[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qeydiyyatdan keçən müşahidəçilərin sayı…

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 85 min müşahidəçi qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda camaatı DİNLƏYƏN YOXDUR... - GİLEY

Astara rayonunun Şuvi kəndində ötən ilin sentyabrında torpaq sürüşməsi baş veməsinə baxmayaraq, onun nəticələri hələ də aradan qaldırılmayıb. Kənd sakinləri Turan-a bildiriblər ki, sürüşmə nəticəsində kənddəki evlər yararsız hala düşüb, amma aidiyyəti qurumlar tədbir görmür.

Kənd sakini Cümşüdov Habil bildirib ki, sürüşmə sentyabr ayında yağışlar yağandan sonra başlayıb. “Son günlər isə qar yağandan sonra sürüşmə daha da genişlənib, kənddə olan 3 evə, o cümlədən mənim evimə ziyan dəyib”.

Onun sözlərinə görə, evi yararsız hala düşüb. “Biz artıq evimizdə qala bilmirik, valideynlərimin evində yerləşmişik. Çünki təhlükəlidir, artıq bu evdə yaşamaq mümkün deyil”.

Cümşüdov qeyd edib ki, torpaq vergisini ödədiyinə, kommunal xətləri çəkməsinə baxmayaraq, ona evini qanunsuz tikdiyini və buna görə kompensasiya ala bilməyəcəyini bildiriblər.

“Mən torpağı 1999-cu ildə almışam, 2001-ci ildə də ev inşa olunub, 2004-də isə burada Hirkan milli parkı salınmağa başlayıb. İndi mənə deyirlər ki, sənin evin parka düşən ərazidə qanunsuz tikilib. Mənim evimə qaz da çəkilib, işığı da çəkilib, torpaq üçün vergi da vermişəm. Necə olur ki, mən torpağa görə həmişə vergi vermişəm, park da burada tikilir? İndi buna görə mənə kompensasiya vermirlər”, deyə o qeyd edib.

Kənd sakini deyir ki, rəsmi qurumlar onların aqibəti ilə maraqlanmır.

“İcra hakimiyyətinə getmişəm, orada heç kim yoxdur, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng vurmuşuq, gələn yoxdur. Burada bir nəfər ölsə kim cavab verəcək?”, deyə o, sual edib.

Astara Rayon İcra Hakimiyyətindən isə Turan-a bildirilib ki, bu, indiki sürüşmə deyil, iki il bundan öncə olan sürüşmədir.

“Onlar hamısı qeydiyyata alınıb. Bugünki sürüşmə isə meşə ərazisində olub. Orada vətəndaş tikinti norma qaydalarına əməl etməyib, özbaşına tikib və bu gün deyir ki, sürüşmə var”.

Qurumdan qeyd olunub ki, iki il öncə əraziyə mütəxəssislər dəvət ounub.

“Gəliblər, baxıblar, evin sənədlərini, torpaq sənədlərini istəyiblər, heç kəs sənədləri verə bilməyib”.

Əlavə olunub ki, vətəndaşlar öz evlərini sığortalamalıdır.

“Son dövrdə bu cür sürüşmələr baş verir, vətəndaşlara xəbərdarlıq da olunmuşdu. Amma heç kim evini sığortalamır. Ona görə də dövlət tərəfindən hansısa kömək olacağına inamırıq. Amma, hər ehtimala qarşı, biz Fövəqladə Hallar Nazirliyinə rəy göndərmişik”, deyə yerli icra hakimiyyətindən Turan-a bildiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırov da BACARMADI... - Seçkidən sonra o da GEDƏCƏK...

Azərbaycanda zaman-zaman müəyyən sahələr üzrə qurumların rəhbərliyində dəyişiklik olanda cəmiyyətdə həmin sahədə hansısa yeniliklərin, vətəndaşların xeyrinə qərarların olacağına ümidlər yaranır. Lakin təəssüf ki, bu ümidlər əksər hallarda doğrulmur.

Yeni gələn rəhbər köhnənin, necə deyərlər, atasına rəhmət oxutmaqla məşhurlaşır. Belə təyinatlardan biri də Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovdur. Ş.Bağırov Prezident İlham Əliyevin 14 fevral 2023-cü il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib. O, bu vəzifədə Səfər Mehdiyevi əvəzləyib. S.Mehdiyev 2022-ci ilin iyun ayında vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov komitə sədrinin birinci müavini vəzifəsinə gətirilib və 2023-cü ilin 14 fevralınadək komitə sədrinin səlahiyyətlərini icra edib. Ötən il fevralın 3-də ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Maraqlıdır ki, bu, Dövlət Gömrük Komitəsində Ş.Bağırovun ikinci təyinatıdır. Belə ki, Ş.Bağırov 2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunsa da, Prezident İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib. O, yenidən DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Bəs Ş.Bağırov DGK-ya sədr təyin olunduqdan sonra nə dəyişib?

Bu günlərdə iqtisadçı ekspert Natiq Cəfərli DGK-nın statistikasındakı problem haqda ictimaiyyətə məlumat açıqladı. İqtisadçının ictimailəşdirdiyi rəqəmlərdən aydın olurdu ki, Gürcüstan və Azərbaycan arasındakı ticarət dövriyyəsi ilə bağlı iki ölkənin gömrük statistikasında açıqlanan rəqəmləri müqayisə etdikdə təxminən 1 milyardlıq fərq yaranır. Gömrük Komitəsi bununla bağlı açıqlama yayaraq fərqin metodologiyaya görə yarandığını bəyan etdi.

“Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdə yayılan məlumatlara, o cümlədən mənim paylaşdığım statistika ilə bağlı məsələyə reaksiya verməsi özlüyündə müsbət haldır”. Bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, komitə qeyd edilən fərqi metodologiya ilə izah etsə də, bir çox ölkələrlə qarşılıqlı ticarət dövriyyəsinin statistikası ilə bağlı belə fərqlər var: “Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan ticarət dövriyyəsində fərqlər var. O hansı metodologiyadır ki, biz istifadə edirik, bu ölkələr etmir? Bununla bağlı təəssüf ki, geniş izahat vermədilər”.

N.Cəfərli qeyd etdi ki, Azərbaycanda iş adamlarının ən çox narazılıq etdiyi qurum Dövlət Gömrük Komitəsidir: “Yeni rəhbərlik nələrisə dəyişmək istəyir. Məsələn, gömrükdə rəsmiləşdirilmə işləri xeyli artıb. Amma gömrüyün görəcəyi işlər var, bir də gömrüyün məcburən atdığı addımlar var. Məsələn, Gömrük Komitəsinin bəzi məsul şəxsləri görüşlərdə bildirirlər ki, bizlik bir şey yoxdur, qanunlar necə qəbul edilirsə, biz onu elə yerinə yetiririk. Burda müəyyən qədər haqlıdırlar, çünki rüsumların təyin olunması, qanunvericilik baza onlardan asılı deyil, parlament qəbul edir, Gömrük sadəcə icraçıdır. Amma Dövlət Gömrük Komitəsi özü də zaman-zaman təkliflərlə çıxış edir və bu zaman vətəndaşların xeyrinə yox, onları məhdudlaşdırıcı təkliflər edir. Məsələn, bir neçə il əvvəl ölkəyə şəxsi istifadə üçün gətirilən məhsulların dəyərinin 1000 dollardan 300 dollara endirilməsini Gömrük Komitəsi təklif etmişdi. Bu, yanlışdır. Gömrüyün fəlsəfəsi daxili istehsalçını qorumaqdır, büdcəyə daha çox pul yığmaq deyil. Bizdə daxili istehsalda nə yoxdursa, Gömrük Komitəsi təşəbbüslə çıxış edə bilər ki, orada rüsumlar azaldılsın. Məsələn, dərman preparatları ilə bağlı, uşaq yeməkləri ilə bağlı Komitə birbaşa olmasa da, Nazirlər Kabinetinə çıxa bilər ki, bu istiqamətdə rüsumların azaldılmasına ehtiyac var. Amma biz nədənsə dövlət qurumlarından, xüsusilə də Dövlət Gömrük Komitəsindən vətəndaşların xeyrinə təşəbbüslər görmürük, həmişə bütün təşəbbüslər vətəndaşların ziyanına olur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Marbel Construction” MMC-dən şikayət… - Sakinin evini blokadaya aldılar


Özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” MMC kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub. MTK bizə problem yaradır və narahatçılıq verir.

Bu sözləri Tribunainfo.az-a Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33 Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı bildirib. O qeyd edib ki, MTK onların rahat yaşamaq hüququnu əllərindən alıb:

“Mən 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm. Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.
2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil, Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatda yaşayırıq. Hazırda yaşadığım evin ətrafında özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” Məhdud Məsuliyyəti Cəmiyyəti kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.
Söküntünün qalıqlarını hər gün məktəbə gedib gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqqları və əsasları olmadan hasarlamaq istəyirlər. Öz evimizdə rahat yaşamağa maneçilik törədilir. Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən hər kəs normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizim normal yaşamaq hüququmuzdan məhrum edir. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə “hara istəyirsən şikayət et” deyirlər.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, eyni zamanda oğlum Məsum Nurlan (36 yaş), qızım Hacıyeva Lamiyə (38 yaş), azyaşlı nəvələrim Hacılı Almila (6yaş) və Hacılı Altay (2yaş) mənimlə birlikdə yaşayır. Yeni Azərbaycan Partiyasının üzvü kimi hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə “işgüzar” sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə seçkiqabağı Yeni Azərbaycan Partiyasının nüfuzuna, apardığı siyasətə qarşı, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün bir Azərbaycan vətəndaşı, bir müəllim olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün dövlət qurumlarına müraciət edirəm”.

Şikayətçi bildirib ki, ərazi hasara balındığı üçün vahiməli vəziyyət yaranıb:

“Evimizin qarşısından keçə bilmirik. Hərəkət etməyə yer qalmayıb. Axşam saatlarında göz-gözü görmür. Olduqca vahiməli və təhlükəli vəziyyət yaranıb”.(Tribunainfo.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - NƏ BAŞ VERİR?

Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir.
Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.
Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.

Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.
Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi.
Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.

İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:
"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".
Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.

Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otaqlarını əllərindən alması narazılığa səbəb olub:
"Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimlərin kabinetini onların əlindən alıb. Nəticədə virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur.
Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalırlar. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".

Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan İnstituda angioqrafiya şöbəsinin açıldığını Bakupost.az -a təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, İnstitutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur:
"Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər".
İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər:
"Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər".
BakuPost
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayonunda Tural Cavadov "qanunları"

Şöbə müdiri rayonda qanunsuz tikililərə himayədarlıq edir?

Paytaxtın bir çox rayonlarında yerli icra hakimiyyətləri tərəfindən gizli şəkildə torpaq satışı və sənədi olmayan evlərin tikintisinə "icazə" verilməsi davam edir. İcra hakimiyyətlərində gizli torpaq satışı və sənədi olmayan evlərin tikintisinə icazə işinə isə baxan şəxslər mövcuddur. Belə rayonlardan biri də Bakının Nizami rayonudur. Xalqxeber.az-ın əldə etdiyi məlumatda bildirilir ki, Nizami rayonunda torpaq satışı və sənədi olmayan elərin tikintisi və sair tikinti işlərinə nəzarəti rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadov rəhbərlik edir. Bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən "məharətlə" gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Şöbə müdirinin bu işlərdən yaxşı qazanc əldə etdiyi və qeyd etdiyimiz işləri görmək istəyənlərin isə Tural Cavadov "qanunları" ilə razılaşmaqdan başqa yollarının olmadığı deyilir.(Xalqxeber.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu

Xəbər verdiyimiz kimi, Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir.

”Yeni Gundem”in məlumatına görə, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir.Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir.

Həmin ərazidə ki, tikinti ilə bağlı sakinlər Prezident İlham Əliyevə və dövlət qurumlarına müraciət ünvanlayıb.Həmin müraciəti olduğu kimi təqdim edirik.

Lənkəranda camaat arasında MTS adlanan məhəllənin girişində, Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində – səkinun üstündə, məhəlləyə gedən qaz və elektrik xətlərinin altında xırda bir dükan tikilir.Bu obyekt məhəllə sakinlərinin piyada gediş-gəlişini çətinləşdirir.Piyadalar məcburiyyət qarşısında avtomobil yoluna çıxmalı olurlar ki, bu da onların həyatlarını təhlükəyə atır.

Qeyd etmək lazımdır ki, 9il qabaq obyekt daha böyük tikilməsi üçün söküldükdə, məhəllə camaatının haqlı narazılıqları və şikayətlərinə baxılmış, Lənkəran ŞİH başçısı hörmətli Taleh Qaraşovun göstərişi ilə tikintisinə icazə verilməmişdi.

Müvafiq qurumların bu qanundankənar tikiliyə münasibət bildirməsini və qanunauyğun tədbir görülməsini xaiş edirik:

Qeyd edək ki, sakinlərinin verdiyi məlumata görə, dükanı tikən Lənkəran Şəhər icra hakimiyyətinin başçı Taleh Qaraşovun müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadənin əmisidir.

Qeyd: Məktuba mövcud vəziyyəti əks etdirən şəkilləri əlavə edirik.

Qarşı tərəfin növqeyini dərc etməyə hazırıq.

Yenigundem.az
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yazıçı Mario Levi vəfat etdi

Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.

Bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, yazıçı Mario Levi 25 fevral 1957-ci ildə İstanbulda doğulub.

15-dən çox kitab müəllifi olan yazıçı daha çox “İstanbul bir masaldı”, “En güzel aşk hikayemiz”, “Bir şehre gidememek”, “Lunapark kapandı” kimi əsərlərlə şöhrət qazanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maliyyə Nazirliyi İT xidmətləri ilə bağlı 2 tenderə yekun vurub – QALİBLƏR, MƏBLƏĞLƏR

Maliyyə Nazirliyi 2 tenderə yekun vurub.

FED.az xəbər verir ki, “Büdcə Məlumat İdarəetmə Sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri olan təhlükəsizlik avadanlıqlarının və onların quraşdırılması işlərinin 2024-cü il üçün satın alınması” tenderin qalibi “Isoft” MMC olub.
Qalib şirkətə 247 092 manat ödəniləcək.

“İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi – İCMAL informasiya sistemi üçün 2024-cü il üzrə texniki dəstək xidmətinin satın alınması” tenderin qalibi “T-Tech” QSC olub.

Qalib şirkətə 380 520 manat ödəniləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bacısını yumruqla öldürən şəxsə hökm oxundu

Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktında qeyd edilib ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin, onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb.

A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO