Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - İLGİNC GƏLİŞMƏ...

10:43 11.04.2024 29
Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - İLGİNC GƏLİŞMƏ...

Bakı sakini Dadaşov Abbas Eldar oğlu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçidir.

AFN.az-a göndərdiyi növbəti şikayət məktubunda A.Dadaşov bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. Şikayətçi bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışıb: “Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər. Bildirdilər ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.

T.Şahbazov verdiyi vədə əməl etmədiyinə görə A.Dadaşov ondan şübhələnib: “Ona bildirdim ki, sən işi yubadırsan, işin yubanmasının səbəbini mənə izah et. Dedi ki, qardaşım Rüstəm ölkədə yoxdur, ona görə də sənədləşmə bir az gecikir. Rüstəm gələn kimi sənədləşmə yekunlaşacaq və sənədləri tam şəkildə sənə verəcəm. O, dedi ki, bütün ölkə üzrə bu məsələlərə qardaşı rəhbərlik edir. Mən arxayın oldum ki, Teymur yalan danışmaz, qardaşı Rüstəm Şahbazovla məsələni həll edəcək. Teymur mənə onu da dedi ki, pulun hamısını qardaşına verib”.

“Sövdələşmə”nin üzərindən bir müddət keçsə də, lazım olan sənədlər A.Dadaşova verilməyib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: “Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: “Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.

Şikayətçi onu da qeyd edib ki, bu “üçlük” tək onu yox, bir neçə adamı aldadaraq pullarını ələ keçirib. A.Dadaşov Şahbazov Teymur Adıgözəl oğlunun və qardaşı Şahbazov Rüstəm Adıgözəl oğlunun, həmçinin Allahverdiyev Rövşən Oqtay oğlunun cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 236000 manatın ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş edir. O, müvafiq müraciətini aidiyyatı hüquq-mühafizə orqanlarına da göndərib.

"Hazırda Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Təxminən 6 aydan çoxdur ki, axtarışa verilib. Amma rahatca şəhərdə gəzir, maraqlıdır ki, heç kim onu saxlamır. Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə ilə cinayət işi açılıb. Bir neçə nəfər zərərçəkmiş var, biri də mənəm. Mənə 1 milyona yaxın zərər vurub. Onun həbs edilməsini, cinayət işinin araşdırılmasını istəyirəm" - deyə A.Dadaşov saytımız vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, daxili işlər naziri, general-palkovnik Vilayət Eyvazova ünvanladığı müraciətdə qeyd edib.

Qeyd edək ki, qeyd edilənlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan mövqe almaq cəhdlərimiz boşa çıxdı. Belə ki, Xidmətin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, məsələyə hüquq-mühafizə orqanları baxır, ona görə mövqe vermək məqsədəuyğun deyil. R.Şahbazova məxsus votsap nömrəsinə göndərdiyimiz müraciət də cavabsız qaldı. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az, Araşdırma qrupu
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO