[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru korrupsiya şəbəkəsi yaradıb -PREZİDENTƏ MÜRACİƏT


Redaksiyamıza Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlunun başda cənab prezident olmaqla bir neçə yüksək instansiyaya ünvanladığı müraciət daxil olub. Müraciətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıqlardan, korrupsiya əməllərindən bəhs olunur. Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Prezident cənab İlham Əliyev Respublikada təhsilin inkişafı üçün mütərəqqi sərəncamlar imzalayıb, dövlət büdcəsindən pullar ayırır. Ancaq çox təəssüf olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş-alıb gedən korrupsiya təhsilimizə böyük zərbələr vurur.
Mənim bu şükayətim ümumi sözlərdən ibarət deyil rellaıqdır ki, nazirlik səviyyəsində komissiya yaradılıb yerində tam, hərtərəfli və obyektiv yoxlama aparılmalıdır.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təxminən 1200 tələbə təhsil alır. Ancaq həmin tələbələrin əksər hissəsi 80 % dərsə gəlmir. Tələbələrin 98 %-nin biliyi sıfır səviyyəsindədir ki, bu böyük biabırçılıqdır. Bunu subut etmək üçün Kollecində təhsil alan tələbələrin bilik səviyyəsi Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş komisiya tərəfindən mütləq yoxlanılamlıdır.Belə edilərsə bu fakt tam subut olacaq.
Nəzarət olmadığı üçün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində imtahanlar rüşvətlə aparılır.Bilik səviyyəsi sıfır davamiyyəti isə olmayan tələbələr rüşvət verib imtahandan yüksək qiymətlə keçə bilirlər.
Həttda elə tələbələr var ki, dərs oxuyur davamiyyəti var ancaq rüşvət vermədiyi üçün imtahandan qanunsuz olaraq kəsilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev məktəbdə korrupsiya şəbəkəsi yaradıb.Şahin Əliyevin korrupsiya şəbəkəsinə özünə yaxın müəllimlər daxildir ki, hərəsi bir neçə tələbəni rüşvət hesabına himayə edirlər.Həmin tələbələr dərsə gəlmədən bilik səviyyəsi sıfır olsada imtahandan yüksək qiymətlə keçirlər.Həttda həmin tələbələrə yüksək təqaüd də təyin edilir. Kollecdə öz ixtisası üzrə bilik səviyyəsi sıfır olan tələbə gələcəkdə necə kadr ola bilər ?
Bu isə ölkə təhsilinə ağır zərbələr vurur gələcəyini məhv edib və kadr patensialını tükəndirir.
Kollecin müəllimlərinin çoxu evlərində kirayə saxladıqları tələbələrin hamısı imtahandan keçiblər. Çünki onları evini kirayəyə verən müəllimlər himayə edirlər.
Direktor Şahin Əliyev pul verib rəhbəri olduğu Kollec haqqında təriflər videosu çəkdirib sosial şəbəkədə yaydırmaqla öz korrupsuya əməllərinin üstünü ört-basdır etmək istəyir.
Ancaq görünən dağa nə bələdçi.Yazılanlar hamısı göz qarşısındadır.
Düzdür ölkədə təhsilə nəzarət güclüdür diqqət edilir tədbir görülür ancaq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən korrupsiya əməlləri yoxlanılmır.Hazırda kollecdə bir neçə vaxtdır maliyyə yoxlaması aparılır.Ancaq zərurət var ki, tələbələrin bilik səviyyəsi yoxlanılsın.Belə olarsa məktəbdə korrupsiyanın miqyası bəlli olacaq.
Xahiş edirəm nazirlik səviyəsində yoxlama ayrılıb Göyçaya ezam olunsun kollecdə təhsil alan tələbələrin bilik səviyyəsi tam hərtərəfli və obyektiv yoxlanılıb ciddi tədbir görülsün.(Yenixeber.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Pilgrim Education” şirkəti gənclərin etibarından necə sui- istifadə edir? - ŞİKAYƏT VAR

Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.

Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar.

Bir qurup gənc media vasitəsi ilə dövlət qurumlarına, bir sözlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya müraciət etmək fikrindədir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir neçə tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.

Redaksiyamıza şikayət edən Qurbanova Türkan Seymur qızı, Soltanova Rəna Pərviz qızı, Hacıyeva Firuzə Namiq qızı, Hüseynova Tahirə Rəhmaz qızı və digərləri iddia edirlər ki, Aisa Aslanova onları aldadıb və götürdüyü öhtəliklərin heç birini yerinə yetirməyib.

Əksinə, A. Aslanovanın mobil telefonuna zəng edən gənc şikayətçilər gözlənilmədən müəyyən qurumların adları ilə hədələnib. Məsələ ilə bağlı qarşı tərəf kimi Aisa Aslanova ilə telefon əlaqəsi yaratdıq.

Qarşı tərəf isə bir qurup gəncin iddialarını qəbul etmədi, onları şantajçı adlandırdı. Onu da qeyd edək ki, ödənişlər kart vasitəsi ilə həyata keçirilib.

Maraqlı məqam ondan ibarətdir ki, bu cür çirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır.

Digər gənclərə tösiyyə olunur ki, “Xaricdə Təhsil Şirkətləri” ilə əlaqə qurduqda diqqətli olsunlar. Heç bir halda razılaşmarıq ki, gələcəyimiz olan gənclər bir qurup arzuolunmaz şəxslərin qurbanına çevrilsin. Ələxsüsdə, “Pilgrim Education” şirkəti ilə qəti təmas qurmasınlar. Əks halda yuxarıda adı hallanan gənclərin aqibətini sizlərdə yaşayacaqsınız. Bütün hallarda haqları tapdalanan gənclərin müdafiə edəcəyik və bu barədə daha yuxarı dairələrə məlumat veriləcək.
azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamerlan Qarayevin Prezidentə məktubu buna görə imiş... - 31 illik səfir karyerası başa çatır

Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin diplomat karyerasına son qoyulur. Bununla bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

XİN-dəki mənbələrdən “Yeni Sabah”a bildirilib ki, Vilnüsdəki diplomatik korpusumuza rəhbərlik edən 72 yaşlı səfir tutduğu postdan öz arzusu ilə getməyə hazırlaşır.

O, yaşının irəlilədiyini, səhhətində bəzi problemlərin yarandığını əsas gətirərək Vətənə dönməyə qərar verib.

Məlumatlı şəxs saytımıza bildirib ki, Tamerlan Qarayevin ötən gün Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasının da arxasında bu məqam dayanır:

“Azərbaycanın müstəqilliyi tarixində heç bir səfir Prezidentə məktub yazmayıb. Səfirlik təyinatlı postdur, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətindədir. Siyasi təcrübədə təyin edilən şəxsin ölkə başçısını publik təbrik etmək ənənəsi yoxdur. Görünür, Tamerlan Qarayev daha özünü mülki şəxs hesab etdiyi üçün bu addımı atıb”.

Qeyd edək ki, Tamerlan Qarayev ölkədə səfir postunu tutan ən uzunömürlü diplomat sayılır. O, mərhum prezident Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Çin Xalq respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, 2001-ci ilə kimi bu vəzifədə çalışıb.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(Yeni Sabah)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Mazan qollarını heç də xeyir işə çırmamayıb... - İDDİA

Masallıda "Köhnə bazar" adlanan ərazidə şam ağaclari ilə əhatə olunan 0.13 hektar ərazi dəmir lövhələrlə hasara alınmış və orda torpağın üst qatı "ekskvator"la tikinti məqsədilə 2 metr dərinliyində qazılmışdır.
Hətta qazıntı sözügedən ərazidə olan 20 ədədə yaxın orta diametrli şam ağaclarına belə gəlib çatmışdır.
Çox güman ki yaxın günlərdə sözügedən ərazidə olan şam ağacları kəsiləcək, çünki onlar gələcəkdə tikintiyə maneə ola bilər.

İddialar görə, sözügedən ərazini Masallıda "Hacı Mazan" ləqəbilə tanınan iş adamı Ramazan Zeynalova məxsusdur.

Nyus.Az
Hacı Mazan qollarını heç də xeyir işə çırmamayıb... - İDDİAHacı Mazan qollarını heç də xeyir işə çırmamayıb... - İDDİAHacı Mazan qollarını heç də xeyir işə çırmamayıb... - İDDİA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlilliyinin bərpa olunması üçün 12 min manat rüşvət tələb olundu… - BU NƏDİ BELƏ?!

Quba rayonu, Alpan kənd sakini, ehtiyatda olan baş gizir Qədirov Ziya Pirhəsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ondan 12 min manat pul tələb edir.

“Mən, Qədirov Ziya Pirhəsən oğlu, 1995-ci ildən 2015-ci ilə qədər, ümumilikdə 19 il, ordu sıralarında xidmət etmişəm.

2014-cü ilin dekabr ayında xidməti vəzifələrimi yerinə yetirərkən qapalı kəllə-beyin travması almışam. 2015-ci ilin oktyabr ayına qədər hərbi hospitalda müalicə aldıqdan sonra məni “xidmətə yararsız” kimi ordu sıralarından tərxis etdilər.

2016-cı ilin iyun ayında mənə ikinci qrup əlillik təyin edildi. 2021-ci ilin iyun ayında əlilliyim dayandırılıb. Dəfələrlə komissiyadan keçməyimə baxmayaraq, imtina cavabı verilir. Məndən konkret olaraq 12 000 manat rüşvət tələb edirlər. Əlimdə sübutlarım da var.

Bu rüşvət məsələsini 2023-cü ildə yazılı şəkildə nazir Sahil Babayevə də bildirmişəm. Bu il, yanvar ayının 12-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisinin qəbulunda oldum və orada da məndən rüşvət tələb olunduğunu yazılı şəkildə bildirdim. Təssüflər olsun ki, bu günə qədər mənə bir cavab verilməyib”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə yazılı açıqlamada bildirilir: “Quba rayon sakini 1977-ci il təvəllüdlü Qədirov Ziya Pirhəsən oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında sonuncu dəfə 26.07.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib.

Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular müşahidə edilməyib.

Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçunun başçısı tarixi abidələrin QƏSDİNƏ DURUB... - ÖZBAŞINALIQ!

“QƏSR” Mədəni İrsin və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi tərəfindən gundemxeber.az xəbər portalının redaksiyasına olduqca diqqəti cəlbedən məlumatlar daxil olub. İctimai Birliyin məlumatlarinda bildirilir ki, "Şəxsi maraqlarını dövlət marağından üstün tutan Bakı şəhəri, Sabunçu RİH-nin Başçısının göstərişinə əsasən dövlət qeydiyyatında olan tarixi qəbirlər dağıdılmışdır.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü yəni; 12.12.2023-cü il və növbədənkənar prezident seçkilərinin nəticəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təstiq edilməsindən bir gün qabaq, yəni; 12.02.2024-cü il tarixlərdə dövlət mühafizəsində olan “tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” və 100 ədəd 266 il yaşı olan əncir ağacları qəsdən, Sabunçu RİH başçısının göstərişi ilə bir qrup vəzifəli şəxslər tərəfindən qabaqcadan əlbir olaraq şəxsi maraqlar çərçivəsində məhv edilərək dağıdılmışdır.

AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən (hal-hazırda Mədəniyyət Nazirliyi) 1078/09 saylı, 04.05.2009-cu il tarixli məktubu ilə qeyd olunan tarix və mədəniyyət abidələrinin və tarixi ərazinin toxunulmazlığının təmin edilməsini Bakı şəhəri, Sabunçu RİHB-dan xahiş edilmişdir. İB-nin 08.08.2014-ci il tarixli, 025/01-2014İB saylı sorğusuna cavab olaraq AR Mədəniyyət və Turizm Nazirliyi (Mədəniyyət Nazirliyi) 08.09.2014-ci il tarixli 2426/09 saylı məktubu ilə bu tarixi faktı bir daha təsdiq etmişdir. Bütün qeyd olunanlara baxmayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşların müraciətləri ilə iş sektoru”nun baş məsləhətçisi Zülfüqarova Gülnarə Əsgər qızının “rəbərliyilə” Sabunçu RİH başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Ruhin Eyvaz oğlu, Kürdəxanı bələdiyyəsinin sədri Məsumov Ağaəli Əlifhəmzə oğlu, nümayəndəliyin müavini Tağıyev İxtiyar Altay oğlu 12.02.2024-cü il tarixli saxta akt tərtib edərək, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin havadarlığı ilə şəxsi maraqları çərçivəsində dəfələrlə “ərazi” traktor vasitəsilə məhv edilərək dağıdılmışdır.

Tarixi ərazi Ləhiş bağlar massivinin 35-ci dalanın (tupikin) sonunda yerləşir. Bağ-torpaq sahəsinin içərisinə doğru heç bir küçə heç vaxt mövcud olmamışdır. Sadəcə olaraq bir qrup vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərini aşaraq, qəbir üzərində təhqiredici hərəkətlər etməklə, ərazinin tarixiliyinin izini itirib, torpağı zəbt edib satmaq istəyirlər. “Məlum tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” “yeni aşkar edilmiş” tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüş və mühafizə olunur. İnzibati ərazinin Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə və Sabunçu İH-nin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinə heç bir aidiyyatı yoxdur.

Tarix və mədiyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən; Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat təsərrüfat və digər işlərin aparılması qadağandır. (Maddə 10. Abidələrin toxunulmazlığı). Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati. Intizam və mülki məsuliyyət daşıyırlar. (Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət)."
Yazıda adıçəkilən rəsmi şəxslərin də mövqeyini dinləməyə hazırıq.


GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş baş nazirimiz belə PUL QAZANIR - FOTO

"Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini (1992–2006) 74 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur". Dia-az.info bildirir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məluma paylaşıb.
C.Həsənli daha sonra qeyd edir: "O bir vaxtlar Azərbaycanda siyasi proseslərə nüfuz etmək istəyən keçmiş "Milyarderlər İttifaqı"nın başçısı olub, 2007-ci ildən Rusiya paytaxtında maliyyə, sığorta və pensiya xidmətləri göstərən "İŞGÜZAR ƏMƏKDAŞLIQ" FONDUNUN rəhbəridir. 2021-ci ilin iyulun 9-dan isə 10 faizlik payla Moskvada "TİMOXİNO FERMER TƏSƏRRÜFATI" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridr. Təsərrüfatın hüquqi ünvanı Moskva vilayətinin Yrəeqorovs şəhəri, Tİmoxino kəndi göstərilir. Təsnifata görə fermer təsərrüfatı dovşan əti istehsalı ilə məşğuldur.
Müəssisənin internet səhifəsində (https://timokhino.ru/) qeyd olunur ki, Abbasova və ortaqlarına məxsus təsərrüfatın qablaşdırdığı məhsullar Moskvanın Bolşaya Çeryomuşkinskaya küçəsindəki RİO Ticarət Mərkəzində (Buxta pavilyonu) topdan satılır.
"TİMOXİNO FERMER TƏSƏRRÜFATI" üzərindən Abbas Abbasov və ortaqları 2021-ci ildə Rusiyada topdan ət və ət məhsulları satışı ilə məşğul olan "POL'ZA EDY" LLC-ni də təsis edib. Onların təsərrüfat üzərindən təsis etdiyi digər şirkət isə heyvandarlıq təsərrüfatı ilə məşğul olan "XOLDİNQ MİRNIY" Məhdud Məsuliyyətli Cəmiyyətidir".(Dia-az.info)
Keçmiş baş nazirimiz belə PUL QAZANIR - FOTOKeçmiş baş nazirimiz belə PUL QAZANIR - FOTOKeçmiş baş nazirimiz belə PUL QAZANIR - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO