[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim” (TƏFƏRRÜAT)

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon 165 min manat pul tələb edən Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, dövlət məmurundan pul tələb edən Vahid Xələfov “XP inşaat”, “EDM Qrup” və digər bir neçə şirkətin təsisçisi olub.

O, Hikmət Xəlilovu 2009-cu ildən tanıyıb. Elə həmin ildən Hikmət Xəlilov və onun yaxınlarına məxsus mülklərdə tikinti işləri aparıb. Hikmət Xəlilov Qobu qəsəbəsində Vahid Xəlilova məxsus ticarət mərkəzinin yaxınlığında həyat yoldaşı Südabə Xəlilovanın adına 5 ha 95 sot torpaq sahəsini 550.000 manata satın alıb. Vahid Xəlilov Südabə Xəlilovanın istəyi ilə həmin ərazidə “Azdekopanel” zavodu tikməyə başlayıb. Hətta bunun üçün Çindən 7 mütəxəssis gətirib. 2013-cü ildə təmir işləri bitib və açılışı Südabə Xəlilova ilə Hikmət Xəlilov ediblər.

Təqsirləndirilən şəxs məhkəmədə iddia edib ki, zavoda cibindən 1 milyon 450 min manat xərcləyib. Məhz bundan sonra tərəflər arasında narazılıqlar başlayıb. Vahid Xələfov digər yerlərdə də apardığı tikinti işlərinə görə zərərçəkmiş şəxsin ona 4 milyon manatdan çox borcu yarandığını iddia edib. O, pulunu almaq üçün Hikmət Xəlilovu 2015-ci ildən hədələməyə başlayıb.

Lakin Hikmət Xəlilov dövlət qurumunda yüksək vəzifə tutduğundan bu məsələni ört-basdır etməyi üstün tutub. Zərərçəkmiş məhkəmədə deyib ki, 2015-ci ilin payız aylarında təqsirləndirilən şəxslə “Riviera” restoranında görüşüb:

“Həmin gün Vahid Xələfov mənə qarşı çox aqressiv münasibət göstərərək pul tələbi ilə üstümə bıçaq çəkdi, mənə əl qaldırdı. Restorandan küçəyə çıxmağıma imkan vermədi. Ailə, iş nüfuzuma görə çox qorxdum. Çünki vəzifədə işləyirəm və bu məsələnin ictimailəşməsindən ehtiyat edirdim. Bu işdən yaxamı qurtarmaq üçün ona 500 min manat pul verdim. Bundan sonra Vahid Xələfovun mənə qarşı aqresiyası daha da artdı və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməli oldum”.

Vahid Xələfov isə məhkəmədə ifadəsində bildirib ki, sonuncu hadisəyə görə özünü günahkar bilmir:

“Hikmət Xəlilovdan pulumu almaq üçün onunla görüşmək istəyirdim. Lakin görüşdən yayınırdı. Buna görə də məni tanımasın deyə gəlməzdən əvvəl özümə mağazadan dezinfeksiya forması, dezinfeksiya aparatı, eynək aldım. Bundan sonra Hikmət Xəlilovun idarə etdiyi avtomobili dayandırıb, onunla danışmaq istədim”.

Qeyd edək ki, 6 aprel 2023-cü il tarixdə, saat 08.30 radələrində Hikmət Xəlilov və həyat yoldaşı Südabə Xəlilova Xəzər rayonu, Şağan qəsəbəsindən işə gedərkən təqsirləndirilən şəxs “Lexus” markalı avtomobillə, kamuflaj olunmuş formada onların qarşısına çıxıb. Vahid Xələfov Hikmət Xəlilovun maşınına yaxınlaşaraq, əlindəki aparatla onun şüşəsinə naməlum maddə püskürdüb və cibindən silah çıxarıb. Təqsirləndirilən şəxs avtomobilin qapısına zərbələr endirib.

Hikmət Xəlilov avtomobili sürətli şəkildə sürərək hadisə yerindən uzaqlaşa bilib. O, dərhal polisə yaxılaşaraq, ərizə yazıb və təqsirləndirilən şəxslə barışıq əldə etmədiyinə görə məhkəmədə şikayətçi olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdaş sakini pensiyasının qan
Ağdaş sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir - NAZİRLİKDƏN ŞİKAYƏTÇİDİR

Ağdaş rayonu, Malay kənd sakini Abdullayev Samir Cavaşir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir:

“Mən, Abdullayev Samir Cavaşir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Belə ki, haqsızlıqlar adamı çox yorur. Uşaq vaxtından yıxılaraq ağır xəsarət almışam və böyrəyim ciddi zərər görmüşdür. Bir çox müalicələr almışam, sonda isə faydası olmadığından bir böyrəyim götürülüb.

2009-cu ilə qədər böyrəyimin birinin olmadığına görə pensiya almışam. Ondan sonra qanunsuz yerə pensiyamı kəsiblər.

Böyrəyim olmadığına görə məni əsgərliyə də aparmadılar. Tanıdığım, bildiyim başqa şəxslər də var, onlarda da bir böyrək yoxdur deyə pensiya verilir, mənim pensiyam isə kəsilib. Bu nə deməkdir?! Belə çıxır ki, kim rüşvət verir ona pensiya verilir, verməyənə pensiya düşmür?! İnanmıram ki, bu qədər özbaşınalıq başqa hansısa dövlətdə ola. Böyrək öz-özünə əmələ gəlmir ki, deyələr sağalacaqsan.

Mənim kimi xəstələrin pensiya alması, mənim pensiyamın isə kəsilməsi heç düzgün deyil. Həkimlər mənə deyirlər ki, yalandan müraciət etmə, onsuz da sənə pensiya düşməyəcək. Niyə, bəlkə xəbərim yoxdur ki, böyrəyim bərpa olunub?! Bu dövlətin qurucu prezidenti var, amma dövləti dağıdan, talayan məmurları daha da çoxdur. Rüşvətxorluq baş alıb gedir”.nsuz olaraq kəsildiyini iddia edir - NAZİRLİKDƏN ŞİKAYƏTÇİDİR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir mərkəz direktorlarını dəyişdi - Bu xanımlara da vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən bir sıra reabilitasiya mərkəzlərində rəhbər dəyişiklikləri edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin "Respublika Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə Abdulova Nabat Şərafəddin qızı təyin edilib.

Ötən ilin sentyabr ayında Respublika Reabilitasiya Mərkəzinin direktor təyin olunan Kazımova Vüsalə Məzahir qızı "Bakı Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru təyin olunub.

Bakı Reabilitasiya Mərkəzinin direktoru Qurbanov Şahin Sərməs oğlu vəzifəsindən azad edilib.

"Mərdəkan Reabilitasiya Pansionatı" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə Məmmədov Elman Həmzə oğlu, "Yevlax Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə İbrahimov İlham Suliddin oğlu, "Qəbələ Uşaq Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə isə Rəhimov Ruhib Ağahüseyn oğlu təyin olunub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
VƏTƏNDAŞIN ADINA KART AÇARAQ, MAAŞI ÖZLƏRİ ÇƏKİBLƏR... - “AED MMC” şirkətinin rəhbərliyindən şikayət


Beylıqan rayon sakini Quliyev Elxan Şəmil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, iddia edir ki, rəsmi qurumlara ünvanladığı müraciətinə baxılmır:

“Mən, Quliyev Elxan Şəmil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Şikayətim “AED MMC” şirkətindəndir. 2022-ci ilin aprel ayında “AED MMC” şirkətinə işə girmişəm. 1200 manat əmək haqqı alırdım. 2023-cü ilin fevral ayında gördüyüm iş başa çatdığından, işdən çıxmışam.

İşdən çıxarkən, şirkət son 3 aylıq əmək haqqımı verəcəyini demişdi. Bir müddət sonra Əmək Müfəttişliyinə müraciət etdim, məlum oldu ki, mənim adıma kart açılıb və oradan 1092 manat çəkilib.

Şikayət etməyimə baxmayaraq işimə baxılmır, heç bir köməklik etmirlər. Nə polis, nə də şirkət araşdırmır ki, mənim adıma açılan hesabdan kim, necə pul çəkib?!

Mən əziyyətimin haqqını tələb edirəm. Xahiş edirəm, mənə köməklik göstərin.

Məsələ ilə bağlı dəfələrlə Beyləqan rayon polisinə müraciət etsəm də, heç bir nəticə yoxdur. Hər dəfə bildirirlər ki, narahat olmayın, köməklik ediləcək. Amma ortada heç bir nəticə yoxdur”.

Qeyd edək ki, vətəndaşın müraciəti ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizi aldadıblar, pulumuzu qaytarmırlar” - “Avion Travel”dən şikayət var

Bir neçə vətəndaş Bakıda yerləşən “Avion Travel” şirkəti tərəfindən Avropada işlə təmin olunmaq vədi ilə aldadıldıqlarını iddia edir.

Vələd Bayramov adlı vətəndaş Meydan TV-yə deyir ki, şirkətin rəhbəri Lalə Qurban qızı Rəcəbova onlardan müxtəlif dövrdə müəyyən məbləğlərdə pul alaraq, xaricdə işlə təmin olunacaqlarını desə də, sonradan buna əməl olunmayıb.

“2023-cü ilin mayın 4-də “Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim. Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim. Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, – Vələd Bayramov deyir.

Cəmil Cabbarov da xaricdə işləmək üçün şirkətə viza ilə əlaqədar müraciət etdiyini bildirir:

“2023-cü ilin martında “Avion Travel” şirkətinə yaxınlaşdım. Şirkətin rəhbəri Lalə Rəcəbova bildirdi ki, Almaniyadan iş təklifi var, 2500 manata başa gəlir. Mənə dedi ki, Azərbaycandan gedən vətəndaşı orada birillik iş vizası, ev və işlə təmin edirik. Onlarla müqavilə bağladım və 1250 manat pul ödədim. Mayda mənə zəng edib, dedilər ki, ikinci müqaviləni bağlamaq üçün sizin dəvətiniz gəlib. İkinci müqaviləni imzalayanda da 1250 manat ödədim. Ümumilikdə onlara 2500 manat pul verdim. Dedilər ki, sizə səfirlikdən məlumat göndərəcəklər, viza görüşməsinə gedəcəksiniz”.

Şikayətçi bildirir ki, çox gözləməli olsa da, nə viza ilə əlaqədar qəbula çağırılıb, nə də şirkət ödədiyi pullarını geri qaytarır:

“Müqaviləmin müddəti çoxdan bitib. Ofisə gedib, pullarımı istəyəndə, mənə başqa bir iş təklifi etdilər. İmtina etdim, dedim ki, siz daha məni aldada bilməzsiniz. Müqaviləyə xitam verdilər. Mənə dedilər ki, 2500 manat borcunuzu qaytaracağıq. Pulumu geri qaytaracaqlarını desələr də, buna əməl etmirlər”.

Hamlet Seyidov bildirir ki, iki il öncə “Avion Travel” şirkəti onunla müqavilə bağlayıb.

O da xaricdə işlə təmin olunmaq ümidi ilə şirkətə 1450 manat ödəyib.

Vətəndaş deyir ki, müqavilənin müddəti bitsə də, şirkət onu get-gələ salıb, pulunu qaytarmaq istəmirlər.

Mahir Rüstəmov deyir ki, şirkətə 2023-cü ilin avqustunda 2500 manat verib.

Onunla da müqavilə bağlansa da, işlə təmin olunmayıb.

Vətəndaş bildirir ki, şirkətdən pulunu ala bilmir:

“Bu şirkət fırıldaqla məşğuldur. İnsanların haqqını tapdalayır. Onlarla insanı aldadıblar. Adamlar pullarını tələb edirlər. Lalə xanım adamların pulunu qaytarmaq əvəzinə onları təhqir edir. Birinə “dəli” deyir. Digərinə deyir ki, həddini aşırsan. İnsanlara ağızalarına gələni deyirlər. Zəng edib, pulunu tələb edənlərin nömrələrini bloka atırlar”.

Şirkət rəhbəri deyir ki, viza ala bilməyənlərin pulları qaytarılacaq

Şirkətin rəhbəri Lalə Rəcəbova Meydan TV-yə bildirib ki, “Avion Travel” 2017-ci ildən fəaliyyət göstərir.

İndiyə kimi də onlarla insanın xaricə işləməyə və ya səyahət etməsi üçün imkan yaradıblar:

“Yeddi ildir ki, fəaliyyət göstəririk, hansısa qanunsuz məqsədlə, pis niyyətlə qurulan yeni şirkət deyilik. İndiyə kimi şirkətimiz tərəfindən iş vizası ilə xaricə gedənlərin sayı 200-dən yuxarıdır. Biz necə kimisə aldada bilərik? Bu işin arxasında bir neçə nəfər var, müştərilərimizi bizə qarşı təşkilatlandırırlar”.

“Biz müştərilərdən aldığımız pulun qarşılığında onların xarici ölkədən iş icazəsinin alınmasını və viza dəstəyini göstəririk. Müqavilə üzrə yardımı tam şəkildə göstərməyimizə baxmayaraq müqavilədəki müddətdə səfirlik viza verməyən şəxslərə ödənişləri geri qaytarılır. Biz səfirliyin viza verməsinə cavabdeh deyilik. Kimlər bizə pul ödəyibsə və onlar xaricə gedə bilməyibsə, pullarını geri alacaqlar”, – Lalə Rəcəbova deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!

Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 49 saylı orta məktəbin rəhbərliyindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Şikayətçilər iddia edirlər ki, baxımsız halda olan məktəbin rəhbərliyi tərəfindən şəhid ailələrinə hörmət qoyulmur:
"Yazaraq bildiririk ki, 49 saylı orta məktəbi milliyyəti bilinməyən insanlar idarə edir. Belə qənaətə gəlməyimizə səbəb məktəbin sanitar qovşağında məktəbə aid olan əşyalardır.

Qeyd edək ki, bu, şəhidin adına olan bir məktəbdir. Çox təəssüflə bildiririk ki, Azərbaycanın tanınmış ictimai xadimlərinin və şəhidlərinin fotoları sanitar qovşaqda saxlanılır. Belə biabırçılıq heç yerdə yoxdur. Biz belə başa düşürük ki, bu məktəbdə ümumiyyətlə Azərbaycanı və onun tarixini sevən bir müəllim belə, yoxdur. Bu halda, həmin idarəyə necə təhsil ocağı demək olar?!

Məktəbdə başqa qanunsuzluqlar da baş alıb gedir. Amma, əlbəttə, ən vacibi yuxarıda qeyd etdiyimizdir. Məktəbdə həmçinin texniki işçilərdən hər ay pul toplanılır. Bu pulların hansı səbəblə yığıldığı isə heç kəsə məlum deyil.
Yaxın zamanda məktəblə bağlı başqa qanunsuzluqları da sizlərə təqdim edəcəyik.
“Təhsil millətin gələcəyidir!” deyirik. Keşkə bütün təhsil sahəsində olan müəllim və müəllimələr bundan agah olardı. İndiki zəmanədə uşaq evdə "müəllim" deyəndə ancaq ağla gəlir ki, görəsən, nə qədər pul yığırlar?"
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!
49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabın icra başçısı CAMAATA ZÜLM EDİR... - ÖZBAŞINALIQ!

Zərdab rayonunun -2 ci Alıcanlı kəndinin bir qrup sakinləri çarəsiz vəziyyətdə qaldıqlarını bildirir. Dia-az.info-nun məlumatına görə, kənd sakinləri deyir ki, kənddə zavod, fabrik yoxdur, yeganə gəlir yerləri maldarlıqdır.
Onların iddiasına görə, kənd Bələdiyyəsinin sədri Əsədov Habil icra hakimiyyət ilə əlbir olub, onlara dövlət tərəfindən ayırılmış örüş torpaqlarını qanunsuz olaraq ayrı-ayrı şəxslərə satıb.
Sakinlər deyir ki, bununla bağlı dəfələrlə Bələdiyyə və İcra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb. Kənd sakinləri mal-qaraların otarmağa yerləri olmadığı üçün, kənddən baş götürüb getmək istədiklərini bildirirlər.
Şikayətçilər deyir ki, Bələdiyyə sədri Habil Əsədoun və icra hakimiyyətinin özbaşnalığı barədə hara müraciət etək bilmirik. Pul müqabilində torpaqlarının satıldığını iddia edən kənd sakinləri bu məsəlınin araşdırılmasını, onların arxasında kimin durduğunun aşkara çıxararaq, torpaqlarının geri qaytarılmasında onlara yardım edilməsini xahiş edirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Niaqara" restoranı insanların istirahətinə haram qatır - Gecə saatlarında analoqu olmayan söyüşlər eşidirik

"Niaqara" restoranı insanların istirahətinə haram qatır -Gecə saatlarında analoqu olmayan söyüşlər eşidirik
Redaksiyamıza müraciət edən Nərimanov rayon Səməd Vurğun küçəsi 175 ünvanda yaşayan sakinlər bildirir ki, onların yaşadığı ərazinin bir neçə metrliyində fəaliyyət göstərən "Niaqara" şadlıq sarayı illərdir sözün əsil mənasında onların istirahətinə haram qatıb. Xüsusən də gecə saatlarında bu hal baş verir.
Sakinlər iddia edir ki, son vaxtlar bu analoji hal daha da şiddətlənib. Belə ki, şadlıq sarayında toy və ya hansısa məclis təşkili zamanı gələn qo
naqların maşınların "parkinq" etməyə yer yoxdu. Məcburiyyətdən şadlıq sarayının qarşısında maşınlar "parkinq" edilir ki, bu da süni sıxlıq yaradır, maşınların səs-küyündən evdə nəyinki oturmaq, yatmaq belə olmur.
Bundan əlavə şadlıq sarayına gələn qonaqlar dincəlib əyləndikdən sonra gecə saat 10-11 arası şadlıq sarayının qarşısında tez-tez dava-dalaş söyüşlər, eşidilir bu da şadlıq evi ilə üz-üzə cəmi 15-20 metirliydə yerləşən bina sakinlərini narahat edir. Hətta bununla bağlı saytımıza video-çəkiliş də göndəriblər.
Sakinlər iddia edir ki, evdə yaşlı nəsil uşaqlar var , bəzən olur söyüşdən insan evinin içində olan uşaqdan qız gəlindən utanır, onlar əlac yonunu məsələni ictmayiləşdirməkdə görürlər xahış edirik ictimailəşdirin, bəlkə bu çarəsizliyə əlac tapılar- deyə sakinlər bildirir.
Kütləvi İnformasıya Vasitələrində səsləndirilən iddialara görə sözügedən şadlıq sarayı dünyasını dəyişən keçmiş Müdafiə Sənayesi naziri olmuş Yavər Camalov məxsusdur.(Azerbaycanreallığı)
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - İLGİNC GƏLİŞMƏ...

Bakı sakini Dadaşov Abbas Eldar oğlu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçidir.

AFN.az-a göndərdiyi növbəti şikayət məktubunda A.Dadaşov bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. Şikayətçi bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışıb: “Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər. Bildirdilər ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.

T.Şahbazov verdiyi vədə əməl etmədiyinə görə A.Dadaşov ondan şübhələnib: “Ona bildirdim ki, sən işi yubadırsan, işin yubanmasının səbəbini mənə izah et. Dedi ki, qardaşım Rüstəm ölkədə yoxdur, ona görə də sənədləşmə bir az gecikir. Rüstəm gələn kimi sənədləşmə yekunlaşacaq və sənədləri tam şəkildə sənə verəcəm. O, dedi ki, bütün ölkə üzrə bu məsələlərə qardaşı rəhbərlik edir. Mən arxayın oldum ki, Teymur yalan danışmaz, qardaşı Rüstəm Şahbazovla məsələni həll edəcək. Teymur mənə onu da dedi ki, pulun hamısını qardaşına verib”.

“Sövdələşmə”nin üzərindən bir müddət keçsə də, lazım olan sənədlər A.Dadaşova verilməyib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: “Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: “Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.

Şikayətçi onu da qeyd edib ki, bu “üçlük” tək onu yox, bir neçə adamı aldadaraq pullarını ələ keçirib. A.Dadaşov Şahbazov Teymur Adıgözəl oğlunun və qardaşı Şahbazov Rüstəm Adıgözəl oğlunun, həmçinin Allahverdiyev Rövşən Oqtay oğlunun cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 236000 manatın ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. O, müvafiq müraciətini aidiyyatı hüquq-mühafizə orqanlarına da göndərib.

"Hazırda Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Təxminən 6 aydan çoxdur ki, axtarışa verilib. Amma rahatca şəhərdə gəzir, maraqlıdır ki, heç kim onu saxlamır. Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə ilə cinayət işi açılıb. Bir neçə nəfər zərərçəkmiş var, biri də mənəm. Mənə 1 milyona yaxın zərər vurub. Onun həbs edilməsini, cinayət işinin araşdırılmasını istəyirəm" - deyə A.Dadaşov saytımız vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, daxili işlər naziri, general-palkovnik Vilayət Eyvazova ünvanladığı müraciətdə qeyd edib.

Qeyd edək ki, qeyd edilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan mövqe almaq cəhdlərimiz boşa çıxdı. Belə ki, Xidmətin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məsələyə hüquq-mühafizə orqanları baxır, ona görə mövqe vermək məqsədəuyğun deyil. R.Şahbazova məxsus votsap nömrəsinə göndərdiyimiz müraciət də cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az, Araşdırma qrupu

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO