[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünən Zəngilan istiqamətində təxribat törətmiş “Yerkrapa” Serj Sərkisyana yaxındırsa, deməli... - GƏLİŞMƏ

Xəbər verildiyi kimi, ötən gün Azərbaycan ordusunun Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.

“Yerkrapa” -terror təşkilatı (Yurdun qoruyucuları) - Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır.

Keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni müharibə iştirakçısından ibarət olub. Azərbaycanda fəaliyyəti terror təşkilatı kimi dəyərləndirilən bu ittifaqın Ermənistanda böyük və nüfuzlu bir qrup sayılır. “Yerkrapa” Birinci Qarabağ müharibəsində fəal iştirak edib. Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başlayıb.

“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Terror təşkilatı 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərib. “Yerkrapa”nın hazırki komandiri Sasun Mikayılyandır(Caliber.az).

Moderator.az isə xatırladır ki, Vazgen Sarkisyandan sonra “Yerkrapa”nın komandiri 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək Paşinyan hakimiyyəti tərəfindən həbs edilmiş, I Qarabağ müharibəsinin fəal iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, “Tuşonka Manvel” ləqəbli general Manvel Qriqoryan olub. O, İkinci Qarabağ müharibəsi başlayandan sonra Qarabağa gəlib, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-si Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilib və 2020-ci ilin noyabrında gəbərib. 18 iyun 2018-ci ildə o zaman Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyev Manvel Qriqoryanın Qarabağ müharibəsində etdiyi cinayətləri işıq üzünə çıxarmışdır...

O da məlumdur ki, general M.Qriqoryan Qarabağ klanının liderləri Xocalı qatilləri olan terrorçu eks-prezidentlər Robert Köçəryan və Serjik Sərkisyanla çox yaxın olub. Belə ki, 2008-ci ilin mart hadisələri zamanı M.Qriqoryan müdafiə nazirinin müavini kimi S.Sərkisyanın prezident seçilməsinə etiraz edən ermənilərin üzərinə qoşun yeridilməsində iştirak edib. S. Sərkisyanın hakimiyyətdə olduğu bütün müddət boyu, o cümlədən prezident seçkilərində onun hakimiyyətini açıq şəkildə dəstəkləmişdir.

Bəlli olduğu kimi, R.Köçəryan və S.Sərkisyan başda olmaqla Qarabağ klanı sovet dövründən- 1988-ci ildən bəri Moskva, “KQB”-“FSB” tərəfindən idarə olunub...

Eləcə də “Yerkrapa”nın hazırkı komandiri general Sasun Mikaelyan da indi Paşinyana yaxın görünsə də, əvvəllər Serjik Sərkisyanla yaxın olmuş, hətta 2007-ci ildə Respublika pratiyasının qurultayında S.Sərkisyanın namizədliyini irəli sürmüşdür. Deməli, “Yerkrapa” ən azı daxilinə yerləşdirilmiş agentlər vasitəsilə Paşinyanı devirmək istəyən Qarabağ klanı, yəni dolayısıyla Kreml tərəfindən Azərbaycanla sərhəddə təxribat törtmək tapşırığı ala bilər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 ailə üzvünü öldürən şəxs TUTULDU


Fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Prokurorluğun məlumatında deyilir.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İşağala” məruz qalan VELOSİPED YOLLARI: - “Avtomobillər həmin zolaqları zəbt edəcəksə...”
“Velosiped zolaqlarının çəkilməsinə yeniyetmələrin və gənclərin əyləncə, idman, istirahət təminatı kimi yanaşılır”.

Bu fikirləri Bakının mərkəzi və ətraf küçələrində çəkilən velosiped yollarının minik avtobilləri tərəfindən “zəbt olunması” haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, velosiped yollarının çəkilişində nəqliyyat infrastrukturunun buna imkan verib-verməməsi mütləq nəzərə alınmalıdır:

“Azadlıq prospektinin Füzuli küçəsi ilə kəsişməsində və digər ətraf küçələrdə xüsusi velosiped zolaqlarının çəkilişi davam etdirilir. Ümumiyyətlə, cəmiyyətdə bu zolaqların çəkilməsinə yeniyetmələrin və gənclərin əyləncə, idman, istirahət təminatı kimi yanaşılır. Fikrimcə bu yanaşma doğru deyil. Çünki velosiped yolları layihəsi xarici təcrübənin Azərbaycana gətirilməsi ilə əlaqədardır.

Eyni zamanda, Bakıda velosiped yolları layihəsinin icrasına nəqliyyat infrastrukturunun imkan verib-verməməsi də mütləq nəzərə alınmalıdır. Bu hələ ki cavabsız qalan əsas suallardan biridir. Bəzən biz velosiped və skuterlər üçün ayrılmış yollarda qanunsuz olaraq minik avtomobillərinin parklandığını görə bilirik. Əgər çəkilmiş velosiped yolunda avtomobillər park ediləcəksə, bu yolun çəkilməsinin anlamı qalır.

Ona görə də bu məsələlər təkrar-təkrar analiz edilərək yoxlanılmalıdır. Bəs bu qədər cərimənin tətbiq olunmasına baxmayaraq, avtomobillər niyə eyni səhvə yol verirlər? Mahiyyət ondan ibarətdir ki, sürücülər parklanmaya icazə verilib-verilməməsinə baxmayaraq, avtomobili mümkün olan istədikləri yerdə saxlayırlar. Bu da Bakıda avtomobillərin sayının çox olması və onlar üçün parklanma yerlərinin azlığı ilə əlaqədardır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Diaspora Komitəsi” boşqab, armudu stəkan və kəlağayı satın alır

Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 58 min 504 manat 40 qəpik olan hədiyyə tipli suvenirlər (boşqab, xalça, armudu stəkan, kəlağayı və s.) və müvafiq döş nişanları alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. 2022-ci ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında isə Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son 2 ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
“Turrus” MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. AzTV-yə qrim ləvazimatları satan “Turrus” MMC, Neyrocərrahiyyə Xəstəxanası üçün təmir işləri həyata keçirib.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, həmçinin müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa, təcrübəyə və işçi qüvvəsinə sahib olacağı da aydın deyil.
“Turrus” MMC-yə məxsus olduğu bildirilən “turrus.az” saytında şirkətin təmir işləri ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. Bunu “Turrus” MMC-dən Yeniavaz.com-a verilən məlumatda da təsdiqləyiblər. Özünü şirkətin satış təmsilçisi adlandıran Vüqar adlı şəxs bildirdi ki, onlar təmir işlərini subpodratçı şirkətlər vasitəsi ilə icra edirlər.
“Turrus.az” saytında diqqət çəkən başqa bir məqam isə odur ki, saytın “Vakansiyalar” bölməsində ölkənin aparacı mağazalar şəbəkəsindən biri olan “OMİD” mağazalarına məxsus elanlar yerləşdirilib. Eyni zamanda “turrus.az” saytında yerləşdirilən keçid vasitəsi ilə “OMİD” mağazalarına məxsus “omid.az” saytına daxil olmaq mümkündür.
“Turrus” MMC-nin rəsmisi isə bildirib ki, onların “OMİD” mağzaları ilə hər hansı bir bağlılıqları yoxdur. Saytda olan elanların saytı hazırlayan şəxslər tərəfindən yanlışlıqla yerləşdirilə biləcəyini qeyd edən şirkət rəsmisi bildirib ki, qısa müddətdə sözügedən texniki xətanı aradan qaldırmağa çalışacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmanətlərin Sığortalanma Fondu, yoxsa Bazar? - BU NƏDİ BELƏ?!

Son illər ölkədə bankların müflis olaraq, bağlanma tendensiyası xeyli artıb. Bunun obyektiv və subyektiv səbəbləri var ki, onlara toxunmaq istəmirik. Çünki bu çox uzun bir mövzudur və daha geniş araşdırmaya ehtiyac var.
Tribunainfo.az xəbər verir ki, bağlanan banklarda depoziti və əmanəti olan vətəndaşların pullarının geri qaytarılması prosesi demək olar ki, məşəqqətə çevrilib. 2016-cı ildə yaradılan Azərbycan Əmanətlərin Sığortalanma Fondu ayrı-ayrı şəxslərin banklarda qalan pullarını sahiblərinə ödəməsini öz üzərinə götürüb. Həmin müddətə qədər isə bu prosesi “Azerbaijan İnternational Consulting Company” MMC həyata keçirib.
Qeyd edək ki, Əmanətlərin Slğortalanma Fondu indiyə qədər açıqladığı hesabatlarında ləğv edilmiş banklar üzrə milyonlarla manat pulun sahibinə ödənildiyini bildirir. Lakin bu pulları hansı şəkildə və necə və ya hansı məbləğlərlə geri verdiyi barədə heç bir bilgi qeyd etmir. Bunu da onunla əsaslandırılar ki, guya, məlumatlat konfedensialdır və şəxslərin adları açıqlana bilər.
Əslində isə durum bir qədər fərqliir. Məsələ belədir ki, Əmanətlərin Sığortalanma Fondu vətəndaşların pulunu qaytarmağa məsul olan qurumdan daha çox bazara çevrilib. Məsələn, hal hazırda 2012-ci ildə ləğv edilmiş “Royalbank” ASC-də depozit və əmanəti olan şəxslər pullarını ala bilməyiblər. Və ya onlara hər iki və ya üç aydan bir 300-500 manat ödəməklə kifayətləniblər.
İndi sual oluna bilər ki, Əmanətlərin Sığortalanma Fondu 12 il ərzində 50-60 min manat depoziti və ya əmanəti niyə ödəmir? Qurumun bununla bağlı əsas bəhanəsi budur ki, yığımlar həyata keçirldikcə, onlar da vətəndaşların pulunu geri qaytarırlar. Bəs, necə ola bilər ki, hər hansı ləğv edilmiş bankın 12 il müddətində pulu tam ödənilə bilməyib? Bu illər ərazində bankın yığımları heç olmayıb ki? Mülkləri, inventarları və sairə olmayıb ki, satılaraq camaatın pulunu bağlasınlar?
İddia edə bilərlər ki, yoxdur. Amma yenə yalana bürünəcəklər. Çünki noyabr ayında “Röyal Bank”a məxsus ofisin 1 milyon manata satılması elə Fond tərəfindən təsdiqlənib. Yəni, qaçacaq yer yoxdur. Amma həmin pulla vətəndaşların depozit və əmanətlərini verməkdə “sancı” çəkirlər.
Axı, vətəndaş etibar edib, inanıb, güvənərək pulunu banka qoyub ki, onun mənfəəttini götürsün. Belə deyək ki, güvənib, heç mənfəət güdmədən pulunu bankda saxlayıb ki, dar günündə, xeyir işində və sair məsələlərdə istifadə eləsin. Amma üzləşdiyi durum isə budur ki, həmin pulu nə ala bilir, nə də bir işinə yarayır.
Tribunainfo.az xəbər verir ki, məsələnin kokündə dayanan əsas amil heç də Əmanətlərin Sığortalanma Fondunun pulunun olmaması və ya yığımları lazımi qaydada həyata keçirə bilməməsi deyil. Söhbət burada Fondun bazara çevrilməsidir.
Belə ki, Fonda çıxışı və ya tanışı olan, o cümlədən tapşırmaq imkanı olanlar pullarını çoxdan alıblar. Təbii ki, qarşılıqsız yox. Bunun üçün bankda olan pullarının ən azı 10-20 faizlərindən keçməli olublar. Yəni, adamı, çıxışı, imkanı olmayanlar Fondda olan pullarını ala bilməyərək, illərlə süründürülürlər. Bir növ bazara döndərilmiş fondda mütləq tanışın, bazarlaşa biləcəyin biri olmalıdır ki, illərlə pulun ilişib, qalmasın.
Maraqlı məqamlardan biri həm də odur ki, ləğv edilmiş bankda depoziti və ya əmanəti olan şəxs başqa bankda olan kredit borcunu bağlamaq üçün müraciətinə də baxılmır. Hətta bəzən bu bankların hər ikisi ləğv olunma prosesində olurlar. Məsələn, vətəndaşın “Muğanbank”da depoziti var, amma “Röyalbank”da krediti mövcuddur. Hər iki bankın ləğvedicisi isə Əmanətlərin Sığortalanma Fondudur. Vətəndaş da həmin kreditin öz pulu ilə bağlanmasını təklif edir ki, bu da Fond tərəfindən rədd edilir. Səbəb kimi, bankların ayrı olması göstərilsə də, bu bəhanədir. Eyini zamanda, məntiqsizdir. Çünki hər iki bankın ləğvedicisi eyni fonddur. Həmçinin hər iki bankın bütün rezvizitləri, əməliyyat aparmaq üçün mexanizmləri Fondun ixtiyarındadır. Yəni, bir bankdan pulu digər banka yönəltmək onlar üçün su içim kimi bir şeydir. Amma etmirlər. Səbəb də budur ki, belə işlərdən qazanc əldə etmək olmur.
Bu əsnada, bəzi məlumatlara görə, Fondda bir biri ilə yola getməyən iki qruplaşma var. Onlardan birinə qadın, digərinə isə kişi rəhbərlik edir. Tərəflər arasında münasibətlər heç də mövqe və məqama görə deyil. Bu savaşın başlıca səbəbi kimi daha çox pul qazana biləcəyidir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, əmanət və ya depozitin qaytarılmasından 10-20 faiz qazanac əldə etmək uğrundadır.
Lakin belə görünür ki, bu iki qruplaşmanın ömrü uzun sürməyəcək. Çünki Əmanətlərin Sığortalanma Fondunun rəhbərliyi və əsas heyəti yaxın günlərdə dəyişdiriləcək. Bunun üçün ən geci mart ayını gözləməyin lazım olacağı deyilir. Bildirilir ki, Fondun rəhbərliyi və əsas heyəti Mərkəzi Bankın kadrları deyillər. Həmçinin haqlarında xeyli sayda şikayətlər də var.
Bir sözlə, Əmanətlərin Sığortalanma Fondu ölkədə təkcə bank sektoruna güvənsizlik, etibarsızlıq yaratmır. Həm də bazara çevrilib. Adamın varsa, bazarlıq edib pulunu ala bilərsən. Əks təqdirdə, bankda olan pulunu dilənçi payı şəklində hissə-hissə qaytarılmasına dözəcəksən.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Niyə bizim kəndli su axtarışında olmalıdır?" - HƏQİQƏTƏN DƏ...

Azərbaycan Tacikistandan alma qurusu idxal etməyə başlayıb.

Eyni zamanda bu ilin yanvarında Azərbaycan Türkiyədən 698 min ABŞ dolları dəyərində quru meyvə idxal edib.

Türkiyə İxracatçılar Birliyinə görə, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 247 min ABŞ dolları, yaxud da 54.7% çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar ayında bu məbləğ 451 min ABŞ dolları dəyərində olub. Hazırda Azərbaycana müxtəlif ölkələrdən meyvə-tərəvəz idxal edilir. Belə ki, hazırda marketlərdə kifayət qədər idxal məhsullarıan rast gəlinir.

Bildirək ki, həmin idxal məhsullarının bir çoxu ölkəmizdə də istehsal edilir. Ancaq bu gün bazara yol tapa bilməyən bir çox fermerlər ya həmin məhsulları ucuz qiymətə “işbazlar”a satmalı olur, ya da anbarlarda qalır.

Məsələn, bugünlərdə sosial şəbəkələrdə bölgələrdən birində çəkilmiş videoda da fermerin sata bilmədiyi, anbarlarda qalan tonlarla soğan da bunun bariz nümunəsidir.

Qeyd edək ki, Bakıda təşkil olunan bayram yarmarkasında bölgələrdən məhsul gətirən bir çox fermerlər artıq bu səhədə fəaliyyətini davam etdirməyəcəklərini, səbəbinin isə məhsulu sata bilmədikləri ilə əlaqələndirmişdilər.

Bəs bu gün alma yetişdirilməsi, istehsalı, emalı üçün kifayət qədər münbit şəraitin olduğu Azərbaycan niyə xaricdən bu qədər meyvə-tərəvəz, o cümlədən alma qurusu idxal edir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Cebhe.info”-ya bildirdi ki, Quba-Qusar zonasında alma istehsalı ilə məşğul olan fermerlər məhsullarını Bakı şəhərində sata bilmirdilər, çaya axıdırdılar, hələ 10-15 bundan öncə deyirdik ki, hökumət sahibkarlara, fermerlərə kömək etməlidir:

“Müəyyən maliyyə resursu, ucuz kredit vəsaiti təşkil etməlidir, fermerlər arasında müəyyən işlər aparmalıdır, əldə edilən məhsulun bir hissəsinin emal edilməsi ilə bağlı təşkilati işlər görməlidir.

Hökumət bir sahəni inkişaf etdirmək haqqında düşünürsə, mütləq əldə edilən məhsulun hansı həcmdə bazara çıxarılacağı, hansı həcmdə saxlama kameralarında saxlanması, emala getməsi, yəni qurudulması və yaxud şirə əldə edilməsi istiqamətində işlər görülməli idi. Almadan yalnız şirə deyil, sirkə, cem də əldə etmək olur.

Məsələn, Rusiyada almadan şərab da əldə edirlər. Almanın qurudulmasına da xüsusi diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, buna fikir verilmirdi. Mən 2-3 ay bundan öncə Qubada oldum, orada fermerlərlə görüşdüm və onlar etiraf edirlər ki, artıq alma bağlarının əksəriyyətini ləğv edirlər.

Biz onlara bazara çıxış imkanı yaratmadıq, istehsal etdikləri məhsulu emal etmək üçün müəyyən təkliflər vermədik, təşkilati məsələləri həll etmədik, ucuz kredit resursu təklif etmədik və onlar artıq alma bağlarını ləğv edirlər, digər işlərlə məşğul olmağa üstünlük verirlər. Belə olan halda biz yenə almanı digər ölkələdən idxal etməli olacağıq.

Nəinki Tacikistandan alma qurusu, hətta təzə almanı da qonşu ölkələrdən idxal etməli olacağıq. Ona görə ki, o sahə ilə məşğul olan, küllü miqdarda maliyyə resursu xərcləyən, kapital qoyuluşu həyata keçirən fermerlərin problemlərini həll etmədik.

Bunu isə Kənd Təsərrüfatı Nazirliyi həll etməli idi. Nazirlik hökumət qarşısında məsələ qaldırmalı idi ki, kəndlilərlə, onların istehsal etdikləri məhsulu emal etmək üçün təşkilati işlər görülsün. Onlara aşağı faizlə kredit resursu təklif etmək olar və onlar emal müəssisələrini yaratsınlar və müxtəlif çeşiddə məhsul istehsal etsinlər ki, həm daxili tələbatı ödəsinlər, həm də ixrac etsinlər”.

Ekspertin sözlərinə görə, hökumət müasir dövrün tələbinə, bazar iqtisadiyyatına uyğun siyasət qura bilmədiyi üçün köhnə sovet sistemində mövcud olan yararsız mexanizmi yenidən bərpa etməyə çalışır:

“Məhsulun tədarükü o vaxt mümkündür ki, keyfiyyətli məhsul istehsal olunsun, məhsulun bir hissəsi anbarlarda qalır, bir hissəsi satışa gedir, digər hissəsi isə emala gedir.

Əvvəlcədən müqavilə bağlanmalıdır ki, hansı tədarükçülər onların məhsullarını əldə edib bazara çıxaracaq, yaxud hansı emal müəssisəsi onlardan nə qədər məhsul alıb emal edəcək. Onlar bunu bildikdən sonra işlərini planlaşdırırlar.

Bu kortəbii yanaşma ilə nə fermer nəsə əldə edə bilər. nə də ölkənin ərzaq təminatında lazımi bir iş görmək olar. Bütün bu işlərin hamısı əvvəlcədən təşkil olunmalıdır. Ancaq bunlar indi kəndlinin əlində qalmaması üçün sovet dövründəki tədarük müəssisələrini bərpa etməyi düşünürlər.

Dəfələrlə cəhd ediblər və biz bunun qarşısını almışıq. Ona görə ki, hökumətin yaratdığı qurumlar monopolistə çevrilir. Onlar qiyməti diqtə edəcəklər. Bu işdə ən çox əziyyət, xərc çəkən fermelərdir. Qiyməti fermerlər müəyyən etməlidir. İndi bizdə pambıqçılıq ötən il ziyanla başa gəldi. Ona görə ki, tədarükçülər və yaxud onu ixrac edən, emal edənlər qiyməti diqqəti edirlər.

Harada görünüb ki, məhsulu istehsal edən, satan yox, alan qiyməti müəyyən etsin? Bu formada siyasəti aparmaqla kənd təsərrüfatında heç bir irəliləyiş əldə edə bilmirik. Heç bir sahədə istehsalı qaydasına qoya bilməyiblər. Nə heyvandarlıq, nə bitkiçilikdə istehsal qaydasına düşməyib.Çünki qeyri-müəyyənlik var”.

Ekspert deyir ki, məhsulu istehsal etmək bir problemdir, onu satışını həyata keçirmək başqa bir problem, emal etmək yenə problemdir:

“Kəndli də, istehsalçı da necə istehsal edəcəyini, yoxsa necə emal etməyi, satmağı düşünsün? Hökumət istehsalda mövcud olan problemlərin aradan qaldırılmasında öz üzərində düşən vəzifəni yerinə yetirməlidir. Niyə bizim kəndli su axtarışında olmalıdır? Su problemini hökumət həll edə bilər. Niyə bizim fermerlər keyfiyyətli toxum axtarışında olmalıdır?

Bu problem də hökumət həll etməlidir. Çünki keyfiyyətli toxum istehsalı fermerin işi deyil. Bu, ölkə miqyasında həll olunmalıdır, eləcə də digər problemlər var. Aşağı faizlə kənd təsərrüfatına kredit resursu təklif etmək hökumətin işidir. Ona görə ki, kənd təsərrüfatı riskli sahədir. Bu işlər həll edilməlidir ki, fermerin problemi azalsın. Ondan sonra isə emalla bağlı müvafiq işlər görülməlidir. Daxili bazarda monopoliya götürülməlidir.

Mən bu gün Türkiyədə yarmarkada fermerlərdən alış-veriş zamanı hesabladım ki, Azərbaycanda 10 manata aldığım məhsulu burada 5 manata aldım. Azərbaycanda yarmarkada məhsullar baha qiymətə və keyfiyyəti də aşağıdır. İstehsalı, emalı qaydasına qoya bilmirlər. Bazar, idxal monopoliyadadır. Bunların hamısı aradan götürülməsə, kəndlilər yaxşı gəlir əldə etməsə, getdikcə sıradan çıxacaqlar, ölkə idxaldan asılı vəziyyətdə qalacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu xəstəxanada pasiyentlər soyuqdan donur - istilik sistemi sıradan çıxıb...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Zərdab Rayon Mərkəzi Xəstəxanasında istilik sistemində problemlər yaranıb.

Bu barədə İqtisadiyyat.az-a hazırda xəstəxanada stasionar müalicə alan pasiyentlər məlumat verib.

Qeyd edilib ki, ötən ilin payızından havalar soyuyandan bəri tibb müəssisəsinin istilik sistemi işləmir. Uzun müddətdir mövcud halın yaşandığını söyləyən pasiyentlər problemin aradan qaldırılmamasından narazılıqlarını bildiriblər.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov da İqtisadiyyat.az-a açıqlamasında istilik sistemində problemlərin yarandığını və hazırda bunun davam etdiyini təsdiqləyib.

E.Kamilov mövcud problemin onun direktor vəzifəsinə təyin olunmamışdan əvvəl - yəni xəstəxananın keçmiş rəhbərliyinin zamanında yarandığını xatırladıb. O, buna baxmayaraq hazırda xəstəxanada temperaturun normal olduğunu söyləsə də, palatalarda istiliyin necə təmin olunduğu barədə danışmaq istəməyib.

E.Kamilov problemin qısa zamanda aradan qaldırılması üçün işlərə başlanıldığını vurğulayıb. Direktor qeyd edib ki, istilik sisteminin bərpası üçün Bərdə rayonundan mütəxəssislər dəvət olunub.

Məlumat üçün bildirək ki, E.Kamilov ötən ilin noyabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru olub.

Xatırladaq ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb və 2016-cı ildə xəstəxananın yeni binası əsaslı təmirdən sonra istifadəyə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhv edilən erməni hərbçinin FOTOLARI

Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.

Fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),
Qaqik Varazdatoviç Manukyan (1982),
Arsen Qaqikoviç Hambardzumyan (1979),
Hraçya Talışeviç Hovhannisyan (1957).

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb.

1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.(Modern.az )
Məhv edilən erməni hərbçinin FOTOLARI
Məhv edilən erməni hərbçinin FOTOLARI

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İnşaat Konstruksiyaları” MMC NARAZILIQ YARADIR... - "Səkkiz ildə nə ev təhvil verilib, nə də kirayə pulu..."

Bakı şəhərində 300-ə yaxın sakin mənzilinə köçə bilmir.

Dia-az.info xəbər verir ki, bu barədə Yasamal rayonu, A.Şərifzadə, 33 ünvanında "İnşaat Konstruksiyaları” MMC-dən mənzil alıb, amma köçə bilməyən sakinlər bildiriblər.

Sakinlərdən biri Fərhad Nəcəfovun sözlərinə görə, tikintisi 2016-cı ildə başlanan bina təhvil verilmir:

"Tikilinin yerində əvvəllər 93 sakinin yaşadığı beşmərtəbəli bina olub. 2016-cı ildə pilot layihə adı altında bina söküldü və yenisi tikilməyə başladı. Təsəvvür edin ki, səkkiz il keçib, amma bina hələ də yarımçıqdır. MMC rəhbərliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək, tikintisi yarımçıq qalmış bina təhvil verilmir”

Sakinlər binanın təhvil verilməsini istəyirlər:

"Həmin binaya nə vaxt baş çəksək, dörd-beş fəhlə işləyir. Bir blokda pəncərə qoyulur, üç aydan sonra digər blokda proses həyata keçirilir. Binaların damları tam bağlanmayıb. Dörd binadan ibarət binaya səkkiz lift lazımdır, amma birinin yeri hazırlanıb”.

İddiaçılar deyirlər ki, bina söküləndə onlar üçün 300 manat kirayə pulu təyin edilib:

"Amma pulu vaxtında ala bilmirik. Hətta 13 aydır, kirayə pulu almayan vətəndaş da var. Səkkiz ildə nə ev təhvil verilib, nə də kirayə pulu artıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev 3 gün ərzində and içəcək

Seçkilərin qalibi olan və yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

Həmin gündən isə Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO