[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsveç rəsmi olaraq NATO-ya üzv oldu

İsveçin NATO-ya daxil olması haqqında protokol rəsmən qüvvəyə minib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir? – İLGİNC FAKTLAR

Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncamı Prezident İlham Əliyev 5 may 2022-ci ildə imzalayıb. Məqsəd Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılmasıdır.

Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı”nın abadlaşdırılması işlərinin satınalınması üzrə 26.10.2022-ci ildə “Xezer Construction” MMC ilə 57.999.905,91 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi isə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” üzrə “TERRA RN GROUP” MMC ilə 87.989,6 manat məbləğində satınalma müqaviləsi bağladığını 05.03.2024-cü ildə açıqlayıb.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarında Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir.

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi elə həmin gün dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə bir müqavilə də QUANTUM SERVICES GROUP” MMC ilə bağlayıb. Bu müqavilənin məbləği isə 29.449,33 manat təşkil edib.

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi İstehlak yönlü müxtəlif xidmətlər üzrə 43.605,14 manat məbləğində “DRAFEH LN” MMC ilə satınalma müqaviləsi bağladığını da satınalmaların vahid portalında 05.03.2024-cü ildə açıqlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DRAFEH LN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev 57, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir.

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu “REVIN 23 COMPANY” MMC ilə bir satınalma müqaviləsi də digən malların alınması üzrə 22.01.2024-cü ildə bağlayıb. Bu satınalma müqaviləsinin məbləği isə 8.988,4 manat təşkil edib.

Göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi üç ay ərzində Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu üç MMC ilə ümumi olaraq 140 582 manat dəyəri olan üç satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi satınalma müqaviləsi bağladığı “TERRA RN GROUP” MMC-nin hazırda 18 326.91 mamat vergi borcu var.

İndi gəlin görək mövcud qanunlar bir nəfərə məxsus ayrı ayrı MMC-lərin satınalmalarda iştirakına yol verirmi?

Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarından və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Cəfərova Günel Şahin qızı ilə işbirliyində olub.

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о
cümlədən riskli əməliyyatların Meyarları”na əsasən risklə bağlı göstəricilərə əsasən satınalmalarda iddiaçı qismində iştirak ərizəsi verən fiziki və ya hüquqi şəxs riskli vergi ödəyicisi qrupuna daxil olmamalı, digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyəti olmamalı, riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları olmamalalıdır.

Göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarının tələblərini nəzərə almadan Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu “TERRA RN GROUP”, “DRAFEH LN” və “REVIN 23 COMPANY” MMC-lərlə satınalma müqavilələri bağlamışdır.

Bundan başqa Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu daha bir neçə MMC mövcuddur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında riskli vergi ödəyiciləri hesab edilir. Onlar hansılardır?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LORA-ONE COMPANY” MMC-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XUDU MƏMMƏDOV, ev 41, m. 114, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YURD-BAKU CORP” MMC-nin də 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV ev.15. qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatlarında Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu bütün MMC-lər riskli vergi ödəyicisi kimi göstərilir. Nazirlər Kabinetinin 265 nomrali Qərarında isə vergi ödəyicisinin digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyətinin olmaması tələb edilir.

Bəs “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Satınalma Komissiyası Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu MMC-lərlə satınalma müqaviləsi bağladıqda bu saxtalıqları görməyibmi?

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ləğv edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs yaradıldı. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icra edən Natiq Allahverdiyevdir.
Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir? – İLGİNC FAKTLAR
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADPU Cəlilabad filialında niyə satirik yazıçının yubileyi ilə bağlı elmi konfranslar keçirilmir?- İTTİHAM VAR

Turantv.az:- Fevralın 15-də yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 155 ili tamam oldu. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınır. Cəlil Məmmədquluzadə realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Tanıtımı: Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu 1866-cı ildə fevralın 22-də Naxçıvan şəhərində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdur. Orada A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, O.Lomouri, Mirzə Əbdülsəlam Axundzadə, Səfər bəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır. Seminariyada oxuduğu müddətdə aktyor kimi də çıxış etmişdir. Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində dərs demişdir. İlk qələm təcrübəsi olan «Çay dəstgahı» mənzum dramını Baş Noraşendə işləyərkən qələmə almışdır. Nehrəm kəndində işləyərkən qızları məktəbə cəlb etmiş, diyarşünaslıq muzeyi yaratmışdır.
Nehrəm kəndində yaşayarkən «Kişmiş oyunu» (1892) pyesini, «Danabaş kəndinin əhvalatları» (1894), «Danabaş kəndinin məktəbi» (1896) povestlərini tamamlamışdır. 1895-ci ildə Moskvaya və Peterburqa səfər etmiş, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır. Nehrəmdə müəllim ikən Həlimə xanım Nağı qızı ilə evlənmiş(1896), ilk övladı Münəvvər xanım dünyaya gəlmişdir.
1897-1903-cü illərdə İrəvanda və Naxçıvanda hüquq orqanlarında işləmişdir. 1903-cü ildə «Poçt qutusu» hekayəsini yazmışdır. 1903-cü ildən Tiflis şəhərində yaşayıb-işləmişdir. Burada «Şərqi-Rus» qəzeti ilə əməkdaşlıq etməklə mətbuata qədəm qoymuşdur. Sonra Ö.F.Nemanzadə ilə birlikdə «Şərqi-Rus» qəzetinin mətbəəsini almış, onu «Qeyrət» mətbəəsi adlandırmışlar. Elə «Poçt qutusu» hekayəsini də 1905-ci ildə «Qeyrət» mətbəəsində kitab şəklində çap etdirmişdir. 1906-cı il 7 (20) apreldə redaktoru olduğu «Molla Nəsrəddin» jurnalını nəşr etdirmişdir. 1907-ci ildə Qarabağ xanlarından tarixçi Əhməd bəy Cavanşirin qızı ziyalı Həmidə xanımla evlənmişdir. Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) Azərbaycanın ilk maarifçi qadınlarından biri idi. Həmidə xanım xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB-nin) üzvü olmuşdur.
ADPU Cəlilabad filialında niyə satirik yazıçının yubileyi ilə bağlı elmi konfranslar keçirilmir?- İTTİHAM VAR

1920-ci ilin sentyabrından 1921-ci ilin may ayına qədər Təbrizdə yaşamış, «Molla Nəsrəddin» jurnalının 8 sayını burada nəşr etdirmişdir. Onun «Ölülər» əsəri 1921-ci il mayın birində Təbrizdə tamaşaya qoyulmuşdur. 1921-1927-ci illərdə redaktoru olduğu «Yeni yol» qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışmışdır. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunmuşdur.
1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalmışdır. Belə ki, 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək haqqında qəbul edilmiş qərar baş redaktoru dərindən sarsıtmışdır. O, «milli xırda burjua ədəbiyyatı nümayəndəsi», «cığırdaş», «Azərbaycan dilini korlayan yazıçı» kimi damğalanmışdır. Siyasi təzyiqlərə məruz qalan C.Məmmədquluzadə 1931-ci ildə «Molla Nəsrəddin» jurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir. Ömrünün sonlarında əlyazmalarını sobaya atıb yandırması quruluşa etiraz ifadəsi idi. 1932-ci ildə yanvarın 4-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
ADPU Cəlilabad filialında niyə satirik yazıçının yubileyi ilə bağlı elmi konfranslar keçirilmir?- İTTİHAM VAR

Cəlilabad rayonunda ADPU-nun filialı, peşə liseyi, peşə məktəbi, məktəbəqədər müəssisələr, məktəbdənkənar tərbiyə müəssisələri, orta ümumtəhsil məktəblərii, Təhsil İşçiləri Evi, kitabxanalar, mədəniyyət evləri, klublar, uşaq incəsənət və musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.
Cəlilabad rayonu Cəlil Məmmədquluzadənin adını daşıdığı müddətdə burada idman qurğuları, Olimpiya İdman Kompleksinin tikilmişdir. Rayonda stadion, şahmat məktəbi yaradılmışdır. Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır. Əhaliyə şəhər və kənd sahə xəstəxanaları, həkim və tibb məntəqələri, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət göstərir.
Yazıçının Cəlilabad rayonunda heykəli ucaldılmışdır. Bu heykəl əvvəllər Cəlilabad şəhərinin girəcəyində qoyulmuşdu. Sonra onu mərkəzə köçürdülər. Daha sonra gətirib rayondakı Ziyalılar Evi deyilən binanın qarşısında qoydular. Cəlil Məmmədquluzadənin yeriyən heykəli hələlik Ziyalılar Evinin qarşısında qərar tutub.
Onu da deyək ki, rayona Cəlil Məmmədquluazdənini adı verildiyi gündən bu yana burada böyük satirikin şərəfinə bircə tədbir keçirilməyib. Belə bir tədbirin keçirilməsinə rayyonun ziyalıları, sayı yüzü ötmüş cəlilabadlı AYB üzvləri səy göstərməli, rayon rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırmalıdırlar.

Ən acınacaqlı hal ondadır ki, böyük satirik yazıçının adını daşıyan rayonda ADPU-nun filial fəaliyyət göstərdiyi halda burada Cəlil Məmmədquluzadə ilə bağlı bircə tədbir keçirilməyib.

ADPU-nun Şamaxı, Quba, Şəki filialları müntəzəm olaraq müxtəlif elmi konfranslar və seminarlar təşkil edir. Cəlilabad filial isə orta məktəb səviyyəsində belə, bir yığıncaq, tədbir keçirmir və bunu olanlaşdırmır. ADPU rəhbərliyi isə Cəlilabad filialının ali təhsil müəssisəsi kimi deyil, orta məktəb səviyyəsindən də aşağı kriteriyalarla fəaliyyət göstərməsinə göz yumur. Oxşar passivliyi Cəlilabaddda fəaliyyət göstərən tibb kolleci də göstərir. Kollecdə tələbələri məlumatlandıran ədəbi və ictimai tədbirlərin səviyyəsi çox aşağıdır.
ADPU Cəlilabad filial, ironic şəkildə desək, 15 fevralda Cəlil Məmmədquluzadənin 155 illik yubileyini qeyd etməyi qaçırdı.

Bu il iyul ayında rayona Cəlil Məmmədquluzadənin adının verilməsinin 57 ili tamam olur. Bu yubiley tədbirinə hazırlaşan varmı? Ümumiyyətlə, bununla bağlı hər hansı bir tədbir olacaqmı?

Bu möhtəşəm tədbirlərin keçirilməməsinin ilkin səbəbi ADPU Cəlilabad filialında elmi səviyyənin çatışmamasıdır. Filialda cəmi bir neçə elmi dərəcəsi olan şəxs vardır ki, onlar da 0,5 stavka ilə işə cəlb edilmişdir, aparıcı vəzifələri, bölmə, şöbə, seksiya rəhbəri vəzifələrini, hətta dekan vəzifəsini elmi dərəcəsi olmayan bakalavr və magistr səviyyəli təhsili olan kadrlar tutur. Filiala rəhbərlik edən Xudayar Sultanlı isə aqonomdur və elmi işi də aqronomluqla bağlıdır.

Elmi dərəcəsi olan kadrlar yavaş-yavaş ADPU Cəlilabad filialın tərk edirlər, onların yerinə bakalavr səviyyəli qızlar gətirilir. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Reyhan Dadaşzadə filialdakı dözülməz vəziyyətdən və özbaşınalıqdan baş götürüb getdi. Eşitdiyimizə görə, filialda elmi dərəcəsi olanlara rəhbərlik qısqanclıqla yanaşır və onların haçansa daha yüksək vəzifə tutmaq fikrinə düşmələrindən ehtiyat edirlər.

ADPU rəhbərliyinin bu vəziyyətə göz yumması başadüşülən deyil. Rəhbərliyi maraqlandırmır ki, ADRU-nun özündə və digər filiallarında keçirilən elmi konfranslardan Cəlilabad filialında niyə təşkil olunmur. Ən azından, Cəlil Məmmədquluzadənin adını daşıdıyan rayonda filial bu yubilyarın şərəfinə elmi konfrans keçirməliydi.
Yada saldıq ki, yaddaşınızı silkələyək.

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmlak Məsələləri Dövlət Xidməti Taleh Bəşirovla yollarını ayırır... - Belə deyirlər...

"Artıq bir ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun törətdiyi qanunsuzluqlar, əmlak maxinasiyaları ilə bağlı ölkə mətbuatında silsilə yazılar yer almaqdadır. Bu məlumatların hər birində şöbə müdirinin dövlət əmlakını necə taladığı, hamam suyu ilə özünə necə dost tutduğu öz əksini tapıb". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra iddia olunur: "Taleh Bəşirov haqqında mediada yer alan məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyində də ciddi narahatlığa səbəb olub. Etibarlı mənbədən daxil olan məlumata görə, Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur.

Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda Taleh Bəşirovla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.

Mənbə bildirir ki, vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etməklə batmaqda olan gəmidə yer almaq niyyətində deyil. Bu isə o deməkdir ki, Taleh Bəşirov etdiyi bütün ciddi-cəhdlərə rəğmən qanunsuz yolla əldə etdiyi hər qəpik vəsaitin hesabını verməli olacaq".(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Maliyyə Nazirliyi ilə bağlı FƏRMAN

 
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samir Şərifov “Dəlidağ“da biznes mərkəzi tikdirir - İDDİA

Azərbaycanda yüksək vəzifəli məmurların dəyəri on milyonlarla ölçülən mülklərə, obyektlərə sahib olmaları barədə çox yazılıb.

Vəzifə maaşları 1500-2000 olan məmurların bu mülkləri hansı vəsaitlə əldə etmələri isə hamıya məlumdur.

AzFakt.com saytının əldə etdiyi məlumata görə dəyəri on milyonlarla ölçülən obyektlərdən birini də Maliyyə naziri Samir Şərifov tikdirir.

Nərimanov rayonunun Dəlidağ küçəsində inşa edilən bu obyekt beş mərtəbədən ibarətdir.

Obyektdə hazırda tamamlama işləri gedir.

Tikintiyə Samir Şərifovun ailə üzvlərindən biri nəzarət edir.

Ehtimala görə obyekt biznes mərkəzi kimi fəaliyyət göstərəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır - DETALLAR

“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir.

“Ölkə.Az”ın məlumatına görə, bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir.

Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi kapitalı isə 50 milyon həddindən aşağı – 47 mln 363 min manat təşkil edir. “Bank BTB” ASC ötən ili 2 mln 779 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏZƏ BƏYİMİZİN könlünə TƏZƏ VƏZİFƏ DÜŞÜB... - NİYƏ DƏ YOX?
Azərbaycan cəmiyyəti və mətbuatı biri-birini tamamlayan vəziyyətdədir. Mətbuat öz funksiyasını itirdiyi üçün yerini sosial şəbəkələrə, bloggerlərə verib. Artıq elə bir hədd yaranıb ki, nə mətbuatın funksiyası bilinir, nə də sosial şəbəkələrin, nə olar qalıb, nə də olmaz. Qanun və qaydaları elə bunu qorumalı olanlar özləri pozur, həmçinin MEDİA-nın nəzarətində olan media subyekləri...

Burası ilə hələlik işim yox.

Son 1 ayda ölkə gündəmini bir neçə hadisə zəbt etdi. Əvvəl Əhmədin bütün ailəsini öldürməsi, ardınca məktəbli qızların tərbiyyəsizliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsi...

İlk iki hadisə barədə araşdırma aparılır deyə onlar barəsə sonra...

Amma üçüncüsündən danışacam - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsindən. İlk öncə icra başçısını təbrik edirəm, xöşbəxtlik arzulayıram. Ailə qurmaq hər bir insanın konstitusion hüququdur.

Amma...

Əmma budur ki, görəsən, icra başçısı Seymur Orucov özünə sual vedimi ki, insanlar, mətbuat bir insanın evlənməsini niyə bu qədər müzakirə etdi? Seynur adlı bir Azərbaycan vətəndaşının ailə qurnası niyə bu qədər müzakirə olunmalı idi? Bu müzakirərin səbəbi nə idi? Başçı Orucov bu suala cavab axtardımı? Tapdımı?

Məncə Orucov bu sualların cavabını bilmir, bəlkə heç ona maraqlı da olmayıb, amma ümumi eşitdiklərimizdən belə bəlli olur ki, bərk narahat olub. Ola bilsin ki, Orucov beləı hesab edə bilər ki, müzakirələrin səbəbi 4 övlad atası olmasında, ikinci dəfə evlənməsində, hətta icra başçısı olmasındadır.

Qətiyyən elə deyil... Əsas səbəb onun məmur qohumu, məmurun sabiq kürəkəni və ən nəhayət icra başçısı postuna qədər necə gəlib çıxmasındadır. Bu ölkədə məmurlara qarşı bir aqressiya var, onların fəaliyyətinə, işinə şübhə ilə yanaşılır. Niyə? Çünki, bizim ölkəmizdə "məmur demək rüşvət deməkdir" hesab olunur. Bizim ölkəmizdə məmurlar öz işlərini ya düzgün qura bilmir, ya da öhdəsindən gələ bilmir. Bizim ölkəmizdə insanların düşüncəsinə görə, sahibsiz, kasib adam 22 yaşında prorektor ola bilməz. Olmaq üçün mütləq qaynatan rektor, dayın Möhbalıyev olmalıdır.

Üstəlik Seymur Orucov kasıb məmur da deyil. Deyilənə görə, kefin istəyən biznesi var. Üstəlik də Azərbaycanda ən pullu qurumlardan olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin bacısı oğludur. Seymur Orucovu bu mərhələyə gətirən elə dayı Möhbalıyev olub. Həmkarlar İttifaqları Konfederasiyasında yüksək vəzifə, 22 yaşında prorektor, olmaq üçün dayı və sabiq qaynataya münnətdar olmaq lazımdır. Amma o, dayısına minnətdar olsa da, qaynatasına ola bilmədi... Bu da bir qismətdir, bəzən həyat yolunda yollar ayrılır. Təki gələcək uğurlu olsun...

Ən nəhayət, yenidən qayıdaq əvvəlki suala... Bu cəmiyyət Seymur adlı bir Azərbaycan vətəndaşının ailə qurmasına niyə məlum reaksiyanı verdi?

Çünki o MƏMURdur... Özü də məmur dayının məmur bacısı oğlulu, üstəlik, biznesmen məmur.

İndi Seymur Orucovun başqa bir arzusu da var. Bakıdakı rayonların birinə icra başçısı gəlmək. Pis arzu deyil, arkadaş...

Bizimxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeyinti aşkarlanan xəstəxanada ÖZBAŞINALIQ - MÜRACİƏT

Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev onu qeyri-qanuni işdən azad edib, məhkəmədə işə bərpa qərarı çıxarmağına baxmayaraq, onu işə götürmürlər:

"Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayev məni qeyri-qanuni olaraq işdən çıxarıb.

1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.

Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin "mənə nə, çıx çölə", - deyə otağından qovdu.

Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, “sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər”.

Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.

Bu işin rahatlıqla düzəlməyəcəyini anlayıb, məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı.

Hörmətli Prezidentimiz də hər zaman deyir ki, veteranlara iş verilsin. Sağ olsun hakim, mənim işimə qayıtmağım üçün qərar verdi. Lakin xəstəxananın həkimi Faiq Abdullayev qərəzli şəkildə məni işimə qaytarmır, müxtəlif bəhanələr gətirir.

Məhkəmə qərarı da lazımsız bir sənəd kimi əlimdə qalacaqdısa, bəs mən onda niyə əziyyət çəkib məhkəməyə müraciət etdim?! Həkim “get hara kimə şikayət edirsen et, səni işə götürmürəm” deyir.

Hətta prezidentin veteranlar haqqında olan çıxışına da qulaq asmayaraq, qərarı rədd edir”.

Məsələ ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. O, suallarımıza cavab verə bilməyəcəyini, xəstəxananın əlaqə nömrəsinə zəng vurmağımız xahiş etdi. Amma xəstəxanaya bütün zənglərimiz cavabsız qaldı.
Yeyinti aşkarlanan xəstəxanada ÖZBAŞINALIQ - MÜRACİƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
COP29-a hazırlaşan Muxtar Babayev niyə Vəndam meşələrindəki qırıntıları yoxlamır?

Qəbələ rayonun Vəndam meşələrində baş verən qanunsuz ağac qırılmaları barədə yaydığımız xəbərə Meşələrin İnkişafı Xidmətinin əvəzinə Qəbələ Rayon İcra Hakimiyyəti münasibət bildirib.
Sosial şəbəkə hesablarımızda paylaşımların altına yazılan rəylərin biri Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə aiddir. İcra hakimiyyəti adından yazılan şərhdə bildirilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim olunmuş məlumata əsasən bildiririk ki, Mərkəz barəsində yazılanlar qərəzli, şər-böhtan xarakterlidir”.
İcra hakimiyyətinin səlahiyyəti olmayan sahəyə aid məsələyə münasibət bildirməsi qaranlıq mətləblərdən xəbər verir. Görünür, Qəbələ meşələrindəki qanunsuz ağac qırıntılarının təşkil olunmasında ekologiya işçiləri ilə bərabər icra hakimiyyətinin məsul şəxsləri də iştirak edib. Əks təqdirdə meşələrin kütləvi məhv olunması ilə bağlı foto və video faktlar ortada olduğu halda xəbərə Qəbələ rayon icra hakimiyyəti məsuliyyətsiz şəkildə münasibət bildirməzdi…
Qeyd edək ki, Vəndam meşələrindəki kütləvi qırıntıların foto və videoların bir qismini ictimailəşdirmişik.
Xəbərdə deyilirdi ki, Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev və regional idarənin direktoru Əkrəm Babayevlə əlbir olaraq meşələrə qənim kəsiliblər:
Orman restoranının qarşısında qırma sahəsində təxminən 40-45 ağac əvəzinə 60-dan artıq ağac kəsilib, xəstə çürük ağaclar sağlam ağaclarla yerdəyişmə edilərək məhv edilib.
Həmçinin, meşə gözətçisi Ramin Əsgərovun ərazisindəki qırma sahəsində xeyli sayda ağac yerdəyişmə olunub, təxminən 450 ağac əvəzinə minlərlə ağac kəsilib. Əksəriyyəti sağlam palıd və fısdıq ağaclarıdır. Etibarlı Qəndilin ərazisində qırma sahəsi olmasa da, sağlam palıd ağaclarına nömrələr yazılıb kəsilib, kökdən cıxarılaraq daşıyıblar:
“Soruşduqda deyirlər ki külək yıxıb. Həmin ərazi Nohurgölün yaxınlığı Güllüburun deyilən yerin dağ hissəsidir. Rahim Əhmədovun gözətcilik etdiyi ərazidə 2 suqarışan ərazidə qırma sahəsi olmadığı halda xeyli ağac kəsilib. Amma heç bir tədbir görülməyib. Nemət adlı gözətçinin ərazisindəki qırma sahəsində çürük ağaclar əvəzinə yerdəyişmə edərək sağlam ağaclar qırılıb. Yoxlamalar gəlir, amma heç biri həmin ərazilərə getmir, kabinetdə öz işlərini görürlər. Kənan Fətullayev əvvəllər dəfələrlə qırıntıya görə cərimələr verir, özü ağackəsmə və satışı ilə məşğuldur. Ona qarşı heç bir tədbir görülmür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meşələrin İnkişafı Xidməti Vəndam meşələrindəki qanunsuz qırıntılara hələ də münasibət bildirməyib. Ümid edirdik ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi 29-cu “Tərəflərin Konfransı (COP)” ərəfəsində nazir Muxtar Babayev meşələrin qırılmasına laqeyd yanaşmayacaq və meşələr hesabına merkantil maraqlarını təmin edən işçilərini cəzalandıracaq. Həmçinin, Meşələrin İnkişafı Xidmətinə yeni rəis təyin olunan Ramik Əşrəfov bu barədə ciddi tədbirlər görüb, Vəndam meşələrindəki qırıntıların yoxlanılmasına göstəriş verəcək. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı, Qəbələ meşələrini məhv edən dəstə iş başında qalmaqda davam edir…(Aztoday.az)
Orxan Məmmədli

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO