[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan itkin düşən əsgərimizlə bağlı cinayət işinə xitam verdi

Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib.

Bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı Ruslan Pənahovun səhvən Ermənistan tərəfinə keçdiyi müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Martda hansı bürclər evdən daha az çıxıb daha diqqətli olmalıdırlar?


Astroloqlar mart ayının əsl sınaq olacağı bürcləri açıqlayıblar.

2024-cü ilin mart ayı bəzi bürclər üçün çətin vaxt ola bilər.

Oxatan, Qız və Əkizlər həyatın müxtəlif sahələrində maneələr və xəyal qırıqlığı ilə qarşılaşma riski altındadıırlar.

Oxatan

Bəlkə də sizi depressiyaya sala biləcək bir çıxılmaz vəziyyətlə qarşılaşdığınız hissi ortaya çıxacaq. Ancaq ulduzlar, uğur qazanacağınıza əmin olaraq özünüzü bir yerə toplamağı və işləməyə davam etməyinizi tövsiyə edir.

Maliyyə sahəsində əlavə xərclər ola bilər və şəxsi həyatınızda hər şey istədiyiniz kimi mükəmməl olmayacaq. Buna baxmayaraq, mart sizə dənizdə və ya dağlarda istirahət etmək üçün yaxşı sağlamlıq və əlverişli vaxt vəd edir.

Qız bürcü

Özünüzü çox manipulyasiya etməyə imkan verməyin və mümkün məyusluqların qarşısını almaq üçün kiminsə ruhunuza çox dərindən girməsinə icazə verməyin. Ayın ikinci yarısında şəxsi həyatınızda uğurlar tapacaqsınız-flört edin, bəlkə də evlilik üçün bir tərəfdaş tapacaqsınız.

İşdə əsəbiliyə səbəb ola biləcək sürətli həllər tələb edən yeni vəzifələr ortaya çıxacaq. Maliyyə sahəsində vəziyyət ən yaxşı deyil, borcların görünüşü gözlənilməz ola bilər və böyük alışlardan çəkinməyə dəyər.

Əkizlər

Əkizlər üçün aktual hadisələrdən xəbərdar olmaq, öyrənmək, daha çox oxumaq, kurs və təlimlərdə iştirak etmək, həmçinin dil öyrənmək vacibdir. Maliyyədə bütün borcların ödənilməsi vacibdir.

Şəxsi həyatınızda partnyorunuz tərəfindən qısqanclıqla bağlı problemlər yarana bilər, ona görə də münasibətlərinizdə diqqətli olun. Sağlamlığınız yaxşı olmalıdır və enerji ilə dolu olacaqsınız.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA

Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Davam edən qlobal istiləşmə və quraqlığın artması bu problemi daha da dərinləşdirir. BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mövcud problemlə üz-üzədir.

Bəs Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandırarkən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov qeyd edib ki, alternativ su mənbələri istifadəsi istiqamətində həm dəniz suyunun şirinləşdirilməsi, həm də çirkab suların yenidən istifadəsi istiqamətində xeyli işlər görülür.

"Azərbaycanda iqlim dəyişikliyi fonunda su qıtlığı ilə mübarizədə xeyli işlər görülür. 2020-ci ildə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldı. Bunun ardınca Dövlət Su Ehtiyatları Agentliyi təsis edildi. Bütün bu addımlar gələcəkdə su qıtlığının azalmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Eyni zamanda, kənd təsərrüfatında müasir suvarma metodlarına tədricən keçid olunması, torpaq kanallarının betonlaşdırılması su itkilərinin azaldılması istiqamətində görülən işlərdə iqlim dəyişikliyi ilə mübarizə kimi qiymətləndirilə bilər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilir.

"10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir. Preziden İlham Əliyevin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşdırma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb", - deyə o vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçi qadının dəhşətli qətli: iki sevgilisindən biri ilə 25 gün... – Şok təfərrüat


Goranboy rayonunda 1994-cü il təvəllüdlü Sadiq qısqanclıq zəminində yaranan mübahisə zamanı 1993-cü il təvəllüdlü həyat yoldaşı Məlahəti (adlar şərti verilib - red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sadiq 2022-ci il oktyabrın ortalarından etibarən arvadı Məlahətlə münasibətləri pisləşib. Tez-tez aralarında ailə-məişət zəminində mübahisələr yaranıb. Sonuncu dəfə Məlahət artıq boşanmaq qərarına gəldiyini bildirib.

Sadiq dərin sevgi hissi bəslədiyindən arvadından boşanmaq istəmədiyinə görə 30 oktyabr 2022-ci ildə, saat 18 radələrində Goranboy rayonu Yeni qəsəbə yaşayış massivində kirayə yaşadıqları mənzilin yataq otağında Məlahəti fikrindən daşındırmağa çalışsa da, qadının boşanmaq fikrində qəti olduğunu görüb.

Sadiq bu vəziyyətlə barışmadığından, arvadının onu istəməyib ayrılmasını qəbul edə bilmədiyindən, habelə arvadının başqası ilə sevgi münasibətlərinin olması, ona xəyanət etməsi ilə bağlı bir müddət əvvəl yaranmış şübhələrinin doğru ola biləcəyini, məhz buna görə arvadının onun təkidli xahişlərinə məhəl qoymayaraq ayrılmaq fikrindən daşınmadığını zənn edib. O, qısqanclıq zəminində qisas məqsədilə Məlahəti öldürmək qərarına gəlib.

Sadiq mətbəxə gedərək oradan bıçaq götürüb və yenidən yataq otağına qayıdıb. Məlahətdən bir daha ayrılmamasını bildirib.

Lakin qadın təklifə rədd cavabı verib. O, sağ əlində tutduğu bıçaqla əvvəlcə həyat yoldaşının qarın və döş qəfəsi nahiyələrinə, daha sonra qaçaraq yaxa qurtarmaq istəyən Məlahəti dəhlizdə hamam otağının qarşısında yaxalayıb, kürək nahiyəsinə ardıcıl çoxsaylı zərbələr vurub. Qadın aldığı 24 bıçaq xəsarəti nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Hərbi hissədə nömrəsini aldım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ilin fevralından "N" saylı hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən hərbi hissənin kadrlar bölməsində kapguzar-operator kimi işləyən Məlahətlə tanış olub:

"Həmin ilin sentyabrına qədər Məlahətlə münasibətlərimiz xidməti olub. Sentyabr ayından isə ona qarşı sevgi hisslərim yarandı. Daha yaxın münasibət qurmaq üçün sentyabrın 12-də Məlahətdən mobil telefon nömrəsini mənə verməsini istədim. Bunun səbəbi ilə maraqlandığı zaman bir mövzuda söhbət edəcəyimi bildirdim.

Məlahət mobil telefon nömrəsini mənə verdi. Nömrəni aldıqdan sonra mütəmadi olaraq telefonla sevgi məzmununda danışdıq və mesajlaşdıq".

"Azyaşlı uşaq cavab verdi"

Sadiqin sözlərinə görə, 4 oktyabr 2022-ci ildə Məlahəti kirayə yaşadığı evə, Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün іnşa edilmiş yaşayış massivinin 2 nömrəli binasındakı mənzilinə gətirib və həmin tarixdən etibarən birlikdə yaşamağa başlayıblar:

"Oktyabrın 5-də Məlahəti yığdığım zaman telefonu azyaşlı uşaq açdı. Uşağın kim olmasını bilmədim. Məlahətin anası Bahara zəng etdim.

Bahar məni aldadaraq Məlahətin gözəllik sonunda olduğunu, evə gələndə zəng etdiyimi Məlahətə bildirəcəyini dedi. Ancaq deyilənə inandım, başqa söz demədən əlaqəni kəsdim".

"Onu qaçırdıqlarını dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 9-da Məlahətlə rəsmi nikah bağlayıblar: "Bir müddət keçdikdən sonra yenə Məlahətə zəng etdim. Telefona cavab vermədiyindən anası Bahara zəng vurdum.

Məlahətin harada olğunu soruşdum, mənə yalan danışmadan cavab verməsini istədim. Bu sözümdən sonra Bahar Məlahətin qaçırıldığını, onu qaçıran oğlanın atası ilə danışdığını, qızını qaytarıb gətirəcəklərini söylədi.

Bir qədər keçdikdən sonra Məlahətə zəng etdim. Bu dəfə Məlahət özü zəngə cavab verdi və ağlaya-ağlaya onu qaçırdıqlarını dedi".

"Səbr edərək dözmüşəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, Məlahətin anasının evinə gedib, Məlahətlə birldikdə kirayə yaşadığı evlərinə qayıdıblar: "Özüm xidmət vaxtı qərargah bölməsinin zabiti olmuşam. Aylıq vəzifə maaşım 1700 manat olub. 900 manat telefona kredit borcum olub. Atam-anam da mənə pul göndərərək maddi cəhətdən köməklik göstəriblər. Məlahətin anası gəlib evdəki bu vəziyyəti görüb.

Səbəbsiz yerə heç kim heç kimi öldürmür. Qeyd etmək istəyirəm ki, Məlahətin xalası Səbinəyə Gəncə şəhərində "Səbişı xala" deyirlər. Səbinə ilə Məlahət "Dədəmin apteki"nin yanında hərbi hissənin maliyyəçisi, baş leytenant Rasimlə görüşüblər.

Mən dəfələrlə Məlahətin başqa şəxslərlə telefon yazışmalarını tutmuşam, o isə anası ilə danışdığını deyib. Anasına zəng etmək istədikdə, icazə verməyib. Deyib ki, anam şəkər xəstəsidir, şəkəri qalxar.

Məlahətin 10-15 dəqiqə kiminləsə telefonda danışdığını gördükdə, ondan bu qədər danışmağının səbəbini soruşmuşam. O da anası ilə danışdığını bildirib. Telefon danışıqlarını yoxladığım zaman onun anası ilə 30-40 saniyə əlaqə saxladığını müəyyən etmişəm. Məlum olub ki, telefonda təkcə anası ilə danışdığını deməsi yalandır. Bütün bu olanlara səbr edərək dözmüşəm. Evlilik dövründə Məlahət mənə Sərxan adlı şəxsin onu sevdiyini də deyib".

"Söhbət edəcəyini dedi"

Sadiqin sözlərinə görə, oktyabrın 27-də Məlahət Bakı şəhərində yaşayan bacısının yeni doğulmuş uşağının şənlik mərasiminə gedəcəyini bildirib:

"Məlahətə mənimlə birlikdə getməyi təklif etdim. Buna razı olmadı və anasıgillə getməyi planlaşdırdığını dedi. Həmin gün Məlahəti Gəncə şəhərinə apararaq geri qayıtdım. Oktyabrın 28-dən 30-dək Məlahətlə telefon danışıqlarımız və mesajlaşmalarımız zamanı ailəni maddi cəhətdən yaxşı təmin etməməyimi bəhanə edərək ayrılmaq arzusunda olduğunu, birlikdə yaşamaq istəmədiyini dedi. Mən isə hər şeyin qaydasına düşəcəyini söylədim, səbr etməyi məsləhət bildim, onu ayrılmaq fikrindən daşındırmağa çalışdım. Məlahət ayırlmaq istəyində qəti olduğunu söylədi.

Bu halda Məlahətə nikahı pozmalı olduğumuz dedim. Cavab verdi ki, nikah onun üçün az əhəmiyyətlidir, Bakıdan qayıtdıqdan sonra yanıma son dəfə söhbət edəcəyik".

"Tələsdiyini bildirdi"

Sadiq deyib ki, oktyabrın 30-da saat 18 radələrində Məlahət taksi ilə yaşadıqları binaya gəlib:

"Mənzildən baxanda maşının içərisində tanımadığım oğlan olduğunu gördüm. Məlahətin özünə yeni sevgili tapdığını, bu səbəbdən məndən soyuyaraq ayrılmaq qərarına gəldiyini, mənə xəyanət etdiyini düşündüm.

Məlahət maşından düşərək mənzilə gəldikdə yataq otağında ondan ayrılmaq istəyinin səbəbini soruşdum. O, tələsdiyini, tez getməli olduğunu, sonra bu haqda ətraflı söhbət edəcəyini bildirdi. Ona nikahı pozdurmağı, bundan sonra getməsini bir daha təklif etdim. Yenə də nikahın onun üçün əhəmiyyətli olmadığı bildirdi. Lakin nikah şəhadətnaməsini çantasına qoydu".

"Bir də ayıldım ki, Məlahəti öldürmüşəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, Məlahətin bu hərəkətindən sonra rəsmi ər-arvad münasibətində ola-ola başqaları ilə münasibət quracağı təqdirdə rüsvay olacağını, həyat yoldaşını çox sevdiyi üçün ondan ayrılaraq başqa şəxslə münasibət qurmasını qəbul edə bilmədiyini, Məlahətin ona xəyanət etdiyini fikirləşərək qısqanclığı yaranıb: "Bütün bunlara görə qisas məqsədilə Məlahəti öldürmək qərarına gəldim.

Məlahətin başqa şəxslərlə telefon danışlarını tutmuşam, ona görə də bunu özümə sığışdırmamışam. Mən Məlahətə sahib çıxmışam. Lakin o mənə xəyanət edib.

Məlahətin üzərinə gedərək onu başqa şəxslərlə danışması ilə bağlı sorğu-sual etdim. O isə məndən ayrılmaq istədiyini dedi. Məlahəti öldürmək fikrini qətiləşdirdikdən sonra yataq otağından mətbəxə keçdim. Mətbəx baçağını belimə taxaraq gizlətdim, yataq otağına qayıtdım.

Bir daha Məlahətə ayrılmamağı təklif etdim. Sözlərimlə razılaşmayanda bərk əsəbləşdim. Belimdəki bıçağı çıxararaq Məlahətin qarın və döş qəfəsi nahiyələrinə çoxsaylı zərbələr vurdum. Özümdə olmadığımdan bundan sonra olanlar yadımda deyil.

Bir də onda ayıldım ki, artıq Məlahəti öldürmüşəm. Mənzildən çıxaraq qapını bağladım və könüllü Goranboy Rayon Polis Şöbəsinə gələrək törətdiyim cinayət haqqında məlumat verdim".

"Müharibədə iştirak etmişəm, əsəbi olmuşam"

Təqsirləndirilən şəxs deyib ki, hazırda əməlindən peşmandır: "Mənim atam, anam, ailəli bir bacım var. Evin tək oğul övladıyam. Atam baytar həkim, anam ibtidai sinif müəlliməsidir. 2020-ci ildə Zəfərlə başa çatan Vətən müharibəsində iştirak etmişəm. Tərtər rayonu ərazisində gedən döyüş əməliyyatlarında bölük komandiri kimi iştirak etmişəm. Sağ çiyin və sağ ayaq nahiyyəmdən qəlpə yarası almışam. Lakin hospitalda yatmaqdan imtina etmişəm, qaçaraq döyüş əməliyyatlarında yenidən iştirak etmişəm.

"Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam. Döyüş əməliyyatlarından sonra daha əsəbi olmuşam. Lakin ordu sıralarından tərxis olunmaq istəmədiyimdən hospitalda əsəbi olduğuma görə deyil, aldığım yaralara görə müalicə olunmuşam".

"Ayrılmaq fikrini qətiləşdirdiyini bildirdi"

İş üzrə zərərçəkmiş Məlahətin anası Baharın sözlərinə görə, məhrum qızı Məlahət 2015-ci ildən müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətə başlayıb, qadın hərbi qulluqçu kimi müxtəlif hərbi hissələrdə xidmət edib:

"Qızım Məlahət 2022-ci ildə onunla eyni hərbi hissədə xidmət edən baş leytenant Sadiqlə ailə həyatı qurdu, kirayədə yaşamağa başladılar.

Evləndikdən bir müddət sonra qızımla mobil telefon danışığımız zamanı Sadiqdən ayrılmaq fikrində olduğunu bildirdi. Səbəbi soruşduqda Sadiqin evi maddi cəhətdən təmin edə bilmədiyini, bank krediti və çoxlu şəxsi pul borcunun olduğunu, evi özünün dolandırdığını, bəzən Sadiqin ondan pul aldığını, spirtli içki qəbul etdiyini dedi. Həmçinin aralarında sözlü mübahisələr baş verdiyini də bildirdi. Qızıma səbrli olmağı, bəlkə vəziyyətin düzələcəyini desəm də, o, Sadiqdən ayrılmaq fikrində qəti olduğunu bildirdi".

"Zəngimi cavablandıran olmadı"

Baharın sözlərinə görə, sonuncu dəfə qızı Məlahətin maaş aldıqları zaman pul bölgüsünə görə Sadiqlə münasibətləri daha da pisləşib: "Sadiqin kreditinin ödənilməsinə qızım kömək edirdi. Buna görə də aralarında mübahisə yaranıb.

Oktyabrın 28-də Məlahət digər qızım Nigarın yeni doğulmuş uşağının şənlik məclisində iştirak etmək üçün Bakı şəhərinə getdi. Ertəsi gün mən də Bakı şəhərinə yollandım. Bakıda Məlahət bildirdi ki, Sadiqdən ayrılmaq istəyini onun özünə deyib, Sadiq isə Bakıdan qayıtdıqdan sonra söhbət edərək yekun qərara gəlməyi təklif edib. Qızıma səbirli olmağı, evliliklərinin 1 ay çəkmədiyini dedim.

Oktyabrın 29-da Gəncə şəhərinə geri qayıtdım. Oktyabrın 30-da Məlahət Bakı şəhərindən Gəncəyə qayıtdı, daha sonra hərbi formasını götürmək və Sadiqdən ayrılmaq məsələsi haqqında danışması üçün taksi sifariş edərək kirayədə qaldıqarı mənzilə getdi.

Qızım getdikdən bir müddət sonra onun telefonuna dəfələrlə zəng etsəm də, zənglərimə cavab verilmədi. Sadiqin mobil telefonundan da zəngimi cavablandıran olmadı".

"Boğazının kəsildiyini gördüm"

Bahar qeyd edib ki, həmin günü saat 21.40-da Goranboy rayon polis şöbəsindən onun mobil telefonuna zəng edilib: "Qızım Məlahətin Sadiq tərəfindən bıçaqlanaraq öldürüldüyü, Sadiqin polis şöbəsinə gələrək təslim olduğu barədə məlumat verildi. Goranboy rayon xəstəxanasının morquna getdim. Qızımın meyitinə baxdığım zaman meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olduğunu, boğaz nahiyəsinin kəsildiyini gördüm.

Məlahətin 25 günlük evlilik müddətində onun bədənində və ya üzündə hər hansı xəsarət izi görməmişəm. Hadisədən sonra Sadiqin özü və ya valideynləri bir dəfə də mənə zəng etməyib, halımı soruşmayıblar. Təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edirəm".

"Heç vaxt xəyanət etməyib"

Qətlə yetirilən Məlahətin xalası Səbinənin sözlərinə görə, 2022-ci ilin oktyabrında bacısı qızı Məlahətin eyni hərbi hissədə zabit kimi xidmət edən Sadiqlə ailə həyatı qurduğunu öyrənib:

"Məlahətlə görüşərək söhbət zamanı mənə Sadiqlə evlənməkdən peşman olduğunu, ayrılmaq fikrinə düşdüyünü bildirdi. Boşanma səbəbini Sadiqin evi maddi cəhətdən təmin edə bilməməsi, çoxlu pul borcunun və bank kreditinin olması, evi özünün dolandırması, Sadiqin spirtli içkiyə aludə olması ilə əlaqələndirdi.



Daha sonra Məlahətlə birlikdə onun bacısı Nigarın yeni doğulmuş uşağının qonaqlığına getdik, sonra birlikdə geri qayıtdıq.

Yol səfərində və qonaqlıqda Məlahət Sadiqdən ayrılmaq fikrinin qəti olduğunu, lakin Sadiqin buna razı olmadığını, əgər ayrılacağı təqdirdə Sadiqin onu və ya özünü öldürəcəyi barədə xəbərdarlıq etdiyini söylədi.

Gəncə şəhərinə geri qayıtdığımız zaman Məlahət hərbi formasını götürmək və söhbət etmək üçün Sadiqin yanına gedəcəyini dedi. Mən birlikdə getməyi təklif etsəm də, buna razı olmadı. Gəncə şəhərinə çatdıqda Məlahətdən ayrılaraq evimə getdim. Sonrakı gün bacım zəng edərək Məlahəti Sadiqin öldürdüyünü dedi.

Məlahətin Sadiqdən başqa kənar şəxslərlə münasibəti, kimlərləsə səmimi münasibət saxlaması, danışması, qısqanclığa zəmin yarada biləcək digər davranışı olmayıb. Məlahət heç vaxt Sadiqə xəyanət etməyib. Sadiq əsassız yerə şübhələnərək Məlahəti öldürüb. Oktyabrın 27-də Məlahət mənim yanımda kiminləsə görüşməyib, belə bir hadisə olmayıb".

"Ailəmlə tanış etdim"

Məhkəmə Məlahətin Sadiqdən başqa sevgilisinin olduğunu müəyyən edib. Həmin şəxs məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərib ki, Məlahətlə 2020-ci ilin yay aylarında Gəncə şəhərində tanış olub, tanışlıq zamanı bir-birlərinin mobil telefon nömrələrini alaraq sonralar danışıb və mesajlaşıblar:

"Bir müddət telefon danışıqlarımız və mesajlaşdıqdan sonra aramızda səmimi və sevgi münasibətləri yarandı. Ayda 1-2 dəfə görüşürdük. 2021-ci ilin dekabrında Məlahətə ailə qurmağı təklif etdim. Lakin həmin ərəfələrdə bank krediti olduğunu bildirərək krediti qurtardıqdan sonra mənimlə evlənə biləcəyini bildirdi.

2022-ci ilin yay ayında yenidən Məlahətə evlənməyimizi təklif etdim. O isə analarımizin öz aralarında bir-birləri ilə mobil telefonla danışaraq tanış olmalarını, onların razılığından sonra evlənməyimizin mümkün olduğunu bildirdi.

2022-ci ildə Məlahətlə telefonda danışaraq onu ailəmlə tanışdırmaq istədiyimi dedim. Razı olduqda onu öz avtomaşınımla evimizə apararaq ailəmlə tanış etdim. Sonra yenidən öz maşınımla evlərinə apardım.

Yolda söhbət zamanı Məlahət mənə evliliyimizin alınmayacağını bildirdi. Mən isə Məlahətin bir müddət sonra fikrini dəyişəcəyini düşünərək məsələni çox da dərinləşdirmədim.

Məlahətlə danışdığımız zaman onun Sadiqlə münasibətini bilməmişəm. Növbəti gün Məlahətin mobil telefonuna dəfələrlə zəng etsəm də, zəng çatmadığına görə anası Bahara zəng vurdum. Bahar Məlahətin sevdiyi şəxslə könüllü ailə qurmaq üçün getdiyini dedi.

Məlahət ailə həyatı qurduqdan sonra onunla heç bir əlaqəm olmayıb. Sonradan internet resurslarından Məlahətin əri Sadiq adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülməsini öyrəndim".

Bu cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadiq 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gömrük laboratoriyası” sahibkarları necə və niyə incidir? - BU DA FAKT!!!

Gömrük orqanları Azərbaycanda sıravi vətəndaşların və xüsusilə də sahibkarların haqlı narazılıq etdiyi qurumlardan biri kimi öz “dəyişməz statusunu” saxlamaqda davam edir. Doğrudur, son illər Dövlət Gömrük Komitəsində Azərbaycanın ən varlı adamlarından birinə çevrilmiş Səfər Mehdiyevin sədr vəzifəsindən çıxarılması başda olmaqla, ciddi kadr dəyişiklikləri həyata keçirilib, müəyyən səviyyədə şəffaflıq yaradılıb və sair. Lakin buna baxmayaraq, gömrüyün bir çox fəliyyət istiqamətlərində köhnə “adət-ənənələr” qorunub saxlanmaqdadır...

Həmin “ənənələrdən” biri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə bağlıdır. Gömrük orqanı istənilən sahibkarın gətirdiyi malı tərkibinin yoxlanması, ya da malın hansı gömrük rüsum dərəcəsinə düşdüyünü(kodunu) müəyyən etmək üçün bu idarəyə göndərə bilər və göndərir. Bu zaman təbii ki, subyektivliyə yol verilir, hər şey orqan əməkdaşının fikrindən asılıdır. Bununla da sahibkarın “qara günləri” başlayır...

Yeri gəlmişkən, ekspertizaya görə rüsum az qala iki dəfə artırılaraq, hər mal çeşidinə görə 50 manata çatdırılıb. Yəni, bir konteynerdə 100 çeşiddə malınız varsa, ekspertizaya görə 5 000 manat ödəməlisiniz. Ona görə də sahibkarlar daha öncədən, könüllü olaraq mallarını ekspertizaya verməkdə maraqlı deyillər.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2018-ci ildən etibarən 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələrindən yeni 3 pilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid tətbiq edilib. Bununla bağlı rəsmi izahatda deyilir ki, məqsəd rüsum dərəcələrinin strukturunun sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, əksər mal kodları üzrə idxal gömrük rüsumlarının endirilməsidir və s.

Ancaq reallıqda təəssüf ki, tamamilə başqa mənzərə hökm sürür. Belə ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinə gətirilən mal on günlərlə, hətta bəzən daha çox müddətdə burada saxlanılır. Bu zaman sahibkar həm bu malın yükləndiyi yük maşınının hər gününə görə logistika şirkətinə, sürücüyə yüzlərlə dollar artıq vəsait ödəyir, həm də həmin maşın idarənin dayanacağında “yatdığına” görə gündəlik əlavə vəsait ödəyir.

Bəzi hallarda, “əli nisbətən uzun olan” sahibkarlar gətirdikləri malların nümunələrini laboratoriyaya təqdim edərək, yük maşınlarını buradan çıxara, hətta mallarını öz anbarlarına boşalda bilirlər. Lakin bu halda da həmin mallar gömrük orqanı tərəfindən möhürlənir və laboratoriyanın cavabı çıxana qədər onun satışına icazə verilmir. Möhürün qanunsuz şəkildə götürülməsi və malın satılması isə böyük məbləğlərdə cərimə nəzərdə tutur.Yəni, sahibkar malı öz anbarına boşaltsa da, onu sata bilmir.

Qeyd edək ki, söhbət malın ziyanlı, yaxud ziyansız olduğunu yoxlamaq üçün aparılan laboratoriya işindən getmir. İdarə sadəcə, həmin malın yuxarıda qeyd edilən 15 faiz, 5 faiz, yoxsa 0 faiz gömrük rüsumuna cəlb edilməsini yoxlayır. Bu isə ya işin çoxluğundan, ya səhlənkarlıqdan, ya da hansısa digər səbəbdən on günlərlə, bəzən aylarla vaxt aparır. Deməli, sahibkar həm yük maşınının icarəsinə, həm də “dayanacaq pulu”na görə əlavə xərclər çəkir.

Malı hansısa anbara boşaldırsa, orada icarə haqqı ödəyir, malı satışa çıxara bilmədiyi üçün əlavə izafi xərclərə düşür – işçiyə əmək haqqı, mağazaya icarə haqqı və sair ödəyir. Məsələn, onun kredit götürdüyü bank isə öz faizlərini tələb edir, icarəyə verən öz haqqını, işçi öz maaşını istəyir və onları gömrüyün sahibkarın başına açdığı oyunlar maraqlandırmır. Bütün bunlar da nəticədə həmin malın maya dəyərini artırır, rəqabət qabiliyyətini azaldır və ən nəhayət, qiymətini bahalaşdırır ki, bu da sonda sahibkarın və sıravi alıcıların başında, cibində “çatlayır”.

Mərkəzi Gömrük Ekspertiza İdarəsi isə “xımır-xımır öz işi ilə məşğuldur, heç yerə tələsmir. Hansı ki, bu vəziyyətin yaranmaması üçün asan çıxış yolları var.

Birincisi, idarənin işini sürətləndirmək, süründürməçiliyə, bürokratiyaya son qoymaqdır. Ancaq uzun illərdən bəri, o cümlədən S.Mehdiyevdən əvvəl, onun öz dövründə və indinin özündə də bunu etmək istəyənə oxşamırlar.

Yaxşı, əgər bunu bacarmırlarsa, heç olmasa sahibkardan əvvəlcədən hansısa məbləğdə depozit almaq olar. Zatən sahibkar heç yerə qaçan deyil. Onu “boğazlamaq” gömrük və vergi orqanı üçün bir udum su içmək qədər asandır.

Ancaq yenə də, sahibkara inam yoxdursa, depozit alsınlar. Yəni, əgər mal 15 faiz, yaxud 5 faiz gömrük dərəcəsinə düşərsə, həmin depozitdən sahibkarın ödəməli olduğu gömrük rüsumu çıxıla bilər. Yox, əgər 0 faizə düşərsə, depozit sahibkara qaytarılar.

Əvzəində, astagəl laboratoriyanın öz işini gördüyü müddətdə sahibkar asanlıqla malını satışa çıxarar və öz xərclərini, maaşları, icarə haqqını və s. ödəyər, əlavə xərclərə düşməz, nəhayət, onun satışa çıxardığı mal da daha ucuz olar.

Ancaq göründüyü kimi, DGK bunların heç birini etmir – nə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin işini sürətləndirmir, nə də sahibkara ekspertiza müddətində öz malını satmağa imkan yaratmır.

Müqayisə üçün bildirək ki, məsələn, Gürcüstanda sahibkar nəinki ekspertiza xərclərini, ümumilikdə gömrük rüsumunu dərhal yox, malı satandan sonra ödəyə bilir. Yəni, ona müəyyən möhlət verilir. Azərbaycanda isə bütün xərcləri, rüsumları dərhal, yerindəcə ödəyən sahibkar belə süründürməçiliklə üzləşir.

Əlbəttə ki, ekspertiza məsələsi gömrükdəki çoxsaylı problemlərdən yalnız biridir və daha çox texniki məsələdir. Belə problemləri həll etmək üçünsə sadəcə, öz vətəndaşına, sahibkarına azca da olsa “can yandıran” məmurlara ehtiyac var. Belələri isə görünür ki, yoxdur, xüsusilə də gömrük orqanında.

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İş adamı Bakıda kolleci satın aldı: Yerində bina tikəcək? - İLGİNC

Tikinti maqnatı İsfndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir.

İddialara görə, İsfəndiyar Axundovun təhsil sektoruna yatırım etmək kimi bir niyyəti yoxdur. Bildirilir ki, iş adamına sadəcə kollecin ərazisi lazımdır.
İsfəndiyar Axundovdan əvvəl kollecin qanuni təmsilçisi Dünyamalıyeva Sabirə Səfi qızı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, Sabirə Dünyamalıyeva Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. O, 1990-1993-cü illərdə Bakı Qızlar Kollecinin, 1993-cü ildən sonra isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləyib.

Ali Tətbiqi Elmlər Kolleci sonradan sadəcə Azərbaycan Tətbiqi Elmlər Kolleci adlandırılıb. Hazırda sözügedən kollec fəaliyyət göstərmir.

Yeri gəlmişkən, 2008-ci ildə kollecin Naxçıvan şöbəsi saxta diplom satışı ilə gündəmə gəlib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib.

Qaynarinfo məsələ ilə bağlı İsfəndiyar Axundovla da əlaqə saxlayıb. Maraqlıdır ki, iş adamı kollec almadığını deyib. "Mən kollec almamışam, xəbərim yoxdur bu məsələdən", deyə o, vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – FOTOFAKT

Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir.
Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – FOTOFAKT

Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib.
Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – FOTOFAKT

Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub.
Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir.
Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – FOTOFAKT

Günel Rüstəmova

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzində baş verən hadisəni “ört-basdır“ edir?

On bir yaşlı Xədicə Babazədənin komaya düşdüyü Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkilir.
barədə Xədicə Babazadənin atası Zamin Babayev məlumat yayıb.
Z.Babayev yazır ki, övladına narkoz veriləndə onu stomatoloji kabinetdə oksigen xəttinin olmasına arxayın ediblər.
Qeyd edək ki, fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşıb. Bir müddət sonra isə uşa komaya düşüb.
Asiman Həsənov "Tərəqqi" medalına layiq görüldü
Xədicə Babazadənin atası övladının komaya düşməsini müayinədən keçirilmədən narkoz verilməsi ilə əsaslandırır: “Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü. Təxminən 40 dəqiqə keçəndən sonra bizə dedilər ki, uşağın təzyiqi düşmüşdü, təzyiqini normallaşdırmaq üçün reanimasiyaya salırıq. Bir saata özünə gəlsin, evə göndərəcəyik. Bizi aldatdılar, görünür ki, anestezioloq lazımi müayinələri etməmişdi. Bəlkə də narkoz lazımı dozadan artıq olub. Bəlkə də, o uşağın yanında olmayıb. Sonradan öyrəndik ki, ürəkdayanma olub. Bu zaman erkən müdaxilə 3-5 dəqiqə ərzində olunarsa, beynə oksigen gedər. Uşağı başıaşağı çevirməli idilər ki, qan beynə işləsin. Qızım Bakı Sağlamlıq Mərkəzində 4 gün qalıb. Beyin zədələnməsi zamanı qızıl dönəm ilk 72 saat sayılır. Doğru tədbirlər aparılarsa, beyni mümkün qədər qorumaq ola bilər. Uşaq 8 dəqiqə, bəlkə də, 15-20 dəqiqə nəzarətsiz qalıb və fəsadlar ortaya çıxıb. Öz təşəbbüsümüzlə xəstəxanadan çıxarıldı və köçürüldü. Hazırda uşaq Mərkəzi Klinikadadır, beyni MRT olunub və fəsadlarda artma var. Vəziyyəti kritikdir və ağır koma vəziyyətindədir. Anestezioloq ortada yoxdur, onunla danışa bilməmişik. Nə rəhbərlik səviyyəsində təşəbbüs göstərilmədi, bizə köməklik olunmadı. 3-4 gün aldadaraq vaxtımızı aldılar. Gözləyirdilər ki, koridorlarda 3-4 gün qalaraq süstləşək və bu vəziyyəti qəbullanaq”.
Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov də məsələ ilə bağlı açıqlama verib: “15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu. Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar. Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi). Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm:
1. 46-cı dişin restavrasiyası.
2. 21-ci dişin endodontik müalicəsi.
Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı. İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum.
Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi.
Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”.
Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin baş direktoru Asiman Həsənovdur.
Asiman Həsənov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu iddia edilir.
Asiman Həsənovun Tədris Cərahiyyə Klinikasının baş həkimi olarkən MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələrinin olduğu, bir çox qanunsuz işləri həyata keçirdiyi barədə mediada yazılar tirajlanıb.
O zaman yayılan xəbərlərə Asiman Həsənov mövqe bildirməyib.(Azfakt)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərsun” bizə nə yedirir... nə içirdir: BİR SORUŞAN VARMI? - NARAZILIQ VAR...

"Millət, stəkandakı maye nə kompot, nə "pepsi", nə "kola", nə konyak, nə də qırmızı çaxırdır. Soruşmayın... indi özüm deyəcəm: bu həm çaydı, həm də çay deyil. Kəmhövsələ olmayın, izah edirəm. Bu doğrudan da çay dəmidir... A.Goozalın istehsal etdiyi “Azərçay”... hansı ki, yoxsul təbəqənin əlacsız nümayəndələri kimi biz gündəlik onu içirik..." Dia-az.info bildirir ki, bunu öz açıqlamasında tanınmış qocaman jurnalist Rövşən Kəbirli qeyd edib.
“Azərsun” bizə nə yedirir... nə içirdir: BİR SORUŞAN VARMI? - NARAZILIQ VAR...

E.Kəbirli daha sonra yazır: "Amma çoxumuz fərqində deyilik ki, içdiyimiz bu çayın tərkibində təbii çayla yanaşı kimyəvi qatqı da var. Adına "kraska" deyək. Şəxsən mən bu "kraska"nın nə olduğunu bilmirəm... amma onu təbii çaydan təmizləməyin metadologiyasını bilirəm. Deyim, siz də bilin. Eşitmişik ki, çay azı 5-7 dəqiqə dəmdə qalmalıdır, amma ümumiyyətlə “Azərsun” istehsalı olan çayları çaynikə atıb üstünə eləcə istisu tökəndən 2 dəqiqə sonra sanki dəmlənmiş kimi içməyə hazır olur. Əslində isə bu təbii çayın qızartısı yox, ona vurulmuş kimyəvi maddənin rəngidir. Bu maddəni ayırmağın yolları: Quru çayı çaynikə atır, üstünə yarsınadək qaynar su alıb, 10-15 saniyə çaxlayıb təxminən 2 dəqiq gözlədikdən sonra lüləyindən süzürsünüz. Stəkanda gördüyünüz bu maye tullantıdır, sanki avtomobilin "mator"unu yumusan- hisəbənzər tünd qara rəng. Yenidən çayniki qaynar su ilə doldurub qoyursunuz dəmə. Çayın dadı da rəngi də normal olur, yəni təhlükəsiz içmək olar".

Qeyd edək ki, R.Kəbirlinin sözügedən açıqlaması sosial şəbəkələrdə rezonansa nədən olub və geniş müzakirə olunub. Bu olaya müxttəlif münasibətlər bildirilib. Onlardan birini - Elxan Səmədov adlı istifadəçinin açıqlamasını dia-az.info olaraq təqdim edirik:

" "Azərsun" Holdinq Azərbaycanın ərzaq təminatını ələ aldıqdan sonra ürək damar xəstəlikləri onkoloji xəstəliklər damar kirəcləşməsi ( damar tıxanıqlığı) xəstəliklər kəskin artaraq kütləvi hal almaqdadır...."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meksikanın Azərbaycandakı səfiri: Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər


Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər.

“Report”un məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Xankəndi – Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib.

Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib: “Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bir neçə həftə əvvəl dəvət aldıq. Meksika yarışda 4 idmançı ilə təmsil olundu. Onlar burada özlərini evdəki kimi hiss edirlər. Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. İdmançılarımız təşkilatçılıqdan çox razıdırlar”.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışın qalibi Artyom Əliyev olub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO