[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Vətəndaşlar şikayətlənirlər ki, “Lifttəmir” İstehsalat Birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşmək olmur, sınaqdan keçməmiş, qəbul aktı olmayan liftlər əhalinin istismarına verilir və s.
Maraqlıdır, görəsən, adı çəkilən idarəyə vaxtaşırı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən ayrılan vəsaitin, lift istifadəçilərinin özlərinin ödədikləri abunə haqqı hara gedir. Bakı ŞİH-nin başçısı hörmətli cənab Eldar Əzizov Xalid Ələkbərovun nöqsanlarına qiymət vermək üçün nəyi gözləyir? Allah Xalid bəyə övlad toyu görmək qismət eləsin, bəlkə cənab başçı o günü gözləyir ki, Ələkbərov da səsi-sorağı uzaqlara gedib çıxan, dilə-dişə düşən yarım milyonluq toy-büsat qursun, ondan sonra hərəkətə gəlib bir tədbir görsün?

Nyus.Az


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...


Məlum olduğu kimi, bir neç gün əvvəl 1-ci Qarabağ müharibəsi veteranı, "Siyəzənneft"in işçisi Elnur Bayramov dünyasını dəyişib. Dia-az.info xatırladır ki, erməni əsirliyində olmuş Elnur Bayramov vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə düçar olmuşdu.

Neftçi yanvar ayında maddi yardım üçün SOCAR-a - daha dəqiqi Neft-Qaz Təmir Tikinti Trestininin rəhbərliyinə, konkret olaraq isə Qağaməli Seyfullayev müraciət etsə də, ona rədd cavabı verildi. Nəhayətdə bəlkə də ömrünü bir neçə günlük və həm də ağrısız uzadılması mümkün olan bir vətəndaşımız ağrı-acılar və ehtiyac içində dünyasını dəyişdi. Qeyd edək ki, mərhum ağrikəsən iynə dərmanlar almaq üçün müraciət etmişdi. Lakin Qağaməli kimi məmurlar ona rədd cavabı verib.... Və bu olay da neftçilər tərəfindən etirazla qarşılanmaqdadır..

Dia-az.info xatırladır ki, SOCAR sistemində çalışdığı müddətdə Seyfullayev əbəs yerə çirkli qüvvələrin “qara kassası” sayılmayıb, ölçüyəgəlməz kapitala yiyələnib və sözün əsl mənasında oliqarxa çevrilib. Məlumatlarda həmin nəhəng sərvətin bir qismi sadalanır:

- Bakı şəhərində və doğulduğu Biləsuvar rayonunda çoxlu sayda evləri, dəbdəbəli villaları vardır. Nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri vardır. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500000 (beş yüz min) manat civarındadır. Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin.

Hər halda, bunca sərvət və imkan - həm də dövlət hesabına əldə olunan imtiyazlar qarşısında bir xəstə SOCAR əməkdaşına - məhz qanunun ttələblərinə uyğun olaraq əl uzatmaq mümkün idi...

Qanunlarsa belə deyir...

Aşağıda göstərilən və qüvvədə olan, bu normativ hüquq aktlar əsas verir ki, işçi və digər şəxslər heç bir xərc çəkmədən tibbi müalicə ala bilsinlər:
1. AR-sı Əmək Məcəlləsinin 12.-ci maddəsi: işçilərin əmək, maddi, sosial və digər məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisə əsasnaməsi və nizamnaməsinə və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək - işəgötürənin əsas vəzifələrindən biridir.
2. Hər il Dövlət büdcəsindən səhiyyəyə və tibbə ayrılan maliyyə vəsaitləri.
3. İdarə və müəssisələrdə işçilərin tibbi sığorta olunması.
4. İşçilərin: idarə və müəssisələrdə bədbəxt hadisələrdən icbari tibbi sığortası.
5. Az istifadə olunsada könüllü tibbi sığorta
6. Müxtəlif maliyyə və ya xeyriyyə yardımları
7. Əmək müqaviləsi ilə işləyən işçilərdən 4 faiz olmaqla tutulan icbari tibbi sığorta haqları.
8. Mülki müqavilə ilə işləyən şəxslərdən hər ay 14 manat məbləğində icbari tibbi sığorta tutulması.
Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 milyon manat təşkil edib (artım 12,6%). Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə AR-n Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Sual olunur, qanunlarla bu qədər dövlət təminatı olan işçilər nədən, o cümlədən də ağır xəstəlikdən əziyyət çəkən işçilər pulsuz müalicə olmamalıdlr?

Mövzuya qayıdacağıq.

Dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Xəbər verildiyi kimi, martın 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədov saxlanılıb.

İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Sonrakı məlumatlardan aydın oldu ki, saxlanılan yalnız baş memardır.

Missiya.Az-a Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən olduqca ilginc məlumatlar daxil olub. Məlumatların təhlili göstərir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin pərdəarxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə?

Saxlanılmış baş memar əsasən kimin adamı hesab olunur? Elxan Məmmədovla icra başçısı Niyazi Bayramov arasında hansı səbəblərdən narazılıq yaranıb? İcra hakimiyyətinin hüquqşünası Xaqani Əbduləzimov qurum daxilindəki “tazıya qaç, dovşana tut” oyunlarının harasında dayanır? Bu kimi suallara tədricən cavab verəcəyik.

“Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər heyəti və ümumən məsul şəxsləri arasında qeyri-sağlam mühit hökm sürür. Burada hamı bir-birinə torba tikməyə, əngəl yaratmağa çalışır. Hətta konkret ağır şantaja məruz qalan məmur var. Hələlik onun adını açıqlamaq istəmirəm. Demək istədiyim odur ki, burada sağlam iş şəraiti yoxdur. Deyə bilmərəm ki, bu vəziyyəti Niyazi Bayramov məqsədli şəkildə yaradıb. Amma fakt odur ki, Niyazi Bayramov gələndən hamı bir-biri ilə mehriban düşməndir. Hətta müavinlərin başçıya münasibəti də qaydasında deyil. Onlar da Niyazi müəllimin iş qaydasından narazıdırlar. Həbs olunan Elxan Məmmədovla başçı arasında bir müddətdir ki, soyuqluq yaranıb. Baxmayaraq ki, əvvəllər aralarından su keçmirdi. Ümumiyyətlə deyim ki, Niyazi müəllimin idarəçiliyində problemlər var və bunun da nəticəsidir ki, İcra Hakimiyyətinin əməkdaşları arasında münasibətlər sistemi pozulub” deyən mənbənin sözlərinə görə, bu gün Gəncədə kifayət qədər ciddi problemlər var və bunların çoxu keçmiş İcra başçısı Elmar Vəliyevin yaratdığı problemlərdir: “Niyazi müəllim problemlərin həlli istiqamətində çalışmaq əvəzinə onları ört-basdır etmək, bəzi hallarda isə, “mənlik deyil, köhnələrin zibilləridir” demək yolunu tutdu. İdarəçilikdəki qüsurlar isə nəticədə həm də onsuz da qaydasında olmayan məmur-vətəndaş münasibətlərinə xələl yetirmiş oldu. Yəni vətəndaşlar ümid edirdilər ki, yeni başçı, yeni komanda problemlərin həllində maraqlı olacaq. Lakin bunun tam əksi baş verdi. Bir nəfərin belə problemi həll olunmadı, narazılığın daha da artmasına yönəlmiş biganəlik nümayiş olundu. Camaat nə gördü: Yeni başçı problemlərlə məşğul olub etimadı doğrultmaq əvəzinə oğlunun maşın kolleksiyasını artırdı. Bizə də çox maraqlıdır, bu adamlar niyə yalnız şəxsi maraqlarını güdürlər? Yəni doğrudanmı qorxmurlar ki, bir gün dövlətin qəzəbinə tuş gələrlər? Axı təcrübə göstərir ki, dövlətin qəzəbi ağır olur. Axı memarı-filanı güdaza verməklə iş bitmir… Vallah biz də çox təəssüflənirik ki, Niyazi müəllim gözləntilərimizdən fərqli addımlar atdı, həlli vacib məsələləri görməzdən gəldi, bəzi vacib məqamları nəzərdən qaçırdı… Axı bu gün Gəncədə uşağa da məlumdur ki, İcra Hakimiyyətinin kommunal-təsərrüfat şöbəsinin müdiri Nurəhməd Əhmədov sonu yaxşı olmayacaq işlərlə məşğuldur. Bunu uşaq bilirsə Niyazi müəllim niyə bilmir? Yaxud bilirsə, niyə ölçü götürmür? Ölçü götürməməsinin arxasında hansı maraqlar var? Başqa bir misal, hüquq şöbəsinin müdiri Xaqani Əbduləzimov üzərinə düşən vəzifələrlə deyil, keçmiş icra başçısı ilə indikinin arasında “poçtalyonluq” eləməklə məşğuldur. Biz hələ yüngülündən danışırıq. Amma hamı bilir ki, elə həm də Xaqaninin sayəsində problemlər daha da dərinləşib” deyə, mənbə bildirib.

Mənbə Gəncədəki problemlərlə bağlı ötənlərdə mediada maraqlı təkliflər irəli sürüldüyünü də qeyd edib: “Təkliflərdən biri belə idi ki, Elmar Vəliyevin dövründən qalmış problemlərlə bağlı ayrıca reyestr yaradılsın və bundan sonra problemlər təhlil edilərək növbəli şəkildə həllə yönəldilsin. Başqa təkliflər də var idi. Amma Niyazi müəllim bütün bunlara əhəmiyyət vermədi. Baxın, keçmiş baş memar da korrupsiya və rüşvətxorluğa görə həbs olundu, yenisi – Elxan Məmmədov da. Yəni onda da korrupsiya, indi də. Biz inanmırıq ki, hüquq-mühafizə orqanlarının Gəncədəki işi təkcə Elxan Məmmədovu həbs etməklə bitsin. Bizcə Gəncədə məmur həbsləri bundan sonra da davam edəcək. Hələ bilmək olmaz Elxan Məmmədov ifadələrində nələri, kimlərin adını açıqlayacaq? Bizim gözləntimiz odur ki, Gəncədə həbslər davam edəcək. Bu dəqiqə İcra Hakimiyyətində hamı daha kimlərin həbs olunacağını müzakirə edir” deyə, mənbə sonda bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 88-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciəti yaymışdıq. Şikayətdə Şəki rayonunda KOBİA-nın Şəki Regional İdarəsinin müdiri olmuş Surxay və Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışan doğma bacısı Hicran Paşayeva və Araz Paşayevlərin müdhiş əməllərindən yazan müharibə əlili Abduləli Rəsulov həm də onların geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar da açıqlamışdı.

Aktualinfo.org Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevə məxsus olduğu iddia edilən “Universitas-İnternational” MMC barəsində araşdırma aparmışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.

Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub.

Məlum olduğu kimi Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədridir. Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Təhsil Tələbə Krediti Fondunun sədri təyin olunduqdan sonra MMC-nin qanuni təmsilçisi kimi Ayaz Mustafayevi formal təmsilçi kimi təqdim edərək çox güman ki, təsisçilik hüququnu da özündə saxlamışdır.

Əldə etdiyimiz məlumata görə dövlət qeydiyyatına alınandan sonra “Universitas-İnternational” MMC bir sıra dövlət qurumları tərəfindən keçirilmiş onlarla açıq tenderlərin qalibi olub ki, onlardan bəziləri xüsusilə diqqət çəkir.

Məsələn, MMC 2020-ci ildə zərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə kiçik və orta biznesin tədris və konsaltinq platforması üçün təlim videolarının hazırlanması xidməti, KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri üzrə iki satınalma müqaviləsi bağlayıb ki, tenderlərin ümumi dəyəri 566 671 manat təşkil edib.

Yenə də 2020-ci ildə “Universitas-İnternational” MMC və “Nur-SS” MMC konsorsiumu Dövlət Məşğulluq Agentliyi ilə 5.976.966 manat məbləğində satınalma müqaviləsi bağlayıb ki, Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyıb. Sözügedən Agentliklə MMC arasında bir müqavilə də 2022-ci ildə “Gənclərin məşğulluq imkanlarının artırılması” təcrübə proqramı çərçivəsində iş və xidmətlərin satın alınması üzrə bağlanılıb ki, dəyəri 286.381,03 manat təşkil edib.

MMC 2021-ci ildə yenə də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Bakı, Sumqayıt şəhərləri və Quba rayonunda “KOB Fest” satış sərgilərinin təşkili xidmətlərinin satın alınması üzrə 260.003,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Elə həmin il KOBİA ilə bir müqavilə də Sumqayıtda KOB-lara və startaplara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri”nin satın alınması üzrə bağlanılıb ki, onun da dəyəri 275.341,2 manat təşkil edib.

“Universitas-İnternational” MMC-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qəbələ-Oğuz rayonlarında Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi məqsədi ilə 2022-ci ildə bağladığı satınalma müqaviləsinin dəyəri isə 119.699,2 manat olub.

Göründüyü kimi, “Universitas-İnternational” MMC 2020-2022-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ümumi dəyəri 1 221 714 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

“Universitas-İnternational” MMC-nin Dövlət Turizm Agentliyi ilə bağladığı satınalma müqavilələri də diqqət çəkir. 2023-cü ilin 16-18 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması üzrə 121.121,1 manat, regional səviyyədə turizm sorğusunun aparılması xidmətlərinin satın alınması üzrə 56.389,84 manat məbləğində satınalma müqavilələri də Dövlət Turizm Agentliyi ilə MMC arasında 2023-cü ildə bağlanılıb.

Qeyd edək ki, açıq internet resursları üzərindən apardığımız araşdırmalarda “Universitas-İnternational” MMC-nin keçirdiyi seminar və təlimlərlə bağlı çox az sayda məlumatlar var. Maraqlıdır, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ayırdığı milyonlarla manat dövlət vəsaiti hara xərclənib?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, Universitas-İnternational” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunması barədə elektron media məlumat yayıb.

Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.İş Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatında olub və 19.07.2023-cü ildə məhkəmə prosesi keçirilib.

Göründüyü kimi “Universitas-İnternational” MMC ölkə ərazisində təlimlərin, seminarların keçirilməsi məqsədi ilə dövlətin ayırdığı pulları xaricə köçürməklə məşğul olub. Amma “Universitas-İnternational” MMC-nin direktoru kimi keçirdiyi seminarlarda biznes sektorlarında iştirakçılara gələcəkdə onların peşə inkişafının təmin edilməsi, satış hədəfləri ilə bağlı prioritetlərinin düzgün təşkili, şirkətdə faydalılıq əmsalının düzgün qurulması, düzgün starteji planlama və bu kimi məsələlər üzrə beynəlxalq təcrübə və yanaşmalar haqqında geniş məlumatlar verib.

Bəs necə olur ki, biznes təlimatları verən Araz Paşayev rəhbəri olduğu şirkətə adi bir veb səhifə belə yaratmayıb? Onu bundan soruşan olubmu görəsən? Görsənən odur ki, Araz Paşayevin məqsədi dövlətin ayırdığı pullarla təlimlər, seminarlar keçirmək deyil, silmək olub.

Bəs barəsində heç bir məlumat olmayan, ən azından bir veb səhifəsi belə olmayan “Universitas-İnternational” MMC dəyəri milyonlarla ölçülən tenderləri necə udub? Əlbəttə ki, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və ona havadarlıq edən şəxslərin hesabına.

Qeyd edək ki, vaxtı ilə Araz Paşayev Azәrbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin alt strukturu olan Şәki KOB İnkişaf Mәrkәzində də çalışıb. Ona məxsus “Universitas-İnternational” MMC-nin elə KOBİA tərəfindən keçirilmiş tenderlərin qalibi çıxması gizli sövdələşmələrin nəticəsi ola bilər.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...


Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, sistemə yararsız kadrların vəzifələrdən uzaqlaşdırılması, yeni kadr və peşəkarların gətirilməsi bariz nümunələridir. Əsasən ölkədə aparılan kadr islahatlarının Penitensiar Xidmətə də çatması müsbət sayılan hallardandır. Həmçinin Mirsaleh Seyidovun ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilməsi problemlərin tezliklə həll olunacağına inamı artırır. Hər halda onun bu sahədəki təcrübəsi bunu deməyə əsas verir.

Lakin bəzi məqalmlar da deyilməli, ortada olan problemlər sadalanmalıdır ki, görünsün və həlli barədə düşünülsün.

Bizimxeber.az-ın elektron ünvanına Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkə müəssisələrində baş verən bəzi neqativ hallar barədə məluatlar daxil olub. Qeyd olunur ki, sözügedən sahədə hələ də fəaliyyət göstərən bəzi şəxslər inkişafa və problemlərin həllinə müxtəlif əngəllər yaradır, köhnə adətlərin yaşamasına imkanlar açır.

"Görünür ölkə rəhbərinin cəza siyasətinin humanistləşdirilməsinə dair bəlli göstərişləri Penitensiar Xidmətin bəzi rəhbər şəxsləri tərəfindən düzgün anlaşılmayıb. Daha soğrusu, bəzi cəzaçəkmə məssiəsinin rəisləri və ya diğər aidiyyatı şəxslər bu göstərişlərdən yararlanır, özləri üçün hansısa mənbəyə çevirirlər" deyə məlumatda bildirilir.

Belə hallar məntəqə tipli cəzaçəkmə müəssisələrində daha çox nəzərə çarpmaqdadır və artıq pik həddədir.

Belə ki, Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun adı yuxarıda sadalanan halları yaradanlardan biri kimi çəkilir.

Elektron ünvana daxil olan məlumatda iddia edilir ki, Elşad Məmmədov ölkənin qanunlarını, digər normativ hüquqi aktları pozaraq həmin müəssisədə saxlanılan məhkumlara xidməti üzrə himayədarlıq edir, məhkumlar üçün müəyyən edilmiş ərazidən kənarda yaşamalarına, onlara qadağan edilmiş fəaliyyətlə məşğul olmalarına şərait yaradır. Həmçinin, qanunsuz əməllərini gizlətmək və aşkar ediləcəyi təqdirdə məsuliyyətdən yayınmaq məqsədilə bütün cəza müddətində müəssisədən kənarda yaşamalarına şərait yaratdığı məhkumlara məzuniyyət verilməsi barədə saxta, tarixsiz əmrlər və məzuniyyət vərəqələri hazırlanır. Məqsəd qanunsuz olaraq müəssisədən kənara buraxılmış məhkumların hər hansı inzibati xəta və ya cinayət əməli törətmələri müəssisə rəhbərinə məlum olduqda qeyd edilən əmr və məzuniyyət vərəqələrinə bir neçə gün əvvəlki tarixlər qeyd edilməklə həmin məhkumun məzuniyyətə yeni çıxması görüntüsü yaratmaqla, məsuliyyətdən yayınmaqdır.

Daha bir maraqlı iddia budur ki, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində “saxlanılan” belə məhkumlardan biri Alıyev Fizuli Hüseyn oğludur.

F.Alıyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarə əsasında işlətdiyi “Baku City” restoranında Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sərxan Bayramov və digər şəxsin spirtli içkidən zəhərlənərək ölməsi ilə əlaqədar 2019-cu ildə həbs edilib. O,barəsində Azərbaycan Respublikası CM-in 213-1.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə və həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilıb.

"Amma 6 saylı cəzaçəkmə müəssisəsində “cəza” çəkən Fizuli Alıyev tanışlarının adına bağlanmış icarə müqavilələri əsasında “Yaşıl Ada” və “By Şahbazov” restoranlarının fəaliyyətinə rəhbərlik edir (?), habelə müəssisədən kənarda yaşamaqla, gecələr “Yaşıl Ada” restoranında olur" deyə qeyd olunub.

Bütün bunlar azmış kimi, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun işə gəlmədiyi, ona ünvanlanan sualların cavabsız qaldığı, cəza çəkənlərlə maraqlanmadığı, mütəmadi "məzuniyyətdə" olması da diqqət çəkir.

Bu kimi hallar Penitensiar Xidmətin və rəis Mirsaleh Seyidov fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil.

Məlumatda həmçinin, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun əməlləri araşdırıması, 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin müəssisədən kənara çıxamalarını və fəaiyyətilərinin nəzarətə götürülməsinin vacib olduğu bildirilir: "Onlar Azərbaycan Respublikasının qanunları ilə məhkum ediliblər, cinayət törədiblər" deyə qeyd olunur.

Qeyd edək ki, Penitensiar Xidmətin əzaçəkmə müəssisələrində baş veren başqa neqativ hallarla bağlı daha ətraflı məlumatlar verəcəyik.

Məlumatda adı keçən şəxslərin, Penitensiar Xidmətin, xüsusilə 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə kapitanı Elşad Məmmədovun səslənən iddialara cavabını işıqlandırmağa hazırıq.(Bizimxeber.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...


Qusarın Minəxür, Cağaqışlaq, Kuzunqışlaq, Urvaqışlaq kəndləri də daxil olmaqla əksər ərazisində qaz yoxdur. Kəndlilər deyirlər ki, bir maşın odun 350-400 manata qədər bahalaşıb. Buna görə də yanacaq kimi odun ala bilmirlər.

Kəndlilərdən Tahir Məmmədəliyev bildirib ki, bu ərazidə heç vaxt qaz xətti olmayıb, amma dağ kəndlərinə qaz xətti çəkilib.

Qusarın əksər kəndləri meyvəçiliklə dolanır. Kəndlilər deyirlər ki, hava şəraitinə görə məhsuldarlıq yüksək olmayanda, yaxud məhsulları istədiyi qiymətə sata bilməyəndə dolanışıqları çətinləşir. Əksəriyyət bar verməyən ağacları, qurumuş meyvə ağaclarını doğrayıb qışda odun kimi istifadə edir.

“Azərbaycan kimi ölkədə hələ də qazlaşdırılmayan kəndlər var. Qazın olmaması işıq xətlərini də yükləyir, soyuq havalarda xətlər yükləndiyindən işıq tez-tez sönür. Qarşıdan isti havalar gəlir, heç olmasa gələn qış mövsümünə qədər qaz xətti çəkiləydi”,- Məmmədəliyev bildirib.

Kuzunqışlaq Kənd Bələdiyyəsinin keçmiş sədri Elman Quliyev Meydan TV-yə deyib ki, 6 kənd qazlaşdırmadan kənarda qalıb. İllərdir hər qış mövsümü qaz xətti çəkiləcəyi ilə bağlı vəd verilir, amma həyata keçirilmir.

Altı kəndin 6 mindən çox əhalisi var. Qusarda yalnız turizm obyektlərinin çox olduğu ərazilər qazlaşdırılıb.

Elman Quliyev deyib ki, kəndlilər alma, gilas, şaftalı yetişdirməklə dolanır. Qaz xətti çəkilərsə, onların işi asanlaşar.

“Azəriqaz” İstehsalat Birliyindən Meydan TV-yə bildiriblər ki, adları çəkilən bir neçə kəndə qaz çəkilməsi bu il üçün nəzərdə tutulub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samux Suvarma Sistemləri İdarəsidir. Əldə etdiyimiz digər məlumatlara görə, Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun ailə üzvlərinin və ailə üzvlərinə yaxın olan şəxslərin adları İdarədən tam ştatın da yer alıbdır, onlara hər ay işə getmədikləri halda maaş yazılır.

Bunu çox asanlıqla əldə etmək olar. Məsələn, aidiyyəti orqan araşdırma aparsa, Samux Rayon Suvarma Sistemləri İdarəsinin kadrları, maliyyə şöbəsi araşdırılsa, KapitalBankdan hər ay maaş keçirilən zaman Kapital kartlardan pul çəkilən siyahını sorğu nəticəsində əldə etsələr məlum olar ki, belə hallar çoxdan mövcuddur.

Digər əldə etdiyimiz məlumatlara görə Gülağa Bağırovun "QUDASI" İdarədə Kəndlərə saatla su buraxılmasını təşkil edir. Hətta onun ailə üzvlərinin də İdarədə ölü can kimi adları gedir və hər ay maaş kartlarına, kapital karta pul köçürülür.

Məlumatın nə qədər doğru olması bizi şübhə altına salır, verilən məlumatlara görə Samux Rayon Suvarma Sistemləri İdarəsinin tabeçiliyində olan maşınlara hər ay yanacaq "BENZİN" silinmələri edirlər.

Hətta deyilənlərə görə bir neçə maşın yararsız halda olduğundan ona da yanacaq yazırlar.

Gülağa Bağırovun rəisi olduğu idarə son 3 ildə həyata keçirdiyi tenderlər, bağladığı müqavilələrlə dodaq “uçuqladır”.

Hurriyyet.az həmin siyahını təqdim edir, 2023-cü ilin tender siyahısı:

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC GƏNCƏ İXTİSASLAŞDIRILMIŞ TƏMİR-QURAŞDIRMA VƏ SAZLAMA İDARƏSİ

- Kanallarda lildən təmizləmə işlərinin satınalınması- Məbləğ: 92.848,4 AZN

Qalib idarənin nizamnamə kapitalı 2400 AZN, sədri isə RAMİS İSMAYILOV HÜSEYN OĞLUdur.

"RİCON" MMC - 6 ədəd subartezian quyusunun iş rejiminin bərpası işlərinin satınalınması - Məbləğ: 200.010 AZN

Qalib şirkətin qanuni təmsilçisi RƏŞAD İSMAYILOV RƏHİM OĞLUdur. Nizamnamə kapitalı isə 20 AZN-dir.

“TOPXANA LAYİHƏ İNŞAAT" MMC - Kanallarda lildən təmizləmə işlərinin satınalınması. - Məbləğ: 95.866,39 AZN

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.

“MNK TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti - Nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satınalınması - Məbləğ: 59.000 AZN

Müqavilə bağlanan bu MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi CAMİL HÜSEYNOV SƏXAVƏT OĞLUdur.

“TALBET İNŞAAT" MMC -

Cari təmir üçün tikinti materiallarının satınalınması - Məbləğ: 60.446,68 AZN

TALBET İNŞAAT" MMC-nin hüquqi ünvanı ZAQATALA RAYONU, YUXARI TALA kəndidir. Şirkətin nizamanmə kapitallı 10 manat, qanuni təmsilçisi isə MEHDİYEV ƏHMƏD RAMAZAN OĞLUDUR.

“ART-PROJE" MMC- Su nasoslarının ehtiyyat hissələrinin satın alınması

Məbləğ: 221.665,42 AZN

“ENERJİ-AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Lot_1 Torpaq məcralı Sərkar kanalının (PK00+30-PK20+30; L=2,0 km) beton üzlüyə alınması və üzərundəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalınması - Məbləğ: 118.185,26 AZN

“ART-PROJE" MMC - Lot_5 Su nasoslarının və elektrik mühərriklərinin ehtiyat hissələrinin satınalınması - Məbləğ: 219.856,07 AZN

“TALBET İNŞAAT" - Lot_2 Torpaq məcralı Allahdad kanalının (PK30+70-PK65+70; L=3,5 km) əsaslı təmiri üçün tikinti materiallarının satınalınması - Məbləğ: 163.645,25 AZN

2021-ci il üzrə müqaviləsi bağlanmış tender siyahısı:

“AZAM GROUP"

- “Lot_ 4_ Kanalların lildən təmizlənməsinin satınalınması -

Məbləğ: 154.060,8 AZN

Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçisi isə ƏHMƏD MEHDİYEV RAMAZAN Oğludur.

“ŞƏMKİR SU ARTEZİAN - NUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Lot_5 5 ədəd subartezian quyusunun yeni kalonunun qazılması, elektrik təsərrüfatının təmiri və abadlıq işlərinin satınalınması -Məbləğ: 123.499,98 AZN

Bu qalib olan MMC-nin qanuni təmsilçisi KOMİSSAR İSGƏNDƏROV FƏRZƏLİ Oğludur. Nizamnamə kapitalı isə 20 manatdır.

“XƏZƏR İNŞAAT KO " MMC -

Lot _3_Tikinti materiallarının satın alınması - Məbləğ: 103.707,25 AZN

Nizamnamə kapitalı 10 AZN olan “Xəzər İnşaat Ko” MMC-nin qanuni təmsilçisi AMİL ŞİRİNOV MAHİR OĞLUdur.

“ART-PROJE" MMC - LOT_1_ Subartezian nasoslarının ehtiyat hissələrinin satın alınması - Məbləğ: 234.726,69 AZN

Hesablama Palatası, Maliyyə Nazirliyi, Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Samux Rayon Suvarma Sistemləri İdarəsinin tenderlərinin maliyyəsinin hansı istiqamətdə xərclənməsini, maliyyənin doğru istifadə olunub-olunmadığını araşdırsa, lap yerinə düşər.

hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi


Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi qeyd olunur.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərəsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Müharibənin başa çatmasından sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin davamı olaraq, məşhur Cıdır düzündə DTX-nin Mədəniyyət mərkəzi tərəfindən 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş edib.

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO