[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq" - ETİRAZ

“Kontakt Home adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb”.

Bu sözləri tanınmış jurnalist Elşad Məmmədli Feysbuk-dakı hesabında yazıb.

Jurnalist bildirib ki, üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, ancaq zəng ediblər ki, yenə 166 manat borcunuz var:

“Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin…

Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!”

mia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək? - Bu gün, yaxud sabah...


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra Azərbaycan hökuməti istefa verdi. Hazırda baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvləri – Baş nazirin birinci müavini, iki müavini, 17 nazir, 7 Komitə sədri, 3 Xidmət rəisi və 2 Agentlik sədri öz vəzifələrini müvəqqəti icra edirlər.

Yenixeber.org-un məlumata görə, yeni hökumətin formalaşması uzun çəkməyəcək. Bu gün yaxud sabah yeni təyinatların olacağı gözlənilir.

Aldığımız məlumata görə, hökumətin istefası ilə əlaqədar olaraq, dövlət qurumlarda həyəcanlı atmosfer hökm sürür. Hökumət üzvlərinin əksəriyyəti kariyerası ilə bağlı ciddi narahatlıq keçirir. Hakimiyyət dəhlizlərində bir neçə nazirin yola salınacağı ilə bağlı xəbərlər dolaşır.

Bu sırada daha çox 4 şəxsin - FHN başçısı Kəmaləddin Heydərovun, Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının adları hallanır. Kimin gedib, kimin qalacağı isə yaxın günlərdə məlum olacaq.(Yenisabah)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının mərkəzində “RR Construction” ÖZBAŞINALIĞI - Dövlət vətəndaşa sahib çıxmalıdır...

“Kubinka” kimi tanınan Yasamal rayonu Əlibaba Abdullayev küçəsi söküntü ərazisi kimi hasarlanıb. Söküntünü “RR Construction” şirkəti həyata keçirir. Dia-az info bildirir ki, sakinlər isə söküntü şərtləri ilə razı olmadıqlarını deyirlər. Onlar iddia edir ki, ərazini boşaltsınlar deyə evlərini bilərəkdən zədələyirlər.

“Camaatın evini bilə-bilə zədələyirlər. Guya bunların əlində arayış var ki, bu ərazi qəzalı vəziyyətdə olan evlərdir. Burada qəzalı evlər bəlkə də var. Onların sakinləri böyük əksəriyyət bugünkü gündə köçüb gediblər. Qəzalı olmayan evləri də başqa adla çıxarmaq olmur axı, nəsə əsas olmalıdır. Ona görə bilə-bilə zədəliyirlər. Burada qonşunun evini bilə-bilə zədələyiblər. Təsəvvür elə, evin içindən göyə baxırsan, günəş görünür”.

Sözügedən ev Təzəgül Həsənovanın evidir. Deyir ki, artıq neçənci dəfədir evinin damını zədələyirlər. Sakinlər şirkətlə razılığa gələ bilmirlər, şərtlər onları qane etmir. Şirkətin vədlərinə də inanmırlar deyə evlərindən çıxmaq istəmirlər.

“RR Construction” şirkətinin rəhbəri Rafael Abdullayev açıqlamasında bildirir ki, sakinlərə təklif olunan məbləğ bazar qiymətinə uyğun olaraq 2000 manatdır. Sakinlər isə məbləğin bazar qiymətinə uyğun olmadığını deyirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı - İLGİNC FAKTLAR

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki, elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.

Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.

Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?

Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?

İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.

Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.

Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.

Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.

Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO