[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlhamə Abdullayeva ilə bağlı İLGİNC FAKT - SƏN DEMƏ...


Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva barədə ilginc məlumat yayılıb.

Qlobal.az xəbər verir ki, mediada yayılan məlumatda İlhamə Abdullayevanın Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunmasında “Körpü-Bina-Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun mühüm rol oynadığı bildirilir.

Məlumatda onların yaxın qohum olduğu vurğulanır.
İlhamə Abdullayeva ilə bağlı İLGİNC FAKT - SƏN DEMƏ...

“Körpü-Bina-Tikinti” şirkəti körpü və yolların tikintisi ilə məşğul olur.

Hər il dövlətdən yüz milyonlarla birbaşa müqavilələr götürən “Körpü-Bina-Tikinti” MMC hazırda işğaldan azad olunmuş ərazilərdə çalışır.

Qeyd edək ki, İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2020-ci ildə təyin edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi ən çox şikayət və qalmaqalları olan müəssisələrdəndir.

Regional idarədə ən böyük qalmaqallardan biri 2013-cü ildə baş vermişdi.

Belə ki, ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin nərd yarışı keçirilmişdi.

Məktəbin o zaman sosial şəbəkələrdə keçirdiyi tədbiri paylaşması Elm və Təhsil nazirliyində ciddi narazılıq yaratmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Himalay Məmişov İsveçrədə infarkt keçiribsə, keçirib... BUNU NİYƏ GİZLƏDİRLƏR Kİ? - O DA İNSAN DEYİLMİ?

Dövlət Sosial Müdafiə Fondu Gununsesi.info-nun adıçəkilən qurumun İdarə Heyətinin sədri Himalay Məmişovun İsveçrədə infarkt keçirməsi barədə xəbərinə reaksiya verib.

Qeyd edək ki, bu barədə yazdığımız xəbərdə İsveçrə Krallığına rəsmi səfərə gedən Himalay Məmişovun fevralın 27-də infarkt keçirdiyi deyilir.

DSMF-nin yaydığı məlumatda isə Himalay Məmişovun İsveçrədə işgüzar səfərə getdiyi,lakin ölkəyə qayıtdığı deyilir:

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.

Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.

Bununla belə Gununsesi.info olaraq, xəbərin dəqiqliyinə bir daha israr edirik.

Qeyd edək ki, Himalay Məmişovun vəzifəsini icra edən şəxsə verdiyi imza nümunəsi daha 10 gün uzadılıb.

Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər bir insanın başına belə bir arzuolunmaz hal gələ bilər.

Ancaq bunun gizlədilməsi isə təəccüb doğurur.

Biz də Himalay müəllimə tezliklə sağalmasına və işinin başına dönməsini arzu edirik.

Gununsesi.info

***

ƏVVƏLKİ XƏBƏR BUDUR
Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov İsveçrədə infarkt keçirib.
Bu barədə Gununsesi.info-ya DSMF-dəki mənbələrdən bildirilib.
Məlumata görə, fevral ayının 27-də İsveçrə Krallığının gedən Himalay Məmişovun səhhəti orada qəfil pisləşib. Xəstəxanaya çatdırılan Məmişova infarkt diaqnozu qoyulub.
Onun hazırda İsveçrədəki tibb müəssisələrinin birində həkim nəzarətində olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gedib baxdım, kassada endirim çıxmadı..." - GİLEY

“Al market” tanınmış kolbasa firmasının adı ilə endirim reklamlarının yalan olduğu məlum olub.

Tribunainfo.az xəbər verir ki, sözügedən marketin yalanını vətəndaş Elmir babayev üzə çıxarıb. O bildirib ki, market sponsorlu paylaşım edərək “Ovçular”firmasına məxsus krakov kolbasasının endirimdə olduğunu reklam edib. Lakin marketdə məlum olub ki, endirim başqa kolbasalara aidir:

“Reklam edirlər ki, “Ovçular” krakov kolbasası endirimdədir. Gedib baxdım, kassada endirim çıxmadı. Əvəzində başqa bir firmanın "krakov" kalbasasını təklif etdilər. Təklif etdikləri kolbasa da adı-sanı bilinməyən, dadı-tamı olmayan bir məhsuldu. İki gün əvvəl həm "Vatsap"da müştəri xidmətlərinə, həm də "Facebook"da şikayətimi bildirmişəm. Amma maraqlanmırlar. Köməklik etməkləri bir yana qalsın, rəyimi silirlər ki, başqaları görməsin və aldatmağa rahat davam etsinlər”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Gedib baxdım, kassada endirim çıxmadı..." - GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binədə sakinlər NƏDƏN ŞİKAYƏTÇİ DÜŞÜB? - MÜRACİƏT


Vətəndaş Şükür Cavadov Bakının Xəzər rayon su idarəsi və onun rəhbəri Mübariz Nəsirovdan şikayətçidir. Anaxeber.info məlumat verir ki, Binənin sovxoz ərazisində su qıtlığı yaşanır. Vətəndaş bildirir ki, Xəzər rayon Binə Südçülük Sovxozu adlanan ərazidə 3 gündür, gün ərzində 3-4 saat su verirsiniz: "O da insanların yatan vaxtında. İnsanları susuzluqla sınağa çəkməkdən əl çəkin artıq. Nədən suyun verilməsində əhaliyə problem yaradırsınız??
Su itkilərinin qarşısını almaqdan ötəri işinizə daha ciddi yanaşaraq, sudan qeyri-qanuni istifadənin qarşısını almaq üçün işinizə daha məsuliyyətli yanaşmaq əvəzinə, abonentlərin suyunu kəsməyin!
Bunun ahılı var, xəstəsi var, körpəsi var, lap elə sağlamı var. Bu problemi yaşatmaqla bağlı hansı dərin və ciddi əsaslar gətirə bilərsiniz?
Ölkədə suyun azalması problemini? Əcəba ay sonunda ödənişlərdə bunu nəzərdə tutursunuz?
Siz kimsiniz ki, ilin-günün bu vaxtında vətəndaşı küçələrə düşməyə təhrik edəsiniz?
Heçmi vicdan yoxdu sizdə?
Ayıbdı, günahdır axı!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"UNEC plagiat elmi iş üzrə əldə edilən diplomu ləğv etmir..." - ETİRAZ

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etməsi barədə yayımlanan məlumatın detallarını açıqlayıb.

O, Pravda.az-a açıqlamasında deyib ki, 2013-cü ildə Bakı Dövlət Universitetində Prezident yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müdafiə etdiyi “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi 2019-cu ildə İqtisad Universitetinin magistri Elməddin Əhədzadənin adından magistr işi kimi qeydə alınıb.

"Bundan xəbər tutandan sonra UNEC-nin rektoru Ədalət Muradova yazılı etirazımı bildirdim, dissetasiya işinin plagiat olması barədə şikayət etdim. Rektor mənə cavab verdi ki, iki elmi iş arasında heç bir oxşarlıq yoxdur, məhkəməyə müraciət edin. Hər şey göz qabağındadır, amma rektor bunları görməzlikdən gəldi. Məhkəməyə müraciət etdim və 3 tələb irəli sürdüm. Həmin magistrın dissertasiya işinin ləğvi, mənə dəyən maddi-mənəvi ziyana görə təzminat ödənilməsi və magistrın diplomunun ləğvi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiam qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 manat məbləğində kompensasiyanın və 1000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdeh Əhədzadə Elməddindən tutulması qət edilib. Əslində, Elm və Təhsil Nazirliyi, UNEC və magistrant birlikdə mənə 70 minə yaxın ödəməli idilər. Artıq cavabdehdən 4000 manat alınaraq mənə ödənilib. Dövlət qərar çıxarsa da, dissertasiya işinin ləğvi tələbini UNEC bu günə qədər yerinə yetirmir. Rektor hər vasitədən istifadə edir, işin ləğvinə maneə olur. Magistrın diplomunun ləğvi məsələsinə Ali Məhkəmədə baxıldı. Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli qərarına görə, diplomun ləğvi ilə bağlı ADİU-ya müraciət etməyim bildirildi. Qeyd olundu ki, əks halda, İnzibati Məhkəməyə müraicət etməlisiniz. Ali Məhkəmənin qərarını Ədalət Muradova göndərdim. Lakin cavabı tədris üzrə prorektor Gəray Musayev verdi, işi üzərlərindən atdı. Ümumiyyətlə, Sumqayıt İcra və probasiya şöbəsi də qərarın yerinə yetirilməsində maraqlı deyildi. Dissertasiya işi ləğv edilməlidir axı, buna görə UNEC və icra məmuru birləşərək işi öz aralarında boğurlar. Öz mənafelərini dövlətin qərarından üstün tuturlar. Noyabrda Bakı İnzibati Məhkəməsinə müraciət etdim, yanvar ayında iş Şirvan İnzibati Məhkəməsinə göndərildi. Ötən ay yanvarın 15-də Ədliyyə Nazirliyində oldum, nazirə rəsmi müraciət etdim. Nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işə çox obyektiv yanaşdı. Hazırda Şirvan İnzibati Məhkəməsinin qərarını gözləyirəm. Birinci məhkəmə iclası 2024-cü il mayın 6-na təyin olunub. İş hakim Amiliya Hüseynovanın icraatındadır. Ümid edirəm ki, dissertasiya işi ləğv edildiyi üçün avtomatik diplom da ləğv ediləcək. Çünki qayda belədir. Sadəcə, hakimlər təcrübəyə əsaslanırlar. Azərbaycanda məhkəmə praktikasında isə indiyə kimi plagiatla bağlı heç bir işə baxılmadığı üçün hakimlər necə qərar çıxaracaqlarını bilmirdilər. Hazırda məhkəmələrə ən çox boşanmalar, cinayət işləri ilə bağlı müraciət edilir, plagiat işi üzrə müraciət yoxdur”, - S.Ağayev qeyd edib.

S.Ağayev əlavə edib: “Bir neçə gün öncə UNEC rektoru Ədalət Muradovun öz “Facebok” səhifəsində paylaşdığı statusa şərh yazmışdım. Rektorun ədalətli olacağını güman edərək ona şərh bölməsində fikirlərimi bildirdim. Çox təəssüf ki, Ədalət Muradov dözümsüzlük göstərərək 12 saatdan sonra yazdığım şərhi sildi. Bununla kifayətlənməyib ictimai nüfuzunu, alimliyini nəzərə almadan məni bloka saldı. Halbuki bu, çıxış yolu deyildi. Kimin haqlı, yaxud haqsız olduğuna ədalətlə, vicdanla ictimaiyyət qərar versin. Mən buna sussam, tələbələrim mənə deyərlər ki, müəllim, sizdən oğurluq ediblər, bəs necə haqq-ədalətdən, elmdən-təhsildən danışırsınız? Hər şeyi cənab Prezidentə deməliyik? Bəs sizi rektor nə üçün təyin edib? Bilirlər ki, üz-üzə danışmağa heç bir sözləri, əsasları yoxdur. Zamanım, əsəblərim, pulum gedir. Məhkəmə yollarında qalmışam. Mənim də ailəm, övladlarım qarşısında öz məsuliyyətim var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sovetdən qalma Həmkarlar Təşkilatı KİMƏ VƏ NİYƏ LAZIMDIR Kİ? - ETİRAZ

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Bu sistem köhnədir və sovetdən qalma fırıldaqdır... Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.

Dia-az.info bildirir ki, bunu Öz müraciəttlərində "Azneft" İB-də çalışan neftçilər qeyd edib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”,- neftçilər deyib. (Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sovetdən qalma Həmkarlar Təşkilatı KİMƏ VƏ NİYƏ LAZIMDIR Kİ? - ETİRAZ

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Bu sistem köhnədir və sovetdən qalma fırıldaqdır... Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.

Dia-az.info bildirir ki, bunu Öz müraciəttlərində "Azneft" İB-də çalışan neftçilər qeyd edib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”,- neftçilər deyib. (Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputata məxsus olduğu bildirilən şirkət icra məmurunun tələblərini yerinə yetirməyib

“İnvest.M construction” MMC-yə inzibati protokol yazılıb.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yaşıl Ada” Restoranı hansı maraqlara xidmət edir? - Restoran vətəndaşların Konustitusion hüquqları tanımır...


Bu gün bütün mediada səs küyə səbəb olan “Yaşıl Ada” Restoranı qanunu sahibi Prezident Aparatında çalışması ilə bağlı ilginc məlumatlar daxil olub. Beləki icarədarlar qanuna zidd fəaliyyətləri barədə bir çox yazılar video görüntülər sosial mediada paylaşılıb. Lakin bu günə qədər bu restoranın bağlanmasına heç bir orqan sonacan duruş gətirə bilməyib. Bunun əsas səbəblərindən biri isə yuxarıda qeyd etdiyimiz qüvənin olması ilə əlaqələndirilir.

“Yaşıl Ada” Restoranı yerləşdiyi ərazi yaşayış binasının tam altıdır. Burada restoranın səhər saatlarına qədər içki aləmi keçirməsi və səsli küylü musiqi aləmi sakinləri çox narahat edir. Yaşadıqları bu zülmə isə dur deyəcək qurum tapa bilmirlər. Sahibkara qanunla 23:00-dan sonra musiqi vermək qadağan olduğu halda şəxslər səhər 05:00 qədər musiqinin yüksək səs diapazonunda verməsi arxalıyam kimsədə mənə toxuna bilməz deyiminə gətirib çıxarır. Bununla bitsə yaxşıdır. Hətta iki gündən bir kütləvi dava dalaşlar sakinlərin Konistitusiya ilə tənzimlənən istirahət hüququnu tamamilə əlindən alır. Demokratik dövlətin vətəndaşları öz qanuni hüququn tələb etdiyi halda təqiblərlə üzləşir. Restoran insan hüquqlarına qarşı kobudluq göstərməsi tutduğu çirkin əməlindən geri addım atmamasıda himayəçinin gücünə arxalanmasındandır?

Əslən Şəmkirli olan iki qardaş tərəfindən idarə edilən “Yaşıl Ada” Restoranı heç bir hüquqi sənədlərdə bu qardaşların adı keçmir. Kamaləddin və Kamal kimi tanınan Məmmədov qardaşları nədənsə tez-tez soy adlarını dəyişdikləri kimi Restoranlarınında adlarını dəyişdirməyi adət halına gətirib. “Yaşıl Ada” Restoranı kimi tanıdığımız bu restoran əvvəllər “Baku City” adı ilə cinayət işində adı hallanan həmin məşhur saxta viskilərin satıldığı məkanlardandır. Bu gün isə adını dəyişsədə əməlini dəyişməməsi hamıya bəlidir. 40-50 manat civarında viskiləri 150-250 manat aralığında çox vaxt isə aksionlar keçirərək həmin saxta içkiləri 1000 manat dəyərində satışın təşkil edilən həmin məkandır. Polis zabitinin zəhərlənərək öldüyü bu restoran əslində həmin şəxslərin əlindən alınmalı idi. Nədənsə 2019-cu ildə bu günə qədər restorana sahibini sadəcə 4 il 6 ay həbs cəzası verilməklə problemin aradan qalxdığı imici verildi. Lakin bu gün belə dövlət büdcəsindən yayınan və Qarabağda döyüşmüş gənclərimizə iki stol açmaqla özlərini xeyrxah iş adamı kimi göstərən restoran sahibi əslində isə elə deyil. İntiriqa və qalmaqalarla qidalanan bu şəxlər öz adları ilə deyil başqalarını qanunlar qarşısında zamin qoyaraq bu yerlərə gəlib çıxmışdır.

Vaxtı ilə “Yaşıl Ada” Restoranı Yetər adlı əslən Naxçıvandan olan xanımın adına sənədləşdirilib və onun VÖENÜ əsasında fəaliyyət göstərib. Həmin zaman vöen sahibi deyil arxa planda olan Füzuli Alıyev əsil adı isə Kamal Məmmədov olan şəxsin idarəçilində olub. Xanım “Yaşıl Ada” Restoranında admistrator vəzifəsində çalışıb. İllərlə toplanan vergi borcları qanuni tədbirlərin görülməsi etabına gəldikdə restoran xanımın adından dərhal çıxarılır. Lakin xanım dəfələrlə Verginin ödənilmədiyinə görə Naxçıvan Məhkəməsinə verildiyin bildirir. Vergi borcunun ödənilməsin xahiş edir. Amma kimə nəyi izah edəsən ki, Füzuli Alıyev həbsdə olduğundan qardaşı Kamaləddin Məmmədov vergi borcunu ödəməyir. Və qardaşının çıxacaqı zaman ödənilər deyə vədlər verir. Xanım bu vədlərin yalan olduğunu görür və vergi borcun ödənməsinə dair restoranın əmlaklarını satılaraq vergi borcunun bağlanmasına imza atır. Lakin nədənsə burda vergi əməkdaşları ilə K.Məmmədov arasında gizli razılaşmaya əsasən restoran 44 günlük Vətən Müharibəsində qazi olan Arzu adlı şəxsin adına sənədləşdirilir. Və Naxçıvan Muxtar Respublikası Adından çıxarılan Məhkəmə qərarın icra müddətində K.Məmmədovun qohumu Rəhimov Vüsal Arzuman oğlu vergi əməkdaşları ilə sövdələşərək icranın qarşısın alır. Beləki, Vergi əməkdaşları Qazinin adından təcili olaraq Çıxarılan qərardan şikayət etmələri və guya əmlak Qazininmiş kimi Apellyasiya məhkəməsinə müraciət etməsi ilə bağlı iddia ərizəsi hazırladaraq bir nüsxəsin Naxçıvan MR-nın Məhkəməsinə digərini isə Vergi əməkdaşlarına təqdim edir.

İqtisadiyyat nazirliyi yanında Vergilər departamentinin Audit yoxlaması mütləq şəkildə hər iki restoranın yoxlamalarına başlasa yüksək miqdarda vəsaitin dövlət büdcəsindən yayındığı halını müəyyən edəcəkdir. Belə ki Vergi əməkdaşlarının gecələr həmin restoran sahiblərinin hesabına kef damaq çəkməsi onların qanuni tədbirlərdən azad etdiyidə real faktdır...

Vergi əməkdaşları illərdir qeyri ənənəvi üsullardan istifadə etdikləri üçün gündəlik 10000 manat dövriyəsi olan və müştəriyə heç bir rəsmi çek təqdim etməyən bu restoranın dövriyəsini qat-qat aşağı göstərməklə dövlət büdcəsinə deyil şəxsi ciblərin dolmasında “əl-əli yuyar” misalı ilə işləməkdədi.Lakin Bakı şəhərində tək bu restoran deyil Vaxtı ilə “Baku Music Holl” və sonra “By Fateh” daha sonra “BY Ramin”, Miss Zarina” İndi isə “By Şahbazov” adı ilə tanınan restoranda bu şəxslərə məxsusdur. Və rəsmi olaraq yuxarıda qeyd etdiyimiz yaxın qohumları Rehimov Vüsal Arzuman oğlunun adında müqavilə əsasında icarədədir. Dəfələrlə Qida Agentliyi və Vergi tərəfindən cərimələnən restoran kimi qısa müddətdə 40 min manata qədər dövlətə borcu olan restoran siyahısındadır. Reklam Agentliyi tərəfindən olan cərimələri hələ demirik. Yəni restoran işlətdiyi halda yüksək gəlir əldə edən bu sahibkarlar dövlət vergisini düzgün ödəməkdən yayınmağın yolunu rahatçılıqla icra edirlər.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir daha nələrin olduğunu bilmək istəyirsinizsə bizi izləməyi unutmayın. Bizimlə qalın.

Bakunews
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT sədri QHT Agentliyinin icraçı direktorunun səs yazısını sosial şəbəkədə paylaşdı – SƏS YAZISI


Turantv.az QHT sədri Mətanət Əskərqızınəın paylaşdığı statusu oxuculara təqdim edir:
“Hələ belə axmaq məmura rast gəlməmişəm… Söz verdiyim kimi QHT Agentliyinin icraçı direktorunun mənə də gəlib çatan səs yazısından birini paylaşıram.
Digərlərini etika xatirinə yaymıram. Öz rəhbərliyini təhqir ifadələri olan səsi mən yaya bilmərəm. Amma aidiyyəti qurumlar istəyərsə təqdim edərəm. Bu artıq mənəviyyat məsələsidir.
Bu səs yazısında adam konkret olaraq etiraf edir ki, bizi yoxlasalar yarım milyon taparlar. İstəsələr taparlar bəli , yəni arxayındır ki, yuxarılar istəmir))
İndi mənə maraqlıdır ki, yaxasını Agentlik üçün cıran media və QHT rəhbərləri nə yazacaq? Cavabı sadədir. Bu adamı himayə edənlər səslənən məbləğlərə şərikdirlər, əks halda bu məsələlər çoxdan həll olunmuşdu.
Səs yazısında QHT-ləri aşağılayan ifadələrə gəldikdə isə, bəlkə də düz deyir. Qrant üçün vicdanını satan bəziləri həqiqətən ömür boyu layihə pulunu qırmaqla məşğuldur. Görün sizin haqqınızda nələr düşünülür, siz isə ….
Buradan Azay Quliyevə də səslənirəm. Bir dəfə səlahiyyətiniz çatanda həmin adamdan soruşun ki, sizin gizli videolarınızı niyə çəkib ora-bura ötürüb? Hamını düşmən etməklə, yalandan onun bunun arasını vurmaqla nə əldə etmək istəyib?
P.S Digər mehriban düşmən heç sevinməsin,onun da hərələklərindən xəbərdarıq! Ardı var!!!”

Video burda: My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO