[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də və sonuncusu aprelin 5-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Norveç, Kanada və ABŞ hərbiləri Ermənistana göndərilir: Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür.

Sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.

İmsak duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.

Tərcüməsi:

“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Sosial şəbəkələrdə Sabirabad və Saatlı rayonları arasında yerləşən təbii gölün tullantılarla çirkləndilirilməsiinə dair görüntülər yayaılıb. Gundeminfo.az xəbər verir ki, vətəndaş Əlisa Həsən
ov paylaşdığı videoada qeyd edir ki, Sabirabad Rayon Mənzil Təsərrüfat Birliyinin işçiləri Sa birabad rayonu ərazisində yerləşəmn təbii göl. rayon ərazisindən topladıqıarı zibilləri atırlar.

Əlisa Həsənov iddia edir ki, Sabirbad rayon müvafiq idarəsinin əməkdaşları rayon ərazisindən yığdıqları zibilləri Sabirabad şəhərinin ərazisində yerləşən el arasında "Çökək çala" kimi tanınan əraziyə boşaldırllar.

Hansı bu təbii su hövzəsinin yaxınlığında şəhər əhalisi məskunlaşb. İddialara əsasən Rayon Mənzil Təsərrüfat Birliyinin rəhbərliyi tullanrıları daşıyan nəqliyyat vasitələrinə yetərincə yanacaq vermədiklərinə görə onlar da həmin tullantıları şəhər ərazisində, əhalinin sıx məskunlaşdığı gölə atırlar.

Qeyd edək ki, dəfələrlə bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müüraciət edilsə də, heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Papanın səhhəti yaxşılaşıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşıb.

Son bir neçə aydır bronxit və soyuqdəymə səbəbindən bütün görüş və tədbirlərini ləğv edən Roma Papası Pasxa bayramı ərəfəsində növbəti dörd gün ərzində sıx qrafiklə işləyəcək.

Pontifik bu gün Müqəddəs Pyotr Kilsəsində keçirilən ibadət zamanı uzun xütbə oxuyub və minlərlə keşişlə birgə and içib. O, cümə günü Müqəddəs Pyotr Kilsəsində keçiriləcək mərasimə rəhbərlik edəcək, Kolizey ətrafında ənənəvi Xaç Yolu yürüşünə qatılacaq. Şənbə günü Pasxa duasına rəhbərlik edəcək, bazar günü isə Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyacaq.

Qeyd edək ki, 87 yaşlı Papa Fransisk bu il iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin seçki üçün 317 milyon pul xərcləyib

Rusiya Prezidenti Vladimir Putin seçki fondu prezidentlik kampaniyasına 317,75 milyon rubl xərcləyib.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan yekun maliyyə hesabatında bildirilib.

Vəsaitin böyük hissəsi - 163 milyon rublu radio və televiziyada seçki kampaniyasına xərclənib.

Putinin seçki fonduna ümumilikdə 477,38 milyon rubldan çox vəsait daxil olub. Seçki fondundan 128,38 milyon rubl geri qaytarılıb. cümlədən:

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Vladimir Putin 87 faizdən çox səs toplayaraq qələbə qazanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Nağdsız ödəmə adiləşir. İnsanlar pulu ciblərində deyil, plastik kartlarda, eləcə də mobil telefonda (elektron cüzdan) daşımağa üstünlük verirlər. Hesab edirlər ki, nağdsız ödəniş həm təhlükəsiz, həm də sərfəlidir. Amma son vaxtlar Azərbaycanda bəzi müəssisələr-ticarət mərkəzləri, avtoservis müəssisələri, gözəllik mərkəzləri, ictimai iaşə obyektləri və s. müştərinin nağdsız ödəniş həvəs göstərmir, daha doğrusu, hər fürsətdə bundan imtina etməyə çalışırlar. Hətta ödəniş olsa belə, qəbz verməyi “unudurlar”. Vergidən yayınmaq üçün müxtəlif yollara əl atan bu müəssisələr, əlbəttə, qanunsuzluğa yol verir, istehlakçı hüquqlarını kobud şəkildə pozurlar.

Bəs istehlakçılar bu halla rastlaşdıqda nə etməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Pressklub.az-a açıqlamasında bildirib ki, ticarət və xidmət mərkəzlərində kassa çeki verilmədikdə istehlakçının hüququnu qorumaq olmur.

“Bəzi ticarət mərkəzləri, Sədərək bazarı, eləcə də əksər avtotəmir müəssisələri, klinikalar, restoranlar və s. vergi strukturlarının üz qarasıdır”.

Müsahibimizin sözlərinə görə, bəzi müəssisələrdə, eləcə də meyvə-tərəvəz dükanlarında vətəndaş ödənişi kartla etmək istədikdə satıcı şəxsi kartına ödəmə tələb edir: “Bu da vergidən yayınma ilə yanaşı, dövlət siyasətinin biznes tərəfindən boykot edilməsidir. Təəssüf ki, nə vətəndaşlar bu məsələyə ciddi yanaşır, nə də dövlət orqanları”.

Görəsən, Dövlət Vergi Xidməti (DVX) bu məsələ ilə bağlı lazımi yoxlanışları edib, addımlar atırmı?

Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Pressklub.az-a açıqlamasında bildirib ki, vergi qanunvericiliyinə əsasən, nağdsız ödənişdən imtinaya görə ticarət və xidmət müəssisələrinə cərimələr nəzərdə tutulub.

“Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi hesab olunur”.

Ş. Məmmədov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən olunub. Həmin obyektlərə qanundan yayındığı təqdirdə maliyyə sanksiyası tətbiq edilir.

Müsahibimiz deyib ki, istehlakçılar qanunvericiliyin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla Dövlət Vergi Xidmətinin saytına (195 – 1), Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmsöhbətimiz bildirib ki, qeyri-anonim şəkildə, yəni rəsmi şikayət edildikdə Dövlət Vergi Xidməti tərəfindən həmin şikayətə baxılır. Daxil olmuş şikayətlər və məlumatlar üzrə operativ vergi nəzarəti tədbirləri görülür: “Ancaq bu tədbirlərin həyata keçirilməsi üçün vətəndaş şikayətləri vacibdir. Çünki DVX operativ nəzarətə çıxanda bəzi obyektlər təyin edilə bilmir. Amma vətəndaşlar konkret obyekti şikayət etdikdə lazımi tədbirlər görülür”.

İnsanların hüquqlarını kobud şəkildə pozan sahibkarların bu qanunsuzluğu etdiyi təqdirdə cərimələnəcəyi məlum oldu. Bəs bu cərimələrin məbləği nədir?

Hüquqşünas Mehman Muradlı Pressklub.az saytına açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmaması və quraşdırılmış obyektlərdə nağdsız ödənişlərdən imtina edilməsinə görə, mərhələli şəkildə cərimə sistemi tətbiq edilir.

“Vergi qanunvericiliyinə əsasən, ticarət və ictimai iaşə obyektləri nağd alışlar zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər. Belə olmazsa, onları cərimələr gözləyir. Kassa çeki verilməyən ictimai iaşə və ticarət obyektləri barədə istehlakçının vergi xidmətinə məlumat vermək hüququ var”.

Hüquqşünas bildirib ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Düzdür, bu şəxslər aşkarlandıqda məsuliyyətə cəlb olunurlar. Amma təəssüf ki, bəzi insanların məlumatsızlığına görə, onlar məsuliyyətdən boyun qaçırıb, istədikləri qanunsuzluğu edirlər. Amma istehlakçılar bu problemlə rastlaşdıqda lazımi qurumlara şikayətini bildirsə, hüquqlarını qorusa, bu cür qanunsuzluqların qarşısı alınar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

Azərbaycanda bir sıra tibb müəssisələrində ixtisasına uyğun olmayan işlərdə çalışan, hətta cərrahiyə əməliyyatları edən həkimlərin olduğu barədə məlumat vermişdik.
Bu məsələ o qədər aktuallaşıb ki, artıq bir qrup peşəkar həkim diplomsuz çalışan həkimlərin siyahısını yayıb və aidiyyatı qurumları məsələylə bağlı tədbir görməyə çağırıblar. Bundan sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir çox kliniklarda yoxlamalar aparıb, aşkarlanan nöqsanlarla bağlı cərimələr yazıb.
Amma hansısa qüvvə müəyyən adamları, tibb müəssisələrini bu cərimələrdən qoruya bilir.

Məsələn, “Medicina”nın aşkara çıxardığı diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevi. Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.
Son beş ildir estetik cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.
Fuad Abdullayev Bakupost.az -ın əməkdaşının sualına dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu deyib. O qeyd edib ki, belə məsələləri qabartmaq yersizdir.
Bakupost.az məsələ ilə bağlı həm həkimin çalışdığı “Lanset Cərrahlıq klinikası”na, həm də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib.

“Lanset Cərrahlıq klinikası”nın baş həkimi Rahim Əliyevin imzasıyla sorğuya cavab olaraq bildirilib ki, Fuad Abdullayevlə bağlanan müqaviləyə xitam verilib, hazırda həmin klinikada çalışmır.
Eyni məzmunlu cavab Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də gəlib. Bildirilib ki, klinikada yoxlama aparılıb və məlum olub ki, həmin şəxs artıq orada çalışmır.

Hər iki cavabdan görünür ki, Fuad Abdullayev “Lanset Cərrahlıq klinikası”nda işləyib. Amma hansı qanunla işləyib? Qanunsuz işlədiyi aşkarlandığı üçün hansı tədbirin görülməsi barədə də heç bir məlumat yoxdur.

İkinci və daha biabırçı fakt ondan ibarətdir ki, istər klinika, istərsə də Səhiyyə Nazirliyinin müvafiq qurumunun faktı gizlətməyə çalışdığı ortaya çıxıb. Çünki işdən çıxarıldığı bildirilən Fuad Abdullayev bu gün də “Lanset Cərrahlıq klinikası”nda fəliyyətini davam etdirir. Bunu klinikayla əlaqə saxlamaqla və ya da həkimin sosial şəbəkə profillərini izləməklə görmək olar.
Bəs görəsən, klinikanı cərimədən, həkimi işdən çıxarmaqdan kim qoruyub? Hansı güc bir həkimə görə Analitik Ekspertiza Mərkəzini yalan məlumat yaymağa məcbur edib?

Yeri gəlmişkən qeyd edək ki, “Lanset Cərrahlıq klinikası”nın direktoru Rahim Əliyev vaxtilə Səhiyyə Nazirinin müavini olub. Görünür, onun Analitik Ekspertiza Mərkəziylə “isti münasibətləri” hələ də davam edir.(Bakupost.az)
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT


Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər əhalisi ilə görüşlər keçirərək özünü reklam edir. Niyazi Bayramovun yarıtmaz idarəçiliyi göz qabağındadır, Gəncə şəhəri bərbad haldadır. Daş-üstünə daş qoymayan icra başçısı absurd olan tərif yazılarla nə əldə etmək istiyir bilinmir.

Onun oğlunun sosial şəbəkələrdə 904 markalı maşın nömrələri rekord qırdı, amma aidiyyəti qurumlar susdu. Qoy, sussunlar görək nə vaxta kimi susurlar. Onu da qeyd edək ki, Niyazi Bayramovu heç bir məmur Gəncə şəhərində eşitmir, onun görüşlərində yazı-pozudan başqa vətəndaş hüquqlarının heç biri bərpa olunmayıbdır.

Niyazi Bayramovun keçirdiyi vətəndaşlarla görüş, şəkildən başqa bir şey deyil. Adı olur ki, Niyazi Bayramov vətəndaşları qəbul edib, sadəcə belə bir ad, bu da aidiyyəti orqanları aldatmaqdır ki, mən vətəndaş qəbul edib şikayətləri dinliyirəm.

Oxuculardan xahiş edirəm ki, Gəncə şəhər Şəhidlər Xiyabanında zibilliyin, ağac qırıntılarının, quş nəcislərinin xiyabanın metlak deyilən yerdə iz salmalarına diqqət yetirsinlər. Bu tək Gəncə şəhər Şəhidlər Xiyabanına, şəhər əhalisinə yox, həmçinin Azərbaycan xalqına hörmətsizlikdir.

hurriyyet.az


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bakının Nərimanov rayonu paytaxtın mərkəzi ərazilərindən olsa da, burada qanunsuz işlər görülməsi başqalarından o qədər də fərqlənmir. Halbuki rayonun icra başçısı dəyişdi, Abdin Fərzəliyev Abşerona göndərildi, Elgün Həbibullayev onun yerinə gətirildi… Amma çi fayda?!
Yeni gələn İH rəhbəri də xələfinə “rəhmət oxutmağa” başladı. Elə götürək Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında baş verənləri. Təsəvvür edin ki, bu ünvanda hündürmərtəbəli evin ana divarlarını sökərək obyektə çeviriblər. Və bu tikinti normativlərinin pozulmasından Nərimanov rayon şefi Həbibullayev “bixəbər” imiş.
Tribunainfo.az-a verilən xəbərdə deyilir ki, hadisə təxminən 1 ay əvvəl olub. Rusiyadan bir iş adamına satılan həmin iaşə obyekti kimlərisə babat varlandırıb. Ancaq evin ana divarlarını söküb obyektə çevirməklə pul qazanıldığı halda, doğurdanmı E.Həbibullayev bir icra başçısı kimi məsələdən agah olmayıb, yaxud ona da nəsə çatmayıb? – Sual ritorikdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən və minlərlə insanın ölümündən sonra Bakıda hündürmərtəbəli evlərin 1-ci mərtəbəsinin təyinatının dəyişdirilməsində qadağalar tətbiq olundu. Yəni yaşayış üçün nəzərdə tutulan mərtəbənin təyinatının qeyri- yaşayışa dəyişdirilməsi qadağan olundu.
Daha sadə dildə desək, F.Yusifov küçəsində o evin ana divarlarını sökərək onu qeyri-yaşayış, yəni obyekt kimi istifadə etmək məhz təyinatını dəyişmək, qanunları pozmaq deməkdir. Lakin Nərimanov İH başçısı E.Həbibullayev özünü bu qadağadan xəbərsiz kimi aparmaqdadır.

Yeri gəlmişkən, təxminən bir neçə il əvvəl Prezident İlham Əliyev rayon icra başçılarına xəbərdarlıq xarakterində çıxış etmişdi. Dövlət başçısı məhz bu problemə toxunaraq, məmurların rayonlarda boş yerləri satdığını açıqlamışdı. Görünür ki, Nərimanov İH başçısı ya fikirləşir ki, Prezidentin həmin çıxışının üstündən illər keçib, unudulub, yəni nə istəsən etmək olar, ya da hazırda həbs həyatı yaşayan keçmiş həmkarlarını yada salmaq istəmir.
Üstəlik, məsuliyyəti təkcə Həbibullayev daşımır, həmin obyektin ətrafında çoxillik ağacların məhv olmasına görə cavabdeh olan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi də var. Maraqlıdır, meriyanın tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sözügedən ünvanda yaşıllıqların kəsilməsindən məlumatsızdır, yoxsa bu qurumu ağacların qırılması maraqlandırmır? Ümumiyyətlə, adından da bəlli olduğu kimi, işi yaşıllaşdırma olan Təsərrüfat Birliyi bu müddətdə hara baxırdı? BŞİH rəhbəri bu qurumun və onun rəhbərliyinin fəaliyyətinə diqqət yetirirmi?
Axı şəhərin mərkəzi ərazisində bir tərəfdən evin ana divarları yıxılır, yeri obyektə çevrilir, bəli, buna Nərimanov İH rəhbərliyi məsuliyyət daşıyır, bir yandan isə bu obyektin ətrafındakı ağaclar ekoloji qətliama məruz qalır və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi “tükünü tərpətmir”. Görəsən nə üçün? Bəlkə bu məsələ işbirliyi və ya sövdələşmə var? Hər halda, bütün aidiyyatı orqanlar araşdırmalıdır – Həbibullayevlə Yaşıllaşdırma Təsərrüfat Birliyi rəhbərliyinin bu fakta olan münasibətini…
Bundan əlavə, o da məlumdur ki, Bakıda obyekt və digər tikililərə birbaşa cavabdeh Şəhərsalma və Arxitektura Komitəsidir. Şəhərdə daşı daş üstünə qoyanda gərək adı çəkilən qurumdan icazə alasan. Belə nəticə çıxır ki, komitə məsələdən məlumatsızdır. Hər halda, biz bir media olaraq məsələni ictimailəşdirdik. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, fotodo gördüyünüz obyektin ətrafında çoxillik ağaclar yoxa çıxıb. Bu ekoloji və arxitektur cinayətlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sorğumuza cavab verməyib. Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

tribunainfo.az


Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!
Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO