[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı


Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azər Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Azər Xəlilov Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidentidir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Navalnının xatirəsini yad edənlər SAXLANILDI

Həbsdə müəmmalı şəkildə həyatını itirən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının xatirəsinə həsr olunmuş etiraz aksiyası iştirakçıları həbs olunub.

Hüquq müdafiəçiləri ən azı 4 işdən xəbərdardırlar.

Saxlanılanlardan bəziləri Aleksey Navalnının xatirəsinə gül dəstələri qoyulması üçün mitinq keçirilməsi prosedurunu pozmaqda ittiham olunurlar. Qeyd olunur ki, polis insanların evlərinə gəlir və ya evdən çıxarkən onları saxlayaraq polis bölməsinə aparır.  Təhlükəsizlik qüvvələri bəzilərinə kameralardan "müəyyən olunduqlarını" bildiriblər.

Aleksey Navalnı martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib. Rusiya şəhərlərində siyasətçinin xatirəsinə həsr olunmuş mitinqlərdə yüzlərlə iştirakçı saxlanılıb. Minlərlə insan Navalnının məzarı üzərinə gül dəstələri qoymağa davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı -Müəmmalı məqamlar

Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC "Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə "Azərmətbuatyayımı” ASC Mədəniyyət Nazirliyinə "Ölkəmizdə həyata keçirilən çoxsahəli və davamlı islahatlar, cəmiyyətimizin bütün sahələrinin inkişafı barədə məlumatların əldə edilməsi üçün nəşr olunan rəsmi qəzetlərə, həmçinin milli və dövlətçilik ənənələrini təbliğ edən bir sıra müstəqil mətbu orqanlarına olan abunənin çatdırılması” xidmətini göstərəcək və qarşılığnda 15 min 166 manat 80 qəpik alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.
Bildiyimiz kimi, "Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, rəsmi qəzet və digər mətbu orqanlara abunə yazılmanın Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.
Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı "Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı "Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”da yerləşir.
Qeyd edək ki, "Azərmətbuatyayımı” ASC-nin təsisçisinin "Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan "Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
"Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan "ATOM QİDA” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
Mədəniyyət Nazirliyi Əli Həsənova bağlı şirkətlə müqavilə imzaladı -Müəmmalı məqamlar

2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.(yeniavaz)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistana keçən hərbçimiz Bakıya GƏTİRİLDİ - VİDEO

Laçında əlverişsiz hava şəraitində azan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib.

O, artıq Bakıya gətirilib.

Hərbçimizi gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.

Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
100 milyon mənfəəti olan Əmanətlərin Sığortalanması Fondu 1,2 milyonluq vergi borcunu ödəmir - DETALLAR

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) son on ayda 1,2 milyon manatlıq vergi borcunu ödəməyib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 4 mart 2024-cü il tarixinə Fondun yığılmış vergi borcu 1 milyon 235,5 min manat olub.

Qeyd edək ki, ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-nə isə 1 milyon 192,8 min manat təşkil edib. Başqa sözlə, Fondun vergi borcu son on ayda 8,3% artıb.

ƏSF ötən gün açıqladığı hesabatlara əsasən 2021 və 2022-ci illər üzrə 100 milyon manatdan çox xalis mənfəət əldə edib. Fond 2023-cü il üzrə hesabatını hələlik açıqlama da bu dövr üzrə də böyük həcmdə mənfəət əldə edəcəyi təxmin edilir. Belə olan halda qurumun uzun müddətdə vergi borcunun yaranması təəccüb doğurur. Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya…


3 milyon pul, bir “kəllə”Nazim, bir də kardinal, vəssalam, şüttəmam…

Bakı Dövlət Universitetinə rektor “təyin olunan” Elçin Babayevin bu günlərdə rektor kimi fəaliyyətinin 5 ili tamam olur. 5 ili cumhuriyyet.az olaraq ona görə xatırladırıq ki, bütün kollektiv bu 5 ilin tamamını böyük intizarla, həyəcan və səbirsizliklə gözləyir. 2018-ci il dekabrın 10-da prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiqi barədə 5 sentyabr 2009-cu il fərmanı yeniləyərək əlavə etdi ki, dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək və yeni müddəa 10 dekabr 2018-ci ildən sonra həyata keçirilən təyinatlara şamil olunur. Universitet kollektivi də həsrətlə bu 5 ilin tamamını gözləyir-2024-cü il martın 11-də elmlər namizədi, yarımçıq alim və “müəllim”, ancaq pis xatirələrlə yaddaşlara yazılan Elçin Babayevin “rektorluq” fəaliyyətinin 5 ili tamam olur. Nəhayət, olacaqmı? Yoxsa yenə Elm fondundan oğurlayıb verdiyi kimi BDU-nun “təmirindən” oğurladığı puldan 3 milyon ödəyib yerində qalacaq?

Bakı Dövlət Universitetinin özünəməxsus ənənələri var, məsələn, yubiley tədbirlərində universitetin tarixində izi olan görkəmli şəxsiyyətlərin adı hörmətlə çəkilər, onların şəkli nümayiş etdirilər. Ancaq BDU-nun 100 illik yubiley tədbirində nə üçünsə professor Mir Cəlal Paşayev də daxil olmaqla bir neçə görkəmli alimin adı çəkilmədi. Görəsən niyə? Və yaxud, nə vaxt dövlət başçısı Universitetə gəlibsə, rektor onun yanında əyləşib. Ancaq 2019-cu ildə keçirilmiş 100 illik yubiley tədbirində belə olmadı. Rektor Elçin Babayev ölkə Prezidentinin yox, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yanında oturmağı seçdi. Görəsən niyə? Bunun səbəbi bilinir. Çünki bizim rektorumuz “etibarlıdır”, “çörək itirən” deyil, onu vəzifəyə qoyduran adama başqa nə cür “sədaqətini” nümayiş etdirə bilərdi? Rektor olmaq üçün AMEA-nın Fizika institutunun direktoru Nazim Məmmədovun vasitəçiliyi ilə pul ötürdüyü Ramiz Mehdiyevə özünü indiyədək borclu sayır. Demə, pulun bir hissəsi “boz kardinala” çatmayıb deyə, Elçin Babayev xəcalətli qalıb, ona görə indi belə-belə yarınmalarla günahını yumaq istəyirmiş.

“Vaqeə” isə başlayıb 2018-ci ilin sonlarında-Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra rektor vəzifəsi uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi “Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən “hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək “bir abbası” qrant almayan “kəllə” Nazim Məmmədov hansı “Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? “Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev Akademiyaya Prezident gələndən sonra bilib və cumhuriyyet.az-a daxil olan məlumata görə o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu. Çünki Ramiz Mehdiyevin “xəyanətkar” Elçin Babayevə “əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırırdı. Milli Məclisin deputatı, ixtisasca fizik olan Etibar Əliyev respublika mətbuatında bu barədə belə yazmışdı: “Vaxtilə mən bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna “Elmin İnkişafı Fondu”ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi…” İndi bu “3 milyonluq” rektor kal armud olub, keçib camaatın boğazına, nə alimdir, nə ömrü boyu bir dəfə dərs deyib, nə də idarəçilik bacarıqları var…

Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürərək orada eyş-işrət məclisləri quran, bu gün də “gözündən buraxmaq istəmədiyi”, nəzarətdə saxladığı Elmin İnkişafı fondu elə bil Elçin Babayevin şəxsi əmlakı, dədə-babadan qalan mirasıdır. Belə olmasaydı, 10 il ərzində heç bir nəticəsi olmadan xərclənən 70 milyon pulu ürəyi istədiyi adamlara “bəxş etməzdi”. Belə olmasaydı, həmin pulların böyük bir qismi də Ramiz Mehdiyevin xanımının kafedra müdiri olduğu BDU-nun Hesablama riyaziyyatı kafedrasına yönəlməzdi. Belə olmasaydı, ölkədə bu qədər akademik, professor ola-ola bu gün Elmin İnkişafı Fonduna 33 yaşı olanda “birtəhər” namizədlik işi “müdafiə edən”(ölkədə 30 yaşınadək doktorluq müdafiə edən yüzədək alim var), həmin kafedranın baş laborantı Mehriban İmanova rəhbərlik etməzdi. Deməli, kim deyirsə ki, Ramiz Mehdiyev idarəetmədən uzaqlaşdlırılıb, demək o şəxs ölkədə baş verən hadisələrdən xəbərsizdir. O adam onu da bilmir ki, bu il yanvarın 28-də Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün axşam hava qaralandan sonra bahalı hədiyyə ilə onun bağına gedib.

Rektorluq fəaliyyətinin elə ilk ayında əvvəllər Naxçıvan aeroportunda polis nəfəri kimi fəaliyyət göstərmiş və biabırçılıqla polis sıralarından qovulmuş yeznəsi Fikrət Heydərovu özünə müşavir gətirdi. Davranışları heç bir əxlaq normasına sığmayan bacısının həyat yoldaşı Fikrət də elə bilirdi ki, universitetin tələbə qızları ona görə belə geyinib-keçinirlər və belə yaraşıqlıdırlar. Təcili kabinetinə divan qoydurdu. Özünü universitetdən daha çox Avropanın bəzi şəhərlərində olan “qırmızı fənərlər küçəsində” hiss edən bu şəxs Braziliya seriallarının çəkiliş meydanlarını xatırladan kabinetində hər gün Azərbaycan elminin “inkişafı” naminə yeni bir “divan ədəbiyyatı” yaratmağa başladı. Bu səs-küy dəfələrlə Elçin Babayevin qulağına çatsa da, özü də bu yolun yolçusu olduğuna görə “kişi belə edər də” deyərək bu yaramazlıqlara göz yumdu. Ancaq yataqxanada iki zavallı qızın ölümü ilə nəticələnən məşhur “qazsızması” hadisəsindən sonra məlum oldu ki, Fikrət Heydərov “yarınmaq” üçün tələbələrin otağına kustar üsulla, ancaq təcili kombi qoydurub, qaz borusundan sızan qaz isə uşaqların həyatına son qoyub və yalnız bundan sonra Fikrət Heydərov vəzifəsindən kənarlaşdırıldı. Ancaq yeznəsini bu kriminal problemdən qurtarmaq üçün Elçin Babayev mətbuatda qızların guya yeməkdən zəhərlənmələri barədə saxta məlumatlar verdi.

Elə həmin vaxtlarda yataqxanalara “meyli güclənən” Elçin Babayev əvvəllər Türk liseyi yerləşən binanı əsaslı təmir etmək adı ilə kosmetik təmir işlərinə başladı və 2019-cu ilin sentyabrında Təhsil nazirinin iştirakı ilə bu təmir edilən binanın açılışı lentini kəsdilər. Maliyyə sənədlərində isə Satınalma sənədlərinin 2020-ci ildə baş tutması göstərilir. Bu da Satınalmalar haqqında qanunun 445-1 maddəsinin 445-1.4.2 və 445-1.7 bəndlərinin kobudcasına pozulmasıdır. Təxmini hesablamalara görə həmin yataqxananın kosmetik təmiri( əslində başqa heç bir əsaslı iş görülməyib, divarlar, pilləkənlər, bünövrə olduğu kimi qalıb) ən çoxu 800 min manata başa gələ bilərdi, ancaq Elçin Babayev həmin işə nə az, nə azacıq 4,5 milyon manat pul sildirib. Halbuki, həmin pula iki elə yataqxana tikmək olardı. Bununla da Elçin Babayevin təmir işlərini görüb qurtardıqdan sonra onların sənədləşdirilməsi, tender, satınalma maxinasiyalarına start verildi. Pandemiya dövrü bitər-bitməz heç bir əsas olmadan 2 saylı tədris binasının əsaslı təmirinə başlanıldı və 2023-cü ildə bu 6-7 ay tələbələri, müəllimləri küçələrdə, onun-bunun qapısında qalan “qara taleli” bina təmir edilib qurtardı. Hamının təsdiq etdiyi kimi əsaslı heç bir dəyişiklik olmadığı halda bu “əldəqayrılma” təmirə 12 milyon manatdan artıq pul xərcləndi. Halbuki, bu təmirin maya dəyəri ən yaxşı halda 2-3 milyon manat ola bilərdi. Yenə də tender və satınalma sənədləri təmirdən sonra hazırlandı. Görəsən niyə??? Görəsən indi BDU-da “araşdırmalar” aparan Hesablama palatası bu dələduzluqları qeydə alacaqmı?

Heç bir ehtiyac olmadığı halda 2023-cü ilin oktyabrında qazanxana sistemini təmir etmək adı altında universitetin müəllimlərinin əmək haqqından kəsərək (bu gün BDU-nun müəllimləri respublika ali məktəbləri arasında ən az əmək haqqı alan universitetlər sırasındadır, halbuki, təhsil haqqının yüksəkliyinə görə isə BDU birinci üçlükdədir) 2 milyondan artıq vəsaiti qazanxada “çıxdaş” etdi. 2024-cü ilin yanvar ayına kimi auditoriyaların əksəriyyəti istiliksiz qaldı, tələbələrin xeyli hissəsi müxtəlif yoluxucu xəstəliklərə tutuldu, dərslərdə palto, papaqla oturmaq adi hala çevrildi, universitetdə “ya isti ver, ya istefa” yazılmış vərəqələr paylandı, cənab Babayev isə düzgün nəticə çıxarmaq, istilik ya da istefa vermək əvəzinə, bu vərəqələri yayan tələbələrin “ovuna çıxdı”.

Satınalma haqqında qanunun tələbləri bir daha heç bir zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozuldu. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin “boğazından kəsərək” 300 min manatdan çox pul xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilmişdir. Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun ailəsinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir. Bir soruşan varmı ki, sənə bu haqqı kim verib?

Bu kimi maliyyə pozuntularını “araşdırılması” üçün hazırda universitetdə Hesablama palatası tərəfindən yoxlama aparılır. Amma Hesablama palatası doğrudanmı yoxlama aparır? Universitetin dəhlizlərində gəzən söhbətlərdən məlum olur ki, Hesablama palatası Elçin Babayevin maliyyə fırıldaqlarını ört-basdır etmək məqsədilə ondan lazım olan məbləği alıbdır və 5 illik pozğuntulara baxmayaraq Elçin Babayevi “sudan quru çıxaracaqlar”.

Bir maraqlı məqam da var ki, bir müddət pandemiya düşdü aralığa, dərslər olmadı. Yoxsa Bakı Dövlət Universitetində tələbə qalmazdı… Dərslər keçirilən vaxtlarda hərəsi ayrı düşüncədə, ayrı tərbiyədə olan 20 mindən artıq tələbənin şıltaqlıqları adi hal olur. Mexanika-riyaziyyat fakültəsinin birinci kurs tələbəsi, artıq məşhurlaşmış yazıq Pərvizin etdiyi hərəkətlərdən, uşaq dəcəlliyindən auditoriyalarda gündə on-on beşi olurdu. Bu 16-17 yaşlı uşaq cəbhədəki qələbələrdən fərəhlənib, ya nə hiss keçiribsə, qələbə bayrağını başına bağlayıb. Nə olsun? Bu ağılda olan tələbələri islah etmək, səhvini başa salmaq, gələcəyin vətəndaşını bir az da kamilləşdirmək, yoxsa “gözünü çıxardıb” bayrağa, vətənə, universitetə qəzəb hissləri formalaşdırmaq lazımdır, Elçin müəllim??? Özü də torpaq uğrunda, bayraq uğrunda Vətən müharibəsi getdiyi günlərdə, pandemiyanın tüğyan etdiyi məqamlarda… Elçin Babayev bu uşağı universitetdən qovmağıyla, sonra isə bərpa etməyiylə tədris prosesindən, tələbə dünyasından uzaq olduğunu bir daha sübut etdi… 2020-ci ilin noyabrın 23-də xaric etdiyi tələbəni dekabrın 1-də bərpa etdi. Təhsil haqqında qanunda isə yazılıb ki, tələbə xaric edildikdən ən tezi bir il sonra bərpa edilə bilər. Əgər belədirsə, bir həftədən sonra bərpa nə deməkdir? Əgər doğrudan da, böyük günahı yox idisə, bərpa etmək üçün nəsə bir əsas var idisə, onu niyə qovdunuz? Pərvizin etdikləri bağışlanılmaz günah idisə, bəs niyə bərpa etdiniz?

Böyük bir universitetə rəhbərlik edən adamın puldan başqa heç bir duyğusu yoxdursa, Şamaxıda ulduzlara tamaşa edə-edə elm ulduzlarının parlaqlığından gözləri qamaşırsa, xırdaçılıq, cılız intriqalar öyrənirsə, daim intiqam hissi ilə yaşayırsa universitetin günahı nədir ki, 100 yaşında ona münəccim rəhbər qismət olub??? Bu münəccim də ancaq göydəki vəziyyəti bilir, yerdə tələbə qıza şakolad verib “maç” etmək olar, ya yox, başına bayraq bağlayan tələbəni qovmaq olar, ya yox, dünya şöhrətli Xalq yazıçısı, Vətən müharibəsi günlərində sinəsini qabağa verib Moskvanın subyektiv verilişlərində Azərbaycan həqiqətlərini hayqıran Çingiz Abdullayev universitetə görüşə gələndə onu təhqir etmək olar, ya yox, bunları bilmir…

Elçin Babayevin altdan-altdan gördüyü işlər, uğursuz kadr islahatları, naşılıqla oynadığı “oyunlar” Bakı Dövlət Universitetində dərin konfliktlər, inamsızlıqlar yaradıb. Bunu təbii də saymaq olar: 20 akademikin, 300 elmlər doktoru, professorun çalışdığı bir müəssisəyə yarımçıq elmlər namizədi başçılıq edəndə belə də olmalıdır. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir? Səviyyə özünü hər yerdə göstərir: bir də görürsən, YUNESKO-nu dövlət kimi təqdim edir, rəsmi dövlət tədbirində deyir ki, “söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadır”, “Məşdibad demişkən, mən tarixi-Nadiri yarısına qədər(?!) oxumuşam”, yaxud Yaponiyanın ölkəmizdəki səfirinə 500 nəfərlik zaldakı rəsmi görüşdə müraciət etdi ki, ”daha nə var, nə yox?”,ay tərcüməçi, tərcümə eləyin görüm, səfir cavab verə bilir, ya yox? Böyük Elmi Şuranın genişləndirilmiş iclasında universitetin ən nüfuzlu qurumlarından biri olan Elmi kitabxana haqda danışarkən güya zarafat edib orada çalışan 100-dən çox xanımı təhqirlə dedi ki, “Mən bilmirəm bura kitabxanadır, yoxsa nə…xana?” Ya da ki, tanınmış fizik, təcrübəli pedaqoq olan bir müəlliminin dərsinə girib, 100 nəfərlik auditoriyada tələbələrə müraciət edib ki, “bunun (professoru nəzərdə tutub) danışığından bir şey başa düşürsüz? Mən tələbə olanda heç nə qanmazdım”. Bu təhqiri zarafat hesab etsə də, özünə vaxtı ilə dərs demiş ağsaqqal müəllim bərk əsəbləşib, auditoriyadan çıxıb, pərt bir vəziyyət yaranıb. Guya “zarafatcıl oğlan” olan bu adam rəsmi tədbirlə, rəsmi məkanla qeyri-rəsmi görüşləri fərqləndirə bilmir. Elə həmin zarafatla da universitetə “yoldan keçənləri” gətirib başda otuzdurub ki, zarafatı lap duzlu olsun. Bəs necə? Siyahıya baxın: Prorektor Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Müşavir Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi), Tədris idarəsinin rəisi Elçin Məmmədov (Metropoliten əməkdaşı), Həmkarlar Komitəsinin sədri Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Köməkçi-Ümumi şöbənin müdiri Ləman Hüseynbəyli (Elm fondundan …). Heç birinin də elmi adı, elmi dərəcəsi yoxdur. Gəlib akademiklərə yol göstərirlər. Bilmirlər ki, bu ”zarafatcıl oğlan” onları gətirib ki, özü “hündür” görünsün. Yazıq akademiklər, professorlar da çaş-baş qalıb: bu adam böyük bir təşkilatın rəhbəri olan dövlət məmurudur, yoxsa parodiya ustası?

Bazara çevirdiyi universitetdə semestr imtahanlarına da yeni qiymətlər qoyan Elçin Babayev əlavə təhsilə qəbulun “qara bazar” qiymətlərini də bir neçə dəfə artırıb, əvvəllər bura 6-7 minə daxil olmaq mümkün idisə, indi bu “məzənnə” fakültələrdən asılı olaraq 30-50 min manat arasındadır.

Bütün bu səbəblərdəndir ki, BDU son illərdə reytinqini xeyli itirmiş, 1980-ci illərin, 90-cı illərin əvvəllərində olan vəziyyət əmələ gəlmiş, “beyin axını” surətlənmiş, universitetdən digər ali məktəblərə, xarici ölkələrə çıxıb gedən müəllimlərin sayı xeyli artmışdır. 2018-ci ildə dünya universitetlərinin reytinq cədvəlində birinci beşyüzlükdə olan BDU indi heç minlikdə də deyil. İndi xalq arasında onun adı Bakı Dövlət Universiteti yox, Bakı Dövlət texnikumu, Bakı Dövlət sirki kimi adlanır.(Gundeminfo)

Sirkin bədii rəhbərinin 5 ili tamam olur. Bəlkə bu barədə düşünməyə dəyər…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucar “DOST” Mərkəzi 69 yaşlı ər və arvadı niyə işə götürüb? - MÜRACİƏT

Ucra rayon sakinlıri Məmmədov Xanlar Akif oğlu və Hümbətov Asif Atəş oğlu «DOST» İş Mərkəzindən şikayətçidirlər. Onlar JAMAZ.İNFO-ya müraciət edərək, mərkəzin qanunsuzluqla məşğul olduğunu iddia edirlər.

Onlar bildirirlər ki, Ucarda çoxlu sayda imkansız, kasıb, himayələrində azyaşlı uşaqları olan cavan və işsiz insanlar var ki, uzun müddətdir işsiz kimi qeydiyata alınıb, iş gözləyirlər. “Ancaq onları işə qəbul etmək əvəzinə, imkanlı, qoca, xəstə və əlil adamları qanunsuz olaraq işə qəbul edirlər. Hansı ki, həmin şəxslər həmin fiziki işləri görmək iqtidarında deyillər”.

Xanlar Məmmədov və Asif Hümbətov bununla bağlı konkret adlar da çəkirlər. “1955-ci il tarixdə anadan olmuş Ələkbərov Şahlar Xəlil oğlu və həyat yoldaşı 1955-ci il tarixdə anadan olmuş İsrayılova İradə Əvəz qızı Ucar şəhəri M.Əliyev küçəsi ev 5 ünvanının sakinidirlər. Ələkbərov Şahlar Xəlil oğlu “Serebral ateroskleroz, Araxnoidit, ataksiya vestibulyar pozğunluq, şəkərli diabet” xəstəliyi ilə 2-ci dərəcəli əlilldir. İsrayılova İradə Əvəz qızı isə bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatdadır.

Ələkbərov Şahlar və həyat yoldaşı İsrayılova İradə “DOST” İş Mərkəzinin əmək müqaviləsi əsasında Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxoz) fəhlə işləyirlər”.

Onlar bildirirlər ki, 69 yaşlı qoca və ciddi xəstə olan ər və arvad işə gəlmədən hər ay müftə maaş alırlar. “Ucar rayon Kommunal Müəssisələri Kombinatının birqadiri Soltan Xəlilov qanunsuzluq edərək hər iki şəxs işə gəlmədiyi halda onlara iş davamiyyəti yazır”.

Ucarlı şikayətçilər məsələnin araşdırılmasını, “DOST” Mərkəzində yoxlamanın aparılmasını xahiş edirlər. Hesab edirlər ki, bununla rayonda vəziyyəti nisbətən düzəltmək olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat Milli Məclisdə keçmiş deputatdan ŞİKAYƏT ETDİ - "Allah bir gün onlara qan qusduracaq..."


“Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur”.

Dia-az.info xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, məhkəmələrin qərarları açıq-aşkar icra olunmur: “Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən gəlib söküblər.

Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”

Dia-az.info xatırladır ki, dünən bu məsələ ilə bağlı fotoları təqdim edən politoloq Elçin Mirzəbəyli yerli KİV-ə bildirmişdi ki, məsələ ilə bağlı baş prokurorluğa müraciət edib:
Deputat Milli Məclisdə keçmiş deputatdan ŞİKAYƏT ETDİ - "Allah bir gün onlara qan qusduracaq..."
Deputat Milli Məclisdə keçmiş deputatdan ŞİKAYƏT ETDİ - "Allah bir gün onlara qan qusduracaq..."

"Bu şəkillərdə gördüyünüz mənzərə sabiq deputat Əsabil Qasımova məxsus "Pilot-16" şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 134 ünvanında yerləşən, ailə üzvlərimin və doğmalarımın payçı olduğu evdə törətdikləri əməllərin nümunəsidir. Hörmətli Baş prokurordan mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm".

İndi isə aydın olur ki, eyni məsələni Milli Məclisdə qaldıran Qüdrət Həsənquliyev hətta "Ombudsmanın gücü çatacaq məsələ deyil" deyərək vəziyyətin ciddiliyinə də işarə edib.(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UNEC-lə alim arasında "plagiat" qalmaqalı davam edir - DETALLAR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayevin dissertasiya işinin Əhədzadə Elməddin tərəfindən plagiat olaraq istifadə edilməsinə aydınlıq gətirib.

UNEC-in Hüquq Şöbəsinin müdiri Kəmalə Bünyadova Pravda.az-açıqlamasında deyib ki, Əhədzadə Elməddin 2016-cı ildə UNEC-də magistraturaya qəbul olub: “O, 2 illik magistratura təhsili dövründə öz ixtisası üzrə 3 semestr ərzində müxtəlif fənləri dinləyərək və imtahanları verərək müvəffəq qiymətlər alıb. Eyni zamanda elmi tədqiqat və elmi pedaqoji təcrübələri müvəffəqiyyətlə keçib. 2019-cü ildə Əhədzadə Elməddinin “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda dissertasiya işi elektron anti-plagiat sistemində yoxlanılıb və dissertasiya işi elektron bazada olmadığı üçün elmi işin plagiat olduğu aşkar edilməyib. Plagiat işi ilə bağlı iddiaçı Ağayev Səyyadın müraciətinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 17 yanvar 2023-cü il tarixli qətnamə ilə iddia qismən təmin edilərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi Əhədzadə Elməddin oğlu tərəfindən Ağayev Səyyada ödənilib. Məlumat üçün qeyd edək ki, magistr elmi adının və diplomun ləğvi barədə məhkəmə qərarı yoxdur”.

Xatırlatma: Səyyad Ağayev bildirib ki, Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli qərarına görə, E.Əhədzadənin diplomunun ləğvi ilə bağlı ADİU-ya müraciət etməsi bildirilib. Qeyd olunub ki, o, əks halda, İnzibati Məhkəməyə müraicət etməlidir. Hazırda iş Şirvan İnzibati Məhkəməsindədir. İlk məhkəmə iclası iclası mayın 6-na təyin olunub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO