[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğlunun toyu günü şadlıq sarayında bomba həyacanı yaşayan general danışdı - 4 SONRA QİSAS ALDI

Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucov oğlunun toyunda “bomba həyacanı” yaşanması barədə Gununsesi.info-nun məlumatına reaksiya verib.

Qeyd edək ki, həmin materialda generaldan qisas almaq istəyən gənc leytenantın onun oğlunun toyunda sarayda bomba qoyulması barədə bilə-bilə 101-yə yalan məlumat verməsindən və toyda axtarış aparılmasından bəhs olunur.

Saytımızla əlaqə saxlayan general-mayor Elman Orucov olay haqqında danışıb.

Uzun illər Azərbaycan ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov bildirib ki, adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olub:

“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız -hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyacan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.

Gənc leytenantın ondan qisas almasının səbəbinə gəlincə, Elmar Orucov belə deyir:

“Mən 6 il rəis olduğum dövrdə 1200 nəfər kursant buraxılıb. Bunların arasından 1 narazı qalan olması təbiidir. Mən onun gözündə problem olduğunu nəzərə alaraq belə qərar vermişdim. Tağım komandiri olsaydı, ön xəttə düşmənlə üz-üzə qalmalı idi. Eynəyi – 3 idi. Dedim ki, get, tərbiyəvi işlə məşğul ol. O da razılaşdı. 4 ildən sonra bunu ürəyində saxlayıb. Narazılığını da bildirmədi. Birdən-birə qisas alması mənə ağır və şübhəli gəldi.

Mən onunla söhbət etdim. Dedim ki, niyə bu narazılığını mənə demirdin. Axı, nə qədər uşağa kömək eləmişəm. Bu, istər işində, istərsə də xaricdə təhsil məsələsində olub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Statistika Komitəsi nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır” - BU NƏDİ BELƏ?!

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi) işçilərin sayı 1 milyon 741,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2023-cü il yanvar ayının 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə muzdla çalışan işçilərin ümumi sayı 7,9 min nəfər və ya 0,5% artıb. Bu dövrdə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumatda isə bildirilir ki, əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.
Son bir ildə muzdla çalışan işçilərin sayı 7,9 min nəfər artdığı halda, əmək müqavilələrinin sayı bundan 8 dəfə çox – 62,5 min ədəd artıb.
İki qurumun açıqladığı məlumatlar arasında bu qədər kəskin fərqin olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrindəki artım əmək bazarında muzdla çalışan işçilərin sayının artması hesabına deyil, bir işçi ilə birdən çox əmək müqaviləsinin bağlanılması hesabına baş verib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur. Belə olan halda biz görürük ki, muzdla çalışan işçi eyni zamanda əmək müqaviləsi ilə çalışan işçi deməkdir. Əgər yanvar ayının 1-nə olan məlumatda ölkədə 1 milyon 741,8 min nəfər muzdla çalışan işçi varsa, o zaman yanvar ayının 1-nə 1 milyon 809 min əmək müqaviləsinin olması o deməkdir ki, 67,2 min əmək müqaviləsə birdən artıq şəxslə bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı məlumatda əmək müqavilələrinin sayının artması məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlərlə əlaqələndirilib. Lakin, Statistika Komitəsinin muzdla çalışan işçilərin sayı ilə bağlı açıqladığı məlumat nazirliyin bu məlumatını təkzib edir. Statistika Komitəsi əslində nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır. Əgər, əmək müqavilələrinin sayı nazirliyin dediyi kimi, məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına artsaydı, o zaman muzdla çalışan işçilərin də sayı buna paralel şəkildə artmalı idi. Amma, biz bunun əksini görürük”.
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-un sorğusuna belə cavab verib:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Əvəzçilik üzrə əlavə iş yerində işlədikdə də onunla əmək müqaviləsi bağlanır. Belə halda, göründüyü kimi, muzdlu işçinin adında əsas və əlavə iş yerləri üzrə olmaqla artıq bir yox, iki əmək müqaviləsi e-sistemdə qeydə alınır.
Əmək müqavilələrinin sayının muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayından çox olması da bununla əlaqədardır.
Son illər qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin, məşğulluq imkanlarının genişləndirilməsinin nəticəsi olaraq əmək müavilələri mütəmadi artır.
Əmək müqavilələrinin sayında artım olduğu kimi, eyni zamanda muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayında da davamlı artım mövcuddur. Dövlət Statistika Komitəsinin muzdla çalışanların sayı ilə bağlı açıqladığı məlumatlara nəzər saldıqda bu artım dinamikasını aydın şəkildə görmək olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur? - Bir qərinəlik sədrin müəmması

İyirmi səkkiz ildir Auditorlar Palatasına sədrlik edən Vahid Novruzovun işçilərinin yol verdiyi korrupsiyadan xəbəri yoxdur?

Azərbaycanda bir çox dövlət qurumlarının, özəl təşkilatların fəaliyyətinin şəffaflığını təmin etməli olan Auditorlar Palatası böhran içərisindədir.

AzFakt.com-un əldə etdiyi məlumata görə buna səbəb ölkədə müstəqil maliyyə nəzarəti həyata keçirən Auditorlar Palatasının sədri Vahid Novruzovun idarəetmə sisteminin müasir formaya uyğunlaşdıra bilməməsidir.

“Uzun illər mühüm vəzifələrdə çalışan, 1996-cı ildən Palataya rəhbərlik edən Vahid Novruzovun qurumda baş verən ən xırda istər xidməti, istər qeyri-xidməti hadisələrdən müfəssəl formada xəbəri olur. Amma Vahid Novruzovun Palatanın Maliyyə təminatı və xarici əlaqələr idarəsində yol verilən korrupsiyada xəbərinin olmaması xeyli nüans yaradır. Hər iki halda ortada çox ciddi sual var: Palata rəhbərliyi doğrudanmı Maliyyə təminatı və xarici əlaqələr idarəsində baş verənlərdən xəbərsizdir? Əgər Palata rəhbərliyi ən böyük idarəsində baş verən yüz min manatlarla olan korrupsiyadan xəbərsiz olubsa kim zəmanət verə bilər ki, Palatada daha belə bir hal yoxdur?”

Xatırladaq ki, bir neçə müddətdir Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə məhkəməsi keçirilir.

Yeddi yüz min manatdan artıq vəsaiti mənimsəməkdə təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.(AzFakt.com)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi milli üzvləri ilə görüşüb


Azərbaycan Ağırlıqqaldırma Federasiyanın (AAF) rəhbərliyi beynəlxalq yarışlara hazırlaşan yığma komandaların üzvləri ilə görüş keçirib.

AAF-dan verilən məlumata görə, "ASK Arena"da yerləşən təlim-məşq bazasında baş tutan tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov iştirak edib.

Umudov atletlərə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inamlarını ifadə edib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.

Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzuli icra başçısı yola salınır – seçkidən sonra…

Seçkidən sonrakı dövrdə Füzuli rayon icra başçısı Alı Alıyev vəzifəsi ilə vidalaşa bilər. Tribunainfo.az məlumat əldə edib ki, 2011-ci ildən rayona rəhbərlik edən Alı Alıyevin yerinə təyinat gözlənilir. Təxminən 13 ildir ki, bir rayona başçılıq edən Alı Alıyevlə yolları ayırmağın vaxtı çatıb. Füzuli işğaldan azad edildikdən sonra yeni status-kvo yaranıb, azad edilən ərazilərə qayıdış başlanıb, keçmiş köçkünlər doğma yurdunda məskunlaşır. Bu da yeni reallıqlar yaradıb, idarəetmədə çeviklik və mobillik tələb edilir. Ölkədə idarəçiliyin innovativ metodları, müasir həyatın tələbləri rəhbər vəzifələrdə yeni baxışı zəruri edir. Bu da yeni məmurlarla işləməyə çağırışdır. Xəbərlər var ki, Alı Alıyev işdən azad ediləcək və “Şöhrət” ordenli icra başçısı hörmətlə yola salınacaq. Qeyd edək ki, onun fəaliyyəti ilə bağlı zaman-zaman tənqidlər, ittihamlar, şikayətlər olub. A.Alıyev barəsində müxtəlif yeyinti iddiaları var. Bu məlumatla bağlı Füzuli İH-nin cavabını yaymağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhərdağıtma məmuru Ramin Abdullayev üçün “qaramaskalı əməliyyatı” hazırlığı… - BU NƏDİ BELƏ?!


Bir müddət əvvəl “qara maskalı” oğlanlar bütün korrupsionerlərin, əli əyri, gözüac, tamahkar, saxtakar, dövləti deyil, özünü düşünən cinayətkar məmurların qapısını döymədən içəri girib onları qandallayıb layiq olduqları yerə aparırdı. Xüsusən də icra başçıları arasında belələri az deyildi, bəziləri həbsdən sonra çox yaşamadı, bəziləri hələ də cəzasını çəkir…. Ancaq təkcə icra başçıları olmadı, neçə-neçə vəzifəli şəxslər, memarlıq-tikinti şöbələrinin rəhbərləri dörd divarlıq hücrəyə məhkum edildilər. Və həqiqətən də xalq “qara maskalı” oğlanları alqışlayırdı, sevinirdi onların kabinetlərə daxil olub vicdansız məmurları həbs etmələrinə… Necə ki, dövlətə 30 il zərər vurmuş separatçılar – Araik, Vardanyan və başqaları həbsdədir, eləcə də korrupsiyaya bulaşmış məmurların dövlətə vurduqları ziyan onlarınkından az deyil. Yeri gəlmişkən, tikinti-memarlıq şöbəsinə rəhbərlik edənlər arasında tutulanlar olduğunu yada saldıq, amma heç demədik ki, onlar qədər Bakıya “qan udduran”, şəhərin ciyərini çıxaran, vətənə, dövlətə, xalqa zərbə vuran elə həm də Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdir. Ramin Abdullayev bəladır, kabusdur, şəhərsalma üçün gəlmiş planlaşdırılmamış məmurdur. Sanki Ağdamı necə işğalçı qüvvələr viran qoyublar, Ramin Abdullayev də Bakını o kökə salmaqdadır. Yox, biz deməzdik ki, Ramin Abdullayev ermənilik edir, amma tutduğu vəzifədə şəhərə işğalçı biri kimi yanaşmaqdadır. Əks halda paytaxt pul, rüşvət, tamah ucbatından bu günə qoyulmazdı.
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, Ramin Abdullayevin təqdimatı 2019 – cu ildə Şəhərsalma komitəsinin 1-ci muavini Namiq Hümmətov tərəfindən irəli sürülmüş və bu vəzifəyə qoyulmuşdur. Namiq Hümmətov elə bu baxımdan Ramin Abdullayevin bütün çirkli işlərini daima mehafizə edir,vəzifə toxunulmazlığında ona dəstək olur.
Əslində “qara maskalı” oğlanlar həm də sözügedən idarədə görünməlidir. Bu, məncə, tikinti aparmaq istəyən, başına oyun açılan hər bir vətəndaşın, sahibkarın arzusudur, hər bir Ramin Abdullayev zülmü ilə üzləşmiş şəxsin ürəyindən tikan çıxarardı.
Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Cənab Prezidentin öz işinin öhdəsindən gəlməyən, şəxsi maraqlarını ön plana çəkən məmurlara qarşı sərgilədiyi sərt mövqe hamı üçün örnək olmalıdır. Dövlət başçısının yeni vəzifəyə təyiin etdiyi məmurları qəbul edərkən onların qarşısında qoyduğu tələblər hər bir vəzifə sahibi üçün gündəlik iş planı olmalıdır. Lakin bir çox məmurlar nə üzərinə düşən vəzifələri doğru-düzgün yerinə yetirir, nə də Prezidentin tələblərinə məhəl qoyurlar. Bu da ondan irəli gəlir ki,
tayfabazlıq, qohumbazlıq Azərbaycan dövlət strutkurların ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar mühüm dairələrdə önəmli kürsülər tutaraq millətin həyatına balta çalırlar. Müxtəlif yollarla idarəetmə sisteminə doluşan belə “əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç başa düşə bilmirsən..
Xülasə, sədri olduğu idarənin adı ilə əməlləri uyğun gəlməyən Ramin Abdullayev tam bir yoxlanmalı məmurdur. Nəzərinizə çatdıraq ki, Ramin Abdullayev 2021-ci ildən Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində çalışır. Ancaq buna çalışmaq demək olmaz, çapmaq, talamaq demək olar. Ola bilsin ki, dövlət rəhbərliyi bu qədər işlərin, sıx qrafikin içində onun əməllərindən xəbərsizdir. Amma Bakının Baş Planı açıqlandığı, 2040 planları qurulduğu bir zamanda Ramin Abdullayevin fəaliyyəti araşdırılmalıdır. Bilinməlidir ki, onun Bakının Baş Planına vurduğu zərbə, dövlət əleyhinə apardığı iş nədən ibarətdir. Bilinməlidir ki, Baş Plana balta vuran, şəhəri az qala kəndə-kəsəyə çevirən, harda gəldi rüşvət aldığı üçün tikintiyə icazə verən, Şəhərin tikinti planlaşdırmasını pozan Ramin Abdullayev əslində hansı xəyanətlə, siyasi rəhbərliyə hansı pisliyi etməklə məşğuldur. Ona görə onun kabinetinin qapısı döyülməmiş içəri girilib siyirməsindəki sənədlər yoxlanmalı, qara dəftəri oxunmalıdır.
Çünki Ramin Abdullayev bilmirsən Hətəmxan ağadır, bilmirsən Qurbanəli bəydir, yoxsa əsrimizin çinovniki…Abdullayevi klassiklərin çox obrazlarında təsəvvür etmək olar. İntəhası, onun əməlləri daha çox “ver, yeyim, ört, yatım” deyil, “ver, yığım” misalına bənzəyir. Çünki hörmətli oxucularımız, həmin Ramin ağa bina tikintisinə icazə vermək üçün o qədər yığıb, o qədər yığıb ki…artıq özü də hesab-kitabı itirib. Bəlkə də Məşədi İbadın zəmanəsində yaşasaydı, “məşədi, bir 5 min ver, sənə şəhərin ən gözəl yerində imarət tikməyə şərait yaradım” deyərdi Yəni, əziz və dəyərli oxucular, əgər işiniz Ərazi Tikinti Planlaşdırma Mərkəzinə düşsə qəti narahat olmayın, işləriniz yağ kimi gedəcək, yetər ki, sədr Ramin ağa razı qalsın. O razı qalsa, siz də razı qalacaqsınız. Yəqin ki bu yazını oxuyan MTK sahiblərinə və Tikinti biznesində olan sahibkarlara bu yazılanlar çox tanış gələcəkdir.
Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur. MTK sahiblərinin ve obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işləri qabağa salaraq digər MTK sahiblərinin işlərini vurur. Müraciətlər aylarla hətta illərlə Ramin Abdullayevin stolunda qalır və süni maneələr yaradaraq onların tikilməsinə mane olur.
O zaman bu məmur kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir qanqrena vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb.
Misal üçün xaricdən investisiyaların ölkəmizə cəlb olunduğu bir vaxtda Ramin Abdullayev tikinti bazarını ele hala salıb ki artıq sahibkarlar Azərbaycandan küsərək Gürcüstana, Özbəkistana və digər ölkələrə üz tutmuşdur.
MTK-lardan rüşvət olaraq götürdüyü evlərin sayını itirən Ramin Abdullayev haqqında hətta belə bir söz deyildi. Artıq Ramin Abdullayev adına ev vurmağa qohum-əqrəba da tapmır. (Ölkədə şəhid və müharibə iştirakçılarına ,qazilərə növbə ilə evlərin verildiyi bir vaxtda görəsən Cənab Prezidentin və aidiyyatı qurumların Ramin Abdullayevin rüşvət olaraq götürdüyü evlərdən xəbərləri varmı?
MTK-lardan soruşduqda isə niyə yuxarı şikayət etmirsiniz, cavabında necə şikayət edək, tikinti prosesi uzundu, binanın kodu var, çıxarışı var. Ondan sonra Ramin Abdullayev elə eləsin ki, işimiz lap çətinə düşsün? Həm də ikinci dəfə tikəndə yenə Ramin Abdullayevin qılıncının altından keçməliyik. Gələn müraciətlər aylarla, illərlə mərkəzdə ilişib qalır və yalan-yalnış bəhanələrlə imtina edilir.
Hətta tikinti tikənlərdən birinə: mən burda olduğum müddətdə tikə bilməyəcəksən ; Digerinə isə : Ağlın olardı əvvəldən özümə çıxardın; ifadəsini işlətməkdən çəkinməyən Ramin Abdullayevin məgər kreslo şəxsi mülküdürmü?
Əldə olunan məlumatlara görə, MTK- lardan rüşvət olaraa götürdüyü evlər bəs eləmirmiş kimi Ramin Abdullayev gələn müraciətləri ancaq özünün yaxını olan 2-3 Layihəçəkmə firmalarına yönəldir. Yerdə qalan firmalardan gələn işləri qəbul etmir və keçən layihələrin işlənməsindəndə öz faizini qazanır.(Nəzərinizə çatdırmaq istəyirikki 1 binanın layihələndirilməsi 100 minlərlə manata başa gəlir)
Maraqlı orasındadır ki, Ramin Abdullayevin bu işlərindən inanırıq ki, Ölkə başçısının da xəbəri yoxdur. Xaricdən investisiyalar cəlb olunan vaxtda Ramin Abdullayevin kölgə siyasəti yeritdiyi tikinti bazarı artıq iflic səviyyəsindədir. Görəsən, Arxitektura və Şəhərsalma Komitəsinin sədri Anar Quliyev bu işin harasındadır? Ramin Abdullayevin havadarları kimlərdir ki, artıq Anar Quliyevi də saymır, ya da hamısı əlbirdir.
Onu da qeyd edək ki, Ramin Abdullayevdən şəhid ailələri, qazilərin də ciddi narazılıqları var. Onlar tərəfindən gələn müraciətlərə biganə yanaşan Ramin Abdullayev xeyri olmadığına görə onlardan gələn işlərə də başdan sovdu yanaşır və onları qəbul belə etməkdən imtina edir. Məgər Ramin Abdullayev dəfələrlə Ölkə başçısının “şəhid ailələri və qazilərə diqqət və qayğı göstərin!” sözünü eşitmirmi.
Nəzərinizə çatdırmaq istəyirikki Qısa zaman əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar, Ramin Abdullayevi icazə üçün 20 min manat rüşvət istəməkdə ittiham etmişdi və hal hazırdada bu məsələ Məhkəmədə davam edir.
Ümid edirik ki, Ölkə başçısı və aidiyyatı qurumlar tərəfindən Ramin Abdullayevin iş fəaliyyəti ciddi araşdırılacaq və qısa müddət ərzində belə varlanması, cibə gedən milyonların aqibəti haqqında nəticə olacaq.
Onu da nəzərə alaq ki, 7 fevralda prezident seçkisi olacaq. Seçki sınaqdır, xalqın namizədə, dövlətə inamı deməkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu seçkidə favoritdir, nüfuzu yüksəkdir, rəqibləri ona bata bilməz və təbii ki, xalqın qalib liderə, qalib ordunun Ali Baş Komandanına böyük rəğbəti olmaqla yanaşı ondan gözləntiləri var. Eləcə də müxtəlif sahələrdə islahatlar aparılması, şəffaflıq yaradılması, sahibkarlığa dəstək verilməsi, həmçinin tikinti sahəsində nizam-intizam yaradılması, sadə vətəndaşların, iş adamlarının bu sektorda ciddi addımlar atılacağı istəkləri var. Onlar inanır ki, Prezident İlham Əliyev bu işləri seçkidən sonra daha da gücləndirəcək. Ona görə Ramin Abdullayev kimi məmurlarla işləmək çətindir, bu adamlar dövləti uçuruma aparır, prezidentin islahatçı komandasında, onun proqramında belə məmurlara yer yoxdur. Onsuz da seçki sonrası kadr dəyişiklikləri istisna deyil, o sırada isə Abdullayevin gedişi də qaçılmazdır. Amma təkcə işdən qovulması ilə bu məsələ başa çatmaz, “qara maskalı” oğlanlar da onun əməllərini araşdıra bilərlər. Hər halda bizdən demək, bizdən tənqidləri yazmaq, dövlət bilən məsləhətdir, qarşı tərəf isə öz mövqeyini açıqlaya bilər….

Dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Aristokrat” klinikasından narazılar ÇAĞIRIŞ etdi... - Reklama inanmayın!

“Aristokrat” klinikasının qeydiyyat şöbəsində həkimin iş rejimini soruşan kimi ödəniş tələb olunurmuş. Tribunainfo.az qeyd edir ki, sosial mediada bu məsələ gündəmə gətirilib və gülüş doğurub. “Ani qərarla uşağı diş həkiminə aparmalı olduq, qeydiyyatda oturan xanıma yaxınlaşıb həkimin işdə olub- olmadığını soruşdum sadəcə, cavabında isə 10 manat ödəyin eşitdik. Hələ razı olmamışam, qəbz çıxarıb ki, bəs ödəyin bunu… Sadəcə səviyyəsizlikdir”.
Buna şərh yazan Nəzrin Kərimova qeyd edib ki, həmin klinikaya diş həkiminə gedəcəkmiş, statusu oxuyub fikrindən daşınıb. Jurnalist Tural İbadlı isə şərh yazıb ki, orada iki həkim işləyir: ” Ata və oğul. Oğula uşaq apardıq. Guya dişlərin əyriliyin düzəldəcəkdi. 1000 manata yaxın pul tökdük, dəyişən heç nə olmadı”.
Səriyyə Lətifova adlı sosial media istifadəçisi də şikayət edib: “Təəssüf ki, breket müalicəmi orada aldım. Nəticə: Yenidən breket müalicəsi almaq fikrim var.
Bir həkim də dişimi çəkmişdi, kökü qalmışdı.
Sonradan başqa bir həkimin yanına müayinəyə getdikdə məlum olmuşdu müalicələrin natamam olduğu. Qeyri-peşəkar həkimlər var, orada çalışan həkimlərin reklamlarına aldanıb getməyin”. Bu ittihamlarla bağlı klinikanın açıqlamasını dərc etməyə hazırıq.
“Aristokrat” klinikasından narazılar ÇAĞIRIŞ etdi... - Reklama inanmayın!
“Aristokrat” klinikasından narazılar ÇAĞIRIŞ etdi... - Reklama inanmayın!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın oğlu Londondakı mənzilini satdı və... FOTO

Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb. Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir bəy yazır:
Deputatın oğlu Londondakı mənzilini satdı və... FOTO

Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil.
Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb.
Deputatın oğlu Londondakı mənzilini satdı və... FOTO

Cavanşir Həsənli
TEREF: Xocanin Blogu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peyvənd olunmayan uşaqlar bağçaya qəbul edilmir?

Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında aşağıdakı sənədlər tələb edilir:

- müəssisənin müdirinin adına ərizə;

- valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- uşaqların mübadilə vərəqəsi;

- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

- uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;

- sağlamlığının vəziyyəti barədə arayış.

Bildirilib ki, mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir.

“Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil” – məlumatda qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: FHN dələduzları İŞ BAŞINDA... - İLGİNC FAKTLAR

Redaksiyamıza Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmurlarının bulaşdığı ilginc maxenasiyalarla bağlı məlumat daxil olub. Dia-az.info xəbər verir ki, iddiaçı ttərəf anonimliyini özünün təhlükəsizliyi səbəbilə əsaslandırıb. Məlumatın ciddiliyini nəzərə alaraq onun bəzi məqamlarını təqdim edirik...

Dia-az.info-ya verilən xəbərdə deyilir: "Deməli, FHN-xidmət rəisi var... Ehtiram adlı polkovnikdir. İş adamlarına zəng edərək onlara müxtəlif üsullarla təzyiqlər edir, məcbur edir ki, onlar Yanğın-Siqnalizasya işini məhz Ehtiramın özünə məxsus olan şirkətə - "Sanur" MMC-yə həvalə etsin. Bu şirkəin də nümayəndəsi olaraq Sənan adlı şəxs tanınır.

Buiş iki yolla həyata keçirilir. Böyük obyekt sahiblərinə əvvəl FHN əməkdaşı yaxınlaşır və yoxlama aktı verilir... sonra nöqsanlar deyilir və vaxt verilir. Ardından daobyekt sahibi "qiymət təklifi" istəyəndə dərhal Ehtiram zəng edir, işə o qarışır... məsləhət verir və ardı ilə FHN əməkdaşları gəlir. "Təbii olaraq" da məsləhət görürlər ki, başqa şirkətlərin lisenziyaları olmaz... keçərli deyil. "Sanur"la işləmək lazımdır. Ortalığa "Sanur"un rəhbəri FHN əməkdaşı tərəfindən dəvət olunur. Əraziyə baxış keçirilir və şişirdilmiş qiymət verilir...

Sahibkar razılıq verməyəndə isə cərimə FHN əməkdaşı tərəfindən yazılır. FHN əməkdaşı hər bir işdə 50 manat mükafat alır...

Yenidən sahibkar xüsusi lisenziyası olan digər bir şirkəti dəvət edəndə bu dəfə də Ehtiramın otağında hüzura dəvət olunur".

Mənbə iddia edir ki, bu cür basqı ilə konkret olaraq "Cahan Arkoz", "Ləzzət", "ApF" və digər irili-xırdalı holdinqlər üzləşiblər, amma səslərini çıxara bilmirlər...

Sadəcə "Ləzzət"şirkətinin yeni tikdirdiyi Şərab zavodunda təqdim olunan məbləğ (Siqnalizasya sistemi üçün 40 min, hidrant sistemi üçün isə 400 min manat) məsələnin nə yerdə olduğunu tam təsdiqləyir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO