[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar Xidmət Ədliyyə Nazirliyindən alınacaq: müstəqil xidmət olacaq - İLGİNC İDDİA

Prezident seçkilərindən sonra yeni formalaşdırlacaq hökumətin tərkibində dəyişiklik olacağı istisna deyil. JAMAZ.İNFO xəbər verir ki, bu dəyişiklik təkcə nazirlərin işdən çıxarılması və ya yeni təyinat almaları ilə bağlı olmayacaq. Həm də struktur baxımından da bəzi dəyişikliklərin olacağına dair iddialar var.

JAMAZ.İNFO xəbər verir ki, yeni kabinetdə yeni xidmətin təmsil olunması gözlənilir. Söhbət Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Penitensiar Xidmətdən gedir. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, Penitensiar Xidmət seçkilərdən sonra Ədliyyə Nazirliyinin tərkibindən çıxarılaraq, müstəqil xidmət kimi fəaliyyət göstərəcək.

Hətta belə bir iddia var ki, Mirsaleh Seyidovun bir qədər əvvəl Penitensiar Xidmətə rəhbər gətirilməsi də bu planın tərkib hissəsi olub. Belə ki, hakimiyyət dairələrinin penitensiar sistemi yaxşı bilən Seyidovu quruma rəhbər təyin etmələri, gələcəkdə onu ayrıca xidmət olaraq formalaşdırma istəklərindən irəli gəlib. Həmçinin bununla PX-nin nazirlik səviyyəsində statusu müəyyən ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elm və Təhsil Nazirliyinin “əsaslı” təmiri... - Göyçayın kəndində sinif otaqlarında siçanlar gəzişir

Elm və Təhsil Nazirliyi 2024-cü ildə 32 təhsil müəssisəsində təmir-tikinti işləri aparacağını açıqlayıb. Keçən il say daha çox olmuşdu. Hər halda nazirlik bildirir ki, 2023-cü ildə 40 təhsil müəssisəsi əsaslı təmir olunub. Dövlət qurumu konkret hansı təhsil ocaqlarından danışıldığını gizlədir. Yəni bilmək olmur ki, hansı müəssisələr hansı səviyyədə təmir olunub.
Bizimyol.info xəbər verir ki, ölkədə yüzlərlə orta məktəb binasının ya əsaslı təmirə, ya da yenidən inşaya ehtiyacı var. Sosial platformalarda xüsusilə kənd məktəblərinin acınacaqlı durumu ilə bağlı yazılır, fotolar paylaşılır. İfadə kobud da çıxsa, binaların bəzisi tövlədən fərqlənmir. Bölgələrdə baxımsız təhsil müəssisələri çoxdur. Elm və Təhsil Nazirliyi bununla bağlı konkret statistika ortaya qoymur. Yalnız görülən işlərdən danışılır. Bunun da hansı səviyyədə həyata keçirildiyini bilmirik.

Jurnalist Günel İsayeva deyir ki, Göyçayın Mırtı kəndindəki məktəb binasının bərbad vəziyyətdə olmasıyla bağlı iki il ardıcıl Elm və Təhsil Nazirliyinə müraciət edib. Nəticədə lazımi nəticə hasil olmayıb.

“Ötən il təmir adı ilə dam örtüyünü dəyişdirib guya əsaslı təmir-tikinti işləri aparılmış kimi qeyd etdilər. Əminəm ki, bu 40 rəqəminin içində o məktəb də var. İndi düşünün ki, o 40 məktəb necə və nə cür təmir olunub. Bu gün uşaqlardan soruşuram ki, məktəbdə durum necədir? Uşağın biri dedi ki, dərsin ortasında ayağımın üstündən siçan gəlib keçdi. Digəri deyir ki, partanın üstündə də gəzirlər. O biri deyir ki, sinif otağında 8 siçan balası ilə birgə dərs keçirik.

Ay hörmətli, Elm və Təhsil Nazirliyi, Mırtı məktəbində sinif otaqlarında şagirddən çox siçan balası var. Bəlkə təmir işlərini binanın özündə də, köhnə sinif otaqlarında da aparasınız? Sinif otaqları elə bil 41-45-dən qalıb. Nə tavan, nə döşəmə, nə də invertarlar yarayır təhsilə”.

Günel İsayevanın yazdığına görə, Mırtı kənd məktəbinin tualeti yoxdur. Taxta ayaqyolu çoxdan çöküb. Kişi müəllimlər özləri üçün tualet düzəltsə də, külək tikilini aşırdıb.

“Uşaqlar, müəllim kollektivi qalıb üfunət içində. Bir dəfə jurnalist kimi, sonra vətəndaş kimi yazdım, rəsmi məktublar, sorğu göndərdim, “çox tənqid etməyin, pessimist olmayın, tikiləcək” dediniz. Nə oldu? Bir dam örtüyü dəyişməklə yamaqlı məktəb əsaslı təmir-tikinti olur? Şəffaf olun, Mırtı kənd tam orta məktəbinin təmirinə nə qədər vəsait xərclədiz?”

Jurnalist haqlı olaraq vurğulayır ki, bu işə məsul şəxslərin heç biri uşağını elə məktəbdə oxutmaz. O şərtlərlə verilən təhsildən hər hansı keyfiyyətli gələcək gözləməyə dəyməz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron erməniləri savaşa sürükləyir - GƏLİŞMƏ


Fransanın Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyaının (EUMA) yerləşdiyi məkana yollanıb.

Daha sonra o, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin yaxınlığına gəlib.

İlk baxışdan adi səfər sayıla bilər: fransalı polis zabiti Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə tanış olur, sonra da həmin missiyanın bilavasitə fəaliyyət arealına yollanaraq, nələrin baş verdiyni anlamağa çalışır.

Lakin bütün bunlar, sadəcə, ilk baxışdan belədir. Yəni fransız ədəbiyyatının klassiklərinin təbirincə yazsaq, əsas mahiyyətin pərdələnməsinə xidmət edən anturajdır.

Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə təsir və təzyiq imkanlarının əldə olunması cəhdlərini aktiv şəkildə davam etdirir. Ermənistana tam və total dəstək verən, ermənilərin ordusunu silahlandıran, erməni cəmiyyətində aqressiv revanşizm və qisasçılıq təmayüllərini daha da qızışdıran rəsmi Paris paralel olaraq Bakıya qarşı bütün cəbhə boyu hücuma keçib.

Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və b. təşkilatlardan istifadə edən Fransa rəsmi Bakını "ram etmək", məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul bilir.

Həmin vasitələr arasında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək üçün aşkar və gizli rıçaqların işə salınması, hətta regionda yeni silahlı toqquşma risklərinin bilərəkdən artırılması da var.

Məhz bub baxımdan fransız briqada generalının Ermənistanla şərti dövlət sərhədimizdə peyda olması və binoklla Azərbaycan ərazilərinə baxması hərbi-siyasi təxribat sayıla bilər. Eyni zamanda, briqada generalı Uilyam De Meyerin belə davranışı Parisin Bakıya təzyiq kampaniyasının daha bir elementi kimi də qəbul olunmalıdır.

Fransa prezidenti Emmanuel Makron bilir ki, ölkəsinin Cənubi Qafqazdakı proseslərə birbaşa, hərbi və ya siyasi yolla təsir etmək imkanları yoxdur. Parisin hərbi müdafiə, xüsusilə də ölkə sərhədlərindən kənarda "təsir rıçaqları əldə etmək" taktikasında son illərdə ciddi dəyişikliklər edildiyini nəzərə alsaq, De Meyerin səfəri və ya davranışı təəccüb doğurmamalıdır.

Paris maraqları olan bölgələrə birbaşa müdaxilə və ya bilavasitə mənafe desantı çıxarmaq əvəzinə, həmin məkandakı siyasi, iqtisadi, hərbi və sosial elitaları ələ almağa üstünlük verməyə başlayıb.

Həmin strategiyanı Emmanuel Makron Cənubi Qafqaza da tətbiq etmək istəyir. Lakin bölgədə Fransanın istəklərinin reallaşması həddən ziyadə çətindir, çünki Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi regional dövlətlərin maraqları ilə yanaşı, ABŞ, Avropa İttifaqı, Çin, Britaniya, Pakistanın da geostrateji mənafeləri mövcuddur.

Azərbaycanla Ermənistan arasında 30 ildən bəri davam edən münaqişə 2-ci Qarabağ Müharibəsi və sonrakı lokal antiterror tədbirləri nəticəsində başa çatdığından Paris bölgədə konflikt elementlərindən istifadə edə bilmir.

Bəhs etdiyimiz səbəbdən Emmanuel Makron və onun administrasiyası siyasi atavizm təsiri bağışlayan gedişlər edir. Həmin gedişlər arasında Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasını aparmaq üçün məhz sabiq SSRİ-nin Baş Qərargahının xəritələrindən, özü də 1970-1975-ci il xəritələrindən istifadənin zərurəti ilə bağlı təkliflər var.

Rusiyanın ilkin olaraq səsləndirdiyi təklifin sonradan Fransa, axırda da Ermənistan tərəfindən rəğbətlə qarşılanması təsadüf olmasa da, anaxronizm, köhnəlmiş gedişdir.

Çağdaş dünyada iki dövlət arasındakı mübahisələri sərhədin keçdiyi xətti və perimetri müəyyənləşdirmək üçün kosmik peyk çəkilişlərindən tutmuş, xüsusi kartoqrafik və topoqrafik proqramlar mövcuddur.

E.Makronun davranışı və sovet xəritələri ilə bağlı təklifi dəstəkləməsi yalnız ilk baxışdan təəccüb doğura bilər. Əslində, Paris xəritə məsələsində Rusiyanın təklifini dəstəkləməklə bölgədə Moskvanın maraqlarının tam kənarlaşdırılmaması, minimuma endirilməməsi ilə bağlı Rusiyaya ilkin vədlər vermiş olur.

Rusiyanın maraqları Fransa üçün cüzi əhəmiyyət kəsb etməsə də, Makron məqsədinə çatmaq üçün Moskvanın müvəqqəti loyallığından faydalanmaq istəyir. Fransa Rusiyanı şirnikləndirici vədlərlə aldatmaq, sülh sazişinin imzalanması prosesini Bakı və İrəvan arasında birbaşa danışıqlar müstəvisindən çıxararaq, "beynəlxalq təminat mexanizm"ləri ilə təchiz etmək, məqsədə çatandan sonra isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında ABŞ və Avropa İttifaqı tandeminə qatılaraq trio yaratmaq fikrindədir.

Emmanuel Makronun əsas istəyi Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi və ya moderator səlahiyyətlərinə yiyələnmək, prosesi müəyyənləşdirən element statusunu əldə etməkdir.

Yəni Qarabağ münaqişəsini 30 il ərzində dinc danışıqlar vasitəsilə nizamlamağa “çalışan”, əslində isə heç nə etməyən və münaqişənin mümkün qədər uzanması üçün bütün vasitələrə əl atan, tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun yeni formasını yaratmağa can atır.

Bu baxımdan, Uilyam De Meyerin Ermənistana səfəri və xüsusilə şərti dövlət sərhədinə yollanması Fransanın bölgədə silahlı təxribat variantını da istisna etməməsinə dəlalət edir. Ssenari bəsitdir: Ermənistan sərhəddə silahlı təxribat törədir, vəziyyət həddən artıq gərginləşir, yeni hərbi əməliyyatlar riski yaranır.

Təbii, Ermənistanın hakimiyyəti və xüsusilə baş nazir Nikol Paşinyan əla bilirlər ki, Bakı ilə silahlı qarşıdurmada İrəvanın heç bir şansı yoxdur. Bilirlər, amma Fransadan alınan göstərişlər və təlimatlar çərçivəsindən kənara çıxa bilmirlər.

Fransa isə vəziyyəti ifrat dərəcədə gərginləşəcəyi halda guya “yeni hərbi əməliyyatlara yol verməmək üçün” situasiyaya müdaxilə edəcək, nizamlanma prosesində moderator funksionallığına yiyələnəcək.

Primitiv olsa da, ssenari budur.

Səbəb - Fransanın Azərbaycana heç bir təsir imkanları yoxdursa, Ermənistana tam təzyiq vasitələri var və üstəlik, Paris indi İrəvanın diplomatiyasını faktiki olaraq, yönləndirir.

Vəziyyəti isə Avropa İttifaqı və Fransa tam absurd həddinə çatdırıblar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədi var, sərhəd müəyyənləşdirilməyib və indi frontir, yəni qarşıdurma xətti formasındadır.

Belədirsə, Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) nə ilə və ən əsası, niyə məşğuldur?

Nəzərə alsaq ki, EUMA missiyasının rəhbərinin müavini Fransanın hərbi kəşfiyyatının sabiq müavinidir — sualların sayı daha da artır.

Heyətinin tərkibinin əsas hissəsi fransızlardan ibarət EUMA, Fransanın Ermənistanı sürətlə silahlandırması və xarici siyasətdə tam dəstəkləməsi, Parisin Bakıya qarşı artan təzyiqləri - bütün bunlar Parisin İrəvanı “revanş”a hazırladığına dəlalət edən nüanslar sayıla bilərmi?

Bundan sonra nələrin yaşanacağından asılı olmayaraq, Ermənistanla şərti dövlət sərhədimizi daha da möhkəmləndirməli, maksimum dərəcədə sayıq olmalıyıq.

Emmanuel Makron məqsədinə çatmaq üçün istənilən vasitəyə əl atar bilər.(TREND)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qala Sığorta”da aktuari vəzifəsi Elvin Əfəndiyə HƏVALƏ EDİLDİ - FOTO

“Qala Sığorta” şirkətinin aktuari vəzifəsi Elvin Əfəndiyə həvalə edilib.

FED.az xəbər verir ki, aktuari sahəsində tanınmış mütəxəssis Elvin Əfəndi “Qala Sığorta” ASC-yə təyinat alıb.

E.Əfəndi yeni təyinatından əvvəl fəaliyyəti dayandırılmış “Azərsığorta” Dövlət Sığorta Kommersiya şirkətində çalışıb.

Qeyd edək ki, E.Əfəndi bu sahədə 10 ilə yaxın iş təcrübəsinə malikdir. O, ölkədə bir çox aparıcı şirkələtədə o cümlədən “A-Group” sığorta şirkətində, Aqrar Sığorta Fondunda çalışıb.

“Qala Sığorta”da aktuari vəzifəsi Elvin Əfəndiyə HƏVALƏ EDİLDİ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qax sakini məhkəmələrin əlində qalıb... - MÜRACİƏT


Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən ökə rəhbərliyinə müraciə ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:

"Xatırladım ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində OsmanovaZeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir.

Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm.

29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə bigə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir.

Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəmə hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur.

2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 8 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı.

Hələ o vaxtı - 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı "aşkar edilməməsini" vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?

Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan duru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir. Axı Bakıdakı, mingəçevir şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar.

Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyim. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım.
Qardaşım Ümidvar vaxtilə ərim Rüstəmlə birlikdə onun fermasında çoxsaylı heyvanlara baxırdı, qulluq edirdi. Bu heyvanların artırılması üçün o qardaşımı bir neçə mal oğurluq etməyə təhrik etdi birlikdə. Sonra qardaşım Osmanın adını çəkmədi. Dedilər çəksən bacını boşayacaqğıq. Aldatdılar. Ümidvar da hər şeyi oğurluğu öz boynuna götürdü. Amma bu ailə kişilik edib sözlərinin üstündə durmadılar. Qardaşım 13-cü kalona 4 il həbs cəzası çəkəndə məni də 2 azyaşlı ilə rədd etdilər. Amma o vaxt bu oğurluq qardaşımın nəyinə lazım idi. O ki, adicə maaş alırdı. Bunu soruşan olmamışdı.
Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır.

Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin.Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə.

Rafiq Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 4500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov bu il 2021-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu ləğv ediblər ki bu adam tam sağlamdır.Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 7500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldur. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin.

Cənab Prezident Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına və maddi maraqları təmin olunan yarıtmaz icra məmurları barəsində tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin".Dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakı Metropoliteni"-nin milyonluq tenderləinin qalibi olan "Təməl-M" Firması məhkəməlik oldu

"Təməl-M" Firması məhkəməlik olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Mülkiyyət Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, "TƏMƏL-M" FİRMASI barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmə prosesi Ağdaşi Rayon Məhkıməsində hakim Aygün Mürsəlovanın sədrliyi ilə baş tutacaq.

Bildirək ki, nizamnamə kapitalı 238095 AZN olan "Təməl-M" Firmasının qanuni təmsilçisi RAZİYƏ BARUZDİNA AJİTUXTAROVNAdır.

Xatırladaq ki, "Təməl-M" Firması dəfələrlə Zaur Hüseynovun sədri olduğu "Bakı Metropoliteni" QSC-nin milyonluq tenderlərinin qalibi olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
30 ildir Azərbaycanda yaşayır, 4 övladı var, vətəndaşlıq verilmir - GİLEY

Goranboy rayonu, Tatarlı kənd sakini Nuralıyev Elçin Novruz oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Qazaxıstan vətəndaşı olan həyat yoldaşı ilə birgə 30 ildir Azərbaycanda yaşasalar da, xanımını ölkə vətəndaşlığına qəbul etmirlər:

“Mən, Nuralıyev Elçin Novruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

30 ildir Qazaxıstan vətəndaşı olan bir xanımla ailə qurmuşam. Bu evlilikdən 4 oğlumuz var. Hər biri də hərbi xidmətdə olublar.

Bütün bunlara baxmayaraq, uşaqların anasına hələ də vətəndaşlıq verilmir. Dəfələrlə müraciət etmişik, 1 illik, 5 illik qeydiyyat vəsiqəsi almışıq, amma vətandaşlıq verilmir.

İmtahan etdilər, 1 sualı cavablandıra bilmədiyi üçün ona vətəndaşlıq verilmədi. 30 ildir Azərbaycanda yaşayan, ailə quran xanıma dövlətimiz vətəndaşlıq vermir.

İndi də yoldaşımın səhhətində ciddi problemlər var, sərhədi keçə bilmir. Bunun bir yolu, bir çıxışı varmı? Mənə bildirirlər ki, məhkəməyə müraciət et. Nəzərə almırlar ki, 30 ildir Azərbaycanda yaşayan qadın çarəsiz vəziyyətdə qalıb.

Mən Azərbaycan vətəndaşı olaraq, səlahiyyətli orqanlardan xahiş edirəm, 4 övladlı ananın vətəndaşlığa alınmasına kömək edin”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO