. Ertəsi gün yol açılıb, aprelin 22-də yerli sakinlərin baş nazirin müavini Mher Qriqoryanla görüşü barədə razılıq əldə olunub.

Lakin sonradan vəziyyət yenidən gərginləşib, Kiransla Aşağı Əskipara kəndləri arasındakı yola toplaşan ermənilər piket keçirməyə başlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin sapyorları Kirants kəndi ətrafındakı ərazilərin, xüsusilə də Aşağı Əskiparaya gedən yolun yanındakı məkanların minalardan təmizlənməsinə başlayanda yerli sakinlərlə İrəvandan gəlmiş şəxslər onlara mane olmağa çalışıblar.

Baş nazir Nikol Paşinyanı göstərişi ilə hadisə yerinə İrəvandan xüsusi təyinatlı polislər göndərilib.

Onlara Ermənistan Könüllülər İttifaqı "Yerkrapa"nın mənsubları da qoşulublar. Hətta yolu bağlayanlarla "Yerkrapa" mənsubları arasında dava olub, dalaşanları polis əməkdaşları ayırıblar.

4 kəndin azad edilməsi və delimitasiya prosesinə başlanması ilə bağlı qərar İrəvanın müstəqil mövqeyi deyil.

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə İrəvana verilmiş tapşırıqlardan biri də məhz sülh sazişinin imzalanmasına yönəlmiş proseslə bağlı idi.

Vaşinqton və Brüsselin təlimatları bu prosesin məhz Qərbin strateji maraqları, bəlirlədiyi ssenari üzrə gedişatını ehtiva edir.

İlk baxışdan paradoksal təsir bağışlasa da, İranın da Ermənistandakı və ya Ermənistanla bağlı maraqları bəhs olunan prosesin süni maneələrsiz, intensiv axarını diqtə edir.

Tavuş rayonundakı etirazlara Ermənistanın daxili siyasət kontekstindən nəzər saldıqda, Paşinyan administrasiyasına mövcud vəziyyətdə Fransanın və İranın İrəvandakı səfirlərinin bəyanatlarla dəstək verməsi gərəkir.

Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, məhz Fransa və İran ermənilərin ən çox güvəndikləri, özlərinə "dəstək və hami" saydıqları ölkələrdir.

Vaşinqton və Brüssel kimi, Parislə Tehranın da 1991-ci ildə Alma-Ata bəyannaməsinin sülh danışıqları, habelə şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesində şərt hesab olunacağı barədə açıqlama verəcəkləri bəllidir.

Xatırladaq ki, Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürülməsi barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Alma-Ata bəyannaməsi İrəvandakı hakimiyyətlə yanaşı, müxalifət və xarici ölkələrdəki erməni diasporu üçün də yeni şüara çevrilib.

2023-cü ilədək son 26 ildə rəsmi İrəvanın xarici siyasət diskursunda xatırlanmayan, daxili siyasi müstəvidə isə az qala atavizm kimi vurğulanan sözügedən bəyannaməni ermənilər indi az qala yeganə xilas mənbəyi hesab edirlər.

2020-ci ilədək "müstəqil Qarabağ, qarabağlı ermənilərin öz müqəddaratlarını təyin etmək hüququ" şüarını 44 günlük İkinci Qarabağ Müharibəsinlən sonra "Laçın dəhlizi" ifadəsinin mantra kimi təkrarlanması ilə əvəzləmişdilər.

Rəsmi Bakının regional geosiyasi reallıqları dəyişməsi və bölgədəki güc nisbətlərini dəyişərək subregional güclərin, dövlətlərin və təşkilatların bölgədəki proseslərə kobud müdaxilə imkanlarını əvvəlki təki rahat şəkildə icra etmələrinə imkan verməməsi İrəvanı da müəyyən dəyişikliklərə vadar edib.

Xüsusilə də Qərbi Zəngəzura qayıdış məqamı ilə bağlı gündəmdək fəaliyyət erməniləri narahat edir.

Məhz bu səbəbdən onlar Alma-Ata bəyannaməsini az qala panaseya hesab edirlər, çünki ermənilər Azərbaycanla Ermənistan arasında sərhədin ADR-in rəsmi hüdudlarının əks olunduğu xəritələr və sənədlər əsasında müəyyənləşməsi ilə bağlı Bakının şərtlər səsləndirə biləcəyindən narahatdırlar.

Tauş rayonunda yaşananlar həm də Ermənistanda onillərdən, ermənilər arasında əsrlərdən bəri hökm sürən ideologiyanın bariz nümunəsi sayıla bilər.

Hələ də mifik "dənizdən dənizə Böyük Ermənistan" ilğımı ilə yaşayan, "Çar Tiqranın imperiyasının bərpası" arzusunu az qala reallaşması şübhə doğurmayan proqnoz hesab edən ermənilər müasir dünyanın gerçəklərini, yaşadıqları həyatın şərtlərini və xüsusilə də geosiyasətin diqtə etdiyi məqamları nəzərə almaq istəmirlər.

"Ermənilik" adlandıra biləcəyimiz, uydurma "tarix"ə, aqressiyaya, irqçiliyə, şovinizmə, revanşizmə və "ermənilərin bəşəriyyətdə müstəsnalığı" marazmına əsaslanan düşüncə tərzi erməniləri hələ də rasionallıqdan və məntiqdən kənar salır.

Tavuşdakı olaylardan da görünür ki, bu çürük və zərərli ideologiyasının arxasındakı qüvvələr arasında erməni kilsəsi xüsusi yer tutur.

Qriqorian-monofizit olan bu kilsə xristianlıqda heç bir başqa kilsəyə bənzəmir, pravoslavlarla katoliklərdən tutmuş, yevangelistlərlə lüteranlara, baptistlərlə adventistlərə qədər bütün xristianlırı "yad, geridə qalmış, azmış insanlar" hesab edir.

Erməni kilsəsində türklər isə ümumiyyətlə, "vəhşi məxluqlar yığnağı"dır.

Tavuşda yolu bağlayan qrupda xüsusi fəallıq edənlərin sırasında keşişlərin də olması təəccüblü deyil.

Erməni kilsəsi Ermənistan sakinləri ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrindəki erməniləri aqressivliyin, revanşizmin, ərazi iddialarının və s. yaramaz davranış modellərinin gərəkli, ədalətli və məntiqi olmasına inandıra bilib.

Nikol Paşinyan indi özünü Qərbdəki siyasi və maliyyə sponsorlarına erməni ideologemlərinin təftişçisi kimi göstərməyə çalışsa da, yeni və bəsit oyununu aparır.

Çünki Paşinyanın özü də "ermənilik" mərəzinin daşıyıcılarındandır: o, sadəcə, yaşanan proseslərin qaçılmaz diqtəsi altında məcbur olaraq 4 kəndin azad edilərək qaytarılması, Alma-Ata bəyannaməsinin sülh danışıqları prosesində əsas sayılması, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasına başlanması kimi məsələlərdə rasional mövqelərdə durması ilə bağıl görüntü yaradır.(Trend)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO