[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin seçkiqabağı debatlardan imtina edib


Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri ilə bağlı debatlarda iştirakdan imtina edib.

Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Nataliya Budarina qurumun iclasında açıqlayıb.

Məlumata görə, Rusiya MSK-ya Putinin debatlardan imtina etməsi ilə bağlı sənəd daxil olub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək. Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq. (“Kommersant”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya DİN Estoniyanın baş nazirini axtarışa verib


Rusiyanın Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası axtarışa verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat qurumun axtarış bazasında yer alıb.

Rusiya mediası bununla belə ölkənin istintaq orqanlarının Kallas barədə cinayət işinin başladıldığı barədə məlumat yaymadığını qeyd edib.

Baş nazirin axtarışa verilməsinin mümkün səbəbinin Estoniyada sovet heykəllərinin sökülməsi təşəbbüsünün ola biləcəyi vurğulanır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər: Biz məhv oluruq..." - ETİRAZ

“Ya bu dərd məni yeyib bitirəcək, ya mən bu dərdi bitirəcəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova şəxsi sosial şəbəkə hesabında yazıb. Şöbə müdiri Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib:

“Bir gün TN-nə zəng etdim, onda hələ ETN deyildi, heç indi də deyil. İçində alim yoxdur, bazar adamları var. Hə, zəng edib şikayət etdim ki, məmurlardan biri mənə təzyiq göstərir: yaramaz proqramları təsdiq etməyimi tələb edir. Mənə nə cavab versələr, yaxşıdır: "Könül xanım, siz gedin abituriyent hazırlayın". Bəli, abituriyent hazırlayan kursların rəhbərləri gəlib təhsilə doluşandan sonra elm və təhsil adamları təhsildən didərgin salındı. Sonuncu adamlardanam ki, zor-güc dirənib qalmışam və hamını ayıltmağa çalışıram, ölülər ayılmırlar. Ölülər öz cəlladlarının əlindən, ətəyindən öpürlər. Bu hələ çox adi bir faktdır. Mən istəyirəm ki, səsimi cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər. Biz məhv oluruq”.

O, haqq səsinin eşidilməsini istədiyini bildirib:

“Doğru danışanı yeddi köydən qovarlar, deyirlər. Lap yeddi planetdən qovun, amma dinləyin məni artıq. Bir gün oyanıb görəcəksiniz ki, Könül özünü asıb. Bu naduristlük içində yaşamağa daha gücüm qalmayıb”.

Qeyd edək ki, şöbə müdirinin bu statusu böyük rezonans doğurub. Çoxlu sayda insan şərh yazaraq, ona dəstəklərini ifadə ediblər.(Yenisabah.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başçının qardaşı TƏBİƏTƏ QƏNİM KƏSİLİB... - Kimsə səsini çıxarmır...

Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanov təbiəti məhv edir.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə, Mahir Qurbanov Daşağıl çayında işlətdiyi qum-çınqıl karxanası çayın yatağını məhv edib.

İcra başçısı olan qardaşına arxalanan Mahir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət vermir.

Lisenziyasız fəaliyyət göstərən karxananın vergidən yayındığı da bildirilir.

Qeyd edək ki, Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayon icra hakimiyyətinin başçısıdır.

O, 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

Qlobal.az məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətindən mövqe öyrənəməyə çalışsa da, qarşı tərəf zənglərə cavab vermədi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Oğuzun icra başçısı niyə narahatdır?” - Sakinlər soruşur...

Zərbəliyev Tural Telman oğlu bildirir ki, qolu sındığı üçün əvvəlcə "Medical Plaza" klinikasına üz tutub. Başına gələnləri Anaxeber.info-ya danışan vətəndaşın sözlərinə görə, adıçəkilən klinikada ona deyilib ki, əməliyyat olunmalıdır. Lakin əməliyyat üçün 5 min manat istənilib və Tural Zərbəliyevin bu məbləğə gücü çatmadığı üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedib. Xəstəxanada Əli adlı həkimin qəbulunda olub. Əli doktor bildirib ki, əməliyyata ehtiyac yoxdur, sınmış qolu gipsə qoymaq lazımdır. Şikayətçi deyir ki, 45 gün qolu gipsdə qalıb, həkim açılandan sonra qolun işləyəcəyinə arxayın edib. "45 gün sonra gipsi açdıq, qolum əyri qalmışdı, işləmirdi. Həkim dedi ki, masajla düzələcək. Amma düzəlmədi, 3-4 yerə getdim, dedilər ki, qolun qanqrena olub, ana sümüyü qısalıb, gərək gipsə qoyulmazdı. Dedilər ki, əməliyyat olunmalıdır, yoxsa bir müddət sonra əl fəaliyyətini dayandıracaq". Vətəndaş özəl klinikaların birində əməliyyat olunub, 5 min manata yaxın xərci çıxıb. Şikayətçi qeyd edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Əli həkimin səhv müalicəsi və lazımsız yerə gips qoyması onun bir əlinin tamamilə şikəst olmasına gətirib çıxara bilərdi. Vətəndaş həkimin məsuliyyətsizliyi ilə bağlı şikayətçidir və tədbir görülməsini xahiş edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanın təxribatına qarşı “qisas əməliyyatı” keçirildi - Ciddi itkiləri var


13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub...

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru öz adına olan və 16 il müddətində fəaliyyət göstərən şirkətinin fəaliyyətinə xitam verib.
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

AzFakt.com xəbər verir ki, 2008-ci ildə təsis edilən “Allure” MMC-nın varlığı barədə məlumat bir neçə il öncə ölkə mətbuatında yayılıb.

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə ötən ilin oktyabrında təyinat alsa da, o, uzun illər boyu bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. Yəni Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub.

Xatırladaq ki, Eşqi Bağırov əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.

2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.

Qeyd edək ki, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub.
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...
Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov bu qalmaqalalrı adlaya bilib və ona daha böyük vəzifə belə verilib. Bu isə onu göstərir ki, Eşqi Bağırovun arxasında ETN ssitemində ciddi bir qüvvə dayanır.

Qeyd edək ki, yerli mətbuatda Eşqi Bağırovun FETO-ya bağlı olması ilə bağlı iddialar səsləndirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin kadrının ŞÜBHƏLİ TENDERİ... - DETALLAR

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsi Maşın və avadanlıqların satın alınmasına görə "Minor Electronics" ilə tender müqaviləsi imzalayıb.

32gun.az-ın məlumatına görə, qalib şirkətlə ETSN-nin Nəqliyyat İdarəsinin arasında bağlanan müqavilənin məbləği 43 min 683 manatdır.

Tenderə əsasən adıkeçən idarə Printer, noutbuk, rəngli printer, Kompyuter, soyuducu, Kondisoner və.s ilə təmin edilməlidir.

Əldə etdiyimiz məlunata görə, "Minor Electronics"in hazırda dövlətə vergi borcu var. Borc 2939.63 AZN-dir.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru isə Elxan Baxışovdur. O bu vəzifəyə nazirin əmri ilə 2022-ci ilin iyununda təyin olunub.
Muxtar Babayevin kadrının ŞÜBHƏLİ TENDERİ... - DETALLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvan Mərkəzi Xəstəxanasında DƏRƏBƏYLİK - İTTİHAM VAR...


Şirvan Mərkəzi Xəstəxanasında dərəbəylik hökm sürür.

"Arqument.az" xəbər verir ki, tibbi personalın göndərdiyi şikayətdə belə deyilir.

Bildirilir ki, xəstəxanadakı vəziyyəti təsvir etmək belə ağır və dözülməzdir.

Şikayətçilər xəstəxanda yaşananları belə konkretləşdiriblər:

"Xəstəxanadakı vəziyyəti yığcam şəkildə sizə təsvir edəcəyik, adını siz qoyarsınız ki, bu özbaşınalıqdır, qoçuluqdur, dərəbəylikdir ya nə?! Xəstəxanada vəziyyət belədir ki, vaxtı-vaxtında əməkhaqqımızı ala bilmirik. Hər ay fərqli-fərqli əməkhaqqı alırıq. Bunu dəfələrlə mühasibatlığa şikayət etsək də, hər dəfə bəhanələr gətirib, yola verirlər. Sigorta səviyyəsi, demək olar ki, yoxdur. Xəstələrə başqa xəstəxanaya göndəriş almaq üçün mütləq Sığorta İşinin Təşkili və İnnovasiya şöbəsinin müdiri Zamin Fərzəliyevə şirinlik verməlisən".

"Xəstəxanaya yeni işçi götürmək əvvəl iki-üç min manat "hörmətə” başa gəlirdisə, Kadırlar şöbəsinin müdri Təbriz Əkbərov onu 4-5 minə qaldırıb. Xəstəxana kənardan mafiya oyununa bənzəyir, hərənin arxasında day-dayı durub. "Xəstə xidmətlər” şöbəsi bərbad gündədir. Gələn əhali zülm-zillət çəkir. Bura rəhbərliyi Təranə Cəlilova edir. Onun da arxasında Şirinxanım Səmədova dayanır", - deyə şikayətçilər qeyd ediblər.

Onların sözlərinə görə, xəstəxananın poliklinika şöbəsi korrupsiya yuvasıdır: "Kimə gəldi bülleten verilir. İnsafən, məzənnə təvəzökardır: 1 günü 5 manata! Bu işin də başında dayanan poliklinika şöbə müdri Səadət Quliyevadır. Bəzi şöbə müdirlərindən aylıq yığılır. Xəstəxanaya müraciət edən vətəndaşları qeydiyyatdan hansı həkimdən xoşları gəlirsə və pul verirsə, onun yanına yönləndirilir. Həkimlərə verilən bonuslar düzgün işlənilmir, gecikdirilir bəzən verilmir. Bunlarında başında duran əvvəl Kamil Əhmədov idisə, indi Pərviz Rüstəmbəyovdur".

Şikayətçilər yazırlar ki, tibbi gigiyenik normaların tam ziddinə bir kabinetdə 3-4 həkimin birgə işləməsi faktları da var: "Xahiş edirik, xəstəxana maliyyə yoxlaması gəlsin. Korrupsiya yoxlaması gəlsin! Əmək müfəttişliyi gəlsin! Gəlib yoxlasınlar. Burda işçilər istismar edilir. Qorxumuzdan narazlıqları dilə gətirə bilmirik, belə təşəbbüs göstərənlər dərhal qaralanıb işdən çıxarılır".

"Bütün Şirvan xəbərdardır ki, Pərviz Rüstəmbəyov tək "Ginekologiya şöbəsi”ndən yüz mindən çox pul yığıb. Axı belə olmaz?! Aydın deyilmi ki bu pullar nəhayətində zavallı xəstələrin cibindən-canından çıxır? Korrupsiya idarəsi rəhbərliyi cənab Kamran Əliyevi bu şeylər narahat etməlidir axı. Şirvan xəstəxanasının ciddi müalicəyə ehtiyacı var. Xəstəxana komaya düşmədən lüftən ona müdaxilə edilsin, yoxsa. Hamı üçün gec olacaq".

Yazıdakı iddialar kifayət qədər ciddi olduğundan "Arqument.az" Şirvan Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb, lakin rəsmi münasibət ala bilməyib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO