[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucarda saxta diplomlu məmur var imiş... - İTTİHAM VAR...


"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, saxta diplolmu olan Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin ediblər". Dia-az.info bildirir ki, bu ittiham Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yer alıb.

Vətəndaş daha sonra qeyd edir: "Ucar rayon Texniki Nəzarətin Təşkili Sektoruna müdir vəzifəsinə təyin edilmiş Cavid İsmayılovun ali məktəb diplomu saxtadır.Buna görə ciddi araşdırma aparıb təsirli tədbir görülməlidir. Ancaq İnam Kərimovun Kənd Təsərrüfatı Naziri vəzifəsindən Ali Məhkəmə sədri vəzifəsinə təyin edildiyi üçün təyinatının olmamasından sui-istifadə edən müəyyən vəzifəli şəxslər saxta diplomlu Cavid İsmayılovu Ucar rayon Texniki Nəzarətin Təşkili Sektorunun müdiri vəzifəsinə təyin etdirə biliblər.Bu cinayət əməlidir ki, vəzifəli şəxslər yol veriblər.Cavid Ismayılov öz işinin öhdəsindən gələ bilmir. O, taraktor üçün sürücülük vəsiqəsini 322 manata satır. Hətda buna görə çox adamdan pul alıb qaytarmayıb.
Cavid İsmayılovun yaxın qohumu Zamin Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktorudur.Onun dəstəyi ilə Cavid İsmayılov saxta diplomu ilə vəzifəyə gələ bilmişdir.
Mənim bu barədə Baş prokurorluğa etdiyim şikayət araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Prokurorluğua həvalə edilib.Ancaq araşdırma çox ləng aparılır.

Sizdən xahiş edirəm şikayət ərizəmdə qeyd etdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol vermiş vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Doktor.az” klinikası adlı QƏSSABXANA... - NARAZILIQ VAR...


Almaniyada işləyən azərbaycanlı həkim Oksana Balakişiyeva Sumqayıtda fəaliyyət göstərən “Doktor.az” klinikasından şikayətçidir. O, həkim Sevil Musayevanın onun anasına səhvən xərçəng diaqnozu qoyaraq əməliyyata məcbur etmək istədiyini iddia edir.

“Qafqazinfo”ya danışan O.Balakişiyeva özəl klinikada çalışan həkimin əlil anasına heç bir əsas olmadan uşaqlıq boynunun xərçəngi diaqnozunu qoyduğunu deyib.

Onun sözlərinə görə, həkim şişin 2-ci dərəcədə olduğunu bildirirək təcili əməliyyata ehtiyac görüb: “Anam onu ​​görməyə martın 7-də gedib. Müayinələrdən sonra Sevil Musayeva anama audiomesaj göndərib ki, onda uşaqlıq boynu xərçəngi var və bu, çox güman ki, ikinci mərhələdir. Həkim oradakı qohumlarıma əməliyyata ehtiyacı olduğunu və hər şeyin keçəcəyini söyləyib. Ancaq o, mənim həkim olduğumu bilmirdi. Bundan sonra mən ona mesaj yazdım. Ondan konkret nə gördüyünü mənə izah etməsini və əməliyyatın epikrizini yazılı şəkildə verməsini xahiş etdim. O isə mesajımı oxuyaraq məni qara siyahıya saldı və cavab vermədi”.

O.Balakişiyeva daha sonra anasının analizlərinin və digər məlumatların Almaniyada həkimlərə yoxlatdırdığını, eləcə də yaşlı anasını başqa həkimin müayinəsinə göndərdiyini deyib. Bundan sonra qadında hər hansı şiş xəstəliyinin, ümumiyyətlə, əməliyyata ehtiyacın olmaması müəyyənləşib.

O, “Doktor.az” klinikasında çalışan Sevil Musayevanın 32 ildir əlil arabasında oturan qadını pul qazanmaq məqsədilə səhv diaqnoz əsasında əməliyyat etmək istədiyini iddia edib.

“Bu necə mümkündür? Bu hekayə tək deyil, belə hallar çoxdur, amma niyə heç kim buna reaksiya vermir? Bütün bunlar nə üçün idi? Hamısı pul xatirinə?! İnanmaq mənim üçün çətindir və tibbdə belə insanların olmasına çox üzülürəm! Ən pisi isə odur ki, belə həkimlərin tibbdə işləməyə davam etmək hüququ var!”, - deyə Oksana Balakişiyeva əlavə edib.

İddialarla əlaqədar birbaşa həkimin özü ilə əlaqə saxladıq. Sevil Musayeva saytımıza açıqlamasında ittihamları tamamilə əsassız adlandırdı: “Mən necə xərçəng diaqnozu qoya bilərəm? Heç bir onkoloji xəstəlik adı çəkməmişəm, belə söhbət olmayıb. Xahiş edirəm, mənə böhtan atmasınlar. Müayinə zamanı Dilarə xanımın uşaqlıq yolunda proses müəyyən etdik və ona digər müayinələrdən keçməyi məsləhət gördük və Histalogiya Şöbəsinə yönləndirdik. Onlar gedib müxtəlif yerlərdə analizlər veriblər, məndən narazılıq edirlər. Halbuki mən onlara yalnız toxumalardan analiz götürülməsinin vacibliyini demişəm. Biz həmin qadını çox hörmətlə qarşılamışıq, yola salmışıq”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Özəl Tibb Şöbəsinin müdir müavini Ramiq Quliyev sorğumuza cavab olaraq bildirdi ki, “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.

Beləliklə, vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil olmadığı və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə prokurorluq və ya məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılır”.(“Qafqazinfo”)
“Doktor.az” klinikası adlı QƏSSABXANA... - NARAZILIQ VAR...
“Doktor.az” klinikası adlı QƏSSABXANA... - NARAZILIQ VAR...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöl İcra Hakimiyyətinin şöbə müdiri vətəndaşın yolunu kəsib - "İcra başçısı da onun tərəfini saxlayır"

Göygöl rayonu, Turan Qurbanov kuçəsinin sakini Rüstəmov Akif Xaliq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazov onun yolunu zəbt edib:

“Mən, Rüstəmov Akif Xaliq oğlu, bildirmək istəyirəm ki, 2020-ci ildən yuxarıda qeyd etdiyim ünvanda yaşayıram. 4 ildir maşınımı öz həyətimə sala bilmirəm. Səbəb isə Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovdur.

Adını çəkdiyim şəxs qanunsuz olaraq mənim evimin qabağındakı yolu zəbt edib. Həmin şəxsə başqa bir yerdən əlavə torpaq verilməsinə baxmayaraq, 2 küçəni zəbt edərək vəzifəsindən sui-istifadə etmişdir. Rayonun icra başçısı və memarı da vəzifə sahibi olan Arizin tərəfini saxlayır. Başçının qəbulunda olmuşam, problemimi bildirmişəm. Mənimlə birgə yolun bağlanmasına narazı olan qonşum da yanımda olub. Memar deyir ki, cığır oldu bəsdir də. Memarın özünün evinin qarşısı, yolu kəsilsə, götürərmi? Bura dağ kəndi deyil ki, çığırlar olsun. Mənə yol göstərirlər ki, sən dünənki uşaqsan, darvazanı sök, dəyiş.

Mən bu qədər özbaşınalığın qabağında aciz qalmışam".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO