[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MM sabah toplanır: Baş nazirliyə namizəd kimdir?


Xəbər verdiyimiz kimi, sabah Milli Məclis toplantı keçirəcək və Prezidentin Baş nazir vəzifəsinə təqdimatına baxılacaq. Bu məlumat sosial şəbəkələrdə müxtəlif ehtimal və versiyaların irəli sürülməsinə səbəb olub.

Axar.az bir neçə millət vəkilindən sabah baş nazir kimi kimin namizədliyinin müzakirə olunacağını öyrənməyə çalışıb. Millət vəkilləri namizədin əvvəlcədən təqdim edilmədiyini, yalnız iclas zamanı müzakirədə açıqlanacağını bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədovun bu vəzifəyə təsdiqlənəcəyi haqda iddialarla yanaşı, digər versiyalar da səsləndirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtobuslarda bank kartı ilə ödəniş mümkün olacaq

Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir:

"Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".

O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.

"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakan Fidan gürcü həmkarı ilə Qafqazdakı vəziyyəti müzakirə etdi

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyət və regional təhlükəsizliyə çağırışları müzakirə ediblər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regionun sabit inkişafı üçün sülhün təmin olunmasının vacibliyini bir daha qeyd ediblər. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu qeyd edilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialı məsələsini qaldırıblar. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazirlər qeyd ediblər ki, bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.(Redaktor.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Günay Sığorta” şirkəti kimə güvənərək, qanunlarımızı kobud sürətdə pozur?!” - ETİRAZ VAR...

Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36-da yaşayan Ağayev Əfrazi Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, “Günay Sığorta” ona dəymiş ziyanı ödəmir:

“Yazaraq bildirirəm ki, 2011-ci ildə Dövlət İpoteka Fondu vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36 ünvanında ev almışam və bu illər ərzində sığorta haqqı ödəmişəm.

2023-cü ildə ölkə ərazisində baş vermiş zəlzələdən sonra evimin istinad divarlarında çatlar əmələ gəlmiş və qəzalı vəziyyətə düşmüşdür. Mən bu barədə 2023-cü ilin iyul ayında “Günay Sığorta” şirkətinə müraciət etmişəm. Sığorta şirkəti tərəfindən göndərilən nümayəndə evimin qəzalı olmasını təsdiq etsə də, şirkət bütün qaydaları pozaraq müqaviləyə zidd şəkildə ödənişdən imtina etmişdir.

Mən əlavə olaraq bu barədə işin yenidən araşdırılması üçün Mərkəzi Banka onlayn qaydada müraciət etdim. Müvafiq orqandan söylədilər ki, Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınandan sonra, bu haqda tədbir görüləcək.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi tərəfindən araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, torpaq çökməsi nəticəsində tikilinin istinad divarlarında və hasar hissəsində müxtəlif istiqamətlərdə çatlar əmələ gəlmiş və deformasiya qeydə alınmış, nəticədə ev qəzalı vəziyyətə düşmüşdür.

“Günay Sığorta” şirkəti ilə bağlanmış Pİ0285/20 saylı müqavilənin bəndində aşkar şəkildə göstərilən “torpaq sürüşməsi və digər hallar” sözü qeyd olunmuşdur. Ancaq, nədənsə, şirkət rəhbərliyi əsassız olaraq yenədə ödənişdən imtina edir. Ləğvetmə Komissiyasının sədri Əkrəm Həsənov nə üçün anlamaq istəmir ki, torpaq sürüşməsə, ev çökə bilməz. Nəyə görə hansısa, kimə məxsus olduğu bilinməyən və bəlkə də özlərinə məxsus olduğu “Artcoon” MMC-nin rəyi əsas götürülür?! Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəyi heçə sayırlar. “Günay Sığorta” rəhbərliyinin məqsədi nədir, anlamıram.

Halbuki, “Artcoon” MMC-nin verdiyi rəy də ehtimallara əsaslanır, heç bir dəqiq sübut göstərmir. Bununla da verdiyi rəyin heç bir hüquqi təsiri olmadığını özü sübut edir.

Maraqlıdır ki, Mərkəzi Banka müraciət etməyimə baxmayaraq, onlar belə, bu haqsızlığa son qoya bilmədilər. Halbuki sığorta şirkətlərin hamısı Mərkəzi Bank tərəfindən idarə və nəzarət olunur.

Mən Qarabağ müharibəsi iştirakçısıyam, 20 il vətənimizə və dövlətimizə qulluq etmişəm. Hazırda təqaüdçüyəm. Həyat yoldaşım 2-ci qrup xərçəng xəstəsidir, 2 övladım isə tələbədir. Çökmə nəticəsində evimiz qəzalı vəziyyətə düşüb və yaşayış üçün risklidir. Mən hal-hazırda ailəmlə İpoteka Fonduna pul ödəyərək, qəzalı evdə yaşayıram.

Mənə maraqlıdır, “Günay sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? Biz vətəndaşlardan yığılan pullar hesabına özləri cah-cəlal içərisində yaşasalar da, vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar mənim kimi vətəndaşlardan yığılır.

Xahiş edirəm ki, “Günay Sığorta” şirkətinin etdiyi bu haqsızlığı və özbaşınalığı ictimaiyyətə çatdırasınız, bəlkə insafa gəlib, ödəniş edələr”.

Məsələ ilə bağlı “Günay Sığorta” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan sakini ÇIXILMAZ DURUMDA... - NARAZILIQ VAR...

“Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizə miras qoyduğu əqli mülkiyyət siyasəti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yaşadılmır”.

Ovqat.com-a Naxçıvandan göndərilən bir şikayət məktubunda belə deyilir.

Müəllif iddia edir ki, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Patent şöbəsinə müraciət etmək istəyib. Xidmətdən bildiriblər ki, artıq yeni strukturda Patent şöbəsi yoxdur, çoxdan ləğv olunub. Ona heç bir köməklik edə bilməyəcəklər. Patent almaq üçün Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət edəsən. O da edib. Amma heç bir nəticə əldə edə bilməyib.

Uzun çək-çevirdən sonra şikayətçiyə məsləhət görüblər ki, bu işlə məşğul olan patent müvəkkikləri var, onlarla əlaqə saxlamaq lazımdır. İnternetdə siyahıda olan patent müvəkkillərinin iş qarşılığında istədiyi məbləğ isə 2000 manatdan başlayır.

Qısası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni “hərrac bazarı” yaradılıb və ayda 500-600 manat alan müəllim öz ixtirasını patentləşdirmək üçün bir neçə aylıq məvacibini ailəsinin boğazından kəsib bu bazarın “bazarkom”larına verməlidir.
Şikayət məktubunu olduğu kimi dərc edirik:

2023-cü ilin may ayının 5-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Tədbirin açılışında vurğulanıb ki: Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Heydər Əliyev dühasının sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan “əsərlərdən istifadə hüququ”, yaradıcılığa sipər çəkən amil kimi təsəvvür etdiyi qeyd edilib. Ulu Öndərin yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti aradan qaldıraraq, “müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir” prinsipinin dağıdılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırılıb. O, Heydər Əliyevin müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdığını, müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan “mədəni (kreativ)” sənayenin təməl daşını qoyduğunu bildirilib. Sovet patent sistemində də yaradıcının sıxıldığını söyləyərək ixtiraçının patent hüququnun sahibi deyil, o yalnız ixtiraçı olduğunu və heç təsadüfi deyil ki, ozamankı qanunvericiliyin patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında olduğunu vurğulanıb. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırdı, patent haqqında qanun qəbul edildi və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açıldı. Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak edir, ÜƏMT-nin diplomatik konfranslarında rəhbər orqanlara seçilir. Təsadüfi deyil ki, Azərbaycan ÜƏMT-nin 190 üzv-dövlət sırasından dəfələrlə bu təşkilatın fəaliyyətini əlaqələndirən Koordinasiya Komitəsinin üzvü seçilib. Həmçinin Azərbaycan nümayəndəsi 150-dən artıq dövləti birləşdirən məşhur Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədr müavini, sonra isə sədri seçilib. Xüsusilə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin yaradıcılıqla keçirilən varislik xəttində, səyləri və dəstəyi ilə uğurla inkişaf edir. Belə ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər həyata keçirilib, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin və müəlliflik hüququnun bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.
Daha sonra çıxış edən natiqlərdən birinin “Müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzəsi dinlənilib. Ulu Öndərin əqli mülkiyyətə, əqli mülkiyyətin yaradıcılarına, əqli mülkiyyətin qorunub saxlanmasında əməyi olan hər bir şəxsə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib. Məhz bu qayğının nəticəsində Agentlik qonorar toplayan ictimai birlik statusundan mərkəzi icra hakimiyyəti orqanı statusunda fəaliyyət göstərən dövlət qurumuna çevrilib. Bu gün biz Əqli Mülkiyyət Agentliyində çalışmağımızı böyük qürur və fəxr hissi ilə deyə bilərik. Hər zaman Ulu Öndərin əqli mülkiyyətə böyük diqqət yetirdiyini, Azərbaycan mədəniyyətinin inkişafına qayğı göstərdiyini, Azərbaycan mədəniyyətini və ədəbiyyatını ümumiyyətlə intellektual mülkiyyət kimi xarakterizə etdiyi vurğulanaraq Heydər Əliyevin sözlərini xatırlanıb: “Bu gün müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir”.

Deməli belə çıxır ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bizə miras qoyduğu əqli mülkiyyət siyasəti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında yaşadılmır. Zəif olan işlərin üstündən tamamilə xətt çəkilir. Bunu mən yox Naxçıvanda yaşayan bir qohumum mənə bildirdi. Onun bir neçə ixtira patenti var əvvəlcədən alıb. İndi yeni ixtirasına patent almaq istəyir. Bu işə baxan Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Patent şöbəsinə müraciət edib. Şöbədən bildiriblər ki artıq yeni strukturda Patent şöbəsi ləğv olunub. Ona heç bir köməklik edə bilməyəcəklər. Patent almaq üçün Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət etsin. Ona mərkəzin telefon nömrəsini də deyiblər: Qaynar xətt- 960.

Mən ora zəng etdim mənə izləyəcəyim yolları izah etdilər, sənədləri yükləməyi, doldurmağı, təsdiqləməyi, yenidən elektron formada yükləməyi, kabinet yaratmağı izah etdilər. Bu isə çox çətin proseslərdir. Mən bunları neçə dəfə hazırlamağa çalışsam da bacara bilmədim. Təkrar dəfələrlə zəng etdim. Qaynar xətt olduğu üçün saatlarla gözləyirdim ki cavab alım. Amma gözləməkdən vaxt çatmırdı. Sonda irad bildirdim ki, niyə belə proseslər şətin və qəlizdir. Mən müəllim olaraq bu işlərdə belə çətinlik çəkirəm. Bəs sahibkarlar necə edəcək? Axı sahibkarlar biznesmenlər hamısı ali təhsilli deyillər. Onların biznesi, külli miqdarda gəliri və pulu var. Onlar hamısı müəllim deyil ki, ya da o qədər varlı olduğu üçün gedib haradasa yenidən təhsil almayacaqlar ki. Bunun çıxış yolu nədir? deyə sual verdim. Dedilər ki bu işlə məşğul olan patent müvəkkikləri var. İnternetdə siyahıda olan patent müvəkkillərinin iş qarşılığında istədiyi məbləğ isə 2000 manatdan başlayır. Müəllim neçə il işləyib bunu ödəməlidir. Patentin sənayedə tətbiq olunub olumayacağı hələ bəlli deyil, amma patent almaq bu qədər çətin və bahalıdır. Hələ mən markalaşmanı demirəm. O da qalsın növbəti yazıya...(Ovqat.com)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralara VƏLVƏLƏ TEZ DÜŞÜR... - NARAZILIQ VAR...

Quba rayonu Böyük Qafqazın şimal-şərq yamacında yerləşir. Bu rayonun Qonaqkənd qəsəbəsi Quba rayonunun mərkəzindən 46 kilometr cənubda, Vəlvələ çayının sahilində, dağ ətəyindədir. Bura Qubanın qədim kəndlərindən biri hesab olunur.

1959-cu ilin sonuna qədər Qonaqkənd rayon mərkəzi olub. Sonradan rayon statusu ləğv olunub və qəsəbəyə çevrilib. Həmin illərdə Qonaqkənd sakinlərinin əsas məşğuliyyəti qoyunçuluq imiş. Yayda davarını Şahdağ, Babadağ yaylaqlarında bəsləyən qoyunçular qışda Dərbənd-Şabran istiqamətində dəniz kənarlarında və Şirvan düzündə saxlayıblar.

Qonaqkənd ərazisinin Qubaya birləşdirilməsi Xaçmaz ərazisindəki oba və qışlaqların böyük kəndlərə çevrilməsinə səbəb olub.


Qonaqkənd dağlıq ərazi olduğundan meyvəçilik və tərəvəzçiliklə heç bir əlaqəsi yoxdur.

Kənddə qoyunçuluq azaldıqdan sonra xalçaçılıq da azalıb. Əhalinin gəliri olmadığından yaşayış da çətindir.

Bununla yanaşı qəsəbədə Vəlvələ çayı tez-tez daşır, sel suları vətəndaşların həyətyanı sahələrinə dolur. Dağıdıcı çay daşqınlarının qarşısını almaq məqsədilə Vəlvələ çayının sahilində bənd tikilib. Lakin bəndin tikintisi əsasən çayın sağ sahilində baş tutub. Çayın sol sahilində isə 15 ailə yaşayır. Çayın sol sahilində yaşayanların qəsəbənin mərkəzinə düşməsi üçün birinci bu çayı keçməlidirlər.

Çayda suyun artması sol sahilin kənd ilə əlaqəsini kəsir. Buna səbəb çayın üzərində körpü, alternativ yolun olmamasıdır. Sakinlər deyirlər ki, aprel-may aylarında güclü yağışlar çayı daşdırır. Nəticədə çayın sol sahilində yaşayan əhali köməksiz vəziyyətdə qalır.


Yayboyu əkdikləri meyvə-tərəvəz bağlarını çay yuyub aparır. Vəlvələ çayında olan sel nəticəsində əhalinin təsərrüfatına ziyan dəyir. Sonuncu sel suları qaz borularına olan ən yaxın torpaq səthini yuyub aparıb. Sakinlər deyir ki, növbəti daşqının qaz borularını da sıradan çıxaracağı aşkar görünür. Kənd sakinləri dəfələrlə müraciət etsə də, hələ ki onların şikayətinə baxılmayıb.

Çay kənarındakı vəziyyət isə heç ürəkaçan deyil. Orada yaşayan şəxslər zibil qabları olmadığı üçün məişət tulantılarını çayın kənarına atırlar. Çayın məcrasındakı zibillər ətrafda antisanitariya vəziyyəti yaradır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mübariz Əhmədzadə milyonları nə ilə qazanıb? - On beş ildə talanan, istismar olunan Zaqatala...

Azərbaycanda 7 fevral tarixində keçirilən Prezident sseçkisindən sonra hökumət yenilənəcək.

Ölkədə formalaşacaq yeni hökumətdə, icraedici orqanlarda rəhbər vəzifələrə dinamik, əhali ilə daim təmasda olan, təşkilatçı şəxslər gətiriləcək.

AzFakt.com saytının əldə etdiyi məlumata görə vəzifələrindən uzaqlaşdırılacaq məmur kateqoriyası əsasən rayon icra hakimiyyətlərinin başçılarını əhatə edəcək.

Uzun illərdir vəzifədə olan, səlahiyyətlərindən istifadə edib özlərinə varidat toplayan, əhali ilə təmas qurmayan, onların qayğı və problemlərini dinləməyən icra hakimiyyəti başçıları vəzifələrindən çıxarılmaları ilə yanaşı, eyni zamanda bu şəxslərə qarşı hüquqi addımlar da atılacaq.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə vəzifəsindən çıxarılacaq icra başçılarından biri də Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin özünə böyük biznes imperiyası qurduğu barədə mediada faktlarla təqdim olunmuş məlumatlar yer almaqdadır.

Eyni zamanda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin adı Prezident Administrasiyasına ən çox şikayət ünvanlananan məmurların da siyahısında yer almaqdadır.

Hələ bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağın Mübariz Əhmədzadə tərəfindən satıldığı iddia edilirdi.

Qeyd edək ki, Mübariz Əhmədzadə vəzifədə olduğu illərdə topladığı sərmayələr heç də rayon icra hakimiyyətlərinin başçılarına uyğun deyil. Belə ki, ona aid olan mülklərin siyahısında Birləşmiş Krallıqda xeyli sayda mülklərin olduğu qeyd edilir.

Zaqatalada icra başçısının xeyir-duası ilə torpaq sahələrinin kütləvi şəkildə satıldığı yuxarıda qeyd etdiyimiz fakla yekunlaşmır.

Rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrinin 49 illiyinə məmurlara satıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə daha bir narazılıq dövlət başçısının tapşırığına əsasən Zaqatala rayon icra Hakimiyyətinin başçısının yerlərdə əhali ilə səyyar qəbul keçirməməsidir.

Ötən 2023-cü ilin statistikasına nəzər yetirdikdə Mübariz Əhmədzadənin rayonun 5-6 kəndinə səfər etdiyi görünür. Bu səfərlər isə müəyyən tədbirlərlə əlaqəli olduğundan sakinlərlə səyyar qəbul-görüş keçirilməyib.

Daha acınacaqlı məqam isə ölkənin post-neft dövrünə hazırlaşdığı, qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafını sürətləndirdiyi bir zamanda böyük potesialı olan Zaqatalanın ümumi inkiafdan geri qalmasıdır.

Bu gün Zaqatala rayonu abadlıq və quruculuğa görə dövlət büdcəsindən milyonlarla vəsait ayrılmasına baxmayaraq, sözün əsl mənasında nimdaş gündədir. Rayonun mərkəzi hissəsi istisna olmaqla demək olar ki, hər yerdə yarımçıq, yamaqlı işlər aparılıb.

Dövlət satınalmaları vasitəsilə büdcədən ayrılan vəsaitlərin də rayon İcra Hakimiyyətinin başçısına aid olan MMC-lər tərəfindən silindiyi iddia edilir.

Prezident İlham Əliyev isə iclasların birində bəzi məmurların büdcə vəsaii hesabına görüləcək işləri dəfələrlə şişirtdiklərini, işləri özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirdikləri şirkətlərə ötürdüklərini vurğulayır, bu cür məmurlara qarşı amansız mübarizə aparılacağını vurğulayırdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov dostu olan şeyxin ölkəsinə səfir gedə bilər - İDDİA

Fövqəladə hallar naziri vəzifəsini icra edən Kəmaləddin Heydərov ərəb ölkələrindən birinə səfir göndərilə bilər.

Qaynarinfo-nun daxil olan məlumata görə, Kəmaləddin Heydərovun səfir göndəriləcəyi ərəb ölkələri arasında daha çox Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Bu da səbəbsiz deyil. Kəmaləddin Heydərovun BƏƏ-nin siyası dairələri və ölkə siyasətinə təsir imkanları olan nüfuzlu şeyxləri ilə dostluq münasibətləri var. Məsələn, bir neçə il əvvəl Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Azərbaycanda Kəmaləddin Heydərovun qonağı olub. Bu barədə də mediada kifayət qədər məlumat var.

Kəmaləddin Heydərovun Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktumun atası, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumla dost olduğu bildirlir. Məhəmməd bin Rəşid Əl Məktumun digər oğlu Məhəmməd bin Rəşid Qadir isə Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun toyunda iştirak edib.
Kəmaləddin Heydərov dostu olan şeyxin ölkəsinə səfir gedə bilər - İDDİA

Qısası, BƏƏ Kəmaləddin Heydərov üçün yad yer deyil. Elə məlumatlarda da iddia olunur ki, BƏƏ-yə səfir göndərilməsi Kəmaləddin Heydərovun öz xahişidir. Hakimiyyətin zirvəsində bu xahişə münasibət xoşdur.

Kəmaləddin Heydərov səfir göndəriləcəyi təqdirdə fövqəladə hallar naziri postuna kimin təyin olunacağına gəlincə, iddia olunur ki, nazirlik ləğv ediləcək. Onun səlahiyyətləri isə müvafiq qurumlar arasında bölüşdürləcək.

Xatırladaq ki, hələ növbədənkənar prezident seçkiləri təyin olunan zaman seçkidən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə xəbərlər yayılmışdı. İddia edilir ki, kadr dəyişikliklər zamanı əsasən uzun müddət vəzifə daşıyan və yaşlı məmurlar əvəzlənəcək.

Struktur dəyişikliklərinə gəlincə, bildirilirdi ki, bir-birini təkrarlayan qurumların ləğvi, yaxud birləşdirilməsi nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kristal Abşeron”un tikdiyi binalar MƏZƏ PREDMETİNƏ ÇEVRİLİB... - Təhlükə yaratmaları bir yana...

“Kristal Abşeron” tikinti şirkəti çəkdirdiyi yeni reklamla özünü biabır edib. Şirkət reklamda əslində yeni tikilməkdə olan evlərdə səs keçirməyən materiallardan istifadə etdiyini bildirir. Ancaq həm də etiraf edir ki, bu günə qədər tikdiyi binalarda bu qayda qorunmayıb, divarlar səs keçirir, qonşunun adi danışığı da digər evdə aydın duyulur.

Tribunainfo.az yazır ki, “Kristal Abşeron”un tikdiyi binalarda yaşayan sakinlər də bunu etiraf ediblər. Reklam paylaşımına sakinlərin yazdığı şərhlərdən aydın olur ki, sözügedən şirkətin binaları yaşanılası deyil.
“Kristal Abşeron” sakini Fidan Məmmədli bildirib ki, sözügedən reklamın giriş hissəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” binalarında da çəkmək olardı:

“Yuxarıda ailələr bir-biri ilə söhbət edir, ya da mübahisə olur, biz də aşağıda hər şeyi eşidirik”.

Bina sakini Bəhram İbadov isə bildirib ki, “Kristal Abşeron” öz reklamı iıə sübut edir ki, indiyə kimi tikib satdığınız evlər biabırçı gündədir:

“Gələn səslərin içindən ən mədəni səsi seçib reklama çəkmisiniz”

Həsənli Rafael isə qeyd edib ki, divarın digər tərəfindən qonşunun səsinin eşidilməsinə ancaq “Kristal Abşeron”un inşa etdiyi binalarda rast gəlinir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Kristal Abşeron”un tikdiyi binalar MƏZƏ PREDMETİNƏ ÇEVRİLİB... - Təhlükə yaratmaları bir yana...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir rayonun rəhbəri ilə bağlı qərar verilib... - İDDİA


Məlum olduğu kimi, dünən Nazirlər Kabineti istefa verib. NK üzvlərinin hər birinin yenidən görəvə gəttiriləcəyi indidən şübhəli görünür. Elə dia-az.info-nun da araşdırmalarından aydın olur ki, yeni dövrün yeni tələbləri var və dəyişiklik müləqdir. Prezident İlham Əliyev də bu barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib ki, növbədənkənar seçkini zəruri edən amillərdən ən əsası məhz yeni şəraitin, yeni dövrün yaranmasıdır. Ona görə də istər kadr sahəsində, istər idarəetmə və struktur məsələlərində yeni dövrə uyğun dəyişikliklərin olacağı güman edilir. Xüsusən, yeni formalaşacaq hökumətdə yeni simaların da yer alacağı söylənilir.

Dia-az.info-nun əldə etdiyi məlumatlardan aydın olur ki, eyni zamanda onlarla icra başçısı da yeni dönəmdə görəvindən ayrılacaq. Onlarda biri neçəsinin adı artıq məbuatda hallanıb. Söhbət Zaqatala, Füzuli və Qusar rayonlarının icra başçılarından gedir.

Dia-az.info-nun əldə etdiyi məlumata görə, hazırda Lənkərana başçılıq edən Taleh Qaraşov da ilk "vurulanlar" sırasında olacaq. Mənbə iddia edir ki, onun yerinə isə Bakıdan gənc kadr göncəriləcək.

Bu barədə əlavə məlumatımız olacaq. Bizi izləyin...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO